Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-132/2020 29.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Əkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxx 1977-ci ildə Dəvəçi şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri secilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində mərhum qardaşı X12 ilə bir qrup şəxs halında Xaçmaz şəhəri N.Nərimanov küçəsində X14 arxasında yerləşən ictimai yer hesab edilən «Ruslan» kafesində Zərərçəkmiş şəxs kafedə görüb sonuncunun qardaşı Şahid8 ilə mübahisə etməsini bəhanə gətirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan Zərərçəkmiş şəxs ünvanına söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, həmin kafenin içərisində Zərərçəkmiş şəxs sinəsindən yumruqla zərbə endirmiş, daha sonra bir qrup şəxs halında olduğu mərhum X16la birlikdə qeyd olunan kafenin qarşısında dayanmış, Zərərçəkmiş şəxs istifadəsində olan «RAF 22031 01 mikroavtobus» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini, yan güzgülərini, sağ tərəf işıq farasını və salonunun arxa sağ şüşəsini sındırıb məhv etmiş, habelə bir qrup şəxs halında olduğu mərhum X16 silah qismində istifadə etdiyi dəmir parçası ilə qeyd olunan avtomobilin damı ilə gövdəsini birləşdirən qabaq yuxarı sağ dəmir hissəsinə, həmçinin Zərərçəkmiş şəxs özünə zərbələr endirərək bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi əməklə məşğul olaraq ailələrinin dolanışığına köməklik edir. X9 doğma qardaşı olmuş, onunla bir evdə valideynlərinin yanında yaşamışdır. X16 bu ilin fevral ayıvnda Sumqayıt şəhərində yerləşən narkoloci dispanserində alkoqolizmdən müalicə almış və həmin xəstəxanada ürək çatışmamazlığından ölmüşdür. Zərərçəkmiş şəxs təxminən on il olar ki, Xaçmaz şəhər sakini kimi tanıyır. Əvvəllər onunla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən gecə saat 23 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Ruslan» kafesinin yaxınlığında tanışı İdayət, qonşuları Natiq və Sədi ilə birlikdə oturub pivə içən zaman kafenin qarşısında mərhum qardaşı Talehin ucadan nalayiq söyüşlər söydüyünü eşitmişdir. Buna görə də nə baş verdiyini öyrənmək məqsədi ilə pivə içdiyi yerdən qalxıb «Ruslan» kafesinin qarşısına çıxmış, həmin vaxt qardaşı Talehin sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq iradını bildirmiş və onu sakitləşdirib evə aparmaq istəmişdir. Lakin Taleh ona Pənahın kafedə oturduğunu və onunla nəsə söhbətinin olduğunu demişdir. Talehin sakitləşmədiyini görüb kafeyə daxil olmuş və həmin vaxt Zərərçəkmiş şəxs tanımadığı bir neçə şəxslə birlikdə kafedə oturub çay içdiklərini görmüşdür. X21 kafedən çıxıb getdiyini görüb sakitləşsin deyə Pənahın ünvanına nalayiq ifadələr işlədərək kafedən çıxıb getməsini tələb etmişdir. Bu zaman qardaşı Taleh də arxasınca kafeyə girmiş, o, kafeyə girən kimi Pənahı görüb ünvanına nalayiq ifadələr işlədərək avtomobilini harada saxladığını soruşmuş və dərhal qayıdıb kafedən çölə çıxmışdır. Talehin Pənahın avtomobilini zədələyəcəyini fikirləşib onun arxasınca çölə çıxmış, Pənah oturduğu masadan qalxıb arxalarınca çölə çıxanda onun Talehlə dalaşacağını güman etmiş və buna görə də qarşısını kəsib yaxasından tutmuş və yumruqla sinəsindən vurub itələyərək çıxıb getməsini tələb etmişdir. Həmin vaxt Taleh kafenin qarşısında saxlanılmış Pənaha məxsus «RAF» markalı mikroavtobusun yan güzgülərini və qabaq alın şüşəsini yumruqla vurub sındırmış, daha sonra o, avtomobilin yan güzgülərini qoparıb yerə atmışdır. Bunu görən Pənah Talehin üstünə cummuş və onlar əlbəyaxa olub dartışmağa başlamışlar. Artıq səsə kafedə olan şəxslər, həmçinin onunla birlikdə pivə içən İdayət, Natiq, Sədi və qeyriləri ora toplaşmışdır. O, hadisə yerinə toplaşmış şəxslərlə birlikdə Talehlə Pənahın aralarına girib onları ayırmış və dalaşmalarına imkan verməmişdir. Həmin vaxt Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş və onların hər üçünü götürüb şöbəyə gətirmişlər. Şöbəyə gələndən sonra Pənah onun və mərhum qardaşı Talehin barəsində şikayət ərizəsi vermiş və bununla bağlı onların izahatları alınmışdır. O, həmçinin göstərmişdir ki, hadisə zamanı özü Zərərçəkmiş şəxs qarşısını kəsib yumruqla vurub sinəsindən itələsə də, onun maşınını əzməmiş, nə də ki, hadisə zamanı əlində daş olmamış və Pənahı daşla vurmamışdır. Mərhum qardaşı Talehin əlində də nə dəmir boru, nə də ki, başqa hər hansı bir əşya olmamış, Taleh sərxoş vəziyyətdə olduğundan əli ilə Pənahın avtomobilinin yan güzgülərini, qabaq alın şüşəsini vurub sındırmış və digər hissələrini vurub zədələmişdir. Lakin hadisə zamanı nə onun, nə də ki, qardaşı Talehin əlində daş, dəmir boru və ya başqa hər hansı bir əşya olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərdi ki, rəsmio laraq heç yerdə işləmir, lakin özünə məxsus «RAF 22031 01 mikro avtobus» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş əsasında sərnişin daşımaqla məşğul olur. X12 və onun qardaşı Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakinləri kimi üzdən tanıyır, lakin onların heç biri ilə onun arasında hər hansı bir münasibət, o, cümlədən ədavət və düşmənçilik olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında özünə məxsus RAF markalı mikroavtobusu Xaçmaz şəhəri N.Nərimanov küçəsində, Heydər Əliyev muzeyinin arxa tərəfində yerləşən «Ruslan» kafesinin qarşısında saxlayıb tanışları Saleh adlı avtomobil ustası və Samir adlı ev ustası ilə birlikdə kafedə oturub çay içmişdir. Həmin vaxt kafedə onlardan başqa çay içib domino oynayan Xaçmaz şəhər sakinləri kimi tanıdığı Fəqan və Kənan adlı şəxslər, eləcə də adlarını bilmədiyi, lakin üzdən tanıdığı xidməti formada olan iki polis nəfəri və digər şəxslər olmuşdur. Saat 23 radələrində Təqsirləndirilən şəxs kafeyə daxil olaraq «Pənah, Pənah, Təvəkkülün qardaşı hanı?» deyə qışqırmağa başlamış və ünvanına nalayiq söyüşlər söyərək ondan çölə çıxmasını tələb etmişdir. Lakin o, Təqsirləndirilən şəxs sözlərinə məhəl qoymamış, bundan bir az sonra Mehmanın X16 da kafeyə daxil olmuş və onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Qardaşların danışıqlarından, hərəkətlərindən və özlərini aparmalarından onların hər ikisinin sərxoş olduqlarını hiss etmiş və buna görə də onlara baş qoşmamışdır. Taleh çölə çıxaraq kafenin qarşısında saxladığı avtomobilin müxtəlif hissələrinə zərbələr endirməklə avtomobili zədələdiyinə görə o, özü, həmçinin onunla bir masada oturmuş Samir və Saleh, eləcə də onlarla bərabər demək olar ki, kafedə oturan bütün şəxslər çölə çıxmışdır. O, çölə çıxanda kafenin giriş qapısının ağzında Təqsirləndirilən şəxs üstünə hücum çəkib yaxasından yapışaraq ünvanına nalayiq söyüşlər söymüş və yumruqla bir dəfə sinəsindən vurmuşdur. Həmin vaxt Taleh israfilov də əlində olan dəmir parçası ilə onun çiyin nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs yenidən onu vurmaq istəyəndə kafedə olan tanıdığı müştərilərdən Şahid2 araya girərək onu Təqsirləndirilən şəxs əlindən almış və onun özünü kənara itələmişdir. Bundan sonra Mehman X16a qoşulmuş, onlar ikisi birlikdə ona məxsus avtomobilin yan güzgülərini qoparıb yerə atmış, sağ arxa yan şüşəsini sındırmış, həmçinin qabaq alın şüşəsini vurub çatlatmış, ön işıqları, ön qanadları, kapotu və digər hissələrini vurub zədələmişlər. Onların hərəkətlərinin qarşısını almaq istəyəndə Təqsirləndirilən şəxs baş nahiyəsindən bir zərbə endirmiş, yenidən onu vurmaq istəyərkən kafedə olan polis nəfərləri onu tutub kənara çəkmişdir. Mehmandan niyə görə onu vurduğunu soruşanda Taleh yenidən arxadan gəlib onun sol çiyin nahiyəsinə zərbə endirmişdir.Hadisə yerinə gəlmiş digər polis əməkdaşları qardaşların onu vurmalarına imkan verməmiş və onları ondan ayırmışlar. Mehman və Taleh İsrafilov qardaşları ona məxsus avtomobili sındırıb zədələyəndə, eləcə də onu döyərkən ətrafda çoxlu sayda adamlar toplaşmış, həmin şəxslərdən Saleh və Samir, həmçinin Fəqan, Kənan və onların yanlarında olan digər tanışları, sözü gedən çayxananı işlədən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs, masa xidmətçisi, çayxana ilə üzbəüz yerləşən ərzaq mağazasının işçiləri, adlarını bilmədiyi polis nəfərləri və digər tanımadığı şəxslər orada olmuşdur. Hadisə yerinə gəlmiş polis əməkdaşları Mehman və Taleh İsrafilov qardaşlarını Post Patrul Xidməti avtomobilinə oturdub Xaçmaz RPŞ-nə aparmış, bundan sonra o, özü də avtomobili sürüb Xaçmaz RPŞ-nə getmişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, hökm çıxarılarkən, bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs qonşusudur və onunla uzun illərdir ki, bir-birini tanıyırlar. Lakin aralarında heç bir qohumluq və digər yaxın münasibətlər, həmçinin ədavət və düşmənçilik yoxdur. Xaçmaz şəhər sakinləri X12 və Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 23 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Ruslan» kafesində baş vermiş hadisə zamanı görüb tanımış və onların qardaş olduqlarını bilmişdir. Lakin həmin vaxta kimi onlarla onun arasında heç bir münasibət, o cuümlədən ədavət və düşmənçilik olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə gecə təxminən saat 23 radələrində qonşusu Şahid1, onun sinif yoldaşı Fəqan Səfərov və Şahid1 dayısı oğlu Hüseyn Səfərovla birlikdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində, Heydər Əliyev muzeyinin arxasında yerləşən «Ruslan» kafesində oturub çay içməklə domino oynamış və onlardan başqa kafedə çay içib domino və nərd oynamaqla istirahət edən çoxlu sayda tanımadığı şəxslər olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs də kafedə tanımadığı iki nəfərlə oturub çay içmiş, kafedə hamı öz istirahətində olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs kafeyə daxil olmuş və qışqıra-qışqıra «Pənah, Pənah» deyə çağırmış və Pənahın kafedə oturduğunu görəndə isə onun ünvanına ucadan nalayiq küçə söyüşləri söyərək ondan çölə çıxmasını tələb etməyə başlamışdır. Bu zaman Mehmanın adını sonradan bildiyi X16 da kafeyə daxil olmuş və Pənahın ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Zərərçəkmiş şəxs onlara məhəl qoymadıqda, Taleh Pənaha «maşın hanı» demiş və qaçaraq kafedən çölə çıxmışdır. Talehin davranışından onun çölə çıxıb Zərərçəkmiş şəxs məxsus avtomobilini zədələyəcəyini başa düşmüş, ona görə də özü daxil olmaqla kafedə olan şəxslərin əksəriyyəti, o cümlədən Zərərçəkmiş şəxs kafedən çölə çıxmışdır. Pənah çölə çıxmaq istəyərkən Təqsirləndirilən şəxs kafenin giriş qapısının ağzında Pənahın üzərinə hücum çəkib onun yaxasından tutmuş və yumruqla bir dəfə sinəsindən zərbə endirmişdir. Lakin o, dərhal araya girib Mehmanı Pənahdan ayırmış və kənara itələmişdir. Bu vaxt Mehmanın X16 Zərərçəkmiş şəxs üstünə cummuş və onunla əlbəyaxa olaraq dalaşmağa başlamış, hadisə yerində olan şəxslər araya girib onları ayırmışdır. Bundan sonra Mehman və Taleh İsrafilov qardaşları sözü gedən kafenin giriş qapısından təxminən 3-4 metr aralıda saxlanılmış Zərərçəkmiş şəxs məxsus «RAF» markalı avtomobilin yan güzgülərini, qabaq işıq faralarını, qabaq barmaqlığını və qabaq alın şüşəsini vurub sındırmış, onlar hətta avtomobilin digər hissələrini də vurub əzmişlər. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1, ibtidai istintaq zamanı Şahid2 ifadəsi ilə anoloci ifadə vermişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs və onun mərhum qardaşı X12 əvvəllər onunla qonşu olmuş, Zərərçəkmiş şəxs isə Xaçmaz şəhər sakini kimi tanımışdır. Adları çəkilən şəxslərin hər üçü ilə onun münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən gecə saat 23 radələrində Təqsirləndirilən şəxs, həmçinin digər tanışları Natiq və Sədi ilə birlikdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Ruslan» kafesinin yaxınlığında oturub pivə içmiş, onlardan başqa da orada pivə içən şəxslər olmuş, həmin şəxslərin dəqiq kimlər olduğunu xatırlamamışdır. Pivə içdikləri zaman kafenin qarşısında Mehmanın qardaşı X20un ucadan nalayiq söyüşlər söydüyünü və haray-qışqırıq saldığını eşitmiş, birinci olaraq Talehin qardaşı Mehman onların yanından durub kafenin qarşısına getmiş, onun arxasınca o, Natiq, Sədi və pivə içən digər şəxslər də nə baş verdiyini öyrənmək məqsədi ilə durub kafenin qarşısına getimişdir. Onlar ora gedəndə Taleh Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlərini davam etdirdiyini görmüş, lakin Pənah özü kafenin qarşısında olmamış və Pənahın kafenin içərisində olduğunu orada bilmişdir. Birinci olaraq Mehman və onun arxasınca isə mərhum Taleh Pənahın ünvanına nalayiq ifadələr işlədərək kafeyə daxil olmuşlar. Elə bu zaman onun telefonuma evdən zəng gəlmiş, evə getməsi vacib olduğundan orada dayanmayıb evə getmiş, Natiq, Sədi və Talehin səsinə küçəyə çıxmış digər tanımadığı şəxslər orada qalmışdır. Şahid Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri Şahid5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2019-cu ildən Xaçmaz RPŞ-də polis nəfəri vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində polis kiçik sercantı Şahid4lə birlikdə xidmətdə olmuş, təxminən gecə saat 23 radələrində N.Nərimanov küçəsində yerləşən «Ruslan» kafesinin qarşısında ucadan nalayiq söyüşlər və dava-dalaş səsləri eşitmiş və nə baş verdiyini öyrənmək məqsədi ilə dərhal həmin yerə yaxınlaşmışlar. Həmin yerə çatanda səs-küyə artıq kafenin qarşısına xeyli adam yığıldığını, şəxsiyyətləri sonradan məlum olmuş Xaçmaz şəhər sakinləri X4 qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söydüklərini və onunla əlbəyaxa olaraq dalaşdıqlarını, hadisə yerində olan tanımadığı şəxslərin və mühafizə polisinin qiyabi olaraq üzdən tanıdığı polis nəfərlərinin dalaşanları ayırdıqlarını və qardaşları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Taleh və Təqsirləndirilən şəxs hərəkətlərindən və danışıqlarından onların sərxoş vəziyyətdə olmaları açıq-aydın hiss olunmuşdur. Həmin vaxt kafenin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus olduğunu sonradan bildikləri RAF markalı mikroavtobusun qabaq alın şüşəsi, işıq faraları, yan güzgüləri sındırılmış və digər hissələri əzilmiş vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs məxsus həmin mikroavtobusu Taleh və Təqsirləndirilən şəxs qardaşlarının zədələdikləri onlara məlum olmuşdur. Buna görə də Şahid4 Xaçmaz RPŞ-si ilə rabitə əlaqəsi saxlayıb kömək istəmiş və bundan sonra Xaçmaz RPŞ-nin PPXB-nün əməkdaşları hadisə yerinə gəlmiş, onlar Taleh və Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs və ona məxsus RAF markalı mikroavtobusu Xaçmaz RPŞ-nə gətirmişlər. Faktla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X3 həvalə olunduğundan onlar Taleh və Təqsirləndirilən şəxs qardaşlarını təhqiqatçıya təhvil verəndən sonra yenidən xidmət etdikləri əraziyə qayıtmışlar. O, həmçinin göstərmişdir ki, onlar hadisə yerinə çatanda kafenin qarşısında Taleh və Təqsirləndirilən şəxs qardaşları onları görəndə əllərində olan əşyaları, yəni daşla dəmir parçasını kənara atmış, onların gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək əlbəyaxa olub dartışdıqlarını, həmin vaxt artıq Zərərçəkmiş şəxs məxsus RAF markalı mikroavtobusun şüşələrinin, işıq faralarının və güzgülərinin sınmış, digər hissələri əzilib zədələnmiş vəziyyətdə olduğunu, Zərərçəkmiş şəxs məxsus həmin mikroavtobusu Taleh və Təqsirləndirilən şəxs qardaşlarının vurub zədələdikləri orada onlara məlum olmuşdur. Həmçinin hadisə yerində olan şəxslər və onlar Taleh və Təqsirləndirilən şəxs qardaşlarını ayıranda onlar Zərərçəkmiş şəxs ünvanına ucadan söyüşlər söyməkdə davam etsələr də, nə onlara, nə də onları ayıran digər şəxslərə qarşı müqavimət göstərməmiş və ayrılandan sonra yenidən Zərərçəkmiş şəxslə dalaşmağa cəhd etməmişlər. Şahid Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4, Şahid5 ifadəsi ila anoloci ifadə vermişdir. Şahid Azərbaycan Respublikası DİN-nin BMİ-nin Xaçmaz rayon Mühafizə Bölməsinin polis nəfəri Şahid6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2010-cu ildən Azərbaycan Respublikası DİN-nin BMİ-nin Xaçmaz rayon MB-də polis nəfəri vəzifəsində işləyir. Xaçmaz şəhər sakinləri Zərərçəkmiş şəxs, X12 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış və adları çəkilən şəxslərlə onun arasında heç bir münasibət olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə polis sercantı Rahib Quliyevlə birlikdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində xidmətdə olmuş, gecə təxminən saat 23 radələrində Heydər Əliyev muzeyinin arxa tərəfində yerləşən «Ruslan» kafesinin yaxınlığında olarkən kafenin qarşısından ucadan söyüş və haray-qışqırıq səsləri eşitmiş və nə baş verdiyini öyrənmək məqsədi ilə ora getmişlər. Həmin yerə çatanda şəxsiyyətləri sonradan ona məlum olmuş Taleh və Təqsirləndirilən şəxs qardaşlarının Zərərçəkmiş şəxs ünvanına ucadan söyüşlər söyərək onu vurmağa cəhd etdiklərini, artıq Xaçmaz RPŞ-nin əməkdaşlarının da orada olduqlarını və hadisə yerində olan tanımadığı digər şəxslərlə birlikdə Taleh və Təqsirləndirilən şəxs qardaşlarını sakitləşdirib Post Patrul xidməti avtomobilinə əyləşdirərək şöbəyə apardıqlarını görmüşdür. Şahid7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir, lakin 2018-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayına kimi Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Ruslan» kafesini icarə əsasında işlətmiş, hazırda isə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs, həmçinin mərhum X5 və onun qardaşı Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakinləri kimi tanımış, onlar hər üçü onun əvvəllər işlətdiyi «Ruslan» kafesinin müştəriləri olmuşdur. Lakin onların heç biri ilə onun arasında yaxın münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 23 radələrində kafedə işdə olmuş, həmin vaxt kafenin içərisində müştərilər olmuş, həmçinin Zərərçəkmiş şəxs də iki nəfər tanışı ilə bir masa arxasında oturub çay içmiş, Pənahın yanındakı şəxslərdən birinin adının Saleh olduğunu bilsə də, digər şəxsi tanımamış və onun adını bilməmişdir. Bu zaman kafenin qarşısında, çöl tərəfdə mərhum X17 Tağıyevin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş, Zərərçəkmiş şəxs özü də Taleh İsrafilovun onun ünvanına söyüş söydüyünü eşitmiş, lakin o, buna əhəmiyyət verməmişdir. Bundan bir az sonra əvvəlcə Taleh İsrafilovun qardaşı Təqsirləndirilən şəxs, onun arxasınca isə Taleh İsrafilov özü kafeyə daxil olmuş, onların hərəkətlərindən və danışıqlarından sərxoş vəziyyətdə olmaları hiss olunmuşdur. Onlar içəri girən kimi Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb ondan çölə çıxmasını tələb etməyə başlamış və X25 Tağıyevə məxsus avtomobili harada saxladığını soruşub dərhal kafedən çölə çıxmışdır. Onun arxasınca qardaşı Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs və kafedə olan digər müştərilər də Talehin arxasınca çölə çıxmış, özü kafedə tək olduğundan çölə çıxmamışdır. Lakin buna baxmayaraq Taleh və Təqsirləndirilən şəxs qardaşlarının kafenin qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb onunla dalaşdıqlarını, həmçinin kafenin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus «RAF» markalı mikroavtobusun şüşələrini sındırılması səsini eşitmiş, bayıra baxanda isə Taleh və Təqsirləndirilən şəxs qardaşlarının Zərərçəkmiş şəxslə əlbəyaxa olub onunla dartışdıqlarını və hadisə yerində olan şəxslərin onları ayırdıqlarını görmüşdür. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş və onları götürüb özləri ilə Xaçmaz RPŞ-nə aparmışlar. Bundan sonra hadisə zamanı Taleh və Təqsirləndirilən şəxs qardaşlarının Zərərçəkmiş şəxs kafenin qarşısında saxladığı «RAF» markalı mikroavtobusun şüşələrini və güzgülərini sındırmaqla maşını əzib zədələdiklərini bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid8 ifadəsindən görünür ki, X20u təxminən 4-5 il olar ki, tanımış, onun qardaşı Mehmanı da ona görə tanımış, alarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə doğma qardaşıdır və qeyd etdiyi kimi onunla bir evdə yaşayırlar. Pənah özünə məxsus «RAF 22031 01 mikroavtobus» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Qardaşı Pənahla da münasibətləri yaxşıdır. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Mehman və mərhum qardaşı X7 şəhəri N.Nərimanov küçəsində, Heydər Əliyev muzeyinin arxasında yerləşən «Ruslan» kafesində qardaşı Pənahla mübahisə edərək ona məxsus avtomobilin şüşələrini sındırdıqları və müxtəlif hissələrini əzib zədələdikləri, buna görə də qardaşı Pənahın onların barələrində şikayət etməsi həmin gün sonradan ona məlum olmuşdur. Sonradan həmçinin ona məlum olmuşdur ki, dalaşma zamanı Taleh onun adını çəkmiş və guya onunla mübahisəsi olduğu üçün qardaşı Pənahla dalaşdıqlarını demişdir. Həqiqətən həmin gün təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs ona zəng edib onunla görüşmək istədiyini dediyindən etiraz etməmiş, Xaçmaz şəhəri N.Nərimanov küçəsinə, Heydər Əliyev muzeyinin yanına gələrək orada Təqsirləndirilən şəxsla görüşmüş və həmin vaxt onun mərhum X16 da yanında olmuşdur. Mehman onun yaxasından tutub dartanda ondan yaxasını buraxmasını tələb etmiş, cavabında Mehman ona əgər yaxasından tutması xoşuna gəlmirsə bəs onda niyə özünün onun qardaşının yaxasından tutub dartdığını soruşmuşdur. O, Mehmana onun qardaşı Talehlə aralarında zarafatları olduğunu və ona görə də Talehlə zarafatlaşdıqlarını demiş, hətta həmin vaxt Taleh özü də qardaşı Mehmana onunla zarafatları olduğunu təsdiq etmişdir. O, Mehmana və qardaşı Talehə əgər istəmirlərsə onlarla bir də zarafat etməyəcəyini demiş və onlardan ayrılaraq evlərinə gəlmişdir. Lakin Mehman və Taleh İsrafilov qardaşları ilə onun arasında baş vermiş mübahisə ilə bağlı qardaşı Pənaha heç nə deməmiş və Pənahın bu barədə heç bir məlumatı olmamışdır. Şahid9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Xaçmaz şəhər sakinləri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun mərhum qardaşı X5 uzun illərdir tanıyır. Adları çəkilən şəxslərin hər üçü ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən gecə saat 22 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Ruslan» kafesində Zərərçəkmiş şəxs və onun tanışı Samir adlı şəxslə birlikdə oturub çay içmiş və domino oynamışdır. Pənah özünə məxsus «RAF 22031 01 mikroavtobus» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili kafenin qarşısında saxlamış və kafedə onlardan başqa tanımadığı müştərilər də olmuşdur. Həmin vaxt kafenin qarşısında mərhum X17 Tağıyevin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş və Taleh İsrafilovun sərxoş olduğunu hiss etdiklərindən Zərərçəkmiş şəxs onun söyüşlərinə əhəmiyyət verməmişdir. Elə bu vaxt Taleh İsrafilovun qardaşı Təqsirləndirilən şəxs kafeyə daxil olmuş və Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək onun kafedən çölə çıxmasını tələb etməyə başlamışdır. Onun arxasınca mərhum X16 da kafeyə daxil olmuş, o, da kafeyə daxil olan kimi Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Qardaşların hərəkətlərindən və danışıqlarından onların hər ikisinin sərxoş vəziyyətdə olmaları aydın hiss olunmuş, Mehman və Taleh İsrafilov qardaşları kafenin içərisində Pənahın ünvanına nalayiq söyüşlər söyüb onu təhqir etsələr də, Pənah onlara baş qoşmamışdır. Bundan sonra X18 avtomobili harada saxladığını soruşmuş və qayıdıb kafedən çölə çıxmışdır. Qardaşı Mehman da onun arxasınca kafedən çıxmış və onlar kafedən çıxandan sonra kafenin qarşısında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyməkdə davam emişlər. Zərərçəkmiş şəxs qardaşların kafenin qarşısında saxladığı avtomobilini əzib zədələyəcəklərini deyib onların arxalarınca kafedən çölə çıxmış, Pənahdan sonra kafedə oturmuş müştərilərdən də bir neçəsi durub çölə çıxmış, özü əvvəlcə kafedən çölə çıxmasa da, sonradan qardaşların sakitləşmədiklərini, kafenin qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməkdə davam etdiklərini və onun kafenin qarşısında saxladığı «RAF» markalı avtomobilə zərbələr endirmələri səsini eşidib kafedən çölə çıxmışdır. O, çölə çıxanda artıq kafenin qarşısında xeyli adam, o cümlədən polis əməkdaşları olmuş, Zərərçəkmiş şəxs məxsus «RAF» markalı mikroavtobusun qabaq alın şüşəsinin çatladığını, yan şüşəsinin və işıq faralarının sındığını, hər iki yan güzgülərinin qırılaraq yerə atıldığını və digər hissələrinin zədələnmiş vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs məxsus avtomobili Taleh və Təqsirləndirilən şəxs qardaşlarının əzib zədələdikləri ona məlum olmuş, lakin şəxsən özü Mehman və Taleh İsrafilov qardaşlarının Zərərçəkmiş şəxs məxsus qeyd olunan avtomobili necə və hansı şəraitdə əzib zədələmələrini görməmişdir. Bundan sonra hadisə yerində olan polis əməkdaşları Mehman və Taleh İsrafilov qardaşlarını avtomobilə mindirib Xaçmaz RPŞ-nə aparmış, onların arxalarınca Zərərçəkmiş şəxs də şöbəyə getmişdir. O, həmçinin göstərmişdir ki, qardaşlar kafedən çıxandan sonra onların kafenin qarşısında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söymələri və ona məxsus avtomobili əzib zədələmələri səsini eşitmiş, kafedən çıxanda artıq Panaha məxsus avtomobilin qabaq alın şüşəsinin çatlamış, yan şüşəsinin və işıq faralarının sınmış, hər iki yan güzgüsünün yerindən qoparılaraq yerə atılmış və digər hissələrinin zədələnmiş vəziyyətdə olduğunu, hadisə yerinə gəlmiş polis əməkdaşlarının qardaşları sakitləşdirib avtomobilə mindirdiklərini görmüşdür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur İş materiallarında olan, Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 200 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində, 2004-cü il təvəllüdlü – X10, 2013-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X11 adlı bir yetkinlik və iki azyaşlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Ali Məhkəmənin Plenumunun qərarında izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Ali Məhkəmənin Plenumunun Qərarında, həmçinin, Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. HəminQərarın 11-ci bəndinə əsasən, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda, təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır.«Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur.Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. İşin müəyyənn olunmuş hallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində mərhum qardaşı X12 ilə bir qrup şəxs halında Xaçmaz şəhəri N.Nərimanov küçəsində X14 arxasında yerləşən ictimai yer hesab edilən «Ruslan» kafesində Zərərçəkmiş şəxs kafedə görüb sonuncunun qardaşı Şahid8 ilə mübahisə etməsini bəhanə gətirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan Zərərçəkmiş şəxs ünvanına söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, həmin kafenin içərisində Zərərçəkmiş şəxs sinəsindən yumruqla zərbə endirmiş, daha sonra bir qrup şəxs halında olduğu mərhum X16la birlikdə qeyd olunan kafenin qarşısında dayanmış, Zərərçəkmiş şəxs istifadəsində olan «RAF 22031 01 mikroavtobus» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini, yan güzgülərini, sağ tərəf işıq farasını və salonunun arxa sağ şüşəsini sındırıb məhv etmiş, habelə bir qrup şəxs halında olduğu mərhum X16 silah qismində istifadə etdiyi dəmir parçası ilə qeyd olunan avtomobilin damı ilə gövdəsini birləşdirən qabaq yuxarı sağ dəmir hissəsinə, həmçinin Zərərçəkmiş şəxs özünə zərbələr endirərək bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.Bütün göstərilənlər təqsirləndirilən şəxsin əməlində AR CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin obyektiv cəhətdən xarakterizə edən əlamətlərinin mövcudluğunu təsdiq edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməlini törətməsini, təqsirini etiraf edərək peşmançılıq keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, ailəli olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət törədildikdən sonra barışıq əldə etmişlər, zərərçəkmiş məhkəmə iclasında onu bağışladığını bildirmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra zərərçəkmişlə barışıq əldə etməsi eyni zamanda onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yeganə cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu zaman cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusu rəhbər tutularaq, qeyd olunan cəza növü maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxscəzaçəkməmüddətininəvvəli xx xxxxxxx 2020-ciiltarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan “RAF 22031 01 mikroavtobus” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə minənədək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan “RAF 22031 01 mikroavtobus” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə minənədək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs saxlanılsın. Hökmdən,elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə məhkum və zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-132/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-132/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver