Məhkəmə qərarları › İş №1(067)-132/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-132/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-132/2023 19.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs6, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə boşanmış, məhkumluğu ödənilməmiş, ünvan 5-də qeydiyyatda olan, barəsində hazırkı iş üzrə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 avqust 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal R.Şabətdinov küçəsi, «Qrand Oil» yanacaqdoldurma məntəqəsindən 100 metr qərb istiqamətinə yerləşən evinin yaxınlığına gəlmiş, evdə yaşayan şəxslərin evdə olmamasından istifadə edərək həyətin daş hasarından aşıb, həyətə daxil olduqdan sonra, evin pəncərəsində olan dəmir barmaqlığı həmin həyətdən tapdığı dəmir parçasının vasitəsilə divardan araladıqdan sonra pəncərəyə qalxıb, dəmir barmaqlığı, habelə pəncərədə quraşdırılmış həşəratların evə girməməsi üçün nəzərdə tutulmuş tor çərçivəsini çıxarıb, həmin plastik pəcərəni əlindəki dəmir parçasının köməyi ilə açaraq yaşayış evinə qanunsuz daxil olmaqla həmin evin yataq otağındakı paltar dolabının içərisində olan iki ədəd qızıl-zinət əşyalarının saxlanıldığı qutulardan 2000 manat dəyərində 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 17,3 qram çəkidə brilliant qaşlı boyunbağını və qolbağı, 1500 manat dəyərində 13,9 qram çəkidə 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış brilliant qaşlı sırğa və üzüyü, 600 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd brilliant qaşlı qadın üzüyünü, 1200 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə ləçəkvari brilliant qaşlı bir cüt sırğanı, 300 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd çınqılvari qara qaşlı kişi üzüyünü, 450 manat dəyərində 583 əyarlı qızıldan tac formasında hazırlanmış 6 qram çəkidə 1 ədəd qaşsız qadın üzüyünü, 600 manat dəyərində 500 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 ədəd qadın qolbağını, 300 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd qadın üzüyünü, 225 manat dəyərində 500 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 1 ədəd qadın üzüyünü, 150 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd qadın üzüyünü, 525 manat dəyərində 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 7 qram çəkidə 1 ədəd çınqılvari qaşlı qadın sırğa və üzüyünü, 150 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd uşaq qolbağını, 150 manat dəyərində 583 əyarlı qızıldan tor şəkilində hazırlanmış 2 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 1500 manat dəyərində 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 20 qram çəkidə 1 ədəd qadın boyunbağını, 75 manat dəyərində 500 əyarlı qızıldan hazırlanmış 1 qram çəkidə bir cüt uşaq sırğalarını və həmin otaqdakı pul kisəsinin içərisindən 300 manat pulu oğurlayıb ümumilikdə zərərçəkmiş şəxşə xeyli miqdar təşkil edən 10,025 manat (on min iyirmi beş manat) məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2021-ci il tarixdə, günorta saat 12 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndinin mərkəzindəki şəhidlər xiyabanı abidəsindən Xaçmaz rayonu, Müşkür kəndi istiqamətində 200 metr aralıda yerləşən ikimərtəbəli evin yaxınlığına gəlmiş, evin həyət qapısında asma kilid olmasını görərək evdə heç kəsin olmamasından istifadə edərək həyətin daş hasarından aşıb həyətə daxil olduqdan sonra, evin birinci mərtəbəsinin taxta materialdan olan pəncərə şüşəsini sındırıb, üzərində olan dırnaqkəsən vasitəsilə şüşəni yerindən çıxardıqdan sonra həmin pəcərədən yaşayış evinə qanunsuz daxil olmaqla həmin evin ikinci mərtəbəsində yataq otağında olan paltar dolabının içindəki qutunun içərisindən 600 manat dəyərində 583 əyarlı qızıldan tros formasında hazırlanmış 8 qram çəkidə 1 ədəd sadə qaşlı qadın boyunbağını, 600 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 ədəd qaşsız kişi boyunbağını, 600 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 ədəd sadə qaşlı kişi üzüyünü, 375 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 1 ədəd sadə qaşlı qadın boyunbağını, ümumi dəyəri 750 manat təşkil edən 585 əyarlı qızıldan hazırlanmış hər biri 5 qram çəkidə cəmi 2 ədəd sadə qaşlı qadın üzüklərini, 262 manat 50 qəpik dəyərində 585 əyarlı qızıldan aypara formasında hazırlanmış 3,5 qram çəkidə sadə qaşlı 1 ədəd klonu, ümumi dəyəri 1125 manat təşkil edən 583 əyarlı qızıldan hazırlanmış hər biri 5 qram çəkidə cəmi 3 ədəd sadə qaşlı qadın üzüklərini, 495 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 6,6 qram çəkidə 1 ədəd sadə qaşlı qadın boyunbağını, 150 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd klonu, 900 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə 1 ədəd qadın boyunbağını, 600 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 cüt göy rəngli sadə qaşlı qadın sırğalarını və yataq otağındakı çarpayının üzərindəki yataq dəstinin altından 40 manat nağd pulu qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxşə ümumilikdə xeyli miqdar təşkil edən 6497 manat 50 qəpik (altı min dörd yüz doxsan yeddi manat əlli qəpik) məbləğində maddi ziyan vuraraq təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus Xaçmaz rayonu, Qusarçay kəndində Bakı-Yalama dəmir yol xəttindən kənd mərkəzinə doğru 400 metr aralıda yerləşən birmərtəbəli evin yaxınlığına gəlmiş, həyət qapısında asma kilidin olmasını görüb, ev sahibinin evdə olmamasından istifadə edərək həyətin daş hasarından aşıb həyətə daxil olduqdan sonra, evin pəncərəsinin şüşəsini həmin həyətdən götürdüyü nazik dəmir parçası ilə açmış, həmin pəcərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla həmin evdə olan otaqlarda oğurlamaq üçün qiymətli əşyalar axtarmış, lakin hər hansı bir qiymətli əşya tapmadığından evə qanunsuz daxil olduğu pəncərədən çıxmış, daha sonra evin arxa hissəsində yerləşən yay mətbəxi kimi istifadə edilən saxlanc yerinin qapısında olan asma kilidi həmin həyətədən tapdığı dəmir parçası ilə sındırıb açdıqdan sonra saxlanc yerinə qanunsuz daxil olub oradan 1 ədəd 200 manat dəyərində 5 litr həcmində və 1 ədəd 300 manat dəyərində 7 litr həcmində olan od samovarını qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vuraraq təkrar, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 fevral 2021-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs10 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-İstisu avtomobil yolunun sağ tərəfindəki «Bolluq market»dən Bostançı kəndi istiqamətində 200 metr aralıda 0.08 ha torpaq sahəsində yerləşən inşası tamamlanmamış birmərtəbəli zirzəmili evin yaxınlığına gəlmiş, həmin evdə yaşayan şəxslərin evdə olmadığını müəyyən etdikdən sonra evin arxa tərəfində həyətin daş hasarından aşıb həyətə daxil olduqdan sonra, həyətdə olan bitmərtəbəli, inşası yarımçıq olan yaşayış evinin taxta çərçivəli pənəcərəsinin şüşəsini çıxarmış və həmin yaşayış evinə qanunsuz daxil olmaqla, orada olan bir ədəd 250 manat dəyərində “Stels" markalı velosipedi götürərək həmin tikilinin taxta qapısını içəridən açaraq velosipedlə birlikdə həyətə çıxmış, daha sonra inşası tamamlanmamış bir mərtəbəli zirzəmili evin sağ tərəfindəki giriş qapısının əvəzinə qoyulan dəmir dam örtüyünü kənara çəkdikdən sonra qanununsuz olaraq həmin yaşayış evinin zirzəmisinə daxil olmuş, döşəməyə vurulmuş taxta atmaların arasından keçərək evin otağının ağ rəngli plastik qapısının kilidli olduğunu görüb, həmin vaxt evdən götürdüyü mətbəx bıçağı ilə qapının daxili kilidinin kənarından plastik materialını kəsməklə həmin otağa keçmiş, otaqdan 250 manat dəyərində 1 ədəd «Euromax» markalı böyük ölçülü laqondanı, 200 manat dəyərində 1 ədəd «İNTERSKOL» 1650 Bt markalı perforatoru, 260 manat dəyərində 1 ədəd «EUROMAX» DS 6430 markalı elektirik cərəyanı ilə işləyən mişarı, 80 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 6 mm-lik naqili, 70 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 4 mm-lik naqili, 60 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 2,5 mm- lik naqili qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 1170 (min yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq, təkrar, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi, Xaçmaz rayonu, Xudat-Gəndov avtomobil yolunun 1-ci km-də, ‘'Nurel” şadlıq sarayının qarşısında yerləşən avtomobil təmiri sexinə darvazanın qıfılını sındırma yolu ilə saxlanc yerinə qanunsuz daxil olmaqla sonuncuya məxsus 190 manat dəyərində 1 ədəd kiçik ölçülü qaynaq aparatını, 180 manat dəyərində 1 ədəd böyük ölçülü (laqonda) dəmirkəsən cihazı, 75 manat dəyərində 1 ədəd kiçik ölçülü (laqonda) dəmir kəsən cihazı, 120 manat dəyərində 1 ədəd batareyalı (dreli) burğacı, 75 manat dəyərində böyük ölçülü (dreli) burğacı, hər birinin dəyəri 30 manat olan ümumi dəyəri 60 manat təşkil edən cəmi 2 ədəd hidrovlik qaldırıcı qurğunu, 1 metrinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 100 manat təşkil edən 40 metr uzunluğunda 12 mm-lik elektrik naqili, 72 manat dəyərində təmir üçün nəzərdə tutulmuş açar dəstini, hər birinin dəyəri 25 manat cəmi 50 manat təşkil edən 2 ədəd «Vaz2108» markalı avtomobilin ön faralarını, 180 manat dəyərində 1 ədəd «Vaz2108» markalı avtomobilin starterini və 120 manat dəyərində 1 ədəd «Vaz2108» markalı avtomobilin dinamosunu qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxşə ümumilikdə 1222 (min iki yüz iyirmi iki) manat maddi ziyan vuraraq təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin dekabr ayının axırlarında, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus Xaçmaz rayonu, Yergüc kəndində Xaçmaz-Quba avtomobil yolundan 2 km aralıda şimal istiqamətində yerləşən 2,64 ha bağ sahəsinin yaxınlığına gəlmiş, dəmir torla hasara alınmış saxlanc yeri hesab olunan bağ sahəsinə hasardan içəri qanunsuz daxil olmaqla sahənin qurtaracağında yerləşən su çəninin sağ tərəfində quraşdırılmış 560 (beş yüz altmış) manat dəyərində 1 ədəd «Niva» markalı 100-lük su mühərrikini qanunsuz götürüb aparmaqla, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs11 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbə yaşayış massivində Xaçmaz rayonu, Xudat-İstisu avtomobil yolunun sağ tərəfindəki “Bolluq market”dən Bostançı kəndi istiqamətində 400 metr aralıda yerləşən, inşası tamamlanmamış yaşayış evinin mişar daşından hörülmüş hasarının kənarına gəlmiş, daha sonra həmin hasardan aşmaqla evin həyətinə girdikdən sonra evin birinci mərtəbəsindəki plastik pəncərəni açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin giriş qapısının sağ tərəfində yerləşən otaqdan 01 ədəd 120 manat dəyərində "Marquis” markalı su mühərrikini, evin digər 3 otaqlarını elektrik təchizatı ilə təmin etmək üçün çəkilmiş 1 metrinin dəyəri 50 qəpik olmaqla ümumi dəyəri 75 manat olan 150 metr uzunluğunda 2,5 mm-lik mis elektrik naqillərini, 1 metrinin dəyəri 70 qəpik olmaqla ümumi dəyəri 105 manat olan 150 metr uzunluğunda 4 mm-lik mis elektrik naqillərini və 1 metrinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 30 manat olan 30 metr uzunluğunda alüminium elektrik naqilini götürüb aparmaqla Zərərçəkmiş şəxs11 ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan vuraraq təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 may 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, Ə.Vahid küçəsi, dalan 2 ev 5 ünvanında yerləşən, yaşayış olmayan evin mişar daşından hörülmüş hasarının kənarına gəlmiş, daha sonra həmin hasardan aşmaqla yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olduqdan sonra evin birinci mərtəbəsindəki plastik pəncərəni açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq istilik sistemləri üçün nəzərdə tutulmuş otaqdan 850 manat dəyərində 1 ədəd Almaniya istehsallı “Herman” markalı kombi aparatını, 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan cəmi 2 ədəd Türkiyə istehsallı “Baysallar” markalı kombi üçün stabilizatoru, 150 manat dəyərində 1 ədəd kombi aparatı üçün səkkiz çıxışlı isti su paylayıcısını, 130 manat dəyərində 1 ədəd “Markus” markalı su mühərrikini, 120 manat dəyərində 1 ədəd “Markus” markalı su mühərrikini, 250 manat dəyərində 1 ədəd Türkiyə istehsallı “Lassa” markalı su qızdırıcısını, 1 ədədinin dəyəri 8 manat cəmi 16 manat təşkil edən cəmi 2 ədəd dəmir boruları, 1 ədədinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 30 manat olan cəmi 3 ədəd 20 mm diametrli, 50 sm uzunluqda təzə plastmas boruları, 55 manat dəyərində 1 ədəd su kranını, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olmaqla ümumi dəyəri 42 manat olan cəmi 12 ədəd taxta yapışdırmaq üçün nəzərdə tutulmuş taxta yapışqanları, 1 qutunun dəyəri 21 manat 50 qəpik olmaqla ümumi dəyəri 107 manat 50 qəpik olan cəmi 5 qutu mansart taxtası vurmaq üçün nəzərdə tutulmuş sarı rəngli polad vintləri, 100 manat dəyərində 1 ədəd perforatoru, 1 metrinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 250 manat olan 250 metr uzuluğunda 06 mm diamterli elektrik naqilini, 1 ədədinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 30 manat olan cəmi 2 ədəd otaqların havasını təmizləmək üçün nəzərdə tutulmuş vintelyatorları, 35 manat dəyərində 1 cüt qara rəngli ipli 42 ölçülü kişi ayaqqabısını qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 2465 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 may 2022-ci il tarixdə, səhər saat 11 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonu, Xaçmaz şəhəri, ünvan 1 ünvanda yerləşən ikimərtəbəli evin yaxınlığına gəlmiş, evin həyətinin mişar daşından inşa edilmiş hasarının üzərindən keçib həyətə daxil olduqdan sonra, evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsi üzərindəki dəmir barmaqlığı divardan ayırıb, həmin pəncərəni açdıqdan sonra yaşayış evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsindəki qonaq otağından 1500 manat dəyərində 1 ədəd 124 sm dioqanallı, “Shivaki” markalı Full HD smart televizoru, 45 manat dəyərində 1 ədəd televizoru divardan asmaq üçün nəzərdə tutulan dəmir dəstəyi, 15 manat dəyərində 1 ədəd anten qurğusunu, evin vanna otağından 300 manat dəyərində 1 ədəd ağ rəngli “Andeli" markalı SVC - 7500VA modeli gərginlik tənzimləyicisini (stabilizatoru), evin ikinci mərtəbəsindəki yataq otağında 30 manat dəyərində 1 ədəd yun parçadan hazırlanmış adyalı qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 1890 (min səkkiz yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs4 məxsus Xudat şəhəri, 3cü şöbə adlanan ərazidə Xudat-Bostançı kənd avtomobil yolunun sağ tərəfində yoldan 300 metr aralıda cənub istiqamətində yerləşən birmərtəbəli, kürsülü, yəni zirzəmili evin yaxınlığına gəlmiş, ev sahibinin evdə olmamasından istifadə edərək evin dəmir materialdan hazırlanmış tor hasarın üzərindən keçib, həyətə girdikdən sonra evin zirzəmisinin daxili kilidlə kilidlənmiş dəmir qapısını sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla zirzəmidən 200 manat dəyərində 1 ədəd “Markus” markalı su mühərrikini, 170 manat dəyərində 1 ədəd «Marsu» markalı su mühərrikini, 1 metrinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 45 manat olan 30 metr uzunluqda, 08 mm diametrli misdən hazırlanmış elektrik naqilini, 1 metrinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 50 manat olan 20 metr uzunluqda, 10 mm diametrli alüminiumdan hazırlanmış elektrik naqilini, evin dəhlizindən 120 manat dəyərində 1 ədəd “Yücel" markalı qaz sobasını qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 585 (beş yüz səksən beş) manat məbləğində maddi ziyan vuraraq, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 may 2022-ci il tarixdə, saat 05 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs7 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində, Xudat şəhər mərkəzi dairəsinin yaxınlığında avtomobil yolunun sol tərəfində yerləşən təsərrüfat malları mağazasının yaxınlığına gəlmiş, həmin mağazanın zirzəmi qapısının üzərindəki pəncərə şüşəsini sındırıb qapını açdıqdan sonra saxlanc yeri hesab edilən zirzəmiyə qanunsuz olaraq daxil olmuş, həmin zirzəmidən hər birinin dəyəri 110 manat olmaqla ümumi dəyəri 220 manat təşkil edən 2 ədəd “Urazi 230” markalı laqondaları, 180 manat dəyərində 1 ədəd «Urazi TŞK-22» markalı perforatoru, mağazanın içərisindəki vitrindən hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 30 manat olan cəmi 3 ədəd kəlbətinləri, mağazanın əsas salonunun girişində sağ və sol tərəfdə yerləşən 2 ədəd kassa aparatlarının kilidlərini sındırmaqla onların saxlanc yerlərindən 955 manat, sağdakı kassa aparatının yanındakı siyirtmədən 175 manat olmaqla ümumilikdə 1130 manat nağd pulu, 850 manat dəyərində mağazada quraşdırılmış kameraların 6 terabaytlıq yaddaş tutumu olan kameranın 1 ədəd yaddaş qurğusu aparatını qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 2410 manat (iki min dörd yüz on) manat məbləğində maddi ziyan vuraraq, tərkar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 may 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən evinin sol tərəfində evdən 25 metr şimal istiqamətində yerləşən ona məxsus «Minimarket» adlı mağazanın şiferdən hazırlanmış dam örtüyünü sındırmaqla saxlanc yeri hesab edilən mağazanın tavanından içəri qanunsuz daxil olub, mağazanın kassasından 900 manat məbləğində qəpik və kağız əskinaslar qismində nağd pul vəsaitini, kassanın yanındakı piştaxtadan 35 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) qalın «Kent-8» markalı siqaretləri, 35 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) qara rəngli nazik «Kent-4» markalı siqaretləri, 38 manat 60 qəpik dəyərində 1 blok (10 qutu) qara rəngli nazik «Sobrane» markalı siqaretləri, 38 manat 60 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli nazik «Sobrane» markalı siqaretləri, 38 manat 60 qəpik dəyərində 1 blok (10 qutu) ağ rəngli nazik «Sobrane» markalı siqaretləri, 42 manat dəyərində 2 blok (20 qutu) göy rəngli qalın «Prima» markalı siqaretləri, 22 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) boz rəngli kompakt «Classik» markalı siqaretləri, 22 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) uzun göy rəngli «Classik» markalı siqaretləri, 21 manat dəyərində 1 blok (10 qutu) göy rəngli nazik «VİCEROY» markalı siqaretləri, 21 manat dəyərində 1 blok (10 qutu) qara rəngli nazik «VİCEROY» markalı siqaretləri, 42 manat dəyərində 2 blok (20 qutu) göy rəngli kompakt «Maqna» markalı siqaretləri, 42 manat dəyərində 2 blok (20 qutu) qara rəngli nazik «Maqna» markalı siqaretləri, 42 manat dəyərində 2 blok (20 qutu) boz rəngli «Maqna» markalı siqaretləri, 45 manat 60 qəpik dəyərində 2 blok (20 qutu) ağ rəngli kompakt «LD» markalı siqaretləri, 22 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) boz rəngli nazik «LD» markalı siqaretləri, 25 manat 50 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli qalın «Rothmans» markalı siqaretləri, 25 manat 50 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli qalın «Vincester» markalı siqaretləri, 21 manat dəyərində 1 blok (10 qutu) göy rəngli nazik «Veqas» markalı siqaretləri, 35 manat 50 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli qalın «Vinston» markalı olmaqla, ümumi dəyəri 618 manat 90 qəpik təşkil edən siqaretləri qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 1518 manat 90 qəpik (min beş yüz on səkkiz manat doxsan qəpik) məbləğində maddi ziyan vuraraq təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamda qeyd olunan şəxslərin hamısından oğurluq etməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 oğurluq etməmiş, qalan digər zərərçəkmiş şəxslərdən isə ittihamda qeyd olunduğu kimi yaşayış sahəsi və saxlanc yerlərinə qanunsuz daxil olaraq həmin şəxslərin ittihamda qeyd olunan sayda və məbləğdə əmlaklarını oğurlamışdır. Həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxs6 avtomobil təmiri sexindən oğurluq etsə də, oradan oğurlandığı qeyd olunan əmlakların hamısını oğurlamamışdır. Belə ki, o, həmin sexdən iki ədəd direl, bir ədəd laqonda və naqil oğurlayıb, Zərərçəkmiş şəxs6 ifadəsində bildirdiyi digər əmlakları isə oğurlamamışdır. Ona məhkəmə iclasında sadalanan, ittiham aktında qeyd olunan zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 istisna olmaqla, digər epizodlarda özünü təqsirli bilir, Zərərçəkmiş şəxs6 aid epizodda qeyd olunan əmlakların isə hamısını o oğurlamamışdır. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs9 evini ona heç kim göstərməmişdir, o özü gəzərək oğurluq edəcəyi evləri taparaq özü üçün müəyyən etmişdir. O, bağışlanmasını xahiş etmiş, əks halda, ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, atası Əliağa ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 28 May küçəsi, ev 12-də yaşayır və heç bir yerdə işləmir. Əvvəllər oğurluq etməsinə görə üç dəfə məhkum olunmuşdur. Son zamanlar iş tapa bilmədiyi üçün və buna görə də maddi vəziyyəti ağır olduğundan spirtli içkilər mütəmadi olaraq qəbul etmişdir. 05 avqust 2020-ci il tarixdə axşam saatlarında Xudat şəhərində yerləşən mağazadan bir ədəd 0,5 litrlik araq alıb və yaşadığı evə gedərək tək içmiş və gəzmək üçün Xaçmaz şəhərinə getmək qərarına gəlmişdir. Xudat şəhər avtovağzalına gedərək orada olan taksi avtomobillərindən birinə əyləşib və Xaçmaz şəhərinə getmişdir. 05 avqust 2020-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhərinə çatıb, oğurluq etmək məqsədilə Xaçmaz şəhərində küçələri gəzərək yaşayış olmayan evləri axtarmaq qərarına gəlmişdir. Yay fəsli olduğu üçün şəhərin mərkəzi küçələrində adam ola biləcəyini düşünüb, mərkəzdən kənar küçələrdə yerləşən evlərin ətrafını gəzib və yaşayış olmayan evi müəyyənləşdirmək fikrinə gəlmişdir. Bu məqsədlə Xaçmaz şəhəri, Bakı prospekti ilə Bakı şəhəri istiqamətində gedərək hər hansı bir yaşayış olmayan evi müəyyənləşdirib və həmin evə daxil olmaqla oğurluq etməyi düşünmüşdür. Artıq gecə keçdiyindən 06 avqust 2020-ci il tarixdə, gecə saat 01 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Çənlibel» parkını keçib və parkın yanında olan «Qrand Oil» yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmişdir. Həmin yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerləşən sahbinin adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs1 məxsus evin İşığının yanmadığını görmüşdür. Həmin evdə adam olmamasını başa düşərək evin yerləşdiyi həyətin giriş darvazasına yaxınlaşıb əvvəlcə ətrafa nəzər yetirərək küçədə kənar adam olub-olmamasına baxmışdır. Küçədə kənar adam olmadığına əmin olduqdan sonra hasarın üstündən keçməklə həyətə daxil olub və qəfil gələn olarsa həyət qapısını aça bilməməsi üçün qapını arxadan bağlamışdır. Həyətdən tapdığı dəmir parçası ilə evin sağ tərəfində olan pəncərə üzərindəki dəmir barmaqlığı yerindən qoparıb və tor çərçivəni yerindən çıxardaraq yerə tullamışdır. Bundan sonra plastik materialdan olan pəncərəni əli ilə itələyib, açaraq oradan evin yataq otağına daxil olmuş və otaqlardakı çarpayıların altını, şkafları və digər dolabları axtararaq bütün əşyaları yerə tökmüşdür. Həmin vaxt yataq otağında olan dolabdan iki ədəd qutu tapıb və həmin qutuları açıb içinə baxdığı zaman onların içində iki ədəd qızıl boyunbağıların, üç ədəd qızıl qolbaqların, səkkiz ədəd qızıl qadın üzüklərinin, dörd cüt qızıl sırğaların, bir ədəd qızıl kişi üzüyünün olmasını görmüşdür. Qutulardan tapdığı qızılzinət əşyaları götürüb cibinə qoyduqdan sonra həmin otaqda olan termonun üzərindəki pul kisəsini açıb və onun içindən 300 manat pul taparaq həmin pulu da oğurlamışdır. Qızılzinət əşyalarını və pulu cibinə qoyub, pəncərədən həyətə çıxaraq evin arxa tərəfinə keçib və orada olan qapını açaraq küçəyə çıxmışdır. Bundan sonra piyada Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gedib və orada dayanmış sürücüsünü tanımadığı taksi avtomobilinə əyləşərək Xudat şəhərinə getmişdir. Xaçmaz şəhərində evdən oğurladığı pulları xərcləmiş və qızıl-zinət əşyalarını bir neçə gün özündə saxlamışdır. Bir neçə gün sonra isə Bakı şəhərinə gedərək oğurladığı qızıl-zinət əşyalarını ayrı-ayrı, hazırda xatırlamadığı qızıl alış-satışı ilə məşğul olan mağazalara sataraq ümumilikdə təxminən 4500 manat pul əldə etmişdir. Həmin pulun bir hissəsini Bakı şəhərində xərcləmiş və digər hissəsini isə Xudat şəhərinə qayıtdıqdan sonra orada öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin yanvar ayının əvvəllərində pula ehtiyacı olduğuna görə yenə də yaşayış olmayan evlərə daxil olub və oğurluq etmək qərarına gəlmişdir. 15 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb və Xudat şəhərində olan mağazaya gedərək bir ədəd 0,5 litrlik araq alaraq tək içmiş və Xudat şəhər avtovağzalından tanımadığı taksi ilə Xaçmaz şəhərinə getmişdir. Təxminən bir saatdan çox Xaçmaz şəhrində ayrı-ayrı küçələri gəzdikdən sonra piyada Xaçmaz şəhəri yaxınlığında yerləşən Köhnə Xaçmaz kəndinə getmişdir. Köhnə Xaçmaz kəndinə çatdıqda günorta saat 12 radələri olmuşdur. Köhnə Xaçmaz kəndində olan küçələrdən biri ilə gedərkən həmin küçədə sahibinin adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs2 məxsus ikimərtəbəli evin həyət darvazası üzərində asma qıfılın olmasını görmüş və həmin evdə adam olmadığını başa düşərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə evin yaxınlığında dayanıb küçədə başqa kənar adam-insan olubolmadığına nəzər yetirdikdən sonra giriş darvazasının sağ yan tərəfində olan hasarın üstündən keçərək evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin giriş qapısına yaxınlaşıb dəstəyi aşağı itələməklə qapının açıq olub-olmamasını yoxlamış və qapı bağlı olması ona məlum olmuşdur. Evin yan tərəfinə gedərək evin birinci mərtəbəsində olan pəncərələrin taxta materialdan hazırlandığını və üzərlərində dəmir barmaqlıqların olmadığını görmüşdür. Evin yan tərəfindəki birinci mərtəbədə olan taxta pəncərə üzərindəki şüşənin yan tərəflərinə vurulmuş mismarları özündə olan dırnaq kəsən vasitəsi ilə yan tərəfə əyərək şüşəni çıxarmağa çalışmışdır. Mismarları əyərkən şüşə aşağı hissədən sınmış və həmin şüşəni çıxarıb yerə qoyaraq həmin yerdən içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra əvvəlcə birinci mərtəbədə olan yataq otağındakı paltar dolabını axtarmış və orada pul və ya başqa qiymətli əşya tapa biməmişdir. Bundan sonra həmin otaqda sandıq olduğunu görüb və sadığın qapağını açıb içərisində olan əşyaları yerə boşaltmışdır. Sandığın içərisində də pul və ya başqa qiymətli əşya tapa bilmədikdən sonra içəridə olan pilləkənlə evin ikinci mərtəbəsinə qalxıb və oradakı yataq otağına daxil olmuşdur. İkinci mərtəbədə olan yataq otağındakı çarpayının üzərindəki döşəyi baş hissədən qaldırıb və altına baxdıqda orada 40 manat pulun olduğunu görüb və həmin pulu götürərək cibinə qoymuşdur. Bundan sonra həmin otaqda olan paltar dolabını açdıqda içərisində olan paltarların üzərində bir ədəd metal sandıqçanın (qutunun) olduğunu görmüş və həmin sandıqçanı açıb baxdıqda içərisində qızıl boyunbağıların, təxminən 6-7 ədəd qızıl üzüklərin, klonların və bir cüt qızıl sırğanın olduğunu görmüşdür. Qutulardan tapdığı qızıl-zinət əşyalarını götürüb, əyinindəki qış gödəkçəsinin ciblərinə yığmış və qutuları isə otaqda olan çarpayının üzərinə ataraq otaqdan çıxmışdır. Evin digər otaqlarında olan dolabları axtarsa da, heç bir qiymətli əşya tapa bilməmiş və evin birinci mərtəbəsinə düşərək digər otağın plastik materialdan olan pəncərəsini açıb və oradan həyətə çıxmışdır. Həyətə çıxdıqdan sonra hasardan aşıb bayıra çıxacağı halda kiminsə onu görəcəyini düşünüb və evin arxasındakı bağ sahəsinə tərəf getmişdir. Bağ sahəsinin sonunda kolların arasından keçərək həyətdən çıxaraq oradan uzaqlaşmışdır. Bir qədər oradakı meşəlik ərazinin kənarı ilə getdikdən sonra Xaçmaz-Xudat avtomobil yolunun kənarına gəlmiş və orada dayanaraq həmin yol ilə hərəkətdə olan avtomobillərə onu Xudat şəhərinə aparmaları üçün əl ilə işarə etmişdir. Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkətdə olan qeydiyyat nömrə nişanını xatırlamadığı “Vaz 2106” markalı avtomobilinin sürücüsü onu görüb və avtomobilini saxlamışdır. Həmin avtomobilə əyləşib Xudat şəhərinə getmiş və taksidən düşərkən sürücüyə 1 manat pul verərək yaşadığı evə çıxıb getmişdir. Evdə olan zaman üzərində olan qızıl-zinət əşyalarının neçə ədəd olmasını və hansı növ qızılzinət əşyaları olmalarnı müəyyən etmək məqsədilə cibindən çıxarıb və onları saymağa başlamışdır. Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində olan evdən 1 ədəd üzərində klon olan zəncir formalı qızıl boyunbağının, 1 ədəd nazik zəncir formalı qızıl boyunbağının, 1 ədəd sadə qaşlı qızıl üzük, 1 ədəd nazik qızıl boyunbağı, 2 ədəd nazik qızıl üzüyün, 1 ədəd arpa formalı klon, 1 ədəd üzərində klon olan nazik qızıl boyubağının, bir cüt göy rəngli qaşı olan qızıl sırğanı oğurlaması ona məlum olmuşdur. 16 yanvar 2021-ci il tarixdə səhər saat 08 radələrində oğurladığı qızıl əşyaları Bakı şəhərində satmaq məqsədilə Xudat şəhər avtovağzalına getmişdir. Avtovağzalda qeydiyyat nömrə nişanını xatırlamadığı və tanımadığı şəxsin idarə etdiyi avtomobilinə əyləşib və Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına getmişdir. Həmin vaxt Bakı şəhərinə getmək üçün avtomobil tapa bilmədiyi üçün saat 15 radələrinə qədər Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsində gözləmişdir. Saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında dayanmış markasını və qeydiyyat nömrə nişanını xatırlmadığı avtomobilə əyləşib və Bakı şəhərinə gedərək 20 Yanvar metrostansiyasının yaxınlığında avtomobildən düşmüşdür. Avtombildən düşərkən sürücüyə 15 manat pul verdikdən sonra 20 Yanvar metrostansiyasının yaxınlığında olan dükanların birinə gedərək bir ədəd 0,25 litrlik araq alıb və içmişdir. Bakı şəhərinə getdiyi gün mağazalar bağlı olduğu üçün oğurladığı qızılları sata bilmədiyi üçün həmin günü Bakı şəhərində küçədə gecələmişdir. 17 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “10-cu xriptovu” adlanan ərazidə yerləşən lombarda gedib və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə oğurladığı boyunbağıları və bir cüt qızıl sırğaları orada olan şəxsə satıb təxminən 800 manat pul almışdır. Gecəni Bakı şəhərində qalaraq ertəsi günü, yəni 18 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda olarkən birmərtəbəli tikilinin ön tərəfinə lombard sözünün yazıldığını görüb və içəri daxil olmuşdur. Onu qarşılayan şəxsə bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğasını göstərib və satmaq istəməsini bildirmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini istədiyi üçün öz şəxsiyyət vəsiqəsini ona vermiş və həmin şəxs də şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıqdan sonra ona qaytarmışdır. Həmin tanımadığı şəxs bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı tərəzinin üstünə qoyub və çəkdikdən sonra onları 400 manata ala biləcəyini ona dediyi üçün onunla razılaşmışdır. Həmin şəxs ona 400 manat pul verdikdən sonra pulları götürərək lombarddan çıxaraq getmişdir. Sonrakı günlərdə Bakı şəhərində qalaraq oğurladığı qızıl-zinət əşyalarını müxtəlif mağazalarda sataraq əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən iki-üç gün keçdikdən sonra Bakı şəhərində “Sovetski” adlanan ərazidə yerləşən lombarda gedərək öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə özündə saxladığı qalan qızılları satıb və 600 manat pul almışdır. Bakı şəhərində qalaraq qızıl-zinət əşyalarını satıb əldə etdiyi pulları yeməyə və içkiyə xərcləyib qurtarmışdır. Əldə etdiyi pulun 400 manatını Bakı şəhərində Mərkəzi Bankın qarşısında yerləşən parkda gecələyərkən itirmişdir. Bir neçə gündən sonra qalan axırıncı qızıl boyunbağını yenə də “Sovetski” adlanan ərazidə yerləşən qızıl alışı dükanına satmaq üçün getmişdir. Qızıl-zinət əşyalarını alan şəxs ona məxsus şəxsiyyət vəsiqəsinin surətini götürüb və qızılın qiyməti olaraq ona 350 manat pul vermişdir. Bakı şəhərində olarkən oğurladığı qızılları ayrı-ayrı yerlərdə satıb və ümumlikdə təxminən 2150 manat pul əldə edərək həmin pulları öz şəxsi ehtiyaclarıı üçün xərcləmiş və bir neçə gün sonra yaşadığı Xaçmaz rayonu Xudat şəhərində yerləşən evinə qayıdıb getdmişdir. Bundan başqa 02 fevral 2021-ci il tarixdə, saat 16 radələrindən başlayaraq yaşadığı Xudat şəhərində yerləşən evində araq içdikdən sonra yenidən evlərə daxil olub və oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də həmin gün saat 23 radələrində evindən çıxıb piyada dəmiryol xəttinin kənarı ilə Xaçmaz rayonu, Qusarçay kəndinə getmişdir. 2021-ci fevralın 02-dən 03-nə keçən gecə saat təxminən 01 radələrində Xaçmaz rayonu, Qusarçay kəndinə çatmışdır. Qusarçay kəndində oğurluq etmək üçün küçələri gəzib və yaşayış olmayan ev axtarmağa başlamışdır. Qusarçay kəndində olan küçələrdən biri ilə gedərkən evlərdən birinin, yəni adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs9 evinin həyət qapısının üzərində asma qıfılın olmasını görüb və evdə heç kimin olmadığını başa düşmüşdür. Hasarın üstündən keçməklə evin həyətinə daxil olduqdan sonra evdə və həyətdə işıq yanmadığına görə ətrafın tamamilə qaranlıq olmasını görmüşdür. Həmin həyətdə olan birmərtəbəli fərdi yaşayış evinin sol yan tərəfinə gəldikdə orada plastik materialdan hazırlanmış pəncərələrin olduğunu görərək pəncərəni yerdən tapdığı dəmir parçası ilə pəncərəni açıb və oradan içəri daxil olmuşdur. Evə daxil olduqdan sonra evi axtarmasına baxmayaraq, evdən pul və ya qiymətli əşya tapa bilməyərək evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Həyətdə gəzərkən evin divarına bitişik olan mişar daşından inşa edilmiş bir mərtəbəli tikili olduğunu görüb və taxta qapı üzərindəki asma qıfılı pəncərəni açdığı dəmir parçası ilə sındırdıqdan sonra tikilinin içinə daxil olmuşdur. Taxta rəfin üzərindəki iki ədəd od samovarını götürüb, həyətə çıxımış və samovarları hasarın üzərinə qoyaraq daha sonra isə hasardan keçərək küçəyə çıxmışdır. Bundan sonra oğurladığı samovarları götürüb və təxminən saat 05 radələrində Xaçmaz-Xudat avtomobil yolunun kənarına çıxmışdır. Bir qədər gözlədikdən sonra nömrə nişanını xatırlamadığı “QAZEL” markalı avtomobilə əyləşib və Xudat şəhərinə çıxıb getmişdir. Səhər saat 08:30 radələrində Xudat şəhərində əlvan metal alıcısı kimi tanıdığı İlham adlı şəxsin evinə gedib və oğurladığı iki ədəd od samovarlarının özünə məxsus olmasını ona deyərək satmaq istəməsini ona bildirmişdir. İlham samovarların ona məxsus olmasına inanıb və böyük ölüçülü samovarın kənarları əzildiyinə görə həmin samovarı 27 (iyirmi yeddi) manata və nisbətən kiçik ölçülü samovarı isə 35 (otuz beş) manata ala biləcəyini ona demişdir. İlhamla razılaşdıqdan sonra 62 manat pulu ondan alaraq çıxıb getmiş və həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Həmin hadisədən təxminən 10-15 gün keçdikdən sonra yaşadığı küçədə olarkən Xudat PB-nin əməkdaşları ona yaxınlaşıb və onu Xudat polis bölməsinə dəvət etmişlər. Xudat polis bölməsinə gedərək Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs9 məxsus yaşayış evinin həyətində yerləşən tikilidən 2 ədəd samovarı oğurlamasını etiraf edib və samovarları Xudat şəhərində yaşayan İlham adlı şəxsə satmasını polis əməkdaşlarına bildirmişdir. Bundan başqa 06 fevral 2021-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evdə araq içmiş və sonra isə evdən çıxaraq piyada Xudat şəhəri, yeni planlar adlanan əraziyə gəzməyə getmişdir. Gecə saatlarında Xudat-İstisu yolundakı yeni planlar adlanan ərazidə gəzərkən adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs10 adlı şəxsə məxsus evin küçə qapısına asma qıfılın bağlanmasını görmüşdür. Həmin həyətdə yerləşən qırmızı damlı evin ətrafı daş hasarla əhatə olunmuş və görkəmindən təzə tikildiyi hiss olunmuşdur. Evdə adam olmadığını fikirləşərək evə daxil olub və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən saat 22 radələrində Mehmana məxsus evin arxa tərəfinə gedərək hasardan aşaraq həyətə daxil olmuşdur. Evin zirzəmisini nəzərə almaqla ikimərtəbəli evin sol yan tərəfinə gəldikdə oradakı açıq yerdə zirzəmiyə taxta üzərinə vurulmuş və dəmir materialdan olan şiferin söykənilmiş vəziyyətdə olmasını görmüşdür. Zirzəminin qapısındakı dəmir şiferi divardan aralayıb və həmin yerdən zirzəmiyə daxil olaraq alışqanlı fənərini yandıraraq oranı axtarmağa başlamışdır. Daxil olduğu yerdə heç nə tapa bilməyərək həmin yerdə tavana vurulmuş taxtaların bəzilərinin aralı olduğunu görüb və həmin yerdən evin üst mərtəbəsinə qalxmışdır. Otaqları axtardıqda həmin otaqlardan birində üç-dörd ədəd kağız qutularda müxtəlif diametrli elektrik naqillərinin olduğunu görmüşdür. Qutularda olan naqillər ümumiyyətlə istifadə olunmamışdır. Kağız qutularda olan naqilləri götürüb və içəri daxil olduğu yerdən həyətə çıxmış və qutularda olan naqilləri aparıb evin hasarına yaxın yerə qoyduqdan sonra geri qayıdıb birinci dəfə içəri daxil olduğu yerdən içəri daxil olaraq digər otaqları axtarmağa başlamışdır. Otaqlardan birində bir ədəd «Euromax» markalı laqondanın və bir ədəd plastmas qutunun olduğunu görmüşdür. Qutunu açıb içinə baxdıqda qutunun içərisində «İNTERSKOL» markalı perforatorun olmasını görmüşdür. Perforator və laqondanı aparıb evin girişinə qoyduqdan sonra geri qayıtmışdır. Otaqlardan birinin qapısı plastik materialdan hazırlanmış qapısı bağlı olduğu üçün otaqdan götürdüyü bıçaqla plastik qapının kilidə yaxın hissəsini kəsib və həmin yerdən əlini salaraq qapını arxadan sındırıb, açaraq həmin otağa daxil olmuşdur. Daxil olduğu otaq digər otaqlara nisbətən təmirli olmuş və həmin otaqdan hər hansı bir qiymətli əşya tapa bilməyərək otaqda olan «Euromax» markalı elektrik mişarını götürüb və laqonda ilə perforatoru qoyduğu yerə getmişdir. Bundan sonra laqondanı, perforatoru və elektrik mişarını götürüb və naqilləri qoyduğu yerə aparmış və həyətə baxdıqda həyətdə başqa birmərtəbəli tikilinin olmasını görmüşdür. Birmərtəbəli tikilinin taxtadan hazırlanmış giriş qapısının sol tərəfindəki pəncərə şüşəsinin aşağı hissəsindən kənarlarına vurulmuş mismarları özündə olan dırnaq kəsənlə yan tərəfə əyməklə çıxarıb və həmin yerdən içəri daxil olmuşdur. Həmin otaqda müxtəlif əyşyaların və bir ədəd «Stels» markalı velosiped olduğunu görüb və daxil olduğu tikilinin arxa tərəfində olan dəmir qapını açaraq velosipedi həyətə çıxarmışdır. Bundan sonra oğurladığı velosipedi, laqondanı, perforatoru, qutuda olan elektrik mişarını və naqilləri tək-tək qaldırıb hasarın üstünə yığdıqdan sonra özü də hasarın üstünə çıxıb və digər tərəfə keçərək hasarın üstünə yığdığı velosipedi, laqondanı, perforatoru, qutuda olan elektrik mişarını və naqilləri tək-tək götürüb yerə qoymuşdur. Oğurladığı əşyaları yaşadığı küçəyə apararaq orada olan avtoyuma məntəqəsinin arxasındakı sahibsiz yarımtikilinin içərisində gizlədib evinə qayıdıb getmişdir. Ertəsi günü oğurladığı əşyaları gizlətdiyi yerə gedərək kisəyə yığdığı naqilləri, laqondanı, perforatoru velosipedin üstünə qoyub və Xaçmaz rayonu, Qusarçay kəndinə çıxıb getmişdir. Qusarçay kəndinə çatdıqdan sonra yolun kənarında dayanaraq həmin yol ilə gedib-gələn şəxslərə naqilləri, laqondanı və velosipedi göstərib və usta olmasını deyərək həmin əşyaları satmaq istədiyini bildirmişdir. Bu zaman Qusarçay kəndində tanımadığı şəxs ona yaxınlaşaraq naqilləri, laqonda və velosipedi almaq istədiyini ona dediyi üçün naqilləri, laqondanı və velosipedi həmin şəxsə 270 manata sataraq Xudat şəhərinə qayıtmışdır. Qusarçay kəndində tanmadığı şəxsə satdığı əşyalara görə əldə etdiyi 270 manat pulu isə sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 18 fevral 2021-ci il tarixdə Xudat PB-nə dəvət olduğu üçün polis bölməsinə getmiş və Xudat şəhəri, Yeni yaşayış massivində yerləşən evdən oğurluq etməsini polis əməkdaşlarına etiraf edərək elektrik mişarı və perforatoru yaşayış olmayan sahədə gizlətdiyini və digər əşyaları isə tanımadığı şəxsə satmasını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə elektrik mişarını və perforatoru gizlətdiyi yerə getmiş və Zərərçəkmiş şəxs10 evindən oğurladığı elektrik mişarını və qutuda olan perforatoru polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları iştirakı ilə protokol tərtib edərək elektrik mişarını və perforatoru gizlətdiyi yerdən götürmüşlər. Bundan başqa 29 avqust 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə 0,25 litrlik bir şüşə araq içdikdən sonra evdən çıxıb və piyada Xudat şəhəri ərazisində gəzməyə başlamışdır. 30 avqust 2021-ci il tarixdə, təxminən saat 01 radələrində piyada Xudat şəhərinin girəcəyində olan «Nurel» şadlıq sarayının qarşısına getmişdir. «Nurel» şadlıq sarayının qarşısında olarkən şadlıq sarayının əks tərəfində yerləşən Vasif adlı şəxsə məxsus avtomobil təmiri sexinin işıqlarının yanmadığını görüb və həmin sexdə heç kimin olmadığını başa düşərək oradan oğurluq etmək qərarına gəlmişdir. Avtomobil təmiri sexinin qapısının asma qıfılla bağlandığını və giriş qapısının sağ yan tərəfdə olan pəncərələrənin üzərinə sellofan örtük vurulduğunu görmüşdür. Sağ yan tərəfdə olan sonuncu sellofan örtüyü aşağı hissədən dartıb, çıraraq həmin yerdən sexin içərisinə daxil olmuşdur. Sexin içərisinə daxil olduqdan sonra özü ilə gətirdiyi alışqanın fənərini yandırıb və içəri diqqətlə baxdıqda sexdə qaynaq aparatının, dinamonun, starterin, avtomobil faralarının, direllərin, laqondaların, avtomobil təmirində istifadə olunan açar dəstinin, hidravlik qaldırıcı qurğunun və naqillərin olması ona məlum olmuşdur. Sexdən iki ədəd direli, iki ədəd laqondanı, iki ədəd hidravlik qaldırıcı qurğunu, dinamonu, starteri, faraları, bir ədəd qaynaq aparatını, avtomobil təmirində istifadə olunan açar dəstini və təxminən 30-40 metr uzunluğunda naqili pəncərədən bayıra çıxardıqdan sonra özü də həmin yerdən küçəyə çıxıb və oğurladığı dinamonu, starteri, avtomobil faralarını, iki ədəd direli, iki ədəd laqondanı, iki ədəd hidravlik qaldırıcı qurğunu, bir ədəd qaynaq aparatını, avtomobil təmirində istifadə olunan açar dəstini və naqili avtotəmir sexinin yaxınlığından tapdığı kisənin içinə yığaraq piyada yaşadığı küçəyə gətirib və əvvəllər hamam kimi istifadə olunmuş sahibsiz tikilinin arxa hissəsində gizlədərək çıxıb getmişdir. Ertəsi günü evdən çıxıb oğurladığı əşyaları gizlətdiyi yerə getmiş və həmin kisədə olan əşyaları özü ilə götürüb, piyada Xaçmaz rayonu, Nərəcan kəndinə çıxıb getmişdir. Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində Xaçmaz-Xudat avtomobil yolunun kənarında dayanıb və həmin yolla gedib-gələn şəxslərə dinamonu, starteri, faraları, direli, laqondanı, hidravlik qaldırıcı qurğunu, qaynaq aparatını, açar dəstini və naqili göstərib usta olmasını deyərək onları satmaq istədiyini bildirmişdir. Nərəcan kəndində tanımadığı şəxslərlə razılaşıb və avtomobil təmiri sexindən oğurladığı iki ədəd direli və qaynaq aparatını 75 manata, iki ədəd laqondaları, iki ədəd hidravlik qaldırıcı qurğuları, avtomobil təmirində istifadə olunan açar dəstini, dinamonu, starteri, faraları və naqili isə 190 manata satıb və yaşadığı Xudat şəhərinə çıxıb getmişdir. Avtomobil təmiri sexindən oğurlayaraq satdığı əmlakın satışından əldə etdiyi təxminən 265 manat pulu isə sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa yenidən oğurluq etmək məqsədilə 2021-ci ilin dekabr ayının təxminən axırlarında gecə saat 01 radələrində pulu olmadığına görə Xaçmaz rayonu Yergüc kəndi ərazisinə gəlmişdir. Həmin kənddən oğurluq etmək üçün üzərində vintaçan və dəmir açar özü ilə götürmüşdür. Kənd ərazisini gəzdikdən sonra adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs8 məxsus Xaçmaz-Quba avtomobil yolunun yaxınlığında yerləşən bağ sahəsinin yanına getmişdir. Bağ sahəsi dəmir torla çəpərə alınmış və həyətdə işığın yanmadığını görüb və orada heç kimin olmadığını başa düşmüşdür. Həyətdə su çəninin olmasını görüb və orada mühərrikin olmasını fikirləşərək məftil tordan düzəldilmiş hasarın üzərindən aşaraq həyətə daxil olub və su çəninin yanına getmişdir. Su çəninin yanındakı beton yerin üzərində qara sellofana bükülmüş vəziyyətdə 1 ədəd su mühərrikinin olduğunu görüb və həmin mühərriki oğurlamaq qərarına gəlmişdir. Mühərriki üzərində olan alətlərlə sökərək yerindən çıxarıb və mühərriklə birgə bağ sahəsinin hasarından bağ sahəsindən çölə çıxmışdır. Mühərriki gecə vaxtı aparıb sata bilməyəcəyini başa düşüb və həmin mühərriki orada su arxında gizlətdikdən sonra təxminən 2 km aralıdan keçən Xaçmaz-Quba avtomobil yoluna tərəf çıxıb getmişdir. Yoldan keçən tanımadığı bir taksi avtomobilinə minərək Xaçmaz şəhərinə gedib və orada özünə yemək alaraq yedikdən sonra şəhərin N.Nərimanov küçəsində yerləşən binaların birinin blokunda gecəni səhərə qədər yatmışdır. Ertəsi günü səhər saat 05 radələrində yuxudan ayılaraq piyada Yergüc kəndi ərazisinə qayıdıb və mühərriki gizlətdiyi yerdən götürərək yenidən avtomobil yolunun kənarına qayıtmışdır. Yolda tanımadığı bir taksi avtomobilinə minərək Xaçmaz şəhərində dəqiq xatırlamadığı metal qəbulu sexinə getmişdir. Metal qəbulu sexi açıldıqdan sonra orada işləyən tanımadığı işçiyə həmin mühərrikin özünə məxsus olduğunu deyərək 37 manat pula həmin mühərriki ona satmışdır. Oğurluqdan əldə etdiyi 37 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 04 aprel 2022-ci il tarixdə, saat 01 radələrində o, yaşadığı evdən çıxıb Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbə adlanan, yəni Bostançı kəndinə gedən yolun kənarında yerləşən yeni yaşayış massivinə getmişdir. Bir neçə dəqiqə orada yerləşən yaşayış evlərinin arasında gəzidikdən sonra yaşayış olmayan bir evin qarşısına gedib çıxmışdır. Həmin sahibinin adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs11 məxsus evə daxil olaraq oradan oğurluq etmək üçün evin hasarının kənarına gedib və ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra hasardan aşmaqla evin həyətinə daxil olmuşdur. Bundan sonra evin birinci mərtəbəsindəki plastik pəncərəni itələyib açaraq evin içərisindəki otağa daxil olmuşdur. Evin otaqlarında qiymətli əşyalar axtarmağa başlamışdır. Evin giriş qapısının sağ tərəfində yerləşən otaqdan 1 ədəd gidraforla birlikdə “Marquis” markalı su mühərrikini götürmüşdür. Bundan sonra evin digər 3 otağında elektirik təchizatı ilə təmin etmək üçün evin divarlarında bərkidilmiş mis elektrik naqillərini, alüminiumdan hazırlanmış elektrik naqillərini götürüb və evdən çıxmışdır. Oğurladığı əşyaları evin yaxınlığındakı kolluq ərazidə gizlədərək yaşadığı evə çıxıb getmişdir. Ertəsi günü həmin yerə gedib və oğurladığı həmin əşyaları götürərək Xudat şəhərində tanımadığı şəxsə həmin əşyaları 110 manata satmışdır. Əldə etdiyi həmin pulları ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 06 may 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhərinə oğurluq etmək üçün getmişdir. Gün ərzində Xaçmaz şəhəri ərazisində küçələrdə gəzib və oğurluq etmək üçün yaşayış olmayan ev axtarmağa başlamışdır. Gecə saatlarına qədər küçələri gəzərək Xaçmaz şəhəri, Ə.Vahid küçəsinə sahibinin adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs5 adlı şəxsə məxsus ikimərtəbəli evin qarşısına gəlmiş və artıq 07 may 2022-ci il, gecə saat 01 radələri olmuşdur. Evin işıqlarının yanmamasını görüb və evdə heç kimin olmadığını başa düşmüşdür. Bundan sonra hasardan aşıb həyətə daxil olaraq evin pəncərəsini həmin evin həyətindən tapdığı dəmir parçası ilə açıb və plastik pəncərədən içəri daxil olmuşdur. Evdən qiymətli əşyalar tapmaq üçün evin otaqlarını bir-bir axtarmağa başlamışdır. Evin bir kiçik otağına daxil olduqda orada yerdə su borularının, kombi aparatlarının, su mühərriklərinin, su qızdırıcısının, elektirik naqillərinin, perefaratorun, taxta yapışqanlarının, su kranının, elektirik naqillərinin, 2 ədəd otaqların havasını təmizləmək üçün nəzərdə tutulmuş vintelyatorun, bir cüt kişi ayaqqabısının və digər təmir tikinti əşyalarının olmasını görmüşdür. Həmin vaxt oradan götürdüyü bütün əşyaları bir-bir evdən və sonra isə hasardan çıxarıb küçəyə yığmağa başlamışdır. Həmin evdən oğurladığı əşyaları götürüb və yaxınlıqda olan dəqiq xatırlamadığı bir binanın zirzəmisinə sonradan aparıb satmaq məqsədilə daşıyaraq yığmışdır. Bundan sonra isə oradan çıxıb yaşadığı Xudat şəhərində yerləşən evinə gedərək gecəni öz evində qalmışdır. Ertəsi günü isə oğurladığı əşyaları aparıb satmaq məqsədilə Xaçmaz şəhərinə qayıdıb gələrək gizlətdiyi əşyaları aparmaq üçün gedib və həmin yerə baxdığı zaman onların yerində olmamasını görərək həmin oğurluqla əldə etdiyi əşyaların kiminsə görərək aparmasını başa düşmüşdür. Evdən oğurlayaraq gizlətdiyi əşyaları kimin götürüb və aparmasından heç bir məlumatı olmamışdır. Bundan başqa 13 may 2022-ci il tarixdə, səhər saat 11 radələrində oğurluq etmək üçün Xudat şəhərindən çıxaraq Xaçmaz şəhəri, Xocalı küçəsinə getmişdir. Etmiş olduğu əksər oğurluq hallarında evlərin qapılarını döyüb və açan olduğu halda özünü həmin şəxsə dəmir alan şəxs kimi təqdim etmişdir. Xaçmaz şəhəri, Xocalı küçəsində yerləşən sahibinin adı sonradan ona məlum olmuş Nurbala Osmanova məxsus evin qapısını döyən zaman heç kim küçəyə çıxmadığından evdə adam-insan olmadığını başa düşmüşdür. Buna görə hasardan aşıb və həyətə daxil olmuşdur. Bundan sonra oradan qalın bir mismar taparaq evin pəncərəsini açıb və oradan içəri daxil olmuş və evin otaqlarını axtarmağa başlamışdır. Evin qonaq otağından bir ədəd “Shivaki” markalı televizor, bir ədəd anten qurğusu və bir ədəd elektirik tənzimləyicisini həmin evin 2-ci mərtəbəsindən oğurladığı ədyala bükərək pəncərədən həyətə çıxmışdır. Evdən oğurladığı əşyaları həmin ədyala bükülü vəziyyətdə qucağına götürərək həyətin dəmir darvazasını açıb və küçəyə çıxaraq oradan uzaqlaşmışdır. Evdən oğurladığı əşyaları sonradan aparıb, satmaq üçün Xaçmaz şəhərində “Xəzər” marketin yaxınlığında yerləşən dəqiq xatırlamadağı binanın zirzəmisində gizlətmişdir. Küçəyə çıxıb həmin əşyaları sataraq pul əldə etmək üçün müştəri axtarmağa başlamışdır. Təxminən 2-3 saat sonra həmin əşyaları aparmaq üçün geri qayıtdıqda oğurladığı 1 ədəd televizorun, 1 ədəd anten qurğusunun, elektrik tənzimləyicisini və ədyalı gizlətidiyi yerdə olmamasını aşkar etmişdir. Həmin əşyaları gizlədərkən kimsə görərək aparmasını başa düşmüşdür. Oğurladığı əşyaları kimin götürüb və aparması barədə heç bir məlumatı və ya xəbəri olmamışdır. Bundan başqa oğurluq etmək məqsədilə 2022-ci ilin may ayının təxminən ortalarında günorta saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü Şöbə ərazisinə gedib və orada gəzişərkən adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs4 məxsus evdə heç kimin yaşamamasını görmüşdür. Həmin yeni inşa edilmiş evin ətrafı məftil torla çəpərlənmiş və evdə yaşayışın olmaması aydın şəkildə görünmüşdür. Buna görə də məftil tor çəpərini aşıb, özü ilə götürdüyü burğac (otvertka) ilə evin pəncərəsini açıb və oradan içəri daxil olmuşdur. Həmin evdən 1 ədəd qaz sobasını götürmüş və sonra isə evdən çıxaraq evin zirzəmisinə tərəf getmişdir. Evin zirzəminin qapısı üzərindəki qıfılı sındırıb və oradan 2 ədəd su mühərrikini götürmüşdür. Həmçinin zirzəmidən təxminən 30 metr naqili və yerdə olan təxminən 20 metr naqili də götürmüşdür. Bundan sonra oğurladığı bütün əşyaları çəpərdən küçəyə çıxardaraq oradan tapdığı kisəyə yığıb və qaz sobasını isə əli ilə tutaraq həmin yerdən çıxıb getmişdir. Evin şəhid ailəsinə verilməsi ona məlum olsaydı, həmin evdə oğurluq etməyəcəkdir. Evdən oğurladığı əşyalardan su mühərrikinin birini və mis naqili yolda təsadüfən mindiyi «Vaz2106» markalı avtomobilinin taksi sürücüsünə 40 manata satmışdır. Qalan əşyaları isə Xaçmaz rayonu, Nərəcan kəndində yol kənarında dayanaraq yoldan keçən tanımadığı şəxslərə satıb və əldə etdiyi pulları xərcləmişdir. Bundan başqa yenə də oğurluq etmək məqsədilə 20 may 2022-ci il tarixdən 21 may tarixinə keçən gecə saat 05 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs7 məxsus Xaçmaz rayonu, Xudat şəhərində yerləşən təsərrüfat malları mağazasının qarşısına getmişdir. Həmin mağazanın zirzəmi hissəsinin sağ və sol tərəfində iki ədəd şüşəli alüminium çərçivədən hazırlanmış qapılarının olmasını görmüşdür. Sağ tərəfdə olan qapının şüşəsini sındırıb və həmin qapını aça bilmədiyi üçün sol tərəfdə olan qapının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb və oradan içəri, yəni zirzəmiyə daxil olmuşdur. Bundan sonra zirzəmidə olan taxta pilləkan vasitəsi ilə mağazanın salonuna qalxmışdır. Mağazanın salonundakı seyfin üstündə olan kassanı açıb və içindən pulları götürmüşdür. Dəmir seyfin qapısını isə oradakı dəmir parçası ilə açmağa çalışsa da, seyfin qapısını aça bilməmişdir. Həmçinin mağazada olan masanın siyirtməsini açıb və orada olan pulları da götürüb və cibinə qoymuşdur. Bundan əlavə oradan satmaq məqsədilə 2 ədəd laqonda, 3 ədəd kəlbətini götürmüş və mağazada quraşdırılmış kameranın yaddaş aparatını yerindən çıxarmışdır. Mağazadan oğurladığı əşyaları özü ilə götürərək mağazaya daxil olduğu yerdən çıxıb və yol ilə piyada hərəkət etməyə başlamışdır. Yolda gedərkən pulları saydığı zaman oğurladığı pulların ümumilikdə təxminən 1100-1200 məbləğində olmasını müəyyən etmiş və yaxınlıqdan polis avtomobilinin keçidiyini görərək əlində olan laqondaları və kəlbətinləri yol kənarına ataraq hərəkətini dayandırmadan, şübhə çəkmədən davam etdirərək oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs7 məxsus mağazadan oğurladığı pulları xərcləyib və kameranın yaddaş aparatını isə tapılmaması üçün yadında qalmadığı yerdə sındıraraq tullamışdır. Bundan başqa təkrarən oğurluq etmək məqsədilə 25 may 2022-ci il tarixdən 26 may tarixinə keçən gecə saat 01 radələrində Xaçmaz rayonu, Moruqoba kəndi ərazisinə getmiş və kənd ərazisini gəzməyə başlamışdr. Həmin kənddə yerləşən adı sonrdan ona məlum olmuş Zərərçəkmiş şəxs12 məxsus ərzaq mağazasına yaxınlaşıb və ətrafda heç kimin olmamasına əmin olmuşdur. Bundan sonra mağazanın dam hissəsinə çıxaraq şiferdən hazırlanmış dam örtüyünü sındırmış və açdığı dəlikdən mağazanın içinə daxil olmuşdur. Mağazadan təxminən 20-25 (blok) müxtəlif markalı siqaretləri, özü ilə götürdüyü sellofan torbaya yığıb, daha sonra isə karton qutuda olan qəpik pulları da götürüb və həmin sellofan torbaya qoymuşdur. Bundan başqa mağazadan 400 manat nağd pulu da oğurlayaraq içəri daxil olduğu kimi, yəni mağazanın tavanından küçəyə çıxmışdır. O sonradan qəpikləri saydığı zaman həmin qəpiklərin təxminən 500 manat məbləğində olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs12 məxsus mağazadan oğurladığı ümumilikdə 900 manat pul və siqaretlər ilə birlikdə Xudat şəhərinə və oradan isə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərinə çatdıqda artıq səhər açılmışdır. Xaçmaz şəhərinin mərkəzi dairəsində olan tanımadığı taksi avtomobilindən birinə minib və Bakı şəhərinə çıxıb getmişdir. Mağazadan oğurladığı siqaretləri Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxslərə satıb və əldə etdiyi pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs12 məxsus mağazadan oğurladığı 500 manat xırda qəpikləri və 400 manat pulları da xərcləmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndinin mərkəzindəki şəhidlər xiyabanı abidəsindən Xaçmaz rayonu Müşkür kəndi istiqamətində 200 metr aralıda yerləşir. 15 yanvar 2021-ci il tarixdə, saat 11:08 radələrində istifadə etdiyi mobil telefona karantin qaydalarına uyğun olaraq icazə mesajı gəldiyinə görə həyat yoldaşı Sənəm və azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən çıxıb və taksi avtomobili ilə Xaçmaz rayonu Qaradağ-buduq kəndinə bacısıgilin yaşadığı evə qonaq getmişlər. Ailə üzvləri ilə birlikdə saat 11 radələrindən günorta saat 14 radələrinə qədər bacısının evində qonaq olduqdan sonra ailə üzvləri ilə birlikdə saat 14 radələrində yaşadıqları evə qayıdıb gəlmişlər. Evin darvazasını açıb, həyətə daxil olaraq evə yaxınlaşdığı zaman evin birinci mərtəbəsinin qonaq otağının taxta materialdan hazırlanmış pəncərə şüşəsinin çıxarılaraq yerə qoyulmasını və həmin şüşənin künc hissəsinin isə sınmış vəziyyətdə olmasını görmüşdür. Pəncərə şüşəsinin sınmasını küləkdən olmasını fikirləşərək qapını açıb və evə daxil olduqda evdə olan əşyların dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. Qonaq otağına keçib, oradan isə valideyinlərinin istifadə etdiyi yataq otağına daxil olduqda oradakı sandığın qapağının sındırılaraq açıq vəziyyətdə olmasını və onun içindəki əşyaların ətrafa dağıldığını görmüşdür. Bunları görüb, dərhal evin ikinci mərtəbəsində yerləşən yataq otağına çıxdıqda oradakı paltar dolabında olan qızıl əşyalarını saxladığı qutunun içinə baxdıqda orada saxladığı qızıl-zinət əşyalarının və yataq dəstinin altında olan 40 manat pulunun oğurlanması ona məlum olmuşdur. Evinə oğru və ya oğruların daxil olaraq evindən oğurluğun baş verməsini başa düşərək bu barədə Xaçmaz RPŞ-yə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Xaçmaz RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək baxış keçirib və sənədləşdirmə işləri aparmışlar. Baxış zamanı yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında paltar dolabında olan qutunun içindən 600 manat dəyərində 8 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan tros formasında hazırlanmış sadə qaşlı qadın boyunbağısının, 600 manat dəyərində 8 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış qaşsız kişi boyunbağısının, 600 manat dəyərində 8 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış sadə qaşlı kişi üzüyünün, 375 manat dəyərində 5 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış sadə qaşlı qadın boyunbağısının, ümumi dəyəri 750 manat təşkil edən hər biri 5 qram çəkidə 2 ədəd 585 əyarlı qızıldan hazırlanmış sadə qaşlı qadın üzüklərinin, 262 manat 50 qəpik dəyərində 3,5 qram çəkidə 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış sadə qaşlı aypara formalı klonun, ümumi dəyəri 1125 manat təşkil edən hər biri 5 qram çəkidə 3 ədəd 583 əyarlı qızıldan hazırlanmış sadə qaşlı qadın üzüklərinin, 495 manat dəyərində 6,6 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış sadə qaşlı qadın boyunbağısının, 150 manat dəyərində 2 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış klonun, 900 manat dəyərində 12 qram çəkidə 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış qadın boyunbağısının, 600 manat dəyərində 8 qram çəkidə 585 əyarlı qızıldan hazırlanmış 1 cüt göy rəngli sadə qaşlı qadın sırğalarının oğurlanmasını müəyyən etmişdir. Bundan başqa yataq otağındakı çarpayının üzərindəki yataq dəstinin altından 40 manat məbləğində pulun da oğurlanmasını aşkar etdiyinə görə ərizə ilə Xaçmaz rayon PŞ-nə müraciət etmişdir. Evindən baş vermiş oğurluğa görə ümumilikdə ona təxminən 6497 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, onun əmlakların qiyməti ilə bağlı ekspert rəyinə etirazı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, əmlaklar qaytarılmamış, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, ona vurulmuş ziyan ödənilməzsə, təqsirləndirilən şəxsə qanuni cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs10 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Bakı şəhəri, Xəzər rayonu Ş\Dres qəsəbəsi İtr küçəsi ev 12 mənzil 7-də ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 2017-ci ildə Xaçmaz rayonu Xudat şəhəri yeni yaşayış massivində 0,08 ha torpaq sahəsi alaraq həmin yerdə ev inşa etdirməyə başlamışdır. Otaqların çoxu təmirsiz olsa da, otaqların birini yay aylarında evə gəldiyi zaman ailə üzvləri ilə birlikdə orada qala bilməsi üçün təmir etdirmişdir. 25 yanvar 2021-ci il tarixdə Bakı şəhərindən Xudat şəhərində yerləşən evinə gəlib və 4 gün evdə qaldıqdan sonra 29 yanvar 2021-ci il tarixdə yenidən Bakı şəhərinə çıxıb getmişdir. 10 fevral 2021-ci il tarixdə Bakı şəhərindən Xudat şəhərinə gəldiyi zaman evin həyətində olan yarımtikilinin qapısının açıq vəziyyətdə olmasını və pəncərə şüşəsinin isə yerindən çıxarıldığını görmüşdür. Həmin otağa baxdığı zaman orada olan 250 manat dəyərində 1 ədəd «Stels» markalı velosipedinin olmadığı ona məlum olmuşdur. Bundan sonra evin ikinci mərtəbəsinə qalxdığı zaman orada otağın qapısının sındırıldığını və otaqlarda saxladığı 250 manat dəyərində 1 ədəd «Euromax» markalı böyük ölçülü laqondanın, 200 manat dəyərində 1 ədəd «İnterskon» markalı perefaratorun, 260 manat dəyərində 1 ədəd «Euromax» markalı elektrik cərəyanı ilə işləyən mişarın, 80 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 6 mm-lik naqilin, 70 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 4 mm-lik naqilin, 60 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 2,5 mm-lik naqilin, cəmi isə 1170 manat dəyərində əmlakının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ona məlum olmuşdur. Bu barədə Xudat şəhər PB-yə ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları ona məxsus evə gələrək baxış keçirib və sənədləşdirmə işləri aparmışlar. Evindən oğlurluq etmiş şəxsin Rəhman Rəhmanov olması və evindən oğurladığı 1 ədəd «EUROMAX» DS 6430 markalı elektiriklə işləyən mişarı və 1 ədəd «İNTERSKOL» 1650 Bt markalı perefaratoru Xudat- Yalama avtomobil yolunun sağ tərəfində yerləşən dəmir yol stansiyasının yaxınlığında yaşayış olmayan sahibsiz tikilinin arxa hissəsində gizlətməsi sonradan ona məlum olmuşdur. Xudat PB-nin polis əməkdaşlarının iştirakı ilə birlikdə həmin yerə keçirilən baxış zamanı özünə məxsus 1 ədəd «EUROMAX» DS 6430 markalı elektiriklə işləyən mişarı və 1 ədəd «İNTERSKOL» 1650 Bt markalı perefaratoru tanımışdır. Həmçinin bildirdi ki, ona dəymiş ziyan 1170 manat təşkil etmişdir. Təqsirləndirilən şəxsin ona vurduğu ziyan ödənilməmiş, o, vurulmuş ziyanı tələb edir və təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs5 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri, 28 May küçəsi ev 4-də yaşamasına baxmayaraq, 2009-cu ildə ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli həyəti daş hasara alınmış yaşayış evini alıb və həmin evdə təmir işləri aparmışdır. Həmin evə köçməmiş və orada yaşayış olmamışdır. Bəzən, vaxtı olduğu zaman həmin evə gedibgələrək baş çəkir. Hazırkı oğurluq hadisəsindən əvvəl, yəni sonuncu dəfə 05 may 2022-ci il tarixdə həmin evdə olmuş və 06 may 2022-ci il tarixdə isə Bakı şəhərinə çıxıb getmişdir. Evin içərisində evin istilik sistemini, işıq, qaz və su təchizatını təmin etmişdir. Evin istilik sistemi üçün evdə ayırca otaq olmuş və həmin otaqda iki ədəd “Herman” markalı kombi aparatı olmuşdur. 09 may 2022-ci il tarixdə, saat 17 radələrində evinə gəlib və evin həyət darvazasını açaraq qapıdan həyətə daxil olmuşdur. Daha sonra isə evin daxili kilidlə bağladığı dəmir qapısını açıb evə daxil olduqdan sonra dəhlizində olan bəzi əşayaların dağınıq vəziyyətdə olmasını görüb və otaqlara baxmışdır. Evin giriş qapısının sağ tərəfində olan pənəcərənin açıq vəziyyətdə olmasını aşkar etmişdir. Evin otaqlarına baxdığı zaman evdə olan 2013-cü ildə Bakı şəhərindən aldığı, işlənməmiş, təzə, Almaniya istehsalı, 1 ədəd 850 manat dəyərində “Herman” markalı kombi aparatının, hər biri 150 manat olmalqa 2 ədəd ümumilikdə 300 manat dəyərində, 2013-cü ildə Bakı şəhərindən aldığı, işlənməmiş, təzə, Türkiyə istehsallı, “Baysallar” markalı kombi üçün stabilizatorun, 2013-cii ildə Bakı şəhərindən aldığı, işlənməmiş, təzə, Türkiyə istehsallı, 1 ədəd 150 manat dəyərində kombi aparatı üçün səkkiz çıxışlı isti su paylayıcısının, 2013cü ildə Bakı şəhərindən aldığı, Rusiya istehsallı, “Markus” markalı, 1 ədəd 130 manat dəyərində su mühərrikinin, 2013-cü ildə Bakı şəhərindən aldığı, Rusiya istehsallı, “Markus” markalı, 1 ədəd 120 manat dəyərində su mühərrikinin, 2013-cü ildə Bakı şəhərindən aldığı, Türkiyə istehsallı, “Lassa” markalı, 1 ədəd 250 manat dəyərində su qızdırıcısnı, hər biri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 2013-cü ildə Bakı şəhərindən aldığı, 2 ədəd Türkiyə istehsallı, 20 millimetr diamterli, qaz xətti çəkilməsi üçün nəzərdə tutulmuş, 50 sm uzunluqda işlənməmiş, 2 ədəd təzə dəmir boruların, hər biri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində, 2013-cü ildə Bakı şəhərində aldığı Türkiyə istehsallı, 20 millimetr diametrli, 50 sm uzunluqda işlənməmiş, təzə, 3 ədəd plastmas boruları, 2013-cü ildə Bakı şəhərindən aldığı Türkiyə istehsallı, 1 ədəd 55 manat dəyərində su kranını, hər biri 3 manat 50 qəpik olmaqla, ümumilkdə 42 manat dəyərində, 2013-cü ildə Bakı şəhərindən aldığı 12 ədəd Türkiyə istehsallı, işlənməmiş, taxta yapışdırmaq üçün nəzərdə tutulmuş taxta yapışqanlarının, hər qutusu 21 manat 50 qəpik olmaqla, 5 qutu, ümumilikdə 107 manat 50 qəpik dəyərində mansart taxtası vurmaq üçün nəzərdə tutulan sarı rəngli polad vintlərin, 2015- ci ildə Xaçmaz şəhərindən aldığı 1 ədəd 100 manat dəyərində perefaratorun, 2015-ci ildə Xaçmaz şəhərindən aldığı Rusiya istehasllı, 06 millimetr diamterli, 250 metr uzuluqda 250 manat dəyərində elektrik naqillərini, hər biri 15 manat olmaqla 2 ədəd ümumilikdə 30 manat dəyərində, 2015-ci ildə Xaçmaz şəhərindən aldığı Türkiyə istehsallı, otaqların havasını təmizləmək üçün nəzərdə tutulmuş vintelyator, 2021-ci ildə Xaçmaz şəhərindən aldığı 1 cüt Türkiyə istehsallı ipli 42 ölçülü qara rəngli 35 manat dəyərində kişi ayaqqabısının oğurlandığı ona məlum olmuşdur. O, DİN-in 102 xidmətinə zəng edib evindən baş vermiş oğurluqla əlaqədar məlumat verdikdən sonra polis əməkdaşları ona məxsus evə gəlib və baxış keçirmişlər. Baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 2465 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin ona vurduğu ziyan ödənilməmiş, o, vurulmuş ziyanı tələb edir və təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ifadəsindən müəyyən edilir ki, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində evi olduğuna görə hazırda orada yaşayır və heç bir yerdə işləmir. Ata evi Xaçmaz rayonu, Qusarçay kəndində yerləşir və bəzən vaxtı olduğu zaman həmin evə gəlib-gedir. Ata evi Xaçmaz rayonu, Qusarçay kəndində Bakı-Yalama dəmir yol xəttindən kənd mərkəzinə doğru 400 metr aralıda yerləşir. X13 kəndində ata evindən 4 küçə aralıda öz ailəsi və anası ilə birlikdə yaşayır. Ata evi ona məxsus olduğuna görə bacısı və anası hazırda ona məxsus evə nəzarət edirlər. Sonuncu dəfə 2021-ci ilin yanvar ayının əvvəlində Qusarçay kəndində yerləşən evinə gəlib və sonra çıxıb getmişdir. 03 fevral 2021-ci il tarixdə, saat təxminən 15 radələrində anası ona zəng vurub evinin salonunun pəncərəsinin açıq olmasını gördüyü üçün evinə oğru və ya oğruların daxil olduğunu zənn etdiyinə görə evdəki əşyalarına baxmış və evdən heç bir əşya oğurlanmaması barədə ona məlumat vermişdir. Bu səbəbdən də həmin zaman hər hansı bir orqana bu barədə müraciət etməmişdir. 08 fevral 2021-ci il tarixdə Bakı şəhərindən çıxaraq Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən evinə gələrək evinin otaqlarına və həyətinə baxdığı zaman evin içindən hər hansı bir əşya oğurlanmadığını dəqiqləşdirmişdir. Bundan sonra evinin həyətindəki yay mətbəxinə baxdığı zaman mətbəxin qıfılının üzərində olmadığını və mətbəxdə atasından yadigar qalan 2 ədəd işlənmiş od samovarlarının oğurlandığını aşkar etmişdir. Həmin mətbəxi saxlanc yeri kimi istifadə edib və həmin otağa konservləşdirilmiş, qışa tədarük üçün saxladığı meyvə və tərəvəz məhsullarının, ümumiyyətlə başqa əşyaların da qoyub, taxta qapısını qıfılla bağlamışdır. Evindən oğurluq olmasını aşkar etdiyi üçün bu barədə Xaçmaz RPŞ-yə məlumat verdikdən bir neçə dəqiqə sonra RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək baxış keçirib və sənədləşdirmə işləri aparmağa başlamışlar. Evinin həyətindəki mətbəxdən oğurlanmış od samovarlarının 1 ədədi 5 litr su tutumlu və digər isə 7 litr su tutumlu olmuşdur. Evindən oğurlanmış 5 litir su tutumlu samovarın dəyəri 200 manat və 7 litr su tutumlu samovarın dəyəri isə 300 manat olduğuna görə ümumilikdə ona 500 manat məbləğində maddi ziyan dəymişdir. Evindən 2 ədəd od samovarlarının oğurlanması ilə əlaqədar Xaçmaz rayon PŞ-yə ərizə ilə müraciət etmişdir. Evindən oğurluq etmiş şəxsin Xudat şəhər sakini Rəhman Rəhmanov adlı şəxs olması və evindən oğurladığı 2 ədəd samovarları Xudat şəhərində Şahid3 adlı şəxsə satması sonradan ona məlum olmuşdur. RPŞ-nin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı evindən oğurlanmış özünə məxsus 2 ədəd od samovarları tanımışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 aprel 2021ci il tarixli 9/1937 nömrəli rəyi ilə tanış olduqdan sonra həmin rəylə razı olmadığını bildirərək samovarların dəyərlərinin əvvəlki ifadəsində olduğu kimi 200 və 300 manat olmasını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 nümayəndəsi X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs9 onun əridir. Onlar evdə olmadıqları vaxt təqsirləndirilən şəxs onların Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evdən iki ədəd odun samovarını oğurlamışdır. Sonradan təqsirləndirilən şəxsin oğurlayaraq başqa şəxsə satdığı həmin iki ədəd samovar tapılaraq onların özünə qaytarılmışdır. Lakin samovarlar qaytarıldıqda yarasız vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayətçi deyillər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun evindən əmlakları oğurlayan şəxsi o polis bölməsinə ərizə ilə müraciət etdiyi vaxt özü məyyən etmiş, həmin şəxs hazırkı iş üzrə təqsirləndirilən şəxs olmamış, İlham adlı şəxs olmuş, lakin həmin şəxs avtomobil qəzasında ölmüş, onun evindən edilmiş oğurluğu polis Təqsirləndirilən şəxs adına yazmışdır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Həmçinin bildirdi ki, onun evindən oğurlanmış əmlaklar iki ədəd su mühərriki, mis və alüminiumdan olan elektrik naqilləri və qaz plitəsi olmuşdur. Ona vurulmuş ziyan ödənilməmişdir. O, evindən oğurluq edilməsi barədə şikayət etdiyi vaxt həmin oğurluğu etmiş Elmar adlı şəxs əməlini artıq etiraf etmişdir, lakin Elmar adlı həmin şəxs izahatında onun evindən yalnız naqilləri oğurladığını göstərmişdir, o isə hesab edir ki, naqilləri oğurlayan şəxs eyni zamanda mühərrikləri də oğurlamış olar. Onun evindən oğurluq etmiş, yəni özünün müəyyən etdiyi şəxsin adı, səhv xatırlamırsa, Elmar olmuşdur. Təqsirləndirilən şəxs onun evindən oğurluqla əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs4 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və Yalama "xxxx" MMC-də baytar-həkim işləyir. 2017-ci il tarixdə ailə həyatı qurmuşdur. Qayınatası birinci Qarabağ müharibəsində şəhid olmuş Azər Oğlanovun ailə üzvləri üçün 2019-cu ildə dövlət tərəfindən ev inşa edilməsi məqsədilə Xudat şəhəri 3-cü şöbə adlanan ərazidə 0,05 ha torpaq sahəsi ayrılmışdır. 2021-ci ilin sentyabr ayında Bakı şəhərindən nümayəndələr gəlib, həmin torpaq sahəsində 2 otaqlı kürsülü ev inşa etməyə başlayıb və həmin evi 2022- ci ilin aprel ayında tikib qurtardıqdan sonra dövlət büdcəsi hesabına evin bəzi əşyalarını alaraq evin içərisinə yerləşdirmişlər. Evin işıqları çəkilsə də, qazla təchiz edilməmişdir. Evə su çəkilməsi üçün su mühərrikləri və digər avadanlıqlar almış və evi olmadığı üçün qayınanası Kəmalə Oğlanova həmin evi yaşamaq üçün ona vermişdir. Evə köçüb yaşamasa da, vaxtı olduğu zaman nəzarət etmək üçün tez-tez həmin evə gedib-gəlmişdir. Sonuncu dəfə 13 may 2022-ci il tarixdə həmin evdə olduğu zaman evin içərsində və zirzəmidə olan əşyaların yerində olmasını görmüş və evin qapısını daxili kilidlə bağladıqdan sonra çıxıb getmişdir. 22 may 2022-ci il tarixdə, saat 12 radələrində o, həmin evə gəldiyi zaman evin zirzəmisinin dəmir qapısının açıq vəziyyətdə olmasını və zirzəminin dəmir qapısının kilid hissəsindən sındırılmasını aşkar etmişdir. Zirzəmiyə baxdıqda zirzəmidən 200 manat dəyərində 1 ədəd Rusiya Federasiyası istehsalı “Markus” markalı su mühərrikinin və 1 ədəd 170 manat dəyərində “Kristal” ticarət mərkəzindən aldığı “Marsu” markalı su mühərrikinin, 1 metrinin dəyəri 1 manat 50 qəpik ümumi dəyəri 45 manat təşkil edən 30 metr uzunlquda 08 mm diametrli Azərbaycan Respublikası istehsalı misdən hazırlanmış elektrik naqilinin, 1 metrinin dəyəri 1 manat 50 qəpik ümumi dəyəri 50 manat təşkil edən 20 metr uzunluqda 10 mm diametrli, Rusiya istehsalı, alüminiumdan hazırlanmış elektrik naqilinin olmadığını görmüşdür. Bundan sonra evin içinə daxil olub və evdə olan otaqlara baxdıqda evin hamamından 1 ədəd 120 manat dəyərindən Türkiyə istehsalı, “Yücel” markalı qaz plitəsinin oğurlandığı ona məlum olmuşdur. Baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 585 manat məbləğində maddi ziyan dəydiyinə görə zəng edib bu barədə polisə məlumat verdikdən sonra Xaçmaz RPŞnin əməkdaşları yaşadığı evə gəlib və evinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri M.Ə.Sabir küçəsi ev 36-da qeydiyyatda olmasına baxmayaraq, Xaçmaz şəhəri 61-ci kvartal Rəşad Şabəddinov küçəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Yaşdağı evin arxa hissəsində evindən təxminən 100 metr aralıda «Qrand Oil» yanacaqdoldurma məntəqəsi yerləşir. Özünə məxsus «Qazel» markalı yük avtomobili vardır və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dorlandırır. 05 avqust 2020-ci il tiarixdə, axşam saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evdən çıxıb və Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ata evinə getmişdir. Məqsədi səhər qardaşına məxsus avtomobil ilə Qusar şəhərində yerləşən xəstəxanaya getmək olduğundan buna görə də həmin gecəni atasıgilin evində qalmışdır. Səhəri günü tezdən isə Qusar şəhərində yerləşən xəstəxanaya və oradan isə Quba şəhərindəki diaqnostika mərkəzinə getmişdir. 06 avqust 2020-ci il tarixdə, təxminən saat 19 radələrində Xaçmaz şəhərində yerləşən evinə qayıdıb gəlmişdir. Evin küçə qapısını açmaq istəyərkən qapı açılmamış və buna görə də hasardan tullanıb həyətə keçərkən qapının arxadan bağlı olduğunu gördükdə bundan şübhələnmişdir. Ona görə ki, evdən gedərkən qapını açarla küçə tərəfdən bağlamış və çıxıb getmişdir. Lakin qapının cəftəsinin içəridən bağlı olması onu şübhələndirmişdir. Buna görə də qapını açandan sonra həyətə keçib baxarkən həyətinin bağ sahəsinin arxa tərəfindəki qapısının açıq olduğunu görmüşdür. Evin bağ sahəsindəki qapını bağlayıb qayıdarkən evin yataq otağının pəncərəsinin dəmir barmaqlıq və tor çərçivəsinin çıxarıldığını, eləcə də pəncərənin açıq vəziyyətdə olmasını aşkar etmişdir. Evin içinə daxil olduqda evin bütün otaqlarındakı əşyların ətrafa dağıdılaraq axtarıldığını görmüşdür. Yataq otağına keçib qızıl-zinət əşyaları olan dolaba baxdıqda qızıl-zinət əşyaları olan qutuların hər ikisinin boş vəziyyətdə yerdə olmasını aşkar etmişdir. Evinə oğru və ya oğruların daxil olmasını başa düşərək dərhal DİN-nin 102 xidmətinə zəng edib və bu hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları evinə gəlib və evdə özünün iştirakı ilə baxış aparılarkən evdən həyat yoldaşı üçün aldığı qızıl-zinət əşyaları ilə birlikdə 300 manat nağd pulun da oğurlanmasını dəqiqləşdirmişdir. Belə ki, evin yataq otağındakı dolabda olan qutulardan 2000 manat dəyərində, 583 əyarlı qızıldan kompekt şəklində hazırlanmış 17,3 qram çəkidə brilyant qaşlı boyunbağı və qolbağın, 1500 manat dəyərində 13,9 qram çəkidə, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış brilyant qaşlı sırğa və üzüyün, 600 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd brilyant qaşlı qadın üzüyünün, 1200 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə ləçəkvari brilyant qaşlı bir cüt sırğanın, 300 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə, 1 ədəd çınqılvari qara qaşlı kişi üzüyünün, 450 manat dəyərində, 583 əyarlı qızıldan tac formasında hazırlanmış 6 qram çəkidə, 1 ədəd qaşsız qadın üzüyünün, 600 manat dəyərində 500 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə, 1 ədəd qadın qolbağının, 300 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə, 1 ədəd qadın üzüyünün, 225 manat dəyərində 500 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə, 1 ədəd qadın üzüyünün, 150 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd qadın üzüyünün, 525 manat dəyərində 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 7 qram çəkidə 1 ədəd çınqılvari qaşlı qadın sırğa və üzüyünün, 150 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə, 1 ədəd uşaq qolbağının, 150 manat dəyərində 583 əyarlı qızıldan tor şəkilində hazırlanmış 2 qram çəkidə, 1 ədəd qızıl qadın üzüyünün, 1500 manat dəyərində 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 20 qram çəkidə, 1 ədəd qadın boyunbağısının, 75 manat dəyərində 500 əyarlı qızıldan hazırlanmış 1 qram çəkidə, bir cüt uşaq sırğalarının və həmin otaqdakı pul kisəsinin içərisindən isə 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişdir. Həmçinin bildirdi ki, oğurluq nəticəsində ona ümumilikdə 10025 manat məbləğində maddi ziyan vurulmuşdur. Ondan oğurlanmış əmlaklardan heç biri ona qaytarılmamış, ona vurulmuş ziyan ödənilməmişdir. O, ondan oğurluq edilməsi ilə bağlı şikayətçidir, lakin təqsirləndirilən şəxs onun evindən oğurluq etmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Xaçmaz rayonu Qıraqlı kəndində ailəsi ilə birlikdə yaşayır və Quba rayonu, Kupçalqışlaq kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. Təxminən 7 il bundan əvvəl Xaçmaz şəhəri, Xocalı küçəsində 0,05 ha torpaq sahəsi almış və həmin torpaq sahəsini hasara alaraq orada 2 mərtəbəli yaşayış evi inşa etdirmişdir. Əksər hallarda ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu, Qıraqlı kəndində yaşamasına baxmayaraq qış aylarında Xaçmaz şəhəri, Xocalı küçəsində yerləşən evində yaşayır. Sonuncu dəfə 08 may 2022-ci il tarixdə ailə üzvlərim həmin evdə olub, həmin gün evdən çıxıb gedən zaman evin qapısını və həyətin dəmir darvazasını bağlamışdır. 13 may 2022-ci il tarixdə səhər saat 11 radəlarində Xaçmaz rayonu, Xocalı küçəsində yaşayan qonşusu Zaman ona zəng edərək evindən bir nəfər şəxsin oğurluq edib və getdiyi zaman gördüyünü ona bildirmişdir. Bundan başqa Zaman həmin şəxsin Xaçmaz şəhəri, Xocalı küçəsində yerləşən evinin həyət darvazasını açaraq içəridən küçəyə çıxan zaman onun belində ədyala bükülmüş televizorun və əlində isə çanta olmasını görmüşdür. Buna görə də öz yaşadığı evə gələrək evinin həyət qapısının və evinin qapısının açıq olmasım görmüşdür. Bundan başqa evinin birinci mərtəbəsində yerləşən qonaq otağının pəncərə üzərindəki dəmir barmaqlığın alt tərəfindən divardan qopmasını və pəncərənin açıq olmasını müəyyən etmişdir. Evə daxil olub, evinin otaqlarına baxdıqda qonaq otağında, dəhlizdə və evin digər otqalarında axtarış aparıldığını və əşyaların dağınıq vəziyyətdo olduğunu görmüşdür. Evdən oğurlanmış müəyyən etmək üçün otaqlara baxdığı zaman qonaq otağından 2020-ci ilin may ayında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Kristal” ticarət mərkəzindən aldığı Çin istehsalı, 124 sm dioqanallı, “Shivaki” markalı Full HD 1 ədəd 1500 manat dəyərində smart televizorun, 2020-ci ilin may ayında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Kristal” ticarət mərkəzindən aldığı Çin istehsalı, 1 ədəd 45 manat dəyərində smart televizorun divardan asmaq üçün nəzərdə tutulan dəstəyinin, 2020-ci ilin may ayında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Kristal” ticarət mərkəzindən aldığı Çin istehsalı, 1 ədəd 15 manat dəyərində smart televizorun anten aparatının, evin vanna otağında olan paltaryuyanın üzərindəki 2022-ci ilin mart ayında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Kristal” ticarət mərkəzindən aldığı “ANDELİ” markalı, SVC - 7500VA model, ağ rəngli, Çin istehsalı 1 ədəd 300 manat dəyərində stabilizatorun və ikinci mərtəbədəki yataq otağından 2021-ci ilin may ayında Sumqayıt şəhərindən aldığı İran istehsalı, bənövşəyi çalarları olan, damalı 1 ədəd 30 manat dəyərində yun materialdan hazırlanmış adyalın oğurlandığı ona məlum olmuşdur. Evindən baş vermiş oğurluqla əlaqədar ümumilikdə ona 1890 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də evindən baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verdikdən bir neçə dəqiqə sonra Xaçmaz RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib baxış keçirdikləri zaman evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin ona vurduğu ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs6 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev prospekti ev 9-da ailəsi ilə birlikdə yaşayır və Xaçmaz rayonu Xudat-Gəndov avtomobil yolunun 1-ci km-də “Nurel” şaldıq sarayının qarşısında yerləşən avtotəmir sexini icarə əsasında işlədir. Həmin sexdə avtomobil təmir edərək qazandığı pul qarşılığında ailəsini dolandırır. Hər gün işlədiyi avtotəmir sexini səhər saat 10 radələrində açıb və axşam saat 22-23 radələrində bağlayaraq yaşadığı evə çıxıb gedir. 29 avqust 2021-ci il tarixdə, saat 23 radələrində işlədiyi avtotəmir sexinin qapısını bağlayaraq yaşadığı evə çıxıb getmişdir. Ertəsi gün, yəni 30 avqust 2021-ci il tarixdə, səhər saat 10 radələrində iş yerinə gəliyi zaman sexin qapısı üzərindəki qıfılın sındırıldığını və sexdəki əşyalarının oğurlandığını görmüşdür. Sexdəki əşyalarından nəyin oğurlanmasını dəqiqləşdirmək üçün sexə daxil olub və içəri diqqətlə baxdıqda oradan 190 manat dəyərində 1 ədəd kiçik ölçülü qaynaq aparatının, 180 manat dəyərində 1 ədəd böyük ölçülü (laqonda) dəmirkəsən cihazın, 75 manat dəyərində 1 ədəd kiçik ölçülü (laqonda) dəmir kəsən cihazın, 120 manat dəyərində 1 ədəd batareyalı (drelin) burğacın, 75 manat dəyərində böyük ölçülü (drelin) burğacın, hər birinin dəyəri 30 manat olan ümumi dəyəri 60 manat təşkil edən 2 ədəd hidrovlik qaldırıcı qurğunun, 1 metrinin dəyəri 2 manat 50 qəpik ümumi dəyəri 100 manat təşkil edən 40 metr uzunluğunda 12 mm-lik kabelin, 72 manat dəyərində təmir üçün açar dəstinin, hər biri 25 manat cəmi 50 manat təşkil edən 2 ədəd «Vaz2108» markalı avtomobilin ön faralarının, 180 manat dəyərində 1 ədəd «Vaz2108» markalı avtomobilin starterinin və 120 manat dəyərində 1 ədəd «Vaz2108» markalı avtomobilin dinamosunun oğurlandığını aşkar etmişdir. 29 avqust 2021-ci il tarixdən 30 avqust tarixinə keçən gecə naməlum şəxs və ya şəxslərin işlətdiyi avtotəmir sexinə daxil olaraq oğurluq etməsini başa düşmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng edib və bu barədə məlumat verdikdən bir neçə dəqiqə sonra Xaçmaz RPŞ-nin əməkdaşları işlədiyi sexə gələrək baxış keçirib və sənədləşdirmə işləri apardıqları zaman sexdən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirdi ki, ona ümumilikdə 1222 manat maddi ziyan dəymiş, ona dəymiş ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs8 ifadəsindən müəyyən edilir ki, o, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi ev 9, mənzil 7-də qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2A, mənzil 37-də yaşayır. Təxminən 2005-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 2 hektar 64 sot olan torpaq sahəsini almış və həmin bağ sahəsini məftil torla hasarlamışdır. Torpaq sahəsində meyvə ağacları əkmiş, orada ikimərtəbəli yardımçı tikili inşa etdirmiş, su çəni və ağacların suvarılması üçün kiçik süni göl yaratmışdır. Ağacların suvarılması məqsədilə 2020-ci ilin təxminən yay aylarında Xaçmaz şəhərindən 560 manat pula 1 ədəd “Niva” markalı, 100-lük su mühərriki alıb və oradakı çənin yanında quraşdırmışdır. Həmin su mühərrikini 2021-ci ildən işlətməyə balamış və mütəmadi olaraq gedib həmin bağ sahəsinə nəzarət etmişdir. Bağda quraşdırdığı su mühərrikinin tez sıradan çıxmasının qarşısını almaq məqsədilə onun üzərinə qara rəngli qalın sellofan örtük örtmüşdür. Bundan başqa həmin su mühərrikini vintlərlə yerə bərkitdirmişdir. Sonuncu dəfə 25 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində yerləşən özünə məxsus bağ sahəsinə gedib hər şeyin öz yerində olmasını görmüş və Bakı şəhərinə çıxıb getmişdir. Həmin ərəfədə bağda ağacları budamaqla məşğul olması üçün bağ sahəsini qohumu Şahin Şahkərimova tapşırmışdır. 25 yanvar 2022-ci il tarixdə Şahin mobil telefonuna zəng edib bağda budama işlərini tamamlaması və süni gölün yaxınlığındakı tor hasarın deformasiyaya uğraması barədə ona məlumat vermişdil. Torun həmin hissəsinin təmirə ehtiyacının olub-olmamasını ondan soruşaraq bağ sahəsində quraşdırdığı mühərrikin yerində olub-olmamasını yoxlamasını Şahindən xahiş etmişdir. Şahin qara sellofan örtüyün altında olan su mühərrikinin yerində olub-olmadığını yoxladıqdan sonra su mühərrikinin vintlərinin açılaraq yerə atıldığını və mühərrikin yerində olmadığını ona bildirmişdir. Naməlum şəxs və ya şəxslərin bağ sahəsinə qanunsuz daxil olaraq bağda quraşdırdığı 1 ədəd su mühərrikini oğurlamasını başa düşmüşdür. Bundan sonra 27 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonuna gəlib, su mühərrikinin oğurlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat verdikdən sonra ərizə ilə Xaçmaz RPŞ-yə müraciət etmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə teleqramlar ünvanlayaraq, hazırkı cinayət işinin məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs barəsində heç bir vəsatəti və şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs11 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavod qəsəbəsi yataqxana 2, mənzil 49-da ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Xudat şəhəri, 3-cü şöbə adlanan yaşayış massivində özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və hazırda evin tikintisi başa çatmadığından orada yaşayış yoxdur. Buna baxmayaraq, tez-tez həmin özünə məxsus 4 otaqlı evə gedib və nəzarət etmişdir. Sonucu dəfə orada 06 mart 2022-ci il tarixdə evdə olmuş, hər şeyin yerində olduğunu gördükdən sonra çıxıb getmişdir. 04 aprel 2022-ci il tarixdə evə baxmaq məqsədi ilə anası ilə birlikdə həmin evə gedib və evinə daxil olmaq istəyərkən evinin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olması ona məlum olmuşdur. Bundan sonra evə daxil olub evin giriş qapısının sağ tərəfində yerləşən otağa, otaqdakı çarpayının altına baxdıqda oradan 1 ədəd 120 manat dəyərində olan qidraforu ilə birlikdə “Marquis” markalı su mühərrikinin oğurlandığını aşkar etmişdir. Bundan sonra evin digər 3 otağına elektrik təchizatı ilə təmin etmək üçün çəkdirdiyi 1 metrinin dəyəri 50 qəpik ümumi dəyəri 75 manat təşkil edən 150 metr uzunluğunda 2,5 mm-lik və 1 metrinin dəyəri 70 qəpik ümumi dəyəri 105 manat təşkil edən 150 metr uzunluğunda 4 mm-lik mis elektrik naqillərini və 1 metrinin dəyəri 1 manat ümumi dəyəri 30 manat təşkil edən 30 metr uzunluğunda alüminium elektrik naqillərinin divara bərkidildiyi yerlərdən sökülüb, çıxarılaraq oğurlandığını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmişlər. Evindən baş vermiş oğurluqla əlaqədar ümumilikdə ona 330 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs11 məhkəməyə teleqram ünvanlayaraq, hazırkı cinayət işinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsi ev 48də ailəsi ilə birlikdə yaşayır və özünə məxsus Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində şəhər mərkəzi dairəsinin yaxınlığında avtomobil yolunun sol tərəfində yerləşən təsərrüfat malları mağazasını işlədir. Hər gün mağazanı 08 radələrində açıb və axşam saat 22 radələrində bağlayaraq yaşadığı evə çıxıb gedir. Mağazada işləyən işçilər getdikdən sonra adətən kassalarda olan pulları sayıb və hesabladıqdan sonra çıxıb getmişdir. 20 may 2022-ci il tarixdə, saat 22 radələrində yenə də öz mağazasında işlərini yekunlaşdırıb, kassada olan pulları sayıb və yaşadığı evə çıxıb getmişdir. Evə getməmişdən əvvəl mağazada olan pulları sayarkən girişdən sağ və sol tərəfdəki kassalarda ümumilikdə 955 manat nağd pulun və kassa aparatının yanındakı siyirtmədə isə 175 manat pulun olmasını dəqiqləşdirmişdir. Ertəsi günü, yəni 21 may 2022-ci il tarixdə, səhər saat 08 radələrində mağazaya gəldikdə mağazanı açmamışdan əvvəl mağazanın sağ tərəfdə olan zirzəmisinin qapısı üzərindəki şüşəsinin sındırılmasını görmüşdür. Bundan başqa zirzəminin digər sol tərəfində yerləşən qapısının kilidinin sındırılmasını və açıq vəziyyətdə olmasını aşkar etmişdir. Mağazaya daxil olduqda sağ tərəfdə olan kassanın kilidinin isə sındırılmasını, həmçinin açıq vəziyyətdə olmasını görmüşdür. Mağazaya girişdən sol tərəfdə yerləşən dəmir seyfin qapısının əyilməsini, kassa aparatının da klidinin sınması və açıq vəziyyətdə olması ona məlum olmuşdur. Mağazaya baxış keçirdikdə kassa aparatlarından və oradakı sağda olan siyirtmədən ümumilikdə 1130 manat pulun, kassa aparatının yanında quraşdırılmış 6 terabayt yaddaş tutumu olan, kameraların videogörüntülərini 30 gün müddətində saxlaya bilən, 850 manat dəyərində kameraların yaddaş qurğusunun, mağazanın zirzəmisindən hər biri 110 manat olan 02 ədəd ümumilikdə 220 manat dəyərində «Ural zid TŞK-22» markalı, təzə, Çin istehsalı olan laqondalar, 01 ədəd 180 manat dəyərində Çin istehsalı olan «Ural zid TŞK- 22» markalı perefarator, dükanın vitrinlərində olan hər biri 10 manat olmaqla, 03 ədəd, ümumilikdə 30 manat dəyərində Türkiyə istehsalı olan dəmir kəlbətinlərin oğurlanmasını aşkar etmişdir. Bundan sonra başa düşmüşdür ki, 2022-ci ilin may ayının 20-dən 21-nə keçən gecə naməlum şəxs və şəxslər zirzəmidən mağazaya giriş olduğuna görə zirzəminin qapısını sındıraraq oradan mağazaya daxil olub və mağazadan pul və digər əşyaları oğurlamışlar. Baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 2410 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng edib dükanından oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları ona məxsus təsərrüfat malları mağazasına gəlib və baxış keçirdərək sənədləşdirmə işləri aparmışlar. Məhkəmə ekspertiza mərkəzinin 9/20 saylı rəyi ilə tanış olduqdan sonra 3 və 4-cü qrafasında müvafiq olaraq 180 manat olan 1 ədəd «Uralzidd» markalı perefarator və bir ədədi 10 manat ümumi dəyəri 30 manat təşkil edən Türkiyə istehsallı 3 ədəd kəlbətinlərin dəyərləri ilə razılaşıb və qalan qiymətlərlə razı olmamışdır. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq, hazırkı cinayət işinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, ona vurulmuş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinini olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs12 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Moruq-oba kəndində ailəsi ilə birlikdə yaşayır və yaşadığı kənd mərkəzindəki evinin həyətyanı sahəsində özünə məxsus 22 kv. metr sahəsi olan «Mini-market» adlı ərzaq mağazası vardır. Həmin mağaza evinin sol tərəfində yerləşir və həmin mağazada müxətlif çeşiddə ərzaq və qeyri-ərzaq mallarının satışı ilə məşğul olur. Mağazanı səhər saat 09 radələrində açıb və axşam saat 21 radələrində bağlayır. 25 may 2021-ci il tarixdə mağazanı bağladıqdan sonra yaşadığı evə çıxıb getmişdir. 26 may 2021-ci il tarixdə mağazanın qapısını açıb və içəri daxil olduqdan sonra mağazanın tavanının sınmış və əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. 2021-ci ilin may ayının 25-dən 26-na keçən gecə mağazaya naməlum şəxs və ya şəxslərin tavanı sındırmaqla içəri daxil olub mağazadan oğurluq etmələrini başa düşmüşdür. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdikdən sonra Xaçmaz RPŞ-nin əməkdaşları mağazaya gəlmişlər. Polis əməkdaşları sənədləşdirmə işləri apardıqları zaman mağazadan oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gəldikdən sonra özünə məxsus mağazaya nəzər saldıqda mağazadan 500 manat xırda qəpiklərin, 400 manat nağd pulun, 35 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) qalın «Kent-8» markalı siqaretlərin, 35 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) qara rəngli nazik «Kent-4» markalı siqaretlərin, 38 manat 60 qəpik dəyərində 1 blok (10 qutu) qara rəngli nazik «Sobrane» markalı siqaretlərin, 38 manat 60 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli nazik «Sobrane» markalı siqaretlərin, 38 manat 60 qəpik dəyərində 1 blok (10 qutu) ağ rəngli nazik «Sobrane» markalı siqaretlərin, 42 manat dəyərində 2 blok (20 qutu) göy rəngli qalın «Prima» markalı siqaretlərin, 22 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) boz rəngli kompakt «Classik» markalı siqaretlərin, 22 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) uzun göy rəngli «Classik» markalı siqaretlərin, 21 manat dəyərində 1 blok (10 qutu) göy rəngli nazik «VİCEROY» markalı siqaretlərin, 21 manat dəyərində 1 blok (10 qutu) qara rəngli nazik «VİCEROY» markalı siqaretlərin, 42 manat dəyərində 2 blok (20 qutu) göy rəngli kompakt «Maqna» markalı siqaretlərin, 42 manat dəyərində 2 blok (20 qutu) qara rəngli nazik «Maqna» markalı siqaretlərin, 42 manat dəyərində 2 blok (20 qutu) boz rəngli «Maqna» markalı siqaretlərin, 45 manat 60 qəpik dəyərində 2 blok (20 qutu) ağ rəngli kompakt «LD» markalı siqaretlərin, 22 manat 80 qəpik dəyərində 1 blok (10 qutu) boz rəngli nazik «LD» markalı siqaretlərin, 25 manat 50 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli qalın «Rotmans» markalı siqaretlərin, 25 manat 50 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli qalın «Vincester» markalı siqaretlərin, 21 manat dəyərində 1 blok (10 qutu) göy rəngli nazik «Veqas» markalı siqaretlərin, 35 manat 50 qəpik dəyərində 1 blok (10 qutu) göy rəngli qalın «Vinston» markalı siqaretlərin oğurlanması ona məlum olmuşdur. Mağazadan oğurlanmış müxtəlif markalı siqaretlərin ümumi dəyəri 618 manat 90 qəpik təşkil etməklə ərzaq mağazasından ümumilikdə 1518 manat 90 qəpik məbləğində əmlakın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq ona maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs12 məhkəməyə teleqram ünvanlayaraq, hazırkı cinayət işinin məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Balasoltan oğlu ifadəsində göstərdi ki, Xaçmaz rayonu Ağaşirin-oba kəndində qeydiyyatda olmasına baxmayaraq, Xaçmaz şəhəri, Xocalı küçəsində yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 məxsus yaşayış evi onun evinin əks tərəfində yerləşir. 13 may 2022-ci il tarixdə səhər saatlarında evinin həyətində işlədikdən sonra küçəyə çıxmışdır. Həmin zaman Zərərçəkmiş şəxs3 məxsus evin yerləşdiyi həyətyanı sahənin darvazasının açıq olduğunu görmüşdür. Küçənin yuxarı hissəsinə baxdıqda iş üzrə təqsirləndirilən şəxsin ədyala bükülmüş televizor apardığını görmüş, həmin şəxs ona ehtiyacının olduğunu deyərək çıxıb getmişdir. Sonra isə o, bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, təxminən 3 ildir ki, ünvan 4 ünvanında yerləşən “Qızıl gümüş alışı və satışı təmiri” adlanan yerdə işləyir. Onun işi həmin yerdə qızıl və gümüşün alışı, satışı və təmiri ilə məşğul olmaqdır. 17 yanvar 2021-ci il tarixdə axşam saatlarında o öz işlədiyi dükanda olmuşdur. Bu zaman tanımadığı bir şəxs onun işlədiyi dükana gələrək özünə məxsus olduğunu bildirdiyi qızıl zinət əşyalarını satmaq istədiyini demişdir. Həmin vaxt o, tanımadığı şəxsin təqdim etdiyi qızıllara baxmış və müəyyən etmişdir ki, həmin qızıl zinət əşyaları əyarı 583 olan bir cüt sırğa və bir ədəd əyarı 583 olan boyunbağıdır. Həmin qızıl zinət əşyaları rus qızılı olmuşdur. Lakin o, həmin qızıl zinət əşyalarını alan zaman qiyməti və qramı barədə heç bir yerdə yazılı qeydiyyat aparmadığı üçün həmin zinət əşyalarının çəkisini xatırmamışdır. Həmin qızıl zinət əşyalarının müqabilində satan şəxsə təxminən 800 manat pul vermişdir. Həmin vaxt qızıl satan şəxsin şəxsiyyət vəsiqəsini istəmiş, həmin şəxs də öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs aldığı bir cüt sırğanı və bir ədəd boyunbağını şəxsiyyət vəsiqəsi ilə yanaşı qoyaraq şəkillərini çəkmişdir. Həmin şəkillərin hazırda onda olduğunu və təqdim edə biləcəyini bildirmiş, həmin vaxt şəxsiyyət vəsiqəsinə baxdıqda qızıl satan şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olması ona məlum olmuşdur. Şahid1 məhkəməyə teleqramlar ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, hazırkı cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, təxminən 5 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Lambard” dükanında qızıl yoxlayan işləyir. 18 yanvar 2021-ci il tarixdə o öz işlədiyi dükanda olmuş, onun işlədiyi lombard dükanında vətəndaşlar özlərinə məxsus qızıldan düşəldilmiş bəzək əşyalarını girov qoymaqla pul götürmüşdürlər. Bundan başqa, onun işlədiyi dükanda qızılın alqı-satqısı ilə də məşğul olmuşdurlar. 18 yanvar 2021-ci il tarixdə o, dükanda olan zaman tanımadığı bir şəxs dükana gəlmiş və ona bildirmişdir ki, bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı satmaq istəyir. O, həmin şəxsdən qeyd etdiyi və ona təqdim etdiyi qızıl əşyaları, yəni bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı götürüb tərəzidə çəkmiş, həmin şəxsə bildirmişdir ki, qızıl əşyaları 400 manata ala bilər. Həmin şəxs də onunla razılaşmış və o bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı alıb həmin şəxsə 400 manat pul vermişdir. Həmin vaxt o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, şəxsiyyət vəsiqəsinə baxan zaman görmüşdür ki, qızılları satan şəxs Xudat şəhər sakini Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə satdığı qızılları yanaşı qoyub foto şəklini çəkmişdir. Bundan sonra şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs təqdim etmiş və aldığı qızılların əvəzində 400 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulları aldıqdan sonra çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, 2013-cü ildən Xaçmaz rayonu, Xudat şəhərinə gəlmiş və orada yaşamağa başlamışdır. Yaşadığı evin həyətində əlvan metalların alışı ilə məşğul olmuşdur. Adətən müştərilər yaşadığı evin həyətinə özlərinə məxsus əlvan metalları gətirdikdən sonra həmin əlvan metalları tərəzidə çəkib və çəkilərini müəyyən etdikdən sonra çəkisinə görə metal aldığı şəxslərə pul vermişdir. 2021-ci ilin fevral ayının əvəllərində səhər saatlarında yaşadığı evdə olduğu zaman bir nəfər şəxs yaşadığı evə gəlib və qapını döydükdən sonra qapını açmışdır. Evinə gələn şəxs özünə məxsus iki ədəd od samovarlarını satmaq istədiyini ona bildirmişdir. Kisədə olan samovarlara baxdığı zaman onların birinin 5 litr və digərinin isə 7 litr su tutumlu olması ona məlum olmuşdur. Həmin samovarları tərəzidə çəkdikdən sonra 5 litrlik samovara görə 35 manat və 7 litrlik samovara görə isə 27 manat pul verə biləcəyini həmin şəxsə demişdir. Ona görə ki, 7 litrlik samovarın bəzi yerlərində əziklər olmuşdur. Həmin şəxs samovarları 62 manata satmağa razılaşdıqdan sonra onun şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs öz şəxsiyyət vəsiqəsini ona göstərdikdən sonra onun ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini istədikdə o, şəxsiyyət vəsiqəsinin surətinin hazırda onda olmadığına görə verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2 ədəd samovarları alaraq ona 62 manat pul verdikdən sonra pulları alaraq çıxıb getmişdir. Təxminən bir neçə gün sonra yaşadıqları evə polis əməkdaşları gəlib və yaxın günlərdə samovar alıb-almaması barədə ondan soruşduqda Təqsirləndirilən şəxs adlı şəxsdən 2 ədəd samovar almasını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldığı samovarları polis əməkdaşlarına təqdim etmiş və onlar protokol tərtib edərək həmin 2 ədəd od samovarlarını götürmüşlər. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan 06 avqust 2020-ci il tarixli raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək yaşadığı Xaçmaz şəhəri, 61-ci kvartal yeni yaşayış massivində yerləşən evində xx.xx.2020-ci il saat 20 radələrindən xx.xx.2020-ci il saat 19 radələrinədək olmadıqları zaman naməlum şəxs və ya şəxslərin evinə qanunsuz daxil olaraq ona məxsus 9725 manat dəyərində qızıl-zinət əşyalarını və 300 manat pulunu oğurlaması barədə bildirərək həmin şəxs və ya şəxsləri müəyyən edərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 06 avqust 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs1 məxsus olan Xaçmaz şəhəri, 61-ci kvartal, R.Şabətdinov küçəsi “Qrand oil” yanacaq doldurma məntəqəsindən 100 metr qərb istiqamətində yerləşən birmərtəbəli, kürsülü fərdi yaşayış evidir. Həyətin dəmir giriş qapısı vardır. Həyətə daxil olduqda giriş qapısı ilə üzbəüz Raşad Bəkirova məxsus ev vardır. Ev daş hasarla əhatələnmiş torpaq sahəsinin mərkəzində yerləşir. Həyətin giriş qapısından sol tərəfdə evin həyətyanı sahəsi vardır. Evin həyətyanı sahəsinə keçdikdə evin yan tərəfindəki plastik pəncərənin dəmir barmaqlığının bərkidildiyi divardan sökülüb çıxarılaraq həyətyanı sahəyə atılması aşkar edilmişdir. Evin arxa tərəfində isə iki taylı dəmir darvaza vardır. Zərərçəkmiş şəxs1 icazəsi ilə və onunla birlikdə yaşadığı evə daxil olub, yataq otağına keçdikdən sonra Zərərçəkmiş şəxs1 yataq otağındakı dolabı göstərib bildirmişdir ki, 05 avqust 2020-ci il tarixdə, saat 20 radələrindən 06 avqust 2020-ci il tarixdə saat 19 radələrinə qədər olan müddət ərzində evdə heç bir ailə üzvünün olmadığı vaxt yaşadığı evə qanunsuz daxil olan şəxs və ya şəxslərin ona məxsus qızıl zinət əşyalarını və nağd pulu evin yataq otağındakı dolabdan oğurlamışdır. Həmin yataq otağında əşyaların dağınıq vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs təklif edilmişdir ki, hadisə yerində baş vermiş hadisəni ardıcıllığı ilə əyani olaraq hadisə yerində göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, 61-ci kvartal, R.Şabətdinov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinin daş hasarının yaxınlığınagəlib daş hasarın kənarını göstərib bildirmişdir ki, həmin evin daş hasarına yaxınlaşdıqdan sonra hasardan aşıb həyətə daxil olmuşdur. Hasarın kənarında bir müddət gözləyib evdə heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra evin sağ tərəfinə keçmiş və pənəcərələrdə dəmir barmaqlıq olduğunu görmüşdür. Daha sonra evin həyət qapısını içəridən bağlamışdır ki, ev sahibi gəlsə, qapını aça bilməsin. Həmin vaxt pəncərədəki dəmir barmaqlığı sındırmaq üçün evin həyətində hər hansı bir dəmir parçası axtarmağa başlamışdır. O, həyətdən tapdığı əyri dəmir parçası ilə təxminən 30 dəqiqə işləyib dəmir barmaqlığın alt hissəsindəki divara bərkidilən dəmiri yerindən qopara bilmişdir. Həmin vaxt evin dəmir barmaqlıq olan plastik pəncərəsini göstərib bildirmişdir ki, pəncərəyə qalxıb barmaqlığı aralamış, bu zaman barmaqlıq pəncərənin yuxarı hissəsindən də qoparaq yerə düşmüşdür. Təqsirləndirilən şəxsla birlikdə evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs oğurluq etmək üçün evə daxil olduğu pəncərənin açıldığı otağa keçib həmin pəncərəni göstərib bildirmişdir ki, həmin pəncərədən evə girmiş, otaqlara baxıb yataq otağını müəyyən etdikdən sonra yataq otağında olan paltar dolabını, çarpayının altını və digər dolabları axtarıb bütün əşyaları yerə tökmüşdür. Təqsirləndirilən şəxs hadisə yerində, evin yataq otağında olan paltar dolabını göstərərək bildirmişdir ki, oğurluq edən zaman dolabdan qutular tapmış, qutular bağlı olsa da, kilidli olmadığından içərisini açıb həmin qutulardan qızılları götürüb şalvarının cibinə qoymuş, daha sonra otaqdakı dolabları axtarıb oradan pulları da oğurlamışdır. Sonra isə evi tərk edib, evin həyətindəki arxa qapını açıb bayıra çıxmış və oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2021-ci il tarxli, 9/7444 nömrəli rəyindən müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə, 1 ədəd çınqılvari qara qaşlı kişi üzüyünün dəyəri 300 manatdır, 583 əyarlı qızıldan tac formasında hazırlanmış 6 qram çəkidə, 1 ədəd qaşsız qadın üzüyünün dəyəri 450 manatdır, 500 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə, 1 ədəd qadın qolbağının dəyəri 600 manatdır, 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə, 1 ədəd qadın üzüyünün dəyəri 300 manatdır, 500 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə, 1 ədəd qadın üzüyünün dəyəri 225 manatdır, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd qadın üzüyünün dəyəri 150 manatdır, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 7 qram çəkidə 1 ədəd çınqılvari qaşlı qadın sırğa və üzüyünün dəyəri 525 manatdır, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə, 1 ədəd uşaq qolbağının dəyəri 150 manatdır, 583 əyarlı qızıldan tor şəklində hazırlanmış 2 qram çəkidə, 1 ədəd qızıl qadın üzüyünün dəyəri 150 manatdır, 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 20 qram çəkidə, 1 ədəd qadın boyunbağısının dəyəri 1500 manatdır, 500 əyarlı qızıldan hazırlanmış 1 qram çəkidə, bir cüt uşaq sırğalarının dəyəri 75 manatdır. Digər 4 adda ortada olmayan qızıl-zinət əşyalarının əlavə göstəriciləri olmadığına görə ekspert tərəfindən dəyərləndirilməmişdir. Zərərçəkmiş şəxs1 bildirməsinə görə, qeyd olunan həmin 4 adda qızıl-zinət əşyasının dəyərləri aşağıdakı kimidir: 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 17,3 qram çəkidə briliyant qaşlı boyunbağı və qolbağın dəyəri 2000 manat, 13,9 qram çəkidə, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış brilyant qaşlı sırğa və üzüyün dəyəri 1500 manat, 583 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd brilyant qaşlı qadın üzüyünün dəyəri 600 manat, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə ləçəkvari brilyant qaşlı bir cüt sırğasının dəyəri 1200 manatdır. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, yaşadığı Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən evində xx.xx.2021-ci il saat 11 radələrindən həmin gün saat 14 radələrinədək o və ailə üzvləri olmadıqları zaman naməlum şəxs və ya şəxslərin evinə qanunsuz daxil olaraq ona məxsus 6457 manat 50 qəpik dəyərində qızılzinət əşyalarını və 40 manat pulunu oğurlaması barədə bildirərək həmin şəxs və ya şəxslərin tapılaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən ikimərtəbəli yaşayış evidir. Həmin evin həyətinə giriş qapısı ikilaylı dəmir darvazadan ibarətdir və ətrafı mişar daşından hörülmüş hasarla əhatələnmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs2 evin pəncərəsini göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində evə gəldikdə pəncərənin şüşəsinin yerdə olduğunu görmüş, həmin şüşəni yerə küləyin saldığını düşünərək şüşəni götürüb yerinə taxmışdır. Həmin evdəki yataq otağına daxil olduqda həmin otaqdakı paltar dolabının içərisinin axtarılması və əşyaların yerə səpələndiyi, həmin otaqdakı plastik pəncərənin üstlüyünün çıxarılmış və açıq vəziyyətdə olması müşahidə olunmuşdur. Həmin pəncərə üzü evin bağ sahəsi istiqamətindədir. Həmçinin həmin otaqda olan sandıq açılmış və içərisi axtarılmış vəziyyətdə olmuşdur. Daha sonra evin digər yataq otağında olan dolablarda və çarpayıda nəyinsə axtarılması, əşyaların ətrafa səpələndiyi müşahidə edilmişdir. Zərərçəkmiş şəxs2 həmin otaqlardakı dolablardan və dolabın yanındakı yorğan-döşəyin üzərindəki bəzəkli qabdan qızıl zinət əşyalarının, çarpayının döşəyinin altından 40 manat nağd pulun oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 24 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təklif edilmişdir ki, 15 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını 17 yanvar 2021-ci il tarixdə satdığı yeri, yəni Bakı şəhəri, Yasamal rayonunda “10-cu xriptovu” adlanan yerə yaxın ərazidə olan lombardı göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətə - Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının çıxışının yanına gedilmiş, həmin yerdə, yəni “İnşaatçılar” metrostansiyasının çıxışından şəhərin mərkəzinə doğru hərəkət edib yolun kənarında yerləşən, qapısında “qızılın gümüşün alışı və satışı təmiri” yazılan ticarət məntəqəsinin qarşısına gedilmişdir. Təqsirləndirilən şəxs həmin ticarət məntəqəsini göstərib bildirmişdir ki, 15 yanvar 2021-ci il tarixdə oğurladığı bir ədəd boyunbağını və bir cüt sırğanı 17 yanvar 2021-ci il tarixdə göstərdiyi ticarət məntəqəsinə satmış və 800 manat pul əldə etmişdir. Təqsirləndirilən şəxsla birlikdə həmin ticarət məntəqəsinə daxil olduqda orada işləyən X2 Rəhimovu görüb tanımış və Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə bir ədəd boyunbağını və bir cüt sırğanı aldığını, əvəzində isə Təqsirləndirilən şəxs 800 manat pul verdiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını satan zaman özünə məxsus olduğunu dediyini, qeyd olunan qızıl-zinət əşyalarını alan zaman həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə yanaşı qoyub fotoşəkillərini çəkdiyini bildirmişdir. Bununla yanaşı Mais Hacıyev həmin qızıl-zinət əşyalarını Bakı şəhərində tanımadığı qızıl alqı-satqısı ilə məşğul olan şəxsə satdığını bildirmişdir. Mais Hacıyev ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin və Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarının əks olunduğu 02 ədəd fotoşəkilləri təqdim etmiş və həmin şəkilləri Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını ona satan zaman çəkdiyini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 24 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təklif edilmişdir ki, 15 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını 18 yanvar 2021-ci il tarixdə satdığı yeri, yəni Bakı şəhəri, Yasamal rayonunda lombard ticarət mərkəzini göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətə - Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının çıxışının yanına gedilmiş, həmin yerdə, yəni “İnşaatçılar” metrostansiyasının çıxışından şəhərin mərkəzinə doğru hərəkət edib yolun kənarında yerləşən, üzərində “Gold Lombard” yazılan ticarət məntəqəsinin qarşısına gedilmişdir. Təqsirləndirilən şəxs həmin ticarət məntəqəsini göstərib bildirmişdir ki, 15 yanvar 2021-ci il tarixdə oğurladığı bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı 18 yanvar 2021-ci il tarixdə göstərdiyi ticarət məntəqəsinə satmış və 400 manat pul əldə etmişdir. Təqsirləndirilən şəxsla birlikdə həmin ticarət məntəqəsinə daxil olduqda orada işləyən Şahid2 Təqsirləndirilən şəxs görüb tanımış və Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə bir ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı aldığını, əvəzində isə Təqsirləndirilən şəxs 400 manat pul verdiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını satan zaman özünə məxsus olduğunu dediyini, qeyd olunan qızıl-zinət əşyalarını alan zaman həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə yanaşı qoyub fotoşəkillərini çəkdiyini bildirmişdir. Bununla yanaşı Şahid2 həmin qızıl-zinət əşyalarını Bakı şəhərində tanımadığı qızıl alqı-satqısı ilə məşğul olan şəxsə satdığını bildirmişdir. Şahid2 ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin və Təqsirləndirilən şəxs aldığı qızılzinət əşyalarının əks olunduğu 01 ədəd fotoşəkli təqdim etmiş və həmin şəkli Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını ona satan zaman çəkdiyini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndinə gedilmiş, həmin kənddə olan “Şəhidlər xiyabanı” abidəsindən Xaçmaz rayonu, Müşkür kəndi istiqamətində 200 metr getdikdən sonra Təqsirləndirilən şəxs kənd yolunun kənarındakı ikimərtəbəli evin daş hasarını göstərib bildirmişdir ki,15 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində oğurluq etmək məqsədilə həmin hasardan keçib evin həyətinə daxil olmuş, daha sonra evin birinci mərtəbəsindəki pəncərənin şüşəsini yerindən çıxardıqdan sonra evə daxil olmuş, evin ikinci mərtəbəsindəki yataq otağında olan paltar dolabından qızıl-zinət əşyalarını və həmin otaqda çarpayının üzərində olan döşəyin altından isə 40 manat nağd pulu oğurlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2021-ci il tarxli, 9/7444 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məxsus 583 əyarlı qızıldan tros formasında hazırlanmış 8 qram çəkidə 1 ədəd sadə qaşlı qadın boyunbağının dəyəri 600 manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 ədəd qaşsız kişi boyunbağının dəyəri 600 manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 ədəd sadə qaşlı kişi üzüyünün dəyəri 600 manat, 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 1 ədəd sadə qaşlı qadın boyunbağısının dəyəri 375 manat, 585 əyarlı qızıldan hazırlanmış hər biri 5 qram çəkidə cəmi 2 ədəd sadə qaşlı qadın üzükləri 1 ədədinin dəyəri 375 manat ümumi dəyəri 750 manat, 585 əyarlı qızıldan aypara formasında hazırlanmış 3,5 qram çəkidə sadə qaşlı 1 ədəd klonun dəyəri 262 manat 50 qəpik, 583 əyarlı qızıldan hazırlanmış hər biri 5 qram çəkidə cəmi 3 ədəd sadə qaşlı qadın üzüklərinin 1 ədədinin dəyəri 375 manat ümumi dəyəri 1125 manat, 583 əyarlı qızıldan hazırlanmış 6,6 qram çəkidə 1 ədəd sadə qaşlı qadın boyunbağısının dəyəri 495 manat, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd klonun dəyəri 150 manat, 583 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə 1 ədəd qadın boyunbağısının dəyəri 900 manat, 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 cüt göy rəngli sadə qaşlı qadın sırğalarının dəyəri 600 manatdır. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs9 Xaçmaz RPŞ-yə müraciət edərək Xaçmaz rayonunda yerləşən, lakin heç kimin yaşamadığı həmin evindən 02 ədəd işlənmiş odun samovarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, bu barədə ona həmin kənddə yaşayan və həmin evinə gedərək nəzarət edən anasının 03 fevral 2021-ci il tarixdə zəng edərək məlumat verdiyini bildirmişdir. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Zərərçəkmiş şəxs9 məxsus yaşayış evinə baxış keçirilmişdir. Həmin ev Xaçmaz rayonu Qusarçay kəndində Bakı-Yalama dəmir yol xəttindən kənd mərkəzinə doğru 400 metr aralıda yerləşir. Yaşayış evinin yerləşdiyi torpaq sahəsi mişar daşı ilə inşa edilmiş hasarla əhatə edilmişdir və həyətə girişdə dəmir darvaza vardır. Yaşayış evi bir mərtəbəlidir və həyətə giriş qapısının əks tərəfində yerləşir. Həmin yaşayış evində hər hansı bir əşya oğurlanmamışdır. Evin arxa hissəsində yay mətbəxi kimi istifadə edilən tikili vardır və həmin tikilinin qapısında olan qıfıl sındırılaraq qapısı açılmışdır. Mətbəx kimi istifadə edilən tikilinin içində müxtəlif çeşiddə məişət əşyalarının olması müşahidə edilmişdir. Ev sahibi Zərərçəkmiş şəxs9 evdə olmadığı müddətdə, yəni xx.xx.2021-ci il tarixdə həmin saxlanc yeri olan həyətdəki mətbəxindən özünə məxsus 2 ədəd od samovarlarının oğurlanmasını aşkar etdiyini, həmin oğurlanmış samovarların 1 ədədi 7 litr və digəri isə 5 litr su tutumlu olmuşdur. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 evindən oğurlayaraq Şahid3 satdığı 5 litr su tutumu və 7 litr su tutumlu olmaqla 02 ədəd odun samovarları Şahid3 tərəfindən Xaçmaz RPŞ-yə təqdim edilmişdir. Zərərçəkmiş şəxs9 baxaraq həmin əşyaların onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz rayonunun Qusarçay kəndinə gedilmişdir. Həmin kənddən keçən Bakı-Yalama dəmir yol xəttindən kənd mərkəzinə doğru 400 metr getdikdən sonra Təqsirləndirilən şəxs kənd yolunun kənarındakı birmərtəbəli evin daş hasarını göstərib bildirmişdir ki, 2 fevral 2021-ci il tarixdə, saat 01 radələrində oğurluq etmək məqsədilə həmin hasardan keçib evin həyətinə daxil olmuş, daha sonra evin arxa tərəfindəki otağın qapısındakı asma kilidi sındırmış və daha sonra həmin otağa daxil olub oradan 02 ədəd odun samovarlarını oğurlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2021-ci il tarixli, 9/1937 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 məxsus, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 5 litr su tutumlu odun samovarının 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 90 manat, 1 ədəd 7 litr su tutumlu odun samovarının həmin tarixə olan orta bazar qiyməti 130 manatdır. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan müəyyən edilir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2021-ci il tarxli, 9/1937 nömrəli rəyinin sübut növü kimi hesab edilməməsi qərara alınmışdır. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs10 Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, yeni yaşayış massivində inşa etdirdiyi, təmirsiz olan evinə yaşadığı Bakı şəhərindən 10 fevral 2021-ci il tarixdə gələrək həmin evindən 250 manat dəyərində “Stels" markalı velosipedin, 250 manat dəyərində 1 ədəd “Euromax” markalı böyük ölçülü laqondanın, 200 manat dəyərində 1 ədəd «İnterskol» 1650 Bt markalı perforatorun, 260 manat dəyərində 1 ədəd “EUROMAX” DS 6430 markalı elektirik cərəyanı ilə işləyən mişarın, 80 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 6 mm-lik naqilin, 70 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 4 mm-lik naqilin, 60 manat dəyərində 1 qutu 100 metr uzunluğunda 2,5 mm-lik naqilin oğurlandığı barədə bildirmiş, evindən oğurluq etmiş şəxsin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Zərərçəkmiş şəxs10 məxsus yaşayış evinə baxış keçirilmişdir. Həmin ev Xaçmaz rayonu, Xudat şəhəri yeni salınmış yaşayış massivində yerləşməklə bağ evidir və evdə yaşayış olmamışdır. Ev Xaçmaz rayonu Xudat-İstisu avtomobil yolunun sağ tərəfində yerləşən “Bolluq market”dən Bostançı kəndi istiqamətində 200 metr aralıda yerləşir. Yaşayış evinin ümumi ərazisi mişar daşı ilə inşa edilmiş hasarla əhatə edilməklə həyətə girişdə dəmir darvaza vardır. Həyətdə yerdən hündür zirzəmisi olan yaşayış evi vardır və onun ön hissəsi cənub istiqamətədir. Evin giriş qapısı dəmir materialdandır. Otaqlar təmirsizdir, pəncərələri plastik materialdan hazırlanmışdır və üzərlərindəki şüşələr yerindədir. Yarımtəmirli evin giriş qapısının qıfıl yerinin sol tərəfinin kəsilmiş və sınmış vəziyyətdə olması müşahidə olunmuşdur. Evin zirzəmisinin 3 giriş qapısı vardır. Giriş qapısının sol yan tərəfində yan hissələri taxta materialdan hazırlanmış və dam örtüyü şiferdən olan yardımçı tikili vardır. Tiklinin giriş qapısı və pəncərələri taxta malerialdan hazırlanmışdır. Zərərçəkmiş şəxs10 bildirmişdir ki, o, 10 fevral 2021-ci il tarixdə özünə məxsus Xudat şəhərində yerləşən yeni inşa etdirdiyi evə gələn zaman yarımçıq tikilinin pəncərə şüşəsinin yerindən çıxarıldığı və qapısının açıq olduğunu görüb və içəri daxil olduqda otaqdan 1 ədəd özünə məxsus “Stels” markalı velosipedin oğurlanmasını , evə baxdıqda zirzəminin qapısının açıq olduğunu və evinə baxdıqda otaqlarda saxladığı 1 ədəd iri laqondanın, 1 ədəd perefaratorun, 1 ədəd elektrik mişarının və hər biri 100 metr olmaqla 3 qutu naqillərin oğurlanması ona məlum olmuşdur. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xudat-Yalama avtomobil yolunun sağ tərəfində yoldan 20 metr aralıda yerləşən dəmir yol stansiyasının yaxınlığında yaşayış olmayan təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs10 evindən oğurladığı iki ədəd təmir alətini gizlətdiyini bildirdiyi sahibsiz tikiliyə baxış keçirilmişdir. Məntəqənin sol tərəfində mişar daşı ilə hörülmüş eni 1 metr, uzunluğu 5 metr və dərinliyi isə 1,5 metr olan daşların arasındakı xəndəkdə 1 ədəd elektriklə işləyən mişar və bir ədəd qara rəngli çantada 1 ədəd perefaratorun olması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin 2 ədəd təmir alətlərini Xudat şəhəri yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs10 məxsus evdən oğurlayaraq həmin yerdə gizlətdiyini bildirmişdir. R.Rəhmanov həmin yerdə Zərərçəkmiş şəxs10 məxsus evdən oğurladığı digər əşyaları da gizlətdiyini deyərək qalan əşyaları tanımadığı şəxsə satdığını bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs10 həmin yerdən aşkar edilmiş 1 ədəd “EUROMAX” DS 6430 markalı elektriklə işləyən mişarı və 1 ədəd «HHTEPCKOЛ» 1650 Bt markalı perefaratoru tanıyaraq özünə məxsus olmasını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-İstisu avtomobil yolunun sağ tərəfindəki “Bolluq market”dən Bostançı kəndi istiqamətində sağa dönüb 200 metr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs yolun kənarındakı birmərtəbəli, zirzəmili fərdi yaşayış evini göstərmiş və qanunsuz olaraq daxil olub oğurluq etdiyi evin həmin ev olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına gəlib həmin evi göstərmiş və 06 fevral 2021-ci il tarixdə, saat 22 radələrində həmin evin daş hasarından aşmaqla həyətə daxil olduğunu, əvvəlcə həyətdəki birmərtəbəli tikiliyə pəncərənin şüşəsini çıxarmaqla qanunsuz daxil olduğunu, həmin tikilidən bir ədəd velosipedi oğurladığını, daha sonra evin zirzəmisindən evə qanunsuz daxil olduğunu, daha sonra döşəməyə vurulmuş taxta atmaların arasından evin otağına daxil olduğunu, həmin otaqdan digər otağa plastik qapını sındırmaqla daxil olub oradan bir ədəd laqonda, bir ədəd preforator, bir ədəd elektrik mişarını, elektrik naqillərini oğurladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyul 2021-ci il tarixli, 9/4428 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 məxsus, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “EUROMAX” DS 6430 markalı elektrik mişarının 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 60 manat, 1 ədəd “HHTEPCKOЛ” 1650 Bt markalı perforatorun (qutusu ilə birlikdə) həmin tarixə olan orta bazar qiyməti 80 manatdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan müəyyən edilir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyul 2021-ci il tarxli, 9/4428 nömrəli rəyinin sübut növü kimi hesab edilməməsi qərara alınmışdır. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli raportdan, ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası DİNnin 102 xidmətinə və Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xaçmaz rayonu, Xudat-Gəndov avtomobil yolunun 1-ci km-də “Nurel” şadlıq sarayı ilə üzbəüz yerləşən onun işlətdiyi avto-təmir sexindən qaynaq aparatının, açar dəstinin, avtomobilin ön faralarının, starterinin və dinamosunun oğurlandığı barədə bildirərək, avto-təmir sexindən ona məxsus əşyaları oğurlamış şəxs və şəxslərin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz rayonu Xudat-Gəndov avtomobil yolunun 1-ci km-də “Nurel” şadlıq sarayının qarşısında yerləşən, Zərərçəkmiş şəxs6 məxsus avtotəmir sexinə baxış keçirilmişdir. Təmir sexi mişar daşı ilə inşa edilməklə giriş qapısı dəmir materialdan olması və üzərindəki qıfılın sındırılması müşahidə olunmuşdur. Sexin içində müxtəlif növ təmir avadanlıqlarının olması müşahidə olunmuşdur. Vasif Naduralıyev ona məxsus avto-təmir sexindən ona məxsus müxtəlif növ əşyaların, yəni 1 ədəd kiçik ölçülü qaynaq aparatının, 1 ədəd böyük ölçülü (laqonda) dəmirkəsən cihazın, 1 ədəd kiçik ölçülü (laqonda) dəmirkəsən cihazın, 1 ədəd batareyalı (drelin) burğacın, böyük ölçülü (drelin) burğacın, 2 ədəd hidrovlik qaldırıcı qurğunun, 40 metr uzunluğunda 12 mm-lik kabelin, təmir üçün açar dəstinin, “Vaz2108” markalı avtomobilin 2 ədəd ön faralarının, “Vaz2108” markalı avtomobilin 1 ədəd starterinin və 1 ədəd dinamosunun oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə oğurluq etdiyi təmir sexini göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xudat-Gəndov avtomobil yolunun 1-ci km-də, “Nurel” şadlıq sarayının qarşısında yerləşən avtomobil təmiri sexinin qarşısına gedilmişdir. Təqsirləndirilən şəxs yolun kənarındakı təmir sexini göstərmiş və qanunsuz olaraq daxil olub oğurluq etdiyi təmir sexinin həmin təmir sexi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təmir sexinin qarşısına gəlib həmin təmir sexini göstərmiş və 30 avqust 2021-ci il tarixdə, saat 01 radələrində həmin təmir sexinin qapısındakı qıfılı sındırmaqla təmir sexinə qanunsuz daxil olduğunu və həmin təmir sexində avtomobil ehtiyat hissələrini, təmir alətlərini və digər təmir avadanlıqlarını oğurladığını bildirmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli raportdan, ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası DİNnin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək Xaçmaz rayonu, Yergüc kəndində yerləşən, ona məxsus bağ sahəsindən 2020-ci ildə 560 manata aldığı “Niva” markalı 100-lük su mühərrikinin 2021-ci ilin dekabr ayının sonları 2022-ci ilin yanvar ayının 25dək olan müddətdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə bildirmiş, faktla bağlı qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə baxış keçirilərək müəyyən edildi ki, hadisə yeri olan Xaçmaz rayonu, Yergüc kəndində Xaçmaz-Quba avtomobil yolundan 2 km şimal istiqamətində yerləşən, Zərərçəkmiş şəxs8 məxsus 2,64 ha bağ sahəsində baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs8 bildirmişdir ki, həmin bağ sahəsində “Niva” markalı 100-lük su mühərriki alıb quraşdırmış, təxminən 2020-ci ilin yay aylarında həmin su mühərrikini Xaçmaz şəhərindən 560 manata almış, sonuncu dəfə 25 dekabr 2021-ci il tarixdə həmin bağ sahəsində olmuş, su mühərrikinin üzərinə örtdüyü sellofan örtük yerində olmuşdur. Baxış zamanı həmin meyvə bağında meyvə ağaclarının, su çəninin, süni gölün olması, həmin bağın dəmir tor hasarla hasarlanması, hasarın bayır tərəfində isə 1 metr dərinlikdə və 2 metrdən çox enlikdə xəndəyin olması, yerdən 1 metr 80 sm hündürlükdə olan dəmir tor hasarın üzərində deformasiya və əzilmə izlərinin olması müəyyən edilir. Zərərçəkmiş şəxs8 su mühərrikinin yerini göstərərək həmin özünə məxsus su mühərrikinin göstərdiyi yerə bərkidildiyini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətlərindən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs oğurluq etdiyi Zərərçəkmiş şəxs8 məxsus bağ sahəsini göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz-Quba yolundan 2 km şimal istiqamətində yerləşən, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən, Zərərçəkmiş şəxs8 məxsus bağ sahəsinə gedilmişdir. Həmin bağ sahəsinin qarşısına çatanda Təqsirləndirilən şəxs orada dayanmağı, oğurluğu həmin bağ sahəsindən etdiyini bildirmiş və ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərərək təsdiq etmişdir. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli raportdan, ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbə ərazisində yerləşən ona məxsus, tikintisi başa çatmayan və yaşayış olmayan evinə naməlum şəxs və ya şəxslərin daxil olaraq 01 ədəd "Marquis” markalı su mühərrikinin və evinin üç otağına çəkdirdiyi elektrik naqillərinin oğurlanması barədə bildirmişdir. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbə yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs11 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Həmin ev Xaçmaz rayonu, Xudat-İstisu avtomobil yolunun sağ tərəfindəki "Bolluq market”dən Bostançı kəndi istiqamətində 400 metr aralıda yerləşir. Evin yerləşdiyi ərazidə həmin evin sol, sağ və arxa hissəsində digər fərdi yaşayış evləri vardır. Evin yerləşdiyi həyətyanı sahə mişar daşı ilə inşa edilmiş, hasarla əhatə edilməklə həyətə girişdə dəmir materialdan hazırlanmış əl qapısı olan darvaza vardır. Həyətə girişdə sol tərəfdə mişar daşı ilə inşası tamamlanmamış birmərtəbəli kürsülü evin olması, evin qarşısında müxtəlif çeşiddə tikinti materiallarının olması müşahidə olunmuşdur. Evin giriş qapısı dəmir materialdan hazırlanmış bir laylıdır və evin ağ rəngli plastik pəncərələri olmaqla üzərlərində dəmir barmaqlıqlar mövcud deyildir. Evin giriş qapısından içəri daxil olduqda otaqların döşəməsində müxtəlif çeşidli tikinti materiallarının yığılması və otaqların təmirsiz olması müşahidə olunmuşdur. Evin qonaq otağı kimi istifadə ediləcək təmirsiz otağının plastik pəncərəsinin aralı olması müəyyən edilmişdir. Girişdə sağ tərəfdə olan otaqda 1 ədəd dəmir materialdan hazırlanmış çarpayı vardır. Zərərçəkmiş şəxs11 həmin çarpayının altında olmuş 1 ədəd gidraforla birlikdə "Marquis" markalı su mühərrikinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bundan başqa, otaqların divarlarına bərkidilmiş elektirik naqillərinin bəzi yerlərdən kəsilərək yerlərindən çıxarılması müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs11 3 otağa çəkdirdiyi ümumilikdə 300 metr uzunluğunda 2.5 və 4 millimetr ölçülü mis elektirik naqillərinin və 30 metr uzunluğunda alüminium naqillərinin kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, sonuncu dəfə özünə məxsus həmin evində xx.xx.2022-il tarixdə olmuş və xx.xx.2022-ci il tarixdə evinə baxmaq üçün gəldikdə evindən qeyd olunan əmlakların oğurlanmasını aşkar etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-İstisu avtomobil yolundan sağ tərəfdəki «Bolluq market»-dən Bostançı kəndi istiqamətində sağa doğru 400 metr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs yolun kənarındakı ikimərtəbəli fərdi yaşayış evini göstərmiş və qanunsuz olaraq daxil olub oğurluq etdiyi evin həmin ev olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına gəlib həmin evi göstərmiş və 04 aprel 2022-ci il tarixdə, saat 01 radələrində həmin evin daş hasarından aşmaqla həyətə daxil olduğunu, əvvəlcə həyətdəki birmərtəbəli tikiliyə plastik pəncərəni açmaqla qanunsuz daxil olduğunu, evin otaqlarının divarlarındakı elektrik naqillərini yerindən söküb qopardığını, evin giriş qapısının sağ tərəfində olan otaqdan isə bir ədəd su mühərrikini oğurladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2022-ci il tarixli, 9/2876 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs11 məxsus mis naqillərin orta istismar müddəti, istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimidir: 2,5 mm-lik mis materiallı elektrik naqili (istifadə olunmamış) – 1 metri 0,50 manat; 4 mmlik mis materiallı elektrik naqili (istifadə olunmamış) 0,70 manat. İş materiallarında olan 09 may 2022-ci il tarixli ərizədən, raportdan və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ünvan 6 ünvanında yerləşən ona məxsus, lakin yaşayış olmayan evinə 09 may 2022-ci il tarixdə gələrkən naməlum şəxs və ya şəxslərin həmin evinə daxil olaraq “Herman” markalı kombi aparatını, su nasoslarını, kombi aparatının dərəcə tənzimləyicisini, su qızdırıcısı (“pitminutka”), elektrik naqili və digər santexnika, tikinti ləvazimatlarını oğurlaması barədə bildirmiş, həmin şəxs və ya şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 09 may 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz şəhəri, Ə.Vahid küçəsi, dalan 2 ev 5 –də yerləşən, Zərərçəkmiş şəxs5 məxsus yaşayış evinə baxış keçirilmişdir. Evin yerləşdiyi həyətyanı sahə mişar daşı ilə inşa edilmiş hasarla əhatə edilməklə həyətə girişdə dəmir darvaza vardır. Həyətdə yerləşən ev ikimərtəbəli olmaqla mişar daşı ilə inşa edilmişdir. Həmin evin pəncərələri plastik materialdan hazırlanmışdır. Evin hər iki mərtəbəsi üzərində olan pəncərələrdə dəmir barmaqlıq yoxdur. Evin giriş qapısı dəmir materialdan hazırlanmış seyf tipli qapıdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz şəhəri, Ə.Vahid küçəsinə gedilmiş, həmin ünvanda Təqsirləndirilən şəxs qanunsuz olaraq daxil olub oğurluq etdiyi evi göstərmişdir. Təqsirləndirilən şəxs yolun kənarında olan, Zərərçəkmiş şəxs5 məxsus ikimərtəbəli evin qarşısına gəlib həmin evi göstərmiş və 07 may 2022-ci il tarixdə daş hasardan aşmaqla həmin evin həyətinə daxil olduğunu, daha sonra plastik pəncərəni açmaqla evə daxil olduğunu, evin istilik sistemləri üçün nəzərdə tutulan otağından kombi aparatını, elektrik naqillərini, kombi aparatının elektrik tənzimləyici qurğusunu, su mühərriklərini, digər santexnika və tikinti avadanlıqlarını, bir cüt kişi ayaqqabısını oğurladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus evə daxil olduğu pəncərəni və əmlakları oğurlayarkən əmlakların olduqları yerləri göstərmişdir. İş materiallarında olan 13 may 2022-ci il tarixli ərizədən, raportdan və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək Xaçmaz şəhəri, ünvan 8 ünvanda yerləşən ona məxsus yaşayış evindən 13 may 2022-ci il tarixdə saat 11 radələrində “Shivaki” markalı televizorun, televizoru divardan asmaq üçün nəzərdə tutulan dəmir dəstəyin, anten qurğusunun, “Andeli" markalı gərginlik tənzimləyicisinin (stabilizatorun), yun parçadan hazırlanmış adyalın oğurlanması barədə bildirmiş və qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 13 may 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz şəhəri Xocalı küçəsi 13 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinə baxış keçirilmişdir. Evin yerləşdiyi həyətyanı sahə 0.05 ha torpaq sahəsi olmaqla mişar daşı ilə inşa edilmiş hasarla əhatə edilmiş və həyətə girişdə əl qapısı olan dəmir darvaza vardır. Həyətdə yerləşən ev ikimərtəbəli olmaqla mişar daşı ilə inşa edilmiş və evin giriş qapısı darvazanın əks tərəfində yerləşir. Evin daş hasarı təxminən 2.5 metr hündürlükdədir. Evin qonaq otağının üzərində olan dəmir barmaqlığın alt tərəfdən dirvara bərkidildiyi yerdən qopması və plastik pəncərənin açıq vəziyyətdə olması müşahidə olunmuşdur. Evin giriş qapısı və evin darvazası açıq vəziyyətdə olmuşdur. Evin otaqlarına baxış keçirərkən otaqlarındakı əşyaların dağınıq vəziyyətdə olması və evin axtarıldığı müşahidə edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 31 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə gedilmiş və Zərərçəkmiş şəxs3 məxsus evə çatdıqda Təqsirləndirilən şəxs həmin evin daş hasarını göstərib bildirmişdir ki, 13 may 2022-ci il tarixdə səhər saatlarında oğurluq məqsədi ilə həmin hasardan keçib evin həyətinə daxil olmuş, daha sonra evin birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığını divardan ayırmış, həmin pəncərəni açaraq evə daxil olmuş, evdən bir ədəd televizoru, həmin televizorun divara bərkidilən dəstəyini, bir ədəd həmin televizorun anten aparatını, bir ədəd stabilizatoru, bir ədəd adyalı oğurlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli, 9/20 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən, Zərərçəkmiş şəxs3 məxsus 5 adda malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə cəmi dəyəri təxminən 820 manat müəyyən edilir. İş materiallarında olan 22 may 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Bostançı kənd avtomobil yolunun kənarında yerləşən, yaşayış olmayan, ona məxsus evinə 22 may 2022-ci il tarixdə gəldikdə həmin evindən naməlum şəxs və ya şəxslər tərəfindən 02 ədəd su mühərrikinin, elektrik naqillərinin, qaz sobasının oğurlanması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 22 may 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Bostançı kənd avtomobil yolunun sağ tərəfində 300 mert aralıda cənub istiqamətində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus evə baxış keçirilmişdir. Evin yerləşdiyi 0,05 ha həyətyanı sahə dəmir materialdan hazırlanmış tor hasarla əhatə edilmiş və həyətə girişdə dəmir materialdan hazırlanan ikilaylı qapı vardır. Yeni inşa edilmiş evdə yaşayışın olmaması, evin sağ tərəfində alt hissəsində içərisində müxtəlif məişət əşyalarının yığıldığı zirzəminin olması müşahidə olunmuşdur. Zirzəmiyə daxil olmaq üçün nəzərdə tutulmuş həmin yerdə kiçik ölçülü dəmir qapı və üzərində bir ədəd kiçik qıfıl vardır. Həmin qıfılın sındırılmış vəziyyətdə olması müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs4 evin zirzəmisindən 1 ədəd “Markus” markalı su mühərrikinin, 1 ədəd “Marsu” markalı su mühərrikinin, 30 metr uzunluğunda 08 mm-lik elektirik naqilinin, 20 metr uzunluğunda 10 mm-lik elektrik naqilinin və evin hamamının içindən «Yucel» markalı qaz sobasının oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 31 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının ortalarında oğurluq etdiyi evi göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə gedilmiş və Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Bostançı kənd avtomobil yolunun sağ tərəfində 300 mert aralıda cənub istiqamətində yerləşən evə çatdıqda Təqsirləndirilən şəxs həmin evi göstərib bildirmişdir ki, 2022-ci ilin may ayının ortalarında oğurluq məqsədilə həmin evin zirzəmisinin daxili kilidini sındırıb zirzəmiyə daxil olmuş, daha sonra oradan iki ədəd su nasosunu, elektrik naqillərini, evdən bir ədəd qaz sobasını oğurlmaşdır. İş materiallarında olan 21 may 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs7 Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən, ona məxsus təsərrüfat malları satışı mağazasından xx.xx.2022-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən kassalardan nağd pulların, müşahidə kamerasının yaddaş qurğusunun, müxtəlif təsərrüfat əşyalarınının oğurlaması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 21 may 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində Xudat şəhər mərkəzi dairəsinin yaxınlığında avtomobil yolunun sol tərəfində yerləşən, Zərərçəkmiş şəxs7 məxsus mağazaya baxış keçirilmişdir. Mağaza ikimərtəbəli olmaqla zirzəmidən ibarətdir. Mağazanın hər iki tərəfindən zirzəmiyə daxil olmaq üçün nəzərdə tutulmuş pilləkan vardır. Həmin zirzəmilərin hər iki qapısı alüminium çərçivəli şüşəli qapılardan ibarətdir. Sağ tərəfdə olan zirzəminin qapısı üzərindəki şüşəsinin sındırılmış və sol tərəfində yerləşən qapının isə kilidinin sındırılması, eləcə də açıq vəziyyətdə olması müşahidə olunmuşdur. Mağazanın giriş qapısı ikilaylı şüşədən hazırlanmışdır. Mağazanın sağ və sol tərəfində mağazanın sütunlarına bərkidilmiş 2 ədəd müşahidə kameraları vardır. Ümumilikdə mağazda 9 ədəd müşahidə kameraları quraşdırılmışdır. Mağazanın orta hissəsində mağazanın zirzəmisinə düşmək və eləcə də qalxmaq üçün nəzərdə tutulmuş taxta materialdan hazırlanmış pilləkan vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 11 iyun 2022-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, 21 may 2022-ci il tarixdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən, Zərərçəkmiş şəxs7 məxsus təsərrüfat malları satış mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1980-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə) və sol alinin böyük barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 3/299 nömrəli rəyindən müəyyən edilir ki: -220780223 nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs7 məxsus mağazadan götürülərək tədqiqata təqdim olunmuş 1,2,3 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdırlar; -220780223 nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından, 3 saylı daktilolentin səthindəki əl barmaq izi isə onun sol əlinin böyük barmağından qalmışdır; -Tədqiqata təqdim edilmiş 4 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qalmışdır.; -Tədqiqata təqdim edilmiş 5-8 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 31 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə oğurluq etdiyi mağazanı göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə gedilmiş və Xudat şəhərinə çatdıqda Təqsirləndirilən şəxs Xudat şəhər dairəsinin sol tərəfində yerləşən təsərrüfat malları mağazasını göstərərək 21 may 2022-ci il tarixdə həmin mağazadan oğurluq etdiyini bildirərək ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərib təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli, 9/20 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən, Zərərçəkmiş şəxs7 məxsus aşağıda göstərilən malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə - 6 terabayt yaddaş tutumu olan, kameraların videogörüntülərini 30 gün müddətində saxlaya bilən, kameraların yaddaş qurğusu - 1 ədədi 250 manat; 02 ədəd “Ural zid 230” markalı, təzə, Çin istehsalı olan laqonda - 1 ədədi 50 manat; 01 ədəd Çin istehsalı olan “Ural zid” markalı perefarator TŞK-22 – 1 ədədi 180 manat; 03 ədəd Türkiyə istehsalı olan dəmir kəlbətinlər – 1 ədədi 10 manat müəyyən edilir. İş materiallarında olan 26 may 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs12 Xaçmaz RPŞ-nin Yalama PB-nə müraciət edərək Xaçmaz rayonu, Moruq-oba kəndində yerləşən, ona məxsus ərzaq malları satışı mağazasından 25 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən qəpiklərdən və əskinaslardan ibarət pullarını, müxtəlif markalı siqaretlərin oğurlanması və bunun nəticəsində ona ümumilikdə 1518 manat 90 qəpik məbləğində ziyan vurulmasını bildirmiş, həmin şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri olan Xaçmaz rayonunun Moruq-oba kənd yerləşən, Zərərçəkmiş şəxs12 məxsus “Minimarket” adlı mağazaya baxış keçirilmişdir. Həmin ərzaq mağazası Zərərçəkmiş şəxs12 yaşadığı evin həyətyanı sahəsinə bitişik olmaqla evin sol tərəfində, həmin evdən 25 metr aralı şimal istiqamətində yerləşir. Mağazanın qarşı tərəfi avtomobil yolu və arxa hissəsi isə Zərərçəkmiş şəxs12 həyətyanı bağ sahəsidir. Mağaza birmərtəbəli olmaqla mişar daşı ilə inşa edilmiş, giriş hissəsində dəmir materialdan hazırlanmış qapı və sağ tərəfdə kiçik ölçülü havalandırma pəncərəsi vardır. Mağazanın dam örtüyü köhnə şiferdən ibarətdir. Mağazının qapısı qarşısında şiferin, yəni mağazanın dam örtüyünün sındırılması və orada dairəvi formada dəliyin olması müşahidə olunur. Zərərçəkmiş şəxs12 naməlum şəxs və ya şəxslərin mağazanın dam örtüyünü sındırmaqla içəri daxil olub və mağazadan müxtəlif markalı siqaretləri, qəpikləri və kağız pulları oğurladıqlarını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə ibtidai istintaq orqanında Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə oğurluq etdiyi mağazanı göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə, göstərdiyi istiqamətdə - Xaçmaz rayonu, Moruq-oba kəndinin mərkəzinə gedilmiş, həmin kəndin mərkəzində üzərinə “Mini-market” yazılan lövhə olan mağazanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs həmin mağazanı göstərərək 26 may 2022-ci il tarixdə, saat 01 radələrində həmin mağazanın qarşısına gəlib damına qalxdığını, oradan dam örtüyünü sındırdıqdan sonra mağazanın içərisinə daxil olduğunu, mağazadan siqaretləri, 500 manat nağd pulu, 400 manat isə qəpik pulları oğurladığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 oğurluq etməməsi, Zərərçəkmiş şəxs6 isə sonuncunun ifadəsində göstərdiyi əmlaklardan yalnız bir qismini oğurlaması ilə bağlı bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatların təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahatlarında, ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 oğurluq etməsini, Zərərçəkmiş şəxs6 isə sonuncunun ifadəsində göstərdiyi əmlakları oğurladığını göstərmiş, təqsirləndirilən şəxsin ifadələri müdafiəçinin də iştirakı ilə yerində yoxlanılarkən təqsirləndirilən şəxs qeyd olunan zərərçəkmiş şəxslərə münasibətdə ibtidai istintaq zamanı verdiyi ifadələrindəki xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz Rayon Məhkəməsinin hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs9 nümayəndəsi Gülsel Babayevanın 10 avqust 2023-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs9 vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 11 oktyabr 2023-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan ödənilməmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 12 oktyabr 2023-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan ödənilməmiş, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs10 18 oktyabr 2023-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan tam ödənilməmiş, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 18 oktyabr 2023-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan ödənilməmiş, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs8 10 oktyabr 2023-cü il tarixli teleqramından müəyyən edilir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir vəsatəti və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs11 09 avqust 2023-cü il tarixli teleqramından müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 11 oktyabr 2023-cü il tarixli teleqramından müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan ödənilməmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs12 11 oktyabr 2023-cü il tarixli teleqramından müəyyən edilir ki, hazırkı iş üzrə ona vurulmuş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasları zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi üzrə ona vurulmuş ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasları zamanı Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi üzrə ona vurulmuş ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və icra və probasiya şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun həmin cəzası xx.xx.2021-ci il tarixdə bitmiş və o, Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs cəza çəkdiyi (azadlığın məhdudlaşdırılması növündə) müddətdə, həmçinin məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən cinayət əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də cəza çəkdiyi müddətdə, həmçinin məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətməsi, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsi hallarını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25 mart 2021-ci il tarixli protokoldan (saat 19:40), qətimkan tədbirinin seçilməsi barədə 26 mart 2021-ci il tarixli qərardan (saat 17:30), xx.xx.2021-ci il tarixli iltizamdan, həmçinin “Şübhəli şəxsin tutulması haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan, Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 4(067)-128/2022 saylı qərarından, “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərardan və xx.xx.2023cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq cəmi 07 (yeddi) ay 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni cəmi 07 (yeddi) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 07 (yeddi) ay 01 (bir) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qərarın surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 4(067)-127/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, hazırda həbsdə saxlanılır. Odur ki, qətimkan tədbirinə münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” növündə qətimkan tədbiri seçilməli, barəsində digər cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 4(067)-127 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilərək həbsdə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində hazırkı iş üzrə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan maddi sübut kimi tanıma qərarından və qəbzlərdən müəyyən edilir ki, iş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs9 məxsus 05 litr və 07 litr su tutumlu olmaqla 02 ədəd odun samovarı ibtidai istintaq zamanı saxlanılması üçün Zərərçəkmiş şəxs9 təhvil verilmiş, həmçinin Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Euromax” DS 6430 markalı elektrik cərəyanı ilə işləyən mişar və 01 ədəd “İnterskol” 1650 Bt markalı perefarator ibtidai istintaq zamanı saxlanılması üçün Zərərçəkmiş şəxs10 təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs9 məxsus 05 litr və 07 litr su tutumlu olmaqla 02 ədəd odun samovarının Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Euromax” DS 6430 markalı elektrik cərəyanı ilə işləyən mişarın və 01 ədəd “İnterskol” 1650 Bt markalı perefaratorun Zərərçəkmiş şəxs10 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını oğurlayaraq mağazalara satarkən mağazalar tərəfindən onun şəxsiyyət vəsiqəsinin və satdığı qızıl zinət əşyalarının fotokamera ilə çəkildiyi 03 ədəd fotoşəkil, həmçinin Təqsirləndirilən şəxs məxsus 3 ədəd əl barmaq izləri (daktilolentin səthindəki) cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 311 (üç yüz on bir) manat 29 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu cəmi 07 (yeddi) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 07 (yeddi) ay 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” növündə qətimkan tədbiri seçilsin, barəsində digər cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 4(067)-127 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilərək həbsdə saxlanılması nəzərə alınsın. Barəsində hazırkı iş üzrə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs9 məxsus 05 litr və 07 litr su tutumlu olmaqla 02 ədəd odun samovarının Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Euromax” DS 6430 markalı elektrik cərəyanı ilə işləyən mişarın və 01 ədəd “İnterskol” 1650 Bt markalı perefaratorun Zərərçəkmiş şəxs10 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını oğurlayaraq mağazalara satarkən mağazalar tərəfindən onun şəxsiyyət vəsiqəsinin və satdığı qızıl zinət əşyalarının fotokamera ilə çəkildiyi 03 ədəd fotoşəkil, həmçinin Təqsirləndirilən şəxs məxsus 3 ədəd əl barmaq izləri (daktilolentin səthindəki) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 311 (üç yüz on bir) manat 29 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar