Məhkəmə qərarları › İş №1(067)-132/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-132/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-132/2024 26.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2aşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin əməkdaşları tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xudat stansiyasının ərazisində saxlanılaraq polis bölməsinə dəvət edilib. Xaçmaz rayonu. Yalama kəndində yerləşən Xaçmaz st. XPŞ-nin Yalama st. X16 inzibati binasında onun üzərinə 16 dekabr 2023-cü il tarixdə saat 14:10-14:35 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı «Winston» markalı siqaret qutusunun içərisində 01 ədəd kağız bükümdə 0,210 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq 09 aprel 2024-cü il tarixdə saat 16 radədərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyevadma parkda tanışı Şahid4 10 manata əldə etdiyi 0,385 qram çəkidə olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 3 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 10 aprel 2024-cü il tarixdə saat 02:15-02:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə 0,385 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həmin narkotik vasitələr onun üzərində olduğu vaxt iki dəfə polis əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, polis əməkdaşları tərəfindən birinci dəfə Yalama ərazisində, ikinci dəfə isə Xaçmaz şəhəri, N.Nərimanov prospektində saxlanılmışdır. O, polis əməkdaşları tərəfindən birinci dəfə saxlanıldığında üzərində aşkarlanmış iki bükümdə, az miqdarda narkotik vasitə olan heroinitapmışdır. İkinci dəfə saxlanıldığı vaxt isə bir bükümdə metamfetamini Şahid4 adlı şəxsdən almışdır. O, birinci dəfə polis əməkdaşları tərəfindən saxlanıdığı vaxt üzərində narkotik vasitə olan heroinaşkarlandıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin ikinci dəfə yenidən eyni əməli törətməsinə onu heç kim məcbur etməmişdir. Ona qarşı hər hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, narkotik vasitələrin aludəçisi olmadığını, subay olduğunu və bir daha belə əməli törətməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda ibtidai istintaqa verdiyi və məhkəmə istintaqının əvvəlində verdiyi ifadələri qisməntəqzib edərək əldə etdiyi psixotrop maddəni Şahid4 almadığını, tapdığını bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 il olar ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə etmişdir. 16 dekabr 2023-cü il tarixdə səhər saatlarında Xudat dəmir yolu stansiyasının ərazisində yerləşən kafedə tanışları ilə görüşüb çay içmiş, günorta saatlarında isə kafedən çıxıb Xudat dəmir yolu stansiyası ərazisində gəzərək orada aparılan təmir vəyenidənqurma işlərinə baxmışdır. Stansiya ərazisində gəzərkən orada olan sanitar qovşağının yaxınlığında yerdə 1 ədəd ağ rəngli “Winston” markalı siqaret qutusu və 1 ədəd bir millik şpris olduğunu görmüşdür. Yerdə olan şpris və siqaret qutusu onda maraq yaratdığına görə əvvəlcə ətrafa baxmış və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra əyilib şprisi və siqaret qutusunu yerdən götürüb cibinə qoyaraq sanitar qovşağına girmişdir. Sanitar qovşağında siqaret qutusunu açanda içərisində bir ədəd kağız büküm olduğunu görmüşdür. Sonra o, kağız bükümü açıb içərisinə baxmış və görmüşdür ki, kağız bükümdə narkotik vasitə olan heroin var. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmayıb “Winston” markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu və şprisi isə əynində olan gödəkçənin sol yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə edər. Sanitar qovşağından çıxdıqdan sonra siqaret çəkmiş, sonra isə siqareti yerə atmışdır. Həmin vaxt Xudat dəmir yolu stansiyası ərazisində xidmətdə olan polis əməkdaşları yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra onu Yalama st. X18 dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yalama st. X18 gəlmişdir. Yalama st. X16 inzibati binasında təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra təhqiqatçı tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin sol yan cibində saxladığı 02 ədəd alışqanı, 01 ədəd bir manatlıq əskinası, 01 ədəd “Winston” markalı siqaret qutusunu, 01 ədəd bir milli şprisi çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı onun təqdim etdiyi “Winston” markalı siqaret qutusunu açıb içərisində olan 02 ədəd içəriləri boşolan kiçik ölçülü sellofan torbaları, 01 ədəd baş hissəsi sınmış şüşə ampulanı və 01 ədəd kağız bükümü çıxarıb masanın üstünə qoyduqdan sonra kağız bükümü açıb içərisində olan kütlənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da kağız bükümdə olan kütlənin «kakos», yəni narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, narkotik vasitə istifadəçisi olduğunu və Xudat şəhərində olarkən dəmir yol stansiyasının ərazisində yerdən tapdığını bildirmişdir. Təhqiqatçı onun təqdim etdiyi kağız bükümdə olan heroini elektron tərəzinin üzərinə qoyub çəkmiş və kağızla birlikdə heroinin çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərində aşkar olunmuş kağız bükümdə olan heroin, 02 ədəd içəriləri boş olan kiçik ölçülü sellofan torbalar, 01 ədəd baş hissəsi sınmış şüşə ampula “Winston” markalı siqaret qutusunun içərisinə, siqaret qutusu və 01 ədəd bir millilik şpris isə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş 02 ədəd alşqan, 01 ədəd bir manatlıq əskinas isə götürülməyərək özünə qaytarılmışdır. Bundan başqa o, Xaçmaz şəhər sakini Şahid4 təxminən 5-6 il olarkı tanıyır. Tərxanla münasibəti olduğuna görə onun narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini bilmişdir. 09 aprel 2024-cü il tarixdə təxminən saat 16 radələrində Tərxana zəng vurub ondan psixotrop maddə olan metamfetamin olubolmadığını soruşmuş, Tərxanda ona demişdir ki, özündə psixotrop maddə olan metamfetamin var və bir bükümünü 10 manata satır. O, Tərxana almaq istədiyini bildirmiş və Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adma parka gedib Tərxanla görüşmüşdür. H.Əliyev adına parkda olarkən o, cibindən çıxarıb 01 ədəd 10 manatlıq əskinası Tərxana vermiş, sonuncuda pulu ondan aldıqdan sonra cibindən çıxarıb ona bir ədəd yaşıl rəngli sellofan büküm vermiş və o, sellofan bükümü açıb baxanda görmüşdür ki, içərisində psixotrop maddə olan metamfetamin var. O, Tərxandan aldığı metamfetamini özündə olan «Rothmans» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan şalvarın sağ yan cibinə qoymuş və Tərxandan ayrılıb piyada Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlmişdir. 10 aprel 2024-cü il tarixdə təxminən saat 01 radələrində Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunu çıxardıqdan sonra özü siqaret qutusunu açıb içərisində olan sellofan bükümü çıxararaq masanın üstünə qoymuşdur. Müstəntiq onun təqdim etdiyi sellofan bükümə baxıb içərisində olan ağ rəngli kristal şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, sellofan bükümdə olan ağ rəngli kristal şəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, Xaçmaz şəhər sakini Tərxan adlı şəxsdən 10 manata almışdır, psixotrop maddə istifadəçisi olduğu üçün saxlamışdır ki, sonradan özü istifadə etsin. Müstəntiq onun təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristal şəkilli maddəni, yəni metamfetamini elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofanla birlikdə metamfetaminin çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heçnə aşkar olunmamışdır. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş sellofan bükümdə olan metamfetamin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş metamfetaminin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş «Rothmans» markalı siqaret qutusu isə götürülməyərək özünə qaytarılmışdır. O, heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. 16 dekabr 2023-cü il tarixdə üzərində aşkar olunmuş heroini Xudat dəmiryol stansiyasında yerdən tapmış, 10 aprel 2024-cü il tarixdə üzərində aşkar olunmuş metamfetamini isə 09 aprel 2024-cü il tarixdə Şahid4 10 manata almış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri əldə edib, saxlaması və istifadə etməsi ilə əlaqədar olaraq Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra raport tərtib edilərək əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində Elvin adlı şəxs tərəflərindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-yəgətirilmişdir. Təqsirləndirilən şəxs raportla Xaçmaz RPŞ-nin İB-nin müstəntiqinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı maddə və ya predmet varsa könüllü olaraq təqdim etsin. Həmin vaxt o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret paçkasını çıxardaraq həmin siqaret paçkasının içərisində olan sellofan paketə bükülmüş bir ədəd kristal halında maddəni çıxarıb müstəntiqə könüllü olaraq təhvil vermiş və bildirmişdir ki, şəxsi istifadəsi üçün olan metamfetamindir. Haradan əldə etdiyini soruşduqda isə bildirmişdir ki, Tərxan adlı şəxsdən 10 manat məbləğdə pulun qarşılığında əldə edib. Həmin narkotik maddə əhəmiyyət kəsb etdiyi üçün zərfə qoyularaq qablaşdırılıb protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirmişdir ki,3 ildir Xaçmaz RPŞ-də işləyir. Əvvəllər Xaçmaz RPŞ-nin CAB-da işləmişdir. Lakin hazırda Xaçmaz RPŞ-nin NMQ-da işləyir. Xaçmaz NMQ-da işlədiyi müddətdə Təqsirləndirilən şəxs barəsində birinci dəfədir ki, məlumat daxil olmuşdur. O, Təqsirləndirilən şəxs üzərindən ikinci epizod üzrə narkotik vasitə müəyyən edilməsində iştirak etmişdir. Lakin birinci epizod üzrə təqsirləndirilməsindən xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, 16 dekabr 2023-cü il tarixdə, saat 12:30 radələrində o və Xaçmaz st. X19 Xudat st. XPM-nın rəisi Şahid5la birlikdə olduğları vaxt Təqsirləndirilən şəxs saxlanılaraq tutulması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin ərazidə təxminən 20-30 dəqiqə dayandığdan sonra Təqsirləndirilən şəxs həmin əraziyə daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və daxil olmuş əməliyyat məlumatı barədə təqsirləndirilən şəxsi xəbərdar etmişlər. Onlar daha sonra Təqsirləndirilən şəxs Yalama Xətt st. PM-ya dəvət etmişlər. H.Elvin etiraz etməyərək onlarla birlikdə PM-ya getmişdir. Onlar saxlanılan şəxs barəsində təhqiqatçı Əli Hüseynova məlumat vermişlər. Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən təxminən 0.2 qram narkotik vasitə, 01 ədəd şpris və 02 ədəd boş paket müəyyən edilərək maddi sübut kimi qeyd olunmuşdur. Sənədləşdirildikdən sonra müstəntiqə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, ifadəsini təzyiq altında vermişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmir. Narkotik vasitələrin istifadəçisidir, lakin satışı ilə məşğul olmamışdır. Ona haqsız yerə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. O, buna etiraz olaraq məhkəmənin inzibati binasından qaçmışdır. Buna görə polis əməkdaşlarının təzyiqi nəticəsində ibtidai istintaqa elə ifadə vermişdir. Belə ki, ibtidai istintaq zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 09 aprel 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev parkın yaxınlığından keçib gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda içərisində başqa bir ədəd kağız büküm və bir ədəd sellofan büküm olduğunu görmüşdür. Sonra o, kağız bükümlə sellofan bükümü açıb içərilərinə baxmış və görmüşfür ki, sellofan bükümdə psixotrop maddə olan metamfetamin, kağız bükümdə isə narkotik vasitə olan heroin var. Özü də psixotrop maddədən və narkotik vasitədən istifadə etdiyi üçün tapdığı metamfetamini və heroini atmayıb özündə olan «Rothmans» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. 09 aprel 2024cü il tarixdə, təxminən saat 16 radələrində tanıdığı Elvin mənə zəng vurub ağrıları olduğunu deyərək ondan psixotrop maddə olan metamfetamin olub-olmadığını soruşmuşdur. Pula ehtiyacı olduğu üçün o özündə olan metamfetaminin bir hissəsini Elvinə satmaq qərarına gəlmiş və sonuncuya demişdir ki, özündə psixotrop maddə olan metamfetamin var və bir bükümünü 10 manata satır. Elvin almaq istədiyini bildirmişdir və o Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən H.Əliyev adına parka gəlib Elvinlə görüşmüşdür. H.Əliyev adına parkda olarkən Elvin ona 01 ədəd 10 manatlıq əskinası vermiş, o da pulu Elvindən aldıqdan sonra cibindən çıxarıb Elvinə bir ədəd yaşıl rəngli sellofan bükümdə metamfetamin vermişdir və Elvin sellofan bükümü açıb baxdıqdan sonra ondan ayrılıb getmişdir. Bundan sonra o piyada Xaçmaz şəhəri, H.Əliyev prospektinə gəlmişdir. 10 aprel 2024-cü il tarixdə, təxminən saat 03:10 radələrində Xaçmaz şəhəri. H.Əliyev prospektində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq siqaret qutusunu əlinə götürüb içərisində nə olduğunu soruşmuş, o da müstəntiqə siqaret qutusunun içərisində «kakos», yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra müstəntiq siqaret qutusunun içərisində olan 05 ədəd siqaret dənələrini və bir ədəd kağız bükümü çıxarıb masanın üstünə qoyduqdan sonra kağız bükümü açıb içərisində olan kütlənin nə olduğunu, haradan əldə etdiyimi soruşmuş, o da kağız bükümdə olan kütlənin «kakos», yəni narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Sonra müstəntiq siqaret qutusunda olan sellofan bükümü çıxarıb içərisində olan ağ rəngli kristal şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyim soruşmuş, o da sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddənin «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Müstəntiq ondan narkotik vasitə satışı ilə məşğul olub-olmadığımı soruşduqda isə o etiraf etmişdir ki, 01 ədəd sellofan bükümdə olan metamfetamini 09 aprel 2024-cü il tarixdə Elvin adlı şəxsə satıb 10 manat pul almışdır. Sonra müstəntiq siqaret qutusunun üzərində olan kağız kəsiklərini çıxarıb nə məqsədlə gəzdirdiyini soruşmuş, o da bildirmişdir ki, özü narkotik vasitə istifadə etmək istəyərkən narkotik vasitəni həmin kağız kəsiklərinin üzərinə tökməklə istifadə edəcəyi narkotik vasitənin miqdarını ölçür. Müstəntiq təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddəni, yəni metamfetamini və kağız bükümdə olan heroini ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyub çəkmişdir və sellofanla birlikdə metamfetaminin çəkisinin 0.63 qram, kağızla birlikdə heroinin çəkisinin isə 0,79 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın sol yan cibində 02 ədəd 5 manatlıq və satdığım metamfetaminə görə Elvindən aldığım bir ədəd 10 manatlıq əskinaslar aşkar olunmuşdur. Sonra müstəntiq tərəfindən üzərində aşkar olunmuş sellofan bükümdə olan metamfetamin və kağız bükümdə olan heroin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş metamfetaminin və heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş «Rothmans» markalı siqaret qutusu kağız kəsikləri, 01 ədəd 10 manatlıq və 02 ədəd 5 manatlıq əskinaslar isə götürülməyərək özünə qaytarılmışdır. Sonradan isə o izahat verərkən Elvinə satdığı metamfetaminə görə aldığı bir ədəd 10 manatlıq əskinası müstəntiqə təqdim etmişdir. Bundan sonra o, Xaçmaz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. 11 aprel 2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin gün ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunduqdan sonra təxminən saat 15 radələrində onun və digər Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü onlar birlikdə Xaçmaz RPŞ-nin MSY-nin avtomobili ilə Xaçmaz Rayon Məhkəməsinə gətirilmişlər. Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmadzadə tərəfindən barəsində 03 ay müddətində həbs qətimkan tədbiriseçilmişdir və bundan sonra Xaçmaz RPŞ-nin sabiq kanvoy polis nəfəri Bəhruz Nəsirov tərəfindən qandalın bir tərəfi onun sol qoluma, digər tərəfi isə Elvinin sağ qoluna bağlandıqdan sonra Bəhruz Nəsirov bizi məhkəmənin iclas zalından çıxarıb məhkəmənin inzibati binasının qarşısında dayanmış Xaçmaz RPŞ-nin MSY-nin avtomobili istiqamətində apararkən o, qandalı qolundan çıxarıb qaçaraq oradan uzaqlaşmış, sonra tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə, orada isə başqa avtomobilə əyləşib Bakı şəhərinə getmişdir. 12 aprel 2024-cü il tarixdə, təxminən saat 23 radələrində Bakı şəhərində Nərimanov metrostansiyasının yaxınlığında olarkən polis əməkdaşları məni tutub Xaçmaz RPŞ-nə gətirərək MSY-nə yerləşdirmişlər. Etdiyi əməldən peşimandır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki,hal-hazıdra Xaçmaz st. XPŞ-nin Xudat st. XPM-nin rəisi vəzifəsində xidmət edir. 16 dekabr 2023-cü il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi və saxlaması ilə əlaqədar yaxalanması tədbirində ondan başqa Yalama st. XPB-nin Xudat st. XPM-nın polis nəfəri, polis serjantı Şahid6da olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra saat 12:30 radələrində bir nəfər 30-35 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini görmüşlər. Bu vaxt o və XPM-nın polis nəfəri, polis serjantı Şahid6 təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncunun narkotik vasitələrin istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirmişlər və sonuncunu Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etməmişdir və onlarla birgə Xaçmaz st. XPŞ- nin Yalama st. XPB-nə getmişdir. O, bölməyə dəvət edilmiş Təqsirləndirilən şəxs barəsində rəhbərliyə məruzə etmişdir. Yalama st. XPBdə həmin şəxs özünü təqdim edərək bildirmişdir ki, Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi ev 37-də qeydiyyatda olub Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, ev 36-da yaşayan Təqsirləndirilən şəxsdur. Yalama st. XPB-də Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı, polis kapitanı Əli Hüseynova həvalə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -10 aprel 2024-cü il tarixli“Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 21) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 10 aprel 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 25-27) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis baş leytenantı X17, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı rütbəsində işləyən Şahid3 və Xaçmaz rayon vəkil bürosunun vəkili X7 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X17 özünü təqdim etmiş və narkotik vasitələrin və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində göy rəngli ayaqqabı, göy rəngli cins şalvar, qara rəngli gödəkcə və qara rəngli uzun qol köynək vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansısa bir qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq içərisindən 1 ədəd açıq yaşıl rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Xaçmaz rayon sakini Tərxan adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi “Rothmans” markalı siqaret qutusuna baxış keçirilən zamanqutunun içərisində 16 ədəd siqaret giləsi olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən qanunsuz başqa hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan ağ rəngli kristal şəkilli maddə elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və sellofanla birlikdə çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd açıq yaşıl rəngli sellofan büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma zərfinin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 16 ədəd siqaret giləsi olan “Rothmans" markalı siqaret qutusu isə əhəmiyyət kəsb etmədiyinə görə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - 10 aprel 2024-cü il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 01, vərəq 33) müəyyən edilir ki, Təqsirləndirilən şəxsn Yasin oğlunun RPŞ-nə verdiyi izahatda adı qeyd olunan Tərxan adlı şəxsin kimliyi müəyyən edilməsi və həmin şəxsin izahatının alınması və digər zəruri istintaq hərəkətlərinin keçirilməsi məqsədilə İB-nə gətirilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1975 (cild 01, vərəq 38) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №58” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,385 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,335 qram təşkil etmişdir. - 11 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 44) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2024-cü il tarixli, 4(067)-62/2024 saylı qərarından (cild 01, vərəq 60) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində, yəni 10 aprel 2024-cü il tarixdən hesablanmaqla 10 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Xaçmaz rayon məhkəməsinin 11 aprel 2024-cü il tarixli, 5(067)-105/2024 saylı qərarından (cild 01, vərəq 66) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Zakir oğlunun Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsinə dair əməliyyat tədbirinin keçirilməsi barədə 10 aprel 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - 12 aprel 2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 67) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi axtarış prosesinin çəkilmiş videogörüntülərinə Təqsirləndirilən şəxs Yadin oğlunun və müdafiəçisi X7 iştirakları ilə Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerində 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. - 12 aprel 2024-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan (cild 01,vərəq 69) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 0,385 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin psixitrop maddə metamfetaminin 0,335 qram qalığı saxlanmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - 15 aprel 2024-cü il tarixli “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” qərardan (cild 01, vərəq 76) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyev tərəfindən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrə ilə davam edirilmişdir. - 10 aprel 2024-cü il tarixli“Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 81) müəyyən edilir ki, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 97) müəyyən edilir ki, Şahid4 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 10 aprel 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasınınvideoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 99-101) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis baş leytenantı X17, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı rütbəsində işləyən Şahid3 və Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X17 özünü təqdim etmiş və narkotik vasitələrin və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Şahid4 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Şahid4 əynində qara rəngli ayaqqabı, boz rəngli cins şalvar, qara rəngli gödəkcə və ağ rəngli uzun qol köynək vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansısa bir qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Şahid4 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna müstəntiq tərəfindən baxış keçirilən zaman içərisində 05 ədəd siqaret giləsindən əlavə 1 ədəd açıq yaşıl rəngli sellofan büküm və 1ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Şahid4 sellofan bükümün içərisində psixotrop maddəmetamfetaminin olduğunu, ağ rəngli kağız bükümün içərisində isə narkotik vasitə heroin olduğunu və onları da Bakı şəhərindən tanımadığı bir iranlıdan aldığını bildirmişdir.Sellofan bükümə baxışkeçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması, kağız bükümün içərisində isə narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Şahid4 könüllü şəkildə istintaqa təqdim etdiyi “Rothmans” markalı siqaret qutusu ilə onun sellofan torbası arasında siqaret kağızlarından düzəldilmiş kiçik kağız parçaları da aşkar edilmişdir. Şahid4 həmin kağız hissələrindən büküm düzəltmək üçün hazırladığını qeyd etmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Şahid4 əynindəki cins şalvarın sol yan cibindən 3 ədəd 5 manatlıq, 1 ədəd isə 10 manatlıq olmaqla ümumilikdə 25 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Şahid4 üstündən qanunsuz başqa hərhansısa bir əşya aşkar edilməmişdir. Şahid4 bildirmişdir ki, 1 ədəd bükümdə olan metamfetamini 10 manata Təqsirləndirilən şəxs satmışdır. Şahid4 üzərindən aşkar edilmiş sellofan bükümdə və kağız bükümdə olan maddələr ayrı-ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş, ağ rəngli kristal şəkildə maddənin sellofanla birlikdə çəkisinin 0,63 qram, qəhvəyi rəngli maddənin isə kağızla birlikdə çəkisinin 0,79 qram olması müəyyən edilmişdir. Şahid4 üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd açıq yaşıl rəngli sellofan büküm və içərisində narkotik vasitə heroinəbənzər kütlə olan ağ rəngli kağız büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma zərfinin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən götürülmüşdür. Şahid4 üzərindən aşkar edilmiş 5 ədəd siqaret giləsi olan “Rothmans" markalı siqaret qutusu və 25 manat pul isə götürülməyərək özünə qaytarılmışdır. Şahid4 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞnin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1977 (cild 01, vərəq 106) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №58” dairəvi möhür əksləri, “Şahid4 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,322 qram qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,272 qram təşkil etmişdir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,564 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,514 qram təşkil etmişdir. Təqdim edilmiş bir ədəd bükümdə metamfetamin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komkonent tərkibinə görə eynilik təşkil edir. - 11 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 118) müəyyən edilir ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2024-cü il tarixli, 4(067)-61/2024 saylı qərarından (cild 01, vərəq 131) müəyyən edilir ki, Şahid4 barəsində 03 ay həddində, yəni 10 aprel 2024-cü il tarixdən hesablanmaqla 10 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - 12 aprel 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 134) müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Xaçmaz RPŞ-nin MSY-də saxlanılan şübhəli şəxslər Şahid4 və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün MSY-nin polis nəfəri konvoyları X6, X9 və MSY-nin sürücüsü polis nəfəri Nurəddinov İllkinTəvəkgül oğlu ilə birlikdə Xaçmaz Rayon Məhkəməsinə aparılmış, orada hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra müşayiət altında məhkəmə binasından çıxıb MSY-nin xüsusi təyinatlı avtomobilinə doğru aparılarkən Şahid4 xüsusi texniki vasitə olan qandaldan qolunu çıxartaraq qaçmışdır. - Xaçmaz rayon məhkəməsinin 12 aprel 2024-cü il tarixli, 5(067)-104/2024 saylı qərarından (cild 01, vərəq 135) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Şahid4 barəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və satmasına dair əməliyyat tədbirinin keçirilməsi barədə 10 aprel 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - 14 aprel 2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 136) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyev tərəfindən Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi axtarış prosesinin çəkilmiş videogörüntülərin ətəqsirləndiirilən şəxs Şahid4 və müdafiəçisi Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerində 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. - 14 aprel 2024-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan (cild 01,vərəq 137) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 0,322 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 0,564 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd 10 manatlıq əskinasişin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,272 qram olan heroin, 0,514 qram olan metamfetaminsaxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə, 01 ədəd 10 manatlıq əskinas isə Xaçmaz RPŞ-nin Maliyyə hissəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 01, vərəq 144, 222) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. - 07 may 2024-cü il tarixli “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” qərardan (cild 01, vərəq 182) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyev tərəfindən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrə ilə davam edirilmişdir. - 17 dekabr 2023-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etməkbarədə” qərardan (cild 01, vərəq 157) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 180) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 16 dekabr 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 181-183) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X15, Yalama st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru X1, Yalama st. XPB-nin Xudat st. XPM-nin polis nəfəri polis serjantı Şahid6, Xaçmaz st. XPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı X8 və Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz st. XPŞ-nin Yalama st. XPBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X15 özünü təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, tünd yaşıl rənqli yun toxuma köynək, qara rənqli cins şalvar və ayağında qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rənqli cins şalvarın cibindən 2 ədəd alışqan və 1 manatıq pul əskinazı, qara rənqli gödəkçəsinin sol yan cibindən isə 1 ədəd ağ rənqli “Winston” siqaret qutusu və 1 ədəd şpris çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rənqligödəkçəsinin sol yan cibindən çıxartdığı 1 ədəd ağ rəngli “Winston” siqaret qutusunun içərisindən 1 ədəd kağız bükülüdə içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlə, 1 ədəd sınıq boş ampula və 2 ədəd boş balaca selofan paketlər aşkar olunmuşdur. Şəxsi axtarış zamanı iştirak edən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı özünün 3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu qeyd edərək üzərində aşkar olunmuş 1 ədəd şpris, 1 ədəd ağ rənqli “Winston” siqaret qutusunun içərisindəki 1 ədəd kağız bükülünün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütləni, 1 ədəd sınıq boş ampula və 2 ədəd boş selofan paketləri Xudat dəmir yolu stansiyasının ərazisindən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şpris, 1 ədəd ağ rənqli “Winston” siqaret qutusunun içərisindəki 1 ədəd kağız bir bükülünün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlə, 1 ədəd sınıq boş ampula və 2 ədəd boş balaca selofan paketləri gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsp edə biləcəyindən götürülüb müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək imzalarla təsdiq edilmişdir və protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz st. XPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı X11tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6447 (cild 01, vərəq 193) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DYNPİ- NİN Xaçmaz st. XƏTT X21 üçün...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxsimza,...imza, 3-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi-0,210 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ml həcmli boş şprisdən, 1 ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,160 qram təşkil etmişdir. - 18 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 200) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 18 dekabr 2023-cü il tarixli “Tutmadan azad etmə və təqsirləndirilən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərardan və “Başqa yerə getməmək barədə” itizamdan (cild 01, vərəq 210-212) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 19 dekabr 2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 214) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi axtarış prosesinin çəkilmiş video görüntülərinə Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasında qeyd olunan DVD formatlı diskə baxış keçirilmişdir. - Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 227) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 07 yanvar 2024-cü il tarixli, 26 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, vərəq 229) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Xaçmaz rayon məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 5(067)-300/2023 saylı qərarından (cild 01, vərəq 237) müəyyən edilir ki, Xaçmaz st. X16 Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi ilə məşğul olması, 16 dekabr 2023-cü il tarixdə, səhər saatlarında üzərində narkotik vasitə ilə Xudat stansiyasına gəlməsi barədə məlumat daxil olduğundan 17 dekabr 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərarına heç bir sənədlər əlavə olunmadığından geri qaytarılmışdır. - 15 fevral 2024-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan (cild 01,vərəq 238) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,210 qram olan narkotik vasitə heroin və narkotik vasitə heroin izləri olan 01 ədəd 1 ml-lik şpris, 01 ədəd başlıq hissəsi sınmış vəziyyətdə olan ampula maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan heroinin 0,160 qram qalığının və 01 ədəd 01 ml-lik şpris, 01 ədəd başlıq hissəsi sınmış vəziyyətdə olan ampula 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz st. X19 maddi sübutların saxlama yerinə təhvil verilmişdir. - 17 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və cinayət icraatın dayandırılması haqqında” qərardan (cild 02, vərəq 02) müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsin çağırışlara gəlməkdən boyun qaçıraraq istintaqdan gizlənmiş və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci tarixli, 7(067)-87/2018 saylı qərarından (cild 02, vərəq 06) müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 1(067)-66/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 3.000 manat cərimə cəzası aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 1(067)-66/2017 saylı hökmündən (cild 02, vərəq 09) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177177.2.1, 177.2.2, 177.2.3 və 69.4-cü maddələrinə əsasən barəsində həbsdə saxlanıldığı 4 ay 26 gün müddət nəzərə alınmaqla, cərimə cəzası yüngülləşdirilərək, üzərində 3000 manat miqdarında cərimə cəzası saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmuşdur. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 14 mart 2024-cü il tarixli məktubundan (cild 02, vərəq 21) müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq edilərək ona təyin edilmiş cəzadan azad edilmiş və məhkum tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. - 14 dekabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan (cild 02, vərəq 22) müəyyən edilir ki,“8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. - 10 aprel 2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 02, vərəq 23) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 02, vərəq 25) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 11 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 02, vərəq 26) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 10 aprel 2024-cü il tarixli “İş üzrə bəzi sənədlərin qiymətləndirilməsi haqqında” qərardan (cild 02, vərəq 27) müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs qeydiyyat yerinin ünvan 1 ünvanı, yaşayış yerinin isə ünvan 5 - 06 may 2024-cü il tarixli “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan (cild 02, vərəq 28) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin DYNPİ- NİN Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş müstəntiqi, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Xaçmaz Rayon Prokurorluğu vasitəsilə Xaçmaz RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. - 07 may 2024-cü il tarixli “Cinayət işinin icraata götürülməsi haqqında” qərardan (cild 02, vərəq 32) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 03 may 2024-cü il tarixli, 2914 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 02, vərəq 36) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 29 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 02, vərəq 52) müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Şahid4 üzərlərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 04 ədəd CD formatlı diskin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,385 qram çəkidə psixotrop maddə olan metamfetaminin, 0,210 qram çəkidə narkotik vasitə olan heroinin, içərisində heroin izləri olan 01 ədəd 01 ml-lik şprisin, bir ədəd baş hissəsi sınmış şüşə ampulanın, Şahid4 üzərində aşkar olunmuş 0,564 qram çəkidə psixotrop maddə olan metamfetaminin, 0,322 qram çəkidə narkotik vasitə olan heroinin, 475,0 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd 10 manatlıq əskinasın maddi sübut kimi tanınmaları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 0,210 qram çəkidə narkotik vasitə olan heroini əldə etdiyi mənbəyə görə cinayət işindən material ayrılmışdır. - 29 may 2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan (cild 02, vərəq 70) müəyyən edilir ki, ********* nömrəli cinayət işindən Şahid4 barəsində olan ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 30 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan (cild 02, vərəq 75) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək, ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə yeni məzmubda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,210 qram və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,385 qram yəni xeyli miqdarlarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, vərəq 235) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İçtimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ı ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamələrdən (cild 01, vərəq 144, 222) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci tarixli, 7(067)-87/2018 saylı qərarından (cild 02, vərəq 06) müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 1(067)-66/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 3.000 manat cərimə cəzası aylıq qazancının 20%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 1(067)-66/2017 saylı hökmündən (cild 02, vərəq 09) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177177.2.1, 177.2.2, 177.2.3 və 69.4-cü maddələrinə əsasən barəsində həbsdə saxlanıldığı 4 ay 26 gün müddət nəzərə alınmaqla, cərimə cəzası yüngülləşdirilərək, üzərində 3000 manat miqdarında cərimə cəzası saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan (cild 02, vərəq 22) müəyyən edilir ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 14 mart 2024-cü il tarixli məktubundan (cild 02, vərəq 21) müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq edilərək ona təyin edilmiş cəzadan azad edilmiş və məhkum tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və icraatın dayandırılması haqqında” qərardan (cild 02, vərəq 02) müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsin çağırışlara gəlməkdən boyun qaçıraraq istintaqdan gizlənmiş və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirənhalı müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyinimüəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirənhalların olmamasını, cinayətləri təkrar törətməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, həmçinin cinayət əməlinin törədilməsi hallarını, çağırışlara gəlməkdən boyun qaçıraraq istintaqdan gizlənməsini və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə 17 fevral 2024-cü il tarixdə barəsində axtarış elan edilərək icraatın dayandırılmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 16 dekabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,160 qram olan heroin, 0,335 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində heroin izləri olan 01 ədəd 1 m-lik şpris, 1 ədəd baş hissəsi sınmış şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 02 (bir) ədəd “CD” formatlı disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 157 (yüz əlli yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595, 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün müddətona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 10 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,160 qram olan heroin, 0,335 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində heroin izləri olan 01 ədəd 1 m-lik şpris, 1 ədəd baş hissəsi sınmış şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD” formatlı disk daşıyıcıda iş materiallarında saxlanılsın. Cinayət işi üzrəkeçirilmişekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 157 (yüz əlli yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595, 142593) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması, maddi ziyanın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar