Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-133/2020 15.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 65-də qeydiyyatda olmaqla, E.Tahirov küçəsi ev 7-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı üçün kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib üzərində daşımaqla saxlamış, xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz RPŞ-nin Xudat PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz şəhəri E.Tahirov küçəsində saxlanılaraq Xudat PB-nə gətirilib şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümündə 0,354 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Bundan başqa, o, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı üçün kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib daşımaqla saxlamış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Xaçmaz şəhəri E.Tahirov küçəsində yerləşən 7 saylı evin həyətyanı torpaq sahəsinə aparılmış baxış zamanı xeyli miqdarda, ümumi çəkisi 18,193 qram olan 08 (səkkiz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi toxumlarından iki ədədi dibçəkdə, altı ədədi isə torpaq sahəsinə əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərmiş, həmin bitkilər, habelə onun yaşadığı qeyd olunan evin həyətində olan yelləncəyin üstündəki döşəyin altından 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,157 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, təkrarən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib daşımaqla saxlamış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, E.Tahirov küçəsi ev 7-də anası ilə birlikdə yaşayır. 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etməyə başlamış və narkotik vasitə aludəçisidir. Belə ki, narkotik vasitələrdən əsasən qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini isə siqaretin gümüşü kağızında yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Hətta əvvəllər qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda təqsirli bilinərək bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə 2019-cu ilin sentyabr ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra bir müddət narkotik vasitələrdən istifadə etməmiş, lakin buna baxmayaraq xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxıb piyada yaxınlıqda yerləşən Xaçmaz şəhər bazarına gedərkən yerdə olan “Kent” markalı siqaret qutusu diqqətini cəlb etmişdir. Qutunu götürüb içərisinə baxarkən içərisində bir ədəd sellofan bükülü olduğunu, bükülünü açanda isə içərisində tünd qəhvəyi rəngli toz halında kütlə olduğunu görmüş və həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə - heroin olduğunu bilmişdir. Əgər lazım olarsa həmin heroini istehlak etməyi fikirləşmiş və bu məqsədlə içərisində heroin olan həmin bükümü götürüb əynindəki idman gödəkçəsinin sağ yan cibinə qoyaraq yoluna davam etmişdir. Lakin sonradan həmin heroindən istifadə etməmiş və içərisində heroin olan həmin büküm yadından çıxaraq cibində qalmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı küçədə dayandığı zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları olduqlarını demiş və onlarla birlikdə Xudat PB-nə getməyi təklif etmişlər. Polis əməkdaşları şübhələnməsinlər deyə onlara etiraz etməmiş və onlarla birlikdə Xudat PB-nə getmişdir. İçərisində heroin olan sellofan bükülü həmin vaxt üstündə olduğundan yolda onu atmaq istəsə də, polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdiklərindən narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Xudat PB-nə çatandan sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və buna görə də üstündə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Şəxsi axtarışa başlamamışdan əvvəl polis əməkdaşları hüquq və vəzifələrini, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqlarını izah edərək hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ona təqdim etmişlər. Bundan sonra polis əməkdaşları Müdafiəçi və dəvət olunmuş iki hal şahidinin yanında ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bundan sonra o etiraz etməmiş və əynindəki idman gödəkçəsinin sol yan cibindən “Kent” markalı siqaret qutusunu və alışqanı, həmin gödəkçənin sağ yan cibindən isə içərisində narkotik vasitə olan sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan bükülünü açıb içərisindəki kütləni iştirakçılara göstərmiş, sorğu zamanı o özü də bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan heroin olduğunu etiraf etmiş və həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən bazarın yaxınlığından taparaq şəxsi istifadəsi üçün cibində saxladığını bildirmişdir. Bundan sonra üstündə şəxsi axtarış davam etdirilsə də, üstündən başqa hər hansı əşya, pul və s. aşkar edilməmişdir. Daha sonra üstündən aşkar edilmiş içərisində narkotik vasitə olan bir ədəd sellofan bükülü bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol oxunandan sonra protokolun düzgünlüyünü və narkotik vasitənin qablaşdırıldığı zərfin tamlığını imzası ilə təsdiq etmişdir. Sonradan faktla bağlı toplanmış material Xaçmaz RPŞ-nin İBnə verilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə evə buraxılmışdır. Bundan başqa, xx xxx 2020-ci il tarixdə yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkərkən marixuananın içərisindən 08 ədəd çətənə toxumu götürmüş və elə həmin gün toxumlardan 02 ədədini yaşadığı evin bağ hissəsindəki dibçəyə, 06 ədədini isə ağaclıq sahəyə atmışdır. Bundan sonra hər gün mütəmadi olaraq bağdakı ağacları və dibçəyi suvarmağa başlamış, verdiyi su vasitəsi ilə sonradan dibçəkdəki və torpaq sahəsindəki narkotik tərkibli çətənə bitkilərinin yetişib boy atdıqlarını görmüşdür. Çətənə bitkiləri tam yetişəndən sonra onların hissələrini yığıb qurudaraq şəxsi istehlakı üçün marixuana hazırlamağı fikirləşmiş, bu məqsədlə əmələ gəlmiş çətənə bitkilərini məhv etməmiş və onların yetişmələrini gözləmişdir. Bundan başqa, xx xxx 2020-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri E.Tahirov küçəsində gəzərkən yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü tapmış və bükülünün içərisində nəyin olmasını bilmək marağı ilə onu götürüb açanda içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. İçərisində narkotik vasitə olan həmin bükülünü götürüb üstündə saxlamış və sonradan ondan iki dəfə çəkmək yolu ilə istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində evdə olduğu zaman polis əməkdaşları evlərinə gəlmiş, onlar ona evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsi və qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu, buna görə də müdafiəçi Avçixan Avçixanovun və aqronomun iştirakı ilə həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirmişlər. O etiraz etməmiş və bundan sonra evin həyətyanı torpaq sahəsində əkib yetişdirdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkilərini, həmçinin xx xxx 2020-ci il tarixdə yaşadığı küçədən taparaq iki dəfə çəkmək yolu ilə istifadə etdiyi və həyətdəki yelləncəyin üstündəki döşəyin altında gizlədərək saxladığı 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüdə olan “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini, həmçinin döşəyin altına qoyduğu bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları aşkar edilmiş çətənə bitkilərini bir-bir köklərindən torpaqdan çıxarıb bir ədəd polietilen torbaya, içərisində narkotik vasitə olan bükülünü və elektron tərəzini isə bir ədəd kağız zərfə qablaşdıraraq ağızlarını möhürləmişlər. Polis əməkdaşlarından biri faktla bağlı protokol tərtib edərək ucadan oxumuş, digər iştirakçılarla yanaşı o özü də həm protokolun düzgünlüyünü, həm də çətənə bitkilərinin qablaşdırıldığı polietilen torbanın və kağız zərfin üzərini imzası ilə təsdiq etmişdir. Qeyd etdiyi kimi evdə anası ilə birlikdə yaşayır, lakin anası yaşlı qadın olduğundan həyətyanı torpaq sahəsində əkib-becərdiyi çətənə bitkiləri barədə heç bir anlayışı olmamış, bundan başqa nə anası, nə də ki, başqa kimsə onun narkotik vasitə saxlamasını bilməmişdir. Qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüş elektron tərəziyə gəldikdə isə həmin tərəzidən anası və o, evdə qızıl-zinət əşyaları olarkən onların çəkilərini ölçmək üçün istifadə etmiş, polis əməkdaşları gəlməmişdən təxminən bir neçə gün əvvəl həmin tərəzi stolun üstündə olduğundan düşüb itməsin deyə onu götürüb yelləncəyin üstündəki döşəyin altına qoymuşdur. Lakin qeyd etdiyi kimi xx xxx 2020-ci il tarixdə yaşadığı küçədən siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə tapdığı narkotik vasitə olan heroini evə gətirəndən sonra maraq üçün onu həmin elektron tərəzidə çəkmiş və bundan sonra onun müəyyən hissəsini götürüb iki dəfə istifadə etmiş və ola bilər ki, həmin vaxt tərəzinin üzərində narkotik vasitə heroinin izləri qalmışdır. Narkotik vasitələrdən istifadə etsə də, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. Aşkar olunmuş elektron tərəzini özünün istehlak etdiyi heroin narkotik vasitəsini (həmin narkotik vasitənin dozasının çox olması onun komaya düşə biləcəyindən ehtiyat edərək) ölçərək dozalara ayırmaq məqsədi ilə istifadə etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, himayəsində yaşlı və xəstə anasının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir, polis leytenantıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üstündə saxlaması barədə Xudat PB-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü xx xxxxx 2020-ci il tarixdə raportla bölmə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra həmin tarixdə saat 19 radələrində Xudat PB-nin manqa komandiri, polis baş serjantı Şahid2 ilə birlikdə Xaçmaz şəhəri E.Tahirov küçəsində müşahidələr apardıqları zaman Təqsirləndirilən şəxs küçədə dayandığını görüb sonuncuya yaxınlaşmış və özlərini təqdim edərək onlarla birlikdə Xudat PB-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə bölməyə gəlmiş və bununla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğu bildirilməklə bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş, üstündə narkotik vasitə olması ehtimalı olduğundan bölməyə iki hal şahidi və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah olunandan sonra Müdafiəçi hüquqlarının müdafiə olunmasından ötrü Təqsirləndirilən şəxs təqdim olunmuş, bundan sonra üstündə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları çıxarıb təqdim etməsi təklif olunanda o etiraz etməmiş və əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd “Kent” markalı ağ rəngli siqaret qutusu, 01 ədəd alışqan, həmin gödəkçənin sağ cibindən isə 01 ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açıldıqda içərisində toz halında tünd qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhər bazarının yaxınlığında “Kent” markalı siqaret qutusunun içərisində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilsə də, onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. X9 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Xudat PB-nin inzibati binasının qarşısından piyada keçib getdiyi zaman polis əməkdaşlarından biri ona yaxınlaşıb narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli şəxs qismində bölməyə gətirilmiş bir şəxsin üstünə şəxsi axtarış keçirəcəklərini demiş və həmin axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O etiraz etməmiş və polis əməkdaşı ilə birlikdə bölmənin inzibati binasındakı otaqlardan birinə getmişdir. Ondan başqa adını sonradan bildiyi Xudat şəhər sakini Şahid3 hal şahidi kimi və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi bölməyə dəvət edilmiş, hal şahidi kimi hüquq və vəzifələri izah olunandan sonra polis əməkdaşları onlara bir şəxsi təqdim edərək həmin şəxsin üstünə axtarış keçirəcəklərini bildirmişlər. Həmin şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs olması orada ona məlum olmuşdur. Şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. Polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə olunmasından ötrü vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim ediləndən sonra sonuncuya üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları çıxarıb təqdim etməsi təklif edilmiş, o etiraz etməyib əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd “Kent” markalı ağ rəngli siqaret qutusu və 01 ədəd alışqan, həmin gödəkçənin sağ cibindən isə 01 ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açıldıqda içərisindən toz halında tünd qəhvəyi rəngli kütlə aşkar olunmuş və polis əməkdaşları həmin kütlənin narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhər bazarının yaxınlığında “Kent” markalı siqaret qutusunun içərisində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs götürülmüş kütləni Bakı şəhərinə ekspertizaya göndərəcəklərini demiş və həmin kütləni büküb 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırmaqla üzərini möhürləmişlər. Polis əməkdaşlarından biri bu barədə protokol tərtib edərək ucadan oxumuş, düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən o özü həmin protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi, üzərində narkotik vasitə saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması, yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə icazə verilməsindən ötrü xx xxxx 2020-ci il tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, o və KTQ-nun baş inspektoru, polis mayoru Şahid7 qrupun tərkibinə daxil edilmiş, faktla bağlı araşdırma aparılması isə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11 həvalə olunmuşdur. Həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid8 mütəxəssis qismində, həmçinin Xaçmaz rayon Vəkil Bürosunun vəkili X1 Mursalovun hüquqlarının qorunmasından ötrü şöbəyə dəvət ediləndən sonra həmin tarixdə saat 19 radələrində hamı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, orada Təqsirləndirilən şəxs özü onları qarşılamış, özlərini təqdim edib yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə, həmçinin narkotik vasitə saxlamaqda şübhəli olduğu, buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi və üstünə axtarış aparılacağı bildirilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilməklə hüquqlarının qorunmasından ötrü müdafiəçi Avçixan Avçixanov təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyini və yaşadığı evdə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin saxladığını etiraf edərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsindən müxtəlif ölçülərdə olmaqla 06 ədədi torpaq sahəsində, 02 ədədi isə dibçəkdə əkilmiş vəziyyətdə, cəmi 08 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid8 aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq göstərilməklə əkilibbecərildiklərini bildirmiş və bununla bağlı öz rəyini yazmışdır. Bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq bir ədəd polietilen torbaya qablaşdırılmış və ağzı möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini isə siqaretin gümüşü kağızında yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini və həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərin də tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Belə ki, gələcəkdə hissələrini yığıb qurutmaqla şəxsi istehlakı üçün marixuana hazırlamaq məqsədi ilə həmin çətənə bitkilərinin toxumlarını xx xxx 2020-ci il tarixdə həyətyanı torpaq sahəsində aşkar olunduqları yerdə əkmiş və onlara qulluq göstərməklə becərmişdir. Təqsirləndirilən şəxs üstündə və ya yaşadığı evdə narkotik vasitələr varsa onları təqdim etməsi təklif olunanda onları həyətyanı torpaq sahəsindən evin həyətinə dəvət etmiş və həyətdəki yelləncəyin üstündəki döşəyin altından siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükülü, həmçinin 01 (bir) ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində toz şəklində tünd qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Bundan sonra axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə və elektron tərəzi bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. X12 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış və üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert-kriminalist Şahid7 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid7 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid6 və Şahid7 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu işləyir. xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 mütəxəssis təyin olunmasına dair qərarına əsasən Şöbəyə dəvət olunmuş, X12 ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri E.Tahirov küçəsində yerləşən 7 saylı evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demiş və həmin baxışda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O etiraz etməmiş, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 şöbəyə dəvət olunandan sonra həmin tarixdə saat 19 radələrində Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid5, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid6, KTQ-nun baş inspektoru, polis mayoru Şahid7 və X12la birlikdə ünvan 1 ünvanına getmişdir. Həmin ünvanda o, polis əməkdaşları ilə birlikdə bir şəxsə, yəni sonradan tanıdığı iş üzrə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə, həmçinin narkotik vasitə saxlamaqda şübhəli olduğu, buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi və üstünə axtarış aparılacağı bildirilmiş, bununla bağlı ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilməklə hüquqlarının qorunmasından ötrü müdafiəçi Avçixan Avçixanov təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyini və yaşadığı evdə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin saxladığını etiraf edərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsindən əkilib-becərilməsi qanunla qadağan edilmiş ümumilikdə 08 ədəd 08-50 sm hündürlüklərdə tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar olunmuşdur. Çətənə bitkilərindən 06 ədədi malina (moruq) kollarının arasında bir-birindən təxminən iki metr məsafədə torpaqda, 02 ədədi isə dibçəkdə əkilib-becərilmiş vəziyyətdə olmuşdur. Polis əməkdaşları ona aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların hansı növ bitkilərə aid olmasını və onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etməyi təklif etmişlər. O həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirmiş və onların diblərinin suvarılmış və digər aqrotexniki qulluqlar göstərilməklə becərildiklərini müəyyən etmiş və buna görə də həmin bitkilərin əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq bir ədəd polietilen torbaya qablaşdırılmış və ağzı möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini isə siqaretin gümüşü kağızında yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini və həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərin də tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, gələcəkdə hissələrini yığıb qurutmaqla şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə həmin çətənə bitkilərinin toxumlarını xx xxx 2020-ci il tarixdə həyətyanı torpaq sahəsində aşkar olunduqları yerdə əkdiyini və onlara qulluq göstərməklə becərdiyini bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs üstündə və ya yaşadığı evdə narkotik vasitələr varsa onları təqdim etməsini təklif edəndə sonuncu onları həyətyanı torpaq sahəsindən evin həyətinə dəvət etmiş və həyətdəki yelləncəyin üstündəki döşəyin altından siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükülü, həmçinin 01 (bir) ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində toz şəklində tünd qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmiş və polis əməkdaşları həmin kütlənin narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən “kakos” kimi tanıdığı narkotik vasitə - heroin olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə yaşadığı küçədə yerdən tapdığını bildirmiş, bundan sonra axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs başqa narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş kütlə və elektron tərəzi bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. X12 tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış və üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert-kriminalist Şahid7 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, qeyd olunan tarixdə, Xaçmaz RPŞ-nin inzibati binasında müdafiəçinin və hal şahidlərinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək əynindəki boz rəngli uzunqul idman gödəkçəsinin sol yan cibindən ağ rəngli “Kent” markalı siqaret qutusunu və alışqanı, həmin gödəkçənin sağ cibindən 01 (bir) ədəd sellofan bükümü çıxardaraq təqdim etmiş, həmin sellofan büküm açılarkən içərisindən toz halında, tünd qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu etiraf edərək, həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə küçə ilə gedərkən Xaçmaz şəhərində yerləşən bazarın yaxınlığından yerdə olan “Kent” markalı siqaret qutusunun içərisindən tapdığını və cibinə qoyub saxladığını bildirmişdir. Protokol təqsirləndirilən şəxs, axtarışda iştirak edən şəxslər, hal şahidləri və müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/483 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 0,304 qram təşkil etmişdir). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “baxış və götürülmə keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə kompyuter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, qeyd olunan tarixdə təqsirləndirilən şəxsin yaşadığı ünvanda - həyətində polis əməkdaşlarının, müdafiəçinin və aqronom-mütəxəssisin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsindən 06 ədədi torpaq sahəsində, 02 ədədi isə qəhvəyi rəngli dibçəkdə əkilmiş vəziyyətdə olmaqla, ümumilikdə 08 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs 08 ədəd çətənə bitkisinin toxumlarını xx xxx 2020-ci il tarixdə istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın içərisindən əldə etdiyini etiraf etmiş, həyətindəki yelləncəyin üstündəki döşəyin altından aşkar edilərək götürülmüş bir büküm “kakos” kimi tanıdığı narkotik vasitə - heroini isə xx xxx 2020-ci il tarixdə yaşadığı küçədə, yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1040 №-li rəyindən müəyyən edilir ki, tədqiqata üzərində “Təqsirləndirilən şəxs (imza) …” və s. qeydləri olan 02 ədəd bağlamada təqdim edilmiş: -01 ədəd bükümdəki təmiz çəkisi 0,157 qram olan maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir; -həmin zərfdəki 01 ədəd tərəzi üzərindəki maddə izləri narkotik vasitə olan heroinin izləridir. (Ekspertiza tədqiqatına 0,020 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 0,137 qram təşkil etmişdir). İş materiallarında olan baxış və götürmədə iştirak etmiş aqronom-mütəxəssisin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 08 ədəd bitki tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir, həmin çətənə bitkiləri suvarılmaqla və digər aqrotexniki qulluq edilməklə becərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/311 №-li rəyindən müəyyən edilir ki, Tədqiqata təqdim olunmuş kağız bağlamada yaş vəziyyətdə, hündürlükləri 8sm – 50sm, ümumi sayı 08 ədəd, ümumi çəkisi – 18,193 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, X3 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə onun Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il, xx xxxx 2020-ci il tarixli “maddi sübutun tanınması haqqında” və xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə aşkar edilərək götürülmüş 0,354 qram olan narkotik vasitə - heroin, həmçinin xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,157 qram olan narkotik vasitə - heroin və yaş halda ümumi çəkisi 18,193 qram təşkil etmiş tərkibində narkotik maddələr olan 08 ədəd çətənə bitkisi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan, ayrı-ayrılıqda, 0,304 qram və 0,137 qram heroinlər, 08 ədəd çətənə bitkisi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli, 1824 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı əlaqələri, yaşadığı evin həyətində aşkar edilmiş çətənə bitkilərini əkib-becərməsi, üstündən aşkar edilərək götürülmüş narkotik vasitə - heroini əldə etdiyi mənbə, onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmaması ilə bağlı əməliyyat tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, həmçinin baxış keçirilməsinin görüntülərinin qeydə alındığı CD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İ siyahısına görə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələr - heroinin ayrı-ayrılıqda xalis çəkiləri 0,354 qram və 0,157 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarlarda olmuşlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Bundan başqa, elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı madəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 19-cu bəndində izah edilir ki, 237-ci maddədə nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə - qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə - narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 08 ədəd olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı üçün kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib üzərində daşımaqla saxlamış, xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz RPŞ-nin Xudat PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz şəhəri E.Tahirov küçəsində saxlanılaraq Xudat PB-nə gətirilib şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümündə 0,354 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Bundan başqa, o, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı üçün kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib daşımaqla saxlamış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Xaçmaz şəhəri E.Tahirov küçəsində yerləşən 7 saylı evin həyətyanı torpaq sahəsinə aparılmış baxış zamanı xeyli miqdarda, ümumi çəkisi 18,193 qram olan 08 (səkkiz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi toxumlarından iki ədədi dibçəkdə, altı ədədi isə torpaq sahəsinə əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərmiş, həmin bitkilər, habelə onun yaşadığı qeyd olunan evin həyətində olan yelləncəyin üstündəki döşəyin altından 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,157 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, təkrarən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib daşımaqla saxlamış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Məhkəmə iclasında dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinirək barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilməsini təklif etdiyi cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasənazadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün müddət ona təyin olunmasını təklif etdiyi cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını təklif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz RİH-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək həmin cinayət əməllərinə görə peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi halını və cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə 0,354 qram narkotik vasitə - heroin aşkar edilməsi ilə barəsində cinayət işinin başlanmasına baxmayaraq, cinayət məsuliyyətindən azad edilməsi, yaxud məhkum edilməsi barədə qanuni qüvvəyə minmiş qərarlar olmadan, barəsində aparılan cinayət işinin icraatı zamanı – xx xxxx 2020-ci il tarixdə onun yaşadığı ünvanda 0,157 qram çəkidə narkotik vasitə - heroin və 08 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi halı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, X3 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə onun Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi bir icraatda birləşdirilmişdir. Həmçinin iş materiallarında olan tələbnamədən və hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(067)-29/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi halları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan RespublikasıCinayət Мəcəlləsinin234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, eləcə də Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(067)-75/2020 saylı qərarından və “başqa yerə getməmək haqqında iltizam”dan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-98/2020 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx xxxx 2020ci il tarixdən barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli, 1824 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəylərindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilmiş xalis çəkisi 0,354 qram heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,304 qram; 0,157 qram heroindən tədqiqata 0,020 qram sərf edildikdən sonra qalıq 0,137 qram təşkil etmişdir. Həmçinin ümumi çəkisi 18,193 qram olmuş 08 ədəd çətənə (kannabis) bitkisindən tədqiqata 0,16 qram sərf edildikdən sonra qalıq 18,033 qram, 08 ədəd təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ayrı-ayrılıqda xalis çəkiləri 0,354 qram və 0,157 qram olan narkotik vasitə - heroinin ekspertiza tədqiqatından sonra qalan 0,304 qram və 0,137 qramı, həmçinin 08 ədəd çətənə bitkisi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda xalis çəkiləri 0,304 qram və 0,137 qram təşkil edən narkotik vasitə - heroin və 08 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 288 (iki yüz səksən səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda xalis çəkiləri 0,304 qram və 0,137 qram təşkil edən narkotik vasitə - heroin və 08 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 288 (iki yüz səksən səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-133/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-133/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver