Məhkəmə qərarları › İş №1(067)-133/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-133/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-133/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımış, bu fakt 06 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 22:15-22:25 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 6,045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ağ rəngli kağıza bükülmüş bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi əməklə məşğul olaraq ailələrinin dolanışığına kömək göstərir. Arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir, lakin narkotik vasitə aludəçisi deyildir və marixuanadan başqa digər növ narkotik vasitələrdən istifadə etməmişdir. 06 may 2021-ci il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdən çıxıb Xaçmaz şəhərində yerləşən Xristian Kilsəsi ilə üzbəüz dəmir yolu xəttinin kənarı ilə piyada işə gedərkən dəmir yolu relsinin kənarında, yerdə bir ədəd ağ rəngli kağız bükülü görmüş və bükülü diqqətini cəlb etdiyindən onu yerdən götürüb açmışdır. Bükülünün içərisində bir ədəd kibrit qutusu olduğunu, kibrit qutusunu açanda isə içərisində yaşıl rəngli bitki kütləsinin olduğunu görmüş və həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu tanımışdır. İçərisində marixuana olan kibrit qutusunu yenidən həmin kağıza bükmüş və lazım olanda götürüb istifadə etmək məqsədi ilə onu tapdığı yerdən bir qədər aralıda, dəmir yolu relsinin kənarında gizlədərək işə getmişdir. Həmin gün təxminən saat 18 radələrində işdən çıxıb evə gəlmiş və iş paltarlarını dəyişib küçəyə çıxmışdır. Küçəyə çıxandan sonra dəmir yolu xəttinin kənarında gizlətdiyi ağ rəngli kağıza bükülmüş bir kibrit qutusu qurudulmuş marixuana yadına düşmüş və marixuananı götürmək üçün həmin yerə getmişdir. Xristian Kilsəsi ilə üzbəüz dəmir yolu relsinin kənarında gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü götürüb əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş və bundan sonra Xaçmaz rayonu Qobuqırağı kəndi yaxınlığında yerləşən «Nurel» otelinin yanına getmişdir. Təxminən saat 21 radələrində «Nurel» otelin yaxınlığında dayanıb gözlədiyi zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu götürüb Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsinə gələndən sonra ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğu bildirilmiş, bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuş və Xaçmaz rayon Hüquq Bürosunun vəkili Avçixan Avçixanov hüquqlarının müdafiə olunmasından ötrü ona təqdim olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müdafiəçisi Avçixan Avçixanovun iştirakı ilə üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanılmamışdan əvvəl polis əməkdaşları ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu, sol yan cibindən içərisində bir ədəd siqaret qalmış «Argo» markalı siqaret qutusunu və bir ədəd alışqanı, əynindəki qolsuz gödəkçənin içəri qoltuq cibindən isə içərisində 10 manat pul və 03 ədəd plastik bank kartları olan pul kisəsini və bir ədəd cib dəsmalını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi ağ kağıza bükülmüş kibrit qutusunu açmış və onun içərisində yaşıl rəngli bitki kütləsinin olduğunu müəyyən etmişlər. Sorğu zamanı o, kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onu bir neçə saat əvvəl Xaçmaz şəhərində yerləşən Xristian Kilsəsi ilə üzbəüz dəmir yolu xəttinin kənarından tapdığını bildirmişdir. Polis əməkdaşları içərisində marixuana olan kibrit qutusunu yenidən büküb bir ədəd kağız zərfə qoyaraq qablaşdırmış və ağzını möhürləmişlər. Bundan sonra polis əməkdaşları üstündə şəxsi axtarışı davam etdirmiş, lakin üstündən başqa narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar aşkar olunmamışdır. Daha sonra üstündən aşkar edilmiş bir ədəd pul kisəsi, 10 manat pul, 03 ədəd plastik bank kartı, içərisində 01 ədəd siqaret olan siqaret qutusu və bir ədəd alışqan onun özünə qaytarılmışdır. Faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə o, həmin protokolu və üzərindən aşkar edilərək götürülmüş marixuananın qablaşdırıldığı zərfin tamlığını imzası ilə təsdiq etmişdir. O, həmçinin bildirmişdir ki, nə ailə üzvlərinin, nə də ki, başqa dost və ya tanışlarının onun marixuanadan istifadə etməsi və qeyd olunan tarixdə üstündə narkotik vasitə saxlaması barədə heç bir məlumatları olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə Xaçmaz RPŞ- nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Qobuqırağı kəndi ərazisində yerləşən «Nurel» otelin yaxınlığında dayandığını müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, istifadə etməkdə və daşımaqda şübhəli olduğunu bildirib onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və bu barədə şöbə rəhbərliyinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X3 şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunandan və keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 həvalə olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi, bununla bağlı şübhəli şəxs qismində tutulduğu və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülü, sol yan cibindən 01 ədəd «Argo» markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd pul kisəsi, əynindəki qısaqol gödəkçənin cibindən isə 01 ədəd qatlanmış vərəq çıxarıb masanın üzərinə qoymuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılmış və onun içərisindən bir ədəd siqaret aşkar olunmuşdur. Bundan sonra ağ rəngli kağız bükülü açılmış, onun içərisindən 01 ədəd kibrit qutusu, kibrit qutusu açıldıqda isə içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsi açılmış, pul kisəsinin içərisindən 01 ədəd 10 manatlıq pul əskinası və 03 ədəd bank kartları aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindəki kütlənin həqiqətən marixuana olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi, hansı məqsədlə üstündə saxlaması və ondan istifadə edib-etməməsi soruşulduqda o, narkotik vasitədən istifadə etmədiyini, onu həmin gün dəmir yolunun yaxınlığından tapdığını, marixuananı tanıdığını və onun üçün maraqlı olduğundan götürüb üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiklərindən başqa üstündə heç nə olmadığını dediyindən onun üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olan kibrit qutusu ekspertizaya göndərilməsindən ötrü yenidən ağ kağıza bükülmüş və 01 ədəd kağız zərfə qoyularaq ağzı möhürlənmişdir. İçərisində 03 ədəd bank kartları olan pul kisəsi, içərisində 01 ədəd siqaret olan siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd qatlanmış vərəq Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış, faktla bağlı X5 tərəfindən protokol tərtib edilmiş və protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə saat 22 radələrində Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X4 ona videoçəkiliş vasitəsi ilə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini və həmin prosesin video görüntülərini çəkiliş vasitəsi ilə qeydə almaq lazım olduğunu demişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupunun yaradılması, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun tərkibinə daxil edilməsi və onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Qobuqırağı kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilməsi ona məlum olmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunandan və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X3 təqdim olunandan sonra ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi, bununla bağlı şübhəli şəxs qismində tutulduğu və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülü, sol yan cibindən 01 ədəd «Argo» markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd pul kisəsi, əynindəki qısaqol gödəkçənin cibindən isə 01 ədəd qatlanmış vərəq çıxarıb masanın üzərinə qoymuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılmış və onun içərisindən bir ədəd siqaret aşkar olunmuşdur. Bundan sonra ağ rəngli kağız bükülü açılmış, onun içərisindən 01 ədəd kibrit qutusu, kibrit qutusu açıldıqda isə içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsi açılmış, pul kisəsinin içərisindən 01 ədəd 10 manatlıq pul əskinası və 03 ədəd bank kartları aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindəki kütlənin həqiqətən marixuana olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi, hansı məqsədlə üstündə saxlaması və ondan istifadə edib-etməməsi soruşulduqda o, narkotik vasitədən istifadə etmədiyini, onu həmin gün dəmir yolunun yaxınlığından tapdığını, marixuananı tanıdığını və onun üçün maraqlı olduğundan götürüb üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiklərindən başqa üstündə heç nə olmadığını dediyindən onun üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olan kibrit qutusu ekspertizaya göndərilməsindən ötrü yenidən ağ kağıza bükülmüş və 01 ədəd kağız zərfə qoyularaq ağzı möhürlənmişdir. İçərisində 03 ədəd bank kartları olan pul kisəsi, içərisində 01 ədəd siqaret olan siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd qatlanmış vərəq Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Faktla bağlı X5 tərəfindən protokol tərtib edilmiş və ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntülərini əvvəldən axıra kimi «Panasonic» markalı video kamera vasitəsi ilə qeydə almış və sonradan həmin video görüntüləri 01 ədəd CD diskə köçürərək X5a təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 07 may 2021-ci tarixli, 7/438 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «…Vət. Təqsirləndirilən şəxs üzərindən…» yazısı və imzalar olan kağız paketdəki kağıza bükülmüş 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 6,045 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2021-ci il tarixli, 1772 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünürk ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımış, bu fakt 06 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 22:15-22:25 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 6,045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ağ rəngli kağıza bükülmüş bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və üzərinə narkomaniyadan məcburi müalicə olunması vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 5,595 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci olan cəmi 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və üzərinə narkomaniyadan məcburi müalicə olunmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərin qoyulmuş narkomaniyadan məcburi müalicə olunması vəzifəsinin icra olunmasına nəzarət Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 5,595 qram qram olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi qaydada və əvəzsiz olaraq dövlət əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmasın. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində) Xaçmaz Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar