Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-133/2022 22.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 vəkili və nümayəndəsi Müdafiəçi, Paşaliyev (Pashalıev) İsmayıl (İsmaıl) Süleymanoviçin və onun müdafiəçisi X1 iştirakı ilə Pashalıev İsmaılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək İsmaıl Pashalıevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xaçmaz RPŞ-nin DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixində polis əməkdaşları ona məruzə etmişdir ki, xidməti vəzifələrini yerinə yetirən zaman Pashalıev İsmaıl adlı şəxs onları təhqir etmişdir. Pashalıev İsmaıl tərəfindən deyilmiş təhqiramiz sözlər polis əməkdaşları üzərində olan səs yazma qurğusu vasitəsi ilə qeydə alınmışdır. Buna görə də polis əməkdaşları həmin şəxsi raportla növbətçi hissəyə təqdim etmişdirlər. O, Pashalıev İsmaılın olduğu otağa gedərək, polis şöbəsinə müvafiq raport yazmaq üçün anket məlumatlarını qeydə almışdır. Müvafiq sənədləşdirmə işlərindən sonra həmin gün Pashalıev İsmaıl sərbəst buraxılmışdır. Bir müddət sonra X8 rayon prokurorluğuna böhtan xarakterli şikayət ərizəsi ilə müraciət etmişdir ki, guya polis şöbəsində o təhqir edilmiş, guya o ona təhqiredici sözlər demişdir. Halbuki belə hal baş verməmişdir. Pashalıev İsmaılın əsassız və böhtan xarakterli şikayəti Xaçmaz rayon prokurorluğunda araşdırılmış və xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və qərarın 2-ci bəndi ilə Pashalıev İsmaıla həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, yuxarı prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilmişdir. X9 qeyd olunan qərardan rayon prokuroruna, yuxarı prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququ olduğu halda kütləvi informasiya vasitələrində və internet resurslarında onun barəsinə böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Belə ki, “Xural” internet televiziyasının “Youtube” sosial şəbəkə səhifəsində yayılmış Pashalıev İsmaılın 27 iyun 2022-ci il tarixli (https: \\www.youtube.com/watch?v=kab2kQqphUY&feature=youtu.be) və 12 iyul 2022-ci il tarixli (https://www.youtube.com/watch?v=YjİFf2GWfAc) müsahibələrində bildirmişdir ki, guya o, Pashalıev İsmaılı kobud söyüşlərlə təhqir etmiş, ona zərbələr vurmuş, bu zaman Axısqa türkü olması məsələsinə görə də guya o təhqir edilmişdir, guya Axısqa türklərinə qarşı onun münasibəti pis olmaqla vəzifə səlahiyyətindən istifadə edərək onları təhqir edərək, onlara düşmənçilik münasibəti bəsləməklə onları təqib edir, bərabərlik hüququnu pozur. Həmçinin guya o və digər polis əməkdaşları bu hərəkəti əlavə olaraq ona görə edirlər ki, ondan və mağaza sahibi olan digər sahibkarlardan rüşvət kimi aylıq pul almaq istəmişlər. Guya onlar hər ay mağaza sahiblərindən rüşvət kimi pul alırlar. X4 dedikləri tamamilə yalan və böhtan xarakterli olmuş və bu hal Xaçmaz rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də təsdiq edilmişdir. Pashalıev İsmaıl onu vəzifə səlahiyyətlərindən sui istifadə, təhqir və milliyyətə görə ayrı-seçkilikdə təqsirləndirərək ona böhtan atmışdır. X6 özü xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı təhqiredici söz dediyi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün idarəyə gətirilmişdir. Bu zaman Pashalıev İsmaıla qarşı hər hansı təhqiredici söz işlənilməmiş, milliyyət məsələsi qabardılmamışdır. Milliyyət məsələsi polis əməkdaşları tərəfindən heç vaxt qabardıla da bilməz. Onlar milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir vətəndaşa, əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə eyni münasibət bəsləyirlər. X9 Axısqa türkü olması ilə əlaqədar bu məsələni özü qabardaraq müsahibədə onu guya türk xalqlarından biri olan Axısqa türklərinə qarşı pis münasibəti olan, onlara qarşı ayrı-seçkilik edən, təqib edən və bərabərlik hüququnu pozan şəxs kimi təqdim etmişdir. Pashalıev İsmaılın böhtan xarakterli məlumatı onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. Onu guya hər hansı millətə, xüsusən də türk millətinə qarşı şəxs kimi təqdim etməsi, ona böhtan ataraq guya onu təhqir etməkdə və digər ağır cinayətlər törətməkdə günahlandırması onun mənəvi sarsıntı yaşamasına və işgüzar nüfuzuna ciddi xələl yetirilməsinə səbəb olmuşdur. Pashalıev İsmaıl ona böhtan ataraq, əsassız və qanunsuz olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinə nəzərdə tutulmuş təqib (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda), 154.2-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnu pozma (irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 283.2.1 və 283.2.-ci maddələrində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.2-ci maddəsinə nəzərdə tutulmuş rüşvət alma (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) kimi ağır cinayətlərdə günahlandırmışdır. Pashalıev İsmaıl bu böhtan xarakterli məlumatları və onu ağır cinayətlərdə ittiham etməsi onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası və adının təmizə çıxarılması üçün Pashalıev İsmaıl barəsində qanunvericiliyə uyğun tədbir görülməsini zəruri hesab edir. Göründüyü kimi, guya Pashalıev İsmaılı kobud söyüşlərlə təhqir etməklə, vəzifə səlahiyyətindən sui-istifadə etməklə bağlı Pashalıev İsmaıl onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulmuş təqib (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda), 154.2-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnu pozma (irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 283.2.1 və 283.2.-cü maddələrində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasma və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.2-ci maddəsinə nəzərdə tutulmuş rüşvət alma (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) kimi ağır cinayətlərdə ittiham etməklə Pashalıev İsmaıl bu böhtan xarakterli məlumatları və onu ağır cinayətlərdə ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən, xx.xx.1977-ci il tarixində Özbəkistan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı Pashalıev İsmaıl barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata başlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi və ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkilinümayəndəsi şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Xaçmaz rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının kserosurətində İsmaıl Pashalıevin ad-soyadının səhv qeyd edilməsi barədə prokurorluq tərəfindən texniki səhvlə (yanlışlıqla) bağlı hər hansı sənəd verilməmişdir. Məhkəmə iclasında Paşaliyev (Pashalıev) İsmayıl (İsmaıl) Süleymanoviç və onun müdafiəçisi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməyərək məhkəmə baxışına təyin edilməməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin ata adı göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə görə, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə barəsində şikayət verilmiş şəxsin adı və soyadı Pashalıev İsmaıl kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Pashaliev İsmail kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə görə, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Bundan əlavə, şikayətə Xaçmaz rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında polis əməkdaşlarının qanunsuz əməlləri barədə şikayət vermiş şəxsin ad-soyadı X2 kimi göstərilmiş, lakin prokurorluq tərəfindən həmin ad-soyadın texniki səhv olmasına dair hər hansı sənəd verilməmişdir. Bundan başqa, şikayətə Xaçmaz rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubunun yalnız kserosurətləri əlavə edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı şikayət üzrə (anoloji) məhkəmənin 20 iyul 2022-ci il tarixli 1(067)-119 və 1(067)-120 saylı, 01 avqust 2022-ci il tarixli 1(067)-127 və 1(067)-128 saylı qərarları ilə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas olmuş şikayətdəki nöqsanları aradan tamamilə qaldırmayaraq xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə təkrarən müraciətlər etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə görə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ata adı göstərilmədiyindən, həmçinin hazırkı qərarda qeyd edilən digər halları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Pashalıev İsmaılın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-133/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-133/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver