Məhkəmə qərarları › İş №1(067)-133/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-133/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-133/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Daştəmirov Balasoltan Camaləddin oğlunun, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 vəkili Müdafiəçi iştirakları ilə X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Daştəmirov Balasoltan Camaləddin oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Daştəmirov Balasoltan Camaləddin oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, İsmət İmamverdiyevi və Sevinc İmamverdiyevanı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Daştəmirov Balasoltan Camaləddin oğlunun tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət onun nümayəndəsi X5 tərəfindən onunla əsaslandırılır ki, “20” may 2024-cü il tarixdə, saat 08:30-da və 14:30-da o, arvadı Mariya, qızı Sevil, Sübhan, Xantəmir, İmran Əliyev, Babaşah və digər şəxslər bağ sahələrində olan 17 illik meyvə aqaclarının və yaşıllıqların İmran Bahadırov tərəfindən məhv edilməsini eşidərək, bağ sahəsini və bağın məhv edilmiş ağaclarının vəziyyətini çəkmək ücün ora getdikləri zaman bağda olan İsmət İmamaverdiyev və Sevinc İmamverdiyeva qızının çəkiliş apardığını görərək, insanlığa, kişiliyə sığmayan formada qəflətən soyunaraq onlara qarşı öz bədənini göstərərək əxlaqsız hərəkətlər etmişdir. Sevinc isə onlara qarşı söyüşlər və əlavə təhqiramiz sözlər işlətmişdir. Ümumiyyətlə bu şəxsləri İmran Bahadirov bağ sahəsində saxlayır və belə əxlaqsız hərəkətlər etməyi öyrətmişdir ki, onlar bağ sahəsinə gedə bilməsinlər. Onlara qarşı həmin şəxslərin etdiyi əxlaqsız hərəkətlər və söyüşlər təhqirdir. Tək ona qarşı yox bu insanlara qarşı təhqirdir. Təhqir - şəxsin şərəf və ləyaqətini alçaltmaq, etik davranış qaydalarından kənar ifadələrin işlədilməsi, əxlaq və mənəvi dəyərlərə hörmətsizlik deməkdir. Təhqirin obyekti şəxsiyyətin şərəfi, ləyaqəti və nüfuzudur. Şərəf - şəxsə verilən ictimai qiymətdir, yəni kənar şəxsə verildiyi qiymət. Ləyaqət isə - şəxsin özünün özünə verdiyi qiymətdir yəni, şəxsin özünə verdiyi dəyər və qiymət. Başqa şəxslər tərəfindən şəxsə verilən qiymət isə nüfuzdur yəni, həmin şəxsin cəmiyyətdə, həyatda tutduğu yer və mövqe. Azərbaycan Respublikası qanunvericiliyi hər bir şəxsin şərəfini, ləyaqətini və nüfuzunu qoruyur və bu normalar Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb. Hər hansı bir şəxsin nüfuzunun, şərəf və ləyaqətinin aşağılanması hüquqi məsuliyyət yaradır, müvafiq olaraq əmələ görə cəza tədbirləri (Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri) müəyyən edilmişdir. Mənəvi və əxlaqi dəyərlərə, milli mental özəlliklərə, inanca, adət-ənənələrə xələl gətirən söyüş və təhqirin geniş yayılaraq adiləşməsinə yol vermək olmaz. Bunun qarşısını həm qanunla, həm də ictimai qınaqla almağa borcluyuq. Genetik zəiflik+yetərsiz mühit=zəkasız (ağılsız) inasan. Yəni belə bir hərəkətin qocaya, qadına, kişiyə və ümumilikdə insanların gözü qarşısında etmək ağılsızlıq, əxlaqsızlıqdır və təhqirdir. Belə bir hərəkəti edən “kişi”cikdən hər əməli hər kəsə qarşı gözləmək qacılmazdır. Hesab edir ki, yuxarıda qeyd etdiklərinə əsasən barəsində şikayət etdiyi şəxslərin əməlində Azərbaycan Respublikasinin CM-nin 148-ci maddəsində nəzərdə təhqir cinayətinin tərkibi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən: Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur. Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər. Yazılı, şifahi və ya bədən hərəkətləri ilə: Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Onlar həmin şəxslərin belə hərəkətlərinə görə öz bağlarına gedə bilmirlər. Hər dəfə bağlarına gedəndə bu şəxslər Dövlət nümayəndələrinin yanında belə hərəkətlər edir, əlavə söyüşlər işlədirlər. Bu şəxslər həmin əməlləri bir başa qəsdlə edirlər. Bu şəxsləri İmran Bahadırov özü bağ sahəsində daimi saxlayir ki, onlar bağ sahəsinə gedəndə belə əxlaqsız hərəkətlər etsin və onlar öz torpaqlarına girməsinlər. Həmin şəxslər belə əməlləri özləri dərk edərək, qəsdən edirlər. Həmin şəxslər etdiyi hərəkətlər konkret onlara qarşı yönəldilmişdir. Hesab edir ki, onun verdiyi şikayət əsaslıdır, şikayətdə istinad edilən əməl həqiqəqtən baş vermişdir, təhqir cinayətinin tərkib əlamətlərini özündə əks etdirir, həmin əməllərin də barəsində şikayət etdiyim şəxslər tərəfindən törədilməsini və iki nəfərdən çox şəxsin yanında edildiyi və onların eşitdiyi gördüyü şahidlər İmran Əliyev, Sübhan , Babaşah, Xantəmir, Sevil və Mariya öz təsdiqini tapir. Hesab edir ki, yuxarıda qeyd etdiklərinə əsasən barəsində şikayət etdiyi şəxslərin əməlində Azərbaycan Respublikasinin CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir etmə cinayətinin tərkibi vardır. Qeyd etdiklərimi nəzərə alaraq, İsmət İmamverdiyevi və Sevinc İmamverdiyevanı Azərbaycan Respublikasi CM-nin 148-ci maddəsi ilə ilə cinayət məsulliyetinə cəlb edərək, həmin maddənin sanksiyasında nəzərdə tutlumuş cəza verilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, Bahadur adlı şəxs tərəfindən özünə və onlara məxsus bağ sahəsində apardığı ağac kəsintilərini videoçəkiliş vasitəsilə çəkməsi məqsədilə mobil telefonu atası BalasotanDaştəmirova vermişdir. Atası Balasotan Daştəmirov videoçəkiliş apararkən İsmət İmamverdiyev soyunaraq bədənini onlara göstərərək əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs izahat verərərək ona məxsus torpaq sahəsinə İsmət və Sevin İmamverdiyevlər icazəsiz daxil olaraq ona qarşı nalayiq ifadələr işlədərək təhqir etmişlər. Məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 izahat verərək bildirmişdir ki, o, Balasoltan Daştəmirovun qızı tərəfindən müxtəlif vaxtlarda icazəsiz olaraq videoçəklişlə çəkilmişdir. Sevil Hacıyeva onun həmin videodaki görüntüsünün şəklini çıxardaraq məktəbin divarlarına yapışdırmışdır buna görə də uşaqları neçə gündür ki, məktəbə gedə bilmir. Məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 izahat verərək bildirmişdir ki, həmin videoçəkiliş Balasoltan Daştəmirov tərəfindən deyil Sevil Hacıyeva tərəfindən çəkilmişdir. Sevil Hacıyeva bağ sahəsində çəkiliş aparmadan birbaşa olaraq onu çəkmişdir. O, şikayətçiyə qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 vəkili Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, şikayətçinin şikayət ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Hüquqlarını müdafiə etdiyi şəxs İmamverdiyev İsmət bağda fəhlə işləyərkən şikayətçinin qızı onu gizli şəkildə videolentə almış, onun şəxsi həyatının təxunulmazlıq hüququnu pozaraq həmin videonu yaymışdır. Həmin videoya nəzər yetirilsə İsmət işləyərkən əynindəki geyim aşağı düşdüyü üçün o, geyimi dərhal geyinib və işinə davam etməyə getmişdir. Məlumat üçün bildirəm ki, şikayətçinin qızı X11 İmamverdiyevə və İmran Bahadırova xəsarət yetirdiyi üçün hazırda Xaçmaz rayon məhkəməsində onun barəsində AR CM-nin 128-ci maddəsinə əsasən cinayət işi araşdırılır. İstintaq dövründə X10 bildirməsinə görə ona təsir göstərmək və yalan ifadə verməyə onu məcbur etmək üçün onu biabr edəcəyi ilə dəfələrlə hədələmişdir. Hesab edir ki, hazırki şikayətində mahiyyəti məhz həmin cinayət işinə təsir göstərmək üçün verilmiş şikayətdir. Sevil Hacıyeva çəkdiyi gizlin videonu yayaraq cinayət işində olan şahid və zərərçəkmişə təsir etdiyi üçün tərəflərindən istintaq orqanlarına müraciət olunmuşdur. Ali Məhkəmənin 21 fevral 2014-cü il tarixli qərarına əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında, yayılmış olsun. Burdan belə nəticəyə gəlmək olar ki, bu cinayətin mahiyyəti kütləviliklə bağlıdır. Göründüyü kimi şikayətçinin şikayət ərizəsinə kütləviliklə bağlı heç bir sübut əlavə edə bilməmişdir. X4 və X1 AR CM 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Daştəmirov Balasoltan Camaləddin oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri dinləyib, eləcə də iş materiallarını nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materiallarınhazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı,doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi);293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuşməhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərərvurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi(şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindəntörədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayışyeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarına əsasən Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən şikayətin əsassız olduğu, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməllərdə cinayət əlamətlərinin olmadığı, həmçinin şikayət CPM-in 293-cü maddəsinin tələblərinə riayət olunmadan tərtib olunduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verilərkən dəlilllər məhkəməyə təqdim edilməli və məhkəmənin hazırlıq iclasında əməlin cinayət əməli olubolmaması, əməldə cinayət əlamətlərinin olub-olmaması, şikayətin əsaslı və ya əsassız olması müəyyən edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış keçirilməsi zamanı həmin vidoegörüntülərin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qeydə alındığı və əgər təhqir cinayət əməli törədilmişdirsə bu əməlin ona qarşı törədildiyinin müəyyən ediməsi mümkün olmamışdır. Eyni zamanda, məhkməyə təqdim olunmuş videogörüntülərdə şəxsin üzü görünmədiyi üçün bədən hərkətinin məhz barəsində xüsusi ittiham qadasında şikayət verilmiş şəxs İsmət İmamaverdiyev tərəfindən törədildiyinin müəyyən edilməsi də mümükün deyildir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş digər şəxs Sevinc İmamverdiyevanın isə videogürüntüləri qeydə alan şəxə qarşı hər hansı nalayiq ifadə işlətməsi və ya hərkətlər etməsi müşahidə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi təqdirdə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada təhqir hesab edildiyi halda, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin həmin videogörüntüləri barəsində xüsusi isttiham qaydasında şikayət verilmiş şəxsləri onların işlədikləri bağ sahəsində çəkdiyi və orada kənar şəxslərin olmadığı nəzərə alınarsa, şəxslərin hər hansı hərəkət və ya ifadələri nalayiq olsa belə, kütləvilik əlamətini özündə əks etdirmədiyindən həmin əməllərdə təhqir cinayət əməlinin tərkibi yaranmır. Bundan əlavə xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar-soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi göstərilməli olduğu halda, məhkəməyə təqdim olunmuş şikayətdə şikayətçinin ata adı düzgün göstərilməmiş, həmçinin onun məşğuliyyəti və ya vəzifəsi barədə məlumat qeyd edilməmiş, bununla da şikayət CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan tərtib edilmişdir. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin148-ci maddəsinə əsasən təhqir cinayəti-yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasənşikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdəxüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən verilmiş şikayət əsassız olduğundan, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, həmçinin şikayət CPM-in 293-cü maddəsinin tələblərinə riayət olunmadan tərtib olunduğundan işə baxılması mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300,302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Daştəmirov Balasoltan Camaləddin oğlunun X1 və X4 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar