Məhkəmə qərarları › İş №1(067)-133/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-133/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-133/2025 06.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əməllərində cinayətlərin residivi olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 03 avqust 2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,732 qram olan psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşıyaraq həmin psixotrop maddənin 0,312 qram hissəsini 07 mart 2025-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Şahid4 05 manat pul vəsaiti müqabilində satmış, bu fakt Şahid4 Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 07 mart 2025-ci il tarixdə saat 20:00-20:11 müddətində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz filialının inzibati binasının yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,312 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə, habelə özü 19 mart 2025-ci il tarixdə Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəxsiyyətlər Parkında” Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib orada üzərinə 19 mart 2025-ci il tarixdə saat 21:41-21:51 müddətində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,420 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq psixotrop maddəni satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6 birlikdə yaşayır.. Evlidir və 2 övladı vardır. Özü müxtəlif yerlərdə fəhləlik etməklə ailəsii dolandırır. Artıq uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əsasəndə istifadə etdiyi maddə psixotrop maddə metamfetamindir. 06 mart 2025-ci il tarixdə axşam saatlarında yaşadığı küçədə təkbaşına gəzən zaman yerdə iki ədəd biri ağ, biri isə qızılı rəngli olmaqla yanbayan 02 bükümün olmasını görmüşdür. Həmin bükümlər ona maraqlı gəldiyinə görə onları götürərək içərisinə baxmışdır. Həmin bükümlərə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Buna görə də onları həmin tarixdə götürərək gödəkcəsinin sağ cibinə qoymuşdur. Onları üzərinə qoymaqda məqsədi də şəxsi istifadə məqsədi olmuşdur. Şahid4 Xaçmaz şəhər sakini kimi tanıyır və münasibətləri normaldır. 07 mart 2025- ci il tarixdə saat 16 radələrində yaşadığı küçədə 20 nömrəli ünvanın qarşısında olan zaman təsadüfən o, Şahid4la rastlaşmışdır. Elxanla söhbət zamanı ondan psixotrop maddə metamfetamin istədiyini və metamfetamin olub-olmadığını soruşmuşdur. Həmin vaxt üzərində 06 mart 2025-ci il tarixdə yaşadığı küçədə tapdığı 02 ədəd bükümdə psixotrop maddə metamfetamin cibində olmuşdur. Həmin ərəfədə də ona pul lazım olmuşdur. Ürəyi siqaret istəyirdi. Buna görə də Elxana 01 ədəd bükümdə metamfetamin verə biləcəyini, ancaq bunun üçün Elxandan 5 manat alacağını söyləmişdir. Elxan da onunla razılaşaraq 5 manatı ona vermiş və o, da həmin pulun qarşılığında üzərində olan 02 ədəd bükümdən birini Elxana vermiş və daha sonra da bir-birindən ayrılmışıdr. 19 mart 2025-ci il tarixdə axşam saat 20 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində “Şəxsiyyətlər Parkında” təkbaşına gəzən zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman da 06 mart 2025-ci il tarixdə tapdığı bükümlərdən biri də əynindəki gödəkcəmin sağ yan cibinə qoymuşdur. Ardınca isə onu müstəntiqin yanına dəvət etmişlər. Müstəntiq tərəfindən isə hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da o, üzərində olan gödəkcənin sağ yan cibində olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və bu zaman çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Ardınca isə həmin büküm müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Əlavə olraq qeyd etmişdir ki, Polis əməkdaşları onu saxlayan zaman və Xaçmaz RPŞ-də olan zaman ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. O, Şahid4 yalnız 1 dəfə oda ki, 07 mart 2025-ci il tarixdə 5 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin satmışdır. Başqa heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsi alınarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünə qarşı irəli sürülümüş ittihamla razı olmadığını ona qarşı təzyiq göstərildiyini, ümumiyyətlə heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə qarşısında törətdiyi cinayət əməlini etiraf etməsi də təzyiq altında olmuşdur. Daha sonra istintaq təcridxanasına köçürüldüyündən polislərin nəzarətindən çıxmış və hazırda düzgün ifadə verir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Özü müxtəlif yerlərdə fəhləlik etməklə özünü dolandırır. 2024-cü ilin sentyabr ayından indiyə qədər psixotrop maddə olan metamfetamindən istifadə edir. O, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Xaçmaz şəhər sakini olan Natiq adlı və “Mitgə” ləqəbi ilə tanınan şəxs ilə Xaçmaz şəhəri, Vağzal küçəsində 20 nömrəli ünvanın qarşısında görüşmüş və ondan 5 (beş) manata “01” ədəd kağıza bükülmüş halda psixotrop maddə olan metamfetamin kütləsi almışdır. O, psixotrop maddə olan metamfetamin istifadəçisi olduğu üçün həmin kütləni axşam saatlarında istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımağa başlamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, .saat 20 radələrində Xaçmaz şəhəri, Heydər Əliyev prospekti ilə "xxxx" Xaçmaz filialının yaxılığında tək başına hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd edərək və bildirmişlər ki, o, narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli bilinir. Budan sonra o, könüllü surətdə qış gödəkçəmin sol yan cibində saxladığı “01” ədəd “Prima” markalı siqaret qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin qutunun içərisində psixotrop maddə olan metamfetamin kütləsi olmasını bildirmişdir. Həmin vaxt polis əməkdaşlarından biri videoçəkiliş aparırdı. Belə ki, polis əməkdaşları həmin “01” ədəd siqaret qutusuna baxış keçirmişlər və içərisində 01 ədəd kağız bükülü də olan psixotrop maddə metamfetamin kütləsini aşkar etmişlər. Həmin bükülünün içərisindəki kütlənin nə olduğu ondan soruşalanda o, polis əməkdaşlarına həmin kütlənin psixotrop maddə metamfetamin oldğunu və onu şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini, həmin maddəni də həmin günün Natiq adlı şəxsdən 05 manata aldığını bildirmişdir. Ardınca isə həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və bu zaman çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kağızın içərisində olan psixotrop maddə metamfetamin kütləsi ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırıb götürmüşlər. Daha sonra isə onu Xaçmaz RPŞ-yə gətirmişlər. Xaçmaz RPŞ-də təhqiqatçı tərəfindən onun və onu şöbəyə gətirən polis əməkdaşlarının iştirakı ilə həmin zərf açılaraq yenidən baxış keçirilmişdir. Digər polis əməkdaşlarına qeyd etdiklərini təhqiqatçıya da bildirmişdir. Təhqiqatçı tərəfindən zərf açılaraq içərisinə baxıldıqdan sonra yenidən həmin büküm ağ rəngli zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Daha sonra isə təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və RPŞ-də olarkən hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq etməyərək bildirmişdir ki, Natiq adlı şəxsi tanımır, heç onunla salam sağolu belə yoxdur. O istintaqda olanda heçnə də yazmamışdır. İfadə verməmişdir. Onun adında yazılan ifadə yalandır. Ola bilər ki, özün imza etdiriblər, amma ifadə ilə razı deyil. Natiqdən narkotik vasitə almayıb. Başqa ifadə vermək istəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Şahid4 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Şahid4 olduğu yeri müəyyən etmişlər və 07 mart 2025-ci il tarixdə saat 20 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində "xxxx"ın Xaçmaz filialının yaxınlığında əməliyyat müvəkkili Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla Şahid4 yaxınlaşıb, özlərini təqdim edərək Elxanın narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişlər. Tərəfindən Şahid4 üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya, predmet olub-olmaması soruşulmuş, Şahid4 üzərində psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Prima” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Həmin siqaret qutusuna tərəfindən, baxış keçirilmiş, qutunun içərisində siqaret dənələri ilə yanaşı 01 ədəd ağ rəngli kağız bükümün olması müəyyən edilmişdir. Həmin bükümün nə olduğu Şahid4 soruşulanda sonuncu həmin bükümün psixotrop maddə metamfetamin olduğunu və onu Xaçmaz şəhəri, Vağzal küçəsində yaşayan “Mitkə” ləqəbli adı Natiq olan bir nəfər şəxsdən 5 manata şəxsi istifadə məqsədilə aldığını bildirmişdir. Tərəfindən həmin bükümə baxış keçirən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlənin olması müəyyən edilmişdir. Ardınca isə tərəfindən həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və bükümün çəkisi 0,46 qram gəlmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra isə tərəfindən Şahid4 hüquqları izah olunmuş və üzəri tərəfindən yoxlanılmış, yoxlanış zamanı sonuncunun üzərindənki şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şəxsiyyət vəsiqəsi, mobil telefon və “Prima” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Elxanın özünə qaytarılmışdır. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən baxış əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Bundan sonra Şahid4 rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Xaçmaz RPŞ-də təhqiqatşı Kamran Zeynalov tərəfindən onlarında iştirakı ilə Şahid4 üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə sonuncununda iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində “01” ədəd falqa büküm olması aşkar edilmişdir. Həmin falqa bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kütlənin olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər kütlə falqa ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,47 qram olması müəyyən edilmişdir. Şahid4 bildirmiş ki, üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Xaçmaz şəhər sakini olan Natiq adlı və “Mitgə” ləqəbi ilə tanınan şəxs ilə Xaçmaz şəhəri, Vağzal küçəsində görüşmüş və həmin falqada olan psixotrop maddəni Natiq adlı'şəxsdən 5 (beş) manata almış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Daha sonra həmin metamfetamin təhqiqatşı tərəfindən təkrar qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, Şahid4 və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra verilmiş tapşırığa əsasən əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 20:50 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Şəxsiyyətlər Parkında” saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İB-nin müstəntiqi Taleh Ağayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qızılı qəngli bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümə müstəntiq tərəfindən baxış keçirilən zaman içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “daş”, yəni psixotrop maddə metamfetamin olduğunu və onu tapdığını bildirmişdir. Həmin büküm elektron tərəziyə qoyulan zaman çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə Şahid4 siqaret pulunun qarşılığında 1 ədəd bükümdə psixotrop maddə metamfetamin satmasını da könüllü şəkildə bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən .aşkar edilmiş 01 ədəd qızılı rəngli büküm müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Zərfin üzəri və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon isə əhəmiyyət kəsb etmədiyinə görə önun özünə qaytarılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Şahid4 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şahid4 Xaçmaz şəhəri, Heydər Əliyev prospektində, "xxxx"ın Xaçmaz filialının yaxınlığında saxlanılmışdır. Şahid4 əynində qara rəngli ayaqqabı, boz rəngli şalvar, ağ rəngli köynək qara rəngli qış gödəkcəsi və qara rəngli papaq olmuşdur. O, və digər polis əməkdaşları özlərini Şahid4 təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olubolmamasını soruşmuşdur. Şahid4 üzərində qanunla qadağan olunmuş psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Primaa” markalı siqaret qutusunu onlara təqdim etmişdir. Həmin siqaret qutusuna Şahid1 tərəfindən baxış keçirilmiş, qutunun içərisində siqaret dənələri ilə yanaşı 01 ədəd ağ rəngli kağız bükümün olması müəyyən edilmişdir. Həmin bükümün nə olduğu Şahid4 soruşulanda sonuncu həmin bükümün psixotrop maddə metamfetamin olduğunu və onu Xaçmaz şəhəri, Vağzal küçəsində yaşayan “Mitkə” ləqəbli adı Natiq olan bir nəfər şəxsdən 05 manata şəxsi istifadə məqsədilə aldığını bildirmişdir. Şahid1 tərəfindən həmin bükümə baxış keçirən zaman içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Ardınca isə tərəfindən həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, bu zaman bükümün çəkisi 0,46 qram gəlmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanaraq götürülmüşdür. Daha sonra isə tərəfindən Şahid4 hüquqları izah olunmu və üzəri tərəfindən yoxlanılmış, yoxlanış zamanı sonuncunun üzərindənki şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şəxsiyyət vəsiqəsi, mobil telefon və “Prima” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən baxış əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqdim edilmiş zərfin üzərinə “Şahid4 üzərindən aşkar edilmiş kütlə, 1 .Şahid4, 2.Şahid2, 3.Şahid1, 4.Şahid3” sözləri yazılaraq imza edilmişdir və zərf möhürlənmişdir. Zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmşı və içərisində “01” ədəd falqa büküm olması aşkar edilmişdir. Həmin falqa bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə falqa ilə birlikdə tərəzi ilə çəkilmiş və psixotrop maddə olan metamfetaminə oxşar kütləsinin falqa ilə birlikdə çəkisinin 0,47 qram olması müəyyən edilmişdir. Şahid4 bildirmişdir ki, təqdim olunan, içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan “01” ədəd falqa büküm ona məxsusdur və xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Xaçmaz şəhər sakini olan Natiq adlı və “Mitgə” ləqəbi ilə tanınan şəxs ilə ünvan 10 ünvanın qarşısında görüşmüş və həmin falqada olan psixotrop maddəni Natiq adlı şəxsdən 5 (beş) manata almış və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Təqdim olunan “01” ədəd falqa bükümdə olan psixotrop maddə olan metamfetamin kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bundan başqa əməliyyat müvəkkili tərəfindən təqdim olunan bir ədəd DVD diskə təhqiqatçı tərəfindən baxılan zaman məlum olmuş ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman həmin proses əvvəldən axıradək fasiləsiz videogörüntüyə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin İBnin müstəntiqi, polis baş leytenantı X6 “şəxsi axtarış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Barəsində şəxsi axtarış aparılan şəxs - Təqsirləndirilən şəxs əynində qara rəngli ayaqqabı, göy rəngli cins şalvar, qara rəngli gödəkcə və göy rəngli uzun qol köynək olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansısa bir qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qızılı qəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “daş” olduğunu və onu tapdığını bildirmişdir. Həmin büküm elektron tərəziyə qoyulan zaman çəkisinin 0,6 qram olması müəyyən edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə Şahid4 siqaret pulunun qarşılığında 1 ədəd bükümdə psixotrop maddə metamfetamin satmasını da könüllü şəkildə bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon isə əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilən zaman “Honor X8B” markalı mobil telefon vasitəsilə video-çəkiliş aparılmış və 01 ədəd dvd diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Sumqayıt Regional Bölməsi fiziki-kimyəvi ekspertizasının 08 mart 2025-ci il tarixli, 20/42 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə “01” ədəd bükümdə təmiz çəkisi 0,312 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Sumqayıt Regional Bölməsi fiziki-kimyəvi ekspertizasının 20 mart 2025-ci il tarixli, 20/113 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,420 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminlə və Şahid4 üzərindən aşkar olunmuş metamfetaminin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 1865 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyada məcburi müalicəyə ehtiyacı vardı. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə çəkisi 0,420 qram psixotrop maddə metamfetamin və Şahid4 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə çəkisi 0,312 qram psixotrop maddə metamfetamin müstəntiq Taleh Ağayevin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarları ilə maddi sübut kimi tanınmış və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,370 qram qalığı kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinin yoxlanması zaman aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD diskə xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ- nin müstəntiqi, Taleh Ağayev tərəfindən təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Xaçmaz rayon məhkəməsinin icraatında olan 4(067)- 44/2025 saylı “həbs qətimkan tədbirinin seçilməsi haqqında” işin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının videoyazısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qapalı məhkəmə iclası zamanı hakim tərəfindən Təqsirləndirilən şəxs cinayətin törədibtörətməməsi ilə bağlı suallar verilmiş və Təqsirləndirilən şəxs səmimi olaraq bir neçə dəfə vurğulamışdır ki, cinayət onun tərəfindən törədilib, o özünü CM-nin 234.2-ci maddəsi ilə yəni narkotik vasitələrin satışı maddəsi ilə təqsirli bilir, ona heç bir təsir və təzyiq göstərilməmiş və gələcəkdə də, ona elan olunmuş ittihamdan imtina etməyəcəkdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Cinayət işi materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddələri ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərarı ilə 04 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il, ağır cinayət törətməyə görə isə 6 (altı) il, xüsusilə ağır cinayət törətməyə görə 8 (səkkiz) keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir, yəni o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi vardır. Beləliklə, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 03 avqust 2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,732 qram olan psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşıyaraq həmin psixotrop maddənin 0,312 qram hissəsini 07 mart 2025-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Şahid4 05 manat pul vəsaiti müqabilində satmış, bu fakt Şahid4 Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 07 mart 2025-ci il tarixdə saat 20:00-20:11 müddətində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz filialının inzibati binasının yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,312 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə, habelə özü 19 mart 2025-ci il tarixdə Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəxsiyyətlər Parkında” Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib orada üzərinə 19 mart 2025-ci il tarixdə saat 21:41-21:51 müddətində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,420 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq psixotrop maddəni satmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirsiz hesab etmiş, psixotrop maddə metafetaminin satmadığını, ona psixi və fiziki təzyiq göstərildiyini və bu səbəbdən də ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini bildirmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, şahidlə üzləşdirilməsi ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticələrini, həbs qətimkan tədbiri seçilərkən hakim qarşısında verdiyi ifadəsini əsas götürür və təqsirləndirilən şəxsin özünü təqsirsiz hesab etməsi, psixotrop maddə metafetaminin satmadığını, ona psixi və fiziki təzyiq göstərildiyini və bu səbəbdən də ibtidai istintaq zamanı o, cür ifadə verdiyini bildirməsi özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs psixotrop maddənin başqa şəxsə satmadığını bildirsə də, iş materialları ilə bu tamamilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin özünə məxsus olmaması və ümumiyyətlə Şahid4 heç bir narkotik vasitəsinin satamaması kimi irəli sürdüyü fikirlərlərlə törətdiyi CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunacağına ümid etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs oğuna hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətlərin residivinin olmasını, əvvəllər də eyni qəbildən olan cinayətin törədilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 19 mart 2025-ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 21 mart 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğuna narkomaniyadan məcburi müalicə təyin edilməli və xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə çəkisi 0,420 qram psixotrop maddə metamfetaminin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,370 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Şahid4 üzərindən aşkar edilmiş psixitrop maddə psixotrop maddə metamfetaminin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,242 qram qalığın Xaçmaz rayon məhkəməsinin 1(067)- 1202025 saylı hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs oğundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğuna narkomaniyadan məcburi müalicə təyin edilsin və xx.xx.2023cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə çəkisi 0,420 qram psixotrop maddə metamfetaminin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,370 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şahid4 üzərindən aşkar edilmiş psixitrop maddə metamfetaminin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,242 qram qalığın Xaçmaz rayon məhkəməsinin 1(067)-1202025 saylı hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar