Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-134/2020 15.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ET D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla idarə etdiyi VAZ-21102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtolmobillə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində quru hava şəraitində Nabran-Xudat avtomobil yolu ilə Xudat şəhəri istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub sürət həddini aşaraq yaşayış məntəqəsi daxilində 67 km/saat sürətlə hərəkətdə olarkən yolun 9-cu kilometrliyinin Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində yerləşən «Fortuna» restoranının qarşısından keçən hissəsində həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması və avtomobilin sağ yan tərəfi ilə yolu sağdan sola keçən piyadalar, xx xxxxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və xx xxxxxxx 1961-ci il təvəllüdlü X5 vuraraq, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş yarası, sol said, sağ əl və sol baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə Nurməhəmməd Seyidəliyevin onurğa beyinin zədələnməsi ilə V-Vİ boyun fəqərələrinin qəlpəli sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır, alt çənə və sağ said sümüklərinin sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sağ qaş nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol tərəf alın, sol çiyin, sol said və sol böyür nahiyələrinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər alaraq zədə şokundan ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində qonşuları Şahid1 və Şahid2 ilə birlikdə istirahət etmək üçün ona məxsus VAZ- 21102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Nabran kəndinə getmişlər. Bir neçə saat dəniz kənarında istirahət etdikdən sonra saat 22 radələrində geri qayıtmaq məqsədi ilə yola çıxmış və həmin vaxt Şahid1 avtomobildə qabaq oturacaqda, Şahid2 isə arxa oturacaqda əyləşmişdir. Avtomobili Nabran-Xudat avtomobil yolunda, yolun özünə aid hərəkət zolağı ilə saatda 60-70 km sürətlə Xudat istiqamətinə hərəkət etdirib həmin yolun Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində yerləşən «Fortuna» restoranının qarşısından keçən hissəsinə çatdıqda qarşıda, təxminən 15-20 metr məsafədən adlarını sonradan bildiyi X6 və Zərərçəkmiş şəxs piyada yolu sağdan sola keçmək istədiklərini görmüşdür. O, avtomobilin səs siqnalından istifadə edərək piyadaları vurmamaq üçün yolun sol hərəkət zolağına çıxmış, piyadaların onu görüb dayanacaqlarını və keçib gedə biləcəyini fikirləşmiş, lakin sol hərəkət zolağına çıxdıqdan sonra piyadaların hərəkətlərini davam etdirdiklərini görüb əyləci basmışdır. Buna baxmayaraq avtomobili tam dayandıra bilməmiş və aralarındakı məsafə az olduğundan avtomobilin sağ yan tərəfi ilə piyadaların hər ikisini vurmuşdur. Piyadalardan birinin avtomobilin qabaq alın şüşəsinin sağ küncünə dəydiyini görsə də, digər piyadanın avtomobilin hansı hissəsinə dəydiyini görməmiş və hadisədən sonra avtomobili saxlayıb dərhal yerə düşmüşdür. Onun arxasınca Pərviz və İkram da avtomobildən düşmüş, onlar həmin piyadalara yaxınlaşdıqda onların hər ikisinin yolun hərəkət hissəsinin mərkəzində uzanıqlı vəziyyətdə olduqlarını və onlardan Nurməhəmməd Seyidəliyevin vəziyyətinin yaxşı olmadığını, digər piyada Zərərçəkmiş şəxs vəziyyətinin isə nisbətən yaxşı olduğunu görmüşdür. O, dərhal istifadəsində olan telefonla əvvəlcə X19, sonra isə Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra Nurməhəmməd Seyidəliyevin vəziyyəti pis olduğundan X21 avtomobilini gözləmədən Pərviz və İkramla köməkləşib onu öz avtomobilinə əyləşdirmiş və Xudat şəhər xəstəxanasına yola düşmüşdür. Pərviz və İkramdan isə xəsarət almış Zərərçəkmiş şəxs başqa bir maşınla xəstəxanaya çatdırmalarını xahiş etmişdir. Hadisə yerindən bir qədər aralandıqdan sonra yolda qarşıdan X21 avtomobilinin gəldiyini görüb onu saxlatmış və xəsarət almış Nurməhəmməd Seyidəliyevi həmin X21 avtomobilinə əyləşdirib Xudat şəhər xəstəxanasına yola salmış və özü də onların arxasınca xəstəxanaya getmişdir. Xudat şəhər xəstəxanasında həkimlər Nurməhəmməd Seyidəliyevi müayinə edərkən onun artıq öldüyünü və buna görə də onun Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının meyitxanasına aparılacağını bildirmişlər. Pərvizlə telefon əlaqəsi saxlayıb xəsarət almış Zərərçəkmiş şəxsla maraqlandıqda onun da Xudat şəhər xəstəxanasına yola salındığını öyrənmiş və bundan sonra Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gəlmişdir. Xəstəxanada polis əməkdaşları hadisə ilə bağlı maraqlandıqda onlara hadisənin onun tərəfindən törədildiyini bildirmiş və onlarla birlikdə yenidən hadisə yerinə qayıdaraq hadisə yerinin müayinəsində iştirak etmişdir. Öz əməlindən dərin peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz şəhər sakini X1 iki il olar ki, tanımış və onunla münasibəti yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə bibisi oğlu Şahid3la birlikdə ünvan 2 kirayə evlərin ünvanlarını götürmək məqsədi ilə Xaçmaz rayonunun İstisu qəsəbəsinə gəlmiş, saat 14 radələrində Nurməhəmməd Azərə zəng edib harada olduğunu soruşmuş və Azər Nurməhəmmədə onunla birlikdə Xaçmaz rayonu İstisu qəsəbəsinin yaxınlığında olduqlarını demişdir. Nurməhəmməd onların yanına gəldiyini demiş və bir saat keçməmiş onların oturub çay içdikləri Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən «Fortuna» restoranının qarşısındakı çayxanaya gəlmişdir. Nurməhəmmədlə görüşdükdən sonra üçü birlikdə oturub söhbət edərək çay içmiş, sonra isə Azərə məxsus avtomobillə həmin ərazidə kirayə verilən bir neçə evə baxmış və həmin ərazidə, dənizin sahilində yerləşən masalardan birində əyləşib marketdən alıb özləri ilə gətirdikləri ərzaqla nahar etmişlər. Nahar edərkən sprtli içki içib, dənizdə çimərək istirahət etmişlər. Oradan çıxdıqdan sonra yenidən çayxanaya qayıdaraq çay içmişlər. Həmin vaxt artıq saat 19 radələri olmuş, Nurməhəmmədlə çayxanada çay içərkən Azər onlara sahildə saxladığı avtomobilinə baş çəkib qayıdacağını demiş və onlardan ayrılıb getmişdir. Saat 21 radələrində Nurməhəmədlə özü çayxanadan çıxıb sahilə getmək üçün yolu keçmək istəyərkən sol tərəfdən sürətlə gələn avtomobil onların hər ikisini vurmuş, zərbədən o, asfaltın üzərinə çırpılmış və huşunu itirmişdir. Bir qədər sonra özünə gəldikdə Azərə zəng edib onları maşın vurduğunu demiş və yanlarına çağırmışdır. Həmin vaxt artıq onları vurmuş avtomobilin sürücüsünün Nurməhəmmədi xəstəxanaya apardığını bilmiş, Azər hadisə yerinə gələnə kimi orada olan tanımadığı şəxslər onu da X21 avtomobilinə mindirmiş və Xudat şəhər xəstəxanasına yola salmışlar. Xudat şəhər xəstəxanasında həkimlər onu müayinə edib Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yola salmış, Xaçmaz xəstəxanasında ona tibbi yardım göstərildikdən sonra o, evə buraxılmış və Nurməhəmmədin aldığı xəsarətlərdən hadisə yerində ölməsi sonradan ona məlum olmuşdur. Onları vurmuş avtomobilin sürücüsünün Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olması sonradan ona məlum olmuşdur. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs X3 hüquqi varisi X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirməklə ərizəsinin nəzərə alınmasını və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs X3 hüquqi varisi X7 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəsini də göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış X7 göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 22 radələrində Xaçmaz şəhərində yaşayan bibisi oğlu Teymur ona zəng edərək atası Nurməhəmmədi avtomobil vurduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdir. Dostu Rizvan onu Xaçmaz şəhərinə gətirmiş, orada atası Nurməhəmmədin aldığı xəsarətlərdən hadisə yerində ölməsi ona məlum olmuşdur. Sonradan hadisə ilə bağlı maraqlananda mərhum atası Nurməhəmmədin istirahət üçün ev tutmaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxsla birlikdə Xaçmaz rayonu Nabran istirahət mərkəsinin ərazisində yolu keçmək istəyərkən onların hər ikisinin avtomobillə vurulduğunu, atası Nurməhəmmədin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü, Zərərçəkmiş şəxs isə xəsarət alsa da sağ qaldığını bilmişdir. Şəxsən özü hadisəni görməmiş və bununla bağlı ətraflı məlumatı olmamışdır. Hadisəni törətmiş sürücünün Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 İbrahim oğlu göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində qonşusu Təqsirləndirilən şəxs və digər qonşusu Şahid2 ilə birlikdə Tərlana məxsus VAZ-21102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib ünvan 2ki çimərliyə getmişlər. Dəniz kənarında bir neçə saat istirahət edib çimdikdən sonra təxminən saat 22 radələrində geri qayıtmaq üçün yola çıxmış, avtomobili Tərlan özü idarə etmiş, o, Tərlanın yanında, İkram isə arxa oturacaqda əyləşmiş və Tərlan avtomobili yolun özünə aid hərəkət zolağı ilə saatda 60-70 km sürətlə Xudat istiqamətinə hərəkət etdirməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra qarşıda, təxminən 25-30 metr məsafədən qəflətən yolu keçmək istəyən iki piyadanın olduğunu görmüş və bu barədə dərhal Tərlanı xəbərdar etmişdir. Tərlan yolu keçmək istəyən piyadaları görən kimi avtomobili sola meylləndirib əks hərəkət zolağına çıxmaqla əyləci basmışdır. Buna baxmayaraq piyadalar qol-qola tutub biri digərindən bir addım irəlidə olmaqla avtomobilə tərəf hərəkətlərini davam etdirdiklərindən onlar avtomobilin sağ yan tərəfinə dəyərək yolun hərəkət hissəsinə yıxılmış və zərbədən avtomobilin arxa qapısının şüşəsi sınmışdır. Tərlan avtomobili saxlayan kimi hər üçü avtomobildən düşərək piyadalara yaxınlaşmış və həmin vaxt onlardan birinin huşsuz vəziyyətdə, digərinin isə özündə olduğunu görmüşdür. Tərlan dərhal istifadəsində olan telefonla əvvəlcə X19, sonra isə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə hadisə barədə məlumat vermişdir. Piyadalardan şəxsiyyəti sonradan ona X2 məlum olan şəxsin vəziyyəti yaxşı olmadığından onlar köməkləşib onu Tərlanın avtomobilinə əyləşdirərək Xudat şəhər xəstəxanasına yola salmışlar. Zərərçəkmiş şəxs da hadisə yerinə gəlmiş X21 avtomobilinə mindirib Xudat şəhər xəstəxanasına yola salmış və özləri hadisə yerində dayanıb gözləmişlər. Bir qədər sonra Tərlan özü də polis əməkdaşları ilə birlikdə qayıdıb hadisə yerinə gəlmiş və müayinədə iştirak etmişdir. Tərlanın xəstəxanaya apardığı piyada Nurməhəmməd Seyidəliyevin aldığı xəsarətlərdən yolda öldüyü sonradan ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 İbrahim oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma dayısı oğludur. X1 da tanımışdır. xx xxxx 2020-ci il tarixdə özünə məxsus “Mersedes Benz” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 kirayə evlərin ünvanlarını götürmək məqsədi ilə dayısı oğlu İbrahimlə birlikdə Xaçmaz rayonunun İstisu qəsəbəsinə getmişdir. Saat 14 radələrində İbrahimlə birlikdə olduqları zaman mərhum Nurməhəmməd Seyidəliyev zəng etmiş və harada olduğunu soruşmuşdur. Nurməhəmmədə İbrahimlə birlikdə Nabran ərazisində evlərə baxdıqlarını dedikdə o, kirayə ev istədiyini və özünün də Nabrana gəldiyini bildirmişdir. Telefon əlaqəsindən təxminən bir saat sonra Nurməhəmməd taksi ilə gəlib yanlarında düşmüş, bundan sonra onlar üçü birlikdə «Fortuna» restoranının qarşısındakı çayxanada oturub çay içmiş, sonra isə həmin ərazidə yerləşən evlərə baxmağa başlamışlar. Həmin vaxt artıq nahar fasiləsindən keçsə də, çörək yemədiklərinə görə mağazadan ərzaq alıb «Fortuna» restoranının qarşısında, sahildə avtomobili saxlayaraq çörək yemiş, çörək yeyərkən üçü birlikdə bir litr araq içmiş və dənizdə çimib istirahət etmişlər. Bundan sonra yenidən çayxanaya qayıdaraq çay içib söhbət etmişlər. Bir qədər sonra o, sahildə saxladığı avtomobilinə baş çəkmək üçün İbrahimgildən ayrılıb dəniz sahilinə getmiş, orada yenidən dənizdə çimmiş və günəş şüası qəbul etmişdir. Bu zaman İbrahimdən ona zəng gəlmiş və o, ağır nəfəs ala-ala yolu keçərkən onları avtomobil vurduğunu demişdir. O, paltarlarını geyinib həmin yerə gəlmiş və İbrahimgilin xəstəxanaya yola salındığını bilmişdir. İçkili olduğundan öz avtomobilini idarə etməyib yol maşını ilə Xudat şəhər xəstəxanasına getmiş, ora çatdıqda artıq X9 Mərkəzi Rayon Xəstəxanasına yola salındığı ona məlum olmuşdur. Buna görə də İbrahimə zəng edib harada olduğunu və vəziyyətini soruşduqda o, əzildiyini, lakin Nurməhəmməd barədə məlumatının olmadığını bildirmişdir. İçkili olduğundan həmin gün Xaçmaza qayıtmayıb orada qalmış və səhəri gün Xaçmaz şəhərinə qayıdıb İbrahimlə görüşdükdə onun hadisə nəticəsində müəyyən xəsarətlər alsa da, vəziyyətinin yaxşı olduğunu, Nurməhəmmədin isə aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, hadisə yerinin sxemindən və əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Nabran-Xudat avtomobil yolunun 9-cu km-i, Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən «Fortuna» restoranının qarşısından keçən hissəsidir. Həmin yerdə yolun eni 7,4 metr olmaqla yolu iki hissəyə ayıran qırıq-qırıq xətt vardır. Avtomobilin hərəkətinə görə yolun sol tərəfində 2 metr, sağ tərəfində 5 metr enində daşlı-çınqıllı ehtiyat hissə, sağ ehtiyat hissədən sonra restoran və çayxana, sol tərəfində isə dəniz sahilinə düşən boş ərazi vardır. Yol asfalt örtüklü olmaqla baxış zamanı quru və hamardır. Hadisə yolun avtomobilin hərəkətinə görə sol tərəfində, yəni əks hərəkət zolağında baş vermişdir. Aparılmış ölçmələrlə müəyyən edilmişdir ki, sürücü piyadaları 15- 20 metr məsafədən görmüş, lakin avtomobilə tormozlama etmədən əvvəlcə yolun əks hərəkət zolağına çıxmış, piyadaların dayanmadan hərəkətlərini davam etdirdiklərini gördükdə isə əks hərəkət zolağında ümumi uzunluğu 23 metr olan tormozlama etmişdir. Belə ki, piyadaları vurana kimi 17 metr, piyadaları vurduqdan sonra isə 6 metr tormozlama etməklə ümumilikdə 23 mert tormozlama ilə məsafə qət etmişdir. Hadisədən əvvəl VAZ- 21102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla hadisə zamanı avtomobildə yük olmamış, sürücü Təqsirləndirilən şəxs başqa avtomobildə iki sərnişin olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən edən tibbi müayinə protokolundan və həmin tarixli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 28 nömrəli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü X1n meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyiti üzərində onurğa beyinin zədələnməsi ilə V-Vİ boyun fəqərələrinin qəlpəli sınığı, alt çənə və sağ said sümüklərinin sınığı, sağ qaş nahiyəsinin əzilmiş yarası, sol tərəf alın, sol çiyin, sol said və sol böyür nahiyələrinin sıyrıqları kimi xəsarətlər olmuşdur. Qeyd olunan xəsarətlərdən onurğa beyinin zədələnməsilə İ-Vİ boyun fəqərələrinin qəlpəli sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, alt çənə və sağ said sümüklərinin sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sağ qaş nahiyəsinin əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol tərəf alın, sol çiyin, sol said və sol böyür nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər həyatı olub xx xxxx 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. N.S.Seyidəliyevin ölümünə səbəb zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti müayinədən 4-5 saat əvvələ uyğun gəlir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 349 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər- alın nahiyəsinin əzilmiş yarası, sol said, sağ əl və sol baldır nahiyələrinin sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2020-ci tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1015 nömrəli rəyindən görünür ki, “VAZ-21102” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər X17 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X15 yaşayış yeri üzrə müsbət səiciyyələndirilir. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər X17 üzrə nüməyəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 495 saylı arayışdan və AZ-İ № 849729 saylı və AZ İİ № 471099 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx xxxxxx 2016cı il tarixdə anadan olmuş X16 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X14 adlı iki nəfər azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla idarə etdiyi VAZ-21102 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtolmobillə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində quru hava şəraitində Nabran- Xudat avtomobil yolu ilə Xudat şəhəri istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub sürət həddini aşaraq yaşayış məntəqəsi daxilində 67 km/saat sürətlə hərəkətdə olarkən yolun 9-cu kilometrliyinin Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində yerləşən «Fortuna» restoranının qarşısından keçən hissəsində həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması və avtomobilin sağ yan tərəfi ilə yolu sağdan sola keçən piyadalar, xx xxxxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və xx xxxxxxx 1961-ci il təvəllüdlü X5 vuraraq, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş yarası, sol said, sağ əl və sol baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə Nurməhəmməd Seyidəliyevin onurğa beyinin zədələnməsi ilə V-Vİ boyun fəqərələrinin qəlpəli sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır, alt çənə və sağ said sümüklərinin sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sağ qaş nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol tərəf alın, sol çiyin, sol said və sol böyür nahiyələrinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər alaraq zədə şokundan ölməsinə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb eilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında qeyd edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayət xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olması, hadisədən dərhal sonra zərər çəkmiş şəxsləri xəstəxanaya çatdırmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda sadalanan cəzanı yünglləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasını qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 100 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Elxan Allahverdiyevin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 11 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(067)-134/2020 saylı qərarı əsasında isə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 6 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dövlət hesabına göstərdiyi cəmi 11 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 66 manat, məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 6 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 36 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əsas cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dövlət hesabına göstərdiyi cəmi 11 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 66 (altmış altı) manat, məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 6 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 36 (otuz altı) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-134/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-134/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver