Məhkəmə qərarları › İş №1(067)-135/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-135/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-135/2020 22.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X7 nümayəndəsi X5, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8, xx.xx.1991-ci ildə Quba rayonunun Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Xaçmaz rayonunun, Tikan -oba kəndində yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş materialına baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz balıq tutmaq məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində rezin qayıqla Xaçmaz rayonunun Sibiroba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar və ədəd rezin kombinezondan istifadə etməklə bir qədər dənizin icərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, cilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları Xəzər dənizində qurmuşdur. Ertəsi gün, yəni xx xxxxxxxx 2020-ci il saat 13:15-dək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 275 manat təşkil edən 3 ədəd dəniz sıfı, hər biri 11 manat təşkil edən 6 ədəd kefal və hər biri 11 manat təşkil edən adi siyənək balıqlarını xeyli miqdarda, yəni 1012 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş və həmin balıqları qayığa yığıb sahilə çıxarkən X12 X13 Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və ondan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası JM-in 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonunun, Tikan-oba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmır. Maddi vəziyyətinin ağır olması səbəbindən Xəzər dənizində qanunsuz balıq tutmaqla, ailəsini qida ilə təmin etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində rezin qayıqla Xaçmaz rayonunun Sibiroba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar və ədəd rezin kombinezondan istifadə etməklə bir qədər dənizin icərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, cilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları Xəzər dənizində qurmuşdur. Ertəsi gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə torları yoxlayarkən, 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqları olduğunu müəyyən etmişdir. Sahilə yaxınlaşan zaman, mülki geyimdə olan bir necə nəfər onu saxlamışlar. Həmin şəxslər özlərini X12 İdarəsinin əməkdaşları kimi təqdim etmiş və ondan balıq ovuna icazəsi olub-olmamasını soruşmuşlar. O, sonunculara bildirmişdir ki, Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç bir vaxt olmamışdır. Yoxlama zamanı onlar onun 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarını aşkar edib götürmüşlər. Qanunsuz balıq ovu nəticəsində dövlətə vurduğu 1012 manat məbləğində maddi ziyanı ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında mülki iddiaçı – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və mühafizəsi Departamentinin səlahiyyətli nümayəndəsi X9 mülki iddianı müdafiə edərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz balıq ovu ilə məşqul olarkən, STPİN-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Ondan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqları aşkar edilib götürülmüşdür. Faktla bağlı Təqsirləndirilən şəxs barəsində X12 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020ci il tarixdə protokol tərtib edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği 1012 manat məbləğindədir. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam olaraq ödəmişdir. İş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Xaçmaz xətt polis məntəqəsinin polis nəfəri Şahid2 ifadə verərək bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə X12 X13 polis Məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə, dənizdə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, saat 13:15 radələrində Xaçmaz rayonunun Sibiroba kəndi istiqamətindən Xəzər dənizindən rezin qayıqla sahilə çıxan Təqsirləndirilən şəxs saxlamışlar. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqları aşkar edilərək, maddi sübut kimi götürülmüşdür. Bundan sonra bu barədə müvafiq protokol tərtib edilərək, tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Balıqlar tez xarab olan ərzaq malı olduğundan, «xxxxxxxxxxx» ASJ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüş 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları müvəqqəti saxlaması tərəflərindən qəbul olunmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid1 və Şahid3, Şahid2 ifadəsi ilə analoci ifadələr vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə X12 X13 Polis Məntəqəsinin əməkdaşları tərəfindən Xəzər dənizində qanunsuz balıq tutanlara qarşı keçirilən mübarizə xarakterli tədbirdə o, hal şahidi qismində iştirak etmişdir. Belə ki, həmin gün saat 13:15 radələrində tədbir keçirilərkən, Xaçmaz rayonunun Sibiroba kəndi istiqamətindən Xəzər dənizindən rezin qayıqla sahilə çıxan Təqsirləndirilən şəxs saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarını aşkar edilərək, maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs maddi vəziyyətinin ağır olduğu üçün məcburiyyət qarşısında qalıb 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarını aşkar edilmiş cilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd toru vasiətəsi ilə Xəzər dənizindən tutduğunu bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs izah etdi ki, Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç bir vaxt olmamışdır. Bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid5, Şahid4 ifadəsi ilə analoci ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xaçmaz RİHB-nın Uzunoba İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz RİHB-nın Uzunoba İƏD-si tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan 1012 manat məbləğində pul tam olaraq tərəfindən ödənilmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Xaçmaz rayonunun Sibiroba kəndi ərazisində qanunsuz balıq tutarkən, Su NPİ-nin Xaçmaz XPM-nin əməkdaşları tərəfindən yaxalanmış və ondan Xəzər dənizindən qanunsuz olaraq 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarını tutması aşkar edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli Qaimədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarını «xxxxxxxxxxx» ASJ-nə təhvil verilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxsməxsusqanunsuz balıq ovladığı ov alətləri - 1 ədəd rezin qayığını, 2 ədəd taxta avarlar, cilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd toru maddi sübut kimi Su NPİ-nin Xaçmaz XPM-ində saxlanılır. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutmaq məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində rezin qayıqla Xaçmaz rayonunun Sibiroba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar və ədəd rezin kombinezondan istifadə etməklə bir qədər dənizin icərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, cilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd torları Xəzər dənizində qurmuşdur. Ertəsi gün, yəni xx xxxxxxxx 2020-ci il saat 13:15-dək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 275 manat təşkil edən 3 ədəd dəniz sıfı, hər biri 11 manat təşkil edən 6 ədəd kefal və hər biri 11 manat təşkil edən adi siyənək balıqlarını xeyli miqdarda, yəni 1012 manat məbləğində ziyan vurması faktı tamami İlə sübuta yetir. Təqsirləndirilən şəxs DənyarovTural Bəxtiyar oğlunun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görədə o, həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin Qeydinə əsasən CM-nin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə min manat dan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnın 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olumasına və ailəsinin həyat şəraitinə təsirini geniş müzakirə etmiş və nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngulləşdirən hallar kimi, eləcədə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. «xxxxxxxxxxx» ASC-nə təhvil verilmiş, ümumi çəkisi 5.80 kq 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarının satışından əldə edilən 8 manat 80 qəpik məbləğində pul vəsaiti «xxxxxxxxxxx» ASC-nin hesabından dövlət büdcəsinə keçirilməlidir. Xaçmaz XPM-də saxlanılan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd balıq toru EkologiyavəTəbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və X4 hövzələrində bio resursların mühafizə xidmətinə verilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası DənyarovTuralBəxtiyaroğlunun yaşayış yeri üzrə Xaçmazrayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti DənyarovTuralBəxtiyaroğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. «xxxxxxxxxxx» ASC-nə təhvil verilmiş, ümumi çəkisi 5.80 kq 3 ədəd dəniz sıfı, 6 ədəd kefal və 11 ədəd adi siyənək balıqlarının satışından əldə edilən 8 manat 80 qəpik məbləğində pul vəsaiti «xxxxxxxxxxx» ASC-nin hesabından dövlət büdcəsinə keçirilsin. Xaçmaz XPM-də saxlanılan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 2 ədəd balıq toru Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və X4 hövzələrində bio resursların mühafizə xidmətinə verilsin. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar