Məhkəmə qərarları › İş №1(067)-136/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-136/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-136/2021 21.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1966-cı ildə Astara rayonunun Marzəsəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Astara rayonunun Marzəsəy kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 20 iyun 2021-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 22 iyun 2021-ci il tarixə saat 08:00-dək hər biri 275 manat olmaqla 3 ədəd dəniz sıfı və hər biri 11 manat olmaqla 17 ədəd adi siyənək balıqlarını qanunsuz tutaqraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1012 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 08:00-da sahilə çıxarkən X8 İdarəsinin X9 bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzaunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 20 iyun 2021-ci il tarixdə saat 19 radələrində balıq tutmaq məqsədi ilə taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək Xəzər dənizinin sahilinə gəlmiş və ona məxsus 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək Xəzər dənizinə girib jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları suda qurub evinə qayıtmışdır. 22 iyun 2021-ci il tarixdə, saat 07:00-da yenidən Xaçmaz rayponu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib qurduğu toru yığarkən görmüş ki, 08:00-dək 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları tutmuşdur. Toru tutduğu balıqlarla birlikdə qayığa yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 08:00da sahilə çıxarkən X8 idarəsinin X9 bölməsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün bılıqovlama bileti yoxdur. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd taxta qayığı baxış keçirərkən içərisində 2 ədəd taxta avar, jılka adlanıdırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torlar, həmin balıqovlama vasitələri ilə Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarını aşkar edərək götürmüşlər və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirib, protokol tərtib etmişlər. Həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsini qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Tələb olunan mülki iddianı qəbul edir və maddi ziyanı ödəyəcəkdir. İş üzrə mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Departamentinin səlahiyyətli nümayəndəsi Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 20 iyun 2021-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 22 iyun 2021-ci il tarixə saat 08:00-dək hər biri 275 manat olmaqla 3 ədəd dəniz sıfı və hər biri 11 manat olmaqla 17 ədəd adi siyənək balıqlarını qanunsuz tutaqraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1012 manat məbləğində ziyan vurmuşdur. Həmin ziyanı hal-hazıradək Təqsirləndirilən şəxs ödəməmişdir. Ona görə də mülki iddia təmin olunmaqla dövlət balıq ehtiyatlarına vurulmuş 1012 manat ziyanın Təqsirləndirilən şəxs məcburi tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 idarəsinin X9 Bölməsinin polis nəfəri Şahid2 göstərdi ki, 22 iyun 2021-ci il tarixdə X8 bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xaraketrli tədbirlər keçirilərkən, həmin tarixdə saat 08 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə rəsmi icazə olmadan Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutulmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur və heç vaxt olmamışdır. Baxış keçirilməsi ilə əlaqədar protoktol tərtib edilmiş və həmin protokol iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 idarəsinin X9 Bölməsinin polis nəfəri Şahid3 məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, 22 iyun 2021-ci iltarixdə X8 İdarəsinin X9 bölməsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xaraketrli tədbirin nəticəsi ilə əlaqədar olaraq hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 08 radəlrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşlrı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Əhmə\dov Məmməd Sahib oğlundan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitəsi olan torlar və qanunsuz tutduğu balıqlar X8 İdarəsinin X9 bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istinqatında şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidadi istintaqda şahid qismində dindirilmiş ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış X8 İdarəsinin X9 bölməsinin rəisi, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyun 2021-ci ilt tarixdə X8 idarəsinin X9 bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 08 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlanıdırılan sistetik sapdan toxunmuş 2 ədəd tor, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zmanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutulmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 24 iyun 2021-ci il tarixli, 21/361 nömrəli məktubundan görünür ki, 23 iyun 2021-ci il tarixə kimi Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 iyun 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 275 manat olmaq 3 ədəd dəniz sıfı və hər biri 11 manat olmaqla 17 ədəd adi siyənək balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1012 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 09.04.2014-cü il tarixli, 1(067)-43/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20 % dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Xaçmaz rayon icra və probasiya şöbəsinin 04 avqust 2021-ci il tarixli, 586 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 201-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən o, Xaçmaz rayon icra şöbəsinin 08 avqust 2016-cı il tarixli qərarı ilə Xaçmaz rayon məhkəməsinin 09.04.2014-cü il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasından azad olunmuşdur və məhkumluğu ödənilmişdir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovladığı ləvazimatlar- 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar və hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sinentik sapdan toxunmuş 2 ədəd toru müvəqqəti saxlamaq üçün X8 İdarəsinin X9 Bölməsinin rəisi Şahid1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün 22 iuyun 2021ci il tarxli qaimə faktura ilə "xxxx" ASC-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçimüfəttişi Nümayəndə tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarıdır. Həmin balıqların qaununsuz ovlanması nəticəsində balıq ehtiyatlarına ümumilikdə 1012 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X4 Nəzarət sektorunun müdiri Qafar Ağayev tərəfindən imzalanmış iddia ərizəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1012 manat ziyan pulunun tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına verilməsi xahiş olunur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 20 iyun 2021-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avardan istifadə edərək dənizə girib hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş və 22 iyun 2021-ci il tarixə saat 08:00-dək hər biri 275 manat olmaqla 3 ədəd dəniz sıfı və hər biri 11 manat olmaqla 17 ədəd adi siyənək balıqlarını qanunsuz tutaqraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1012 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 08:00-da sahilə çıxarkən X8 İdarəsinin X9 bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzaunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. Olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının 256.1-ci maddəsinə əsasən şəxs tərəfindən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsi, yaşayış yeri üz5rə müsbət səciyyələndirilməsi cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Asatar rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının CM-nin 99-1.1.1-ci maddəsinin mahiyyətindən görünür ki, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X8 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzaunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil təhvil verilməsi nəzərə alınmalı, həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1012 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «X3- kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO ******************** SWİFT:BİK CTREAZ 22, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: AZ78CTRE******************** Vöen:**********, təsnifat kodu: 142582, səviyyə kodu 3» nömrəli hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılmasından ötrü X8 İdarəsinin rəisi Şahid1 təhvil verilmiş ov ləvazimatları- 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzaunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlar, dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 3 ədəd dəniz sıfı və 17 ədəd adi siyənək balıqlarının tez xarab olan ərzaq malı olduğu üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi nəzərə alınsın, həmin məhsulların satışından əldə olunan pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia təmin edilməklə, dövlət balıq ehtiyatlarına vurulmuş 1012 (bir min on iki) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «X3kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO ******************** SWİFT:BİK CTREAZ 22, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: AZ78CTRE******************** Vöen:**********, təsnifat kodu: 142582, səviyyə kodu 3» nömrəli hesabına ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar