Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-136/2022 21.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 03 avqust 1972-ci ildə Xaçmaz rayonunun Bayoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, Xaçmaz rayonunun Bayoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Xaçmaz rayonunun Bayoba kəndi ərazisində, həmin kənd ümumi orta məktəbindən qərb istiqamətində 300 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 14 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Belə ki, 21 may 2022-ci il tarixdə, saat 18:25-18:40 müddətində Xaçmaz rayon pols şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Bayoba kəndi ərazisində, həmin kənd ümumi orta məktəbindən qərb istiqamətində 300 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 225 qram olan 14 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanımadığı şəxslərdən marixuana alaraq şəxsi istehlakı üçün istifadə etmişdir. Həmin narkotik vasitədən istifadə etməsinin səbəbi isə gözündə ağrıların olmasıdır. Belə ki, onun gözünə görə 3-cü qrup əlilliyi var. Gözündə kəskin ağrılar olur, həmin ağrılar beynini qıcıqlandırır, gözünün içində quruma olur. Hər gecə həmin ağrıya görə ağrıkəsici dərman qəbul etməli olur. O, harada oldu fəhləlik edib ailəsinə qazanc əldə edir, ağrıkəsici dərmanlara isə çox pul xərcləməli olmuşdur. Marixuana əldə edərək çəkdiyi vaxt içərisindən tapdığı çətənə toxumunu özünün istifadəsi üçün həyətyanı torpaq sahəsində əkib qulluq edib yetişdirmişdir. Həmin çətənə bitkiləri may ayında polis tərəfindən aşkar ediləndə hələ kiçik ölçüdə olmuşlar. Həmçinin bildirmişdir ki, o, üç il olmuşdur ki, marixuanadan istifadə etmiş, o, 15 ədəd çətənə toxumu əkmiş, 14-ü yetişmişdir, əkdiyi çətənə bitkiləri yalnız özünün istehlakı üçün olmuş, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, həmin çətənə bitkilərini əkib-becərməsindən heç kimin xəbəri olmamışdır. Hazırkı iş üzrə cinayət məsuliyyətinə cəlb olunandan hazıradək narkotik vasitədən daha istifadə etmir, narkotik vasitəni əkib-becərməsi yalnız maddi imkanının pis olması səbəbindən gözündəki ağrılara görə ağrıkəsici dərmanları ala bilmədiyindən, marixuandan istifadə edərək isə ağrılarının azalmasına görə olmuşdur. Törətdiyi cinayət əməlinə görə çox peşman olduğunu, bir daha bu kimi əməllərə yol verməyəcəyini, himayəsində olan iki uşağının, ailəsinə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsində aqronom işləyir. 2022-ci ilin may ayında polis əməkdaşları ilə Xaçmaz rayonunun Bayoba kəndinə, həmin kəndin yuxarı hissəsində yerləşən, təqsirləndirilən şəxsin evinə getmişlər, təqsirləndirilən şəxs özü çətənə bitkilərini əkdiyi etiraf edib əkdiyi yeri onlara göstərmişvə həyətyanı torpaq sahəsində kolluq hissədə 14 ədəd çətənə bitkisini aşkar etmişlər. O, həmin çətənə bitkilərinin sulanaraq, ətrafının alaq otlarından təmizlənərək, qulluq edilərək becərildiyini müəyyən etmişdir. Həmçinin bildirmişdir ki, 14 ədəd çətənə bitkisinin əkildiyi həmin yerdə həmin saydan başqa digər çətənə bitkisinin əkildiyi yer olmamış, əkilib inkişafdan qalan olarsa, tərəfindən bu barədə qeyd edilir. Baxış zamanı təqsirləndirilən şəxs onlara on beş ədəd çətənə toxumu əkdiyini deməmiş, demiş olsaydı belə, onlar yalnız torpaqdan yetişərək çıxmış bitkini qeyd edir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 21 may 2022-ci il tarixdə o, Xaçmaz RPŞ-yə dəvət olunmuş və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nemət Xasayev tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüquq və vəzifələri izah olunmuşdur. X6 Xaçmaz rayonu, Bayoba kəndində olan evlərdən birinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərin əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onun da mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 17:50 radələrində o, X10, CAB-nin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 birlikdə Xaçmaz rayonu, Bayoba kəndində olan evlərdən birinin qarşısına getmişlər. Qapını açan şəxs adının Kəraməddin olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra müstəntiq X9 Osmanova yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Müstəntiq X9 Osmanova narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub bir qədər getdikdən sonra ağaclarla əhatə olunmuş yerdə çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini görmüşlər. X10 bitkiləri Təqsirləndirilən şəxs göstərərək həmin bitkiləri onun əkdiyini, nə məqsədlə əkdiyini, toxumları haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da əvvəllər qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları olduğunu, həmin çətənə toxumlarını götürüb özündə saxladığını, çəkməsi üçün özünün əkdiyini bldirmişdir. Bundan sonra X10 təklif etmişdir ki, həmin yerdə əkilmiş bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilibgöstərilməməsini müəyyən etsin. O, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, dibləri yumşaldılmışdır, qulluq olunaraq suvarılmışdır, hündürlükləri də 0,5 metrdən 5 sm-ə qədərdir. Sonra o, həmin bitkiləri tək-tək sayıb 14 ədəd olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da onun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib- yetişdirmişdir. Bundan sonra o, çətənə bitkilərini tək-tək kökündən çıxarıb bir daha sayaraq 14 ədəd olduğunu bildirmiş və həmin bitkilər Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd göy rəngli polietilen torbada qablaşdırılıb möhürləndikdən sonra o və digər iştirakçılar bitkilərin qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilmiş və o, protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Bayoba kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Bayoba kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nun polis nəfəri Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 may 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nə Xaçmaz rayonunun Bayoba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Bu barədə polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Bayoba kəndindəki evinə getmoişlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra müstəntiq X9 Osmanova yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirmiş, təqsirləndiriləndən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, təqsirləndirilən də yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmələrinə etirazının olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Müstəntiq təqsirləndiriləndən qanunsuz bitkilər əkibbecərməsi barədə soruşduqda təqsirləndirilən əkib-becərdiyini etiraf edərək müstəntiqin təklifindən sonra onları həyətyanı torpaq sahəsində çətənə bitkilərini əkdiyi yerə apararaq həmin bitkiləri göstərmişdir. Baxış zamanı təqsirləndirilən həmin çətənə bitkilərini özünün şəxsi istehlakı üçün əkdiyini bildirmişdir. Müstəntiq baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom da bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduğunu, həmin bitkilərə qulluq olunduğunu bildirmişdir. Həmin 14 ədəd çətənə bitkisi ekspertizaya təqdim edilməsi üçün qablaşdırılıb götürülmüşdür. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər əməliyyat məlumatı, həmçinin barəsində narkotik vasitə satışı ilə bağlı məlumat daxil olmamışdır. Təqsirləndirilən onlara əkdiyi çətənə bitkilərinin sayı barədə, neçə ədəd toxum əkdiyi barədə heç nə deməmiş, cəmi 14 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-yə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar təqsirləndirilən şəxsin yaşadığı ünvana gedib aqronomun da iştirakı ilə həyətyanı torpaq sahəsində 14 ədəd çətənə bitkisinin əkildiyini aşkar etmişlər. Həmçinin bildirdi ki, təqsirləndirilənin yaşadığı ünvanda çətənə bitkilərinin başqa yerdə əkildiyini aşkar etməmişlər, çətənə bitkiləri həmin ünvanda yalnız bir yerdə olmuş, təqsirləndirilən onlara əkdiyi çətənə bitkilərinin sayı barədə, neçə ədəd toxum əkdiyi barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-nin cinayət axtarış bölməsinə Xaçmaz rayonu, Bayoba kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz RPŞ-nin cinayət axtarış bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 21 may 2022-ci il tarixdə həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nemət Xasayevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 17:50 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Bayoba kəndindəki evə getmişlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra müstəntiq X9 Osmanova yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra sonuncudan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Müstəntiq X9 Osmanova narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub bir qədər getdikdən sonra ağaclarla əhatə olunmuş yerdə çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini görmüşlər. X10 bitkiləri Təqsirləndirilən şəxs göstərərək həmin bitkiləri onun əkdiyini, nə məqsədlə əkdiyini, toxumları haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da əvvəllər qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları olduğunu, həmin çətənə toxumlarını götürüb özündə saxladığını, çəkməsi üçün özünün əkdiyini bldirmişdir. Bundan sonra X10 baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid4 də bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduğunu, diblərinin yumşaldıldığını, qulluq olunaraq suvarıldığını, hündürlüklərinin 0,5 metrdən 5 smə qədər olduğunu deyərək tək-tək sayıb 14 ədəd olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. Aqronom Şahid4 çətənə bitkilərini tək-tək kökündən çıxarıb bir daha sayaraq 14 ədəd olduğunu bildirmiş və həmin bitkilər bir ədəd göy rəngli polietilen torbada qablaşdırılıb möhürləndikdən sonra iştirakçılar bitkilərin qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılar da protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Bayoba kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Bayoba kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri onun tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 21 may 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və baxış keçirilməsinin videoçəkilişinin qeydə alındığı CD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Bayoba kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. X10 özünü təqdim etdikdən sonra Xaçmaz rayonunun Bayoba kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Xaçmaz RPŞ-yə məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək baxış keçirilməsinə etirazı olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs da etiraz etmədiyini bildirir. X10 baxışda iştirak edən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinin aqronomu Şahid4 təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibəkmədiyini soruşur, Təqsirləndirilən şəxs da «var» deməklə cavab verir. Müstəntiq X9 Osmanova narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif edir və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətə daxil olub bir qədər getdikdən sonra ağaclarla əhatə olunmuş yerdə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi müəyyən edilmiş və X10 aqronom Şahid4 bitkilər haqqında məlumat verməsini xahiş etmiş, Şahid4 də bitkilərə baxdıqdan sonra bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, suvarılaraq qulluq olunduğunu, günəş işığı tutan yerdə olduğunu deyərək sayıb 14 ədəd olduğunu, hündürlüklərinin yarım metrdən 5 sm qədər olduğunu bildirmişdir. Müstəntiq X9 Osmanovdan həmin yeri özünün düzəltdiyini, bitkilərin əkildiyi torpaq sahəsinin özünə aid olduğunu soruşur, Təqsirləndirilən şəxs da «bəli» deməklə cavab verir. X10 həmin bitkiləri nə vaxt əkdiyini, toxumları haradan əldə etdiyini soruşduqda isə Təqsirləndirilən şəxs bitkiləri 2022-ci ilin may ayında əkdiyini, özü marixuana çəkərkən içərisindən çıxmış toxumları əkdiyini bildirmişdir. X10 ekspertizaya təqdim olunmasından ötrü bitkilərin götürüləcəyini bildirmiş, Şahid4 də bitkiləri tək-tək kökündən çıxarıb sayaraq 14 ədəd olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da iştirakı ilə bitkilər 01 ədəd göy rəngli polietilen torbada qablaşdırıldıqdan sonra iştirakçılar bitkilərin qablaşdırıldığı sellofan torbanın üzərinə yapışdırılmış kağızın üzərinə imza etmişlər. İş materiallarında olan 21 may 2022-ci il tarixli “Torpağa və bitkilərə baxış keçirilməsi barədə” mütəxəssis rəyindən müəyyən edilir ki, 21 may 2022-ci il tarixdə Xaçmaz rayonu Bayoba kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən (bağdan) keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş cəmi 14 (on dörd) ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2022-ci il tarixli, 7/526 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı say 14 (on dörd) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 225 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri eyni növə aiddirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən, təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkilərindən təqdqiqata 0,28 qram (hər obyektdən 0,02 qram) sərf edildikdən sonra qalıq 224,72 qram təşkil etmişdir. İş materiallarında olan “Maddi sübutun tanınması barədə” qərardan və 08 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 14 (on dörd) ədəd, yaş vəziyyətdə çəkisi 225 qram təşkil etmiş narkotik təbiətli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 224,72 qram təşkil etmiş 14 (on dörd) ədəd çətənə (kannabis) bitkisi Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 iyul 2022-ci il tarixli, 4080 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişi qeyd olunmuş 01 ədəd CD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cımadəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 19-cu bəndində izah edilir ki, 237-ci maddədə nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir.Əkmə dedikdə - qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başadüşülməlidir.Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə - narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 14 (on dörd) ədəd olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli arayışdan, iş materiallarına əlavə edilmiş qohumluq məlumatları barədə elektron portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2008-ci il və xx.xx.2015-ci il təvəllüdlü uşaqları var. İş materiallarında olan Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Osmanov X1 tam orta məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində özünü cəmiyyətə yararlı bir vətəndaş kimi göstərmişdir. Hal-hazırda təsərrüfat işləri ilə məşğul olur. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyin müayinəsinə dair sənədindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 3-cü dərəcə əlilliyi vardır (gözdən əlillik). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, evli olmasını, biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını, 3-cü dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, evli olmasını, biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını, əlilliyinin olmasını, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 21 may 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad olunmasına dair 23 may 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 iyul 2022-ci il tarixli, 4080 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə məcburi müalicə tətbiq edilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlilliyi səbəbindən narkomaniyadan məcburi müalicə təyin edilməli deyildir. O, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 14 (on dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 14 (on dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 14 (on dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-136/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-136/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver