Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-136/2023 08.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə (Timirzayev) küçəsi dalan 2, ev 28-də qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olduqdan sonra evin mətbəxinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 3 ədəd hər biri 12,90 manat olmaqla ümumilikdə 38,70 manat dəyərində olan 500 qramlıq “Champion” markalı çay paketini, 3 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 500 qramlıq “Berqa” markalı çay paketini, 1 ədəd 32,70 manat dəyərində 1 kiloqramlıq “Champion” markalı çay paketini, 4 ədəd hər biri 4,5 manat olmaqla ümumilikdə 18 manat dəyərində 1 litrlik duru “Final” markalı günəbaxan yağlarını, 2 ədəd hər biri 8,9 manat olmaqla ümumilikdə 17,8 manat dəyərində olan iki litrlik duru “Final” markalı günəbaxan yağlarını, 5 kiloqram 50 manat dəyərində şəkər tozunu, 5 kiloqram 57,50 manat dəyərində kəllə qəndi, 2 ədəd hər biri 8,4 manat olmaqla ümumilikdə 16,8 manat dəyərində olan 2 kiloqramlıq “Sultan" markalı düyünü, 2 ədəd hər biri 3,5 manat olmaqla ümumilikdə 7 manat dəyərində olan 750 qramlıq “Final” markalı pomidor tomatını, 3 ədəd hər biri 3,7 manat olmaqla ümumilikdə 11,1 manat dəyərində olan 800 qramlıq “Richmond” markalı mərcimək paketini, 2 ədəd hər biri 3,5 manat olmaqla ümumilikdə 7 manat dəyərində 800 qramlıq "Richmond” markalı qarabaşaq paketini orada olan hər biri 0,2 manat olmaqla ümumilikdə 0,6 manat dəyərində olan 3 ədəd göy rəngli sellofan paketə yığaraq qanunsuz götürüb aparmaqla ümumilikdə 287,2 manat (iki yüz səksən yeddi manat iyirmi qəpik) məbləğində maddi ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində, Xaçmaz-Xudat yolunun Xudat şəhəri istiqaməti üzrə solunda yerləşən “Həyat inşaat” adlı tikinti malları satılan obyektlə üzbəüz küçədə 100 metr məsafədə yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həyətdəki yardımçı tikilidən 1 ədəd 120 manat dəyərində 5 litrlik odun samovarını, habelə həmin ünvandakı evin pəncərəsinin açıq olmasından istifadə edib içəri daxil olmaqla evin giriş qapısından sağ tərəfdə yerləşən otaqdan 120 manat dəyərində 5 litrlik odun samovarını qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olduqdan sonra evin ön hissəsində olan açıq pəncərədən evə qanunsuz daxil olaraq evin giriş qapısından solda birinci yataq otağındakı sandıqdan 500 (beş yüz) manat məbləğində pulu, həmin otaqdan 1 ədəd üzərində “ZŞV” yazısı həkk olunmuş 120 manat dəyərində samovarı, 1 ədəd 2x2 ölçülü yerli istehsal 7 manat dəyərində döşəkağını (prostinanı), 3 ədəd 1,5x2,5 ölçülü yerli istehsal hər biri 5 manat dəyərində olmaqla ümumilikdə 15 manat dəyərində olan döşəkağını (prostinanı), 1 ədəd 2,5x3 ölçülü yerli istehsal 10 manat dəyərində yorğan üzlüyünü, 1 ədəd 1,5x0,5 ölçülü yerli istehsal 10 manat dəyərində parça stol üzlüyünü, 1 ədəd 1,5x0,5 ölçülü yerli istehsal 5 manat dəyərində hamam dəsmalını, evin giriş qapısından solda ikinci yataq otağından qapısındakı asma kilidi sındıraraq içəri daxil olmaqla 1 qutu, yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) ‘‘Coffee set superior ceramic” markalı 25 manat dəyərində çay dəstini, 3 ədəd orta və 2 ədəd böyük ölçülü markasız, üzərində tovuzquşu rəsmi olan dəst halında 30 manat dəyərində olan qazanları, 6 ədəd kiçik, 1 ədəd böyük olmaqla 7 ədəd üzərində 3 qadın rəsmi olan markasız boşqablar, 2 ədəd üzərində 3 qadın rəsmi olan fincanlar, 1 ədəd üzərində 3 qadın rəsmi olan şəkər qabı, 1 ədəd üzərində 3 qadın rəsmi olan çaynikdən ibarət 50 manat dəyərində 11 predmetli dəsti və 1 ədəd 0,50 manat dəyərində sellofan torbanı götürüb aparmaqla ümumilikdə 772,50 (yeddi yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iş üzrə zərərçəkmiş şəxslərin evlərinə daxil olaraq əmlakları oğurlamışdır. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxslərdən ittiham aktında sadalanan əmlakları oğurlamışdır. Ona zərərçəkmiş şəxslərin evlərindən oğurluq etməsini kimsə deməmiş, o, zərərçəkmişlərin evlərində işıqların yandırılmadığını görərək həmin evlərdə həmin vaxt kimsənin olmadığını bilərək daxil olub oğurluq etmişdir. O, bir vaxt zərərçəkmişlərdən Zərərçəkmiş şəxs3 evinə gedərək sonuncudan metal qəbulu məntəqəsinə satması üçün dəmir qırıntıları almış, həmin zərərçəkmişin evini də həmin vaxtdan tanımışdır. O, Zərərçəkmiş şəxs3 evindən oğurluğu gündüz saatlarında etmişdir. O, Zərərçəkmiş şəxs2 evindən oğurladığı ərzaq məhsullarını aparıb mağazalardan birinə satmış, satdığı şəxs ondan həmin mallar barədə soruşduqda o, həmin malların dostuna məxsus olmaqla dostunun anasının xəstəliyinə görə pula ehtiyacı olduğundan satmaq üçün ona verdiyini demişdir. O, Zərərçəkmiş şəxs3 evindən oğurladığı iki ədəd samovarı satmaq fikri olmuş, lakin satmadan onun özündə qalmış, satmaq üçün heç kimə də müraciət etməmişdir, hazırkı işlə bağlı ifşa olunduqdan sonra həmin samovarlar zərərçəkmişə qaytarılmışdır. O, Zərərçəkmiş şəxs1 evindən oğurladığı əmlakları satmamış, ona da əmlaklarını qaytarmışdır. Lakin o, Zərərçəkmiş şəxs1 evindən 500 manat pulu oğurlamamışdır. O, iş üzrə zərərçəkmiş şəxslərin evlərinə tək daxil olaraq oğurluq etmiş, oğurluq etmək üçün onunla heç kim getməmişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, bağışlanmasını istəmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, anası Şahid1 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, sonuncu ilə aralarında hər hansı bir münasibət olmamışdır. 2022-ci ilin oktyabr ayında maddi cəhətdən çətinlik çəkmişdir. xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Xudat şəhəri, Kovalyov küçəsindən keçərək yaşadığı ünvana gedirmiş. Həmin küçədə tanımadığı bir darvazanın üstündə asma kilit olduğunu görmüşdür və bu qənaətə gəlmişdir ki, evdə heç kim yoxdur. O həmin zaman evə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Qapının yanından hasardan içəri daxil olmuşdur. Evin həyətində mətbəxin olduğunu görmüşdür. Oranın qapısı bağlı olduğu üçün mətbəxin həyətə açılan taxta pəncərəsini əl ilə itələyib açmışdır. Mətbəxə daxil olub orada sol tərəfdə divarın dibində şkafın alt gözünü yoxlayan zaman orada ərzaqların olduğunu görmüşdür. Belə ki, şkafın aşağı gözündə qutularda çayların və digər ərzaq məhsullarının olduğunu görmüşdür. Mətbəxdən tapdığı üzərində qız şəkli olan göy rəngli plastik sellofana oradakı ərzaqları doldurmağa başlamışdır. Belə ki, həmin vaxt oradan çay paketlərini, plastik butulkada günəbaxan yağlarını, şəkər tozu, kəllə qənd, düyü paketlərini, pomidor tomatını, mərcimək və qarabaşaq paketlərini oradan tapdığı 3 ədəd göy rəngli sellofanlara doldurub darvazanın yanından hasarın üstündən aşıb oradan ayrılmışdır. Daha sonra yaşadığı evə gəlmişdir. O həmin ərzaqları ilk öncə Xudatda market işlədən Validə adlı qadına satmaq istəmişdir. Lakin Validə ondan bunları almaq istəmədikdə o onları yaşadığı ünvana gətirmişdir. O, anasına həmin ərzaqları dostunun uşağı xəstə olduğundan satmaq istədiyini, özünün utandığını bildirmişdir. Anasına həmin ərzaq məhsullarını satmasını demişdir və evə qoymuşdur. Anası ondan həmin ərzaq məhsulları barədə soruşduqda o, anasını əmin etmişdir ki, ərzaqlar onun dostunun özünə məxsusdur. Anası ona dostunun oğurluq ərzaq verə biləcəyini bildirdikdə o, anasını inandırmaq üçün dostunun həmin ərzaqları onun yanında öz evindən çıxarmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs3 tanıyır, sonuncu ilə aralarında heç bir ədavət olmamışdır. O, Xaçmaz rayonu ərazisində çox vaxt kəndləri və küçələri gəzib dəmir yığır, sonra da aldığı dəmirləri aparıb satıb pul qazanır. 2022-ci ilin oktyabr ayında Qusarçay kəndində metal alan zaman Zərərçəkmiş şəxs3 yaşadığı ünvanda sonuncudan təxminən 50 kq dəmir metal almışdır, həmin qadının adının Esmira olmasını elə həmin gün bilmişdir. O, dəmirləri alan zaman Esmiranın yaşadığı evin həyətində 2 ədəd samovar olduğunu görmüşdür. Buna görə Esmiraya həmin samovarları satmasını təklif etmidir, lakin Esmira ona samovarları satmadığını demişdir. O da çıxıb getmiş, fikrində saxlamışdır ki, həmin samovarları nə vaxtsa oğurlayar. Bundan bir neçə gün sonra, yəni 02 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində o həmin samovarları oğurlamaq məqsədi ilə Qusarçay kəndində Esmiranın yaşadığı evin qarşısına gəlmişdir. O görmüşdür ki, evin həyət qapısında asma qıfıl vardır. Bilmişdir ki, evdə heç kim yoxdur, buna görə də o, hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə olan saxlanc yerindən 01 ədəd samovarı götürmüşdür, həmçinin evin pəncərəsinin birinin açıq olduğunu görmüşdür. O, pəncərədən içəri daxil olmuş və evin giriş qapısından sağ tərəfdə yerləşən həmin otaqdan bir ədəd samovarı götürüb pəncərədən çıxmışdır. Həmin samovarlardan birini əmisi oğlu Ceyhuna 30 manata satmışdır. Digər samovarı isə öz yaşadığı evin həyətində saxlamışdır. Sonra isə polis işçiləri gəlib onun samovar oğurlaması barədə məlumat əldə etdiklərini demişlər. O da etiraf edərək evdə olan samovarı götürüb Xaçmaz RPŞ-yə gəlmişdir, izahat verərək törətdiyi əməli yazılı formada etiraf etmişdir. O, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır, sonuncu ilə aralarında hər hansı bir münasibət olmamışdır. 2022-ci ilin dekabr ayında maddi cəhətdən çətinlik çəkmişdir. O, şəxsi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Xudat şəhərində gəzdiyi zaman şəhərin 1 May küçəsində yerləşən 2 nömrəli məktəbin yaxınlığında bir evin giriş darvazasında asma kilit olmasını görmüşdür. O düşünmüşdür ki, həmin evə girərək oradan oğurluq edə bilər. Ətrafda heç kimin olmadığı an o, evin qarşısında hasarın üstündən aşıb həyətə düşmüşdür. Evin ön tərəfində olan pəncərəni əl ilə itələyən zaman açıq olduğunu görmüş və oradan evə daxil olmuşdur. Evin kilidli olan otağının qapısını əli ilə sərt bir şəkildə itələmiş və oraya daxil olmuşdur. O həmin otaqdan və evə daxil olduğu otaqlardan 1 ədəd samovar, 1 qutu çay dəsti, 5 ədəd qazan, 7 ədəd boşqab, 2 ədəd fincan, 1 ədəd şəkər qabı, 1 ədəd çaynik, 4 ədəd döşəkağının (prostina), 1 ədəd yorğan üzlüyü, 1 ədəd parça stol üzlüyü, 1 ədəd hamam dəsmalını götürərək evin içərisindən tapdığı 1 ədəd plastik sellofana və oğurladığı bir ədəd yorğan üzlüyünə qoyub gəldiyi yer ilə həyətdən çıxardıb evə aparmışdır. O evdə anasına dostunun uşağına dərman lazım olduğu üçün həmin əşyaları satdığını demişdir. Anası bazar günləri bazarda alver etdiyindən həmin əşyaları götürərək satmasını bildirmişdir. Anası onunla razılaşmışdır. Oğurluqları etməkdə ona heç kim kömək etməmiş, o, hadisəni tək törətmişdir. O, samovarı satdığı Şahid3 həmin samovarın oğurluq olmasını deməmişdir. Belə ki, bu barədə Ceyhuna desəydi, samovarı ondan almazdı. Onun anası Şahid1 həmin əşyaların və ərzaqların oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində (xx.xx.2023) göstərdi ki, onun oğlu İkinci Qarabağ müharibəsində şəhid olmuşdur. Əri Rusiyada müalicədə olmuşdur. O, onlara məxsus Xudat şəhəri, Kovalyov küçəsi ev 47-də tək qalmağa qorxduğundan axşamlar qonşuluqda yaşayan bacısıgildə qalmış, gündüz saatlarında isə həmin evinə baş çəkib getmiş, evinin mətbəxinə qışa hazırlıq üçün vaxtaşırı ərzaq məhsulları alaraq yığmışdır. O, evinə baş çəkəndə evin mətbəxinə daxil olanda pəncərənin açıq vəziyyətdə olduğunu, döşəməyə sərilmiş palazın yığılmış vəziyyətdə olduğunu, şkafın qapısının açıq olduğunu, o, şkafa baxdıqda içərisinin boş olduğunu görmüşdür. Bundan sonra o, qohumlarına zəng edərək evinə kiminsə girdiyini bildirmiş, qohumları gələrək DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs tutulduqdan sonra gələrək ona vurduğu ziyanı pul şəklində ödəmək istəmiş, lakin o, təqsirləndirilənin əməlinin məhkəmə qaydasında həll olunmasını istədiyindən həmin pulu qəbul etməmişdir. Hazırda təqsirləndirilən şəxsin ona vurduğu zərəri ödəməsini istəyərdi, lakin ödəyə bilməsə də, o, təqsirləndirilən şəxsi bağışlayır, ziyanı tələb etmir. Zərərçəkmiş şəxs2 01 avqust 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, onun oğlu İkinci Qarabağ müharibəsində şəhid olmuşdur. xx.xx.2022-ci il tarixdə, gecə saatlarında qonşuluqda yaşayan bacısıgilə qonaq getmişdir. O həmin gecə orada qalmışdır. Növbəti gün saat 17 radələrində yaşadığı evə gələrək evin həyətyanı sahəsində olan mətbəxin qapısını açaraq istifadə etdiyi zaman dağınıq olmasını görmüşdür. O həmin zaman pəncərəyə baxdıqda pəncərənin açılmasını görmüşdür. Bu zaman başa düşmüşdür ki, mətbəxə oğru girmişdir. O, mətbəxdəki əşyaları yoxladığı zaman oradan 3 paket “Champion” markalı, 3 paket “Berqa” markalı 500 qramlıq, 1 paket “Champion” markalı 1 kiloqramlıq çay paketlərinin, 4 ədəd bir litrlik, 2 ədəd 2 litrlik duru “Final” markalı günəbaxan yağlarının, 5 kiloqram şəkər tozunun, 5 kiloqram kəllə qəndin, 2 ədəd 2 kiloqramlıq “Sultan” markalı düyünün, 2 ədəd 750 qramlıq “Final” markalı pomidor tomatının, 3 paket 800 qramlıq “Richmond” markalı mərcimək paketinin, 2 paket 800 qramlıq “Richmond” markalı qarabaşaq paketinin oğurlanmasını bilmişdir. O həmin zaman bu barədə polisə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. O, baş vermiş oğurluq hadisəsi zamanı ona dəyən maddi ziyanı təxmini olaraq 270 manat kimi bildirmişdir. 17 mart 2023-cü il tarixli 9/1431 nömrəli rəydə göstərilən qiymətlə razıdır. Ona dəymiş ziyan tam şəkildə ödənmişdir. O oğurluq zamanı evindən sellofan torbaların da aparıldığını bilsə də, bu barədə şikayətində bildirməmişdir. Həmin sellofan torbaların bir ədədinin dəyəri 0,2 manat olmaqla 3 ədədinin dəyəri 0,6 manat olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin sonuncunun anasını tanımış, münasibətləri yaxşı olmuşdur. O, evindən oğurluq edildiyini aşkar etdikdən sonra polisə müraciət etmiş, oğurluğu etmiş Təqsirləndirilən şəxs tapılandan sonra sonuncunu görmüş və bundan sonra onu tanımışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Belə ki, təqsirləndirilənin anası vurulmuş ziyanı ona ödəmiş, təqsirləndirilən şəxsi bağışlayır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, tək yaşayır. Bu səbəbdən xx.xx.2022-ci il tarixdən yaşadığı evin qapılarını bağlayıb Sumqayıt şəhərində yaşayan qızı Yenigülün yaşadığı ünvana getmişdir. Həmin tarixdən Yenigülün yaşadığı ünvanda qalmışdır. O, yaşadığı ünvandan çıxarkən qapı, pəncərələri bağlasa da, lakin evin həyətyanı sahəsində açılan pəncərəni bağlamağı unutmuşdur. xx.xx.2022-ci il tarixdə, səhər saat təxminən 07:30 radələrində o, Yenigülün evindən çıxıb yol maşını ilə yaşadığı Xudat şəhərinə, 1 May küçəsi, ev 24 ünvanında yerləşən evinə gəlmək üçün yola düşmüşdür. Saat təxminən 11 radələrində yaşadığı evə çatıb darvaza qapısını açıb evinin həyətyanı sahəsinə daxil olduqda evin həyətyanı sahəsində olan oturacağın yerində olmadığını, bəzi əşyaların yerinin dəyişdirilməsini görüb şübhələnməyə başlamışdır. Dərhal evin giriş qapısını açıb evə daxil olduqda soldan ikinci sıradan yerləşən qapısı qıfıllı olan yataq otağının klidinin sındırılmış vəziyyətdə olmasını görüb otağa daxil olmuş, həmin zaman oradakı əşyaların qarışıq vəziyyətdə olmasını və otaqdan naməlum şəxs və ya şəxslər tərəfindən 7 dəst qazanların, qabların oğurlanmasını aşkar etmişdir. Digər otağa, yəni evdən girişdə soldan birinci yataq otağına keçib baxdıqda otaqda olan sandığın içərisində olan 500 manat pulunun, 1 ədəd samovarının, sellofanda olan yataq üzlüklərinin və həmçinin digər məişət əşyalarının oğurlanmasını aşkar etmişdir. Bundan sonra dərhal Xudat polis bölməsinə məlumat vermişdir. Oğurluq zamanı onun evindən 1 ədəd üzərində “ЗШВ” yazısı həkk olunmuş samovar, 1 qutu, yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) “Coffee set superior ceramic” markalı çay dəsti, 3 ədəd orta və 2 ədəd böyük ölçülü markasız, üzərində tovuzquşu rəsmi olan qazanla, 6 ədəd kiçik, 1 ədəd böyük olmaqla 7 ədəd üzərində 3 qadın rəsmi olan markasız boşqablar, 2 ədəd üzərində 3 qadın rəsmi olan fincanlar, 1 ədəd üzərində 3 qadın rəsmi olan şəkər qabı, 1 ədəd üzərində 3 qadın rəsmi olan çaynik, 1 ədəd 2x2 ölçülü, 3 ədəd 1,5x2,5 ölçülü yerli istehsal döşəkağı (prostina), 1 ədəd 2,5x3 ölçülü yerli istehsal yorğan üzlüyü, 1 ədəd 1.5x0,5 ölçülü, yerli istehsal parça stol üzlüyü, 1 ədəd 1,5x0,5 yerli istehsal hamam dəsmalı oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi zamanı ona dəyən maddi ziyanı təxmini olaraq bildirmişdir. 17 mart 2023cü il tarixli 9/1431 nömrəli rəydə göstərilən qiymətlə razıdır. Ona dəymiş ziyan tam şəkildə ödənməsini qəbul edərək hər hansı şikayət və tələbi yoxdur. Ona məxsus olan oğurlanmış bir ədəd üzərində “ЗШВ” yazısı həkk olunmuş samovarın 2022-ci ilin dekabr ayına olan dəyəri 120 manat olmuşdur. O, yaşadığı evdən oğurluq zamanı sellofanının da aparıldığını bilsə də, bu barədə şikayətində bildirməmişdir. Həmin sellofan torba bir qədər böyük olmaqla həmin tarixə dəyəri 0,5 manat olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Qusarçay kəndində ona məxsus ev vardır, 30 ildən çoxdur ki, həmin evdə yaşayır. Evdə ona məxsus olan 2 ədəd samovar olmuşdur. Həmin samovarlar işlənmiş odun samovarları imiş. Onlardan biri yaşadığı evin həyətindəki yardımçı tikilidə, digəri isə evin içərisində girişdən sağ tərəfdə olan 3 pilləli pilləkənlə çıxılan otaqda olmuşdur. O, 02 noyabr 2022-ci il tarixdə, saat 12:40 radələrində evin qapısını və həyət qapısını bağlayıb evdən çıxmış, evin girişdən sağ tərəfdə olan pilləkənlə çıxılan otağının pəncərəsini isə açıq qoymuşdur. O, evdən çıxıb işlədiyi məktəbə getmiş, həmin vaxt Qusarçay kənd orta məktəbi təmirə bağlandığı üçün dərsləri Xudat şəhərində keçirmişlər. O, saat 17:30 radələrində yaşadığı evə qayıtmışdır. Evə qayıdanda görmüşdür ki, həmin otaqdakı samovar yerində yoxdur. O başa düşmüşdür ki, samovarı kimsə oğurlayıb, buna görə həyətdəki saxlanc yerinə də baxmış və görmüşdür ki, oradakı samovar da oğurlanıb. O evin digər əşyalarını yoxlamış və başqa heç bir əşyanın oğurlanmadığını müəyyən etmişdir. Hadisə barəsində də ərizə yazaraq polisə şikayət etmişdir. Oğurlanmış samovarların hər birinin yenisinin qiyməti 250 manatdır. İşlənmiş vəziyyətdə onların qiymətinin nə qədər olmasını bilmir, bunu daha dəqiq ekpertiza müəyyən edə bilər. O, baş vermiş oğurluq hadisəsi zamanı ona dəyən maddi ziyanı təxmini olaraq bildirmişdir. 22 fevral 2023-cü il tarixli 9/930 nömrəli rəydə göstərilən qiymətlə razıdır. Ona dəymiş ziyan tam şəkildə ödənməsini qəbul edərək hər hansı şikayət və tələbi yoxdur. Onun yaşadığı oğurluq baş vermiş evi Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində, Xaçmaz-Xudat yolunun Xudat şəhəri istiqaməti üzrə solunda yerləşən “Həyat İnşaat” adlı tikinti malları satılan obyekt ilə üzbəüz küçədə 100 metr məsafədə yerləşir. Zərərçəkmiş şəxs3 10 iyul 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, hazırda hadisəni tam olaraq xatırlamır, ibtidai istintaq zamanı ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Həmçinin bildirdi ki, oğlu Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ərzaq malları, samovar oğurlamışdır. O, həmin əmlakları gördükdə şübhələnmiş, oğlu Yusifdən həmin əmlaklar barədə soruşmuş, sonuncu isə oğurlamadığını bildirmiş, onun həmin əmlakların oğurluq olmasından məlumatı olmamışdır. Oğurlanmış samovarları isə sonradan zərərçəkmişə qaytarmışlar. Ərzaq mallarından bir qismini isə marketə, yəni Validəyə satmışdır. Oğlunun zərərçəkmişlərə vurduğu zərərlə bağlı sonunculara ödənişlər edəcəkdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Özü bazar günləri bazarda alışverişlə məşğul olur. Belə ki, əsasən dini əşyalar satır. 2022-ci ilin oktyabr ayının ortalarında oğlu Təqsirləndirilən şəxs evə yağ, tomat, qreçka, düyü, çay, mərcimək, şəkər və qənd kimi ərzaq məhsullarını gətirmişdir. Oğlu bəzi zamanlar evə alış veriş etsə də, bu qədər çox ərzaq alması ona şübhəli gəlmişdir. O həmin ərzaqların haradan gəlməsini oğlu Təqsirləndirilən şəxs soruşduqda sonuncu həmin ərzaqları dostunun ona verməsini, dostunun övladının xəstəliyi ilə bağlı pula ehtiyacı olduğundan özü üçün aldığı ərzaqları satmaq istədiyini, lakin özü utandığından oğlundan xahiş edərək satmasını istədiyini bildirmişdir. O isə həmin şəxsin bu ərzaq məhsullarını haradansa oğurlaya biləcəyini düşünərək oğlundan bu barədə soruşmuşdur. Lakin oğlu Yusif həmin ərzaqları dostunun özünün yanında evlərindən çıxarmasını ona bildirərək onu inandırmışdır. Bundan sonra o, oğlu ilə razılaşmışdır. Həmin ərzaqları demək olar, özləri istifadə etmişlər. O, oğluna ərzaqlar üçün dostuna versin deyə bir neçə dəfə pul vermişdir. O daha sonradan polis əməkdaşlarından həmin ərzaqları oğlunun oğurlamasını eşitmişdir. O, oğlunun oğurluq etməsini bilsəydi, özü polisə bu barədə məlumat verərdi. Bundan başqa, xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs axşam saatlarında evə 1 ədəd samovar, müxtəlif qabqacaq, 1 ədəd çaynik, yataq üzlükləri, stol üzlüyü, dəsmal və sair gətirmişdir. Təqsirləndirilən şəxs həmin əşyaların dostuna məxsus olmasını, dostunun övladının xəstəliyinin olmasını və müalicə olunmalı olmasını bildirərək həmin əşyaları bazarda satmasını, pulunu verməsini, özünün isə pulu həmin şəxsə verəcəyini bildirmişdir. O, oğluna narazılıq etsə də, sonradan həmin əşyaların evdə qalmasına razılıq vermişdir. O daha sonradan polis bölməsinə dəvət olunduğu zaman həmin əşyaların oğurluq olmasını bilmişdir. O həmin əşyaları polis bölməsinə təhvil vermişdir. O oğlunda hər hansı məbləğdə pul görməmiş, bu barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, əmisi oğlu olan Təqsirləndirilən şəxs ona 30 manata samovar satmışdır. Sonradan polis tərəfindən ona həmin samovarın oğurluq olması bildirilmiş, o da bundan sonra həmin samovarı polis şöbəsinə aparıb təqdim etmişdir. Həmçinin bildirdi ki, o, həmin samovarı alarkən oğurluq olmasını bilməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur, aralarında heç bir ədavət yoxdur. O, Yusifi bir ayda 2-3 dəfə görür, çünki qohum olsalar da, evləri yaxın deyil. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Yusif ona zəng edib onunla işinin olduğunu deyib onu evlərinə çağırmışdır. O da Yusifin yaşadığı evə getmişdir, Yusifgilin evlərinin həyətində bir qədər söhbət etmişlər. Yusif ona həyətdə 1 ədəd odun samovarı göstərib demişdir ki, evlərinin samovarıdır, pul lazımdır deyə satır. O da düşünmüşdür ki, samovarı alsın və evdə istifadə edər. Buna görə Yusifə 30 manat verib həmin samovarı almışdır. Samovar istismar edilmiş, köhnə olmuşdur. Buna görə samovarın dəyərinin elə 30-35 manat olmasını düşünmüşdür. O, samovarı alıb gedəndən sonra, xx.xx.2022-ci il tarixdə polis şöbəsindən ona zəng edib Yusifdən samovar alıb- almadığını soruşmuşlar. O da Yusifdən 30 manata samovar aldığını demişdir. Sonra ona həmin samovarın oğurluq olmasını demişlər və onu şöbəyə dəvət etmişlər. O da samovarı götürüb şöbəyə gələrək izahat vermiş və samovarı təqdim etmişdir. O, aldığı samovarın oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xudat şəhərində marketdə işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Belə ki, təqsirləndirilən şəxs onun işlədiyi marketə vaxtaşırı gələrək siqaret almış, bundan başqa, onun işlədiyi marketin yaxınlığında, ətrafında çayxanalar vardır və təqsirləndirilən həmin çayxanalara dəmlik (quru) çaylar gətirərək satmışdır. O, təqsirləndiriləndən həmin çayları haradan gətirdiyini soruşduqda sonuncu ona həmin çayları anasının Dərbənd şəhərindən gətirdiyini demişdir. Həmçinin bildirdi ki, o, polis bölməsinə dəvət olunduqda da bildirmişdir ki, təqsirləndirilən şəxs ona gətirərək ərzaq məhsulları satmamış, heç satmaqla bağlı təklif də etməmişdir, təqsirləndirilən yalan demişdir. O, təqsirləndiriləndən nə vaxtsa bijuteriya almış, həmin bijuteriya təqsirləndirilənin anasının satdığı mallar olmuşdur. O, təqsirləndiriləndən başqa heç nə almamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xudat şəhərində marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs Xudat şəhər sakini kimi tanıyır. Sonuncu ilə aralarında hər hansı bir mübahisə, dava-dalaş və ədavət olmamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs onun yanına gələrək özündə yağ, çay və başqa ərzaq məhsullarının olmasını bildirərək ona ucuz qiymətə almasını təklif etmişdir. Belə ki, o Yusifin həmin ərzaq məhsullarını oğurlamış ola biləcəyini düşünərək həmin ərzaq məhsullarını almaq istəmədiyini bildirmişdir. Yusif ona bir qədər təkid edərək və həmin ərzaq məhsullarının oğurluq olmadığına onu inandırmaq istəsə də, o ərzaq məhsullarını ümumiyyətlə almaq istəmədiyini bildirmişdir. Belə ki, daha sonradan polis şöbəsinə dəvət olunduğu zaman həqiqətən də Yusifin həmin ərzaq məhsullarını oğurlamasını bilmişdir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Xudat PB-yə müraciət edərək ünvan 5 ünvanında ona məxsus evə naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olmaqla mətbəxdən müxtəlif qida məhsullarını oğurlaması barədə məlumat vermiş, həmin şəxsin müəyyən edilib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 fərdi yaşayış evində baxış keçirilmiş, həmin ev birmərtəbəlidir, giriş qapısı iki hissəli dəmir darvazadır. Evin ətrafı mişar daşı ilə əhatəyə alınmışdır. Mətbəx evin giriş qapısının sol tərəfində yerləşir. Mətbəxin bir girişi və bir pəncərəsi vardır. Pəncərə evin bağ sahəsinə açılır. Pəncərənin yerdən hündürlüyü 60 santimetrdir. Mətbəxə girişdən solda ərzaq məhsullarının sonuncu dəfə olduğu şkaf yerləşir, şkafın aşağı gözünün üç hissəli qapısı vardır, üst hissəsində müxtəlif növdə qabların yığıldığı yer və saxlanc hissəsi vardır. Evdə təhlükəsizlik kamerası yoxdur, əlbarmaq izləri aşkar edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs müstəntiq, Zərərçəkmiş şəxs2 və Xudat PB-nin əməliyyat müvəkkili Səxavət Abasov ilə birlikdə avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, Kovalyov küçəsi istiqamətində idarə etməyi bildirmiş, Xudat şəhəri, Kovalyov küçəsi ev 47 ünvanının qarşısında çatan zaman saxlamağı bildirmiş, o, Zərərçəkmiş şəxs2 evini göstərərək 07 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində həmin evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olmasını, daha sonra pəncərədən evin həyətində olan mətbəxinə daxil olmasını, həmin mətbəxdən ərzaq məhsullarını oğurlamasını bildirmişdir. O ifadəsində qeyd etdiklərini təqdim edərək əyani şəkildə təqdim etmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 12:40-dan saat 17:30-a kimi olan müddət ərzində yaşadığı Xaçmaz rayonu, Qusarçay kəndində ona məxsus 02 ədəd samovarın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmiş, həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evində baxış keçirilmiş, həmin ev ikimərtəbəlidir, həyətin qapısı dəmir materialındandır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 evin pilləkəninin qarşısında olan dəmir qutunu göstərib samovarlardan birinin həmin yerdən, digər samovarın isə həyətin sağ tərəfində ərzaq yığıb saxlamaq üçün nəzərdə tutulmuş tikilidən oğurlandığını bildirmişdir. Baxış zamanı əl-barmaq izləri və iş üçün əhəmiyyətli digər izlər aşkar edilməmişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il və 16 yanvar 2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, həmçinin Şahid3 Xaçmaz RPŞ-yə təqdim etdikləri cəmi 02 ədəd samovara baxış keçirilərək həmin samovarların metaldan hazırlandığı, odun yanacağı ilə qızdırılan olmaları, yeni olmamaları, istifadə edildikləri, odun qoyulan yerlərində his izlərinin olması, su tökülən hissələrində isə ərp qalıqlarının olması, samovarların üzərində hər hansı xüsusi bir əlamətin olmadığı, samovarların istifadəyə yararlı olmaları müəyyən edilmişdir. Baxışda iştirak edən təqsirləndirilən şəxs həmin samovarları Zərərçəkmiş şəxs3 yaşadığı ünvandan xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində oğurladığını bir daha etiraf etmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin samovarların onun özünə məxsus olduğunu və xx.xx.2022-ci il tarixdə yaşadığı ünvandan oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 09 fevral 2023-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən evindən oğurluq etməsini bilavasitə hadisə yerinə getməklə göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təkliflə razılaşmış və müstəntiq, Zərərçəkmiş şəxs3, müdafiəçi Avçixan Avçixanov ilə birlikdə hadisə yerinə gedilmişdir. Təqsirləndirilən şəxs RPŞ-dən çıxdıqdan sonra Xaçmaz rayonu, Qusarçay kəndi istiqmətində hərəkət etməli olduqlarını bildirmişdir. Onlar Xaçmaz rayonu, Qusarçay kəndinə getdikdən sonra Təqsirləndirilən şəxs istiqamət verərək onları Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin qarşısına gətirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində samovarları həmin evdən oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin hasarını göstərərək hadisəni törətdiyi gün hasardan aşaraq həyətə daxil olduğunu bildirmişdir. Daha sonra onlar həmin evin həyətinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs həyətdəki girişdən sağ tərəfdə yerləşən saxlanc yerini göstərərək samovarlardan birini həmin yerdən oğurladığını, daha sonra isə evin girişindən sağ tərəfdə yerləşən otağı təqdim edərək həmin otağın açıq olan pəncərəsindən içəri girib otaqdakı samovarı götürüb çıxdığını və hər iki samovarı götürərək oradan getdiyini bildirmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Xudat PB-yə müraciət edərək ünvan 7 ünvanında ona məxsus evə o, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olmaqla samovarı, döşək üzlüklərini (prostinləri), 500 manat pulunu, müxtəlif qab-qacaqları oğurlaması barədə məlumat vermiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 fərdi yaşayış evində baxış keçirilmiş, həmin ev birmərtəbəlidir, evin ətrafı mişar daşı ilə əhatəyə alınmışdır. Giriş qapısı iki hissəli darvazadır və əsas küçəyə açılır. Evin giriş qapısı və pəncərələri taxtadandır. Evin otaqlarından birinin qapısının kilidi yerindən qopmuşdur. Zərərçəkmiş şəxs1 500 manat pulunun olmuş olduğu qeyd etdiyi sandıq evə girdikdə soldan birinci yataq otağında yerləşmiş və sol tərəfində rəf vardır. Sandıq qara rənglidir, metaldandır, kilitli olmamışdır. Zərərçəkmiş şəxs1 dediyinə görə oğurlanan samovar, yataq üzlükləri və digər məişət əşyaları da eyni otaqda rəfin üzərində olmuşdur. Evin həyətə baxan taxta pənərəsi Zərərçəkmiş şəxs1 tərəfindən açıq aşkar edilmişdir. Oğurlanan qablar və qazanlar isə girişdən solda ikinci sırada olan yataq otağında olmuşdur. Həmin otağın iki pəncərəsi vardır. Otağın bir küncündə divar hündürlüyündə içərisində qabların olduğu mebel vardır. Həmin evdə təhlükəsizlik kamerası olmamışdır. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 tərəfindən Xaçmaz RPŞ-yə 1 ədəd üzərində “ЗШВ” yazısı həkk olunmuş samovar, 1 qutu, yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) “Coffee set superior ceramic” markalı çay dəsti, 3 ədəd orta və 2 ədəd böyük ölçülü, markasız, üzərində tovuzquşu rəsmi olan qazanla, 6 ədəd kiçik, 1 ədəd böyük olmaqla 7 ədəd üzərində üç qadın rəsmi olan, markasız boşqablar, 2 ədəd üzərində üç qadın rəsmi olan fincanlar, 1 ədəd üzərində üç qadın rəsmi olan şəkər qabı, 1 ədəd üzərində üç qadın rəsmi olan çaynik, 1 ədəd 2x2 ölçülü, 3 ədəd 1,5x2,5 ölçülü yerli istehsal döşəkağı (prostina), 1 ədəd 2,5x3 ölçülü yerli istehsal yorğan üzlüyü, 1 ədəd 1,5x0,5 ölçülü, yerli istehsal parça stol üzlüyü, 1 ədəd 1,5x0,5 yerli istehsal hamam dəsmalı təqdim edilmiş, Şahid1 həmin əşyaları oğlu Təqsirləndirilən şəxs gətirərək ona verdiyini bildirmişdir. Həmin əşyalara baxan Zərərçəkmiş şəxs1 hər bir əşyanı özünə məxsus qeyd olunan xüsusiyyətlərindən tanıdığını, onun özünə məxsus olduğunu bildirmişdir. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin əşyaların onun özü tərəfindən Zərərçəkmiş şəxs1 evindən xx.xx.2022-ci il tarixdə oğurlandığı əşyalar olmasını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən evindən oğurluq etməsi barədə verdiyi ifadəsini bilavasitə hadisə yerinə getməklə əyani şəkildə göstərməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs müstəntiqlə, Zərərçəkmiş şəxs1 ilə və əməliyyat müvəkkili Səxavət Abasov ilə birlikdə avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs avtomobili Xaçmaz rayonu, Xudat şəhəri, 1 May küçəsi istiqamətində idarə etməyi bildirmişdir. Avtomobillə ünvan 7 ünvanının qarşısına çatan zaman Təqsirləndirilən şəxs avtomobili saxlamağı bildirmiş, o, Zərərçəkmiş şəxs1 evini göstərərək 26 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində həmin evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olmasını, daha sonra pəncərədən evə daxil olmasını, həmin evdən məişət əşyalarını oğurlamasını bildirmişdir. O, ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 fevral 2023-cü il tarxli, 9/930 nömrəli rəyindən müəyyən edilir ki, qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 02 ədəd 5 litrlik odun samovarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 240 manat (120 x 02 ədəd) müəyyən edilir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2023-cü il tarxli, 9/1431 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakların 2022-ci ilin oktyabr-dekabr ayına olan orta bazar qiyməti aşağıdakı kimidir: 500 qramlıq “Champion” markalı çay paketinin 1 ədədinin qiyməti 12,90 manat olmaqla 3 ədədi 38,70 manat, 500 qramlıq “Berqa” markalı çay paketinin 1 ədədinin qiyməti 10 manat olmaqla 3 ədədi 30 manat, 1 kiloqramlıq “Champion” markalı çay paketinin 1 ədədinin qiyməti 32,70 manat, 1 litrlik duru “Final” markalı günəbaxan yağının 1 ədədinin qiyməti 4,5 manat olmaqla 4 ədədi 18 manat, iki litrlik duru “Final” markalı günəbaxan yağının 1 ədədinin qiyməti 8,9 manat olmaqla 2 ədədi 17,8 manat, 5 kiloqram şəkər tozunun qiyməti 50 manat, 5 kiloqram kəllə qəndin qiyməti 57,50 manat, iki kiloqramlıq “Sultan” markalı düyünün 1 ədədinin qiyməti 8,4 manat olmaqla 2 ədədi 16,8 manat, 750 qramlıq “Final” markalı pomidor tomatının 1 ədədinin qiyməti 3,5 manat olmaqla 2 ədədi 7 manat, 800 qramlıq “Richmond” markalı mərcimək paketinin 1 ədədinin qiyməti 3,7 manat olmaqla 3 ədədi 11,10 manat, 800 qramlıq “Richmond” markalı qarabaşaq paketinin 1 ədədinin qiyməti 3,5 manat olmaqla 2 ədədi 7 manat – cəmi 286, 60 manat; Zərərçəkmiş şəxs1 məxsus əmlakların 2022-ci ilin oktyabr-dekabr ayına olan orta bazar qiyməti aşağıdakı kimidir: 1 ədəd 2x2 ölçülü yerli istehsal döşəkağı (prostina) 7 manat, 3 ədəd 1,5x2,5 ölçülü yerli istehsal döşəkağı (prostina) hər biri 5 manat dəyərində olmaqla ümumilikdə 15 manat, 1 ədəd 2,5x3 ölçülü yerli istehsal yorğan üzülüyü 10 manat, 1 ədəd 1,5x0,5 ölçülü yerli istehsal parça stol üzlüyü 10 manat, 1 ədəd 1,5x0,5 ölçülü yerli istehsal hamam dəsmalı 5 manat, 1 qutu, yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) “Coffee set superior ceramic” markalı çay dəsti 25 manat, 3 ədəd orta və 2 ədəd böyük ölçülü markasız, üzərində tovuzquşu rəsmi olan dəst halında qazanlar 30 manat, 6 ədəd kiçik, 1 ədəd böyük olmaqla 7 ədəd üzərində 3 qadın rəsmi olan markasız boşqablar, 2 ədəd üzərində 3 qadın rəsmi olan fincanlar, 1 ədəd üzərində 3 qadın rəsmi olan şəkər qabı, 1 ədəd üzərində 3 qadın rəsmi olan çaynikdən ibarət 11 predmetli dəst 50 manat – cəmi 152 manat. 1 ədəd istifadə olunmuş, üzərində “ЗШВ” yazısı həkk olunmuş samovarın dəyərinin ekspertiza ilə müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış 01 ədəd, üzərində “ЗШВ” yazısı həkk olunmuş samovarın 2022-ci ilin dekabr ayına olan dəyəri 120 manat, 01 ədəd sellofan torbanın dəyəri 0,5 manat qəbul edilməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış 03 ədəd sellofan torbanın dəyəri hər biri 0,2 manat olmaqla ümumilikdə 0,6 manat kimi qəbul edilməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin X1, Şahid1 və Şahid3 barələrində Cinayət Məcəlləsinin 177, 194 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən 500 manat pulu oğurlamaması barədə ifadəsində bildirdiyi xüsusata tənqidi yanaşaraq, bu xüsusatı təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhəri İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs valideyni ilə birlikdə yaşayır. O, subaydır, hərbi xidmətdə olmamışdır. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən və onun məhkəməyə ünvanladığı 10 iyul 2023-cü il tarixli teleqramdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən, iş materiallarına əlavə edilmiş 12 iyul 2023-cü il tarixli teleqramdan, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxsi bağışladığını, sonuncuya cəza təyin edilməsini istəmədiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən, iş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli teleqramdan, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini istədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair 06 fevral 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan 24 mart 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 02 ədəd 5 litrlik odun samovarı, 01 ədəd üzərində “ЗШВ” yazısı həkk olunmuş odun samovarı, 01 qutu - yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) “Coffee set superior ceramic” markalı çay dəsti, 03 ədəd orta və 02 ədəd böyük ölçülü, markasız, üzərində tovuzquşu rəsmi olan qazanlar, 06 ədəd kiçik, 01 ədəd böyük olmaqla 07 ədəd üzərində 3 qadın rəsmi olan, markasız boşqablar, 02 ədəd üzərində 3 qadın rəsmi olan fincanlar, 01 ədəd üzərində 3 qadın rəsmi olan şəkər qabı, 01 ədəd üzərində 3 qadın rəsmi olan çaynik, 01 ədəd 2x2 ölçülü, 03 ədəd 1,5x2,5 ölçülü yerli istehsal döşəkağı (prostina), 01 ədəd 2,5x3 ölçülü yerli istehsal yorğan üzlüyü, 01 ədəd 1,5x0,5 ölçülü, yerli istehsal parça stol üzlüyü, 01 ədəd 1,5x0,5 yerli istehsal hamam dəsmalı iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli qəbzlərdən müəyyən edilir ki, iş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 məxsus olan 04 ədəd döşəkağı (prostina), 01 ədəd yorğan üzlüyü, 01 ədəd stol üzlüyü, 01 ədəd hamam dəsmalı, 01 qutu 13 hissəli çay dəsti, 05 ədəd dəst halında qazanlar, 07 ədəd boşqab, 02 ədəd fincan, 01 ədəd şəkər qabı, 01 ədəd çaynikdən ibarət 11 predmetli dəst və 01 ədəd odun samovarı Zərərçəkmiş şəxs1; Zərərçəkmiş şəxs3 məxsus olan 02 ədəd odun samovarı Zərərçəkmiş şəxs3 iş üzrə yekun məhkəmə qərarı çıxanadək saxlamaq şərtilə təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutlar – 01 ədəd üzərində “ЗШВ” yazısı həkk olunmuş odun samovarı, 01 qutu - yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) “Coffee set superior ceramic” markalı çay dəsti, 03 ədəd orta və 02 ədəd böyük ölçülü, markasız, üzərində tovuzquşu rəsmi olan qazanlar, 06 ədəd kiçik, 01 ədəd böyük olmaqla 07 ədəd üzərində 3 qadın rəsmi olan, markasız boşqablar, 02 ədəd üzərində 3 qadın rəsmi olan fincanlar, 01 ədəd üzərində 3 qadın rəsmi olan şəkər qabı, 01 ədəd üzərində 3 qadın rəsmi olan çaynik, 01 ədəd 2x2 ölçülü, 03 ədəd 1,5x2,5 ölçülü yerli istehsal döşəkağı (prostina), 01 ədəd 2,5x3 ölçülü yerli istehsal yorğan üzlüyü, 01 ədəd 1,5x0,5 ölçülü, yerli istehsal parça stol üzlüyü, 01 ədəd 1,5x0,5 yerli istehsal hamam dəsmalının Zərərçəkmiş şəxs1; 02 ədəd 5 litrlik odun samovarının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 01 ədəd üzərində “ЗШВ” yazısı həkk olunmuş odun samovarı, 01 qutu - yəni 13 hissəli (bir çaynik, 6 fincan və 6 nəlbəkidən ibarət) “Coffee set superior ceramic” markalı çay dəsti, 03 ədəd orta və 02 ədəd böyük ölçülü, markasız, üzərində tovuzquşu rəsmi olan qazanlar, 06 ədəd kiçik, 01 ədəd böyük olmaqla 07 ədəd üzərində 3 qadın rəsmi olan, markasız boşqablar, 02 ədəd üzərində 3 qadın rəsmi olan fincanlar, 01 ədəd üzərində 3 qadın rəsmi olan şəkər qabı, 01 ədəd üzərində 3 qadın rəsmi olan çaynik, 01 ədəd 2x2 ölçülü, 03 ədəd 1,5x2,5 ölçülü yerli istehsal döşəkağı (prostina), 01 ədəd 2,5x3 ölçülü yerli istehsal yorğan üzlüyü, 01 ədəd 1,5x0,5 ölçülü, yerli istehsal parça stol üzlüyü, 01 ədəd 1,5x0,5 yerli istehsal hamam dəsmalının Zərərçəkmiş şəxs1; 02 ədəd 5 litrlik odun samovarının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-136/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-136/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver