Məhkəmə qərarları › İş №1(067)-136/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-136/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-136/2025 14.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı ildə Şabran rayonu, Xıdrdaoymaq kəndində annadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Xıdrdaoymaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü vəzifəsində işləyərkən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında iş vaxtından sonra Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ləcət stansiyasının 180-ci kilometrliyindəki stok sahəsindən ona etibar edilmədiyi vaxtda dəmir yolu xətlərinə münasibətdə işlədiyi şirkətə məxsus "HOWO” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, 10 ton tutumlu yük avtomobili ilə vahid niyyətlə əhatə olunan qəsdlə 5 dəfə olmaqla 1 tonu 26,047 manat məbləğində olan, ümumilikdə 50 ton çəkidə, 0-38 fraksiyalı qırmadaşını qanunsuz olaraq götürüb apararaq qeyd olunan şirkətə 1302,35 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildən 29 yanvar 2025-ci il tarixə kimi Zərərçəkmiş şəxs-nin Azərbaycan Respublikası Nümayəndəliyində sürücü işləmiş, “Kolin” şirkətinə məxsus “HOWO” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmişdir. İşlədiyi ərazi Xaçmaz rayonu, Ləcət kəndi ərazi olmuşdur. “Kolin” şirkəti dəmir yolu ərazisində təmir-tikinti işlərini aparır. İş fəaliyyəti tapşırığa əsasən, ona verilən təyinat üzrə idarə etdiyi yük avtomobili ilə işlədiyi şirkətə məxsus qırmadaş və torpaq daşımaqdan ibarət olmuşdur. Qırmadaşı dəmiryolu ərazisindən avtomobillərə dolduraraq təyinatı üzrə aparmışdır. Həmin qırmadaş dəmiryolunun xəttinin kənarında boş açıq ərazidə saxlanılır. 2025-ci ilin yanvar ayının əvvəllərində iş vaxtından sonra, gecə saatlarında ümumilikdə 5 dəfə olmaqla idarə etdiyi Zərərçəkmiş şəxs-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus olan “HOWO” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dəmir yolundan qırmadaşlarını daşıyaraq Ləcət kəndinin girəcəyində yerləşən əraziyə boşaltmış və bunun müqabilində kənd sakinlərindən hər dəfəyə 70 manat pul almışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 2022-ci ildən 29 yanvar 2025-ci il tarixə kimi X3 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikası Nümayəndəliyində sürücü işləmiş, şirkətə məxsus “HOWO” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmiş və aylıq olaraq 800 manat əmək haqqı almışdır. İşlədiyi ərazi Xaçmaz rayonu, Ləcət kəndi ərazisi olmuşdur. “Kolin” şirkəti dəmir yolu ərazisində təmir-tikinti işlərini aparır. İş fəaliyyəti tapşırığa əsasən, ona verilən təyinat üzrə idarə etdiyi yük avtomobili ilə işlədiyi şirkətə məxsus qırmadaş və torpaq daşımaqdan ibarət idi. Qırmadaşı torpağı dəmiryolu ərazisindən avtomobillərə dolduraraq təyinatı üzrə aparırdı. Həmin qırmadaş dəmiryolunun xəttinin kənarında boş açıq ərazidə saxlanılırdı. Həmin ərazidə dəmiryolunun xəttinin yaxınlığında yerləşdiyi üçün mühafizə olunmurdu. Hər apardığı yükə təyinatı üzrə çatmasına və ya neçə dəfə aparılmasına xususı nəzarət olunmurdu. 2024-cu ilin dekabr ayının axırlarında tanımadığı bir nəfər Ləcət kənd sakini ona yaxınlaşaraq onun üçün qırmadaş gətirməyini xahiş etmişdir. Həmin vaxt onun maddi çətinlikləri yaranmışdır. Buna görədə bu təklif onda maraq oyatmışdır. Hər dəfə işdən sonra fikirləşmişdir ki, iş vaxtından sonra əlavə olaraq özü üçün heç kimin xəbəri olmadan gizlin bir neçə avtomobil qırmadaş satıb pul qazansın. Bunun üçün uyğun şərait gözləmiş və qırmadaşı oğurlayaraq satmaq qərarına gəlmişdir. O, əvvəlcədən həmin şəxslə bir yük dolu avtomaşın qırmadaşı 60-70 manata olmaqla ümumilikdə 5 yük maşını gətirib boşaltmağa razılaşmışdır. Lakin həmin şəxsə gətirəcəyi qırmadaşı şirkətdən icazə alıb gətirəcəyini bildirmiş və onu inandırmışdır. O, 2025-ci ilin yanvar ayının əvvəllərində iş vaxtından sonra işlədiyi “Kolin” şirkətinə məxsus “HOWO” markalı yük avtomobili ilə dəmiryolu ərazisindən heç kəsin olmadığına əmin olduqdan sonra gecə saatlarında şirkətə aid qırmadaşı gizlincə götürürək həmin şəxsin bildirdiyi Ləcət kəndi ərasinə aparıb boşaltmışdır. Ümumilikdə işlədiyi şirkətə məxsus yük avtomobili ilə beş dəfə olmaqla qırmadaşı gizlincə götürərək aparıb satmışdır. Bunun müqabilində həmin şəxs ona ümumilikdə 340 manat pul vermişdir. Aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan işlədiyi “Kolin” şirkəti etdiyi oğurluq əməlindən məlumatı olmuşdur. Buna görədə şikayət olunduğu üçün Xaçmaz stansiya xətt polis şöbəsində aparılan araşdırma ilə əlaqədar onu xətt polis şöbəsinə dəvət etmişlər və o, izahat verərkən törətdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN **********) nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri brədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Zərərçəkmiş hüquqi şəxs X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN **********) nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizələr göndərərək zərərçəkmiş şəxs qismində tanınmış “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təqsirləndirilən şəxs hər hansı tələbi olmadığını, dəymiş ziyanın tamamilə ödənildiyini bildirməklə işə iştirakları olmadan baxılmasını və ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmə istintaqında ifadələri olaraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək işə zərərçəkmiş hüquqi şəxs X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN **********) nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, 2021-ci ildən “X3 Sanayi ve Ticarət Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində hüquqşünas vəzifəsində işləyir. Təmsil etdiyi şirkət təmir-tikinti işləri ilə məşğul olur. Hal-hazırki, iş üzrə etibarnamə əsasında işlədiyi şirkətin nümayəndəsi qismində ayrılmışdır. 2024-cü ilin sentyabr ayından təmsil etdiyi şirkət Xaçmaz rayonu, Ləcət kəndinin ərazisindən keçən dəmir yolu xətlərində təmir-tikinti işlərinin aparılması ilə məşğul olmuşdur. Şirkətin tikinti mallarını, habelə tikintidə istifadə olunan torpaq, qırmadaş və sair malları şirkətin sürücüləri tərəfindən şirkətə məxsus yük avtomobilləri ilə daşınmışdır. Bu məqsədlə qırmadaş yük avtomobilləri ilə gətirilərək dəmir yolu stansiyası ərəzisınə, Ləcət stansiyası stok adlanan yerə boşaldılmışdır. 2024-cü ilin son aylarında onlara məlum olmuşdur ki, şirkətdə işləyən bir neçə yük avtomobillərinin sürücüləri iş vaxtından sonra, gecə saatlarında şirkətə məxsus qırmadaşı dəmir yolu ərazisindən gizlincə daşıyıb aparaq kənar şəxslərə satmış və buna görə də şirkətə maddi ziyyan dəymişdir. Bu barədə işlədiyi şirkətin rəhbərliyi tərəfindən Xaçmaz st. XPŞ-nə müraciət edərək həmin sürücülər barəsində araşdırma aparılması xahiş olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, xahiş etmişdir ki, dəymiş ziyanın hesablanmasında şirkətin verdiyi qiyməti, yəni bir tonu üçün 26,047 manat məbləği əsas götürülsün. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araştırılmış Şahid cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, Şabran rayonu, Ağalıq kəndində ailəsilə birlikdə yaşayır. 2023-cü ildən '‘X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “KAT” markalı “kon” yəni, loter (ekskovator) nəqliyyat vsitəsinin sürücüsü işləyir. Onun iş fəaliyyəti idarə etdiyi “kat” markalı nəqliyyat vasitəsilə şirkətə aid qırmadaş, torpaq və sair yükü şirkətə məxsus yük avtomobillərinə yükləməkdən və şirkətin yük maşınları tərəfindən gətirilib dəmir yolunun kənarına boşaldılan qırmadaşı bir yerə yığmaqdan ibarət idi. İşlədiyi müddətədə o, gecə növbəsində işləmişdir. O, 2024-cü ilin oktyabr ayından Xaçmaz rayonu Ləcət stansiyası ərazisində işləyir. Stok sahəsindən yük maşınları yüklədikdən sonra həmin qırmadaşı şirkət sürücülərinin hara aparıb boşaltmalarından məlumatı olmur, belə ki, həmin vaxtı yüklənən yük maşınlarının sayı çox olduğundan həmin yük avtomobillərini konkret hansı sürücü tərəfindən, onların hara gedib-gəlməyindən və ya yük avtomobilində olan yükün hara boşaltmalarından xəbəri olmur. Şirkətdə işləyən yük maşınlarını bir neçə sürücü idarə edir. O, iş fəaliyyətinə uyğun olaraq şirkətə məxsus yük avtomobillərini doldurur, lakin həmin yük avtomobillərinin nömrələrini və hansı sürücü tərəfindən idarə olunması ona aidiyyatı yoxdur. İşlədiyi şirkətin sürücüləri tərəfindən dəmir yolu ərazisindən şirkətə məxsus qırmadaşı və ya torpağı gizli aparıb oğurlayaraq, kənar şəxslərə satmalarından heç bir məlumatı olmamışdır. Bu barədə şirkətin rəhbəliyi tərəfindən onlara bildirilmiş və yük avtomobillərinin sürücülərinin oğurluq etmələri barədə Xaçmaz st. XPŞ-də ona məlum olmuşur. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü işləmiş Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən şirkətə məxsus qırmadaşı oğurlayaraq satması barədə hər hansı bir məlumatı olmamış, Təqsirləndirilən şəxs və ya digər sürücülər tərəfindən ona heç bir maddi vəsait verilməmiş, ona yalnız şirkət tərəfindən əmək haqqı verilir. Əgər onun şirkətdən hər hansı bir oğurluq edilməsi barədə məlumatı olsaydı o, bu barədə şirkətə məlumat verərdi. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli ərizədən müəyyən olunur ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Xaçmaz st. XPŞ-yə müraciət edərək dəmiryolu inşaatında istifadə olunan “Kolin İnşaat” firmasına məxsus Ləcətdə (D.Y. 180-ci kilometrdə) yerləşən stok sahəsindən təqribi 2100 ton həcmdə 0-38 fraksiyalı qırmadaş materialın (1 ton- 26.047 AZN, 2100*26.047=54,698.96 AZN) həmin firmaya məxsus yük avtomobilləri ilə ətraf qəsəbələrə satıldığı GPS izləmə qeydlərindən və həmin polis şöbəsinin əməkdaşları ilə birlikdə yerində təyini zamanı aşkarlanmışdır. Bu hadisənin araşdırılması və dəyən ziyanın ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və baxış prosesinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olunur ki, “X3 Sanayi ve Ticaret Anonim Şirketi’nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə aid dəmir yolu ərazisindən qırmadaşların oğurlanaraq boşaldıldığı Xaçmaz rayonu, Ləcət kəndinin girəcəyində yerləşən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə yeri Xaçmaz rayonu Ləcət kəndinin girəcəyidir. Baxış zamanı həmin ərazidə qırmadaşın yayıldığı müşahidə olunmuşdur. Baxışda iştrak edən Zərərçəkmiş şəxs-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəllərində iş vaxtından sonra, gecə saatlarında ümumilikdə 5 dəfə olmaqla idarə etdiyi Zərərçəkmiş şəxs-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus olan “HOWO” markalı, ** JP *** d.q.nişanlı yük avtomobili ilə dəmir yolundan qırmadaşları oğurlayaraq həmin əraziyə gətirib boşaltmış, bunun müqabilində adını bilmədiyi tanımadığı şəxsdən ümumilikdə 340 manat pul vəsaiti almışdır. Hər yuk avtomobili 10 ton qırmadaş tutur. Budan başqa baxış zamanı sübut əhəmiyət kəsb etdiyindən və ekspertizaya təqdim olunmasından ötrü müəyyən miqdarda qırmadaş nümunə kimi götürülmüşdür. Baxış zamanı çəkilmiş videogörüntü bir ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus stok sahəsi Xaçmaz rayonu, Ləcət kəndi ərazisində ADY-nin Ləcət stansiyasının 180-ci kilometrində yerləşir. İş materiallarında olan “KOLİN” İnşaat Turizm ve Ticarət Anonim Şirketinin Azərbaycan Respublikası Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs şirkətin digər sürücüləri kimi Sumqayıt-Yalama dəmir yolu xəttinin lahiyələndirmə və bərpası üzrə həmin şirkətə aid bütün yük avtomobillərini idarə etmək icazəsi (hüququ) olmuşdur. İş materiallarında olan “Əmək müqaviləsi”nin surətindən və Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 003/25XP nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi sürücü, yük avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ləcət stansiyasının 180-ci kilometrliyində yerləşən stok sahəsindən oğurlanmış “0-38 fraksiyalı” qırmadaşının 1 tonunun qiyməti 26.047 AZN məbləğindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 14 mart 2025-ci il tarxli, 006/25-X nömrəli rəyindən müəyyən edilir ki, Respublikanın inşaat malları satışı məntəqələrindən alınan məlumatlara və beynəlxalq şəbəkə internet vasitəsilə müxtəlif saytlarda aparılan axtarışların nəticəsinə əsasən ekspertiza təyin edilməsi haqqında qərardadda qeyd olunan qırmadaşın təqdim olunmuş nümunəyə əsasən 1 tonunun 2025-ci ilin yanvar ayına mövcud olan orta bazar (satış) qiyməti təxminən 26,0 manat müəyyən edilir. Qeyd:Tələb və təklifdən asılı olaraq, müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatından müəyyən edilir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır və dəymiş ziyanın hesablanmasında ekspert rəyi və şirkətin verdiyi qiyməti, yəni bir tonu üçün 26,047 manat məbləğin əsas götürülməsi xahiş edilmişdir. İş materiallarında olan sübutların qiymətləndiriməsi barədə müstəntiqin 27 may 2025-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yerirtilmiş hesab edilmiş və ona həmin maddə ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə dəymiş ümumi ziyanın hesablanmasında zərərçəkmiş hüquqi şəxsin ifadəsinə istinad edilməklə vurulmuş ziyanın ümumi miqdarının 1302 manat olması nəzərə alınmış, baxış zamanı hadisə yerindən götürülmüş 430 qram çəkidə qırmadaş maddi sübut kimi tanınmaqla Xaçmaz st. XPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan “X3 Sanayi ve Ticaret Anonim Şirketi’nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs etdiyi oğurluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu 1302,35 manat məbləğində maddi ziyanı nağd qaydada tam şəkildə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş hüqiuqi şəxsin nümayəndəsinin və şahidin iş materiallarıdakı ifadələrini, istintaq hərəkətlərinin protokollarını və digər iş materiallarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqında da ifadə verərkən cinayəti dəmir yolu xətlərinə münasibətdə törətməməsi kimi irəli sürdüyü dəlillər və bu barədə məhkəmə istintaqında onun müdafiəçisinin də göstərdikləri aparılmış hərtərəfli məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu barədə irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin tərkibini yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından, qeyd olunan cinayət əməlini dəmir yolu xətlərinə münasibətdə törətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon İHB-nın Ağalıq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və təqsirlədirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seiyalı, 798208 nömrəli və xx.xx.2025-ci il tarixli, 072103 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən, həmçinin EMİS-dən çıxarılmış sorğu məlumatından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşaqları var. (xx.xx.2022-ci ildə anadan olmuş Elay və xx.xx.2025-ci ildə anadan olmuş Səid). İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 03 iyun 2025-ci il tarixli arayışından, həmçinin 29 iyul 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs vurduğu 1302,35 manat məbləğində maddi ziyanı nağd qaydada tam şəkildə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə tamamilə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı hər hansı tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tamamilə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir.. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin saxlanc otağında saxlanılan, hadisə yerindən götürülmüş 430 qram çəkidə 0-38 fraksiyalı qırmadaş hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş, hadisə yerinə baxış keçirilməsinin videoçəkilişinin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut– Xaçmaz st. XPŞ-nin saxlanc otağında saxlanılan, hadisə yerindən götürülmüş 430 qram çəkidə 0-38 fraksiyalı qırmadaş hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş, hadisə yerinə baxış keçirilməsinin videoçəkilişinin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar