Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-137/2022 24.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, 19 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, Borçalı küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı plastmas qutuda olan alışqan üzlüyünün içərisindəki sellofan torbanın içərisində 01 ədəd kağız bükümdə 1,542 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd kağız bükümdə 0,394 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həyət qapısının üstündən keçməklə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, A.Bakıxanov küçəsi, 4 nömrəli evin həyətinə, daha sonra isə pəncərəni açmaqla evə qanunsuz daxil olub birinci mərtəbədə olan yataq otağından 700 manat dəyərində olan bir ədəd «Sony» markalı «KLV-40BX400» model, 40 düym ölçülü televizoru, 100 manat dəyərində olan bir ədəd 5 litrlik, 180 manat dəyərində olan bir ədəd 7 litrlik samovarları, 50 manat dəyərində olan bir ədəd 7 litrlik, hər biri 80 manat dəyərində olan üç ədəd 10 litrlik aliminium qazanları, 60 manat dəyərində olan bir ədəd 4 litrlik çuqun materialdan olan qazanı, 130 manat dəyərində olan bir ədəd «Samsung» markalı qırmızı rəngli tozsoranı, ikinci mərtəbədə olan yataq otağından 250 manat dəyərində olan bir ədəd «Beko» markalı tozsoranı, hər biri 50 manat dəyərində olan 6 ədəd güldanı, 40 manat dəyərində olan bir ədəd suvenir atı, 20 manat dəyərində olan bir ədəd kiçik ölçülü qızılı rəngli buğa bürc heykəlini, 30 manat dəyərində olan bir ədəd qızoğlan heykəlini, 20 manat dəyərində olan bir ədəd yelləncəkdə oturmuş vəziyyətdə qız heykəlini, 30 manat dəyərində olan bir ədəd kişi heykəlini, 40 manat dəyərində olan yastıq, yorğan və döşək üzlərindən ibarət bir ədəd yataq dəstini, hər biri 10 manat dəyərində olan üç ədəd hamam dəsmalını, 9 manat dəyərində olan bir ədəd iki litrlik «Azərsun» markalı qarğıdalı yağını, hər biri 30 manat dəyərində olan iki ədəd gümüşü rəngli qənd qablarını, hər biri 50 manat dəyərində olan iki ədəd çemodanı, 70 manat dəyərində olan bir ədəd «Tefal» markalı ütünü götürüb aparmaqla ümumilikdə 2459 manat məbləğində oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, iki il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 17 mart 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz səhəri, N.Nərimanov küçəsində yerləşən X5 yaxınlığından keçib gedərkən yerdə bir ədəd yaşıl rəngli plastmas qutunun olduğunu görmüş və həmin plastmas qutunu əlinə götürüb açdıqda içərisində süni dəridən olan alışqan üzlüyü, üzlüyün içərisində olan sellofan torbada iki ədəd kağız bukum olduğunu, kağız bükümləri açıb baxdıqda isə birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün plastmas qutunun içərisində tapdığı heroini və metamfetamini atmayaraq əynində olan gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonrakı günlərdə tapdığı heroinin və metamfetaminin bir hissəsini falqa kağızının üzərinə töküb özü istifadə etmiş, qalan hissəsini isə ailə üzvlərinin görməməsi üçün başqa yerə qoymayaraq gödəkçəsinin cibində saxlamışdır. 19 mart 2022-ci il tarixdə saat 11 radələrində evdən çıxıb yaşadığı Xaçmaz şəhəri, Borçalı küçəsi ilə gedərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, gödəkçəsinin sağ yan cibindən isə yaşıl rəngli plastmas qutunu çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq onun və müdafiəçisinin iştirakı ilə plastmas qutunu açıb içərisindəki 02 ədəd falqa kəsiklərini, süni dəridən olan alışqan üzlüyünü, həmin üzlüyü açıb baxdıqda isə içərisində olan sellofan torbadakı kağız bükümləri görmüşdür. Bundan sonra müstəntiq onun və müdafiəçisinin iştirakı ilə sellofan torbanın içərisində olan kağız bükümləri çıxarıb açaraq içərilərində olan qəhvəyi rəngli kütlənin və ağ rəngli kristalşəkilli kütlənin nə olduğunu, haradan aldığını soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, göy rəngli kağız bükümdə olan ağ rəngli kristallşəkilli kütlə isə psixotrop maddə olan metamfetamin olmaqla özünə məxsus olduğunu, 17 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, N. Nərimanov küçəsində yerləşən X5 yaxınlığında yerdən tapdığını, sonradan özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra müstəntiq tərəfindən plastmas qutunun içərisindəki kağız bükümlərdə olan heroin və metamfetamin ayrı-ayrılıqda ağ vərəqə bükülərək falqa kəsikləri ilə birlikdə sellofan torbanın içərisinə, sellofan torba isə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş heroinin, metamfetaminin və falqa kəsiklərinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 28 may 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Xaçmaz şəhərində küçələri gəzib yaşayış olmayan evləri müəyyənləşdirsin və həmin evlərə daxil olub oğurluq etsin. O, piyada gəzəgəzə Xaçmaz şəhəri, A.Bakıxanov küçəsinə getmiş, saat 15 radələrində həmin küçədə yaşayan tanıdığı Maralın evinin qarşısına çatanda fikirləşmişdir ki, Maral evdə olmasa onun evinə daxil olub oğurluq etsin. O, Maralın tək yaşadığını və onun çox vaxt evində olmadığını bilmişdir. Maralın evdə olub-olmadığını öyrənmək üçün yaxınlaşıb həyət qapısını döymüş, qapını açan olmadıqda başa düşmüşdür ki, Maral evdə yoxdur. Bundan sonra o, əvvəlcə ətrafa nəzər yetirib həyət qapısının üstündən keçməklə həyətə daxil olub evin giriş qapısı ilə üzbəüz dayandıqda sol yan tərəfdə olan pəncərəyə yaxınlaşmış, əli ilə itələdikdə pəncərə açılmış və o, içəri daxil olub əvvəlcə birinci mərtəbədə olan otağı, sonradan isə içəridə olan pilləkənlə ikinci mərtəbəyə qalxıb ikinci mərtəbədə olan otaqları axtarmışdır. Bütün otaqları axtarsa da pul və ya qızıl-zinyət əşyaları tapa bilməyib qərara gəlmişdir ki, evdə olan televizoru və başqa əşyaları oğurlayıb aparsın. O, Maralın evində olan 2 ədəd çemodanları götürmüş və həmin çemodanların içərisinə birinci mərtəbədə olan otaqdan götürdüyü 02 ədəd samovarı, 05 ədəd qazanı, bir ədəd tozsoranı, ikinci mərtəbədə olan otaqdan götürdüyü bir ədəd tozsoranı, 6 ədəd güldanı, suvenir heykəlləri, yastıq, yorğan və döşək üzlərindən ibarət yataq dəstini, hamam dəsmallarını, bir ədəd «Azərsun» markalı qarğıdalı yağını, iki ədəd gümüşü rəngli qənd qablarını, bir ədəd ütünü yığdıqdan sonra torbalarda və çemodanlarda olan əşyaları tək-tək evdən çıxarıb həyət qapısının yaxınlığına gətirmiş, daha sonra isə həyət qapısını arxadan açıb küçəyə çıxarmış və piyada Xaçmaz şəhəri, R.Behbudov küçəsinə gələrək oğurladığı əşyaları həmin küçədə yerləşən yarımçıq tikilinin içərisində gizlətdikdən sonra qayıdıb Maralın yaşadığı evə getmişdir. Maralın həyətinə daxil olduqda qonşuluqda yaşayan Tural onu görüb Maralın evinin həyətində nə etdiyini soruşmuş, o, da yalandan Turala demişdir ki, Maralın həyətində təmizlik işləri görməsi üçün gəlmişdir. Tural ona heç bir söz deməyib uzaqlaşdıqdan sonra o, Maralın evinə daxil olmuş və birinci mərtəbədəki otaqda olan «Sony» markalı televizoru götürüb piyada Xaçmaz şəhəri, R.Behbudov küçəsinə gətirərək yarımçıq tikilidə gizlətdiyi digər əşyaların yanına qoymuşdur. Maralın evindən oğurladığı çemodanlar içərilərinə yığdığı əşyaların təsirindən çırıldığı üçün o, çemodanları, yataq dəstini, hamam dəsmallarını, qarğıdalı yağını atmış, samovarları, qazanları, tozsoranları, ütünü, qənd qablarını, güldanları, suvenir heykəlləri avtomobillə küçələri gəzib metal yığan tanımadığı şəxsə satıb 100 manat pul almış, televizor isə yarımçıq tikilinin içərisində qalmışdır. 29 may 2022-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda Maralın evindən etdiyi oğurluğa görə dəvət olunduğunu fikirləşmiş və Maralın evindən oğurladığı «SONY» markalı televizoru gizlətdiyi yerdən götürüb özü ilə polis şöbəsinə gətirərək polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, həmin televizoru 28 may 2022-ci il tarixdə Maralın evinə daxil olub oğurlamışdır. Təqdim etdiyi televizor protokol tərtib edilməklə götürülmüşdür. Əməllərindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, ünvan 2 ünvanda yaşasa da arada Bakı şəhərində yaşayan qızı Kəmalənin evinə gedib bir-iki gün orada qalmışdır. Sonuncu dəfə 03 aprel 2022-ci il tarixdə o, evdən çıxıb Bakı şəhərinə qızı Kəmalənin evinə gedərkən öz evinin giriş qapsını və həyət qapısını açarla bağlamış, açarları isə bacısı oğlu Vasifə vermişdir ki, arada bir gəlib onun evinə nəzarət etsin. Sonrakı günlərdə o, Bakı şəhərində xəstəxanaya gedib müayinədən keçdiyinə görə Xaçmaz şəhərinə qayıtmayıb Bakı şəhərində qızı Kəmalənin evində qalmışdır. 28 may 2022-ci il tarixdə axşam saatlarında bacısı oğlu Vasif ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs onun evinə daxil olub oğurluq etmişdir. 29 may 2022-ci il tarixdə səhər saatlarında o, Xaçmaz şəhərinə öz evinə gəlib baxdıqda görmüşdür ki, evinin ön tərəfində birinci mərtəbədə olan pəncərə açıqdır, ikinci mərtəbədə olan pəncərənin 40x40 sm ölçüdə şüşəsi isə sınıqdır. O, qapını açıb evə daxil olmuş və baxdıqda görmüşdür ki, otaqlarda olan bütün əşyalar dağıdılıb. Həmin vaxt bacısı oğlu Vasif ona demişdir ki, qonşuluğunda yaşayan Tural Təyyarı onun həyətində görüb nə etdiyini soruşmuş, Təyyar da Turala həyəti təmizləmək üçün gəldiyini demişdir. Vasifin sözündən sonra o, heç nəyə toxunmadan Xaçmaz rayon Polis Şöbəsinə gəlib evindən oğurluq olması ilə bağlı ərizə yazıb izahat vermiş, sonra isə polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş və polis əməkdaşları onun iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Bundan sonra o, nələrin oğurlandığını bilmək üçün otaqlarda olan əşyalara nəzər yetirdikdə birinci mərtəbədə olan yataq otağından beş il əvvəl 700 manata aldığı bir ədəd «Sony» markalı televizorun, 8 il əvvəl 100 manata aldığı bir ədəd 5 litrlik, 7 ilə əvvəl 180 manata aldığı bir ədəd 7 litrlik samovarın, 4 il əvvəl 50 manata aldığı bir ədəd 7 litrlik, 3 il əvvəl bir ədədini 80 manata aldığı üç ədəd 10 litrlik aluminium qazanların, beş il əvvəl 60 manata aldığı bir ədəd 4 litrlik çuqun materialdan olan qazanın, 8 il əvvəl 130 manata aldığı bir ədəd «Samsung» markalı qırmızı rəngli tozsoranın, ikinci mərtəbədə olan qonaq otağından 3 il əvvəl 250 manata aldığı bir ədəd «Beko» markalı tozsoranın, bir ədədini 50 manata aldığı 6 ədəd güldanın, 40 manata aldığı bir ədəd suvenir atın, 20 manta aldığı bir ədəd kiçik ölçülü qızılı rəngli buğa bürc heykəlin, 30 manata aldığı bir ədəd qız-oğlan heykəlinin, 20 manata aldığı bir ədəd yelləncəkdə oturmuş vəziyyətdə qız heykəlinin, 30 manata aldığı bir ədəd kişi heykəlinin, 40 manata aldığı yastıq, yorğan və döşək üzlərindən ibarət bir ədəd yataq dəstinin, bir ədədini 10 manata aldığı üç ədəd hamam dəsmalının, 9 manata aldığı bir ədəd iki litrlik «Azərsun» markalı qarğıdalı yağının, bir ədədini 30 manat aldığı iki ədəd gümüşü rəngli qənd qablarının, bir ədədini 50 manata aldığı iki ədəd çemodanın, bir il əvvəl 70 manata aldığı bir ədəd «Tefal» markalı ütünün olmadığını görmüşdür. Evindən qeyd olunan əşyaların oğurlanması nəticəsində ona 2459 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs və valideynləri tərəfindən ödənilmiş, 1 ədəd televizor ona qaytarılmışdır. Ona görə də hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinə Xaçmaz şəhəri, Borçalı küçəsi, ev 38-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 19 mart 2022-ci il tarixdə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Borçalı küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim edib onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində X3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd «Rothmans» markalı siqaret qutusunu, gödəkçəsinin sağ yan cibindən isə yaşıl rəngli plastmas qutunu çıxarıb masanın üstünə qoymuşdur. X3 Təqsirləndirilən şəxs və vəkil Yusif Talıbovun iştirakı ilə plastmas qutunu açdıqda içərisində 02 ədəd falqa kəsikləri və süni dəridən olan alışqan üzlüyü aşkar olunmuşdur. Sonra X3 alışqan üzlüyünün içərisindən bir ədəd kiçik ölçülü sellofan torbanı çıxarmış və onlar həmin sellofan torbanın içərisində bir ədəd göy və bir ədəd gümüşü rəngli olmaqla iki ədəd kağız bükümlərin olduğunu görmüşlər. X3 sellofan torbanın içərisində olan kağız bükümləri çıxarıb, əvvəlcə gümüşü rəngli kağız bükümü açıb içərisində olan qəhvəyi rəngli kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin «kakos», yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra müstəntiq göy rəngli kağız bükümü açıb içərisində olan ağ rəngli kristalşəkilli kütlənin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu, iki gün əvvəl Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən X5 yaxınlığında yerdən tapdığını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qəhvəyi rəngli maddə və ağ rəngli kristalşəkilli kütlə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə ayrı-ayrılıqda ağ vərəqlərə büküldükdən sonra 02 ədəd falqa kəsikləri ilə birlikdə sellofan torbanın içərisinə, sellofan torba isə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz rayon Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid4 Aydınbəy oğlu göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Bakıxanov küçəsi, ev 6-da yaşayır. Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, A.Bakıxanov küçəsində onunla qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs isə təxminən 15 il olar tanıyır. 28 may 2022-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin həyətində olarkən Maralın yaşadığı evin həyətindən səs gəldiyini eşidib çəpərdən baxdıqda görmüşdür ki, Təyyar Maralın yaşadığı evin həyətindədir. Təyyardan Maralın evinin həyətində nə etdiyini soruşduqda demişdir ki, həyətdə təmizlik işləri görür. Maral evdə olmadıqda onun evinə bacısı oğlu Vasif nəzarət etdiyi üçün o, Təyyardan Vasifin gəlib-gəlməyəcəyini soruşmuş, Təyyar da ona demişdir ki, bir azdan sonra Vasif də gələcəkdir. Təyyar özünü sərbəst apardığı üçün ona inanmış və qayıdıb yaşadığı evin həyətində işləmişdir. Həmin gün axşam Vasif onun yaşadığı evə gəlib xalası Maralın evindən oğurluq olduğunu bildirdikdə o, Vasifə demişdir ki, bu gün günorta saatlarında xalası Maralın yaşadığı evin həyətində Təyyarı görmüşdür, Təyyarın özünün deməsinə görə o, evin həyətində təmizlik işləri görməsi üçün gəlmişdir. Bundan sonra Vasif zəng vurub bu barədə xalası Marala məlumat vermişdir. Bir neçə gün keçdikdən sonra o, eşitmişdir ki, Təyyar Maralın evinə daxil olub televizoru və başqa əşyaları oğurlamışdır. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibində saxladığı yaşıl rəngli plastmas qutunun içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin, 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin və 02 ədəd falqa kəsikləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 20 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 19 mart 2022ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 mart 2022-ci il tarixli 6/1602 nömrəli ekspert rəyndən görünür ki, 20 mart 2022-ci il tarixli 6/1602 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №58» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən..» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,542 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdəki təmiz çəkisi 0,394 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 02 ədəd falqa kəsiklər üzərindəki maddə izləri termiki təsir nəticəsində tərkibini dəyişdiyindən növünü müəyyən etmək mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı l), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 1,492 qram, metamfetaminin çəkisi 0,344 qram təşkil edir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 21 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,492 qram təşkil edən heroin, 0,344 qram çəkidə metamfetamin və şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və metamfetamin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 iyul 2022-ci il tarixli 4119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 31 mart 2022-ci il tarixli, 5(067)-56/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 19 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Xaçmaz rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kamran Hüseynov tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd “SONY” markalı televizoru təqdim edərək 28 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, A.Bakıxanov küçəsi, 4 nömrəli evdən oğurladığı bildirmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs təqdim etdiyi «SONY» markalı televizorun yaşadığı evdən oğurlandığını və özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 14 iyun 2022-ci il tarixli qərardan və həmin tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “SONY” markalı televizor maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü 14 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qızma təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31 may 2020-ci ildə cəza müddəti başa çatmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, 19 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, Borçalı küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı plastmas qutuda olan alışqan üzlüyünün içərisindəki sellofan torbanın içərisində 01 ədəd kağız bükümdə 1,542 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd kağız bükümdə 0,394 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həyət qapısının üstündən keçməklə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, A.Bakıxanov küçəsi, 4 nömrəli evin həyətinə, daha sonra isə pəncərəni açmaqla evə qanunsuz daxil olub birinci mərtəbədə olan yataq otağından 700 manat dəyərində olan bir ədəd «Sony» markalı «KLV-40BX400» model, 40 düym ölçülü televizoru, 100 manat dəyərində olan bir ədəd 5 litrlik, 180 manat dəyərində olan bir ədəd 7 litrlik samovarları, 50 manat dəyərində olan bir ədəd 7 litrlik, hər biri 80 manat dəyərində olan üç ədəd 10 litrlik aliminium qazanları, 60 manat dəyərində olan bir ədəd 4 litrlik çuqun materialdan olan qazanı, 130 manat dəyərində olan bir ədəd «Samsung» markalı qırmızı rəngli tozsoranı, ikinci mərtəbədə olan yataq otağından 250 manat dəyərində olan bir ədəd «Beko» markalı tozsoranı, hər biri 50 manat dəyərində olan 6 ədəd güldanı, 40 manat dəyərində olan bir ədəd suvenir atı, 20 manat dəyərində olan bir ədəd kiçik ölçülü qızılı rəngli buğa bürc heykəlini, 30 manat dəyərində olan bir ədəd qızoğlan heykəlini, 20 manat dəyərində olan bir ədəd yelləncəkdə oturmuş vəziyyətdə qız heykəlini, 30 manat dəyərində olan bir ədəd kişi heykəlini, 40 manat dəyərində olan yastıq, yorğan və döşək üzlərindən ibarət bir ədəd yataq dəstini, hər biri 10 manat dəyərində olan üç ədəd hamam dəsmalını, 9 manat dəyərində olan bir ədəd iki litrlik «Azərsun» markalı qarğıdalı yağını, hər biri 30 manat dəyərində olan iki ədəd gümüşü rəngli qənd qablarını, hər biri 50 manat dəyərində olan iki ədəd çemodanı, 70 manat dəyərində olan bir ədəd «Tefal» markalı ütünü götürüb aparmaqla ümumilikdə 2459 manat məbləğində oğurluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan isə zərərçəkmiş şəxslə barışıq əldə etməklə dəymiş ziyanı aradan qaldırması, bunun nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyinin azalması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsi tutulması haqqında 07 iyun 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin 09 iyun 2022-ci il tarixli və 05 sentyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1,492 qram təşkil edən narkotik vasitə heroin, 0,344 qram çəkidə metamfetamin və 02 ədəd falqa məhv edilməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “SONY” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması və ümumilikdə dəymiş 2459 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 160 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla cəmi 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 07 iyun 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1,492 qram təşkil edən narkotik vasitə heroin, 0,344 qram çəkidə metamfetamin və 02 ədəd falqa məhv edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “SONY” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması və ümumilikdə dəymiş 2459 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 160 (bir yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-137/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-137/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver