Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-137/2023 01.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1991-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə "xxxx" MMC-də sürücü-ekspeditor işləyən, evli, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamış, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin İnsan Resursları Departamentinin X2 Mərkəzi Bölməsinin STHM təcrübəçisi vəzifəsində, 05 yanvar 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək isə həmin Cəmiyyətin Vesta Satış və Hasilat Şöbəsinin satış təmsilçisi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edərək həmin Cəmiyyətlə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən işəgötürənə maddi ziyan vurmamaq kimi vəzifəni öz öhdəsinə götürməklə 08 sentyabr 2021-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində müəssisə tərəfindən onun istifadəsində olan “Redmi Note 11” markalı smartfon tipli mobil telefona yüklənmiş “Vesas” proqram təminatı vasitəsilə yazdığı qaimə-fakturalar əsasında qida və qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək satışdan əldə olunmuş Cəmiyyətə məxsus nağd pul vəsaitini, yəni özgə əmlakı olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 55 satış nöqtəsindən, o cümlədən “ALPİN QUSAR RESORT” adlı satış nöqtəsindən 399 manat, “AY İSHİGİ RESTORAN QUBA” adlı satış nöqtəsindən 60,85 manat, “”AY-NUR OTEL QECRESH” adlı satış nöqtəsindən 212 manat, “BİZİM BAG RESTORAN” adlı satış nöqtəsindən 615,88 manat, “CENLİBEL RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 500,47 manat, “CEYRAN BULAĞİ RESTORAN” adlı satış nöqtəsindən 157,22 manat, “DİAMOND RESTORAN QUSAR” adlı satış nöqtəsindən 130 manat, “GOL RESTORAN SHAHNEZERLİ” adlı satış nöqtəsindən 100 manat, “İZMİR KAFE QUSARCAY” adlı satış nöqtəsindən 388,50 manat, “KAFE GOL XAÇMAZ” adlı satış nöqtəsindən 50 manat, “KORPU RESTORAN 2-Cİ NUGEDİ” adlı satış nöqtəsindən 241,80 manat, “LAMORE RESTORAN QUBA” adlı satış nöqtəsindən 628,40 manat, “LİDER SHİRNİYYAT XAÇMAZ” adlı satış nöqtəsindən 477 manat, “LUCKY RESTORAN QUBA” adlı satış nöqtəsindən 250,69 manat, “MEGA SHİRNİYYAT KAFE 2019” adlı satış nöqtəsindən 110,03 manat, “MELİKOV BABA(ELMAR)” adlı satış nöqtəsindən 470 manat, “PALMA RESTORAN” adlı satış nöqtəsindən 89,31 manat, “PANORAMA PUB CLUB 2020” adlı satış nöqtəsindən 330 manat, “QAFQAZ PETROL XAÇMAZ” adlı satış nöqtəsindən 220 manat, “QİMİL RESTORANİ XAÇMAZ” adlı satış nöqtəsindən 316 manat, “QİZİL QAYA RESTORAN 2021” adlı satış nöqtəsindən 297,40 manat, “QUBA CENTRAL RESTORAN” adlı satış nöqtəsindən 140,63 manat, “QUBA SHİRNİYYAT" adlı satış nöqtəsindən 50 manat, “QUTAB EVİ RESTORAN” adlı satış nöqtəsindən 1090 manat, “RESUL KAFE QUBA 2020” adlı satış nöqtəsindən 280 manat, “SERİN KAFE QUBA” adlı satış nöqtəsindən 685,29 manat, "SHAH HOUSE 2” adlı satış nöqtəsindən 501,15 manat, “SHERAB EVİ XUDAT 2020” adlı satış nöqtəsindən 150 manat, “SONALİ GOL RESTORAN” adlı satış nöqtəsindən 154,80 manat, “TURK LİTSEY QUBA” adlı satış nöqtəsindən 328,40 manat, “UYUT OTEL QUBA” adlı satış nöqtəsindən 100,01 manat, “XEZER KAFE QENDAB” adlı satış nöqtəsindən 179 manat, “XEZER RES.XAÇMAZ” adlı satış nöqtəsindən 846 manat, “XİDİR RESTORANİ (QUSAR)” adlı satış nöqtəsindən 500,02 manat, “XUDAT LİDER SHİRNİYYAT” adlı satış nöqtəsindən 855 manat, “XXİ ESR RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 739,37 manat, “y a r p a q TANTUNİ” adlı satış nöqtəsindən 396,05 manat, “YASHİL MEKAN KAFE” adlı satış nöqtəsindən 36,97 manat, “KERİMOV SEYRAN RESİD OGLU” adlı satış nöqtəsindən 184,81 manat, “İSMAYİLOV İSMXAN XANLAR OGLU” adlı satış nöqtəsindən 150 manat, “MEHSİMOV TOĞRUL RAMAZAN OGLU” adlı satış nöqtəsindən 798,63 manat, “OSMANLİ KAFE XAÇMAZ” adlı satış nöqtəsindən 3531 manat, “BUFET N-11 XACHMAZ” adlı satış nöqtəsindən 362 manat, “AYSBERQ RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 415 manat, “ELİTE HOTEL XAÇMAZ” adlı satış nöqtəsindən 2007,30 manat, “İNTİZAR PALACE SHADLİQ EVİ XACHMAZ” adlı satış nöqtəsindən 1494,61 manat, “MEHMAN TOPDAN PARİSPOL XAÇMAZ” adlı satış nöqtəsindən 1856,60 manat, “NAXİŞ TORT LEVAZİMETLARİ QUBA” adlı satış nöqtəsindən 756,21 manat, “QALA REST MESRİL SİYEZEN” adlı satış nöqtəsindən 527,11 manat, “CEFEROV KENAN RAHİM” adlı satış nöqtəsindən 287,05 manat, “CAN SENE RESTORAN” adlı satış nöqtəsindən 50 manat, “LİGTV QUBA” adlı satış nöqtəsindən 100 manat, “OBERLUX İSTİRAHET MERKEZİ” adlı satış nöqtəsindən 744,83 manat, “X6” adlı satış nöqtəsindən 1217 manat, “HAYAT SHİRNİYYAT EVİ 2021” adlı satış nöqtəsindən 700 manat, ümumilikdə isə 28259,39 manat məbləğində pul vəsaitini yığaraq Zərərçəkmiş şəxs MMC-nin Xaçmaz şəhəri, Ziya Bunyadov prospekti 10 ünvanında yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə edib Zərərçəkmiş şəxs MMC-nin qida və qeyri-qida məhsullarının topdan satışı üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamış, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, satış nöqtələri ona pul vəsaitlərini tam olaraq vermiş, o isə həmin pul vəsaitlərinin bir hissəsini özü üçün götürmüş, qalan məbləği isə qaimə vasitəsilə təhvil vermişdir, yəni o, həmin pul vəsaitlərini xəzinəyə ona verilmiş tam məbləğlərində təhvil verməmişdir. Məsələn, satış nöqtəsi ona 1000 manat verirdisə o, həmin pulun bir hissəsini özü üçün götürərək 700-800 manatını xəzinəyə təhvil vermişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun Zərərçəkmiş şəxs MMC-də vəzifəsi satış təmsilçisi-hasilatçı olmuşdur. Satış təmsilçisi kimi onun vəzifəsi həmin MMC-nin ona həvalə etdiyi məhsulları satmaq və məhsulların satışından əldə olunmuş pul vəsaitini xəzinəyə təhvil vermək olmuşdur. O, həmin vəzifədə bir il çalışmışdır. O, ittihamda qeyd olunan satış nöqtələrindən qeyd olunan məbləğlərdə, “HAYAT SHİRNİYYAT EVİ 2021” adlı satış nöqtəsi istisna olmaqla, pul vəsaitini yığaraq Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə təhvil verməmişdir. “HAYAT SHİRNİYYAT EVİ 2021” satış nöqtəsindən verilməli olan 700 manat pul Zərərçəkmiş şəxs MMC-yə ümumiyyətlə verilməmişdir. Belə ki, həmin MMC tərəfindən həmin satış nöqtəsinə satılmış məhsul zay çıxdığından 700 manat pul vəsaitini MMC-yə ödəməmiş, həmin məbləğ onun adına yazılmışdır, yəni o, həmin pulu almamışdır. Lakin o, bu hala etiraz etməmişdir, hazırda da etiraz etmir. Zərərçəkmiş şəxs MMC-də onun izahatı alınanda da əməlini etiraf edərək bildirmişdir ki, o, maddi imkanı olmadığından, vurduğu ziyanı hissə ödəyə bilər, lakin onunla razılaşmamışlar, ziyanın tam ödənilməsini tələb etmişlər. O, mənimsədiyi həmin pulları öz ehtiyaclarına xərcləmişdir. İşlədiyi həmin MMC-də kassalar işçilərin adlarına qeyd olunmuş, təhvil-təslim zamanı onun kassasında pulların əskik olması aşkar olunmuş, bununla da onun həmin pulları mənimsəməsi üzə çıxmış, yoxlama keçirilmiş və MMC-də ondan bu barədə soruşduqda o, əməlini etiraf etmişdir. Yoxlama, adətən, üç aydan bir keçirilmiş, lakin həmin MMC elektron sistemə yeni keçdiyindən həmin vaxtlarda yoxlama keçirilməmişdir. Elektron sistem tətbiq edilsə də, sistem kassaları hələ görməmiş, sonradan isə kassaları sistemə tanıdanda həmin pul əskikliyi aşkar olunmuşdur. Mülki iddianı qəbul edərək vurduğu ziyanı ödəmək fikrindədir. O, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində 2022-ci ilin yanvar ayından işləməyə başlamış, həmin aydan elektron sistem yeni tətbiq olunmağa başladığından yoxlama əvvəlki kimi mütəmadi olaraq keçirilməmiş, o, həmin pulları satış təmsilçisi kimi işlədiyi 01 ilin ərzində mənimsəmişdir. O, həmin cinayət əməlini tək törətmişdir. Əlavə olaraq bildirdi ki, o, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslə sonuncuya 25000 manat ödəməsi barədə razılaşmışlar, lakin sonra o, həmin məbləğdə pulu əldə edə bilməmiş, hər ay 500 manat ödəməyi təklif etmiş, lakin zərərçəkmiş şəxs onunla razılaşmamışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır, mülki iddianı qəbul edir, vurduğu ziyanla bağlı hazıradək 300 manat ödəmiş, onun ziyanı ödəmək fikri var, lakin hazırda onun maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs MMC-də stajor satış təmsilçisi kimi işə qəbul olunmuş və 2022-ci ilin yanvar ayından isə qeyd etdiyi şirkətin Vesta Satış və Hasilat Şöbəsinin satış təmsilçisi vəzifəsinə təyin olunmuşdur. O, Şimal regionu, yəni həmin müəssisənin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə satış təmsilçisi kimi işə başlamışdır. Onun sözügedən müəssisə ilə arasında tam fərdi maddi məsuliyyət haqqında müqaviləsi olmuşdur. Satış təmsilçisi kimi vəzifəsi müəssisənin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində yerləşən əməkdaşlıq etdikləri, hotel, restoran və kafelərdən istifadəsində olan “Redmi Note 11” markalı smartfon tipli mobil telefonuna yüklənmiş “Vesas” proqram təminatı ilə sifarişləri qəbul etmək və 21 gün müddətində sifariş əsasında satış nöqtələrinə paylanan malların dəyərini mağaza sahiblərindən əlbəəl alıb müəssisənin Xaçmaz şəhərində yerləşən ofisindəki kassaya ödəmək olmuşdur. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının satışını həyata keçirir. O, həmin şirkətdə qida və qeyri-qida məhsullarının satışı üzrə təmsilçi işləmişdir. İşlədiyi müddət ərzində istifadəsində olmuş mobil telefona şirkət tərəfindən yüklənmiş “Vesas” proqram təminatından istifadə etmiş və onun üçün ayrılmış profildən ondan başqa heç kim istifadə etməmişdir. Həmin profillə kənar şəxslər tərəfindən onun adına ayrı-ayrı satış nöqtələrinə sifarişlərin yazılması halı olmamışdır. Satış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra müəssisənin Bakı şəhərində yerləşən anbarında çeşidlənib Xaçmaz şəhərində yerləşən anbara gətirilmiş və Xaçmazdakı anbardan isə yük avtomobillərinə yüklənib sürücü tərəfindən satış nöqtələrinə çatdırılmışdır. Bunun əsasında da qaimə faktura tərtib olunmuşdur. İşlədiyi müddət ərzində onun sifarişi əsasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisindəki satış nöqtələrinə nə qədər mal paylanılması, hansı məbləğdə pulun kassaya ödənilməsi, nə qədər malın anbara geri qaytarılmasını hazırda xatırlamır. 2022-ci ilin sentyabr ayında onun, Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları Şahid13, Şahid12 və yeni satış təmsilçisi Şahid14 iştirakları ilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisindəki satış nöqtələrinə bir-bir gedilərək satış nöqtələrinin sistem üzrə borcları ilə faktiki borcları üzləşdirilmiş və ümumilikdə 28259,39 manat məbləğində əskikliyin olması aşkar edilmişdir. Müxtəlif vaxtlarda satış nöqtələrindən malların dəyərini nağd şəkildə aldıqdan sonra verilmiş pulun bir qismini şirkətin kassasına ödəmiş, yerdə qalan pulu isə öz istifadəsi üçün götürmüşdür. Yoxlama zamanı müəyyən edilmiş məbləğ, yəni 28259,39 manat məbləğində pulu müəssisənin kassasına ödəməyib öz şəxsi ehtiyacları üçün istifadə etdiyini qəbul edir. Həmin yoxlama zamanı satış nöqtələrində olan ümumilikdə 12202,14 manat məbləğində mal yeni satış təmsilçisi Şahid14 təhvil verilmişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs MMC ilə arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırda etdiyi əməldən peşmandır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, satış nöqtələrindən pulları nağd şəkildə aldıqdan sonra həmin pulu şirkətin Xaçmaz şəhərində yerləşən ofisindəki kassaya təhvil vermişdir. Satış nöqtələrindən malların dəyəri nağd şəkildə alınarkən 3 nüsxədə ödəniş qaiməsi tərtib olunmuşdur. Həmin ödəniş qaiməsinin 1 nüsxəsi onda, 1 nüsxəsi şirkətin arxivində, 1 nüsxəsi isə satış nöqtəsinin nümayəndəsində qalmışdır. Satış nöqtələrindən yığılmış pul kassaya təhvil verilən zaman da kassaya ödəmə ilə bağlı yekun olaraq 1 nüsxə ödəniş qaiməsi ona verilmişdir. Hazırda hansı satış nöqtələrindən aldığı pulları sistemə daxil etməyib öz şəxsi ehtiyacları üçün istifadə etdiyini, eləcə də bu halların hansı tarixlərdə baş verdiyini xatırlamır. İşlədiyi müddət ərzində satış nöqtələrindən yığaraq şirkətin kassasına mədaxil etməyib mənimsədiyi pulları Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinin, eləcə də istifadəsində olan “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmirinə xərcləmişdir. xx.xx.2022-ci il tarixli aktın əsli ona təqdim olunmuşdur. Həmin aktın son vərəqində adının qarşısında olan imza ona məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş onun iştirakı ilə keçirilmiş yoxlamaya dair bütün üzləşmə aktlarının əslləri ona təqdim olunmuşdur. Həmin aktlardakı adının qarşısında olan imza ona məxsusdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin “VETSA HOREKA” satış və X5, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə satış təmsilçisi vəzifəsində işləyərkən vahid qəsdlə talama məqsədilə qeyd olunan rayonların ərazisində fəaliyyət göstərən satış nöqtələrindən yığdığı, ona etibar edilmiş iddiaçıya məxsus 28.259,39 manat məbləğində pul vəsaitini iddiaçının Xaçmaz şəhəri ərazisində yerləşən xəzinəsinə təhvil verməyib mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmiş, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə birdəfəyə 25000 manat ödəyə biləcəyini bildirmiş, zərərçəkmiş şəxs həmin təkliflə razılaşmış, lakin təqsirləndirilən şəxs həmin təklifindən imtina etmiş, heç bir məbləğdə ödəniş etməmişdir. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs-mülki cavabdeh vurduğu ziyanla bağlı hazıradək, yalnız məhkəmə istintaqı zamanı 300 manat ödəmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə2 Nümayəndə1 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2020ci ildən Zərərçəkmiş şəxs MMC-nin Hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının satışı üzrə fəaliyyət göstərir. Həmin müəssisə ölkənin müxtəlif bölgələrində yerləşən mağazalara məhsullar satır. Həmin şirkətdə funksional vəzifəsi şirkətdə baş vermiş qanunsuzluqları, qeyri-qanuni hərəkətləri aşkara çıxarmaq, ticarət nümayəndələri tərəfindən mənimsəmə faktlarına yol verildiyi halda müvafiq araşdırma aparmaq və toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərməkdən ibarətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Fərhadla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs vəzifəsi Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrindən sifarişləri qəbul etmək və həmin mağazalara paylanmış məhsulların dəyərini alaraq müəssisənin kassasına köçürməkdən ibarət olmuşdur. Şimal regionu üzrə Zərərçəkmiş şəxs MMC-nin kassası Xaçmaz şəhəri, Ziya Bünyadov prospekti 10 ünvanında yerləşir. Hər bir satış nümayəndəsinə terminal təhkim olunur. Satış nümayəndələri həmin cihazla öz şəxsi hesablarına daxil olub onlara həvalə olunmuş satış nöqtələrindən sifarişləri qəbul edərək sistemdə əməliyyat aparırlar. Satış nümayəndəsi satış nöqtələrinə satılmış məhsulun dəyərini nağd şəkildə alarkən pulun məbləğini sistemin ödəniş bölməsində qeyd edir, daha sonra isə həmin nağd pulu müəssisənin kassasına təhvil verir. Hər bir satış nümayəndəsinin hesabında satış nöqtələrinə paylanmış məhsulların məbləğində borcu qeyd olunur. Satış nöqtəsinin nümayəndəsi məhsulun dəyərini nağd şəkildə ödədikdən sonra bu barədə sistemin ödəniş bölməsində müvafiq qeydiyyat aparıldıqdan sonra həmin məbləğ satış təmsilçisinin borcundan silinir. Təqsirləndirilən şəxs balans üzrə borcu ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmiyyətin Daxili Nəzarət Departamentinin X7 Şöbəsinin aparıcı mütəxəssisi Şahid13 Vesta HOREKA Satış və Hasilat Şöbəsinin müdiri Şahid12, sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs və yeni satış təmsilçisi Şahid14 iştirakları ilə Təqsirləndirilən şəxs balans üzrə borc qalığı olan satış nöqtələrinə gedilərək təftiş aparılmış və bununla bağlı aktlar tərtib olunmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 28259,39 manat məbləğində mənimsəməyə yol verdiyi müəyyən edilmişdir. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs şirkətə vurduğu maddi ziyanla bağlı heç bir ödəniş etməmişdir. Şirkətin nümayəndəsi olaraq Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun qanunamüvafiq qaydada cəzalandırılmasını istəyir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid13 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2008-ci ildən Zərərçəkmiş şəxs MMC-də, 2012-ci ildən isə həmin müəssisənin Daxili Nəzarət Departamentinin X7 Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının topdan satışı üzrə fəaliyyət göstərir. Həmin müəssisə ölkənin müxtəlif bölgələrində yerləşən mağaza, restoran, hotel, kafe və apteklərə qida və qeyri-qida məhsulları satır. Həmin müəssisədə funksional vəzifəsi şirkətlə əməkdaşlıq edən müştərilərin öz məlumatları ilə şirkətin məlumat bazasında onların adına qeyd olunmuş borclar arasında üzləşdirmə aparmaq, kəsr olduqda bunun səbəbini aydınlaşdırmaq, zona üzrə şirkətin anbarlarda olan məhsullarını yoxlamaq, işçilərin nizam-intizamına nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs işlədiyi şirkətdən tanımışdır. Belə ki, Fərhad Zərərçəkmiş şəxs MMCnin Vesta HOREKA Satış və X5, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. Fərhadla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ildə Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi kimi işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs vəzifəsi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, əməkdaşlıq etdikləri restoran, hotel və kafe kimi fəaliyyət göstərən satış nöqtələrindən sifarişləri qəbul etmək və həmin satış nöqtələrinə paylanmış məhsulların dəyərini alaraq müəssisənin Xaçmaz şəhərində yerləşən ofisində kassaya təhvil verməkdən ibarət olmuşdur. Belə ki, hər bir satış təmsilçisinin istifadəsində olan mobil telefona yüklənmiş “Vesas” və “SAP” proqram təminatları vardır. Satış təmsilçiləri həmin cihazla öz şəxsi hesablarına daxil olub onlara həvalə olunmuş satış nöqtələrindən sifarişləri cihazla qəbul edib sistemə daxil edirlər. Satış təmsilçisi satış nöqtəsinə satılmış məhsulun dəyərini satış nöqtəsindən alarkən nağd şəkildə aldığı pulun məbləğini sistemin ödəniş bölməsində qeyd edir. Her bir satış təmsilçisinin hesabında satış nöqtələrinə paylanmış məhsulların məbləğində borcu qeyd olunur. Satış nöqtələri məhsulun dəyərini nağd şəkildə ödədikdən sonra bu barədə sistemin ödəniş bölməsində müvafiq qeydiyyat aparılarkən həmin məbləğ satış nöqtəsinin və satış təmsilçisinin borcundan silinir. Təqsirləndirilən şəxs Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 100-dən satış nöqtəsi üzrə satış təmsilçisi təyin olunmuşdur. 2022-ci ilin sentyabr ayı ərzində onun, Zərərçəkmiş şəxs MMC-nin Vesta HOREKA Satış və Hasilat Şöbəsinin müdiri Şahid12, Təqsirləndirilən şəxs və yeni satış təmsilçisi Şahid14 iştirakları ilə Fərhadın satış təmsilçisi olduğu, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, sistem üzrə borc qalıqları olan otel, restoran və kafelərdə yoxlama aparılmış və yoxlama nəticəsində 55 satış nöqtəsi üzrə Təqsirləndirilən şəxs 28259,39 manat məbləğində mənimsəməyə yol verdiyi müəyyən edilmişdir. Satış təmsilçiləri bəzən satış nöqtəsindən satılan malın dəyərini nağd şəkildə alarkən həmin məbləği ya sistemin ödəniş bölməsində ümumiyyətlə qeyd etmir, ya da ki, sistemdə məbləğin bir hissəsini qeyd edərək yerdə qalan məbləği isə özünə götürür. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid12 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2009-cu ildən Zərərçəkmiş şəxs MMC-də, 2022-ci ilin may ayından isə həmin müəssisənin Vesta HOREKA Satış və Hasilat Şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının topdan satışı üzrə fəaliyyət göstərir. Həmin müəssisə ölkənin müxtəlif bölgələrində yerləşən mağaza, restoran, hotel, kafe və apteklərə qida və qeyri-qida məhsulları satır. Həmin müəssisədə funksional vəzifəsi Bakı, Abşeron və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycan Respublikası üzrə regionlarda yerləşən satış nöqtələrində növbədənkənar yoxlama aparmaq, tabeliyində olan satış təmsilçilərinə nəzarət etmək, satış təmsilçiləri tərəfindən satışın həyata keçirilməsini təşkil etmək və sairdən ibarətdir. Təqsirləndirilən şəxs işlədiyi şirkətdən tanımışdır. Belə ki, Fərhad Zərərçəkmiş şəxs MMC-nin Vesta HOREKA Satış və X5, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. Fərhadla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ildə Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi kimi işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs vəzifəsi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, şirkətin əməkdaşlıq etdiyi restoran, hotel və kafe kimi fəaliyyət göstərən satış nöqtələrindən sifarişləri qəbul etmək və həmin satış nöqtələrinə paylanmış məhsulların dəyərini alaraq müəssisənin Xaçmaz şəhərində yerləşən ofisindəki kassaya təhvil verməkdən ibarət olmuşdur. Belə ki, hər bir satış təmsilçisinin istifadəsində olan mobil telefona yüklənmiş “Vesas” və “SAP” proqram təminatları vardır. Satış təmsilçiləri həmin cihazla öz şəxsi hesablarına daxil olub onlara həvalə olunmuş satış nöqtələrindən sifarişləri cihazla qəbul edib sistemə daxil edirlər. Satış təmsilçisi satış nöqtəsinə satılmış məhsulun dəyərini satış nöqtəsindən alarkən nağd şəkildə aldığı pulun məbləğini sistemin ödəniş bölməsində qeyd edir. Hər bir satış təmsilçisinin hesabında satış nöqtələrinə paylanmış məhsulların məbləğində borcu qeyd olunur. Satış nöqtələri məhsulun dəyərini nağd şəkildə ödədikdən sonra bu barədə sistemin ödəniş bölməsində müvafiq qeydiyyat aparılarkən həmin məbləğ satış nöqtəsinin və satış təmsilçisinin borcundan silinir. Təqsirləndirilən şəxs Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 100-dən satış nöqtəsi üzrə satış təmsilçisi təyin olunmuşdur. 2022-ci ilin sentyabr ayı ərzində onun, Zərərçəkmiş şəxs MMC-nin Daxili Nəzarət Departamentinin X7 Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən Şahid13, Təqsirləndirilən şəxs və yeni satış təmsilçisi Şahid14 iştirakları ilə Fərhadın satış təmsilçisi olduğu, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, sistem üzrə borc qalıqları olan otel, restoran və kafelərdə yoxlama aparılmış və yoxlama nəticəsində Təqsirləndirilən şəxs 28259,39 manat məbləğində mənimsəməyə yol verdiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid14 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2022-ci ilin oktyabr ayından Zərərçəkmiş şəxs MMC-nin Vesta HOREKA Satış və X8 regionu üzrə satış təmsilçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının satışı üzrə fəaliyyət göstərir. Həmin müəssisə ölkənin müxtəlif bölgələrində yerləşən mağaza, restoran, hotel və kafelərə qida və qeyriqida məhsulları satır. Satış təmsilçisi kimi vəzifəsi müəssisənin əməkdaşlıq etdiyi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində yerləşən satış nöqtələrindən istifadəsində olan smartfon tipli mobil telefona yüklənmiş “Vesas” proqram təminatı vasitəsilə sifarişləri qəbul etmək və sifariş əsasında satış nöqtələrinə paylanan malların dəyərini mağaza sahiblərindən əlbəəl alıb müəssisənin kassasına ödəməkdən ibarətdir. O, satış nöqtələrindən sifarişləri qeyd etdiyi proqram təminatı vasitəsilə qəbul etdikdən sonra müəssisənin Bakı şəhərində yerləşən anbarından mallar maşına yüklənərək Xaçmaz şəhərindəki anbara gətirilir və həmin anbardan mallar yük avtomobillərinə yığılaraq sürücü tərəfindən satış nöqtələrinə çatdırılır. Bunun əsasında da qaimə faktura tərtib olunur. Təqsirləndirilən şəxs işlədiyi şirkətdən tanımışdır. Belə ki, Fərhad ondan əvvəl Zərərçəkmiş şəxs MMC-nin Vesta HOREKA Satış və X8 regionu üzrə satış təmsilçisi işləmişdir. Fərhadla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs işdən çıxması ilə əlaqədar 2022-ci ilin sentyabr ayında şirkətin əməkdaşları Şahid13, Şahid12 və sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun “Vesas” proqramındakı balans üzrə borcu ilə bağlı Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yerləşən satış nöqtələrinə gedərək yoxlama aparılmışdır. Həmin vaxt balansda bir neçə satış nöqtəsinin borcu olduğu görünsə də, təftiş zamanı müştəri heç bir borcunun olmadığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs da bunu təsdiq edərək həmin satış nöqtələrindən aldığı pulu kassaya mədaxil etməyib öz şəxsi ehtiyacları üçün istifadə edərək şirkətə maddi ziyan vurduğunu bildirmişdir. Aparılmış təftiş zamanı Təqsirləndirilən şəxs öhdəsində 28259,39 manat çatışmazlığın olması müəyyən edilmişdir. Bundan başqa, yoxlama zamanı satış nöqtələrində 12202,14 manat məbləğində mal qalığı aşkar edilmiş və həmin mallar da ona təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz şəhərində yerləşən “XXİ əsr” restoranında ofisiant işləmişdir. İşlədiyi restoran Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq etmişdir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində restoranın adı “XXİ ESR RESTORAN XAÇMAZ” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtsiz içki məhsulları restorana gətirilərək təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə həmin restorana gələrək yoxlama aparmışlar. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 739,97 manat məbləğində borcun olduğu qeyd edilsə də, restoranın heç bir borcu olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Həmin vaxt restoranda kassaya nəzarət edən Namik adlı şəxs işdə olmadığından yoxlamada o iştirak etmişdir. Yoxlama zamanı akt tərtib edilmiş, o da aktda imza etmişdir. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz şəhərində yerləşən “Yaşıl Bağ” restoranının sahibidir. Həmin restoran Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində restoranın adı “MEHSİMOV TOĞRUL RAMAZAN OGLU” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtsiz içki məhsulları restorana gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlıvaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə restorana gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 798,63 manat məbləğimdə borclarının olduğu qeyd edilsə də, restoranın heç bir borcu olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Yoxlama zamanı akt tərtib edilmiş, o da aktda imza etmişdir. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2022-ci ilin iyul ayından həmin ilin dekabr ayının sonlarınadək Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən adsız kafedə ofisiant işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində kafenin adı “OSMANLİ KAFE XAÇMAZ” satış nöqtəsi kimi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxs ilə birlikdə kafeyə gələrək yoxlama aparmışdır. O, əvvəllər Fərhadı tanımamış və sonuncu ilə aralarında heç bir münasibəti olmamışdır. Yoxlama zamanı müvafiq sistemdə kafenin həmin şirkətə 3531 manat məbləğində borcu olduğu qeyd edilsə də, kafenin heç bir borcu olmamışdır. Çünki o, işlədiyi müddət ərzində kafeyə Zərərçəkmiş şəxs MMC tərəfindən mal verilməmişdir. O, işə başlayanda həmin kafeni Rəşad və Anar adlı şəxslər icarəyə götürüb işlətmişlər. Ola bilsin ki, Zərərçəkmiş şəxs MMC tərəfindən həmin kafeyə yeni icarədardan əvvəl mal gətirilib təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerləşən "İzmir” kafenin sahibidir. Həmin kafe Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində kafenin adı “İZMİR KAFE QUSARÇAY” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtsiz içki məhsulları kafeyə gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi kafeyə gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə kafeyə gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 629,05 manat məbləğində borcunun olduğu qeyd edilsə də, faktiki olaraq 240,35 manat məbləğində borcu olmuşdur. Beləliklə də 388,50 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də ona heç bir aidiyyəti yoxdur. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Yoxlama zamanı akt tərtib edilmiş, o da aktda imza etmişdir. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 2022-ci ildə Xaçmaz şəhəri 1 nömrəli tam orta məktəbdə bufet işlətmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq etmişdir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində bufetin adı “BUFET N-1 XACHMAZ” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən qida məhsulları bufetə gətirilərək təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi kafeyə gələrək nisyə satılmış məhsulların dəyərini yığmışdır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə bufetə gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 362 manat məbləğində borcunun olduğu qeyd edilsə də, onun həmin şirkətə borcu olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Yoxlama zamanı akt tərtib edilmiş, o da aktda imza etmişdir. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid8 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən “Dadlı” şirniyyat evinin sahibidir. Həmin mağaza Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində mağazanın adı “XUDAT LİDER SHİRNİYYAT” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən ərzaq məhsulları mağazaya gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlıvaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə mağazaya gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 1167,30 manat məbləğində borcunun olduğu qeyd edilsə də, mağazanın faktiki olaraq 312,30 manat məbləğində borcu olmuşdur. Beləliklə də 855 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də mağazaya heç bir aidiyyəti olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Yoxlama zamanı akt tərtib edilmiş, o da aktda imza etmişdir. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid9 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz şəhəri ərazisində yerləşən “Kənd Həyatı” restoranında administrator işləyir. Həmin restoran Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində restoranın adı “QUTAB EVİ RESTORAN” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtsiz içki məhsulları restorana gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi restorana gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə restorana gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 1491 manat məbləğində borcun olduğu qeyd edilsə də, restoranın faktiki olaraq 401 manat məbləğində borcu olmuşdur. Beləliklə də 1090 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də restorana heç bir aidiyyəti olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Yoxlama zamanı o, restoranda olmadığı üçün qardaşı AbasŞahid9 iştirak etmiş və tərtib edilmiş aktı Abasəli imzalamışdır. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid10 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən “İntizar” şadlıq sarayının sahibidir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində şadlıq sarayının adı “İNTİZAR PALACE SHADLİQ EVİ XACHMAZ” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtsiz içki məhsulları şadlıq evinə gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi şadlıq evinə gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə şadlıq evinə gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 1494,61 manat məbləğində borcunun olduğu qeyd edilsə də, onun həmin şirkətə heç bir borcu olmamışdır. Beləliklə də 1494,61 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də şadlıq evinə heç bir aidiyyəti olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. Yoxlama zamanı akt tərtib edilmiş, o da aktda imza etmişdir. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMCnin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edildi ki, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən adsız mağaza atası Namik Mehtiyevə məxsusdur. Onlar Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edirlər. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində mağazanın adı “SHERAB EVİ XUDAT 2020” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtli və spirtsiz içki məhsulları mağazaya gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlıvaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə mağazaya gələrək yoxlama aparmışlar. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 250,83 manat məbləğində borclarının olduğu qeyd edilsə də, onların 100,83 manat borcu olmuşdur. Yerdə qalan 150 manat məbləğində əskikliyin isə onlara heç bir aidiyyəti yoxdur. Alınan malların pulu Təqsirləndirilən şəxs ödənilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli akt ona təqdim olunmmuşdur. Həmin aktdakı adının qarşısında olan imza ona məxsusdur. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid15 ifadəsindən müəyyən edildi ki, o, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən “Qımıl” restoranının sahibidir. Həmin restoran Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində restoranın adı “QİMİL RESTORANİ XACMAZ” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtsiz içki məhsulları restorana gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ’MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə restorana gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 979,25 manat məbləğimdə borcunun olduğu qeyd edilsə də, restoranın faktiki olaraq 300 manat məbləğində borcu olmuşdur. Həmin vaxt 96,25 manat məbləğində mal geri qaytarılmış və 267 manat isə ödəniş edilmişdir. Beləliklə də 316 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də restorana heç bir aidiyyəti olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli akt ona təqdim olunmmuşdur. Həmin aktdakı adının qarşısında olan imza ona məxsusdur. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsindən müəyyən edildi ki, o, Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən “Sonalı Göl” restoranında administrator işləyir. Həmin restoran Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq edir. Zərərçəkmiş şəxs MMC-nin sənədlərində restoranın adı “SONALİ GOL RESTORAN” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən spirtli və spirtsiz içki məhsulları restorana gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs "Veysəloğlu” MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə restorana gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 331,80 manat məbləğində borcun olduğu qeyd edilsə də, restoranın faktiki olaraq 177 manat məbləğində borcu olmuşdur. Həmin vaxt 100 manat məbləğində şirkətə ödəniş edilmişdir. Beləliklə də 154,80 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də restorana heç bir aidiyyəti olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli akt ona təqdim olunmmuşdur. Həmin aktdakı adının qarşısında olan imza ona məxsusdur. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsindən müəyyən edildi ki, o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən “Atlant” istirahət mərkəzinin daxilindəki restoranın administratoru işləyir. “Veysəloğlu" MMC-nin sənədlərində restoranın adı “X6” satış nöqtəsi kimi qeyd olunmuşdur. Verilən sifarişlər əsasında həmin şirkət tərəfindən qida məhsulları restorana gətirilərək təhvil verilir. Mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi restorana gələrək nisyə satılmış məhsulların dəyərini yığır. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Sifariş verilmiş nisyə malların dəyəri həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla birlikdə restorana gələrək yoxlama aparmışdır. Yoxlama zamanı müvafiq sistemdə həmin şirkətə 5474,80 manat məbləğində borcun olduğu qeyd edilsə də, həmin şirkətə 4257,80 manat məbləğində borcları olmamışdır. Həmin vaxt da 4257,80 manat məbləğində mal geri qaytarılmışdır və onun həmin şirkətə borcu qalmamışdır. Beləliklə də 1217 manat məbləğində kəsr yaranmışdır ki, həmin kəsrin də restorana heç bir aidiyyəti olmamışdır. Alınan malların pulu tam şəkildə Təqsirləndirilən şəxs ödənilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli akt ona təqdim olunmmuşdur. Həmin aktdakı adının qarşısında olan imza ona məxsusdur. Sifariş edilmiş malların pulu Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin digər əməkdaşına ödənilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktorunun 08 sentyabr 2021 -ci il tarixli, 212/K nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cəmiyyətin İnsan Resursları Departamentinin Satış Təmsilçisi X3 STHM tərcübəçisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktorunun 05 yanvar 2022-ci il tarixli, 184/K nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyətin Vesta Satış və Hasilat Şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən əmək haqqı müqaviləsinə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Satış təmsilçisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Tam fərdi maddi məsuliyyət haqqında” müqaviləsinin surətindən müəyyən edilir ki, satış təmsilçisi Təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakı, maddi və ya digər sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq; eyni zamanda, işəgötürənə maddi ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq; işəgötürənə vaxtlı-vaxtında öhdəsində olan əmlakın, maddi və ya digər sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmaq; istifadə etdiyi, təmasda olduğu, həmçinin ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin və başqa görüləcək işlərin mövcudluğunu və qorunmasını təmin etmək, dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək kimi vəzifələri öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiya aparılması) və təhvil-təslim işlərinin aparılması barədə” xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “ALPİN QUSAR RESORT” adlı satış nöqtəsindən 399 manat, “AY İSHİGİ RESTORAN QUBA” adlı satış nöqtəsindən 60,85 manat, “”AY-NUR OTEL QECRESH” adlı satış nöqtəsindən 212 manat, “BİZİM BAG RESTORAN” adlı satış nöqtəsindən 615,88 manat, “CENLİBEL RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 500,47 manat, “CEYRAN BULAĞİ RESTORAN” adlı satış nöqtəsindən 157,22 manat, “DİAMOND RESTORAN QUSAR” adlı satış nöqtəsindən 130 manat, “GOL RESTORAN SHAHNEZERLİ” adlı satış nöqtəsindən 100 manat, “İZMİR KAFE QUSARCAY” adlı satış nöqtəsindən 388,50 manat, “KAFE GOL XAÇMAZ” adlı satış nöqtəsindən 50 manat, “KORPU RESTORAN 2-Cİ NUGEDİ” adlı satış nöqtəsindən 241,80 manat, “LAMORE RESTORAN QUBA” adlı satış nöqtəsindən 628,40 manat, “LİDER SHİRNİYYAT XAÇMAZ” adlı satış nöqtəsindən 477 manat, “LUCKY RESTORAN QUBA” adlı satış nöqtəsindən 250,69 manat, “MEGA SHİRNİYYAT KAFE 2019” adlı satış nöqtəsindən 110,03 manat, “MELİKOV BABA(ELMAR)” adlı satış nöqtəsindən 470 manat, “PALMA RESTORAN” adlı satış nöqtəsindən 89,31 manat, “PANORAMA PUB CLUB 2020” adlı satış nöqtəsindən 330 manat, “QAFQAZ PETROL XAÇMAZ” adlı satış nöqtəsindən 220 manat, “QİMİL RESTORANİ XAÇMAZ” adlı satış nöqtəsindən 316 manat, “QİZİL QAYA RESTORAN 2021” adlı satış nöqtəsindən 297,40 manat, “QUBA CENTRAL RESTORAN” adlı satış nöqtəsindən 140,63 manat, “QUBA SHİRNİYYAT" adlı satış nöqtəsindən 50 manat, “QUTAB EVİ RESTORAN” adlı satış nöqtəsindən 1090 manat, “RESUL KAFE QUBA 2020” adlı satış nöqtəsindən 280 manat, “SERİN KAFE QUBA” adlı satış nöqtəsindən 685,29 manat, "SHAH HOUSE 2” adlı satış nöqtəsindən 501,15 manat, “SHERAB EVİ XUDAT 2020” adlı satış nöqtəsindən 150 manat, “SONALİ GOL RESTORAN” adlı satış nöqtəsindən 154,80 manat, “TURK LİTSEY QUBA” adlı satış nöqtəsindən 328,40 manat, “UYUT OTEL QUBA” adlı satış nöqtəsindən 100,01 manat, “XEZER KAFE QENDAB” adlı satış nöqtəsindən 179 manat, “XEZER RES.XAÇMAZ” adlı satış nöqtəsindən 846 manat, “XİDİR RESTORANİ (QUSAR)” adlı satış nöqtəsindən 500,02 manat, “XUDAT LİDER SHİRNİYYAT” adlı satış nöqtəsindən 855 manat, “XXİ ESR RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 739,37 manat, “y a r p a q TANTUNİ” adlı satış nöqtəsindən 396,05 manat, “YASHİL MEKAN KAFE” adlı satış nöqtəsindən 36,97 manat, “KERİMOV SEYRAN RESİD OGLU” adlı satış nöqtəsindən 184,81 manat, “İSMAYİLOV İSMXAN XANLAR OGLU” adlı satış nöqtəsindən 150 manat, “MEHSİMOV TOĞRUL RAMAZAN OGLU” adlı satış nöqtəsindən 798,63 manat, “OSMANLİ KAFE XAÇMAZ” adlı satış nöqtəsindən 3531 manat, “BUFET N-11 XACHMAZ” adlı satış nöqtəsindən 362 manat, “AYSBERQ RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 415 manat, “ELİTE HOTEL XAÇMAZ” adlı satış nöqtəsindən 2007,30 manat, “İNTİZAR PALACE SHADLİQ EVİ XACHMAZ” adlı satış nöqtəsindən 1494,61 manat, “MEHMAN TOPDAN PARİSPOL XAÇMAZ” adlı satış nöqtəsindən 1856,60 manat, “NAXİŞ TORT LEVAZİMETLARİ QUBA” adlı satış nöqtəsindən 756,21 manat, “QALA REST MESRİL SİYEZEN” adlı satış nöqtəsindən 527,11 manat, “CEFEROV KENAN RAHİM” adlı satış nöqtəsindən 287,05 manat, “CAN SENE RESTORAN” adlı satış nöqtəsindən 50 manat, “LİGTV QUBA” adlı satış nöqtəsindən 100 manat, “OBERLUX İSTİRAHET MERKEZİ” adlı satış nöqtəsindən 744,83 manat, “X6” adlı satış nöqtəsindən 1217 manat, “HAYAT SHİRNİYYAT EVİ 2021” adlı satış nöqtəsində 700 manat, ümumilikdə isə 28259,39 manat məbləğində fərq yaranmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktorunun 16 noyabr 2022-ci il tarixli, 130.1/K nömrəli əmrindən çıxarışdan görünür ki, Vesat Satış və Hasilat Şöbəsinin satış təmsilçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan audit prosedurlarının aparılmasına dair xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2022-ci il tarixə 28259,39 manatlıq ehtimal olunan pul çatışmazlığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli, 9/2330 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təhvil-təslim aktları, kassa mədaxil qəbzləri, malların təhvil-qəbul aktları və sərbəst auditor X9 tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli müstəqil auditor aktını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla sabiq satış nümayəndəsi Təqsirləndirilən şəxs hesabı üzrə xx.xx.2022-ci il tarixə 28259,39 manat məbləğində satış pulunun çatışmazlığı aşakr edilmişdir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 4/834 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli “Akt”ın 1-3-cü vərəqlərinin aşağı hissələrində “Təhvil verən” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşılarında olan imzalar və 4-cü vərəqində “Bölgə müdiri, maddi məsul şəxs - Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin İnsan Resursları Departamentinin X2 Mərkəzi Bölməsinin STHM təcrübəçisi vəzifəsində, 05 yanvar 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək isə həmin Cəmiyyətin Vesta Satış və Hasilat Şöbəsinin satış təmsilçisi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edərək həmin Cəmiyyətlə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən işəgötürənə maddi ziyan vurmamaq kimi vəzifəni öz öhdəsinə götürməklə 08 sentyabr 2021-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində müəssisə tərəfindən onun istifadəsində olan “Redmi Note 11” markalı smartfon tipli mobil telefona yüklənmiş “Vesas” proqram təminatı vasitəsilə yazdığı qaimə-fakturalar əsasında qida və qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək satışdan əldə olunmuş Cəmiyyətə məxsus nağd pul vəsaitini, yəni özgə əmlakı olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 55 satış nöqtəsindən ümumilikdə 28259,39 manat məbləğində pul vəsaitini yığaraq Zərərçəkmiş şəxs MMC-nin Xaçmaz şəhəri, Ziya Bunyadov prospekti 10 ünvanında yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə edib Zərərçəkmiş şəxs MMC-nin qida və qeyri-qida məhsullarının topdan satışı üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamış, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı ittiham nitqində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün ittiham elan edilsə də, əsassız olaraq CM-nin 308.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, CM-nin 179.2.3-cü maddəsi CM-nin 308.1-ci maddəsinə münasibətdə xüsusi norma sayılır. Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə əhatə olunduğundan, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric olunmalı və təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə həmin xüsusata münasibətdə qeyd edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə elan edilmiş ittihamdan CM-nin 308.1-ci maddəsinin xaric edilməsi barədə təklifi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2023-cü il tarixli Qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.4-cü maddəsi cinayətlərin məcmusundan ümumi və xüsusi normaların rəqabəti (konkurensiyası) institutunu fərqləndirir. Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Qeyd edilən maddə, əməl xüsusi norma ilə tamamilə əhatə olunduğu (əməlin qiymətləndirilməsi üçün kifayət etdiyi) hallarda ümumi norma ilə xüsusi norma arasındakı rəqabəti xüsusi normanın xeyrinə həll etməklə əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsini istisna edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Hazırkı cinayət işindən göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittiham üzrə onun əməli Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tam əhatə olunduğundan, həmin maddələrin Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə münasibətdə xüsusi norma olduğundan Təqsirləndirilən şəxs əməli xüsusi normanın xeyrinə həll edilməklə ona elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.1, 43.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübut kimi iş materiallarına əlavə edilmiş qaimə-fakturaları və mədaxil qəbzlərini, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinin tərkiblərini yaradır. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbar- dar, təchizatçı, kassir və s.) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq ona sərəncam vermə, idarəetmə, tədarük və s. səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilir. İsraf etmə dedikdə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi (başqa şəxslərə bağışlama, vermə) başa düşülür. Mənimsəmədən fərqli olaraq israf etmədə əmlak sərf edildiyindən və ya digər formada özgəninkiləşdirildiyindən onu qanuni mülkiyyətçiyə qaytarmaq imkanı itirilmiş olur. İsraf etmə mənimsəmədən onunla fərqlənir ki, israf etmə zamanı təqsirkar taladığı əmlakı zərərçəkmişin qalan əmlakından və ya olduğu yerdən qabaqcadan ayırmadan həmin əmlak barəsində qanunsuz sərəncam verir. Mənimsəmə zamanı talanmış əmlak barəsində sərəncam verilənədək həmin əmlak bir müddət təqsirkarın qanunsuz sahibliyində qalır, israf etmə zamanı isə təqsirkar taladığı əmlaka dərhal — həmin əmlakı taladıqdan sonra heç bir zaman müddəti keçmədən sərəncam verir. Mənimsəmə və israf etmə cinayətin başa çatma anına görə də bir-birindən fərqlənir. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir, israf etmə isə həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab edilir. Mənimsəmə və ya israf etmə vahid niyyətlə əhatə olunmuş bir neçə kriminal aktla törədildikdə cinayətin başa çatma momenti əmlakın götürülməsi (mənimsəmədə) və ya özgəninkiləşdirilməsi (israf etmədə) ilə bağlı axırıncı cinayət aktının edildiyi an hesab edilir. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olacaqdır ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs həmin cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı və dövlət və ya fərdi müəssisələrdə bu kiıni vəzifələri tutan digər şəxslər aid edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin İnsan Resursları Departamentinin X2 Mərkəzi Bölməsinin STHM təcrübəçisi vəzifəsində, 05 yanvar 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək isə həmin Cəmiyyətin Vesta Satış və Hasilat Şöbəsinin satış təmsilçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən işəgötürənə maddi ziyan vurmamaq kimi vəzifəni öz öhdəsinə götürməklə 08 sentyabr 2021-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində müəssisə tərəfindən onun istifadəsində olan “Redmi Note 11” markalı smartfon tipli mobil telefona yüklənmiş “Vesas” proqram təminatı vasitəsilə yazdığı qaimə-fakturalar əsasında qida və qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək satışdan əldə olunmuş Cəmiyyətə məxsus nağd pul vəsaitini, yəni özgə əmlakı olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 55 satış nöqtəsindən - “ALPİN QUSAR RESORT” adlı satış nöqtəsindən 399 manat, “AY İSHİGİ RESTORAN QUBA” adlı satış nöqtəsindən 60,85 manat, “”AY-NUR OTEL QECRESH” adlı satış nöqtəsindən 212 manat, “BİZİM BAG RESTORAN” adlı satış nöqtəsindən 615,88 manat, “CENLİBEL RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 500,47 manat, “CEYRAN BULAĞİ RESTORAN” adlı satış nöqtəsindən 157,22 manat, “DİAMOND RESTORAN QUSAR” adlı satış nöqtəsindən 130 manat, “GOL RESTORAN SHAHNEZERLİ” adlı satış nöqtəsindən 100 manat, “İZMİR KAFE QUSARCAY” adlı satış nöqtəsindən 388,50 manat, “KAFE GOL XAÇMAZ” adlı satış nöqtəsindən 50 manat, “KORPU RESTORAN 2- Cİ NUGEDİ” adlı satış nöqtəsindən 241,80 manat, “LAMORE RESTORAN QUBA” adlı satış nöqtəsindən 628,40 manat, “LİDER SHİRNİYYAT XAÇMAZ” adlı satış nöqtəsindən 477 manat, “LUCKY RESTORAN QUBA” adlı satış nöqtəsindən 250,69 manat, “MEGA SHİRNİYYAT KAFE 2019” adlı satış nöqtəsindən 110,03 manat, “MELİKOV BABA(ELMAR)” adlı satış nöqtəsindən 470 manat, “PALMA RESTORAN” adlı satış nöqtəsindən 89,31 manat, “PANORAMA PUB CLUB 2020” adlı satış nöqtəsindən 330 manat, “QAFQAZ PETROL XAÇMAZ” adlı satış nöqtəsindən 220 manat, “QİMİL RESTORANİ XAÇMAZ” adlı satış nöqtəsindən 316 manat, “QİZİL QAYA RESTORAN 2021” adlı satış nöqtəsindən 297,40 manat, “QUBA CENTRAL RESTORAN” adlı satış nöqtəsindən 140,63 manat, “QUBA SHİRNİYYAT" adlı satış nöqtəsindən 50 manat, “QUTAB EVİ RESTORAN” adlı satış nöqtəsindən 1090 manat, “RESUL KAFE QUBA 2020” adlı satış nöqtəsindən 280 manat, “SERİN KAFE QUBA” adlı satış nöqtəsindən 685,29 manat, "SHAH HOUSE 2” adlı satış nöqtəsindən 501,15 manat, “SHERAB EVİ XUDAT 2020” adlı satış nöqtəsindən 150 manat, “SONALİ GOL RESTORAN” adlı satış nöqtəsindən 154,80 manat, “TURK LİTSEY QUBA” adlı satış nöqtəsindən 328,40 manat, “UYUT OTEL QUBA” adlı satış nöqtəsindən 100,01 manat, “XEZER KAFE QENDAB” adlı satış nöqtəsindən 179 manat, “XEZER RES.XAÇMAZ” adlı satış nöqtəsindən 846 manat, “XİDİR RESTORANİ (QUSAR)” adlı satış nöqtəsindən 500,02 manat, “XUDAT LİDER SHİRNİYYAT” adlı satış nöqtəsindən 855 manat, “XXİ ESR RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 739,37 manat, “y a r p a q TANTUNİ” adlı satış nöqtəsindən 396,05 manat, “YASHİL MEKAN KAFE” adlı satış nöqtəsindən 36,97 manat, “KERİMOV SEYRAN RESİD OGLU” adlı satış nöqtəsindən 184,81 manat, “İSMAYİLOV İSMXAN XANLAR OGLU” adlı satış nöqtəsindən 150 manat, “MEHSİMOV TOĞRUL RAMAZAN OGLU” adlı satış nöqtəsindən 798,63 manat, “OSMANLİ KAFE XAÇMAZ” adlı satış nöqtəsindən 3531 manat, “BUFET N-11 XACHMAZ” adlı satış nöqtəsindən 362 manat, “AYSBERQ RESTORAN XAÇMAZ” adlı satış nöqtəsindən 415 manat, “ELİTE HOTEL XAÇMAZ” adlı satış nöqtəsindən 2007,30 manat, “İNTİZAR PALACE SHADLİQ EVİ XACHMAZ” adlı satış nöqtəsindən 1494,61 manat, “MEHMAN TOPDAN PARİSPOL XAÇMAZ” adlı satış nöqtəsindən 1856,60 manat, “NAXİŞ TORT LEVAZİMETLARİ QUBA” adlı satış nöqtəsindən 756,21 manat, “QALA REST MESRİL SİYEZEN” adlı satış nöqtəsindən 527,11 manat, “CEFEROV KENAN RAHİM” adlı satış nöqtəsindən 287,05 manat, “CAN SENE RESTORAN” adlı satış nöqtəsindən 50 manat, “LİGTV QUBA” adlı satış nöqtəsindən 100 manat, “OBERLUX İSTİRAHET MERKEZİ” adlı satış nöqtəsindən 744,83 manat, “X6” adlı satış nöqtəsindən 1217 manat, “HAYAT SHİRNİYYAT EVİ 2021” adlı satış nöqtəsindən 700 manat, ümumilikdə isə 28259,39 manat məbləğində pul vəsaitini yığaraq Zərərçəkmiş şəxs MMC-nin Xaçmaz şəhəri, Ziya Bunyadov prospekti 10 ünvanında yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs qonşular və kənd sakinləri ilə münasibəti həmişə normal olmuşdur. O, ailəlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2018 və xx.xx.2014) İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmənin sonuncu iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs 28259,39 manat məbləğində ziyandan məhkəmə prosesi zamanı, cəmi 300 manat ödəmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi halını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokoldan və təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə 13 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əsas cəzasının əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İbtidai istintaq zamanı iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək olan müddət ərzində istifadəsində olan mobil telefona yüklənmiş proqram təminatı vasitəsilə yazdığı qaimə-fakturalar, habelə müəssisənin xəzinəsinə pul vəsaitlərinin ödənilməsi ilə bağlı tərtib edilmiş mədaxil qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyərkən həmin MMC-yə məxsus 28.259,39 (iyirmi səkkiz min iki yüz əlli doqquz manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaitini mənimsəyərək ziyan vurmuş, zərərçəkmiş şəxs-mülki iddiaçı həmin məbləğdə pul vəsaitinin və mülki iddia ilə bağlı dövlət rüsumü olaraq ödənilmiş 174,78 (yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat pulun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Belə ki, cinayət işinin materiallarından, qaimə-fakturalardan və mədaxil qəbzlərindən müəyyən edilir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işləyərkən 08 sentyabr 2021-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində müəssisə tərəfindən onun istifadəsində olan “Redmi Note 11” markalı smartfon tipli mobil telefona yüklənmiş “Vesas” proqram təminatı vasitəsilə yazdığı qaimə-fakturalar əsasında qida və qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək satışdan əldə olunmuş Zərərçəkmiş şəxs MMC-yə məxsus nağd pul vəsaitini Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 55 satış nöqtəsindən ümumilikdə 28259,39 manat məbləğində pul vəsaitini yığaraq Zərərçəkmiş şəxs MMC-nin Xaçmaz şəhəri, Ziya Bunyadov prospekti 10 ünvanında yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib, mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Məhkəmə prosesi zamanı zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi bildirmişdir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh mülki iddia tələbinin məbləğindən (vurduğu ziyandan) 300 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Ona görə də qalan hissədə mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddia tələbinin məbləği (ziyanın məbləği) olan 28259,39 manat məbləğlə razı olduğunu, mülki iddianı qəbul etdiyini bildirmiş, lakin həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı olmadığını, hissə hissə ödəyə biləcəyini qeyd etmişdir. Həmçinin hazıradək həmin məbləğdən cəmi 300 manat ödədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş bank qəbzinin surətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı 300 (üç yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 27.959,39 (iyirmi yeddi min doqquz yüz əlli doqquz manat otuz doqquz qəpik) manat məbləğində vəsait və 174,78 (yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə (VÖEN **********) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əsas cəzasının əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş dövlət və yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək olan müddət ərzində istifadəsində olan mobil telefona yüklənmiş proqram təminatı vasitəsilə yazdığı qaimə-fakturalar, habelə müəssisənin xəzinəsinə pul vəsaitlərinin ödənilməsi ilə bağlı tərtib edilmiş mədaxil qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 27.959,39 (iyirmi yeddi min doqquz yüz əlli doqquz manat otuz doqquz qəpik) manat məbləğində vəsait və 174,78 (yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə (VÖEN **********) ödənilsin. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-137/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-137/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver