Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-138/2020 12.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X10, Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “X27” MMC-də fəhlə işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə xx xxxx 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən evin bağ sahəsində anası X11 ilə arvadı Şahid1 ailə-məişət zəminində mübahisə etdiklərini görüb aralarında uzun sürən mübahisəyə son qoymaq məqsədi ilə yaşadığı evin həyətində olan benzin qutusunu götürərək Firəngiz Kazımovanın yaşadığı evi yandırmaq qərarına gəlmiş, bu məqsədlə həmin evin girişinə və içərisinə benzin tökən zaman Firəngiz Kazımovanın ona mane olmaq istəyərkən ehtiyatsızlıqdan sonuncunun üzərinə benzin tökülməsinə baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanın lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib, kibritlə evi yandırmaqla həmin evin yaxınlığında olan Firəngiz Kazımovanın alovun təsirindən alışaraq sifətin, döş qəfəsinin arxa və ön səthinin, qarın nahiyyəsinin, hər iki budun, hər iki yuxarı ətrafın, hər iki sağrı nahiyəsinin, sağ iç və sol bayır topuqlarının ümumi bədən səthinin 85-90%-ni əhatə edən İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları kimi sağlamlığa ağır dərəcəli xəsarət alması nəticəsində ölməsinə səbəb olmuş, yəni ehtiyatsızlıqdan Firəngiz Kazımovanı öldürmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 9 saylı fərdi evdə arvadı və uşaqları ilə birlikdə yaşayır. Yaşadığı müddətdə arvadı Nailə ilə anası Firəngiz və qardaşı Elnur arasında tez-tez ailə-məişət zəminində münaqişələr baş vermişdir. Münaqişənin əsas səbəbi qardaşı Elnur və anası Firəngizin onun Nailə ilə evlənməsinə qarşı çıxaraq bu evliliyi istəməmələri olmuşdur. Ona görə də Elnur və anası Firəngiz onun ailəsinə qarşı qərəzli münasibət bəsləmiş, onların evdə yaşamalarına etiraz etmiş və nəticədə aralarında mübahisələr yaranmışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində evdə olarkən həyətdə qışqırıq səsləri eşidib həyətə çıxdıqda anası Firəngizlə Nailənin mübahisə etdiklərini görmüş, mübahisələri ev üstündə olmuş, anası onları evdən qovmaq istəmiş, arvadı isə buna etiraz etmişdir. Araya girib onları sakitləşdirmiş, sonra isə evə girib yatmışdır. Çox keçmədən yenidən dava-dalaş səsləri eşidib yenidən həyətə çıxmış, anası ilə arvadının mübahisə etdiklərini görüb artıq əsəblərini cilovlaya bilməyib özündən çıxmış, bu mübahisəyə bir dəfəlik son qoymaq üçün evin həyətində olan plastik qabdakı benzini götürüb anasının yaşadığı evin içərisinə tökməyə başlamış, bunu görən arvadı və anası əlindəki benzin qutusunu tutub ona mane olmağa çalışmış, həmin vaxt benzin ehtiyatsızılıqdn onların da üstünə tökülmüşdür. Arvadı Nailə qorxudan bayıra qaçmış, özü isə evdən götürdüyü kibritlə anasının qaldığı evi yandırmış və əlindəki benzin qutusunu da alovun içərisinə atmışdır. Anası Firəngiz bunu görüb evin girişində olan xalçaları söndürmək istəyərkən onun üzərində olan geyim əşyaları qəflətən alışmış və yanmağa başlamışdır. Anasını alov bürüdüyünü görüb vedrəyə su doldurub anasının üstünə tökərək onu söndürmüşdür. Az sonra həyətə qonşular gəlmiş, qonşuların köməyi ilə yanan evi söndürmüşlər, anası Firəngizi isə təcili tibbi yardım avtomaşını ilə Xaçmaz rayon mərkəzi xəsatəxanasına aparmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. X12 qəsdən öldürmək niyyəti olmamış, sadəcə olaraq evi yandırmaq istəyərkən ehtiyatsızlığı üzündən benzin anasının üzərinə sıçramış, anası da evi söndürməyə çalışarkən qəflətən o da alışıb yanmışdır. Anası aldığı yanıq xəsarətlərindən xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində xəstəxanada ölmüşdür. Öz əməlindən dərin peşmançılıq hissi keçirir. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X17 göstərdi ki, X7 onun doğma anası, Təqsirləndirilən şəxs isə doğma qardaşıdır. Ata yurdu sayılan Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 9 saylı evdə yaşayır. Vüqarın arvadı Nailə onların evinə gəlin gəldikdən sonra dava-dalaş olmuşdur. xx xxxx 2020-ci il tarixdə, saat 08 radələrində evdən çıxıb işə getmiş, nahar yeməyini yeyib yenidən işə qayıtmışdır. Həmin gün saat 18 radələrində işdə olarkən qonşular ona zəng edib evlərində ot tayasının yandığını demiş, dərhal evə gələrək evin həyətinə daxil olduqda anasının qaldığı evin yandığını, yanğın söndürənlərin artıq yanğını söndürdüklərini görmüşdür. Vüqarı həyətdə görüb ondan nə baş verdiyini soruşduqda, Vüqar qısa qapanma nəticəsində evin yandığını demiş, sonra isə anası qaldığı otaqdan çölə çıxıb ona malları otlaqdan gətirməsini xahiş etmişdir. Çöldə olan malları gətirməyə getmiş, həmin vaxt polis əməkdaşları və təcili tibbi yardım xidməti də evləinə gəlmiş, anası Firəngizi Xaçmaz rayon mərkəzi xətəxanasına aparmışlar. O, xəstəxanaya getdikdə anasının vəziyyətinin ağır olduğunu, bədən nahiyəsinin çox hissəsinin yandığını görmüşdür. Həkimlər anasının dərhal Bakı şəhəri 5 saylı Kliniki xəstəxanasına aparılmalı olduğunu demişlər. Bundan sonra təcili-tibbi yardım avtomaşını ilə anası Firəngizi Bakı şəhərinə xəstəxanaya aparmışlar. Orada da həkimlər anasının vəziyyətinin çox ağır olduğunu və yaşama faizinin çox aşağı olduğunu demişlər. Anasından nə baş veridiyini soruşduqda anası ona Vüqarın evi yandırdığını, evi söndürmək istəyərkən özünün də yandığını demişdir. Anasının vəziyyəti ağır olduğundan ona hadisəni ətraflı danışa bilməmiş, o da anasının vəziyyətini başa düşüb onu çox sorğusual etməmişdir. Növbəti gün, yəni xx xxxx 2020-ci il tarixdə, saat 6 radələrində anası Firəngiz həmin xəstəxanada vəfat etmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Vüqarla evləndikdən sonra qaynı Elnur və qayınanası Firəngiz onların ailə işlərinə müdaxilə etməyə başlamış, bu səbəbdən də aralarında mütəmadi olaraq mübahisələr baş vermişdir. Hər dəfə onların mübahisəsi yarandıqda əri Vüqar araya girib onları sakitləşdirmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində evdə olarkən əri Vüqar ilə məişət zəmnində mübahisə etməyə başlamış, qaynı Elnur və qayınanası Firəngiz səsə gəlib əri ilə aralarında olan mübahisəyə müdaxilə etməyə başlamış, Vüqara onu boşamasını bildirmişlər. Növbəti gün, saat 13 radələrində evdə olan zaman Elnur onlara gələrək yenidən onunla mübahisə etmiş, bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Elnur barəsində şikayət etmişdir. Həmin vaxtı Vüqar gecə növbəsindən evə gəlmiş və evdə yatmışdır. Az sonra polis əməkdaşları evə gələrək onun izahatını alıb getmişlər. Həmin gün saat 18 radələrində həyətdə olarkən Elnur onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, yenidən polisə zəng edərək Elnur barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları evə gələrək Elnuru polis şöbəsinə aparmış, qayınanası Firəngiz onun üstünə gələrək Elnuru polisə verdiyi üçün onu söyüb təhqir etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Əri Vüqar onların səsini eşidib çölə çıxmış, onların mübahisə etdiklərini görüb əsəbləşmiş, evin həyətində olan benzin qutusunu götürüb qayınanası Firəngizin yaşadığı evə tərəf getmişdir. O və qayınanası Firəngiz Vüqarın evi yandırmaq istədiyini görüb onun əlindən benzini almaq istəmiş, benzin qutusunun ağzı açıq olduğundan onun və qayınanasının üstünə benzin tökülmüşdür. Vüqarın qarşısını ala bilmədiyi üçün qorxuya düşmüş və uşaqlarını götürüb küçəyə çıxmış, qayınanası Firəngiz isə həyətdə qalmışdır. Çox keçmədən evə tərəf baxdıqda evin alışıb yandığını, həyətə daxil olduqda qayınanası Firəngizin isə yanan evin içərisinə girdiyini görmüşdür. Uşaqlardan narahat qalıb onları kənara çəkmiş, qonşular səsə çıxıb evi söndürməyə köməklik etmiş, bir müddət sonra geri qayıdıb həyətə baxdıqda qayınanası Firəngizin mələfəyə büründüyünü görmüş, qonşulardan eşitmişdir ki, qayınanası evə girib yanğını söndürmək istəyərkən özü də yanıb xəsarət almışdır. Bundan sonra hadisə yerinə yanğın söndürənlər, təcili yardım və polis əməkdaşları gəlmişlər. Daha sonra anası Şahid2 hadisədən xəbər tutub oraya gələrək onu və uşaqları öz evlərinə aparmışdır. Növəti gün səhər saatlarında qayınanası Firəngizin Bakı şəhərində xəstəxanada ölməsi xəbərini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki Təqsirləndirilən şəxs onun kürəkənidir. Qızı Şahid1 2011-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Nailə Vüqargilin yaşadığı evə gəlin köçdükdən sonra qaynı Elnur onu yola verməmiş, Nailənin ailə işlərinə müdaxilə etmiş, bu səbəbdən Nailə ilə aralarında sözsöhbət olmuşdur. Nailənin qayınanası Firəngiz də öz oğlu Elnurun tərəfini saxlayaraq onu müdafiə etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində evdə olarkən Nailənin qaynı Elnur onların evinə gələrək Nailənin evdən çıxmasını istəmiş, Elnuru sakitləşdirirək ona səbrli olmasını məsləhət görmüşdür. Bundan sonra Elnur çıxıb öz evlərinə getmiş, həmin gün saat 20 radələrində qızı Nailə ona zəng edərək əri Vüqarın yaşadıqları evi yandırdığını və qayınanası Firəngizin də evdə yanaraq xəstəxanaya aparıldığını demişdir. O da həmin evə gedib Nailəni və uşaqlarını öz evinə gətirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 20 radələrində evdə olarkən qışqırıq səsləri eşidib küçəyə çıxdıqda Vüqarın yaşadığı evin həyətindən tüstü çıxdığını görmüş, evin həyətinə girdikdə, həmin evin içərisinin yandığını, Vüqarın isə həyətdəki krantdan vedrələrlə su doldurub yanan evi söndürmək üçün evin içərisinə su atdığını görmüşdür. Qonşularla birlikdə Vüqara kömək edərək su töküb evi söndürmüşlər. Həmin vaxt Vüqarın anası Firəngizin mələfəyə bürünüb həyətdə oturduğunu görmüşdür. Sonradan bilmişdir ki, Vüqar evdə ailəsi ilə dalaşıb əsəbiləşərək evə benzin töküb yandırmış, anası Firəngiz də yanan evi söndürmək istəyərkən ehtiyatsızlıqdan onun əynindəki paltarlar alovun təsirindən yanmağa başlamış, Vüqar isə onun üstünə su töküb anasının yanan paltarlarını söndürmüşdür. Sonradan Firəngizin vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparıldığını, növbəti gün səhər saatlarında Bakı şəhərində xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 qızı göstərdi ki, X7 onun bacısıdır. xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində evdə olarkən bacısı oğlu Elmin ona zəng edərək anası Firəngizin yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 saylı xəstəxanasına gətirildiyini demişdir. Dərhal həmin xəstəxanaya gedib bacısı Firəngizə baş çəkmiş, xəstəxanada olarkən həkimlər bacısının vəziyyətinin ağır olduğunu demişlər. Həmin gecə Xaçmaz rayon prokuroru və Fövqaladə Hallar Nazirliyinin müstəntiqi xəstəxanaya gəlib onun iştirakı ilə bacısı Firəngizin izahatını almışlar, onun dediklərini videoya çəkmişlər. Firəngiz izahat verərək bildirmişdir ki, gəlini Nailə ilə mübahisə etmiş, oğlu Vüqar onların mübahisəsinə əsəbləşib onun yaşadığı evi benzin töküb yandırmış, o isə alovun qarşısını alamaq üçün evin girişindəki yanan xalçanı dartıb çölə çıxartmaq istəyərkən üzərindəki geyim əşyaları alovun təsirindən alışıb yanmış və nəticədə özü də yanmışdır. İş materiallarında olan Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal Regional Dövlət X22 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, 08 iyul 202-ci il tarixdə, saat 18:31-də Xaçmaz şəhəri, Sabir küçəsində fərdi yaşayış evində hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Xaçmaz RDYMH-nin əməkdaşları saat 18:43-də həmin ünvana gedərək X3 məxsus 36 kv.m sahəsi olan fərdi yaşayış evini su ilə söndürmüşlər, yanğın hadisəsi zamanı ev sahibi Firəngiz Kazımova əl və üz nahiyəsindən yanıq xəsartləri almışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri X5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin evin həyətyanı bağ sahəsi daş hasarla hörülüb, hasarda dəmir qapı vardır. Həmin qapıdan evin həyətinə daxil olduqda sağ tərəfdə bir mərtəbəli, çiy kərpiclə hörülmüş yaşayış evi vardır. Sol tərəfdə isə yanğın hadisəsi baş vermiş yaşayış evi vardır. Həmin ev 1 mərtəbəlidir, divarları çiy kərpiclə hörülmüş, üzəriləri gəclə suvanmışdır. Evin üç pəncərəsi və bir çöl qapısı vardır. Qapı və pəncərələr taxta materialdan olmaqla yuxarı çərçivələri nisbətən yanaraq kömürləşmişdir. Pəncərələrin şüşələri sınmış vəziyyətdədir. Evin giriş qapısından içəriyə daxil olduqda mətbəxə bənzəyən otaq qarşıya çıxır. Həmin otağın eni 1,90 metr, uzunluğu 3 metr, hündürlüyü isə 2,20 metrdir. Otağın sağ divarında pəncərə var, həmin pəncərənin altında 01 ədəd taxta dolabça vardır. Dolabçanın üzəri yanaraq kömürləşmiş vəziyyətdədir. Otağın uzaq sağ küncündə 01 ədəd soyuducu var, otağın qarşı tərəfində isə 01 ədəd taxta materialdan olan şkaf vardır. Soyuducunun və şkafın üst səthi yanmaya məruz qalmışdır. Həmin otağın sağ divarında digər otağa daxil olan qapı çərçivəsi var, həmin qapı yanaraq kömürləşmiş vəziyyətdədir. Qapıdan digər otağa daxil olduqa həmin otağın eni 3 metr, uzunluğu 4.90 metr, hündürlüyü isə 2.20 metrdir. Otağın sağ divarında 2 pəncərə var, otağın mərkəzində döşəmənin üzərində 01 ədəd sınmış çil-çıraq var. Otağın uzaq sağ küncündə 01 ədəd televizor və televizor altlığı var. Həmin televizor yanmış vəziyyətdədir. Otağın uzaq sağ küncündə 01 ədəd dəmir çarpayı var, çarpayının üzərindəki yataq əşyaları yanmış vəziyyətdədir. Həmin evin döşəməsi və tavanı taxta materialdandır, divarlar isə gəclə suvanmışdır. Döşəmə və tavan yanmaya məruz qalmışdır, tavanın taxta qalıqları döşəmənin üzərinə düşmüşdür. Evin içərisində olan bütün əşyalar yanaraq kömürləşmişdir. Hadisə yerində döşəmənin şimal, orta və cənub hissələrində olan yanmış qalıqlarından nümunələr müvafiq qaydada qablaşdırılmaqla və möhürlənməklə götürülmüşdür. İş materiallarında olan əlavə hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş foroşəkillərdən görünür ki, hadisə yeri X5 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev 1 mərtəbəlidir, kürsüsüzdür, divarları çiy kərpiclə hörülmüş, üzəriləri gəclə suvanmışdır. Otaqların qapı, pəncərələri, tavaları və döşəmələri taxta materiallardandır. Ev iki otaqlıdır, iç-içədir, həyətdən girişi birinci otağadır, həmin otağın uzunluğu 3 metr, eni 1,90 metr, hündürlüyü 2.2 metrdir. Otaqda sağ tərəfdə pəncərənin altında 01 ədəd içərisində mətbəx ləvazimatları olan şkaf, onun yanında soyuducu, qapı ilə üzbə-üz olan divarın yanında paltar şkafı vardır. Həmin şkaflar və soyuducunun yuxarı ön tərəfləri daha dərin yanmaya məruz qalmış, dərin kömürləşmiş haldadırlar. Otağın əsas giriş qapısının və iki otaq arasındakı olan qapıların astanaları dərin yanmaya məruz qalmış, kömürləşmiş, dəliklər əmələ gəlmişdir. Onların arasında olan döşəmələrin taxtaları nisbətən az yanmış haldadırlar. Otağın həyətdən giriş qapısı və pəncərələr otağa baxan tərəflərdən, əsasən yuxarı hissələrdən daha çox yanıb kömürləşmişdir. Giriş qapısının həyətdən baxdıqda sol layı, aşağı hissələrdə də dərin yanaraq kömürləşmişdir. İki otaq arasında olan iki laylı qapının hər iki tərəfdən, eyni dərəcədə yanaraq kömürləşmişdir. İkinci otağın uzunluğu 4,9 metr, eni 3 metrdir. Bu otağın döşəməsi, qapıya yaxın olan hissəsində daha dərin yanmaya məruz qalmış dəlikləri əmələ gəlmişdir. Uzaqlaşdıqca yanma dərəcəsi azalmaya doğrudur. Otağın digər hissələrində döşmənin üzərində sərilmiş kömürləşmiş qalıqları müşahidə edilir. Qapı ilə üzbə-üz olan divarın yanında dəmir çarpayı vardır. Çarpayının üzərində olan yorğan-döşəklər qapıya baxan tərəfdən daha çox yanaraq kömürləşmiş haldadırlar. Çarpayının altında döşəmə yanmamışdır. Bu otağın pəncərələri otağa baxan tərəflərdən yanaraq kömürləşmişlər. Hər iki otaq tavana vurulmuş preslənmiş kartdon təbəqələri yanaraq qalıqları yerə tökülmüşdür. Tavan və damın taxtaları kömürləşmiş haldadırlar. Otağın qapının yanında sağ tərfədə qaz xətti vardır. Qaz xəttinin üzərində yarım dövrəli qaz kranı vardır, baxış zamanı kran bağlı vəziyyətdədir. Qaz xəttinə hər hansı qaz cihazı birləşdirilməmiş, xəttin ucu açıqdır. Evin otaqlarında elektrik xəttləri mis naqillərlə tavan və divarların üzəriləri ilə çəkilmişdir. Naqillərin izolyasiya örtüklərdən açılmış hissələrinə baxdıqda, elektrik təbiətli qəza halına oxşar lokal formalı damar ərimələri müşahidə edilməmişdir. Naqillər bir-birinə “soyuq burma” üsulu ilə birləşdirilmişlər. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sol bazu nahiyəsinin yanıq yarası yüksək temperaturun (alovun) təsirindən törənməklə, yetrilmə müddəti qərarda qeyd olunduğu kimi, xx xxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 71 saylı rəyindən gürünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı sifətin, döş qəfəsinin arxa və ön səthinin, qarın nahiyəsinin, hər iki budun, hər iki yuxarı ətrafın, hər iki sarğı nahiyələrinin, sağ iç və sol bayır topuqlarının ümumi bədən səthinin 85-90%-ni əhatə edən İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları, sağ dizin sıyrıqları kimi bədən xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, yanıq yaraları yüksək hərarətin (alovun) təsirindən törənib, xx xxxx 2020-ci il tarixdə əmələ gəlmələri mümkündür, bilavasitə ölümlə səbəbli əlaqəlidirlər, ölümə səbəb olduğundan ağır dərəcəli bədən xəsarətlərinin əlamətlərinə mülikdirlər. Sıyrıqlar isə küt əşyanın təsirindən təsirindən törənib, xx xxxx 2020-ci il tarixdə əmələ gəlmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin olunmur və ölümlə səbəbli əlaqələri yoxdur. X4 ölümünə səbəb ümumi bədən səthinin 85-95%-ni əhatə edən İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Ölüm xx xxxx 2020-ci il tarixdə saat 06:30-da 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibbi müsayinəsi ilə inkar olunmur. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində karboksihemoqlobin aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-tikinti texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/1848 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında baş vermiş yanğın hadisəsi nəticəsində ümumi sahəsi 20,4 kv.m olan tikilinin yanaraq istifadəyə yararsız vəziyyətə düşdüyü müəyyən olunmuşdur. Yanğın nəticəsində yaşayış evinə dəymiş ziyanın məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq 1243.2 manat təşkil edir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1342 saylı rəyindən gürünür ki, tədqiqata təqdim olunmuş hadisə yerindən götürülmüş kömür nümunələrində, Təqsirləndirilən şəxs və Şahid1 məxsus paltarların üzərlərində tez alışan neft məhsullarına (benzin, dizel və ya kerosin) məxsus izlər vardır. İş materiallarında olan Məhkəmə-yanğın texniki ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli, 10/1659 saylı rəyindən görünür ki, hadisə baş vermiş yaşayış evinin otaqlarında (birinci otağın mebel və soyuducunun yuxarı hissələrində, hər iki otaqların qapılarının astanasında, ikinci otağın qapıya yaxın olan döşəmə hissəsində) bir neçə müstəqil, bir-biri ilə əlaqəsi olmayan yanğın mənbələri vardır. Yanğının baş verməsinə səbəb yaşayış evinin otaqlarının içərisindəki yanğın mənbələrinə kənardan gətirilmiş alışma mənbəyinin təsirindən yanar materialların alışması olmuşdur. Yanma prosesinin sürətləndirilməsi üçün tezalışan maddələrdən istifadə olunması istisna edilmir. Yanğının yaşayış evinin otaqlarının içərisindəki yanğın mənbələrinə kənardan gətirilmiş alışma mənbəyinin təsirindən yanar materiallardan alışmasından baş verdiyini nəzərə aldıqda, baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulması üzrə tədiqiqat aparılmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci iltarixli, 1466 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. X23 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəllərinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş kömür qalıqları, Təqsirləndirilən şəxs məxsus qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar və Şahid1 məxsus göy rəngli qısaqol köynək iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********17 saylı cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına ünvan 4 A ünvanında yerləşən fərdi yaşayış evi aşkar edilməmişdir. Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 9 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X26 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3129 saylı arayışdan, xx xxxxx 2004-cü il tarixli, AZ-İ seriyalı, 933647 nömrəli nikah haqqında şəhadətnamənin, AA2037415 nömrəli, AZE seriyalı, 11811406 nömrəli və AA1453212 nömrəli şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 saylı ünvanda yaşayır, evli olmaqla ailə tərkibi arvadı Şahid1, uşaqları- xx xxxxxx 2012-ci ildə anadan olmuş X14, xx xxxxxx 2013-cü ildə anadan olmuş X18 və xx xxxxxx 2019-cu ildə anadan olmuş X6 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Kazımov xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən evin bağ sahəsində anası X11 ilə arvadı Şahid1 ailə-məişət zəminində mübahisə etdiklərini görüb aralarında uzun sürən mübahisəyə son qoymaq məqsədi ilə yaşadığı evin həyətində olan benzin qutusunu götürərək Firəngiz Kazımovanın yaşadığı evi yandırmaq qərarına gəlmiş, bu məqsədlə həmin evin girişinə və içərisinə benzin tökən zaman Firəngiz Kazımovanın ona mane olmaq istəyərkən ehtiyatsızlıqdan sonuncunun üzərinə benzin tökülməsinə baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanın lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib, kibritlə evi yandırmaqla həmin evin yaxınlığında olan Firəngiz Kazımovanın alovun təsirindən alışaraq sifətin, döş qəfəsinin arxa və ön səthinin, qarın nahiyyəsinin, hər iki budun, hər iki yuxarı ətrafın, hər iki sağrı nahiyəsinin, sağ iç və sol bayır topuqlarının ümumi bədən səthinin 85-90%-ni əhatə edən İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları kimi sağlamlığa ağır dərəcəli xəsarət alması nəticəsində ölməsinə səbəb olmuş, yəni ehtiyatsızlıqdan Firəngiz Kazımovanı öldürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin iş materiallarında olan vodeogörüntü ilə alınmış izahatı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidləri ifadələri, ekspert rəylzəri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini və himayəsində üç nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı həbsə alındığı gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan kömür qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs və göy rəngli qısaqol köynək isə Şahid1 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 344 (üç yüz qırx dörd) manat 50 (əlli) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri X1 xx xxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 45 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(067)-124/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı dövlət hesabına 7 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 52 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 312 (üç yüz on iki) manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Peosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı həbsə alındığı gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan kömür qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs və göy rəngli qısaqol köynək Şahid1 qaytarılsın. İş üzrə ekspertiza xərci olan cəmi 344 (üç yüz qırx dörd) manat 50 (əlli) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 52 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 312 (üç yüz on iki) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-138/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-138/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver