Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-138/2023 26.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan, barəsində «polisin nəzrəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01 saylı iclas protokoluna əsasən bələdiyyə sədri seçilməklə həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən “Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, “X2”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin iclasını keçirmədən kollegial qurumun qəbul etməli olduğu qərarı təkbaşına çıxararaq həmyerliləri qarşısında özünü qayğıkeş rəhbər, təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etmək səlahiyyətlərinə malik olmasını göstərmək kimi sair şəxsi niyyətlə 20 oktyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin inzibati binasındakı xidməti iş otağında rəsmi sənəd hesab olunan xx.xx.2021- ci il tarixli, 13 saylı iclas protokoluna bələdiyyə üzvlərinin səsverməsi nəticəsində bələdiyyənin balansında olan torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasına və tədbirlər planının hazırlanmasına dair qərarların qəbul edilməsi haqqında bilə-bilə yalan məlumatları daxil edib kompüterdə tərtib etdiyi həmin protokolu printerdə çap edərək digər bələdiyyə üzvlərinin əvəzinə imzalayıb bələdiyyənin möhürü ilə təsdiq etmiş, bununla da, o, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət yaradılan kollegial orqan olan Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirməsi və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirməsi sahəsində hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, habelə vəzifəli şəxs kimi sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyənin balansında olan 0.12 ha torpaq sahəsinin ümumi dəyərinin 1200 manat, yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xidmət haqqının komissiya məbləği ilə birlikdə 237 manat, torpaq sahəsinin alqısatqısına dair notariat rüsumunun bank xidmət haqqı ilə birlikdə 168 manat, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və “iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021 -ci il tarixli qərarına əsasən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqların və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması üçün dövlət rüsumunun xidmət haqqı ilə birlikdə 40 manat, ümumilikdə isə qeyd olunan torpaq sahəsinin mülkiyyətə verilməsinə üçün vətəndaşın vəsaiti hesabına çəkilməli olan xərclərin 1645 manat təşkil etməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə həmin torpaq sahəsinin Şahid2 mülkiyyətinə ayrılması üçün torpağın dəyəri ilə birlikdə çəkiləcək xərclərin 5000 manat təşkil etməsinə dair sonuncunun atası Zərərçəkmiş şəxs yalan məlumat verib aldadaraq 2021 -ci ilin yanvar ayının əvvəlindən 2022-ci ilin aprel ayının əvvəlinədək olan müddət ərzində müxtəlif vaxtlarda Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən Çaykənarı bələdiyyəsinin inzibati binasındakı xidməti iş otağında Zərərçəkmiş şəxs şəxsən 2000 manat, sonuncunun Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs şəxsən 1500 manat, Çaykənarı bələdiyyəsinin inzibati binasındakı xidməti iş otağında Şahid1 vasitəsilə 1500 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq torpaq sahəsinin ayrılmasına dair yuxarıda qeyd olunan xərcləri özü həyata keçirib yerdə qalan özgənin əmlakı olan Zərərçəkmiş şəxs məxsus 3355 manat məbləğində pul vəsaitini ələ keçirmiş, bununla da, o, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmiş, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar kənara çıxan hərəkətlər etməklə, yəni bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin iclasını keçirmədən kollegial qurumun qəbul etməli olduğu qərarı təkbaşına çıxararaq həmyerliləri qarşısında özünü qayğıkeş rəhbər, təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etmək səlahiyyətlərinə malik olmasını göstərmək kimi sair şəxsi niyyətlə 14 aprel 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin inzibati binasındakı xidməti iş otağında faktiki olaraq iclas keçirilmədiyi halda bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilməsi görüntüsü yaratmaq məqsədi ilə rəsmi sənəd hesab olunan xx.xx.2022-ci il tarixli, 04 saylı iclas protokoluna bələdiyyə üzvlərinin səsverməsi nəticəsində bələdiyyənin balansında olan torpaq sahələrinin Şahid2 və digər vətəndaşlara satılmasına dair qərarların qəbul edilməsi haqqında bilə-bilə yalan məlumatları daxil edib kompüterdə tərtib etdiyi həmin protokolu printerdə çap edərək bələdiyyə üzvü Nümayəndə əvəzinə imzalayaraq bələdiyyənin möhürü ilə təsdiq etmiş, bununla da,xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət yaradılan kollegial orqan olan Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirməsi və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirməsi sahəsində hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, habelə vəzifəli şəxs kimi sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs sədri olduğu Çaykənarı bələdiyyəsinin inzibati binasına gələrək 0,12 ha zəbt torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini qızı Şahid2 adına rəsmiləşdirmək istədiyini bildirmişdir. O, Samirənin rəsmi qaydada ərizə ilə bələdiyyəyə müraciət etməli olduğunu Zərərçəkmiş şəxs izah etmiş, o, bir müddət sonra qızının ərizəsini və şəxsiyyət vəsiqəsinin surətini gətirib ona təqdim etmiş, Zərərçəkmiş şəxsla aralarında olan söhbət zamanı Şahid2 torpaq sahəsinin ayrılması ilə bağlı sənədləşmə işlərinin aparılması üçün torpağın dəyəri ilə birlikdə təxminən 2200 manat xərci çıxacağını bildirmişdir. Həsən onunla razılaşaraq ilk əvvəl 2000 manat pulu bələdiyyənin inzibati binasındakı xidməti iş otağında ona təqdim etmişdir. Bundan sonra "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə həmin idarənin əməkdaşları ilə birlikdə Şahid2 mülkiyyətinə verilməli olan torpaq sahəsinə baxış keçirilərək “yer seçmə” aktı tərtib olunmuşdur. Həmin vaxt 80 sota yaxın torpaq sahəsinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs istədiyi, sonuncunun fərdi yaşayış evinin yanında olan torpaq sahəsi mübahisəli olduğundan qeyd olunan hissədə torpaq sahəsinin ayrılması mümkün olmamışdır. Buna görə də Zərərçəkmiş şəxs istədiyi hissədən deyil, 7 metr aşağı hissədən torpaq sahəsi ölçülmüşdür. İlkin torpaqayırma, ölçmə işlərinin aparılması və yerquruluşu planının tərtib edilməsinə dair smetaya görə bu işlərin görülməsi üçün 236 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. O, öz şəxsi vəsaiti hesabına 236 manat pulu ödəmiş və bundan sonra həmin pulu Zərərçəkmiş şəxs hazırda xatırlamadığı vaxtda Xaçmaz rayonunun Çaykənarı kəndinin mərkəzində almışdır. Yerquruluşu planını aldıqdan sonra Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsindən ölçülmüş torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması və ərazinin elektrik, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşməməsi barədə xx.xx.2021-ci il tarixdə rəy almışdır. İcra Hakimiyyətindən rəy aldıqdan sonra xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin inzibati binasındakı xidməti iş otağında bələdiyyənin iclasını keçirmədən 0.12 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsinə bitişik zəbt torpaq sahəsi olması məqsədilə hərrac və müsabiqə keçirilmədən bilavasitə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul edilməsinə dair həmin tarixli iclas protokolunu kompüterdə tərtib edib çap edərək özünün və bələdiyyə üzvlərinin yerinə imzalayaraq protokolu bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Daha sonra isə toplanmış sənədlər aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli rəy verilmiş və bundan sonra həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almışdır. 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının əvvəllərinədək Zərərçəkmiş şəxs və sonda oğlu Şahid1 ümumilikdə 5000 manat məbləğində pul vəsaitini almış, xx.xx.2022-ci il tarixdə Şahid2 adından 1200 manat məbləğində pul vəsaitini Çaykənarı bələdiyyəsinin hesabına köçürdükdən sonra həmin tarixdə 0,12 ha torpaq sahəsinin Şahid2 mülkiyyətinə ayrılmasına dair xx.xx.2022-ci il tarixdə qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə də bələdiyyə iclası keçirilməmiş və iclas protokolunu bələdiyyənin inzibati binasındakı xidməti iş otağında kompüterdə tərtib edib çap edərək iclas katibi kimi yazdığı bələdiyyə üzvü Nümayəndə əvəzinə imza edərək protokolu möhürlə təsdiq etmişdir. 18 aprel 2022-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində Şahid2 ilə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda ümumilikdə 3355 manat pul vəsaiti almış, yerdə qalan vəsait torpaq sahəsinin sənədləşməsi üçün lazım olan rüsumlara xərclənmişdir. Hazırda etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, qızı Şahid2 yaşadığı kənddə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsinin ayrılması məqsədilə qızının adından 2021-ci ilin yanvar ayının əvvəlləri Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bələdiyyənin inzibati binasında bələdiyyə sədri Təqsirləndirilən şəxs xidməti otağında sonuncu ilə görüşüb söhbət edərkən Oqtay 0.12 ha torpaq sahəsinin qiymətinin 5000 manat olduğunu demiş və o, Oqtayla razılaşmışdır. Bir neçə gün sonra, yəni 2021-ci ilin yanvar ayının əvvəllərində səhər saatlarında Oqtayla sonuncunun bələdiyyənin inzibati binasındakı xidməti iş otağında görüşüb 2000 manat pulu ona vermişdir. Oqtay da məsələnin həll olunacağını və torpaq sahəsinin ayrılacağını bildirmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının ortalarında axşam saatlarında Oqtay istifadəsində olan avtomobillə yaşadığı evin qarşısında onunla görüşmüş və əlavə 1500 manat pulu Oqtaya vermişdir. 2022-ci ilin aprel ayının əvvəlləri səhər saatlarında Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək dediyi pulun qalanını da ondan istəmişdir. O, yerdə qalan 1500 manat pulu Oqtaya çatdırması üçün oğlu Rafikə vermiş, həmin gün də Rafik Oqtayla sonuncunun xidməti otağında görüşərək Oqtaya 1500 manat pulu vermişdir. Bundan bir neçə gün sonra Kadastr İdarəsinin mütəxəssisi Əfqan, bələdiyyə sədri Oqtay və onun iştirakı ilə qızına ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş və müvafiq ölçmələr aparılmışdır. Mütəxəssis də torpaq sahəsi ilə bağlı heç bir problemin olmadığını və həmin torpaq sahəsinin boş olduğunu bildirərək getmişdir. 2022-ci ilin aprel ayının ortalarında qızı Şahid2 ilə bələdiyyə sədri Təqsirləndirilən şəxs arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin qeyd etdiyi müqavilədə torpağın dəyərinin 1200 manat olduğu göstərilmişdir. Ancaq o, Oqtaya 5000 manat pul vermişdir. Oqtayın onu aldadaraq əlavə ondan 3800 manat ələ keçirdiyini, eləcə də ona göstərdiyi, yəni onun istədiyi yerdən yox, ona məxsus torpaq sahəsinin digər tərəfindən ona torpaq sahəsi verildiyindən məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə dair daşınmaz əmlakından dövlət reyestrindən çıxarış da almışlar. Bununla bağlı Oqtaya dəfələrlə müraciət edib ona istədiyi yerdən yox, yararsız digər ərazidən torpaq sahəsi verdiyini bildirsə də, Oqtay torpaq sahəsinin ona düzgün verildiyini deyərək müraciətlərini nəzərə almamışdır. O, Təqsirləndirilən şəxs ona qarşı etdiyi qanunsuz hərəkətlərə görə sonununun barəsində araşdırma aparılması üçün xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Bundan başqa, onun fərdi yaşayış evinin sahəsi çıxarışda 0.15 ha qeyd edilsə də, istifadəsindəki faktiki torpaq sahəsi 0.20 ha-dır. Qızı Samirəyə verilmiş torpaq sahəsinin koordinatlarına əsasən evinin həyətində tikdirdiyi tövlənin yarısı qızının torpaq sahəsinin ərazisinə düşür. Deməli faktiki istifadəsində olan 0.05 torpaq sahəsi ondan alınıb qızına verilmişdir. O, bununla bağlı Oqtaya müraciət etmişdir ki, istədiyi torpaq sahəsindən, yəni boş olan yerdən ona 0.05 ha torpaq sahəsi versin. Ancaq Oqtay torpaq sahəsinin ona verilməsindən imtina etmiş və 0.05 ha torpaq sahəsinin ayrılması üçün hərrac keçirilməli olduğunu bildirmişdir. Torpaq sahəsinin alınması proseslərində qızı Samirə poçta getməmiş və bələdiyyənin hesabına pul köçürməmişdir. Bu işin hamısını Oqtay özü görmüşdür. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmiş və barışıq əldə etmişlər. Sonuncudan heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş hüquqi şəxs Xaçmaz rayonunun Çaykənarı Bələdiyyəsinin nümayəndəsi, bələdiyyə üzvü Nümayəndə göstərmişdir ki, 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin üzvü seçilmişdir. Xaçmaz rayonunin Çaykənarı bələdiyyəsinin ondan başqa 8 üzvü vardır. Həmin bələdiyyənin inzibati binası Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşir. Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin sədri olmuşdur. Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs xx.xx.2021-ci il və xx.xx.2022- ci il tarixlərdə keçirilən bələdiyyə iclasları barədə heç bir bələdiyyə üzvünə məlumat verməmiş və təkbaşına iclas keçirərək qeyd olunan tarixlərdə protokollar tərtib etmişdir. Həmin tarixlərdə keçirilən iclaslarda iştirak etməmiş və iclasın gündəliyinə daxil edilmiş məsələlərlə bağlı səs verməmişdir. Çaykənarı bələdiyyəsinin nümayəndəsi olaraq Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs yaşadıqları kənd ərazisində yerləşən evlərinin yanından Şahid2 adına fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsinin ayrılması məqsədilə 2021-ci ilin yanvar ayında bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmiş və bələdiyyə sədri bunun üçün atasından 5000 manat məbləğində pul istəmişdir. Atası da hissə-hissə olmaqla 3500 manat məbləğində pulu bələdiyyə sədrinə vermişdir. Hətta yerdə qalan 1500 manat pulu o, özü aparıb Oqtaya vermişdir. Belə ki, 2022-ci ilin aprel ayının əvvəlləri saat 10 radələrində evdə olarkən Təqsirləndirilən şəxs atasına zəng edib yerdə qalan 1500 manatı da çatdırmasını bildirmişdir. Atası da evdən 1500 manat pulu götürüb ona verərək həmin pulu Oqtaya çatdırmasını demişdir. O, atasından pulu alıb Təqsirləndirilən şəxs Çaykənarı bələdiyyəsinin inzibati binasında yerləşən xidməti iş otağında 1500 pulu sonuncuya vermişdir. 2022-ci ilin aprel ayının ortalarında Şahid2 ilə bələdiyyə sədri Təqsirləndirilən şəxs arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində alqısatqı müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilədə torpağın dəyərinin 1200 manat olduğu göstərilmişdir. Ancaq onlar Oqtaya 5000 manat pul vermişlər. Oqtay atasını aldadaraq 3800 manat ələ keçirdiyindən, eləcə də onlara göstərdiyi, yəni onlar istədiyi yerdən deyil, yaşadıqları torpaq sahəsinin digər tərəfindən bacısına torpaq sahəsi verildiyindən məlumatları olmuşdur. 31 may 2022-ci il tarixdə həmin torpaq sahəsinə dair daşınmaz əmlakından dövlət reyestrindən çıxarış da almışlar. Bununla bağlı Oqtaya dəfələrlə müraciət edib istədikləri yerdən deyil, yararsız digər ərazidən torpaq sahəsi verdiyini bildirsələr də, Oqtay torpaq sahəsinin düzgün verildiyini bildirmişdir. X16 Təqsirləndirilən şəxs onlara qarşı etdiyi qanunsuz hərəkətlərə görə Oqtayın barəsində Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 göstərmişdir ki, Xaçmaz rayonunun Çaykənarı kəndində daimi yaşamaqla 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin üzvü seçilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin sədri olmuşdur. Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021-ci il tarixli iclasının 13 nömrəli protokolu ona təqdim olunmuş, həmin tarixdə keçirilən iclasda iştirak etməmiş və iclasın gündəliyinə daxil edilmiş məsələlərlə bağlı səs verməmişdir. Bundan əlavə, protokolun sonunda adının qarşısında olan imza ona məxsus deyildir. Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclasının 04 nömrəli protokolu ona təqdim olunmuş, xx.xx.2022-ci il tarixdə keçirilən iclasda da iştirak etməmiş və iclasın gündəliyinə daxil edilmiş məsələlərlə bağlı səs verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs yaşadıqları kənd ərazisində yerləşən evilərinin yanından onun adına fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması məqsədilə 2021-ci ilin yanvar ayında Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmiş və bələdiyyə sədri torpağın qiymətinin 5000 manat olduğunu bildirmişdir. Atası da hissə-hissə olmaqla Oqtayın dediyi kimi 5000 manat məbləğində pulu bələdiyyə sədrinə vermişdir. Həmin 5000 manat puldan 1500 manatını atası Həsən qardaşı Rafikə vermiş və Rafik də həmin pulu Oqtaya çatdırmışdır. Onun adına rəsmiləşən torpaq sahəsinə Kadastr idarəsinin işçiləri və bələdiyyə sədri Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmiş və müvafiq ölçmələr aparılmışdır. 18 aprel 2022-ci il tarixdə onunla bələdiyyə sədri Təqsirləndirilən şəxs arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə torpağın dəyərinin 1200 manat olduğu göstərilmişdir. Ancaq onlar Oqtaya 5000 manat pul vermişlər. Oqtayın atasını aldadaraq 3800 manat ələ keçirməsindən, eləcə də Oqtayın onlara göstərdiyi, yəni onlar istədikləri yerdən deyil, torpaq sahəsinin digər tərəfindən torpaq verməsindən məlumatları olmuşdur. 31 may 2022-ci il tarixdə həmin torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan atası Həsən Təqsirləndirilən şəxs onlara qarşı etdiyi qanunsuz hərəkətlərə görə Oqtayın barəsində 2022-ci ilin avqust ayında Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərmişdir ki, Xaçmaz rayonunun Çaykənarı kəndində daimi olaraq yaşamaqla 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin üzvü seçilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sədri olmuşdur. Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021-ci il tarixli iclasının 13 nömrəli protokolu ona təqdim olunmuş, həmin tarixdə keçirilən iclasda iştirak etməmiş və iclasın gündəliyinə daxil edilmiş məsələlərlə bağlı səs verməmişdir. Bundan əlavə, protokolun sonunda adının qarşısında olan imza ona məxsus deyildir. Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin 14 aprel 2022-ci il tarixli iclasının 04 nömrəli protokolu da ona təqdim olunmuş, həmn tarixdə keçirilən iclasda da iştirak etməmiş və iclasın gündəliyinə daxil edilmiş məsələlərlə bağlı səs verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən bələdiyyə üzvləri X6, Şahid5, Şahid7 və Şahid3 qızı Şahid6 ifadəsində göstərdiyi xüsusatları təqdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Xaçmaz rayon bələdiyyəsinin 14.01,2020-ci il tarixli, 01 nömrəli iclas protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Xaçmaz rayonu, Çaykənarı kənd sakini Şahid2 Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarından fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin dami istifadəsinə verilməsi üçün Çaykənarı bələdiyyəsinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təyinatı “X15 Hazırlanma” olmaqla “Kadastr ve Yerqurulushu” hesabına 236 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Şahid2 tərəfindən Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin hesabına 1200 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli iclas protokolu 7 vərəqdən ibarətdir. Həmin protokoldan görünür ki, bələdiyyə iclasında bələdiyyə üzvü Şahid7 iştirak etmir. İclasın gündəliyinə 4 məsələ daxil edilmiş, iclasın sədri Təqsirləndirilən şəxs, iclas katibi isə Nümayəndədur. İclasın gündəliyində qoyulan məsələrlə bağlı çıxışlar edilmiş, bütün məsələlər üzrə iclas iştirakçıları lehinə səs vermiş və qərarlar qəbul edilmişdir. İclas protokolunun 7-ci vərəqində iclas iştirakçıları imza etmiş və bələdiyyənin möhürü vurulmuşdur. Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 nömrəli iclas protokolu 6 vərəqdən ibarətdir. Həmin protokoldan görünür ki, bələdiyyə iclasında bələdiyyə üzvü X3 iştirak etmir. İclasın gündəliyinə 3 məsələ daxil edilmişdir. Gündəliyə daxil edilmiş 2-ci məsələ bələdiyyənin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin Şahid2 satılması ilə bağlıdır. İclasın sədri Təqsirləndirilən şəxs, iclas katibi isə Nümayəndədur. İclasın gündəliyində qoyulan məsələrlə bağlı çıxışlar edilmiş, bütün məsələlər üzvə iclas iştirakçıları lehinə səs vermiş və qərarlar qəbul edilmişdir. İclas protokolunun 6-cı vərəqində iclas sədri ilə iclas katibi imza etmiş və bələdiyyənin möhürü vurulmuşdur. Yuxarıda qeyd olunan iclas protokolları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın alqı-satıqısına dair” müqavilənin surətindən görünür ki, Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin adından Təqsirləndirilən şəxs bələdiyyənin mülkiyyətində olan 0.12 ha torpaq sahəsini 1200 manat qiymətinə Şahid2 satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şahid2 tərəfindən notariat rüsumu və bank xidmət haqqı daxil olmaqla X1 adına 168 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-6046/2023 nömrəli məktubundan görünür ki, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin mülkiyyətində olan həyətyanı və bağ sahəsi torpaqları təyinatına aid edilən 0.12 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışının, arayış və texniki pasportunun hazırlanması üçün Azərbaycan Respublikası Tarif Şurasının 2021-ci il 04 yanvar 02 nömrəli qərarı ilə təsdiqlənmiş iqtisadiyyat Nazirliyi yanında ƏMDX qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə uyğun olaraq 70.00 (yetmiş) manat xidmət haqqı, “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə görə 50 (əlli) manat dövlət rüsumu, daşınmaz əmlaka texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 75 (yetmiş beş) manat dövlət rüsumu hesablanmışdır. Hesablanmış 70 manat xidmət haqqı və 125 manat dövlət rüsumu hüquq sahibi tərəfindən 21 fevral 2022-ci il tarixində tam olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisində “yaşayış məntəqəsinin torpaqları” kateqoriyasına aid 0.12 ha torpaq sahəsi Şahid2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin kriminalistik ekspertizasının 01 iyun 2023-cü il tarixli, 4/763-5/632 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021 -ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021 -ci il tarixli iclasının 13 nömrəli protokolunun 6-cı vərəqinin aşağı hissəsində "İclasın sədri:” qrafasında “Təqsirləndirilən şəxs Valeh oğlu" yazılarının qarşısında olan imza; xx.xx.2021 -ci il tarixli Xaçmaz rayonu çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021 -ci il tarixli iclasının 13 nömrəli protokolunun 7-ci vərəqinin yuxarı hissəsində “1.” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; xx.xx.2022-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 14 aprel 2022-ci il tarixli iclasının 04 nömrəli protokolunun 6-cı vərəqində “iclasın sədri:” qrafasında “Təqsirləndirilən şəxs Valeh oğlu” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021 -ci il tarixli iclasının 13 nömrəli protokolunun 7-ci vərəqində “2.” qrafasında “Şahid6” yazılarının qarşısında olan imza - Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021 -ci il tarixli iclasının 13 nömrəli protokolunun 7-ci vərəqində “3.” qrafasında “Nümayəndə” yazılarının qarşısında olan imza - Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021 ci il tarixli iclasının 13 nömrəli protokolunun 7-ci vərəqində "4.” qrafasında “Şahid8” yazılarının qarşısında olan imza - Şahid8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021 -ci il tarixli iclasının 13 nömrəli protokolunun 7-ci vərəqində “5.” qrafasında “X3” yazılarının qarşısında olan imza - Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021-ci il tarixli iclasının 13 nömrəli protokolunun 7-ci vərəqində “6.” qrafasında “X4” yazılarının qarşısında olan imza - Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 13 nömrəli və 14 aprel 2022-ci il tarixli, 04 nömrəli “Protokolların üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 13 nömrəli və 14 aprel 2022-ci il tarixli, 04 nömrəli “Protokol”ların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ XAÇMAZ RAYONU* ÇAYKƏNARİ BƏLƏDİYYƏSİ” məzmunlu möhür əksləri eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 13 nömrəli və 14 aprel 2022-ci il tarixli, 04 nömrəli “Protokolların üzərlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla poma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. İş materiallarında olan əlavə məhkəmə-xətşünaslıq ekspertizasının 23 iyun 2023-cü il tarixli, 4/1075 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 20 oktyabr 2021ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 20 oktyabr 2021-ci il tarixli iclasının 13 nömrəli “Protokolu”nun 6-cı vərəqinin aşağı hissəsində “iclasın katibi:” “Nümayəndə Xalıq oğlu” yazılarının qarşısında olan imza və 7-ci vərəqində iclasda iştirak etmiş bələdiyyə üzvləriinin imzaları hissəsində “3.” Qrafasında “Nümayəndə” yazılarının qarşısında olan imza; 14 aprel 2022-ci il tarixli Xaçmaz rayonu Çaykənarı bələdiyyəsinin 14 aprel 2022-ci il tarixli iclasının 04 nömrəli “Protokolu”nun 6-cı vərəqinin orta hissəsində ‘İclasın katibi:’’ “Nümayəndə Xalıq oğlu” yazılarının qarşısında olan imza - Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin 12 iyun 2023cü il tarixli 07 saylı iclas protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin nümayəndəsi Nümayəndə seçilmişdir. İş materialarında olan müstəntiqin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin üzvü Nümayəndə zərərçəkmiş hüquqi şəxs Çaykənarı bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 03 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maddi ziyan olan 3355 manat pulu tam şəkildə ödəmişdir. Ona görə də Okay Şixməmmədova qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 28670 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 3355 manat məbləğində ziyanın 25 faizi miqdarında 840 manat Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 27 aprel 2020-ci il tarixli, AZ-İV seriyalı, 434345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2020-ci ildə anadan olmuş Zöhrə adında 1 nəfər azyaşlı uşağı vardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurması, xidmət səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurması, habelə vəzifə saxtakarlığı, yəni sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsi əməllərini törətməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, hüquqi tövsüf məsələsini müzakirə edərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında 2 ildən artıq olmayan azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan belə əməllər təsnifatına görə Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilirlər. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər cinayət törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs tərəfindən 1-ci epizod üzrə cinayət tərkibli əməllərin törədilmə vaxtı 2021-ci oktyabr ayına təsadüf edir. Göründüyü kimi Oktay Şixməmmədova CM-nin 313-cü maddəsi ilə verilən ittihamda 1-ci epizod üzrə cinayət əməllərinin törədildiyi gündən 2 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1., 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) şəxs barəsində cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs tərəfindən 1-ci epizod üzrə cinayət tərkibli əməllərin törədilmə vaxtı 2021-ci oktyabr ayına təsadüf etdiyindən və ona CM-nin 313-cü maddəsi ilə verilən ittihamda 1-ci epizod üzrə cinayət əməllərinin törədildiyi gündən 2 ildən artıq vaxt keçdiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə belə olan halda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı başlanmış cinayət təqibinə xitam verilməklə həmin hissədə o, cinayət məsuliyyətindən azad edilməlidir, CM-nin 313-cü maddəsi ilə təqsirləndirildiyi digər qalan hissədə təqsirli bilinərək cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Onun barəsində cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 308.1, 309.1 və 313-cü maddələri ilə cərimə növündə cəza təyin edilərkən həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının da əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələri ilə təyin ediləcək əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulmasına dair müstəntiqin 28 aprel 2023-cü il tarixli və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək müəyyən məbləğdə cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cərimə cəzası saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Əlavə cəzanın müddəti Təqsirləndirilən şəxs əsas cəzasını çəkib qurtardığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməli olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli və xx.xx.2022-ci il tarixli, 04 nömrəli iclas protokolları cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan ümumilikdə 324 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci mddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə verilmiş ittihama daxil olan 2021-ci oktyabr ayında törədilmiş əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və həmin hissədə o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3000 (üç min) manat, Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3000 (üç min) manat, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2500 (iki min berş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7500 (yeddi min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 7500 manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7300 (yeddi min üç yüz) manat cərimə cəzası saxlanılsın. Əlavə cəzanın müddəti əsas cəzanı çəkib qurtardığı gündən hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməli olması izah edilsin. Hökmün icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Proibasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli və xx.xx.2022-ci il tarixli, 04 nömrəli iclas protokolları cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-138/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-138/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver