Məhkəmə qərarları › İş №1(067)-139/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-139/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-139/2021 13.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlətittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayon məhkəməsinin 03 iyun 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 3500 manat cərimə cəzasına, Xaçmaz rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, 13 fevral 2020-ciil tarixdə cəzasının sonu ilə azad edilmiş, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəzaya Xaçmaz rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3500 manat cərimə cəzası tam birləşdirilərək ona qəti olaraq 02 il 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat məbləğində cərimə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi olan, ünvan 1 ünvanda yaşamış, 18 avqust 2020-ci il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Prnitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 24 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik pəncərəsini talvarın altından götürdüyü dabankeş vasitəsi ilə açıb içəri girərək oradan 120 manat dəyərində 01 ədəd Rusiya istehsallı uşaq velosipedini, 30 manat dəyərində 01 ədəd üç təkərli uşaq samokatını, 50 manat dəyərində 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəstini, 25 manat dəyərində 01 ədəd Çin istehsallı iki antenalı modemi, 1000 manat dəyərində 01 ədəd Yaponiya istehsallı, 120 dioqanallı «LG» markalı televizoru, hər bir ədədi 60 manat olmaqla 02 ədəd 120 manat dəyərində Çexiya istehsallı, «Tom» markalı xrustal qənd qabını, 01 ədəd 10 manat dəyərində Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmində şəkər qabını, 250 manat dəyərində 01 ədəd Çexiya istehsallı, «Tom» markalı xrustal güldanı, 30 manat dəyərində 01 ədəd cehizlik çemodanı, 250 manat dəyərində 01 ədəd 2,3x1,5 metr ölçüdə Təbriz xalçasını, hər bir ədədi 30 manat olmaqla 10 ədəd 300 manat dəyərində Türkiyə istehsallı, parça materiallı, 3x2 metr ölçüdə masa örtüklərini, 10 manat dəyərində 01 ədəd Çin istehsallı suvenir xəncəri, 50 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Kenvood» markalı ət çəkən maşını, 25 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Simbo» markalı blenderi, 30 manat dəyərində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd onları itiləyən alətdən ibarət Türkiyə istehsallı, «Arshia» markalı bıçaq dəstini, 40 manat dəyərində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçülü olmaqla ümumilikdə 36 ədəddən ibarət Türkiyə istehsallı qaşıq dəstini, hər bir ədədi 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd Türkiyə istehsallı aş qaşığını, hər bir ədədi 2 manat olmaqla 12 manat dəyərində 06 ədəd Türkiyə istehsallı mürəbbə qaşığını, hər bir ədədi 2 manat olmaqla 24 manat dəyərində 12 ədəd Türkiyə istehsallı şirniyyat çəngəlini, 5 manat dəyərində 01 ədəd Türkiyə istehsallı qənd qabını, 45 manat dəyərində 01 ədəd aliminium materialdan olan aş qazanını, 50 manat dəyərində 12 ədəddən ibarət Türkiyə istehsallı dərin boşqab dəstini, 40 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, yun materiallı, «S» ölçülü uzunqol qadın jaketini, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, parça materiallı, «29» ölçülü qadın şalvarını, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, cins materiallı, «29» ölçülü qadın şalvarını, 200 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, sətin materiallı iki nəfərlik çarpayı üzlüyü dəstini, 120 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, sintetik materiallı, 3x2 metr ölçülü xalçanı, hər bir ədədi 5 manat olmaqla 80 manat dəyərində 16 ədəd Türkiyə istehsallı, pambıq materiallı, «Tac» markalı çay dəsmalını, hər bir ədədi 1 manat olmaqla 4 manat dəyərində 04 ədəd Türkiyə istehsallı, pambıq materiallı çay dəsmalını, 40 manat dəyərində 12 ədəd Türkiyə istehsallı, sətin materiallı bir nəfərlik yataq üzlüyü dəstini, 90 manat dəyərində 12 ədəd Türkiyə istehsallı, sətin materiallı iki nəfərlik yataq üzlüyü dəstini, hər bir ədədi 10 manat olmaqla 100 manat dəyərində 10 ədəd Türkiyə istehsallı, pambıq materiallı, 30x100 sm ölçülü əl-üz dəsmalını, 300 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Bosch» markalı şirə çəkən maşını, 40 manat dəyərində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət Türkiyə istehsallı, «Royal-Fort» markalı qaşıq dəstini, 50 manat dəyərində 12 ədəddən ibarət Rusiya istehsallı, «Heman» markalı xrustal stəkan dəstini, 5 manat dəyərində 01 ədəd Çin istehsallı işıq plafonunu və hər bir ədədi 0,5 manatdan 3 manat dəyərində 06 ədəddən ibarət Türkiyə istehsallı, plasmas materiallı yemək bişirən qaşığı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3618 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 28 iyul 2020-ci il tarixdə gecə saat 00:30 radələrində və 29 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid qəsdlə əhatə olunmaqla Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz şəhəri R.Axundov küçəsində yerləşən 2 saylı evin həyətinə küçə darvazasını aralayıb açmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik materialından olan kilidlənməmiş qapısını açıb içəri girərək oradan 829 manat məbləğində nağd pulu, 150 manat dəyərində 01 ədəd Türkiyə istehsallı 2x3 metr ölçüdə xalçanı, hər bir ədədi 120 manat olmaqla 240 manat dəyərində 01 ədəd Türkiyə istehsallı 2x3 metr ölçüdə xalçanı, 15 manat dəyərində 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefonu, Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş hər qramı 60 manat olmaqla 480 manat dəyərində 8 qram çəkidə 01 ədəd qızıl metaldan hazırlanmış 585 əyarlı boyunbağını, Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş hər qramı 60 manat olmaqla 360 manat dəyərində 6 qram çəkidə 01 ədəd qızıl metaldan hazırlanmış 585 əyarlı boyunbağını, İtaliyada zavod üsulu ilə istehsal olunmuş hər qramı 80 manat olmaqla 480 manat dəyərində 6 qram çəkidə 01 ədəd qızıl metaldan hazırlanmış, üzərində iki ədəd sadə boz rəngli parıltılı qaşlar olan 750 əyarlı qızıl üzüyü, 50 manat dəyərində Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşlar olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəstini, 5 manat dəyərində 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suveniri, 70 manat dəyərində 01 ədəd Çin istehsallı, «Euromerss» markalı tozsoranı, 150 manat dəyərində 01 ədəd 3x2 metr ölçüdə Azərbaycan xalçasını, 120 manat dəyərində 01 ədəd 3x2 metr ölçüdə Azərbaycan xalçasını, 60 manat dəyərində 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçasını, hər bir ədədi 20 manat olmaqla 120 manat dəyərində 06 ədəd «Embavood» markalı, taxta materiallı stulu, 20 manat dəyərində 01 ədəd Çin istehsallı, «Texnolux» markalı meyvə şirəsi çəkən maşını, 30 manat dəyərində 01 ədəd Çin istehsallı, «Gepas» markalı ət çəkən maşını, hər bir ədədi 15 manat olmaqla 45 manat dəyərində 03 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçüdə pambıq materiallı hamam dəsmalını, hər bir ədədi 2 manat olmaqla 20 manat dəyərində 10 ədəd Türkiyə istehsallı, 0,3x0,6 metr ölçüdə, pambıq materiallı çay dəsmalını, hər bir ədədi 20 manat olmaqla 40 manat dəyərində 02 ədəd saatı, hər kq-ı 1,20 manat olmaqla 6 manat dəyərində «Qızıl-Tac» markalı 5 kq-lıq qənd kisəsini, hər bir ədədi 1 manat olmaqla 3 manat dəyərində 03 ədəd 500 qramlıq «Günaydın» markalı makoronu, 2,30 manat dəyərində 1 kq çəkidə yaşıl mərciməyi, 5 manat dəyərində 01 ədəd uşaq pul kisəsini, 20 manat dəyərində 01 ədəd mücrünü, hər bir ədədi 30 manat olmaqla 60 manat dəyərində 02 ədəd xrustal konfet qabını, hər kq-ı 4 manat olmaqla 8 manat dəyərində 2 kq çəkidə 01 qutu «Astara» düyüsünü, 8 manat dəyərində 01 qutu 450 qram çəkidə «Final» markalı çayı, 11 manat dəyərində 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çayı, 25 manat dəyərində 01 ədəd Çin istehsallı, «Euromax» markalı peyk antenasına aid tüneri, 40 manat dəyərində 01 ədəd Çin istehsallı, «StarTrack» markalı peyk antenasına aid tüneri, 5 manat dəyərində 01 ədəd Çin istehsallı, 4GB həcmli flaşkartı, hər bir ədədi 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd Çin istehsallı, 32 GB həcmli mikro yaddaş kartını, hər bir ədədi 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd Çin istehsallı, 16GB həcmli mikro yaddaş kartını, 5 manat dəyərində 01 ədəd Çin istehsallı, kürə formalı, şüşə materiallı, 20 sm diametrli, içərisindəki mayedə qar dənəcikləri və kukla olan elektriklə işləyən suveniri, 10 manat dəyərində 01 ədəd Yaponiya istehsallı, «Braun» markalı saç buran feni, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Euroklass» markalı elektriklə işləyən saç fenini, 20 manat dəyərində 01 ədəd Rusiya istehsallı, 5 litr həcmli aliminium qazanı, hər bir ədədi 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd Rusiya istehsallı, 7 litr həcmli, aliminium materialdan olan vedrəni, 5 manat dəyərində 01 ədəd Rusiya istehsallı, 7 litr həcmli, dəmir materialdan olan şirli vedrəni, 250 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, atlas parçadan ibarət və üzəri tüllü iki nəfərlik çarpayı örtüyünü, 100 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, sintetik materiallı və yumşaq tüklü iki nəfərlik çarpayı örtüyünü, 15 manat dəyərində 01 ədəd Azərbaycan istehsallı, sintetik materiallı, iki nəfərlik nazik çarpayı örtüyünü, hər bir ədədi 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı və yumşaq tüklü bir nəfərlik çarpayı örtüyünü, 20 manat dəyərində Azərbaycan istehsallı, parça materiallı, iki nəfərlik yorğan-döşək-yastıq üzlüyü dəstini, 15 manat dəyərində 01 ədəd Çin istehsallı «NİKAY» markalı mikseri, hər bir ədədi 1 manat olmaqla 12 manat dəyərində 12 ədəd Azərbaycan istehsallı xrustal formalı armudu stəkanı, 15 manat dəyərində 01 ədəd Çin istehsallı, «Sonasih» markalı saç qurudan feni, 10 manat dəyərində 01 ədəd Azərbaycan istehsallı, parça materiallı bir nəfərlik döşək üzlüyünü, hər bir ədədi 5 manat olmaqla 25 manat dəyərində 05 ədəd Türkiyə istehsallı, 0,5x1 metr ölçüdə, pambıq materiallı əl-üz dəsmalını, 20 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, 2x1,5 metr ölçüdə parça materiallı masa örtüyünü, 10 manat dəyərində 01 ədəd Azərbaycan istehsallı, parça materiallı, 2x1,5 metr ölçüdə masa örtüyünü, 10 manat dəyərində 01 ədəd «Faberlik» markalı, sintetik parça materiallı böyük ölçüdə döşlüyü, 30 manat dəyərində 2 kq çəkidə olmaqla sellofan paketə qablaşdırılmış Lənkəran çayını, hər qutusu 11 manat olmaqla 500 qram çəkidə 33 manat dəyərində 03 qutu «Əkbər» markalı çayı, hər qutusu 4 manat olmaqla 250 qram çəkidə 8 manat dəyərində 02 qutu «Final» markalı çayı, hər kq-ı 2 manat olmaqla 4 manat dəyərində 01 ədəd 2 kqlıq kənd kisəsini, hər kq-ı 2 manat olmaqla 4 manat dəyərində 02 qutu 1 kq-lıq qəndi, 3 manat dəyərində 01 ədəd 2,5 litrlik «Klar» maye sabunu, hər bir ədədi 1 manat olmaqla 2 manat dəyərində 02 ədəd «Günaydın» markalı vərməşili, 1 manat dəyərində 1 kq çəkidə bulquru, hər bir ədədi 5 manatdan 20 manat dəyərində 04 ədəd nalçanı və 30 manat dəyərində 01 ədəd gümüş suveniri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4244,30 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri Sovxoz küçəsində yerləşən 88 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik pəncərəsini həyətdən götürdüyü dabankeş vasitəsi ilə açıb içəri girərək oradan 60 manat məbləğində nağd pulu, hər qramı 85 manat olmaqla 1870 manat dəyərində 22 qram çəkidə 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağını, 1000 manat dəyərində 4 qram çəkidə üzərində 8 ədəd xırda ölçülü brilliant qaşlar olan 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 4 qram çəkidə üzərində bir ədəd adi qaş olan 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd 583 əyarlı qaşsız qızıl üzüyü, hər bir ədədinin qiyməti 120 manat və çəkiləri 3 qram olmaqla 240 manat dəyərində 02 ədəd adi qaşlı gümüş üzüyü, 120 manat dəyərində 3 qram çəkidə 01 ədəd qaşsız gümüş üzüyü, 120 manat dəyərində gümüş bijuteriyanı, 150 manat dəyərində 01 ədəd səsgücləndiricini və 300 manat dəyərində 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5x2,3 metr ölçüdə xalçanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4860 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,2020-ci ilin iyul-avqust aylarında Xaçmaz şəhəri ərazisində üç evdən oğurluq etmişdir. Belə ki, 23 iyul 2020-ci il tarixdə nahar vaxtı Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə piyada qaynanası Gülçöhrənin evinə gedərkən həmin küçədə yerləşən evin qapısının arasına qoyulmuş işıq pulu qəbzinin köhnəldiyini görmüşdür. Həmin qəbzin «Azərişıq» xidmətinin əməkdaşları tərəfindən çoxdan qoyulduğunu və evdə heç kim qalmadığı üçün həmin qəbzin götürülmədiyini və çoxdan qapının arasında qalıb solduğunu hiss etmişdir. Pula ehtiyacı olduğundan həmin evdən oğurluq etmək qərarına gəlmiş, 23 iyul 2020-ci il tarixdən 24 iyul 2020-ci il tarixə keçən gecə saat 02 radələrində özü tək həmin ünvanın qarşısına gələrək ətrafda və evdə heç kimin olmadığına əmin olduqdan sonra mişar daşından hörülmüş hasarın üstündən aşaraq həmin evin həyətinə keçmiş, evin plastik materialdan olan giriş qapısının bağlı olduğunu gördükdən sonra talvarın altından götürdüyü dabankeş vasitəsi ilə evin sol tərəfdəki plastik materialdan olan pəncərəsini açaraq əvvəlcə evin zalına daxil olmuş, sonra zalın iki nəfərlik çarpayı qoyulmuş yataq otağına keçmiş, otağın küncündə bükülmüş vəziyyətdə olan iki ədəd xalçanı götürüb daxil olduğu pəncərədən çıxaraq həyətə qayıtmış və xalçaları evin həyətinə qoymuşdur. Sonra yenidən geri qayıdaraq həmin yataq otağının pəncərəsində olan güldanın içərisindən açarları götürüb həmin açarların evin giriş qapısını açıb-açmamasını yoxlamışdır. Açarlar qapıya düşərək açdığı üçün özündə saxlamış və oğurladığı əşyaları qapıdan çıxarıb aparmağa başlamışdır. Oğurlayacağı əşyaları içərisinə yığıb aparmaq üçün yataq otağındakı çarpayının altında olan çemodanlardan birini götürüb içərisindəki paltarları həmin otaqda olan paltar dolabına boşaldaraq, çemodanı götürüb uşaq otağına keçmiş və həmin otaqda olan paltar dolabındakı çay dəsmallarını, əl-üz dəsmallarını, yataq üzlüklərini, masa üzlüklərini və balaca paltar dolabındakı bir ədəd suvenir xəncəri çemodana yığaraq tapdığı açarlarla qapıdan həyətə çıxmışdır. Çemodanı darvaza qapısının içəri tərəfində qarşısına qoyaraq evə qayıtmış və mətbəx otağına keçmişdir. Mətbəx mebelinin içərisindəki bir ədəd meyvə şirəsi çəkən maşını, bir ədəd ət çəkən maşını, bir ədəd blenderi, bir ədəd bıçaq dəstini, iki ədəd qaşıq dəstini, 12 ədəd xurustal stəkanı, bir ədəd işıq plafonunu, 2 ədəd aş qaşığını, 6 ədəd mürəbbə qaşığını, 12 ədəd şirniyyat çəngəlini, bir dəst 6 ədəddən ibarət plasmas materiallı yemək bişirən qaşığı, bir ədəd gümüş materiallı qənd qabını götürmüş və həmin əşyaları özü ilə gətirdiyi 10 kiloqramlıq sintetik kisələrə yığaraq daşıyıb həyətə aparmışdır. Sonra geri qayıdaraq zaldakı televizoru, daha sonra dəhlizdə olan uşaq velosipedini və üç təkərli samokatı da götürüb həyətə aparmış və darvaza qapısının içəri tərəfdən qarşısına qoymuşdur. Güldanın içərisindən tapdığı açarla darvaza qapısının kilidini açmış və küçəyə çıxaraq Xaçmaz şəhəri ərazisindən tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilini tutmuş və həmin evin qarşısına qayıtmışdır. Taksi sürücüsünə həmin evi xalasının evi kimi təqdim edərək həyətə yığıdığı əşyaların özünə məxsus olduğunu və evini təmir etdiyi üçün müvəqqəti olaraq xalasıgilə gətirdiyini bildirmişdir. Qapını açarla açıb sərbəst şəkildə içəri daxil olduğu üçün taksi sürücüsü ondan şübhələnməmiş və bundan sonra həmin əşyaları taksiyə yükləyərək yaşadığı evə aparmışdır. Evdə təmir işləri apardığı üçün növbəti gün oğurladığı əşyaları qaynanası Gülçöhrəgilə aparmış, qaynanası və arvadına həmin əşyaların oğurluq olmasını bilməsin deyə onu inandıraraq yaxın bir dostunun olduğunu, ailəsi ilə birlikdə köçdüyünü, buna görə də həmin əşyaları satmaq üçün ona verdiyini və əşyaları satandan sonra xəbər edib onunla görüşəcəyini demişdir. Fikri oğurladığı əşyaları hissə-hissə satmaq və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmək olmuşdur. Bundan başqa 27 iyul 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri R.Axundov küçəsi ilə piyada qaynanasıgilə gedərkən həmin küçədə yerləşən evin göy rəngli dəmir materiallı darvaza qapısının üzərində qıfıl olduğunu görmüş, həmin gün saat 16 radələrində küçə ilə qaynanasıgildən geri qayıdarkən müşahidə etdiyi evin darvazasının balaca layının üzərində qıfıl olsa da, qapının taylarının aralı vəziyətdə olduğunu görmüşdür. 27 iyul 2020-ci il tarixdən 28 iyul 2020-ci il tarixə keçən gecə saat 00:30 radələrində həmin evin qarşısından keçərək qaynanasıgilə gedərkən pula ehtiyacı olduğu üçün həmin evdən əlinə nə keçərsə oğurlamaq qərarına gəlmiş və bu məqsədlə darvaza qapısının tayını aralayıb həyətə keçmiş və içəri tərəfdən qapını bağlamışdır. Evin plastik materialdan ibarət olan giriş qapısı kilitli vəziyyətdə olmadığı üçün elə həmin qapıdan evə daxil olmuş, qonaq otağının döşəməsindən 2 ədəd xalçanı, televizorun yanından peyk antenasına aid tüneri, qonaq otağından masanın üzərindəki külqabının içərisində olan 01 ədəd fləşkartı, 04 ədəd yaddaş kartını, uşaq otağının döşəməsindən 01 ədəd xalçanı, həmin otaqda yerləşən tumbanın gözündən içərisində 20 manat olan pul kisəsini, termonun üstündə olan kürə formasında suveniri, termonun aşağı gözündən saç buran feni, paltar dolabının rəfindən suvenir çərçivəni, iki nəfərlik çarpayı qoyulmuş yataq otağında yerləşən pəncərənin qabağından 01 ədəd dördkünc formalı və «Versage» markalı suveniri götürmüşdür. Götürdüyü əşyaları evdən boş sellofan torbaya yığaraq aparıb həyətə qoymuş və geri qayıdaraq evin zirzəmisinə keçmişdir. Zirzəmidən 01 ədəd elektriklə işləyən sacı götürüb həyətə çıxmış, həmin vaxt evin qonaq və yataq otağında gördüyü oturacaqları növbəti gün gələrək oğurlamağı planlaşdırmışdır. Küçəyə çıxaraq Xaçmaz şəhəri ərazisindən tanımadığı taksi avtomobili tutub həmin evin qarşısına qayıtmış, taksi sürücüsünə evi xalasının evi kimi təqdim edərək, həyətə yığdığı əşyaların özünə məxsus olduğunu və evini təmir etdiyi üçün müvəqqəti olaraq xalasıgilə apardığını bildirmişdir. Qapını açarla açıb sərbəst şəkildə içəri daxil olduğu üçün taksi sürücüsü ondan şübhələnməmiş və həmin əşyaları taksiyə yükləyərək yaşadığı evə aparmışdır. Növbəti gün, səhər saatlarında oğurladığı əşyaları qaynanası Gülçöhrəgilə aparmış və qaynanasını əvvəlki kimi inandıraraq həmin əşyaların da dostuna məxsus olduğunu və növbəti gün də oğurluq etdiyi evdə qalan digər əşyaları oğurlayacağını planlaşdırdığından əşyaların hələ bir qisimini də gətircəyini demişdir. Növbəti gün, yəni 29 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində Xaçmaz şəhəri R.Axundov küçəsində yerləşən həmin evə gələrək eyni üsulla içəri daxil olmuşdur. Evin yataq və qonaq otağından hərəsindən bir ədəd oturacaq götürüb həyətə aparmış və bundan sonra həyətdə olan yardımçı tikiliyə yaxınlaşmış və kilitlənməyən plastik materiallı qapıdan içəri, yəni mətbəx otağına daxil olmuşdur. Mətbəxdə olan ütü altlığının yanından 01 ədəd "Kgtel" markalı mobil telefonu, qapının arxasında olan tozsoranı, 01 ədəd əllə işləyən mikseri və 01 ədəd meyvə şirəsi çəkən maşını, digər otaqdan 04 ədəd oturacaq və divar saatını götürərək həyətə aparmış, sonra isə götürdüyü bütün əşyaları eyni üsulla tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə yaşadığı evə aparmışdır. Növbəti gün, səhər saatlarında oğurladığı əşyaları qaynanası Gülçöhrəgilə aparmış və qaynanasını əvvəlki kimi inandıraraq həmin əşyaların dostuna məxsus olduğunu bildirmişdir. Bundan başqa 05 avqust 2020-ci il tarixdə hava qaraldıqdan sonra yaşadığı Xaçmaz şəhəri M.Müşfiq küçəsi ilə qonşu küçədə yaşayan Azər adlı şəxsin evinin işıqlarının yanmadığını görmüş, Azərin və onun ailə üzvlərinin evdə olmadıqlarını başa düşmüşdür. Pula ehtiyacı olduğundan gecə saatlarında gəlib həmin evə daxil olmaq və oradan oğurluq etmək qərarına gəlmişdir. 05 avqust 2020-ci il tarixdən 06 avqust 2020-ci il tarixə keçən gecə saat 01 radələrində özü tək Azərin evinin qarşısına getmiş, əvvəlcə ətrafı nəzərdən keçirmiş və heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həmin evin həyətinə keçmişdir. Evin plastik materialdan olan giriş qapısının bağlı olduğunu gördükdə həyətdən götürdüyü dabankeş vasitəsi ilə plastik materialdan olan pəncərəni açaraq içəri daxil olmuş və evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı pəncərənin qarşısından 1 ədəd səs gücləndiricini götürmüşdür. Sonra ikinci mərtəbəyə qalxmış və yataq otağındakı termonun üstündə olan qara rəngli qızıl qutusunu açdıqda içərisində müxtəlif növ zinət əşyaları olduğunu görmüşdür. Həmin zinət əşyalarından 1 ədəd qızıl qadın üzüyünü, 3-4 ədəd gümüş üzüyü, 2-3 ədəd bijuteriyanı götürmüş və qutuda qalan digər əşyalara toxunmamışdır. Bundan sonra ikinci mərtəbədəki dəhlizdən bükülmüş vəziyyətdə küncə qoyulmuş 1 ədəd xalçanı götürmüş və oğurladığı həmin əşyaları öz yaşadığı evə aparmışdır. Növbəti gün, yəni 07 avqust 2020-ci il tarixdə saat 14 radələrində oğurladığı həmin üzüyü Xaçmaz şəhərində yerləşən «Yaşıl» marketin yaxınlığında tanımadığı bir şəxsə 150 manata satmış, qalan qızıl-zinət əşyalarını hara və kimlərə satmasını xatırlamır. Azərin evindən oğurladığı digər əşyaları qaynanası Gülçöhrənin evinə aparıb qoymuş və ona həmin əşyaların yenə dostuna məxsus olduğunu demişdir. Sonradan polis əməkdaşları qeyd olunan oğurluq hadisələrinin onun tərəfindən törədildiyini müəyyən etmiş, bununla bağlı Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunduqda özü də hər şeyi olduğu kimi etiraf etmiş və həmin evlərdən oğurladığı əşyaların qayınanası Şahid2 yaşadığı evin həyətində olduğunu bildirmişdir. Bundan sonra oğurladığı əşyalar polis əməkdaşları tərəfindən qayınanası Gülçöhrənin evinin həyətindən müəyyən edilərək götürülmüşdür.Törətdiyi cinayət əməllərindən peşmandır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 göstərdi ki, 05 avqust 2020-ci il tarixdə saat 16 radələrində ailə üzvləri ilə birlikdə Xaçmaz şəhərində yerləşən evindən çıxıb Xaçmaz rayonunun Əhməd-oba kəndində yerləşən ata evinə getmiş, evdən çıxıb gedərkən evin və həyətin giriş qapılarını bağlamışdır. 11 avqust 2020-ci il tarixdə saat 23 radələrində Xaçmaz şəhərində yerləşən evinə qayıdarkən evin 1-ci mərtəbəsində yerləşən plastik pəncərənin üzərində olan pərdənin yerində olmadığını və pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, evə kiminsə daxil olduğundan şübhələnərək otaqları nəzərdən keçirdikdə evin 2-ci mərtəbəsində yerləşən yataq və uşaq otağında olan əşyaların dağınıq vəziyyətdə olduğunu və yataq otağının döşəməsi üzərində siqaret kötüyü olduğunu görmüş, otaqları gəzdikdə yataq otağındakı termonun qabağına qoyulmuş qara rəngli qızıl qutusunun içərisindən İtaliya istehsalı olan 01 ədəd qızıl boyunbağının və 01 ədəd qızıl üzüyün, Rusiya Federasiyasında istehsal olunmuş 02 ədəd qızıl üzüyün, gümüş büjiteriyanın və 03 ədəd gümüş üzüklərin, uşaq otağındakı şkafda olan bankanın içərisindən təxminən 50-60 manat məbləğində nağd pulun, həmçinin həmin otaqda döşəmənin üzərində olan 01 ədəd ağ rəngli xalçanın, bundan başqa evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı pəncərənin qarşısına qoyulmuş 01 ədəd səsgücləndiricinin yerində olmadığını müəyyən etmişdir. Ona görə də DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, telefon zəngindən bir qədər sonra polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmiş və baxış zamanı o, yataq otağında aşkar etdiyi siqaret kötüyünü polis əməkdaşlarına təqdim etmiş, lakin evdən əl-barmaq izləri aşkar olunmamışdır. Hadisə baş vermiş ərəfədə şəxsən o, yaşadığı evdən qızıl-zinət əşyaları, pul, xalça və səs gücləndiricinin oğurlanması ilə bağlı heç kimdən şühbələnməmişdir. Lakin hadisə ilə bağlı polisə müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən oğurluq hadisəsinin qonşu küçədə yaşayan və oğurluq hadisələri ilə bağlı əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuş, hətta evindən oğurlanmış 01 ədəd xalça, 01 ədəd səsgücləndirici, İtaliyada istehsal olunmuş 01 ədəd qızıl boyunbağı, gümüş bijuteriya Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür.İbtidai istintaq zamanı oğurlanmış əmlaklardan 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağı, 02 ədədi adi qaşlı, 01 ədədi qaşsız olmaqla 03 ədəd gümuş üzük, 02 ədəd bijuteriya boyunbağı, 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş xalça və 01 ədəd səsgücləndirici ona qaytarılmışdır. Digər əşyalar isə qaytarılmamışdır. Təqsirləndirilən şəxsin bildirməsinə və onda olan məlumata əsasən ona məxsus qızıl-ziynət əşyalarından 1 ədəd brilyant qaşlı üzüyü təqsirləndirilən şəxs tutulduqdan sonra Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi İlqar Şabanova təhvil vermişdir. Lakin buna baxmayaraq həmin üzük mənimsənilərək ona qaytarılmamışdır. Ona görə də ziyanının ödənilməsi üçün köməklik göstərilməsini xahiş edir. Ona dəymiş ziyan ödənilməsə də Təqsirləndirilən şəxs barəsində şikayətçi deyildir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, ünvan 2 ünvanında əri Fərhad, qızları Leyla və Zeynəblə birlikdə yaşayır. 14 iyul 2020-ci il tarixdə saat 17 radələrində evlərinə qonaq gəlmiş atası Kamran və uşaqları ilə birlikdə evdən çıxaraq Şabran rayonu Ağalıq kəndində yerləşən ata evinə getmişdir. Həmin kənddə yaşayan qaynatası Zeynal rəhmətə getdiyi üçün bir müddət orada qalmış, 28 iyul 2020-ci il tarixdə saat 15 radələrində isə atası və uşaqları ilə birlikdə Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsi 17 ünvanında yerləşən evinə qayıtmışdır. Dəhlizə daxil olarkən orada olan uşaq velosipedinin və samokatının, divara bərkidilmiş paltar dolabındakı 48 ədəd dayaz boşqabdan 36 ədədinin, 12 ədəd dərin boşqabın və həmin dolabın üstündəki modemin yerində olmadığını, həmçinin yemək qızdıran sobanın yerinin dəyişdirildiyini görmüşdür. Evdəki bu vəziyyətdən şübhələnmiş, dəhlizdən zal otağına keçərkən televizorun və qabqacaq dolabından bir sıra qab-qacağın yerində olmadığını, öz yataq otağına daxil olan zaman pərdələrin çəkildiyini, pəncərədə olan güldanın içərisindəki xırda ev əşyalarının sellofana boşaldıldığını və güldanın içərisindən evin ehtiyat açarlarının götürüldüyünü, paltar dolabındakı paltarların dağınıq vəziyyətdə olmasını və orada olan çarpayı üzlüyü də daxil olmaqla əşyaların çox hissəsinin götürüldüyünü, öz paltarlarını saxladığı çemodanın içərisinin boşaldılaraq çemodanın götürüldüyünü, otağın küncündə bükülmüş vəziyyətdə saxladığı iki ədəd xalçanın, uşaqların yatdığı otağa baxarkən paltar dolabındakı 20 ədəd çay dəsmalının, 12 ədəd yataq üzlüyü dəstinin, 10 ədəd masa üzlüyünün (skaterin), 10 ədəd əl-üz dəsmalının, balaca paltar dolabındakı bir ədəd suvenir xəncərin, mətbəx otağına keçərkən mebelin içərisindəki bir ədəd meyvə şirəsi çəkən maşının, bir ədəd ət çəkən maşının, bir ədəd blenderin, bir ədəd bıçaq dəstinin, hər birində 36 ədəd olmaqla iki ədəd qaşıq dəstinin, 12 ədəd xurustal stəkanın, bir ədəd işıq plafonunun, 2 ədəd aş qaşığının, 6 ədəd mürəbbə qaşığının, 12 ədəd şirniyyat çəngəlinin, bir dəst 6 ədəddən ibarət plasmas materiallı yemək bişirən qaşığın, bir ədəd gümüş materiallı qənd qabının yerində olmadığını aşkar etmişdir. Bu barədə Polis Şöbəsinə malumat verildikdən sonra onun evindən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi məlum olmuşdur. Ona məxsus əmlaklardan 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş uşaq velosipedi, 01 ədəd üç təkərli uşaq samokatı, 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəsti, 01 ədəd Çin istehsallı iki antenalı modem, Yaponiya istehsallı, 120 diaqonallı 01 ədəd «LG» markalı televizor, Çexiya istehsallı «Tom» markalı 02 ədəd xrustal qənd qabı, Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmli 01 ədəd şəkər qabı, Çexiya istehsallı, «Tom» markalı 01 ədəd xrustal güldan, Çin istehsallı, göy rəngli 01 ədəd çemodan, 01 ədəd 2,3x1,5 metr ölçülü Təbriz xalçası, Türkiyə istehsallı, parça materiallı 2x3 metr ölçüdə 10 ədəd masa örtüyü, Çin istehsallı 01 suvenir xəncər, Türkiyə istehsallı, «Kenvood» markalı 01 ədəd ət çəkən maşın, Türkiyə istehsallı, «Simbo» markalı 01 blender, Türkiyə istehsallı, «Arshia» markalı, içərisində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd itiləyən alət olan bıçaq dəsti, Türkiyə istehsallı, içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət bıçaq dəsti, Türkiyə istehsallı 02 ədəd aş qaşığı, Türkiyə istehsallı 06 ədəd mürəbbə qaşığı, Türkiyə istğehsallı 12 ədəd şirniyyat çəngəli, Türkiyə istehsallı 01 ədəd gümüşü rəngli qənd qabı və 01 ədəd aliminium materialdan hazırlanmış aş qazanı ibtidai istintaq zamanı ona geri qaytarılmış, yerdə qalan digər əşyalar qaytarılmamışdır. Ona dəymiş ziyanın ödənilməmiş qalan hissəsini Təqsirləndirilən şəxs tələb etmir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır.22 iyul 2020-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə Quba rayonunun Ələmmədoba kəndinə ailəvi tanışları Oktayin evinə qonaq getmiş və 01 avqust 2020-ci il tarixə kimi Oktayın evində qonaq qalmışlar. Evin qapılarının açarları xarab olduğundan həmin gün yaşadıqları evdən çıxmamışdan əvvəl qapıları bağlamadan açıq saxlamış, lakin əri Elşad 2 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü və 800 manat məbləğində pulu evdə olan əl çantasının içərisinə yığıb evin altında yerləşən zirzəmidəki sandığın içərisinə qoyaraq gizlətmişdir. 01 avqust 2020-ci il tarixdə saat 14 radələrində yaşadıqları evə qayıtmış, evə daxil olduqda 4 ədəd xalçanın yerində olmadığını görmüş, buna görə də narahat olub zirzəmidəki sandığın içərisinə baxdıqda əl çantasının yerində olduğunu, lakin çantanın içərsindəki qızıl-zinət əşyalarının və pulun yerində olmadığı onlara məlum olmuşdur. Evi nəzərdən keçirdikdə əşyaların, paltar dolabındakı paltarların qarışdırıldığını, bir ədəd tünerin, paltar dolabından birnin içərsində 9 manat, digərinin içərisində 20 manat pul olan iki ədəd pul kisəsinin, həmçinin 150 manat dəyərində ərzaq məhsullarının oğurlandığını aşkar etmişlər. İbtidai istintaq zamanı oğurlanmış əmlaklardan hər bir ədədi 2x3 metr ölçüdə olmaqla 03 ədəd Türkiyə istehsallı xalça, 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefon, 02 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd İtaliyada istehsal olunmuş, üzərində iki ədəd boz rəngli sadə parıltılı qaşları olan 750 əyarlı qızıl metaldan hazırlanmış üzük, 01 ədəd Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşları olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəst, 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suvenir, 01 ədəd Çin istehsallı «Euromerss» markalı tozsoran, hər bir ədədi 3x2 metr ölçüdə olmaqla 02 ədəd Azərbaycan xalçası, 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçası, 06 ədəd taxta materiallı, «Embavood» markalı oturacaq (stul), 01 ədəd Çin istehsallı «Texnolux» markalı meyvə şirəsi çəkən maşın, 01 ədəd Çin istehsallı «Gepas» markalı ət çəkən maşın, 02 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçülü, pambıq materiallı hamam dəsmalı, 10 ədəd Türkiyə istehsallı çay dəsmalı, 02 ədəd saat, 01 ədəd «Qızıl-Tac» markalı 5 kq çəkidə qənd kisəsi, hər bir ədədi 500 qram çəkidə olmaqla 03 paket «Günaydın» markalı makoron, 1 kq çəkidə 01 paket yaşıl mərcimək, 01 ədəd uşaq pul kisəsi, 01 ədəd mücrü, 02 ədəd xrustal konfet qabı, 01 paket 2 kq çəkidə «Astara» düyüsü, 01 qutu 450 qram çəkidə «Final» markalı çay, 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çay və 01 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı, yumşaq tüklü bir nəfərlik çarpayı örtüyü ona qaytarılmış, digər əşyalar isə qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və ödənilməmiş qalan ziyanını tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 eyni məzmunlu ifadə verərək arvadı- Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər qızı Təranənin əri olmuşdur. Tural əvvəllər oğurluq etdiyinə görə Xaçmaz rayon Məhkəməsi tərəfindən həbs olunmuş, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra övladına baş çəkmək adı ilə ara-süra onun evinə gəlib-getmişdir. Lakin Tural 2014-cü ildə həbs olunmamışdan əvvəl ona məxsus evdən oğurluq etdiyinə və ziyanı ödəmədiyinə görə onunla münasibəti yaxşı olmamışdır. 23 iyul 2020-ci il tarixdə gecə saatlarında evdə oldmadığı zaman Turalın onun evinin həyətinə gətirib xalçalar, müxtəlif adda qab-qacaq, yataq dəstləri, hamam, əl-üz və çay dəsmalları, uşaq velosipedi, samokat, ət çəkən maşın, şirə çəkən maşın və çoxlu sayda əşyalar yığdığını bilmiş, buna görə də ona zəng edib həyətinə yığdığı əşyaları götürüb aparmasını tələb etmişdir. Lakin Tural ona hansısa türkün evində işlədiyini və həmin məişət əşyalarını da evində işlədiyi şəxsin pul əvəzinə ona verdiyini demiş, hətta həmin əşyaları satıb onun pulunu qaytaracağını bildirmişdir. Buna baxmayaraq ondan həyətinə yığdığı ev-məişət əşyalarını aparıb öz evinə yığmasını tələb etmiş, Tural ona evində heç kimin olmadığını və buna görə də həmin əşyaları onun həyətinə yığdığını bildirmişdir. Bundan bir neçə gün sonra axşam saatlarında Tural tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə yenidən onun evinə başqa ev-məişət əşyaları gətirmiş və onları əvvəl gətirdiyi əşyaların yanına yığmışdır. O, Turaldan həmin əşyaları haradan gətirdiyini və onların kimə məxsus olduğunu soruşduqda o, yenə həmin əşyaları işlədiyi evin sahibinin ona verdiyini demişdir. Bu dəfə də ondan gətirdiyi əşyaları onun evindən götürüb aparmasını tələb etmiş, Tural bununla bağlı ondan bir neçə günlük möhlət istəmiş və həmin əşyaların bir hissəsini satacağını, qalan hissəsini isə öz evinə aparacağını bildirmişdir. Lakin buna baxmayaraq o, həmin əşyaları gəlib aparmamış və onlar onun həyətində qalmışdır. Bundan bir neçə gün sonra Tural yenidən onun evinə gəlmiş və bu dəfə o, cibindən bir ədəd sellofan torba çıxarıb ona vermiş və torbanın içərisində qızıl-zinət əşyaları olduğunu demişdir. Tural saxlamaq üçün ona sellofan torbanın içərisində qızıl-zinət əşyaları verdikə onları bir-bir götürüb baxmasa da, sellofan torbanı açıb ümumi halda içərisindəki əşyalara baxmış və torbanın içərisində qızıl boyubağı, qızıl və gümüş üzüklər, bijuteriyalar olduğunu görmüş, lakin torbanın içərisində neçə ədəd qızıl-zinət əşyası olduğunu dəqiq bilməmişdir. Tural həmin qızıl-zinət əşyalarını saxlamasını xahiş etdikdə əvvəlcə razı olmamış, lakin o, həmin qızılları satıb onun pulunu verəcəyinə söz vermiş və buna görə də etiraz etməyib torbanı ondan götürmüşdür. Turalın gətirdiyi əşyaların içərisindən bir ədəd yataq örtüyünü götürüb tanışı Gülşən adlı qadına 20 manata satmışdır. Sonradan evinə polis əməkdaşları gəlmiş və onlar Turalın onun evində saxladığı ev-məişət əşyalarını müəyyən edib götürmüş, bundan sonra Turalın saxlamaq üçün ona verdiyi qızılları könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, həmçinin Gülşənə satdığı yataq örtüyünü qaytarıb ondan almış və polis əməkdaşlarına vermişdir. Turalın onun evinin həyətinə gətirib yığdığı ev-məişət əşyalarının və saxlamaq üçün ona verdiyi qızıl-zinət əşyalarının Xaçmaz şəhər sakinləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məxsus olmasını sonradan öyrənmişdir. Həmin əşyaların oğurluq olduöunu bilməmişdir. Məhkəmə ictintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs2 onun doğma qızıdır. Pərvin əri Fərhad və iki azyaşlı qızı ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 14 iyul 2020-ci il tarixdə saat 17 radələrində o, qızı Pərvinin evinə gəlib onu və azyaşlı uşaqlarını götürüb özünə məxsus Şabran rayonu Ağalıq kəndində yerləşən evinə aparmışdır. Sonradan 28 iyul 2020-ci il tarixdə saat 15 radələrində o, Pərvini və uşaqlarını götürüb özlərinə məxsus Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsi 17 ünvanında yerləşən evlərinə gətirmiş, onlar evin qapısını açıb içəri daxil olduqda dəhlizdəki uşaq velosipedinin və samokatın, divara bərkidilmiş dolabdakı qabların, həmin dolabın üstündəki internet istifadəsi üçün nəzərdə tutulmuş modemin yerində olmadığını və yemək qızdıran sobanın yerinin dəyişdirildiyini görüb evdə olmadıqları müddətdə kiminsə evə girdiyindən şübhələnmişlər. Buna görə də dərhal evin digər otaqlarına keçib nəzərdən keçirməyə başlamış, zala keçdikdə orada olan televizorun və qab-qacaq dolabından bir sıra qab-qacağın yerində olmadığını, yataq otağındakı pərdələrin çəkildiyini, pəncərədə olan güldanın içərisindəki pult daşı və digər xırda ev əşyalarının sellofana boşaldıldığını və güldanın içərisindən evin ehtiyat açarlarının götürüldüyünü, paltar dolabındakı paltarların dağınıq vəziyyətdə olmaqla səliqə-səhmanın pozulduğunu, dolabdakı əşyaların çox hissəsinin götürüldüyünü, içərisində Pərvinin paltarları olan çemodanın boşaldılaraq çemodanın götürüldüyünü, otağın küncündə saxlanılan xalçaların, paltar dolabından çay dəsmallarının, yataq dəstinin, masa örtüklərinin, əl-üz dəsmallarının, kiçik paltar dolabından bir ədəd suvenir xəncərin, mətbəxdəki mebelin içərisindən bir ədəd meyvə şirəsi çəkən maşının, bir ədəd ət çəkən maşının, bir ədəd blenderin, müxtəlif növ bıçaq və qaşıq dəstilərinin, xurustal stəkanların, bir ədəd işıq plafonunun, qənd qabı və digər əşyaların oğurlandığını müəyyən etmişlər. Qızının əri Fərhad Rusiya Federasiyasında olduğundan baş vermiş oğurluq hadisəsi barədə 29 iyul 2020-ci il tarixdə o, özü Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, bundan sonra həmin gün polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və evin müxtəlif hissələrindən əl-barmaq izləri aşkar edilib götürülməklə bu barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qızı Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq hadisəsinin 24 iyul 2020-ci il tarixə keçən gecə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 2020-ci ilin avqust ayının əvvəllərində Xaçmaz şəhər sakini kimi tanıdığı Şahid2 Xaçmaz şəhəri R.Axundov küçəsi 25 ünvanında yerləşən evinə qonaq gəlmiş, söhbət əsnasında Gülçöhrə ona pula ehtiyacı olduğundan özünə məxsus 1 ədəd yataq örtüyünü satmaq istədiyini deyərək həmin yataq örtüyünü almasını təklif etmişdir. O, yataq örtüyünə baxıb qiyməti ilə maraqlandıqda Gülçöhrə yataq örtüyünü 20 manata satmaq istədiyini demiş, həmin yataq örtüyünü bəyənərək Gülçöhrənin dediyi qiymətə almışdır. Lakin üstündə pul az olduğundan Gülçöhrəyə yataq örtüyünü nisyə götürəcəyini və pulunu sonra verəcəyini bildirmişdir. Gülçöhrə onunla razılaşmış və o, yataq örtüyünü ondan alıb aparmışdır. Təxminən iki gündən sonra Gülçöhrə ona zəng edib yataq örtüyünün oğurluq olduğunu və onu qaytarmaq lazım olduğunu bildirdikdə dərhal yataq örtüyünü götürüb Gülçöhrənin evinə gətirərək yataq örtüyünü ona qaytarmışdır. Söhbət əsnasında Gülçöhrə ona satdığı həmin yataq örtüyünü qızı Təranənin keçmiş əri Təqsirləndirilən şəxs onun evinə gətirdiyini, sonradan həmin yataq örtüyünün oğurluq olduğunu bildiyini və onu polis əməkdaşlarına təqdim edəcəyini demişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi X7 göstərdi ki, Xaçmaz şəhər sakinləri Zərərçəkmiş şəxs1, X5 və Zərərçəkmiş şəxs3 məxsus yaşayış evlərindən naməlum şəxs tərəfindən oğurluq edilməsi barədə şəxlərin Xaçmaz rayon Polis Şöbəsinə müraciətləri əsasında onun rəhbərliyi altında əməliyyat qrupu yaradılaraq tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, əməliyyat tədbirlədri nəticəsində yuxarıda adları qeyd olunan şəxslərin evindən oğurluğun əvvəllər törətdiyi anoloji cinayət əməlinə görə məhkum olunmuş Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yeri müəyyən edilib tərəflərindən tutularaq Xaçmaz rayon Polis Şöbəsinə təhvil verilmiş və sonuncu həqiqətən də göstərilən vətəndaşların evindən oğurluq etdiyini, oğurladığı əşyaları keçmiş qaynanasının evində saxladığını etiraf etmiş və bundan sonra əməkdaşlar hadisə yerinə gedərək müayinə işləri aparmışlar. Oğurlanmış əmlaklar qeyd olunan ünvanda müəyyən edilərək müvafiq sənədləşmə aparılmaqla götürülüb Xaçmaz rayon Polis Şöbəsinə təhvil verilmişdir. Onun və digər əməkdaşların təqsirləndirilən şəxsə, yaxud zərərçəkmiş şəxslərə qarşı heç bir ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 sonuncuya məxsus qızıl zinət əşyalarından 1 ədəd brilyant qaşlı üzüyün Təqsirləndirilən şəxs tərəfindən ona təhvil verilməsi, lakin həmin üzüyün əmlakların siyahısına salınmaması, üzüyün onun tərəfindən sair məqsədlə mənimsənilməklə zərərçəkmiş şəxsə qaytarılmaması, bu işdə marağı olması və bu kimi göstərdikləri digər halların heç biri həqiqətə uyğun deyildir. Tərəflərindən hər hansı qanuna zidd hərəkətlərə yol verilməmiş, əməliyyat tədbirləri qanunun tələblərinə uyğun aparılmışdır. İş materiallarında olan təqdim etmə və götürmə haqqında 04 avqust 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yaşayan Şahid2 yaşadığı evin həyətində 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş uşaq velosipedi, 01 ədəd üç təkərli uşaq samokatı, 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəsti, 01 ədəd Çin istehsallı iki antenalı modem, Yaponiya istehsallı, 120 diaqonallı 01 ədəd «LG» markalı televizor, Çexiya istehsallı «Tom» markalı 02 ədəd xrustal qənd qabı, Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmli 01 ədəd şəkər qabı, Çexiya istehsallı, «Tom» markalı 01 ədəd xrustal güldan, Çin istehsallı, göy rəngli 01 ədəd çemodan, 01 ədəd 2,3x1,5 metr ölçülü Təbriz xalçası, Türkiyə istehsallı, parça materiallı 2x3 metr ölçüdə 10 ədəd masa örtüyü, Çin istehsallı 01 suvenir xəncər, Türkiyə istehsallı, «Kenvood» markalı 01 ədəd ət çəkən maşın, Türkiyə istehsallı, «Simbo» markalı 01 blender, Türkiyə istehsallı, «Arshia» markalı, içərisində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd itiləyən alət olan bıçaq dəsti, Türkiyə istehsallı, içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət bıçaq dəsti, Türkiyə istehsallı 02 ədəd aş qaşığı, Türkiyə istehsallı 06 ədəd mürəbbə qaşığı, Türkiyə istğehsallı 12 ədəd şirniyyat çəngəli, Türkiyə istehsallı 01 ədəd gümüşü rəngli qənd qabı və 01 ədəd aliminium materialdan hazırlanmış aş qazanı təqdim edərək həmin əşyaları 23 iyul 2020-ci il tarixdə gecə saatlarında qızı Təranənin keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən gətirilərək onun evinin həyətinə yığıldığını, lakin Təqsirləndirilən şəxs həmin əşyaları haradan gətirdiyini və onların kimə məxsus olması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Təqdim olunmuş əşyaların Təqsirləndirilən şəxs tərəfindən 24 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsi 17 ünvanında yerləşən evdən oğurlanmış əşyaların bir qismi olduğu müəyyən edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqdim etmə və götürmə haqqında 04 avqust 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yaşayan Şahid2 yaşadığı evin həyətində hər bir ədədi 2x3 metr ölçüdə olmaqla 03 ədəd Türkiyə istehsallı xalça, 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefon, 02 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd İtaliyada istehsal olunmuş, üzərində iki ədəd boz rəngli sadə parıltılı qaşları olan 750 əyarlı qızıl metaldan hazırlanmış üzük, 01 ədəd Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşları olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəst, 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suvenir, 01 ədəd Çin istehsallı «Euromerss» markalı tozsoran, hər bir ədədi 3x2 metr ölçüdə olmaqla 02 ədəd Azərbaycan xalçası, 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçası, 06 ədəd taxta materiallı, «Embavood» markalı oturacaq (stul), 01 ədəd Çin istehsallı «Texnolux» markalı meyvə şirəsi çəkən maşın, 01 ədəd Çin istehsallı «Gepas» markalı ət çəkən maşın, 02 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçülü, pambıq materiallı hamam dəsmalı, 10 ədəd Türkiyə istehsallı, 03x06 metr ölçülü, pambıq materiallı çay dəsmalı, 02 ədəd saat, 01 ədəd «Qızıl-Tac» markalı 5 kq çəkidə qənd kisəsi, hər bir ədədi 500 qram çəkidə olmaqla 03 paket «Günaydın» markalı makoron, 1 kq çəkidə 01 paket yaşıl mərcimək, 01 ədəd uşaq pul kisəsi, 01 ədəd mücrü, 02 ədəd xrustal konfet qabı, 01 paket 2 kq çəkidə «Astara» düyüsü, 01 qutu 450 qram çəkidə «Final» markalı çay, 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çay və 01 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı, yumşaq tüklü bir nəfərlik çarpayı örtüyü təqdim edərək həmin əşyaları 2020-ci ilin iyul ayının sonlarında qızı Təranənin keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən gətirilərək onun evinin həyətinə yığıldığını, lakin Təqsirləndirilən şəxs həmin əşyaları haradan gətirdiyini və onların kimə məxsus olması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Təqdim olunmuş əşyaların Təqsirləndirilən şəxs tərəfindən 28 iyul 2020-ci il tarixdə gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri R.Axundov küçəsi 2 ünvanında yerləşən evdən oğurlanmış əşya və ərzaq məhsullarının bir qismi olduğu müəyyən edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqdim etmə və götürmə haqqında 21 avqust 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yaşayan Şahid2 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağı, 02 ədədi adi qaşlı, 01 ədədi qaşsız olmaqla 03 ədəd gümuş üzük, 02 ədəd bijuteriya boyunbağı, 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5x2,3 metr ölçülü xalça və 01 ədəd səsgücləndirici təqdim edərək həmin əşyaları 2020-ci ilin avqust ayının əvvəllərində qızı Təranənin keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən evinə gətirildiyini və saxlanılmasından ötrü ona verildiyini, lakin Təqsirləndirilən şəxs həmin əşyaları haradan gətirdiyini və onların kimə məxsus olması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Təqdim olunmuş əşyaların Təqsirləndirilən şəxs tərəfindən 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən evdən oğurlanmış əşyaların bir qismi olduğu müəyyən edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 avqust 2020-ci il tarixli, 011-8013-1220 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri R.Axundov küçəsi ev 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (DİN-nin KTİ-nin ADİS-in məlumat bankına Xaçmaz RPŞ-dən daxil olmuş) xx.xx.1991-ci ildə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 11 sentyabr 2020-ci il tarixli, 011-8930-1220 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd «Argo» ticarət markalı siqaret kötüyü Azərbaycan Respublikası DİNnin KTİ-nə təqdim olunmuş və aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, faktla əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd «Argo» markalı siqaret kötüyü üzərində olan tüpürcək nümunələri Təqsirləndirilən şəxs (xx.xx.1991 Xaçmaz rayonu, Xaçmaz RPŞ-nin 16.02.2015-ci il tarikli, 18/2038 №-li məktubu ilə) məxsusdur. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 iyun 2021-ci il tarixli, 9/3024 nömrəli rəyindən görünür ki, respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, mobil telefonların alqı-satqısı məntiəqələrində, qızıl-zinət satışı mağazalarında, yerli internet saytlarında (tap.az, lalafo.az və s.) və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən malların təzə və istifadədə olması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq Zərərçəkmiş şəxs2 məxsus malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada aşağıdakı kimi:

1. 02 iyun 2020-ci il tarixdə alınmış, Rusiya istehsallı 01 ədəd velosiped (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

2. 2019-cu ilin iyul ayında alınmış 01 ədəd üç təkərli uşaq samokatı (işlənmiş vəziyyətdə olmuşdur - 1 ədəd x 30 man.= 30 man.;

3. 2011-ci ildə alınmış, Çin istehsallı içərisində 12 ədəd balaca, 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət dayaz boşqab dəsti (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 dəst - aydın deyil - 0;

4. 2020-ci ilin iyul ayının əvvəllərində alınmış, Çin istehsallı 01 ədəd iki antenalı modem (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 25,0 man.= 25,0 man.;

5. 2013-cü ildə alınmış, Yaponiya istehsallı, 120 diaqonallı «LG» markalı 01 ədəd televizor (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

6. 2011-ci ildə alınmış, Çexiya istehsallı, «Tom» markalı 02 ədəd xrustal qənd qabı (işlənməmiş vəziyyətdə olmuşdur) - 2 ədəd x 60,0 man.= 120,0 man.;

7. 2011-ci ildə alınmış, Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli 200 qram həcmində 01 ədəd şəkər qabı (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 10,0 man.= 10,0 man.;

8. 2011-ci ildə alınmış, Çexiya istehsallı «Tom» markalı 01 ədəd xrustal güldan (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 250,0 man.= 250,0 man.;

9. 2011-ci ildə alınmış, Çin istehsallı, göy rəngli 01 ədəd cehizlik çemodan (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

10. 2019-cu ilin fevral ayında alınmış, 2,3x1,5 metr ölçüdə 01 ədəd Təbriz xalçası (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

11. 2011-ci ildə alınmış, Türkiyə istehsallı, 3x2 metr ölçüdə, parça materiallı 10 ədəd masa örtüyü (işlənməmiş vəziyyətdə olmuşdur) - 10 ədəd x 30,0 man.= 300,0 man.;

12. 2014-cü ildə alınmış, Çin istehsallı 01 ədəd suvenir xəncər - 1 ədəd x 10,0 man.= 10,0 man.;

13. 2011-ci ildə alınmış, Türkiyə istehsallı 01 ədəd «Kenvood» markalı ət çəkən (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 50,0 man.= 50,0 man.;

14. 2019-cu ildə alınmış, Türkiyə istehsallı 01 ədəd «Simbo» markalı blender (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 25,0 man.= 25,0 man.;

15. 2011-ci ildə alınmış, Türkiyə istehsallı «Arshia» markalı içərisində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd onları itiləyən olmaqla bıçaq dəsti (işlənmiş vəziyyətdə olmuşdur) - 1 dəst x 30,0 man.= 30,0 man.;

16. 2011-ci ildə alınmış, Türkiyə istehsallı içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət qaşıq dəsti (işlənmiş vəziyyətdə olmuşdur) - 1 dəst - aydın deyil - 0;

17. 2019-cu ildə alınmış, Türkiyə istehsallı 02 ədəd aş qaşığı (işlənməmiş vəziyyətdə olmuşdur) - 2 ədəd x 5,0 man.= 10,0 man.;

18. 2019-cu ildə alınmış, Türkiyə istehsallı 06 ədəd mürəbbə qaşığı (işlənməmiş vəziyyətdə olmuşdur) - 6 ədəd x 2,0 man.= 12,0 man.;

19. 2019-cu ildə alınmış, Türkiyə istehsallı 12 ədəd şirniyyat çəngəli (işlənməmiş vəziyyətdə olmuşdur) - 12 ədəd x 2,0 man.= 24,0 man.;

20. 2014-cü ildə alınmış, Türkiyə istehsallı 01 ədəd gümüşü rəngli qənd qabı (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 5,0 man.= 5,0 man.;

21. 2011-ci ildə alınmış, 01 ədəd aliminium materialdan olan aş qazanı (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

22. 2003-cü ildə alınmış, Türkiyə istehsallı 12 ədəd dərin boşqab dəsti (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 dəst x 50,0 man.= 50,0 man.;

23. 2019-cu ilin yanvar ayında alınmış, Türkiyə istehsallı, yun materiallı, «S» ölçülü 01 ədəd uzunqol qadın jaketi (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deil - 0;

24. 2019-cu ilin mart ayında alınmış, Türkiyə istehsallı, parça materiallı, «29» ölçülü 01 ədəd qadın şalvarı (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

25. 2019-cu ilin iyul ayında alınmış, Türkiyə istehsallı, cins materiallı, «29» ölçülü 01 ədəd qadın şalvarı (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

26. 2019-cu ilin fevral ayında alınmış, Türkiyə istehsallı, sətin materiallı, çəhrayı rəngli 01 ədəd iki nəfərlik çarpayı üzlüyü dəsti (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 dəst aydın deyil - 0;

27. 2018-ci ilin fevral ayında alınmış, sintetik materiallı, 3x2 metr ölçüdə 01 ədəd Türkiyə xalçası (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 120,0 man.= 120,0 man.;

28. 2011-ci ildə alınmış, Türkiyə istehsallı, pambıq materiallı, «Tac» markalı təzə vəziyyətdə çay dəsmalı - 16 ədəd x 5,0 man.= 80,0 man.;

29. 2011-ci ildə alınmış, Türkiyə istehsallı, pambıq materiallı, «Tac» markalı təzə vəziyyətdə çay dəsmalı - 4 ədəd x 1,0 man.= 4,0 man.;

30. 2019-cu ildə alınmış, Türkiyə istehsallı, sətin materiallı 12 ədəd bir nəfərlik yataq üzlüyü dəsti (05 ədədi işlənməmiş vəziyyətdə olmuşdur) - 12 ədəd - aydın deyil - 0;

31. 2019-cu ildə alınmış, Türkiyə istehsallı, sətin materiallı, 12 ədəd iki nəfərlik yataq üzlüyü dəsti (05 ədədi işlənməmiş vəziyyətdə olmuşdur) - 12 ədəd - aydın deyil - 0;

32. 2019-cu ildə alınmış, Türkiyə istehsallı, pambıq materiallı, 30x100 sm ölçüdə 10 ədəd əl-üz dəsmalı (işlənməmiş vəziyyətdə olmuşdur) - 10 ədəd x 10,0 man.= 100,0 man.;

33. 2011-ci ildə alınmış, Türkiyə istehsallı, «Bosch» markalı 01 ədəd şirə çəkən (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

34. 2011-ci ildə alınmış, Türkiyə istehsallı, «Royal-Fort» markalı, içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət qaşıq dəsti (işlənmiş vəziyyətdə olmuşdur) - 1 dəst x 40,0 man.= 40,0 man.;

35. 2019-cu ildə alınmış, Rusiya istehsallı, «Heman» markalı, 12 ədəd xrustal stəkan dəsti (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 dəst x 50,0 man.= 50,0 man.;

36. 2020-ci ilin iyun ayında alınmış, Çin istehsallı 01 ədəd işıq plafonu (işlənməmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 5,0 man.= 5,0 man.;

37. 2019-cu ildə alınmış, Türkiyə istehsallı 06 ədəddən ibarət plasmas materiallı yemək bişirən qaşıq dəsti (işlənmiş vəziyyətdə olmuşdur) - 6 ədəd x 0,5 man.= 3,0 manat olmaqla ümumilikdə 1353 manat; Zərərçəkmiş şəxs3 məxsus malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada aşağıdakı kimi:

1. Türkiyə istehsallı, 2x3 metr ölçüdə xalça (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 150,0 man.= 150,0 man.;

2. Türkiyə istehsallı, 2x3 metr ölçüdə xalça (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 120,0 man.= 120,0 man.;

3. Türkiyə istehsallı, 2x3 metr ölçüdə xalça (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 120,0 man.= 120,0 man.;

4. 2019-cu ildə alınmış, Çin istehsallı, «Kğtel» markalı mobil telefon (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 15,0 man.= 15,0 man.;

5. 01 ədəd Rusiya ölkəsində zavod üsulu ilə istehsal olunmuş, 8 qram çəkidə 585 əyarlı, qızıl metaldan hazırlanmış boyunbağı (işlənmiş vəziyyətdə olmuşdur) - 8 qr. x 60,0 man.=480,0 man.;

6. 01 ədəd Rusiya ölkəsində zavod üsulu ilə istehsal olunmuş, 6 qram çəkidə, 585 əyarlı, qızıl metaldan hazırlanmış boyunbağı (işlənmiş vəziyyətdə olmuşdur) - 6 qr. x 60,0 man.=360,0 man.;

7. 01 ədəd İtaliya ölkəsində zavod üsulu ilə istehsal olunmuş, 6 qram çəkidə, 750 əyarlı, üzərində iki ədəd sadə boz rəngli parıltılı qaşlar olan, qızıl metaldan hazırlanmış üzük (işlənmiş vəziyyətdə olmuşdur) - 6 qr. x 80,0 man.=480,0 man.;

8. Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşları olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klon dəsti (işlənmiş vəziyyətdə olmuşdur)- 1 dəst aydın deyil - 0;

9. Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suvenir (yeni vəziyyətdə olmuşdur) - 1 ədəd x 5,0 man.= 5,0 man.;

10. 2020-ci ilin iyun ayında alınmış, Çin istehsallı, «Euromerss» markalı 1 ədəd tozsoran (işlənmiş vəziyyətdə olmuşdur – 1 ədəd x 70,0 man.=70,0 man.;

11. 2006-cı ildə alınmış 3x2 metr ölçülü 01 ədəd Azərbaycan xalçası (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 150,0 = 150,0 man.;

12. 2006-cı ildə alınmış 3x2 metr ölçüdə 01 ədəd Azərbaycan xalçası (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 120,0 man.=120,0 man.;

13. 2006-cı ildə alınmış 1,5x1 metr ölçüdə olan 01 ədəl Azərbaycan xalçası (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 60,0 man.=60,0 man.;

14. 2009-cu ildə alınmış, taxta materiallı, «Embavood» markalı, 6 ədəd oturacaq (stul) (işlənmiş vəziyyətdə olmuşdur) - 6 ədəd x 20,0 man.=120,0 man.;

15. 2012-ci ildə alınmış, 01 ədəd «Texnolux» markalı, Çin istehsallı meyvə şirəsi çəkən maşın (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 20,0 man.=20,0 man.;

16. 2009-cu ildə alınmış, 01 ədəd «Gepas» markalı, Çin istehsallı ət çəkən maşın (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 30,0 man.=30,0 man.;

17. 2018-ci ildə alınmış, Türkiyə istehsallı, 1,5x1 metr ölçüdə, pambıq materiallı 03 ədəd hamam dəsmalı (yeni vəziyyətdə olmuşdur) - 3 ədəd x 15,0 man.=45,0 man.;

18. 2009-cu ildə alınmış, Türkiyə istehsallı, 0,3x0,6 metr ölçüdə, pambıq materiallı 10 ədəd çay dəsmalı (yeni vəziyyətdə olmuşdur) - 10 ədəd x 2,0 man.=20,0 man.;

19. 2019-cu ildə alınmış 02 ədəd saat (işlənmiş vəziyyətdə olmuşdur) - 2 ədəd aydın deyil - 0;

20. «Qızıl-Tac» markalı 5 kq-lıq qənd kisəsi - 5 kq x 1,20 man.=6,0 man.;

21. 03 ədəd 500 qramlıq «Günaydın» markalı makoron - 3 ədəd x 1,0 man.=3,0 man.; 22.1 kq çəkidə yaşıl rəngli mərcimək - 1 kq x 2,30 man.=2,30 man.;

23. 1 ədəd işlənmiş uşaq pul kisəsi – 1 ədəd x 5,0 man.=5,0 man.;

24. 01 ədəd mücrü - 1 ədəd - aydın deyil - 0;

25. 02 ədəd işlənmiş xrustal konfet qabı - 2 ədəd - aydın deyil - 0;

26. 2 kq çəkidə 1 qutu «Astara» düyüsü - 2 kq x 4,0 man.=8,0 man.;

27. Bir qutu 450 qr. çəkidə «Final» markalı çay - 1 qutu x 8,0 man.=8,0 man.;

28. Bir qutu 450 qr. çəkidə «Azərçay» markalı çay - 1 qutu x 11,0 man.=11,0 man.;

29. 2015-ci ildə alınmış, Çin istehsallı, «Euromax» markalı bir ədəd peyk antenası (televitzor) tüneri (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 25,0 man.=25 man.;

30. 2020-ci ildə alınmış, Çin istehsallı, «StarTrack» markalı bir ədəd peyk antenası (televizor) tüneri (işlənmiş vəziyyətdə olmuşdur – 1 ədəd x 40,0 man.=40,0 man.;

31. 2017-ci ildə alınmış Çin istehsallı, 4GB həcmli flaşkart (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 5,0 man.=5,0 man.;

32. 2020-ci ildə alınmış, Çin istehsallı, 32GB həcmli 02 ədəd mikro yaddaş kartı (işlənmiş vəziyyətdə olmuşdur) - 2 ədəd x 10,0 man.=20 man.;

33. 2017-ci ildə alınmış, Çin istehsallı, 16GB həcmli 02 ədəd mikro yaddaş kartı (işlənmiş vəziyyətdə olmuşdur) - 2 ədəd x 5,0 man.= 10,0 man.;

34. Çin istehsallı, kürə formalı, şüşə materiallı, 20 sm diametrli, içərisindəki mayedə qar dənəcikləri və kukla olan, elektrik daşı ilə işləyən və üzərindəki düyməsini sıxaraq işığı qoşulan suvenir (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 5,0 man.= 5,0 man.;

35. 2019-cu ildə alınmış, Yaponiya istehsallı, «Braun» markalı 01 ədəd saç buran fen (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 10,0 man.= 10,0 man.;

36. 2015-ci ildə alınmış, Türkiyə istehsallı, «Euroklass» markalı 01 ədəd elektriklə işləyən saç feni (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 30 man.= 30,0 man.;

37. 1980-ci illərdə alınmış, 20 manat dəyərində, Rusiya istehsallı, 5 litr həcmli 01 ədəd aliminium qazan (işlənmiş vəziyyətdə olmuşdur, tapılmamışdır) - 1 ədəd - aydın deyil - 0;

38. 2020-ci ildə alınmış, Rusiya istehsallı, 7 litr həcmində, aliminium materialdan ibarət olan 02 ədəd vedrə (işlənmiş vəziyyətdə olmuşdur) - 2 ədəd x 5,0 man.= 10,0 man.;

39. 2009-cu ildə alınmış, Rusiya istehsallı, 7 litr həcmində, dəmir materialdan ibarət olan 01 ədəd şirli vedrə (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 5,0 man.= 5,0 man.;

40. 2009-cu ildə alınmış, Türkiyə istehsallı, atlas parçadan ibarət və üzəri tüllü olan iki nəfərlik çarpayı örtüyü (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

41. 2009-cu ildə alınmış, Türkiyə istehsallı, sintetik materiallı və yumşaq tüklü iki nəfərlik çarpayı örtüyü (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd - aydın deyil - 0;

42. 2009-cu ildə alınmış, Azərbaycan istehsallı, sintetik materiallı, nazik iki nəfərlik çarpayı örtüyü (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 15,0 man.= 15,0 man.;

43. 2015-ci ildə alınmış, Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı və yumşaq tüklü 02 ədəd bir nəfərlik çarpayı örtüyü (işlənmiş vəziyyətdə olmuşdur) - 2 ədəd x 10,0 man.= 20,0 man.;

44. 2009-cu ildə alınmış, Azərbaycan istehsallı, parça materiallı, iki nəfərlik yorğandöşək-yastıq üzlüyü dəsti (yeni vəziyyətdə olmuşdur) - 1 dəst x 20,0 man.= 20,0 man.;

45. 2019-cu ildə alınmış, Çin istehsallı 01 ədəd «NİKAİ» markalı mikser (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 15,0 man.= 15,0 man.;

46. 2020-ci ilin iyul ayında alınmış, Azərbaycan istehsallı 12 ədəd xrustal formalı armudu stəkan (yeni vəziyyətdə olmuşdur) - 12 ədəd x 1,0 man= 12,0 man.;

47. 2009-cu ildə alınmış, Çin istehsallı, «Sonasih» markalı 01 ədəd saç qurudan fen (işlənmiş vəziyyətdə olmuşdur) - 1 ədəd x 15,0 man.= 15,0 man.;

48. 2009-cu ildə alınmış, Azərbaycan istehsallı, parça materiallı, bir nəfərlik döşək üzlüyü (yeni vəziyyətdə olmuşdur) - 1 ədəd x 10,0 man.= 10,0 man.;

49. 2008-ci ildə alınmış, Türkiyə istehsallı, 0,5x1 metr ölçüdə, pambıq materiallı 05 ədəd əl-üz dəsmalı (yeni vəziyyətdə olmuşdur) - 5 ədəd x 5,0 man.= 25,0 man.;

50. 2018-ci ildə alınmış, Türkiyə istehsallı, 2x1,5 metr ölçüdə, parça materiallı 01 ədəd masa örtüyü (yeni vəziyyətdə olmuşdur) - 1 ədəd x 20,0 man.= 20,0 man.;

51. 2018-ci ildə alınmış, Azərbaycan istehsallı, 2x1,5 metr ölçüdə, parça materiallı 01 ədəd masa örtüyü (yeni vəziyyətdə olmuşdur) - 1 ədəd x 10,0 man.= 10,0 man.;

52. 2019-cu ildə alınmış, «Faberlik» markalı, böyük ölçüdə, sintetik parça materiallı 01 ədəd döşlük (buzqalter)(yeni vəziyyətdə olmuşdur) - 1 ədəd x 10,0 man.= 10,0 man.;

53. 2 kq-lıq sellofan paketdə qablaşdırılmış Lənkəran çayı - 2 kq x 15,0 man.= 30,0 man.;

54. 500 qram çəkidə 03 qutu «Əkbər» markalı çay - 3 qutu x 11,0 man. = 33,0 man.;

55. 250 qram çəkidə 02 qutu «Final» markalı çay - 2 qutu x 4,0 man.= 8,0 man.;

56. 2 kq-lıq qənd kisəsi - 2 kq x 2,0 man.= 4,0 man.;

57. 1 kq-lıq 2 qutu qənd - 2 kq x 2,0 man.= 4,0 man.;

58. 2,5 litlik «Klar» maye sabunu - 1 ədəd x 3,0 man.= 3,0 man.;

59. 02 ədəd «Günaydın» markalı vərməşil - 2 ədəd x 1,0 man.= 2,0 man.;

60. 1 kq çəkidə bulqur - 1 kq x 1,0 man.= 1,0 man.;

61. 4 ədəd nalça - 4 ədəd - aydın deyil - 0;

62. 1 ədəd gümüş suvenir- 1 ədəd - aydın deyil - 0 olmaqla, ümumilikdə 2825,30 manat müəyyən edilmiş, beləliklə, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən malların təzə və istifadədə olması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Zərərçəkmiş şəxs2 məxsus 23 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri - 1353,0 manat müəyyən edilmiş, digər 14 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, materialı, ölçüsü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır.

2. Zərərçəkmiş şəxs3 məxsus 53 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri - 2825,30 manat müəyyən edilmiş, digər 9 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, materialı, ölçüsü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş matriallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2021-ci il tarixli, 9/3025 nömrəli rəyindən görünür ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, 202-ci ilin avqust ayına qızıl-zinət əşyalarının orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi: 1. İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağı- 22 qr. x 85,0 man.= 1870,0 man.;

2. İtaliyada istehsal olunmuş 783 əyarlı üzərində 8 ədəd xırda ölçülü brilliant qaşlar olan qızıl üzük - 4 qr. x 85,0 man.= 340,0 man.;

3. Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı üzərində adi qaş olan qızıl üzük - 4 qr. X 60,0 man.= 240,0 man.;

4. Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qaşsız qızıl üzük - 4 qr. x 60,0 man.= 240,0 man.;

5. hər birinin çəkisi 3 qram olmaqla 02 ədəd adi qaşlı gümüş üzük - 02 ədəd x 12,0 man.= 24,0 man.;

6. çəkisi 3 qram olmaqla 01 ədəd qaşsız gümüş üzük - 01 ədəd x 12,0 man.= 12,0 man.;

7. 01 ədəd gümüş bijuteriya - aydın deyil;

8. Türkiyə Respublikasında «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5m x 2,3m ölçüdə xalça - 01 ədəd x 180,0 man.= 180,0 manat olmaqla, ekspertiza təyini haqqında qərarda qeyd edilən 7 adda malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2906,00 manat müəyyən olunmuş, gümüş bijuteriya haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonradan müəyyən edilərək götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş uşaq velosipedi, 01 ədəd üç təkərli uşaq samokatı, 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəsti, 01 ədəd Çin istehsallı iki antenalı modem, Yaponiya istehsallı, 120 diaqonallı 01 ədəd «LG» markalı televizor, Çexiya istehsallı «Tom» markalı 02 ədəd xrustal qənd qabı, Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmli 01 ədəd şəkər qabı, Çexiya istehsallı, «Tom» markalı 01 ədəd xrustal güldan, Çin istehsallı, göy rəngli 01 ədəd çemodan, 01 ədəd 2,3x1,5 metr ölçülü Təbriz xalçası, Türkiyə istehsallı, parça materiallı 2x3 metr ölçüdə 10 ədəd masa örtüyü, Çin istehsallı 01 suvenir xəncər, Türkiyə istehsallı, «Kenvood» markalı 01 ədəd ət çəkən maşın, Türkiyə istehsallı, «Simbo» markalı 01 blender, Türkiyə istehsallı, «Arshia» markalı, içərisində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd itiləyən alət olan bıçaq dəsti, Türkiyə istehsallı, içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət bıçaq dəsti, Türkiyə istehsallı 02 ədəd aş qaşığı, Türkiyə istehsallı 06 ədəd mürəbbə qaşığı, Türkiyə istğehsallı 12 ədəd şirniyyat çəngəli, Türkiyə istehsallı 01 ədəd gümüşü rəngli qənd qabı və 01 ədəd aliminium materialdan hazırlanmış aş qazanı, Zərərçəkmiş şəxs3 məxsus hər bir ədədi 2x3 metr ölçüdə olmaqla 03 ədəd Türkiyə istehsallı xalça, 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefon, 02 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd İtaliyada istehsal olunmuş, üzərində iki ədəd boz rəngli sadə parıltılı qaşları olan 750 əyarlı qızıl metaldan hazırlanmış üzük, 01 ədəd Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşları olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəst, 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suvenir, 01 ədəd Çin istehsallı «Euromerss» markalı tozsoran, hər bir ədədi 3x2 metr ölçüdə olmaqla 02 ədəd Azərbaycan xalçası, 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçası, 06 ədəd taxta materiallı, «Embavood» markalı oturacaq (stul), 01 ədəd Çin istehsallı «Texnolux» markalı meyvə şirəsi çəkən maşın, 01 ədəd Çin istehsallı «Gepas» markalı ət çəkən maşın, 02 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçülü, pambıq materiallı hamam dəsmalı, 10 ədəd Türkiyə istehsallı, 03x06 metr ölçülü, pambıq materiallı çay dəsmalı, 02 ədəd saat, 01 ədəd «Qızıl-Tac» markalı 5 kq çəkidə qənd kisəsi, hər bir ədədi 500 qram çəkidə olmaqla 03 paket «Günaydın» markalı makoron, 1 kq çəkidə 01 paket yaşıl mərcimək, 01 ədəd uşaq pul kisəsi, 01 ədəd mücrü, 02 ədəd xrustal konfet qabı, 01 paket 2 kq çəkidə «Astara» düyüsü, 01 qutu 450 qram çəkidə «Final» markalı çay, 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çay və 01 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı, yumşaq tüklü bir nəfərlik çarpayı örtüyü, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağı, 02 ədədi adi qaşlı, 01 ədədi qaşsız olmaqla 03 ədəd gümuş üzük, 02 ədəd bijuteriya boyunbağı, 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5x2,3 metr ölçülü xalça və 01 ədəd səsgücləndirici, həmçinin ünvan 8 ünvanda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və Azərbaycan Respublikası DİNnin KTİ-də aparılmış müqayisəli tədqiqat nəticəsində Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı, ovucu (iki dəfə) və sağ əlinin ovucu ilə eynilik təşkil edən 04 ədəd əl izi, Xaçmaz şəhəri R.Axundov küçəsi 2 ünvanında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və Azərbaycan Respublikası DİN-nin KTİ-də aparılmış müqayisəli tədqiqat nəticəsində Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil edən 01 ədəd əl izi və ünvan 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş və Azərbaycan Respublikası DİNnin KTİ-də aparılmış müqayisəli tədqiqat nəticəsində üzərində Təqsirləndirilən şəxs məxsus tüpürcək nümunəsi aşkar edilmiş 01 ədəd «Argo» markalı siqaret kötüyü 25 iyul 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, yuxarıda qeyd olunan əşyaların adları çəkilən zərərçəkmiş şəxslərə qaytarılmış, içərilərində əl barmaq izi və siqaret kötüyü olan 03 ədəd kağız zərf maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən, həmçinin Xaçmaz rayon Məhkəməsindən alınmış hökmlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 03 iyun 2014-cü il tarixəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 3500 manat cərimə cəzasına, Xaçmaz rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, 13 fevral 2020-ciil tarixdə cəzasının sonu ilə azad edilmiş, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəzaya Xaçmaz rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3500 manat cərimə cəzası tam birləşdirilərək ona qəti olaraq 02 il 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat məbləğində cərimə cəzası təyin edilmiş,hazırda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməllərində cinayətlərin residivi vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarnda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 baş həkiminin 04 may 2021-ci il tarixli, 735 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Quba rayon X2 müraciət etməyib. İş materiallarında olan Xaçmaz rayon X4 hüquqi şəxsinin 16 may 2021-ci il tarixli, 808 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz MRX-da həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 24 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik pəncərəsini talvarın altından götürdüyü dabankeş vasitəsi ilə açıb içəri girərək oradan 120 manat dəyərində 01 ədəd Rusiya istehsallı uşaq velosipedini, 30 manat dəyərində 01 ədəd üç təkərli uşaq samokatını, 50 manat dəyərində 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəstini, 25 manat dəyərində 01 ədəd Çin istehsallı iki antenalı modemi, 1000 manat dəyərində 01 ədəd Yaponiya istehsallı, 120 dioqanallı «LG» markalı televizoru, hər bir ədədi 60 manat olmaqla 02 ədəd 120 manat dəyərində Çexiya istehsallı, «Tom» markalı xrustal qənd qabını, 01 ədəd 10 manat dəyərində Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmində şəkər qabını, 250 manat dəyərində 01 ədəd Çexiya istehsallı, «Tom» markalı xrustal güldanı, 30 manat dəyərində 01 ədəd cehizlik çemodanı, 250 manat dəyərində 01 ədəd 2,3x1,5 metr ölçüdə Təbriz xalçasını, hər bir ədədi 30 manat olmaqla 10 ədəd 300 manat dəyərində Türkiyə istehsallı, parça materiallı, 3x2 metr ölçüdə masa örtüklərini, 10 manat dəyərində 01 ədəd Çin istehsallı suvenir xəncəri, 50 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Kenvood» markalı ət çəkən maşını, 25 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Simbo» markalı blenderi, 30 manat dəyərində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd onları itiləyən alətdən ibarət Türkiyə istehsallı, «Arshia» markalı bıçaq dəstini, 40 manat dəyərində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçülü olmaqla ümumilikdə 36 ədəddən ibarət Türkiyə istehsallı qaşıq dəstini, hər bir ədədi 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd Türkiyə istehsallı aş qaşığını, hər bir ədədi 2 manat olmaqla 12 manat dəyərində 06 ədəd Türkiyə istehsallı mürəbbə qaşığını, hər bir ədədi 2 manat olmaqla 24 manat dəyərində 12 ədəd Türkiyə istehsallı şirniyyat çəngəlini, 5 manat dəyərində 01 ədəd Türkiyə istehsallı qənd qabını, 45 manat dəyərində 01 ədəd aliminium materialdan olan aş qazanını, 50 manat dəyərində 12 ədəddən ibarət Türkiyə istehsallı dərin boşqab dəstini, 40 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, yun materiallı, «S» ölçülü uzunqol qadın jaketini, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, parça materiallı, «29» ölçülü qadın şalvarını, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, cins materiallı, «29» ölçülü qadın şalvarını, 200 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, sətin materiallı iki nəfərlik çarpayı üzlüyü dəstini, 120 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, sintetik materiallı, 3x2 metr ölçülü xalçanı, hər bir ədədi 5 manat olmaqla 80 manat dəyərində 16 ədəd Türkiyə istehsallı, pambıq materiallı, «Tac» markalı çay dəsmalını, hər bir ədədi 1 manat olmaqla 4 manat dəyərində 04 ədəd Türkiyə istehsallı, pambıq materiallı çay dəsmalını, 40 manat dəyərində 12 ədəd Türkiyə istehsallı, sətin materiallı bir nəfərlik yataq üzlüyü dəstini, 90 manat dəyərində 12 ədəd Türkiyə istehsallı, sətin materiallı iki nəfərlik yataq üzlüyü dəstini, hər bir ədədi 10 manat olmaqla 100 manat dəyərində 10 ədəd Türkiyə istehsallı, pambıq materiallı, 30x100 sm ölçülü əl-üz dəsmalını, 300 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Bosch» markalı şirə çəkən maşını, 40 manat dəyərində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət Türkiyə istehsallı, «Royal-Fort» markalı qaşıq dəstini, 50 manat dəyərində 12 ədəddən ibarət Rusiya istehsallı, «Heman» markalı xrustal stəkan dəstini, 5 manat dəyərində 01 ədəd Çin istehsallı işıq plafonunu və hər bir ədədi 0,5 manatdan 3 manat dəyərində 06 ədəddən ibarət Türkiyə istehsallı, plasmas materiallı yemək bişirən qaşığı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3618 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 28 iyul 2020-ci il tarixdə gecə saat 00:30 radələrində və 29 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid qəsdlə əhatə olunmaqla Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz şəhəri R.Axundov küçəsində yerləşən 2 saylı evin həyətinə küçə darvazasını aralayıb açmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik materialından olan kilidlənməmiş qapısını açıb içəri girərək oradan 829 manat məbləğində nağd pulu, 150 manat dəyərində 01 ədəd Türkiyə istehsallı 2x3 metr ölçüdə xalçanı, hər bir ədədi 120 manat olmaqla 240 manat dəyərində 01 ədəd Türkiyə istehsallı 2x3 metr ölçüdə xalçanı, 15 manat dəyərində 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefonu, Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş hər qramı 60 manat olmaqla 480 manat dəyərində 8 qram çəkidə 01 ədəd qızıl metaldan hazırlanmış 585 əyarlı boyunbağını, Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş hər qramı 60 manat olmaqla 360 manat dəyərində 6 qram çəkidə 01 ədəd qızıl metaldan hazırlanmış 585 əyarlı boyunbağını, İtaliyada zavod üsulu ilə istehsal olunmuş hər qramı 80 manat olmaqla 480 manat dəyərində 6 qram çəkidə 01 ədəd qızıl metaldan hazırlanmış, üzərində iki ədəd sadə boz rəngli parıltılı qaşlar olan 750 əyarlı qızıl üzüyü, 50 manat dəyərində Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşlar olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəstini, 5 manat dəyərində 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suveniri, 70 manat dəyərində 01 ədəd Çin istehsallı, «Euromerss» markalı tozsoranı, 150 manat dəyərində 01 ədəd 3x2 metr ölçüdə Azərbaycan xalçasını, 120 manat dəyərində 01 ədəd 3x2 metr ölçüdə Azərbaycan xalçasını, 60 manat dəyərində 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçasını, hər bir ədədi 20 manat olmaqla 120 manat dəyərində 06 ədəd «Embavood» markalı, taxta materiallı stulu, 20 manat dəyərində 01 ədəd Çin istehsallı, «Texnolux» markalı meyvə şirəsi çəkən maşını, 30 manat dəyərində 01 ədəd Çin istehsallı, «Gepas» markalı ət çəkən maşını, hər bir ədədi 15 manat olmaqla 45 manat dəyərində 03 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçüdə pambıq materiallı hamam dəsmalını, hər bir ədədi 2 manat olmaqla 20 manat dəyərində 10 ədəd Türkiyə istehsallı, 0,3x0,6 metr ölçüdə, pambıq materiallı çay dəsmalını, hər bir ədədi 20 manat olmaqla 40 manat dəyərində 02 ədəd saatı, hər kq-ı 1,20 manat olmaqla 6 manat dəyərində «Qızıl-Tac» markalı 5 kq-lıq qənd kisəsini, hər bir ədədi 1 manat olmaqla 3 manat dəyərində 03 ədəd 500 qramlıq «Günaydın» markalı makoronu, 2,30 manat dəyərində 1 kq çəkidə yaşıl mərciməyi, 5 manat dəyərində 01 ədəd uşaq pul kisəsini, 20 manat dəyərində 01 ədəd mücrünü, hər bir ədədi 30 manat olmaqla 60 manat dəyərində 02 ədəd xrustal konfet qabını, hər kq-ı 4 manat olmaqla 8 manat dəyərində 2 kq çəkidə 01 qutu «Astara» düyüsünü, 8 manat dəyərində 01 qutu 450 qram çəkidə «Final» markalı çayı, 11 manat dəyərində 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çayı, 25 manat dəyərində 01 ədəd Çin istehsallı, «Euromax» markalı peyk antenasına aid tüneri, 40 manat dəyərində 01 ədəd Çin istehsallı, «StarTrack» markalı peyk antenasına aid tüneri, 5 manat dəyərində 01 ədəd Çin istehsallı, 4GB həcmli flaşkartı, hər bir ədədi 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd Çin istehsallı, 32 GB həcmli mikro yaddaş kartını, hər bir ədədi 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd Çin istehsallı, 16GB həcmli mikro yaddaş kartını, 5 manat dəyərində 01 ədəd Çin istehsallı, kürə formalı, şüşə materiallı, 20 sm diametrli, içərisindəki mayedə qar dənəcikləri və kukla olan elektriklə işləyən suveniri, 10 manat dəyərində 01 ədəd Yaponiya istehsallı, «Braun» markalı saç buran feni, 30 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, «Euroklass» markalı elektriklə işləyən saç fenini, 20 manat dəyərində 01 ədəd Rusiya istehsallı, 5 litr həcmli aliminium qazanı, hər bir ədədi 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd Rusiya istehsallı, 7 litr həcmli, aliminium materialdan olan vedrəni, 5 manat dəyərində 01 ədəd Rusiya istehsallı, 7 litr həcmli, dəmir materialdan olan şirli vedrəni, 250 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, atlas parçadan ibarət və üzəri tüllü iki nəfərlik çarpayı örtüyünü, 100 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, sintetik materiallı və yumşaq tüklü iki nəfərlik çarpayı örtüyünü, 15 manat dəyərində 01 ədəd Azərbaycan istehsallı, sintetik materiallı, iki nəfərlik nazik çarpayı örtüyünü, hər bir ədədi 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı və yumşaq tüklü bir nəfərlik çarpayı örtüyünü, 20 manat dəyərində Azərbaycan istehsallı, parça materiallı, iki nəfərlik yorğan-döşək-yastıq üzlüyü dəstini, 15 manat dəyərində 01 ədəd Çin istehsallı «NİKAY» markalı mikseri, hər bir ədədi 1 manat olmaqla 12 manat dəyərində 12 ədəd Azərbaycan istehsallı xrustal formalı armudu stəkanı, 15 manat dəyərində 01 ədəd Çin istehsallı, «Sonasih» markalı saç qurudan feni, 10 manat dəyərində 01 ədəd Azərbaycan istehsallı, parça materiallı bir nəfərlik döşək üzlüyünü, hər bir ədədi 5 manat olmaqla 25 manat dəyərində 05 ədəd Türkiyə istehsallı, 0,5x1 metr ölçüdə, pambıq materiallı əl-üz dəsmalını, 20 manat dəyərində 01 ədəd Türkiyə istehsallı, 2x1,5 metr ölçüdə parça materiallı masa örtüyünü, 10 manat dəyərində 01 ədəd Azərbaycan istehsallı, parça materiallı, 2x1,5 metr ölçüdə masa örtüyünü, 10 manat dəyərində 01 ədəd «Faberlik» markalı, sintetik parça materiallı böyük ölçüdə döşlüyü, 30 manat dəyərində 2 kq çəkidə olmaqla sellofan paketə qablaşdırılmış Lənkəran çayını, hər qutusu 11 manat olmaqla 500 qram çəkidə 33 manat dəyərində 03 qutu «Əkbər» markalı çayı, hər qutusu 4 manat olmaqla 250 qram çəkidə 8 manat dəyərində 02 qutu «Final» markalı çayı, hər kq-ı 2 manat olmaqla 4 manat dəyərində 01 ədəd 2 kqlıq kənd kisəsini, hər kq-ı 2 manat olmaqla 4 manat dəyərində 02 qutu 1 kq-lıq qəndi, 3 manat dəyərində 01 ədəd 2,5 litrlik «Klar» maye sabunu, hər bir ədədi 1 manat olmaqla 2 manat dəyərində 02 ədəd «Günaydın» markalı vərməşili, 1 manat dəyərində 1 kq çəkidə bulquru, hər bir ədədi 5 manatdan 20 manat dəyərində 04 ədəd nalçanı və 30 manat dəyərində 01 ədəd gümüş suveniri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4244,30 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri Sovxoz küçəsində yerləşən 88 saylı evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin plastik pəncərəsini həyətdən götürdüyü dabankeş vasitəsi ilə açıb içəri girərək oradan 60 manat məbləğində nağd pulu, hər qramı 85 manat olmaqla 1870 manat dəyərində 22 qram çəkidə 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağını, 1000 manat dəyərində 4 qram çəkidə üzərində 8 ədəd xırda ölçülü brilliant qaşlar olan 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 4 qram çəkidə üzərində bir ədəd adi qaş olan 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 4 qram çəkidə Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd 583 əyarlı qaşsız qızıl üzüyü, hər bir ədədinin qiyməti 120 manat və çəkiləri 3 qram olmaqla 240 manat dəyərində 02 ədəd adi qaşlı gümüş üzüyü, 120 manat dəyərində 3 qram çəkidə 01 ədəd qaşsız gümüş üzüyü, 120 manat dəyərində gümüş bijuteriyanı, 150 manat dəyərində 01 ədəd səsgücləndiricini və 300 manat dəyərində 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5x2,3 metr ölçüdə xalçanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4860 manat məbləğində maddi ziyan vurmuş, bununla da o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən, 3500 manat cərimə cəzası ilə tam toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar müstəqil icra edilməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 17 avqust 2020-ci il tarixli qərardan və həmin tarixli protokoıdan, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(067)-100/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu hazırki cinayət işi üzrə 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(067)- 100/2020 saylı hökmü ilə hazırki cinayət işi üzrə törədilmiş oğurluqlardan əvvəl törətdiyi oğurluq faktlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəzaya Xaçmaz rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3500 manat cərimə cəzası tam birləşdirilərək barəsində qəti olaraq 02 il 06 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat məbləğində cərimə cəzası təyin edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyəşdirilərək həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 17 avqust 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(067)-100/2020 saylı hökmü müəyyən edilmiş 18 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş uşaq velosipedi, 01 ədəd üç təkərli uşaq samokatı, 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəsti, 01 ədəd Çin istehsallı iki antenalı modem, Yaponiya istehsallı, 120 diaqonallı 01 ədəd «LG» markalı televizor, Çexiya istehsallı «Tom» markalı 02 ədəd xrustal qənd qabı, Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmli 01 ədəd şəkər qabı, Çexiya istehsallı, «Tom» markalı 01 ədəd xrustal güldan, Çin istehsallı, göy rəngli 01 ədəd çemodan, 01 ədəd 2,3x1,5 metr ölçülü Təbriz xalçası, Türkiyə istehsallı, parça materiallı 2x3 metr ölçüdə 10 ədəd masa örtüyü, Çin istehsallı 01 suvenir xəncər, Türkiyə istehsallı, «Kenvood» markalı 01 ədəd ət çəkən maşın, Türkiyə istehsallı, «Simbo» markalı 01 blender, Türkiyə istehsallı, «Arshia» markalı, içərisində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd itiləyən alət olan bıçaq dəsti, Türkiyə istehsallı, içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət bıçaq dəsti, Türkiyə istehsallı 02 ədəd aş qaşığı, Türkiyə istehsallı 06 ədəd mürəbbə qaşığı, Türkiyə istğehsallı 12 ədəd şirniyyat çəngəli, Türkiyə istehsallı 01 ədəd gümüşü rəngli qənd qabı və 01 ədəd aliminium materialdan hazırlanmış aş qazanının Zərərçəkmiş şəxs2, hər bir ədədi 2x3 metr ölçüdə olmaqla 03 ədəd Türkiyə istehsallı xalça, 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefon, 02 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd İtaliyada istehsal olunmuş, üzərində iki ədəd boz rəngli sadə parıltılı qaşları olan 750 əyarlı qızıl metaldan hazırlanmış üzük, 01 ədəd Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşları olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəst, 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suvenir, 01 ədəd Çin istehsallı «Euromerss» markalı tozsoran, hər bir ədədi 3x2 metr ölçüdə olmaqla 02 ədəd Azərbaycan xalçası, 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçası, 06 ədəd taxta materiallı, «Embavood» markalı oturacaq (stul), 01 ədəd Çin istehsallı «Texnolux» markalı meyvə şirəsi çəkən maşın, 01 ədəd Çin istehsallı «Gepas» markalı ət çəkən maşın, 02 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçülü, pambıq materiallı hamam dəsmalı, 10 ədəd Türkiyə istehsallı, 03x06 metr ölçülü, pambıq materiallı çay dəsmalı, 02 ədəd saat, 01 ədəd «Qızıl-Tac» markalı 5 kq çəkidə qənd kisəsi, hər bir ədədi 500 qram çəkidə olmaqla 03 paket «Günaydın» markalı makoron, 1 kq çəkidə 01 paket yaşıl mərcimək, 01 ədəd uşaq pul kisəsi, 01 ədəd mücrü, 02 ədəd xrustal konfet qabı, 01 paket 2 kq çəkidə «Astara» düyüsü, 01 qutu 450 qram çəkidə «Final» markalı çay, 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çay və 01 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı, yumşaq tüklü bir nəfərlik çarpayı örtüyünün Zərərçəkmiş şəxs3, 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağı, 02 ədədi adi qaşlı, 01 ədədi qaşsız olmaqla 03 ədəd gümuş üzük, 02 ədəd bijuteriya boyunbağı, 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5x2,3 metr ölçülü xalça və 01 ədəd səsgücləndiricinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan əl izləri və siqaret kötüyü qablaşdırılmış 03 ədəd kağız zərf cinayət işində saxlanılmaılıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ödənilmədiyini bildirsələr də cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişlər. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onların Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə ekspertiza xərci olan 100 manat pul təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ : Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzasıından azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən, 3500 manat cərimə cəzası ilə tam toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar müstəqil icra edilsin. Cəza çəkməsinin əvvəli 18 avqust 2020-ci il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin maddi sübut olan 01 ədəd Rusiya Federasiyasında istehsal olunmuş uşaq velosipedi, 01 ədəd üç təkərli uşaq samokatı, 12 ədəd balaca və 12 ədəd orta ölçüdə olmaqla ümumilikdə 24 ədəddən ibarət Çin istehsallı dayaz boşqab dəsti, 01 ədəd Çin istehsallı iki antenalı modem, Yaponiya istehsallı, 120 diaqonallı 01 ədəd «LG» markalı televizor, Çexiya istehsallı «Tom» markalı 02 ədəd xrustal qənd qabı, Yaponiya istehsallı, şüşə materiallı, üzəri dəmir çərçivəli, 200 qram həcmli 01 ədəd şəkər qabı, Çexiya istehsallı, «Tom» markalı 01 ədəd xrustal güldan, Çin istehsallı, göy rəngli 01 ədəd çemodan, 01 ədəd 2,3x1,5 metr ölçülü Təbriz xalçası, Türkiyə istehsallı, parça materiallı 2x3 metr ölçüdə 10 ədəd masa örtüyü, Çin istehsallı 01 suvenir xəncər, Türkiyə istehsallı, «Kenvood» markalı 01 ədəd ət çəkən maşın, Türkiyə istehsallı, «Simbo» markalı 01 blender, Türkiyə istehsallı, «Arshia» markalı, içərisində üç ədəd balaca, orta və böyük ölçülü bıçaq, bir ədəd qayçı, bir ədəd ət doğrayan, bir ədəd çörək doğrayan və bir ədəd itiləyən alət olan bıçaq dəsti, Türkiyə istehsallı, içərisində 12 ədəd balaca, 12 ədəd orta və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 36 ədəddən ibarət bıçaq dəsti, Türkiyə istehsallı 02 ədəd aş qaşığı, Türkiyə istehsallı 06 ədəd mürəbbə qaşığı, Türkiyə istğehsallı 12 ədəd şirniyyat çəngəli, Türkiyə istehsallı 01 ədəd gümüşü rəngli qənd qabı və 01 ədəd aliminium materialdan hazırlanmış aş qazanının Zərərçəkmiş şəxs2, hər bir ədədi 2x3 metr ölçüdə olmaqla 03 ədəd Türkiyə istehsallı xalça, 01 ədəd Çin istehsallı «Kgtel» markalı mobil telefon, 02 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd İtaliyada istehsal olunmuş, üzərində iki ədəd boz rəngli sadə parıltılı qaşları olan 750 əyarlı qızıl metaldan hazırlanmış üzük, 01 ədəd Çin istehsallı, üzərində ağ və qara rəngli, gül formalı qaşları olan, dəmir metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-klondan ibarət dəst, 01 ədəd Çin istehsallı, çərçivə formalı, plasmas materiallı, 20x30 sm ölçülü, içərisində gül şəkli olan suvenir, 01 ədəd Çin istehsallı «Euromerss» markalı tozsoran, hər bir ədədi 3x2 metr ölçüdə olmaqla 02 ədəd Azərbaycan xalçası, 01 ədəd 1,5x1 metr ölçüdə Azərbaycan xalçası, 06 ədəd taxta materiallı, «Embavood» markalı oturacaq (stul), 01 ədəd Çin istehsallı «Texnolux» markalı meyvə şirəsi çəkən maşın, 01 ədəd Çin istehsallı «Gepas» markalı ət çəkən maşın, 02 ədəd Türkiyə istehsallı, 1,5x1 metr ölçülü, pambıq materiallı hamam dəsmalı, 10 ədəd Türkiyə istehsallı, 03x06 metr ölçülü, pambıq materiallı çay dəsmalı, 02 ədəd saat, 01 ədəd «Qızıl-Tac» markalı 5 kq çəkidə qənd kisəsi, hər bir ədədi 500 qram çəkidə olmaqla 03 paket «Günaydın» markalı makoron, 1 kq çəkidə 01 paket yaşıl mərcimək, 01 ədəd uşaq pul kisəsi, 01 ədəd mücrü, 02 ədəd xrustal konfet qabı, 01 paket 2 kq çəkidə «Astara» düyüsü, 01 qutu 450 qram çəkidə «Final» markalı çay, 01 qutu 450 qram çəkidə «Azərçay» markalı çay və 01 ədəd Azərbaycan istehsallı, «Persik» markalı, sintetik materiallı, yumşaq tüklü bir nəfərlik çarpayı örtüyünün Zərərçəkmiş şəxs3, 01 ədəd İtaliyada istehsal olunmuş 783 əyarlı qızıl boyunbağı, 02 ədədi adi qaşlı, 01 ədədi qaşsız olmaqla 03 ədəd gümuş üzük, 02 ədəd bijuteriya boyunbağı, 01 ədəd Türkiyə Respublikası «PALMİE SAÇAKLİ» fabrikində istehsal olunmuş 1,5x2,3 metr ölçülü xalça və 01 ədəd səsgücləndiricinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan əl izləri və siqaret kötüyü qablaşdırılmış 03 ədəd kağız zərf cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar