Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-139/2025 23.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 aprel 2025-ci il tarixdə saat 01:00-dan 01:10dək olan müddət ərzində onun yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilən zaman evin yataq otağında olan tumbanın üzərindəki “Keno” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,453 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı vardır. Özü ev ustası kimi fəaliyyət göstərir. Artıq uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Belə ki, narkotik vasitə və pixotrop maddələrdən istifadə etməynində səbəbi bədənindəki ağrılardır. Onlardan istifadə etdikdə bədənindəki ağrılar azalır. Mahiyyəti üzrə qeyd etmişdr ki, tutulmamışdan bir neçə gün əvvəl axşam saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” parkında təkbaşına gəzirdi. Bu zaman yerdən 01 ədəd “Keno” markalı siqaret qutusunu tapmışdır. Həmin siqaret qutusu ona maraqlı gəldiyinə görə onu götürərək içərisinə baxmış və içərisində 01 ədəd sellofan büküm olmasını aşkar etmişdir. Həmin bükümə baxdıqda isə içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Özü də psixotrop maddələrdən istifadə etdiyinə görə onu elə olduğu kimi siqaret qutusunun içərisinə qoyaraq özünə götürmüşdür. Məqsədi o idi ki, ürəyi istədiyi vaxt metamfetamindən istifadə edə bilisin. 19 aprel 2025-ci il tarixdə axşam saatlarında yaşadığı evin ayaqyolusunda həmin metamfetamindən biraz istifadə etmişdir. Qalanını isə əvvəl ki qayda da siqaret qutusunun içərisinə qoymuşdur. Psixotrop maddədən istifadə etdikdən sonra biraz əsəbləri gərginləşmişdir. Həmin vaxtda səbəbini bilmədiyi şeydən ötrü həyat yoldaşı X4 ilə mübahisə etmişdir. Sonradan bilmiş ki, Gülşən onun barəsində DİN-nin 102 zəng mərkəzinə müraciət edərək onu bıçaqla hədələdiyini bildirmişdir. Ancaq o, Gülşəni bıçaqla hədələməmişdir. Sadəcə aralarında kiçik bir mübahisə olmuşdur. Müraciətdən sonra polis əməkdaşları yaşadığı evə gələrək onu və arvadını şöbəyə dəvət etmişlər və hər ikisi şöbədə izahat vermişlər. Şöbədə təhqiqatçı ondan yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını soruşduqda o, səmimi olaraq yaşadığı evdə psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Ardınca isə polis əməkdaşı metamfetamini ona könüllü şəkildə təqdim edib-edə bilməyəcəyini soruşduqda o, metamfetamini təqdim edə biləcəyini bildirmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə onlar yaşadığı evin qarşısına getmişlər. Orada o, könüllü şəkildə polis əməkdaşlarının yaşadığı evə daxil olmasına icazə vermişdir. Evə daxil olduqdan sonra isə o, könüllü şəkildə evin yataq otağında masanın üzərində olan “Keno” markalı siqaret qutusunu təhqiqatçıya təqdim etmişdir. Həmin siqaret qutusu məhz bir neçə gün əvvəl “Xəzər” parkında tapdığı qutu olmuşdur. Siqaret qutusunu da polis əməkdaşına təqdim edən zaman onun içərisində psixotrop maddə olmasını demişdir. Təhqiqatçı tərəfindən həmin qutuya baxış keçirən zaman içərisindən həqiqətəndə 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Hansı ki, içərisində psixotrop maddə metamfetamin olmuşdur. Ardınca təhqiqatçı tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisihin 0,49 qram olması müəyyən edilmişdir. Həmin büküm ağ rəngli zərfə qoyularaq möhürlənməklə üzəri tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra isə onu Xaçmaz RPŞ-yə gətirmişlər. Şöbədə olan zaman təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və o, müdafiəçimin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Ona qarşı zorakılıq və ya təzyiq edilməmişdir. X1 evdə psixotrop maddə metamfetamin saxladığını bilməmişdir. O, bu haqda arvadına heçnə deməmişdir. Arvadı ancaq onun narkotik vasitələrin aludəçisi olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadəyə uyğun ifadə vermiş və özünü tam təqsirli bilmişdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞnin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləməklə polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, yaşadığı evdə saxlaması və qəbul etməsi bağlı 20 aprel 2025-ci il tarixdə saat 01 radələrində Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən, onun və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına sonuncununda iştirakı ilə Xaçmaz RPŞnin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla baxış prosesi başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmaması və yaşadığı mənzilə daxil olaraq baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmağa etirzanın olmadığını bildirmiş və Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısını açarla açdıqdan sonra mənizlə birlikdə daxil olmuşlar. Mənzilin içərisinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs sağ tərəfdə yerləşən yataq otağına daxil olaraq yataq taxıtının yanındakı dolabın üzərində saxladığı bir ədəd “Keno” markalı siqaret qutusunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxdıqda bir ədəd büküm aşkar olunmuşdur və həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,49 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu, taparaq əldə etdiyini və öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənib qablaşdırılmış və zərfin üzəri Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalnadıqdan sonra götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək, bir daha ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2025-ci il tarixli 20/216 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Zərflər üçün N58 möhür əksi , “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş metamfetaminə oxşar kütlə; 1) /imza/ Təqsirləndirilən şəxs, 2) /imza/ Şahid1, 3) /imza/ Şahid2, 4) /imza/ Şahid3; baş təhqiqatçısı, /imza/ Oktay Məcidov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,453 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 2822 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyada məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən, “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı X6 tərəfindən, Xaçmaz RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən videçəkilişlə aparlmaqla 20 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına sonuncunun da iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olrrçaması və yaşadığı mənzilə daxil olaraq baxış keçirilməsinə etirazının olub-olmamasını soruşulmuşdur. Fuad Yahyayev yaşadığı mənzilə daxil olmağa etirzanın olmadığım bildirmiş və Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısını açarla açdıqdan sonra mənizlə daxil olmuşlar. Mənzilin içərisnə daxil olduqdan sonra Fuad Yahyayev sağ tərəfdə yerləşən yataq otağına iştirakçılarla birlikdə daxil olaraq Təqsirləndirilən şəxs yataq taxıtını yanındakı dolabın üzərində saxladığı bir ədəd “Keno” markalı siqareti təqdim etmişdir. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxdıqda bir ədəd büküm aşkar olunmuş və həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,49 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu, taparaq əldə etdiyini və öz istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanılır və zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalnadıqdan sonra götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qeydə alınmış video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən xx.xx.2025- ci il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanması zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə xx.xx.2025-ci il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 aprel 2025-ci il tarixdə saat 01:00-dan 01:10-dək olan müddət ərzində onun yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilən zaman evin yataq otağında olan tumbanın üzərindəki “Keno” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,453 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda xeyli miqdar metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 20 aprel 2025-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməsi haqqında 21 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə saat 01:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2025-ci il tarixdə saat 11:45-də barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixədək həbsdə olduğu cəmi 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsə alınmalı və cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 23 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,403 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2025-ci ildən 21 aprel 2025-ci ilədək həbsdə saxlandığı 02 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,403 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-139/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-139/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver