Məhkəmə qərarları › İş №1(067)-14/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-14/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-14/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X2 iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunun, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Mingəcevir şəhəri, Məhsəti küçəsi, ev 3, mənzil 68-də yaşayan, barasində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesini icarəyə götürüb üç otağını fahişəliklə məşğul olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün yararlı vəziyyətə saldıqdan sonra 2019-cu ilin dekabr ayının əvvəllərindən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində həmin kafedə fahişəliklə məşğul olan Şahid14, Şahid1 qızı, Şahid2, X1, Şahid4 və Şahid5 kafenin çarpayı və yataq dəsti ilə təchiz edilmiş otaqlarından cinsi əlaqədə olmaq üçün istifadə etmələrinə görə hər qadından 10 manat məbləğində pul alaraq bu barədə əvvəlcədən tərtib edilmiş jurnalda qeydiyyat aparılmasını həyata keçirib fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 00:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan kafenin əxlaqsızlıqla məşğul olmaq üçün təşkil edilmiş otaqlarında Şahid6 X1 ilə, Şahid7 Şahid2 ilə cinsi əlaqədə olduqdan sonra, bundan başqa kafenin ərazisində fahişəliklə məşğul olan Şahid5, Şahid14, Şahid1 qızı və Şahid4 aşkar edilmiş, həmçinin kafedə fahişəliklə məşğul olan qadınlardan yığılmış, Təqsirləndirilən şəxs könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyi 160 (yüz altmış) manat, Şahid7 Şahid2 ilə cinsi əlaqədə olmağa görə sonuncuya verdiyi 20 (iyirmi) manat, Şahid6 Ruxsarə Əzizova ilə cinsi əlaqədə olmağa görə sonuncuya verdiyi 50 (əlli) manat pul, fahişəliklə məşğul olan qadınların gün ərzində kişi müştəriləri ilə cinsi əlaqədə olmalarının qeydiyyatı jurnalı, cinsi əlaqə zamanı istifadə edilmiş və üzərində insana məxsus sperma izləri olan bir ədəd rezin qoruyucu götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesini icarəyə götürüb üç otağını fahişəliklə məşğul olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün yararlı vəziyyətə saldıqdan sonra 2019-cu ilin dekabr ayının əvvəllərindən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində həmin kafedə fahişəliklə məşğul olan Şahid14, Şahid1 qızı, Şahid2, X1, Şahid4 və Şahid5 kafenin çarpayı və yataq dəsti ilə təchiz edilmiş otaqlarından cinsi əlaqədə olmaq üçün istifadə etmələrinə görə hər qadından 10 manat məbləğində pul alaraq bu barədə əvvəlcədən tərtib edilmiş jurnalda qeydiyyat aparılmasını həyata keçirib fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 00:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan kafenin əxlaqsızlıqla məşğul olmaq üçün təşkil edilmiş otaqlarında Şahid6 X1 ilə, Şahid7 Şahid2 ilə cinsi əlaqədə olduqdan sonra, bundan başqa kafenin ərazisində fahişəliklə məşğul olan Şahid5, Şahid14, Şahid1 qızı və Şahid4 aşkar edilmiş, həmçinin kafedə fahişəliklə məşğul olan qadınlardan yığılmış, Təqsirləndirilən şəxs könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyi 160 (yüz altmış) manat, Şahid7 Şahid2 ilə cinsi əlaqədə olmağa görə sonuncuya verdiyi 20 (iyirmi) manat, Şahid6 Ruxsarə Əzizova ilə cinsi əlaqədə olmağa görə sonuncuya verdiyi 50 (əlli) manat pul, fahişəliklə məşğul olan qadınların gün ərzində kişi müştəriləri ilə cinsi əlaqədə olmalarının qeydiyyatı jurnalı, cinsi əlaqə zamanı istifadə edilmiş və üzərində insana məxsus sperma izləri olan bir ədəd rezin qoruyucu götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid14 ifadəsindən görünür ki, beş il əvvəl fahişəliklə məşğul olmuş, maddi ehtiyacları çox olduğu üçün 2019-cu ilin dekabr ayından yenidən fahişəlik etməyə başlamış, qohumu Aytən adlı qadın ona bildirmişdir ki, Xaçmaz rayonu, Qaradağlı kəndində “Şəfəq” adlı kafedə fahişəliklə məşğul ola bilər, çünki kafedə bu işə icazə verilir. Qərara gəlmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün fahişəliklə məşğul olsun, 2019-cu ilin dekabr ayının 20-də “Şəfəq” kafesinə getmiş, Təqsirləndirilən şəxs orada inzibatçı işləmiş, onu qarşıladıqdan sonra Əfqana bildirmişdir ki, fahişəliklə məşğul olmağa gəlmişdir. Əfqan da cavabında qeyd etmişdir ki, işlərə özü nəzarət edir. Əfqana kafedə fahişəliklə məşğul olacağını bildirəndə qeyd etmişdir ki, hər müştəri ilə kafedə görüşüb cinsi əlaqədə olmağa görə Əfqana adam başı 10 manat pul verəcək, müştərilərə intim xidmətlər göstərməyin pulunu isə müştəri ilə özü danışacaqdır. Razılaşdıqdan sonra kafedə fahişəliklə məşğul olmağa başlamış, gün ərzində 3-4 nəfər kişi müştərisi ilə görüşüb kafenin otaqlarından birində cinsi əlaqədə olmuş, gün ərzində müştərilərlə cinsi əlaqədə olduqdan sonra yığılan pulu özündə saxlamış, otağa hər dəfə girib-çıxdıqda, yəni müştəri ilə hər dəfə otaqda cinsi əlaqədə olduqda Əfqan bu barədə özündə qeydiyyat aparmış, günün sonunda o, yığılan pulu Əfqana vermişdir. xx xxxxxx 2020-ci il tarixdə “Şəfəq” kafesinə fahişəliklə məşğul olmaq üçün getmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində kafeyə polis əməkdaşları gəlmiş, ona xidməti vəsiqələrini göstərməklə kafedə əməliyyat tədbiri keçirildiyini bildirmiş, sorğu-sual etdikdə o, baş verənləri olduğu kimi bildirmişdir. Daha sonra onu araşdırma aparılması üçün İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişlər, o da etiraz etməmişdir. Baş İdarəyə gəldikdən sonra tədbir protokolu ilə tanış olmuş, doğru olduğu üçün imzalamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid5 ifadəsindən görünür ki, bir il yarım-iki ildir ki iş tapa bilmədiyi üçün fahişəliklə məşğul olur, Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində yerləşən “Şəfəq” adlanan kafenin əxlaqsız yuvası kimi fəaliyyət göstərməsini Bakı şəhərində klublardan birində qadınlardan eşitmiş, 2019-cu ilin dekabr ayında “Şəfəq” kafesinə getmiş, onu kafenin inzibatçısı Təqsirləndirilən şəxs qarşılamış, kafeyə fahişəliklə məşğul olmağa gəldiyini bildirdikdən sonra Əfqan onun dediyini təsdiqləmiş, bildirmişdir ki, istədiyi halda kafedə də qala bilər. Kafenin özünün ayrıca üç otağı olmuş, Əfqan izah etmişdir ki, kafeyə gələn kişilərlə həmin otaqlardan istənilən birində cinsi əlaqədə ola bilər. Əfqan həmçinin qeyd etmişdir ki, hər dəfə müştəri ilə otaqda cinsi əlaqədə olmağa görə haqq olaraq sonuncuya 10 manat pul verəcəkdir. Müştərilərlə cinsi əlaqədə olmağa görə qiyməti özü danışacaqdır. O razılıq verdikdən sonra kafedə qalıb fahişəliklə məşğul olmağa başlamışdır. 2019-cu ilin dekabr ayı ərzində “Şəfəq” kafesində 3-4 gün qalıb fahişəliklə məşğul olmuş, həmin müddət ərzində gündəlik 3-4 nəfər kişi ilə kafedə görüşüb cinsi əlaqədə olmuşdur. Hər adam başı Əfqana otaq pulu olaraq 10 manat pul vermişdir. Hər dəfə Əfqana pulu verəndə sonuncu özündə qeydiyyat aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə yenidən fahişəliklə məşğul olmaq üçün “Şəfəq” kafesinə getmişdir. Əvvəlki qaydada fahişəliklə məşğul olmağa başlamış, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində “Şəfəq” kafesinin zalında olarkən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları orada əməliyyat tədbiri keçirtmişlər. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, bir ay əvvəl “Şəfəq” kafesinin inzibatçısı Təqsirləndirilən şəxs onunla mobil telefonda danışaraq bildirmişdir ki, “Şəfəq” kafesini işlədir, fahişəliklə məşğul olmaq istəsə oraya getsin, müştərilərlə pul müqabilində görüşüb fahişəliklə məşğul olsun, kafedə buna icazə verir. Kafenin üç otağı olmuş, Əfqan izah etmişdir ki, həmin otaqlarda hər dəfə müştəri ilə cinsi əlaqədə olduqdan sonra Əfqana 10 manat pul verəcəkdir. Müştəri ilə cinsi əlaqədə olmağın qiymətini isə özü danışacaqdır. O razılaşmış və kafedə fahişəliklə məşğul olmağa başlamışdır. Gün ərzində 4-5 nəfər müştəri ilə kafenin üç otağından birində cinsi əlaqədə olmuş, hər müştəri ilə cinsi əlaqədə olmağa görə də Əfqana 10 manat pul vermişdir. O, hər gün kafenin otaqlarından birində qalmışdır. Kafedə adətən saat 14-dən gecə saat 02-03 radələrinə kimi, son müştəri gedənədək fahişəliklə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə günorta saat 14-dən gecə yarısınadək dörd nəfər müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində kafenin zalında oturub növbəti müştərini gözləyərkən kafeyə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iki nəfər hal şahidləri ilə birlikdə gəlmişlər. Kafedə ondan başqa bir çox digər qadınlar da fahişəliklə məşğul olmuş, onun kimi hər dəfə otaqda cinsi əlaqədə olmağa görə Əfqana 10 manat pul vermişlər. Əməliyyat tədbiri zamanı o, müştəri Şahid7la cinsi əlaqədə olmağa görə sonuncudan aldığı 20 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, xx xxxxxx 2020ci il tarixdən Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesində fahişəliklə məşğul olmuş, Təqsirləndirilən şəxs təşkil etdiyi şəraitdən istifadə edərək kafenin otaqlarında kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmuş, bunun müqabilində hər dəfə Əfqana 10 manat pul vermiş, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında kafeyə gəlmiş müştəri Şahid6la 50 manat pul müqabilində cinsi əlaqədə olmuş, xx xxxxxx 2020-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kafedə əməliyyat tədbiri keçirərkən həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini Xırdalan şəhərində kafedə xidmətçi işləyərkən eşitmiş, kafedə işdən çıxdıqdan sonra özünə iş tapa bilmədiyi üçün xx xxxxxx 2020-ci il tarixdə axşam saat 17 radələrində həmin kafeyə getmişdir. Kafenin zalında Təqsirləndirilən şəxs onu qarşılamış və bildirmişdir ki, kafenin inzibatçısıdır, nə üçün kafeyə gəldiyini soruşduqda bildirmişdir ki, eşitdiyinə görə kafedə qadınlar fahişəliklə məşğul olurlar. Əfqan bunu təsdiqlədikdən sonra bildirmişdir ki, o da kafedə fahişəliklə məşğul olmaq üçün gəlmişdir. Əfqan razılaşmış və bildirmişdir ki, hər müştəri ilə kafenin otağında cinsi əlaqədə olmağa görə sonuncuya 10 manat pul verəcəkdir. Razılaşdıqdan sonra kafedə fahişəliklə məşğul olmağa başlamış, gün ərzində 3-4 nəfərlə kafenin otağında cinsi əlaqədə olmuşdur. Kafedə müştəri olmayanda, gecə saatlarında gecəni qalmaq üçün hotelə getmiş, növbəti gün isə yenidən fahişəliklə məşğul olmaq üçün kafeyə qayıtmışdır. Əfqan ondan hər dəfə 10 manat pulu alanda bu barədə öz dəftərində qeydiyyat aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında kafenin həyətində olarkən kafeyə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 qızı Bakı şəhərində kirayədə yaşadığını, maddi imkanı yaxşı olmadığı üçün pul müqabilində kişilərlə görüşdüyünü, Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesində kişilərlə görüşdüyünü, Təqsirləndirilən şəxs kafenin inzibatçısı kimi tanıdığını, gün ərzində 2-3 müştəri ilə görüşdüyünü və hər müştəridən aldığı puldan 6 manatını kafenin icarədarı kimi otaq təşkil etdiyi üçün Ə..xudayarbəyliyə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, Şahid7 ilə Bakı şəhərində xatırlamadığı ünvanda birlikdə fəhlə işləyərkən tanış olmuş, xx xxxxxx 2020-ci il tarixdə Ayazla birlikdə Xaçmaz rayonuna fərdi əməklə məşğul olmaq üçün getmiş, Xaçmaz şəhərinə çatdıqda qərara gəlmişlər ki, bir gün istirahət etsinlər, rayon ərazisində fahişəliklə məşğul olan qadınlarla görüşsünlər. Xaçmaz şəhərində bir neçə nəfər taksi sürücüsündən maraqlandıqda onlara “Şəfəq” kafesinə getməyi məsləhət bilmişlər. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Ayazla birlikdə həmin obyektə getmiş, zalda əyləşdikdə orada 7-8 nəfər qadınların yüngül həyat tərzi keçirdiklərini görmüş, qadınlar hərəkətlərində çox sərbəst olmuş, deyib-gülür, zalda əyləşən müştərilərə söz atmışlar. Kafenin xidmətçisi Vüsal adlı şəxsə çay sifariş etmiş, sonra Ayaz kafenin zalında olan sonradan adının Mədinə olduğunu bildiyi qadına yaxınlaşmış və cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Mədinə isə cavabında Ayaza bildirmişdir ki, kafenin arxa tərəfində otaqlar var, həmin otaqlardan birində 20 manat pul müqabilində cinsi əlaqədə ola bilər. Ayazla Mədinə razılaşıb getmiş, o isə zalda əyləşmiş adı Ruxsarə olan qadına yaxınlaşmış, cinsi əlaqədə olmaq istədiyini qeyd etmiş, sonuncu bildirmişdir ki, onunla 50 manata kafedə cinsi əlaqədə ola bilər. Ruxsarə onu kafenin arxasında olan boş otaqlardan birinə aparmış, sonuncuya 50 manat pul verdikdən sonra üzərində qoruyucu olmadığı üçün Ruxsarədən ona qoruyucu verməsini xahiş etmiş, qoruyucudan istifadə etməklə Ruxsarə ilə cinsi əlaqədə olmuşdur. Qapı döyülmüş, qapını açdıqda üç nəfər polis əməkdaşları özlərini təqdim edib İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını qeyd etmiş, yanlarında olan şəxslərlə birlikdə istirahət mərkəzində əməliyyat tədbiri keçirdiklərini qeyd etmişlər. Ruxsarə sonuncuya verdiyi 50 manat pulu araşdırma üçün zəruri olduğundan polislərə təqdim etmiş, həmin pul kağız zərfdə qablaşdırılmış, bundan sonra polis əməkdaşları araşdırma aparılması üçün onları Bakı şəhərinə dəvət etmiş, Baş İdarədə polis əməkdaşları protokol tərtib etmiş, tanış olmaq üçün ona təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid7, məhkəmə iclasında Şahid6 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid10 göstərmişdir ki, 20-25 gün əvvəl uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bildirmişdir ki, “Şəfəq” kafesində işləyir, həmin kafenin işıq sistemini düzəltmək lazımdır. O elektrik işi bacardığı üçün razılıq vermiş, “Şəfəq” kafesinə getmiş, işıq sistemini qaydasına qoyduqdan sonra Əfqan təklif etmişdir ki, həmin kafedə xidmətçi işləsin. O da günü 15 manat olmaqla kafedə xidmətçi işləməyə razılaşmışdır. Gündəlik işi kafeyə gələn müştərilərə xidmət göstərmək olmuş, Əfqan kafeni əxlaqsız yuvası kimi işlətmiş, kafedə olan 6-7 nəfər qadınlar hamısı fahişəliklə məşğul olmaq üçün kafeyə gəmişlər. Qadınlar kafenin zalında oturub müştəri gözləyir, müştəri ilə razılaşıb kafenin üç ədəd otaqlarından birinə cinsi əlaqədə olmaq üçün getmişlər. Qadınların buna görə Əfqana pul verdiklərini görməmişdir. Çünki bu işlərə qarışmamışdır. Əfqan kafeni təkbaşına işlətmiş, işlərində başqa heç kim köməklik göstərməmişdir. İşi ağır olduğu üçün müştəri olmayanda çox vaxt kafenin otaqlarından birində yatıb dincəlmişdir. Kafedə Əfqandan başqa kiminsə işlədiyini, qadınlara nəzarət etdiyini görməmiş, işdən çox yorulduğu üçün tez-tez istirahət etmək üçün kafenin arxasında yerləşən otağa keçmişdir. Sadəcə olaraq kafedə daimi olaraq qadınların olduqlarını, fahişəliklə məşğul olmaq üçün müştəri gözlədiklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid11 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” adlı restoranda Əfqan adlı şəxsin qadınları zor tətbiq etməklə, hədə-qorxu ilə saxladığı və kişi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməsi barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması və müvafiq əməliyyat tədbirinin həyata keçirilməsi üçün Baş İdarə rəhbərliyinə müraciət olunmuş, yaradılmış əməliyyat müvəkkilləri Şahid13 və Şahid12 ibarət əməliyyat qrupu və hal şahidlərinin iştirakı ilə dərhal həmin gün Xaçmaz rayonuna yollanmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 00:20 radələrində Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesinə daxil olmuş, kafenin girişində onları qarşılayan və özünü “Şəfəq” kafesinin sahibi və inzibatçısı kimi təqdim edən Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən gəldiklərini, tərəfindən qəbul edilmiş qərar əsasında kafeyə hal şahidlərinin iştirakı ilə baxış keçirtmək istədiklərini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı təqdim etmiş, sonuncu kafedə baxış keçirilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif etmişlər ki, onlarla birlikdə baxışda iştirak etsin. Ümumi baxış zamanı müəyyən edilmişdir ki, kafe birmərtəbəli tikilidir, həmin tikilidə ümumi zal və mətbəx yerləşir, zalın arxasında isə üç qapısı bağlı otaqlar var. İlk olaraq kafenin ümumi zalına daxil olmuş, zalda olan beş nəfər qadınlar və iki nəfər kişi cinsindən olan şəxslərə yaxınlaşıb əməliyyat tədbiri keçirildiyini izah etmiş, həmin şəxslər, yəni X7, Şahid14, Şahid5, Şahid4 və Şahid2 kafedə Təqsirləndirilən şəxs icazəsi ilə fahişəliklə məşğul olduqlarını etiraf etmişlər. Şahid7 kafedə əxlaqsızlıq yuvası olduğunu bildiyi üçün həmin kafeyə fahişəliklə məşğul olan qadınlarla görüşüb cinsi əlaqədə olmaq üçün gəldiyini, fahişəliklə məşğul olan Şahid2 ilə bir müddət əvvəl kafenin şərait yaradılmış otağında cinsi əlaqədə olduğunu, bunun müqabilində Mədinəyə 20 manat pul verdiyini qeyd etmişdir. Şahid2 bu barədə soruşduqda sonuncu bunu təsdiqləmiş, kafenin şərait yaradılmış otaqlarında inzibatçı Əfqanın icazəsi ilə gələn müştərilərə intim xidmətlər göstərdiyini, Ayazla bir müddət əvvəl kafenin otağında cinsi əlaqədə olduğunu, buna görə Ayazdan 20 manat aldığını, həmin 20 manatın 5 manatını kafedə fahişəliklə məşğul olmaq üçün şərait yaratdığına görə Əfqanla razılaşmaya əsasən sonuncuya verəcəyini bildirmişdir. Şahid10 sorğu zamanı bildirmişdir ki, kafedə bir aya yaxındır xidmətçi işləyir, işi sadəcə olaraq müştərilərə yemək aparmaqdır. Şahid10 də təsdiqləmişdir ki, kafe əxlaqsız yuva kimi fəaliyyət göstərir. Daha sonra baxışın davamı olaraq zalın arxa tərəfində yerləşən otaqlara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirtmiş, həmin otaqların birində fahişəliklə məşğul olan X1 ilə cinsi əlaqədə olan Şahid6 aşkar edilmişlər. Sorğu zamanı həmin kişi müştəri otaqda aşkar edilən qadınla cinsi əlaqədə olduğunu, bunun müqabilində Şahid6 Ruxsarə Əzizovaya 50 manat pul verdiyini bildirmişdir. Ruxsarə Əzizova müştəridən aldığı həmin puldan 5-10 manatını kafedə cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə Təqsirləndirilən şəxs verəcəyini etiraf etmişdir. Şahid6la Ruxsarə Əzizovanın aşkar olunduqları otaqda yerdən bir ədəd istifadə edilmiş qoruyucu götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra kafenin inzibatçısı Təqsirləndirilən şəxs baş verənlər barədə soruşduqda sonuncu iki aya yaxındır “Şəfəq” kafesini işlətdiyini, həmin kafeyə müxtəlif yerlərdən fahişəliklə məşğul olan qadınları yığdığını, kafenin təyinatının məhz əxlaqsız yuva olduğunu, kafedə fahişəliklə məşğul olan qadınlarla aralarında olan danışığa əsasən hər müştəri ilə kafenin otaqlarında cinsi əlaqədə olduqlarına görə 5-10 manat pulu Əfqana verdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kafenin qeydiyyat kitabını onlara təqdim etmiş və bildirmişdir ki, hər qadın müştəri ilə kafenin otaqlarında cinsi əlaqədə olduqdan sonra bu barədə Əfqana bildirir, sonuncu isə qeydiyyat kitabında müvafiq qeyd aparmışdır. Təqsirləndirilən şəxs kafenin barında rəfdə olan 160 manat pulu onlara təqdim edərək bildirmişdir ki, həmin pul kafenin gündəlik fəaliyyətindən əldə edilən gəlirdir. Belə ki, pula həmçinin qadınların fahişəliklə məşğul olmağa görə verdikləri pul da daxildir. Təqsirləndirilən şəxs təqdim etdiyi 160 manat pul və qeydiyyat kitabı müvafiq qaydada özünün iştirakı ilə qablaşdırılmış və götürülmüşdür. Bundan başqa kafedə aşkar edilmiş Şahid2 və Ruxsarə Əzizovaya müştərilərlə kafedə cinsi əlaqədə olduqlarına görə aldıqları pulu təqdim etmək xahiş olunmuş, sonuncular hər biri ayrıayrılıqda müştərilərdən aldıqları pulu polis əməkdaşlarına təqdim etmişlər. Həmin pul hal şahidlərinin və özlərinin iştirakı ilə qablaşdırılmış, obyektdə aşkar edilmiş şəxslər araşdırma aparılması üçün İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş, hər hansı etiraz bildirilməmişdir. Baş İdarəyə qayıtdıqdan sonra keçirilmiş tədbirə dair protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara təqdim edilmiş, oxuduqdan sonra hər bir iştirakçı protokolu imzaları ilə təsdiqləmişlər. Bundan sonra da tədbir iştirakçılarının hər birindən izahat alınmış, toplanmış materialda cinayət tərkibinin əlamətləri olduğundan “Şəfəq” kafesində əxlaqsızlıq yuvası təşkil edilib saxlanması faktının araşdırlması və prosessual qərar qəbul edilməsi üçün material Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid12, Şahid13 , Şahid9 və məhkəmədə ifadəsi elan olunmuş Şahid8, Şahid11 ifadəsi ilə analoji ifadə vermişlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Mingəçevir şəhər 9 saylı Mənzil Təsərrüfatı və abadlaşdırılma İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən və arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə, təqsirləndirlən şəxsin, şahidlərin ifadələri və digər sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən “Şəfəq” kafesini icarəyə götürüb üç otağını fahişəliklə məşğul olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün yararlı vəziyyətə saldıqdan sonra 2019-cu ilin dekabr ayının əvvəllərindən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində həmin kafedə fahişəliklə məşğul olan Şahid14, Şahid1 qızı, Şahid2, X1, Şahid4 və Şahid5 kafenin çarpayı və yataq dəsti ilə təchiz edilmiş otaqlarından cinsi əlaqədə olmaq üçün istifadə etmələrinə görə hər qadından 10 manat məbləğində pul alaraq bu barədə əvvəlcədən tərtib edilmiş jurnalda qeydiyyat aparılmasını həyata keçirib fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 00:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan kafenin əxlaqsızlıqla məşğul olmaq üçün təşkil edilmiş otaqlarında Şahid6 X1 ilə, Şahid7 Şahid2 ilə cinsi əlaqədə olduqdan sonra, bundan başqa kafenin ərazisində fahişəliklə məşğul olan Şahid5, Şahid14, Şahid1 qızı və Şahid4 aşkar edilmiş, həmçinin kafedə fahişəliklə məşğul olan qadınlardan yığılmış, Təqsirləndirilən şəxs könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyi 160 (yüz altmış) manat, Şahid7 Şahid2 ilə cinsi əlaqədə olmağa görə sonuncuya verdiyi 20 (iyirmi) manat, Şahid6 Ruxsarə Əzizova ilə cinsi əlaqədə olmağa görə sonuncuya verdiyi 50 (əlli) manat pul, fahişəliklə məşğul olan qadınların gün ərzində kişi müştəriləri ilə cinsi əlaqədə olmalarının qeydiyyatı jurnalı, cinsi əlaqə zamanı istifadə edilmiş və üzərində insana məxsus sperma izləri olan bir ədəd rezin qoruyucu götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə tövsüf olunmuşdur, onun əməlləri bu maddəsi ilə tam əhatə olunur və onun əməllərində Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxsnın təqsirini etiraf edərək səmimi peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsnın törətdiyi cinayətin ağırlığını, təqsirləndirilən şəxsin yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar əsas götürərək belə hesab edir ki, ona müvafiq maddənin sanksiyası həddində jərimə növündə jəza təyin edilməli, Azərbayjan Respublikasının CMnin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) il 02 (iki) ay müddəti nəzərə alınmaqla, cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 20-ci bəndinə əsasən CM-nin 69.4-cü maddəsinə görə, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma jərimə yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirici xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirələrək hökm qanuni qüvvəsini alanadək başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Hökm qanuni qüvvəsini alandan sonra iş üzrə maddi sübut qablaşdırılmış zərfdə olan bir ədəd qoruyucu məhv edilməli, 230 (iki yüz otuz) manat pul dövlət nəfinə kecirilməlidir. İş üzrə məhkəmə xərjləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş jinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat miqdarında jərimə jəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) il 02 (iki) ay müddət nəzərə alınmaqla, cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirələrək hökm qanuni qüvvəsini alanadək başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia verilməmişdir. Hökm qanuni qüvvəsini alandan sonra iş üzrə maddi sübut qablaşdırılmış zərfdə olan bir ədəd qoruyucu məhv edilsin, 230 (iki yüz otuz) manat məbləğində pul dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar