Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-14/2022 28.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni ümumilikdə 145,521 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış və bu fakt 12 iyul 2021 -ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə saat 13:15-13:55 müddətində baxış keçirilərkən birinci mərtəbədə yerləşən yataq otağındakı çarpayının altında olan karton qutunun içərisində açıq vəziyyətdə 145 qram və bir ədəd sellofan torbada 0,521 qram çəkilərdə olmaqla, ümumilikdə 145,521 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən siqaretə doldurma yolu ilə çəkərək istifadə edir. Axırıncı dəfə 2016-cı ildə narkotik vasitə istifadə etməsinə görə Xaçmaz rayon məhkəməsinin hökmü ilə həbs olunmuş, 26 avqust 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təxminən bir həftə əvvəl Xaçmaz rayonu Gülalan kəndi ərazisində yerləşən gölə balıq tutmaq üçün gedəndə oradakı kolluq ərazidə bir ədəd narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Tanıdığı üçün həmin çətənə bitkisini kökündən çıxarıb hissələrini yığıb yaşadığı evə gətirmiş və yataq otağındakı çarpayının altında karton qutuda qurutmaq və istifadə etmək üçün saxlamışdır. 12 iyul 2021-ci il tarixdə nahar fasiləsi ərəfəsində evdə olduğu zaman onun yaşadığı evə polis əməkdaşları gəlmişlər və ona yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını bildirmişlər. O da, səmimi olaraq etiraf edərək yaşadığı evdə ona məxsus yataq otağında, narkotik vasitə olduğunu və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmağa başlanmışdır. O, özü polis əməkdaşlarını yaşadığı evdə olan yataq otağına aparıb orada çarpayının altında karton qutuda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra təlıqiqalçı onun təqdim etdiyi karton qutunun qapağını açmış, bu zaman həmin karton qutunun içərisində açıq vəziyyətdə, həm də həin qutunun içərisində bir ədəd sellofan torbanın içərisində olan bitki kütləsinin nə olduğunu soruşduqda, o, karton qutuda və sellofan torbanın içərisində olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı onun bu sözündən sonra, karton qutuda olan bitki kütləsini baxışda iştirak edən şəxslərin iştirakı ilə bir ədəd zərfdə qablaşdırım, bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o və baxışda iştirak edən şəxslər tərtib olunan protokolun doğruluğunu və narkotik vasitə qablaşdırılan zərfin tamlığını imzası ilə təsdiq etmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 göstərdi ki, o, polis leytenantı rütbəsində olmaqla Xaçmaz RPŞ-nin CAB- ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021 -ci il tarixdə Xaçmaz RPŞ-nin TB- nin təhqiqatçısı, polis kapitanı X3 dəvəti üzrə Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməsi üçün getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış çatdıqdan sonra, sonuncunu yaşadığı evin giriş qapısına dəvət etmişlər. Təqsirləndirilən şəxs onların yanma gəlmiş, təhqiqatçı Ehtibar Mehtiyev sonuncuya yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə RPŞ-nə məlumat daxil olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs həqiqətən yaşadığı evdə narkotik vastə saxladığını səmimi şəkildə etiraf etmişdir. Bundan sonra E.Mehtiyev Təqsirləndirilən şəxs, yaşadığı evə videoçəkilişlə baxış keçirəcəklərini, buna etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra E.Mehtiyev Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs da, onları yaşadığı evin birinci mərtəbəsində yerləşən, özünəməxsus yaşadığı aparmışdır. Otağa girdikdən sonra Təqsirləndirilən şəxs özünə məxsus çarpayının altından bir ədəd karton qutu çıxarıb, həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı E.Mehtiyev həmin karton qutunu otaqda olan masanın üzərinə qoyduqdan sonra, qutunun qapağını açmışdır. Qutunun içərisində açıq vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olmuşdur. Bundan başqa, həmin qutunun içərisində bir ədəd sellofan torba da olmuşdur. E.Mehtiyev həmin sellofan torbanı əlinə götürüb baxanda görmüşdür ki. onun da içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi vardır. Bundan sonra E.Mehtiyev aşkar olunmuş bitki kütlələrini bir ədəd zərfdə qablaşdırmışdır. Bitki kütləsinin qablaşdırıldığı zərfin üzəri Təqsirləndirilən şəxs və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə başqa hər hansı bir qanunsuz əşya və yaxud narkotik vasitə, psixatrop maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazıldığına görə baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxış prosesi əvvəldən sonadək videokamera ilə lentə alınmış və bitdikdən sonra çəkiliş dayandırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 Xaçmaz rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs uzun müddətdir ki, spirtli içki və narkotik vasitə qəbul edir. Buna görə də tez-tez Mədətlə aralarında mübahisə olmuşdur. xx.xx.2021 -ci il tarixdə səhər saatlarında o, qardaşı Mədətin yataq otağını səliqəyə salan zaman, həmin otaqda olan çarpayının altında bir ədəd karton qutu olduğunu görmüşdür. O. həmin karton qutunun içərisinə baxan zaman, qutunun içərisində kəskin iyli, qurudulmuş bitki kütləsi olduğunu görmüşdür. O, əvvəldən qardaşı Mədət narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitəni siqaretə doldurub çəkdiyini bilmişdir. Mədətin otağında çarpayının altında karton utunun içərisində olan bit kütləsini gördükdən sonra da, başa düşmüşdür ki, Mədətin yataq otağında, yatdığı çarpayının altında olan bitki kütləsi elə narkotik vasitədir. O da, xx.xx.2021 -ci il tarixdə Xaçmaz RPŞ-də, Mədətin birgə yaşadıqları evdə olan yataq otağında, çarpayının altında narkotik vasitə saxlaması barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmiş və bu barədə nə bilirsə izahatımda bildirmişdir. Onun, qardaşı Mədətin həmin narkotik vasitəni yaşadıqları evə nə vaxt gətirməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan baxış protokolundan görünür ki, 12 iyul 2021-ci il saat 13:15-dən 13:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs ünvan 5 ünvandakı yaşadığı evə baxış keçirilərkən ona məxsus yataq otağında olan çarpayının altından, bir ədəd karton qutunun içərisindən açıq vəziyyətdə, bundan başqa həmin karton qutunun içərisində bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçirilməsi görüntüləri əks olunan diskə dair münasibət bildirərək, diskə olan şəxsin onun özünün olmasını və həmin diskin sübut növü kimi qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan məhkəmə-bioloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 7/668 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdə təmiz çəkisi 145,0 qram və həmin paketdə bir ədəd sellofan torbada təmiz çəkisi 0,521 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuananın ümumi çəkisi 145,521 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan məhkəmə-narkoloji ekspertizanın 19 avqust 2021-ci il tarixli 2982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİQİDLƏRİN və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİND1ROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 5 ünvanında yerləşən yaşadığı evdən aşkar edilmiş bir ədəd karton qutududa, təmiz çəkisi 145,0 qram və bir ədəd sellofan torbada, təmiz çəkisi 0,521 qram, ümumilikdə təmiz çəkisi 145,521 qram narkotik vasitə olan qurudulmuş marixuana və hadisə yerinə baxışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalan 145,481 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ- nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon İcra Hakimiyyətinin Xudat şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli xaiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021 -ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə AR CM- nin 128, 221, 234.1, 66.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq Xaçmaz rayon məhkəməsinin hökmü ilə 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsi 128-ci maddəsinə tövsüf edilmiş və AR CM-nin 234.1, 128 və 66.3-cü maddələrinə əsasən 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə xx.xx.2016- cı il tarixdə amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılaraq azərində 02 (iki) il, 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs sonuncu cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni ümumilikdə 145,521 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış və bu fakt 12 iyul 2021 -ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə saat 13:15-13:55 müddətində baxış keçirilərkən birinci mərtəbədə yerləşən yataq otağındakı çarpa>ımn altında olan karton qutunun içərisində açıq vəziyyətdə 145 qram və bir ədəd sellofan torbada 0,521 qram çəkilərdə olmaqla, ümumilikdə 145,521 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 12 iyul 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 14 iyul 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(067)-14/2022 saylı qərarında görünür ki, iş üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığından barəsində məcburi gətirilmə qərarı çıxarılaraq icra edilməsi üçün şəxin yaşadığı yer üzrə Xaçmaz rayon Polis Şöbəsində gönədirilmiş, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən 02 fevral 2022-ci il tarixli 160-3333-1222 saylı məktubla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs yaşadığı yer müəyyən ədilmədiyindən şəxsin məcbur qaydada gəritilməsi mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(067)-14/2022 saylı qərarında görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı yer müəyyən edilmədiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axatrış elan edilmiş və həmin qərarın icrası şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon Polis Şöbəsində gönədirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon Polis şöbəsinin 07 iyun 2022-ci il tarixli, 160-14146-1222 saylı məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində 780069 nömrəli axtarış işi açılmış və o, 06 iyun 2022-ci il tarixdə Xaçmaz rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə Xaçmaz rayon X6 Saxlama Yerinə təhvil verilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 06 iyun 2022ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 145,481 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 66,46 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə qalsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilkatiki qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana 145,481 qramı məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-14/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-14/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver