Məhkəmə qərarları › İş №1(067)-14/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-14/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-14/2025 14.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1980-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə xx.xx.1975-ci ildə Xaçmaz rayonunun,Mursalı-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun,Mursalıqışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə, eləcə də əlilliyi ilə əlaqədar əmək pensiyası almadığı dövrdəki pulları da alacağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayında sonuncunun yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs3 anası Şahid8 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasım bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 12 avqust 2022-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibatı binasında Zərərçəkmiş şəxs3 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Daha sonra o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 əlilliyi ilə əlaqədar sonuncunun dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin sentyabr ayında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibati binasında 1.000 manat, bir gün sonra isə Xaçmaz rayonu. Xudat şəhərində yerləşən avtovağzalda Zərərçəkmiş şəxs8 1.000 manat olmaqla, ümumilikdə isə 2.000 (iki min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 və sonuncunun ailə üzvləri olan - arvadı Şahid3, bacıları Şahid5 və X1 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyalarını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibati binasında Zərərçəkmiş şəxs6 xeyli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 və sonuncunun ailə üzvləri olan - arvadı Şahid3, bacıları Şahid5 və X1 2021-ci ildən 2023-cü ilədək olan dövr üzrə dayandırılmış əlilliyi ilə əlaqədar əmək pensiyalarına görə onlara verilməli olan pulları geri qaytaracağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının həyətində Zərərçəkmiş şəxs6 2.600 (iki min altı yüz) manat pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs7 məxsus Xaçmaz şəhərinin mərkəzində yerləşən dairədən Xaçmaz-Quba yolu istiqamətində 600 metr aralıda yolun sol tərəfində yerləşən torpaq sahəsində tikinti aparmağa Xaçmaz rayon İcra Hakimiyyətindən icazə alacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs7 məxsus Xaçmaz-Quba yolunda yerləşən mağazada 3.000 manat, 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 1.000 manat, 2022-ci ilin dekabr ayında sonuncu ünvanda 500 manat olmaqla ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs7 alıb ələ keçirməklə təkrar, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs4 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs1 tlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar daha yüksək əmək pensiyası almasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin yanvar ayının sonlarında sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 övladı Şahid6 Xaçmaz rayon mərkəzi xəstəxanasında sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibati binasının həyətində Zərərçəkmiş şəxs6 4.500 manat, 2023-cü ilin fevral ayının ortalarında isə həmin yerdə Şahid6 500 manat olmaqla, ümumilikdə 5.000 (beş min) manat məbləğində özgənin əmlakı olan Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs2 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının ortalarında sonuncuya məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən mağazada 300 manat, habelə bir həftə sonra həmin yerdə 500 manat olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs5 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2023cü ilin aprel ayında ünvan 4 ünvanında yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs5 670 (altı yüz yetmiş) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar daha yüksək əmək pensiyası almasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin yanvar ayının sonlarında sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncudan 800 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 çoxdan tanıyır. Qardaşına görə tanış olmuş və onlar arasında gediş-gəlişləri olmuşdur. O, bir dəfə Rövşəni əlində sənədlərlə xəstəxanaya gedən görmüş və ondan əlindəki sənədlər nə sənədlər olduğunu soruşduqda, Rövşən ona özü üçün pensiya düzəltməyə getdiyini və pensiyaya çıxara bilən adam tanıyırsa ona deməsini bildirdi.O, da Rövşən barədə Raufa bildirəndə Rauf ona demişdir ki, «Rövşən mənim qohumumdur gedək danışaq». Onlar Rövşəni pensiya çıxarması ilə bağlı söhbət etmişlər və razılığa gələrək Rauf onun maşınında Rövşəndən 3800 manat pul almışdır. Lakin sonradan Raufun Rövşəndən 800 manat pul aldığını görməmişdir. Həmin ərəfədə o, Raufdan pul istəmiş və o, ona Rövşəndən aldığı puldan 1900 manat pul vermişdi. Lakin sonradan imkanı olmadığı üçün aldığı borcu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Mursalı-Qışlaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. Özü hal-hazırda heç bir yerdə işləmir. X6 tanıdığını, onunla münasibətlərinin norma! olduğunu və onun dedikləri ilə razı olduğunu bildirmişdir. Belə ki, 2023-cü ilin yanvar ayında icarəyə götürdüyü “Vaz-2106” markalı ancaq dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə Xaçmaz rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olurmuş, ancaq qeyd edir ki, hal-hazırda avtomobil artıq onda deyil. 2023-cü ilin yanvar ayının əvvəllərində yenə də Xaçmaz rayonunda taksi fəaliyyəti ilə məşğul olurmuş. Bu zaman xatırlamadığı küçədə Rövşən Qənbərov onun avtomobilinə minmiş və onu xatırlamadığı yerə düşürtməyini xahiş eləmişdir. O da Rövşənlə raızlaşmişdir. Beləcə hər ikisi avtomobildə söhbət eləməyə başlamış, söhbət zamanı Rövşən ona İİ qrup əlil olduğunu, ancaq pensiyasının kəsildiyini söyləmiş, o da Rövşənə heçnə demədən qulaq asırmış. Daha sonrada Rövşəni istədiyi ünvana düşürtmüşdür. Qeyd edir ki. Təqsirləndirilən şəxs2da artıq uzun müddətdir ki. Xaçmaz rayon sakini kimi tanıyır və onunlada münasibətləri normal olmuşdur. Rövşəni düşürtdükdən sonra Xaçmaz rayon ərazisində təsadüfən Raufla rastlaşmış, belə ki, o Raufla demək olar ki, 2-3 gündən bir rastlaşırmış və hər dəfəsində də oturub onunla söhbət edirmiş. Elə həmin günü Raufla söhbət zamanı Rauf Xaçmaz RMX-da bir tanışının olduğunu, onun kəsilmiş pensiyaları bərpa edə bildiyini söyləmiş, o da Raufa Xaçmaz rayon sakini Rövşənin adını çəkmiş, o da ona həmin şəxsi tanıdığını söyləmişdir. O da Raufa mümkündüsə elə Rövşənin də pensiyasını bərpa etməyini söyləmiş. Raufa onunla razılaşmış, daha sonrada bir-birlərindən sağollaşaraq uzaqlaşmışlar. 15 yanvar 2023-cü il tarixdə Raufla yenidən Xaçmaz rayonunda görüşmüş. Rauf onun yanında Rövşənin mobil telefonuna zəng edərək onun harada olmasını soruşmuş, oda cavabında Xaçmaz rayonunda yerləşən “Eurohome” mağazasının qarşısında olduğunu söyləmişdir. Raufda ona orada gözləməli olduğunu bildirərək ona demişdir ki, “Rövşənin yanına gedək”. Beləcə hər ikisi onun avtomobilinə minərək Xaçmaz rayonunda yerləşən “Eurohome” mağazasının qarşısına getmiş, çağazanın qarşısına çatdıqda Rövşənlə görüşərək söhbət etməyə başlamışlar. Söhbət zamanı X43 RMX-da adamının olduğunu, kəsilmiş pensiyalar bərpa edə biləcəyini söyləmiş. Rauf elə danışırmış ki. Rövşəndə ona qarşı inam yaranmışdır. Sonda Rövşəndə onunla razılaşmış. Rauf isə pensiyanın bərpası üçün 3.800 manat pul lazım doluğunu söyləmişdir. Rövşəndə pensiyasının kəsildiyini söyləyərək razılaşmağa məcbur olduğunu bildirmiş, ardınca isə Rövşən öz avtomobilinə minərək onlarında onun arxası ilə gəlməli olduğunu söyləmişdir. Onlarda avtomobilə minərək Rövşənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin arxası ilə getmiş, ünvanı dəqiq xatırlamadığı evin qarşısında Rövşən avtomobili saxlayaraq avtomobildən düşdükdən sonra evə daxil olmuş, onlarda onu çöldə gözləmişlər. Rövşəndə evdən çıxaraq 3.800 manat pulu Raufa vermiş. Raufda pulu aldıqdan sonra qısa zaman ərzində onun işini bərpa edəcəyini söyləmişdir. Ardınca onlarda avtomobilə minərək oradan uzaqlaşmış, sonrada Rauf 3.800 manat puldan 1.900 manat pulu ona vermişdir. Qeyd edir ki, həmin vaxtlar borcu çox olduğuna görə də Raufla belə razılaşmışlar ki, həmin pulu öz aralarında bölsünlər. Sonra əllərinə pul düşəndə Rövşənin pulunu qaytararlar. Ancaq elə oldu ki, onun işləri daha da pisləşdi və o. Rövşənin pulunu qaytara bilməmişdir. Ancaq sonradan Rövşəndən eşitmişdir ki. Rauf daha sonradan ona demədən Rövşəndən təkbaşına 800 manatda pul almışdır. Təqsirləndirilən şəxs2 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır. Həkim Mədinov onunla əlaqə saxlayaraq onu xəstəxanaya dəvət eləmiş, o da dəvət əsasında getmişdir. Mədinovun otağına girən zaman otaqda Mədinov ilə birlikdə bir nəfər şəxs olmuşdur. Mədinov onu təqdim edərək adının Şakir olduğunu söyləmiş və Şakiri görsədərək ona demişdir ki, Şakir onun mirasıdı. Mədinovla Şakir hər ikisi Qırızlı olduqları üçün onlarda miras deyilir. X40 beş il bundan əvvəl pensiyaya çıxartmışdır. Söhbət zamanı Mədinov ona demişdir ki, “Şakir özü ilə birlikdə ailə üzvləri olmaqla 4 nəfərin kəsilmiş təqaüdünü bərpa etmək istəyir. Ona köməklik göstərim”. O da Şakirə təqaüdün bərpası üçün 8.000 manat pul verməli olduğunu söyləmişdir. Şakirdə onunla razılaşaraq çıxıb getmiş və bir saat sonra gəlmiş və 8000 manat pulu gətirərək sayıb ona vermiş, həkim Mədinov ona bildirmişdir ki, pulu saysın o da pulu saymışdır. Bundan sonra Şakir çıxıb getmişdi. O, 8000 manat pulu Mədinova verib, həkim də həmin puldan ona 600 manat pul vermişdir. Həkim rəhmətə gedən günü o, həkimə 28 gün zəng etmiş, lakin telefonu götürməmişdir. Bundan sonra o, həkimin yaşadığı ünvana getmiş və orda xəbər tutmuşdur ki, həkim rəhmətə gedib. O, həkimin oğluna yaxınlaşdıqda, oğlu ona bildirmişdir ki, «qoy söz söhbət yaratmayaq, ayıbdır, biabırcılıq olmasın, rəhmətə gedənimizi dəfn edək yoluna qoyarıq». Səhəri gün yenə ora getmiş və həkimin oğluna yaxınlaşaraq ona bildirmişdir ki, «camaat məni qıracağ burda pulu vermək lazımdı». Mədinovun oğlu ona bildirmişdir ki, «keçi can üsdə qəssab piy axtarır». O, isə həkimin oğluna bildirmiş ki, «məni mələdəcəklər, məndən istəyəcəklər». Gəlməyən zərərçəkmiş şəxslərdən alınan pul tamami ilə qaytarılıb və ərizələridə var.Ödənilməyən üç nəfərdən Rövşən Rasimlik olduğunu, qalan iki nəfər isə Şakirlə Rasim onluq olduğunu bildirmişdir. Şakirə 14000 manat, Rasimə isə 2000 manat borcu olduğunu bildirir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. Özü hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs7 artıq uzun müddətdir ki, tanıyır və onunlada münasibətlərim normal olmuşdur. Bundan əlavə Rövşənin dedikləri ilə razıdır. Belə ki. Zərərçəkmiş şəxs7 Xaçmaz-Quba yolunun üzərində boş torpaq sahəsi varmış. 2022-ci ilin noyabr ayinda Rövşənlə Xaçmaz rayonu ərazisində təsadüfən görüşmüş, görüş zamanı Rövşənlə söhbət edəndə sonuncu Xaçmaz-Quba yolunun üzərində torpaq sahəsinin olduğunu, həmin torpağın üzərində tikinti işləri aparmaq istədiyini, ancaq tikinti üçün icra hakimiyyətindən icazə ala bilmədiyini söyləmişdir. Bu zaman o, fikirləşmişdir ki, bəlkə də həmin icazə sənədlərini özüm ala bilər. Buna görə də Rövşənə dost-tanışının çox olduğunu, əgər istəyərsə onun üçün icazə sənədləri ala biləcəyini söyləmişdir. Rövşəndə onunla razılaşmışdır. O da buna görə Rövşənə ona vaxt verməsini və icazə sənədləri üçün nə qədər pul lazım olacağını öyrənəcəyini söyləyərək ondan aralanmışdır. Onun yanından aralandıqdan sonra öz-özümə Rövşəndən nə qədər pul istəməli olduğumu fikirləşmiş və belə qənaətə gəlmişdir ki. Rövşəndən ümumilikdə 7.000 manat pul istəsin. O, öz-özünə fikirləşmişdir ki, əvvəl Rövşəndən 3.000 manat pul istəsin. Həmin pullada icazə sənədləri almağa çalışsın. Qalan 4.000 manatıda özüm üçün istəyər. Beləcə 2022-ci ilin noyabr ayında Rövşənin Xaçmaz-Quba yolunun üzərindəki sonuncuya məxsus mağazaya getmiş və onunla söhbət edərək icazə kağızı üçün ümumilikdə 7.000 manat pul lazım olduğunu, 3.000 manatı əvvəlcədən, qalan 4.000 manatı isə sənədlər düzələndən sonra ondan alacağını söyləmiş. Rövşəndə onunla razılaşaraq 3.000 manatı elə həmin vaxt ona təqdim eləmişdir. O da pulu götürərək oradan uzaqlaşmışdır. Pulu aldıqdan sonra ilk növbədə həqiqətəndə torpaq üçün icazə sənədləri çıxartmağa çalışmış, ancaq elə olmuşdur ki, icazə sənədlərini hazırlaya bilməmişdir. Həmin vaxtlarda da onun pula ehtiyacı yaranmış, ona görə də məcbur olub Rövşəndən aldığı 3.000 manat pulu öz şəxsi işlərinə xərcləmişdir. Bundan bir müddət keçdikdən sonra ona yenidən pul lazım olmuş, buna görə də Rövşənlə telefon əlaqəsi saxlayaraq ona icazə sənədləri üçün əlavə 1.000 manat pul lazım olduğunu söyləmiş. Rövşəndə onunla razılaşaraq evdə olduğunu və gəlib onun evindən pulu götürməyini söyləmişdir. Beləcə 2022-ci ilin dekabr ayında Rövşənin yaşadığı Xaçmaz şəhəri. Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, orada Rövşənlə görüşərək sonuncudan 1.000 manat pulu götürmüş və həmin puluda şəxsi işlərinə xərcləmişdir. O, bu pulları alan zaman fikirləşmişdir ki, gələcəkdə pulu olan kimi Rövşənin pulunu qaytarar və ondan sənədlərini düzəldə bilmədiyini söyləyər. Həmin gündən 1 həftə sonra, yəni 2022-ci ilin dekabr ayında yenidən ona pul lazım olmuş, buna görə də Rövşəndən yenidən pul istəməyi fikirləşmişdir. Ancaq fikirləşmişdir ki, pulu icazə sənədlərinə görə istəsə Rövşən birdən ona pul verməz. Buna görə fikirləşmişdir ki. Rövşəndən pulu bu səfər borc kimi istəsin. Buna görə də Rövşənlə telefon əlaqəsi saxlayaraq bu səfər özünə 500 manat borc pul lazım olduğunu, ondan alacağı borc pulu qısa zaman ərzində qaytaracağını, əgər qaytara bilməsə icazə sənədləri düzələndən sonra ona verəcəyi puldan çıxmalı olduğunu söyləmişdir. Rövşəndə bu səfər onunla yenidən razılaşmış və evdə olduğunu, gəlib pulu evdən götürə biləcəyini söyləmişdir. O da buna görə 2022-ci ilin dekabr ayında Rövşənin yaşadığı evə gedərək ondan 500 manat pulu götürmüş, həmin puluda özü üçün xərcləmişdir. O, bir daha qeyd edir ki, o, fikirləşirmiş ki, əlinə pul düşən kimi Rövşənin pulunu qaytarar. Ancaq əlinə pul keçmədiyinə görə Rövşənin pullarını geri qaytara bilməmişdir. Bundan sonra Rövşən onunla əlaqə saxlamağa çalışmış, ancaq o. Rövşəndən utandığına görə onun zənglərinə cavab verməmişdir. Fikirləşirmiş ki, pul tapan kimi Rövşənlə əlaqə saxlayar. Elə olmuşdur ki, günlərin bir günü tanışı Şahid7 onunla telefon əlaqəsi saxlayaraq işlədiyi kafeyə Rövşənin gəldiyini, sonuncunun baş vermiş hadisəni ona danışdığını və buna görə də Rövşənin onu axtardığını söyləmiş, o da artıq gizlənməyin bir mənasının olmadığını fikirləşərək. Nazimdən xahiş etmişdir ki, onunla birgə Rövşənin obyektinə gedərək onun pulunu qaytamağı üçün ona vaxt verməyini Rövşəndən xahiş etsinlər. Nazim onu uzun müddətdir ki, tanıdığına görə sonuncu ona rədd cavabı verməmiş, buna görə də Nazimlə birlikdə hər ikisi Rövşənin obyektinə gedərək onun icazə sənədini düzəldə bilmədiyini, ancaq pulu xərclədiyini və onun pulunu qaytaracağını söyləmiş, ancaq pulu qaytarmaq üçün Rövşənin ona vaxt verməli olduğunu bildirmişdir. Rövşəndə onunla razılaşmış, ancaq Rövşənin ona verdiyi vaxt ərzində də o. Rövşənin pulunu qaytara bilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 Mehralı oğlunu tanıdığını və onun dedikləri ilə qismən razı olduğunu söyləmişdir. Belə ki, 2022-ci ilin avqust ayında Xaçmaz RMX-da olduğunu, həmin vaxtıda Şahid7 xəstəxanada xəstəliyi ilə əlaqədar müalicə olunduğunu, həmin ərəfələrdə Çingizi xəstəxanada gördüyünü qeyd etmişdir. Çingizlə söhbət zamanı ondan xəstəxanada nənədiyini soruşduqda Çingizin anasının xəstə olduğunu və ona təqaüd düzəltdirmək istədiyini söyləmişdir. O da Çingizə xəstə vətəndaşların kəsilmiş pensiyalarını bərpa edə biləcəyini, ancaq bunun üçün pul lazım olduğunu söyləmiş, bu zamanda yanlarına Nazimdə gəlmişdir. Söhbət zamanı Çingiz ondan nə qədər pul lazım olduğunu söyləmiş, o da Çingizə ümumilikdə 2.800 manat pul lazım olduğunu və həmin pulun müqabilində anasının kəsilmiş təqaüdünü düzəldə biləcəyini söyləmişdir. Çingiz anasının təqaüdünü düzəltmək məqsədilə tez-tez Xaçmaz RMX-na gəldiyini, buna görə də artıq bezdiyini və 2.800 manat pulu ona verəcəyini söyləyərək cibindən həmin pulu çıxartmışdır. Həmin vaxtda yanında Nazimdə varmış. O da pulu və anası Rəna xanımın xəstəliyi ilə əlaqədar tibbi kağızlarını götürərək oradan uzaqlaşmışdır. Pulu alan zaman Çingizə demişdir ki, ümumilikdə 2-3 ay ərzində anasının təqaüdü bərpa olacaq. Ancaq elə olmuşdur ki, Rənanın təqaüdünü bərpa etmək üçün adam tapa bilməmişdir. Sonradan da Çingizdən aldığı 2.800 manat pulu özünün şəxsi işlərinə xərcləmişdir. Qeyd edir ki, həmin məsələ ilə bağlı Nazimin heç bir əlaqəsi olmamışdır. Nazim həmin vaxtı xəstəxanada müalicə alırmış. Sonradan Nazimdə ondan bu məsələni soruşduqda oda Nazimə müxtəlif yalanlar söyləyərək onu yola vermişdir. Belə ki, Şahid7 ilə eyni məhəllədə qalmış və onuda uzun müddətdir ki, tanımışdır. Bundan əlavə qeyd edir ki, xəstəxanada ürək həkimi işləyən və 2023-cü ilin mart ayında vəfat etmiş həkim Mədinovuda uzun müddətdir ki, tanıyır və onunlada münasibətləri hər zaman normal olmuşdur. Bununla yanaşı Zərərçəkmiş şəxs8 tanıdığını, ancaq onunla şəxsi münasibətinin olmadığını, sadəcə olaraq onunla bir neçə dəfə görüşərək söhbət etdiyini və həmin şəxsin dedikləri ilə razı olduğunu bildirmişdir. Belə ki, 2022-ci ilin yay aylarında Şahid7 ağır şəkər xəstəliyinə düşdüyünə görə xəstəxanada müalicə aldığını, həmin vaxtlarda da tez-tez Nazimə baş çəkdiyini, hər dəfəsində də xəstəxanaya gedəndə Mədinovla görüşüb söhbət etdiyini bildirmişdir. Mədinovla etdiyi söhbətlərin birində Mədinov söhbət zamanı ona təklif etmişdir ki, ona təqaüd düzəltmək üçün adam tapsın, adamı təqaüdə çıxartmaq üçün də ümumilikdə 2.000 manat pul lazımdır. Həmin 2000 manatında 200 manatını ona verəcəyini söyləmişdir. Bundan əlavə əgər vətəndaşın təqaüdü kəsilmişsə və kəsilmiş pensiyalarıda almaq istəyirsə bunun üçündə 800 manat pul verilməlidir. Oda Mədinovla razılaşmışdır. Bir müddətdən sonra, 2022-ci ilin sentyabr ayında Mədinov onu yanına çağıraraq ona xəstəxanada olmalı olduğunu, belə ki, onun yanına yaşlı bir qadın və kişini göndərəcəyini və onlarla danışıb pullarım götürməli olduğunu söyləyərək onu xatırlamadığı otağa göndərmişdir. O da Mədinov ilə razılaşaraq xəstəxanada müalicə alan Nazimin yanına getmiş, ürəyi sıxılmasın deyə onuda götürərək Mədinovun dediyi otağa getmişdir. Bir müddət keçəndən sonra yaşlı bir kişi ilə bir qadın həmin otağa daxil olmuşlar. Həmin şəxslərdən Rasim adlı şəxs ona əlilliyə görə özünə təqaüd düzəltmək istədiyini söyləmiş, oda Rasimlə söhbət etməyə başlamışdır. Rasimdən təqaüdün bərpası üçün 2.000 manat pul, əvvəlki kəsilmiş təqaüdü bərpa etmək istəyirsə əgər əlavə olaraq 800 manat pul verməli olduğunu söyləmiş Rasimdə onunla razılaşmışdır. Ancaq Rasim ona demişdir ki, üzərində 1.000 manat pul var. Qalan 1.000 manatıda yaxın vaxtda verəcək. Yerdə qalan 800 manatı isə təqaüdü bərpa olandan sonra verəcəkmiş. O da Rasimlə razılaşmışdır və sonuncudan 1.000 manat pulu almışdır. Yerdə qalan 1.000 manat pulu isə təxminən 2 gün sonra Nazimlə birlikdə Xudat şəhərinə gedərək avtovağzalın yaxınlığında ondan almış, ümumilikdə Rasimdən aldığı 2.000 manat puluda xəstəxanada Mədinova vermiş, Mədinovda 1600 manatı özünə götürərək 400 manatı ona vermişdir. Qeyd edir ki, həmin məsələ ilə bağlı Nazimin heç bir günahı yoxdur. Nazim həmin vaxtı xəstəxanada müalicə alırmış. Həmin vaxtıda təsadüfən Nazim yanlarında olmuşdur. Bundan əlavə bildirir ki, Nazimin “Vaz 21010” markalı avtomobili varmış. Onunda özünün maşını olmadığına görə Nazimin avtomobildən taksi kimi istifadə edirmiş. Ona görə də hara lazım oldu onunla birlikdə gedirmiş. Ancaq Nazimə heç vaxt vətəndaşdan təqaüd üçün aldığı puldan verməmiş, sırf taksi kimi onun pulunu vermişdir. Bundan əlavə Zərərçəkmiş şəxs5 tanıdığını, sonuncunun onun uzaqdan qohumunun olduğunu, onunlada münasibətlərinin normal olduğunu və onun dedikləri ilə razı olduğunu bildirmişdir. 2023-cü ilin aprel ayında Etibar ilə təsadüfən görüşərək söhbət etdiyini, söhbət zamanı sonuncunun təqaüdünün kəsildiyini, bu zaman isə Etibara onun kəsilmiş təqaüdünü bərpa edə biləcəyini, ancaq bunun üçün pul lazım olduğunu söyləmişdir. Etibarda razılaşdıqdan sonra beləcə ondan ilk növbədə 670 manat pul aldığını, ancaq artıq həmin vaxtı həkim Mədinov vəfat etdiyinə görə bu sahədə heç bir tanışının olmadığını, həmin ərəfələrdə də ona pul lazım olduğuna görə məcbur qalıb Etibarın ona verdiyi pulu öz şəxsi işlərinə xərclədiyini söyləmişdir. Fikirləşmişdir ki, gələcəkdə pulu olanda Etibarın pulunu qaytarar. Ancaq elə oldu ki, pulu olmadığına görə Etibarında pulunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 tanıdığını, ancaq onunla heç bir şəxsi münasibətinin olmadığını və onunda dedikləri ilə razı olduğunu qeyd etmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayında Mədinov onu otağına çağıraraq ona demişdir ki, 2-3 gün ərzində bir şəxs onun yanına təqaüd düzəltmək məqsədilə gələcəkmiş. Oda həmin vaxtı onu çağıracaqmış. O da gəlib həmin şəxslə görüşməliymiş. O da Mədinovun dedikləri ilə razılaşmışdır. Həmin gündən 2-3 gün sonra Mədinov onunla əlaqə saxlayaraq onu xəstəxanaya dəvət eləmiş, oda dəvət əsasında getmişdir. Mədinovun otağına girən zaman otaqda Mədinov ilə birlikdə bir nəfər şəxs də varmış. Mədinov onu təqdim edərək adının Şakir olduğunu söyləmiş, söhbət zamanı Mədinov ona demişdir ki, “Şakir özü ilə birlikdə ailə üzvləri olmaqla 4 nəfərin kəsilmiş təqaüdünü bərpa etmək istəyir. Ona köməklik göstərim”. O da digər şəxslərdə olduğu kimi Şakirə təqaüdün bərpası üçün hər adam başı 2.000 manat pul, əvvəlki kəsilmiş təqaüdə görə pulları geri qaytarmaq istəyirsə əlavə olaraq adam başı 800 manat pul verməli olduğunu söyləmişdir. Şakirdə onunla razılaşaraq ondan 1-2 saat vaxt istəmiş, oda Şakirlə razılaşmışdır. Ardıncada Şakir otaqdan çıxaraq getmiş, oda Şakiri xəstəxanada gözləməyə başlamışdır. Təxminən 1-2 saatdan sonra Şakir Mədinovun yanına gəlmiş, o da ardınca onun dalınca Mədinovun otağına girmişdir. Otaqda yalnız o. Şakir və Mədinov varmış. Şakir paketin içərisində 8.000 manatı stolun üzərinə qoymuş, Mədinov pulu gördükdən sonra ona Şakirin yanında demişdir ki, pulu götürüb qoysun cibinə. O da pulu götürüb cibinə qoymuşdur. Ardınca isə Mədinov Şakiri çölə çıxartmış və ondan pulu istəmişdir. O da 8.000 manatı ona vermiş, Mədinov da həmin puldan 400 manatı ona qaytarmış, işin tamamında isə 400 manatda əlavə olaraq verəcəyini söyləmiş, oda Mədinov ilə razılaşmışdır. Həmin söhbətdən təxminən 1 həftə sonra Mədinov onu yanına çağıraraq demişdir ki, gedib Şakirlə danışsın ki, “o kəsilmiş təqaüdlərin pulunuda istəyirmi, əgər tazım olsa ona endirim edə bilərik”. O da Mədinovla razılaşmışdır. Oradan çıxaraq Şakirlə əlaqə saxlamış, Şakirdə ona 3.200 manat pulunun olmadığını, ümumilikdə 2.600 manat pulunun olduğunu demişdir. O da bunu gəlib Mədinova demiş, sonuncuda onunla razılaşaraq pulu götürməyini söyləmişdir. Beləcə 2022-ci ilin oktyabr ayında Şakirlə xəstəxanada görüşərək ondan 2.600 manat pulu götürmüş, ardınca isə həmin pulu Mədinova vermişdir. Mədinovda həmin puldan 200 manatı ona qaytarmışdır. Bundan əlavə 2023-cü ilin fevral ayında Mədinovla söhbət edən zaman sonuncu ona tanış adam olsa 5.000 manata onu xəstəxanaya sürücü işi düzəldə biləcəyini söyləmişdir. Buna görə də o, 2023-cü ilin fevralında artıq uzun müddətdir ki, tanıdığı Hətəm adlı şəxslə söhbət edən zaman sonuncuya xəstəxanada adamının olduğunu, əgər kiməsə iş lazım olsa onu xəstəxanaya düzəldə biləcəyini söyləmiş, o, isə bir qohumunun olduğunu, adının Şakir olduğunu demişdir. O da Hətəmə elə Şakirin Mədinovda işinin olduğunu, əgər istəyirsə onun oğlunu işə düzəldə biləcəyini söyləmişdir. X31 əlaqə saxlayaraq onu xəstəxanaya dəvət eləmiş, o da bu barədə xəstəxanada olanda bu məsələ ilə əlaqədar Mədinovla danışmış, Mədinov ona oğlunu işə düzəltmək üçün Şakirdən 5.000 manat pul istəməyini söyləmişdir. 2023-cü ilin fevral ayında Şakirlə xəstəxanada görüşərək oğlunu Xaçmaz RMX-da təcili tibbi yardıma sürücü kimi işə düzəldə biləcəyini və bunun üçündə 5.000 manat pul lazım olduğunu söyləmiş, oda onunla razılaşmış, həmin söhbətdən təxminən 1 həftə sonrada Şakir xəstəxanaya gələrək 4.500 manat pulu ona vermiş, qalan 500 manatı isə təxminən 1 həftə sonra, yəni 2023-cü ilin fevral ayında Şakirin oğlu Muradəli Xaçmaz RMX-na gələrək xəstəxananın həyətində ona vermişdir. O da həmin pulu Mədinova çatdırmış, o da həmin puldan ona 200 manat vermişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs1 tanıdığını, ancaq onunla şəxsi münasibətinin olmadığını və onun dedikləri ilə razı olduğunu bildirmişdir. Belə ki. Elnuru ona Nazim tanış edib. Nazim 2022-ci ilin avqust ayında onunla əlaqə saxlayaraq bir qohumunun olduğunu və onun kəsilmiş təqaüdünü bərpa etmək istədiyini və onun Elnura kömək edib-edə bilməyəcəyini soruşmuşdur. X45 köməklik göstərə biləcəyini söyləmişdir. Elə həmin ay Nazimlə Elnurun evinə gedərək 2.800 manat pulu Elnurdan almış, ardıncada həmin pulu Mədinova vermişdir. Mədinovda ona 200 manat pul vermiş, bir müddət sonra isə Zərərçəkmiş şəxs1 pulunu geri istəmiş, əgər qaytarmasa şikayət edəcəyini söyləmişdir. O da bu barədə Mədinova demişdir ki, “Elnurun pulunu qaytaraq, yoxsa o, şikayət edəcək”. Beləliklədə Mədinov onun pulunu qaytarmış, ancaq həmin vaxtı borcları olduğuna görə həmin pulu borclarına vermişdir. Fikirləşmişdir ki, yəqin Elnur Nazimin qohumudur və Elnur buna görə də şikayət etməz. Bundan əlavə fikirləşmişdir ki, pulu olan kimi Elnurun pulunu verər. Ancaq elə oldu ki, pulu olmadığına görə Elnurun pulunu qaytara bilməmişdir. Bundan başqa X7 uzun müddətdir ki, tanıdığını, onunla münasibətlərinin normal olduğunu və onun dedikləri ilə razı olduğunu bildirmişdir. Belə ki, 2023-cü ilin yanvar ayında artıq uzun müddətdir ki, tanıdığı Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq bir nəfər tanışının olduğunu, həmin şəxsi kəsilmiş pensiyasını düzəltmək məqsədilə danışdığını, həmin şəxsin isə onun qohumu olan Rövşən Qənbərov olduğunu demişdir. Bundan əlavə Rasim ona demişdir ki, bu söhbətə o da girişsin, belə ki, onun təqaüdünü Rasim yox o, düzəldəcmiş, sonda Rasimdə onun hörmətini edəcək. Bundan əlavə Rasimi uzun müddətdir ki, tanıdığına görə ona inanmışdır. Beləcə 2023-cü ilin yanvar ayında Rövşən, Rasim və o, Xaçmaz şəhərində görüşmüş və Rasimin ona dediklərini Rövşənə demişdir. Belə ki, onun təqaüdünü o, bərpa edəcəkmiş. Bundan əlavə Rövşənlə görüşməmişdən əvvəl Rasim ona demişdir ki. Rövşəndən ümumilikdə 4.600 manat pul istəsin. 3.800 manat pul kəsilmiş təqaüdün bərpası üçün, 800 manat pul isə kəsilmiş təqaüd pullarını geri qaytarılması üçün. O da Rasimlə razılaşaraq sonuncunun dediklərini Rövşənə demiş. Rövşəndə elə bilmişdir ki, onun işini o düzəldəcmiş. Beləcə 2023-cü ilin yanvar ayında 3.800 manat bir, təxminən 10 gün sonrada 800 manat pulu Rövşəndən yaşadığı evin yaxınlığında almışdır. O da aldığı pulların hamısını Rasimə vermiş, aralarındakı razılığa əsasən sonuncu pulu aldıqdan sonra onun hörmətini edəcəkmiş, buna baxmayaraq Rasim ona heçnə verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 tanıdığını, ancaq onunla da şəxsi münasibətinin olmadığını və onunda dedikləri ilə razı olduğunu bildirmişdir. Belə ki, 2023-cü ilin fevral ayında Mirzağanın Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən obyektinə gedərək bir dəfə kəsilmiş təqaüdünü bərpa etmək məqsədilə ondan 300 manat bir, ikinci dəfə isə 500 manat olmaqla ümumilikdə Mirzağadan 800 manat pul almış, ancaq bu barədə Mədinova heç bir məlumat vermədiyinə görə Mirzağanın təqaüdünü bərpa edə bilməmişdir. Nəticədə Mirzağadan aldığı puluda şəxsi məqsədləri üçün xərcləmiş, fikirləşmişdir ki, sonradan pulu olanda Mirzağanın pulunu qaytarar. Ancaq elə oldu ki, pulu olmadığına görə Mirzağanında pulunu qaytara bilməmişdir. Məhkəmə istintaqında xx.xx.2025-ci il tarixdə dindirilən ölmüş şəxsin hüquqi varisi X17 göstərmişdir ki, hadisə ilə bağlı məlumatı yoxdur. Atası rəhmətə gedən günü bir nəfər şəxs gələrək ona demişdir ki, pul verilməlidir. Əvvəl bir rəqəm dedi rəqəm onun yadında qalmayıb. Sonra iki rəqəm dedi. Yadında qalmayıb 8000 manat dedi ya 5000 manat sonra isə 1000 manat dedi.Həmin şəxsə demişdir ki, «bugün dəfn günüdü bilmirəm sən niyə gəlmisənsə». Sonra həmin şəxs dəfn gününün səhəri də gəldi. Həmin şəxsə demiş ki, «mən bunu araşdıraram bu dəqiqə mənim başım qarışıqdı». Ondan sonra həmin şəxsi görməmişdir. Ölmüş şəxsin hüquqi varisi X17 oğlunun ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Quba rayonu. ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və üç övladı var. Özü kənd təsərrüfatı ilə məşğul olur. X14 onun atasıdır. Atası uzun müddət Xaçmaz RMX-da kardioloq həkimi kimi çalışmışdır. Qeyd edir ki, atası hər zaman sağlam insan olmuşdur. X35 xx.xx.2023-cü il tarixdə xəstələnərək yatağa düşmüş, ailəsidə onu daha yaxşı müalicə etdirmək məqsədilə Bakı şəhərinə aparmışlar. Ancaq atası 13 aprel 2023-cü il tarixdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “ağciyər-ürək çatışmamazlığından” vəfat eləmişdir. Mərhum atasımda Quba rayonu. Zərdabi kəndində dəfn etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs2 adlı şəxsli tanımadığını, ancaq atasının ölümündən sonra onun yasına Rauf adlı bir şəxsin gəldiyini, buna görə də sonuncunun mərhum atasının tanışı olduğunu fikirləşdiyini söyləmişdir. Daha sonradan isə Rauf ona yaxınlaşaraq mərhum atasını tanıdığını, atasında onun pulunun və müəyyən şəxslərin tibbi sənədlərinin olduğunu bildirmişdir. O da Raufa başı qarışıq olduğunu və daha sonra ona yaxınlaşmalı olduğunu söyləmiş, bir neçə gündən sonra Rauf yenidən ona yaxınlaşaraq atasında əvvəl 8.000 manat pulunun, bir müddət sonra 6.000 manat pulunun olduğunu, daha sonra isə 1.000 manat pulunun olduğunu söyləmiş, oda Raufun danışıqlarına inanmadığıma görə ona “get daha sonra gələrsən” söyləmiş, ondan sonra da bir daha Rauf onun yanına gəlməmişdir. Məhkəmə istintaqında xx.xx.2025-ci il tarixdə dindirilən Zərərçəkmiş şəxs6 göstərmişdir ki, o, 2009-cu il dən pensiya çıxmış və 12 ildir pensiya alırdı. Həyat yoldaşı ondan bir il qabaq pensiyaya çıxmış ürəyinə stend qoyulduğuna görə.Mədinov onların həkimi olub. Pensiyaları kəsilmişdir. İki dəfə Bakıya kağızlar göndərilmiş, kağızlar natamam doldurulduğu üçün etiraz gəlmişdir. Həkim Mədinova bildirmiş ki, «insulin qəbul edir yoldaşım, sən onun halın bilirsən». Həkim Mədinov ona bildirdi ki, «bir nəfər şəxs var adı Raufdu nömrəsi var məndə, cağırım söhbət edin siz». Zəng etdikdən sonra yarım saatdan sonra Rauf gəlmişdi. Mədinov dedi ki, «mən qarışmıram özvüz danışın». O, Raufa demiş ki, dörd nəfərin pensiyası kəsilib Məhəbbətin, Yaxşıxanımın, özünün və birdə yoldaşının.Rauf ona demiş ki, «adama 2000 manat gətir, yəni dörd nəfərə 8000 manat gətir dekabr ayınacan alacaqsız pensiyanı». O, da kəndə gedərək bacılarına bu barədə demişdir. Bacıları ona bildirdilər ki, «Şakir sən tap ver, Xudatda Azad deyən 10 faizlə pul verən var, biz sonra sənə verərik pulu». O, da Azadın yanına gedərək ondan 8000 manat alaraq, kartoçkaları alıb getdi Mədinovun otağına. Mədinovun otağında pulu sayıb verdi Raufa. Rauf da pulları sayıb qatdalayıb qoydu cibinə. Rauf ona bildirdi ki, «kişi arxayın olun dekabr ayının 20 kimi pensiyanız bərpa olunacaq». O, xəstəxanadan çıxarkən Rauf onunla birlikdə çıxaraq onu yola salmışdır. Onu yola saldıqdan sonra çıxıb həkimə nə verib nə verməyib bilmir. On gündən sonra Rauf ona zəng elədi ki, “gözün aydın əmi. Mən ələ edəcəm ki, batan pensiyanızı da alacaqsınız çıxmaqla bərabər». Ona dedi ki, «adama 1000 və ya 1500 manatdan, nə bacarırsansa gətir bugün Bakıya çıxmalıdır». Raufun sözündən sonra yenidən Azadın yanına gedərək ondan 4000 manat pul istəmişdir. Azad ona bildirmişdir ki, 4000 manat yox 2000 manat verə bilər. Azad 2000 manatı verərək ona bildirmişdir ki, 10000 manat oldu və ayda 1000 manat faiz ödəyəcək. Bundan sonra o, bacısının yanına gedərək ondanda 600 manat alaraq, 2600 manatı düzəldib Raufun yanına gələrək ona 4000 manat yox, 2600 manat düzəltdiyini bildirmişdir. Rauf da öz növbəsində ona bildirdi ki, «olsun, çalışaram» deyib xəstəxananın həyətində pulu götürüb qoydu cibinə və ona dedi ki, «bu barədə həkim bilməsin yoxsa məndən faiz istəyəcək». Bir xeylaq vaxt keçdikdən sonra, Raufa zəng elədik də hər dəfə bir bahanə edərək «üç günə düzələcək beş günə düzələcək» deyirdi. Bir dəfə də ona demişdir ki, «al bacılarını gəl kapital bankın yanına alın pullarınızı gedin». O, da sevinə-sevinə alıb bacılarını gedmişdir banka. Orada ona məlum olmuşdur ki, altıncı gündü Kapitalbank işləmir. Bankın yanından Raufa zəng edərək bank işləmədiyini bildirdikdə, Rauf da ona «bugün altıncı gündü bank işləmir başqa günü gəlin» söyləmişdir. Sonra o, Mədinovun yanına gedərək işlər düzəlmədiyini deyərək, 8000 manat pulu sayıb ona verdiyini demişdir. Mədinov ona dedi ki, «hər adamdan mənə 200 manat pul catıb, sənin 800 manatın məndədir istəyirsən çıxardım indi verim, amma tələsmə Rauf birinin işin düzəldib mən eşitmişəm». Sonradan Raufa verdiyi 2600 manatı Mədinova deməmişdir. Xəstəxanada işləyən kəndçisi Hətəm ona dedi ki, «Şakir bir adam var 5000 manata ambulans şoveri düzəldir. Bir gün işdə iki gün evdə həmdə 800 manat maaş alacaq. Gətir oğluvu işə düzəltsin». O, da Hətəmlə razılaşmış lakin bilmirdi ki, bu Raufdu. Yarım saatdan sonra Hətəm onu cağırdı, onunla birlikdə köhnə xəstəxananın həyətinə getdik. Rauf onu gördükdə Hətəmlə qucaqlaşıb öpüşüb, Hətəmə dedi ki, «biz 15 ildir dosduq qardaşıq». O, Raufdan onun pensiya söhbətim nə yerdə qaldığını soruşduqda, Rauf ona «bu işlər bir yerdə düzələcək» bilmirmişdir. Kəndcisi Hətəmə görə o, Raufa artıq tam inanmışdır. Özündə olan iki hektar torpağını Bank of Bakuya girov qoyaraq oradan 15000 manat pul almış və həmin puldan 12000 manatı aparıb əl faizini vermiş, əlavə olaraq 2000 manatda üstünə qoyub gətirib 5000 manat Raufa vermişdir. Raufa verdiyi bu pullardan Mədinovun xəbəri olmamışdır. Məhkəmə başlayandan sonra müstəntiq Taleh müəllim Hətəmi polis idarəsinə cağırdıqdan sonra, Hətəm ona bildirmişdir ki, «Şakir sənin 5000 manat pulundan mənə 1200 manat pul catıb» və həmin məbləği ona qaytarmışdır. Raufu ona 14400 manat məbləğində borcu qalmışdır.O, Raufa 14400 manat puldan yarısın, yəni 7000 manatını verməsini təklif etsə də, Rauf ona hal-hazırki vaxtacan heçnə ödəməmişdir. Raufun qardaşı bir iki dəfə onun yanına gələrək pulu qaytaracağını desə də, lakin ona ödəməmişdir. Sonradan atasıda ona evi satıb pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 heç bir şikətinin və tələbinin olmadığını bildirərək, ona qarşı verdiyi iddia ərizəsini ona qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Hacıməmmədoba kəndində qeydiyyatda olmaqla həmin ünvandan ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 5 övladı var. Artıq uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğuldur. 2009-cu ildən 2021-ci ilə kimi sağlamlığında yarana problemlərə görə İİ qrup üzrə əlillik pensiyası alırmış. 2021-ci ilin yay aylarında isə pensiyası kəsilmiş, təqaüdünü bərpa etmək üçün yenidən müayinə olunduqda isə ona təqaüd almaq üçün mənfi rəy verilmişdir. Qeyd edir ki, o, özü həm ürək, həmdə ki şəkər xəstəsidir. Buna görə də hər il Xaçmaz RMX-da müalicə olunmaq üçün xəstəxanada qalırmış. 2022-ci ilin oktyabr ayının əvvəllərində dövlət tərəfindən ona verilən dərmanlarını almaq məqsədilə Xaçmaz RMX-na getmiş, bu zaman mərhum həkim Mədinov ilə də haləhval soruşmaq məqsədilə onun yanına qalxmışdır. Bildirir ki, Mədinov ürək həkimi idi və onuda müalicə edirmiş. Söhbət zamanı Mədinovaya pensiya almaq üçün mənfi cavab gəldiyini söyləmiş, 0 isə cavabında ona adamın olmasa təqaüdü çətin bərpa edəcəyini, ancaq onun Rauf adlı tanışının olduğunu və onun təqaüdü bərpa edə biləcəyini söyləmiş, oda həkim Mədinova inanmışdır. Elə həmin günü yanında Mədinov Raufu yanına çağıraraq onu Raufla tanış eləmiş. Rauf ona 2 ay ərzində istənilən şəxsin təqaüdü bərpa edə biləcəyini, ancaq bunun üçün 2.000 manat pul lazım olduğunu söyləmiş, o da Raufla razılaşmışdır. Bundan əlavə həyat yoldaşı Şahid3, bacıları Şahid5 və Yaxşıxanım Əhmədovanında 2021-2022-ci il tarixlərdə aldıqları təqaüdlər kəsilmiş, onlarda aidiyyəti üzrə yenidən təqaüdlərini bərpa etmək məqsədilə müraciət etmiş, ancaq müraciətlərinə mənfi cavab gəlmişdir. Buna görə də o, özü ilə birlikdə onlarında təqaüdlərini bərpa edə bilib-bilməyəcəyini Raufdan soruşduqda Rauf onlarında təqaüdlərini bərpa edə biləcəyini söyləmiş, bundan sonrada o, xəstəxanadan çıxaraq bacıları və ailə üzvləri ilə məsləhət almaq üçün evinə getmişdir. Bacılarına və ailə üzvlərinə məlumat verdikdən sonrada onlar ona müsbət cavab vermişlər. Ancaq bacılarının pulları olmadığına görə onlarında yerinə pulu o, qoymuş, həmin günün səhərisi günüdə, yəni 2022-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz xəstəxanasına gedərək həkim Mədinov ilə görüşmüş, Mədinovda onun yanında Rauf ilə əlaqə saxlayaraq onu otağına dəvət eləmişdir. Raufda ardınca otağa gəlmiş, Mədinovun yanında ümumilikdə 8.000 manat pulu və hər birinin ayrıayrılıqda tibbi sənədlərini Raufa vermişdir. Raufda ona söz vermişdir ki, yeni ilə kimi hər birinin işi düzələcək. Həmin hadisədən 1 həftə sonra 2022-ci ilin oktyabr ayının sonlarında Rauf onunla telefon əlaqəsi saxlayaraq ona təqaüd almadıqları dövrlərdən qalmış pullarıda bərpa edə biləcəyini, əgər hər birinin təqaüd almadıqları dövrlərdəki pensiyaları bərpa etsə bu zaman ayrı-ayrılıqda hər biri 2.000-3.000 manat arası pul ala biləcəklərini söyləmiş, bunun üçünsə ümumilikdə ondan 3.000 manat pul istəmişdir. O da bu barədə ailə üzvlərinə məlumat vermiş, bacıları isə ona əgər pulu varsa onların payına düşən pulu onun verməyini, təqaüd alan kimi pulunu qaytaracaqlarını söyləmişlər. O da bacıları ilə razılaşmışdır. Ancaq həmin vaxt ümumilikdə 2.600 manat pul düzəldə bilmişdir. Adambaşı 650 manat. Bundan sonra o. Raufa zəng edərək 3.000 manat pulunun olmadığını, ancaq ona 2.600 manat pul verə biləcəyini söyləmişdir. Raufa onunla razılaşmışdır. Həmin günün səhərisi günü, yəni oktyabr ayının sonlarında 2.600 manat pulu Xaçmaz RMX-nın həyətində Raufa vermiş, oda ardınca pulu Bakı şəhərində adını çəkmədiyi bir şəxsə verəcəyini söyləmiş, o da Raufa inanmışdır. Yeni il bayramı gəlməsinə baxmayaraq Rauf heç birinin təqaüdlərini bərpa etməmişdir. Buna görə də ondan bunun səbəbini soruşduqda Rauf hər dəfəsində ona müxtəlif yalanlar söyləyərək onu yola verməyə başlamışdır. Bundan başqa oğlu Şahid6 artıq uzun müddətdir ki, işsizdir. Buna görə də ətrafındakı bir çox dost-tanışa xəbər göndərmişdir ki, əgər oğluna iş tapsalar ona xəbər etsinlər. 2023-cü ilin fevral ayının əvvəllərində həm kəndlisi Şahid4 onunla əlaqə saxlayaraq 10 ilə yaxındır ki, bir adam tanıdığını, onun namaz qıldığını və həmin şəxsin oğlunu Xaçmaz RMX-da TTYŞ-nə təcili tibbi yardım avtomobilinə sürücü kimi işə düzəldə biləcəyini söyləmiş və bunun üçündə 5.000 manat pul lazım olduğunu bildirmişdir. O da Hətəmin ona güvəndiyini gördüyünə görə onunla razılaşmışdır. Həmin gündən 2 gün sonra o. Xaçmaz RMX-na getmiş, xəstəxanaya gedən zaman həyətdə Rauf adlı şəxsin olduğunu görmüşdür. Bu zaman Hətəmlə telefon əlaqəsi saxlayaraq Raufu tanıdığını, sonuncunun ona pul atdığını, ona verdiyi pulları qaytara bilmədiyini söyləmiş. Hətəm isə cavabında narahat olmamalı olduğunu. Raufu tanıdığını, onun ibadət əhli olduğunu, ama yenə də son qərarın onun olduğunu söyləmişdir. O da oğlu Muradəli artıq uzun müddətdir ki, işsiz olduğuna görə fikirləşmişdir ki, yəqin Rauf bu səfər onu aldatmaz. O da inanaraq üzərində olan 4.500 manat pulu Raufa vermiş, qalan 500 manat pulu isə yaxın günlərdə çatdıracağını söyləmişdir. 10 gün sonra, yəni fevral ayının ortalarında yerdə qalan 500 manatıda oğlu Muradəliyə verərək onu Xaçmaz RMX-na göndərmiş, oda pulu xəstəxananın həyətində Raufa vermişdir. Raufda pulu aldıqdan sonra ona söyləmişdir ki, oğlu 2023-cü ilin mart ayının 8-nə kimi işə düzələcək. Ancaq ayın 8-i gəlməyinə baxmayaraq oğlu işə düzəlməmişdir. O da bugünə kimi hər dəfəsində Raufdan pulunu istədikdə sonuncu hər dəfəsində ona müxtəlif yalanlar söyləyərək onu yola verir. Məhkəmə istintaqında xx.xx.2025-ci il tarixdə dindirilən zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ondan pensiya düzəltmək üçün 2000 manat pul almışdır. Həmin məbləğin 500 manatını xəstəxanada, 1500 manat pulu isə gəlib Xudatda almışdır.O, xəstəxanada 500 manat pulu tib bacısı Arzu adlı xanımın və Nazim adlı şəxsin yanında vermişdir. Raufla ou və həyat yoldaşını tibb bacısı Arzu tanış etmişdir. Tibb bacısınada həkim tapşırmışdır ki, onları Raufla tanış etsin. Təqsirləndirilən şəxs2 heç bir şikətinin və tələbinin olmadığını bildirərək, ona qarşı verdiyi iddia ərizəsini ona qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, İdrisoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və üç övladı var. Özü yaşadığı kənddə müxtəlif şəxslərin bağlarında mühafizəçi kimi çalışır. 1992-ci ildə 6 ay ərzində Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etmiş, ancaq Qarabağ döyüşlərindən sonra sağlamlığında ciddi problemlər yaranmışdır. Beləliklə 2013-cü ildən 2021-ci ilə kimi sağlamlığında yaranan problemlərə ikinci qrup əlil kimi təqaüdə çıxaraq pensiya almışdır. Sağlamlığa görə təqaüdə çıxan hər bir təqaüdçü kimi o da hər beş ildən bir həkim komissiyasından keçirmiş. 2021-ci ilin dekabr ayında isə o, həkim komissiyasından keçmiş, həkim komissiyasından keçdikdən sonra ona məktub gəlmişdir ki, sağlam olduğuna görə ona təqaüd düşmür. Beləcə 2021-ci ilin dekabr ayından təqaüdü kəsilmişdir. 2022-ci ilin yanvar ayından sentyabr ayına kimi sağlamlığında yaranan problemlərə görə müxtəlif vaxtlarda Xaçmaz RMX-da müalicə almaq məqsədilə qalmışdır. Axırıcı dəfə isə 2022-ci ilin avqust ayında yenidən sağlamlığında yaranan problemlərə Xaçmaz RMX-da müailəcə almaq məqsədilə orada 12 gün qalmışdır. Həmin vaxtlarda da şəkər xəstəliyinə görə ayağı şişdiyi üçün çoxda gəzə bilmirmiş. Buna görə də təqaüd almaq üçün lazımi sənədlərin yığılması üçün həyat yoldaşı Gülbəniz xəstəxanaya və bir çox idarələrə onun adından gedirmiş. 2022-ci ilin sentyabr ayında o, evdə olan zaman həyat yoldaşı Gülbəniz Səyidəhmədov evdə onunla söhbət edən zaman təqaüd almaq üçün lazımi sənədlərinin düzəldilməsi üçün Xaçmaz RMX-na getdiyini, orada hal-hazırda vəfat etmiş ürək həkimi Ramazan Mədinov ilə görüşdüyünü, Mədinovun ona təqaüdünü bərpa etmək üçün tanış bir adamının olduğunu, əgər təqaüd almaq istəyiriksə həmin şəxslə görüşməli olduqlarını və həmin şəxsində onlara kömək edə biləcəyini söylədiyini bildirmişdir. Qeyd edir ki, Ramazan Mədinov onun ürək həkimi olmuş və onunlada münasibətləri normal olmuşdur. Ramazanın bu sözlərini eşitdikdən sonra düşünmüşdür ki, yəqin Ramazan onları aldatmaz. Ona görə də Gülbənizlə razılaşmış, bundan əlavə Gülbəniz ona demişdir ki. Ramazan ona deyibki pul baxımından hazırlıqlı gəlsinlər, yəni üzərlərində pul olsun. Beləcə həmin gündən 2 gün sonra, 2022-ci ilin sentyabr ayında həyat yoldaşı ilə birlikdə həkim Ramazan Mədinovla görüşmək məqsədilə Xaçmaz RMXna getmiş, xəstəxanada olan zaman Ramazan onlara demişdir ki, “siz sənəd-sünəddən narahat olmayın, gedin mən dediyim şəxslərlən görüşün, onların dediklərini edin, mən sizin sənədlərinizi hazırlayacam”. Ardınca isə Ramazan onları xatırlamadığı xəstəxanada olan otaqlardan birinə göndərmiş, bu zaman həmin otaqda iki nəfər kişi varmış. Onlar özlərini Rauf və Nazim kimi təqdim eləmiş, söhbət zamanı Rauf onlara onun təqaüdünü bərpa edə biləcəyini, ancaq bunun üçün ümumilikdə ona 2.800 manat pul verməli olduğunu bildirmişdir. O, isə ona hal-hazırda üzərində 1.000 manat pul olduğunu, yerdə qalan 1.000 manatı iki gün ərzində verəcəyini, digər 800 manatı isə təqaüdü bərpa olduqdan sonra verəcəyini söyləmişdir. Rauf isə ona 1.000 manatı iki gün ərzində yox, nə qədər tez versə işinin bir o qədərdə tez düzələcəyini söyləmişdir. Elə həmin vaxtıda üzərində olan 1.000 manat pulu və ona məxsus tibbi sənədləri həmin otaqda həyat yoldaşı və Nazimin yanında Raufa vermiş, oradanda bir-birlərinin əlaqə telefon nömrələrini götürərək oradan uzaqlaşmışlar. Həmin gündən 1 gün sonra, yəni 2022-ci ilin sentyabr ayında Rauf onunla telefon əlaqəsi saxlayaraq pulu düzəldib-düzəldə bilməyəcəyini soruşmuş, o da Raufa pulun hazır olduğunu və harada görüşə biləcəklərini soruşmuş. Rauf isə cavabında onun əziyyət çəkməməli olduğunu və pulu özünün gəlib Xudatdan götürəcəyini söyləmişdir. O da Raufla razılaşmış, beləcə elə həmin günü Xaçmaz rayonu. Xudat şəhərində yerləşən avtovağzalda onunla görüşərək 1.000 manat pulu Raufa vermişdir. Qeyd edir ki, həmin vaxtı yanında həyat yoldaşı və Nazimdə olmuşdur. Rauf pulu aldıqdan sonra söz vermişdi ki, 2 ay ərzində təqaüdü bərpa olacaq. Üzərindən 2 ay keçməsinə baxmayaraq Rauf ona verdiyi vədə əməl etməmiş, hər dəfəsində Raufla əlaqə saxladıqda Rauf ona narahat olmamalı olduğunu, təqaüdün bugün, sabah düzələcəyini deyərək onu yola verməyə başlamışdır. 2023-cü ilin may ayına kimi Raufla əlaqəsinin olduğunu, ancaq may ayından sonra Raufla münasibətinin kəsildiyini, buna görə də məcbur olub bu barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqında xx.xx.2025-ci il tarixdə dindirilən Zərərçəkmiş şəxs4 göstərmişdir ki, pensiyasın düzəltmək məqsədi ilə xəstəxanaya gedən günü qar yağdığından maşını ilə yox piyada getməli olmuş, gedərkən yolda tanışı Rasim ilə rastlaşmış və onun maşınına əyləşmişdir. Söhbət edərkən Rasim ondan hara getdiyini soruşmuş, o, da pensiya söhbətinə görə xəstəxanaya getdiyini ona bildirmişdir. O, Evromarketdən bazarlıq etmək məqsədi ilə getdiyi zaman Rasim maşını ilə gəlib saxlamış, həmin vaxtı onun maşınında Rauf da olmuşdur.Raufun da ona qohumluğu çatır. Rauf ona yaxınlaşaraq «qohum nədir sən niyə bələ əziyyət çekirsən. Gəl bura düzəldək. İkinci qrup alırsan, gəl səni birinci qrup edək ömürlük alasan» demişdir. O, da onlara «yaxşı evə gələrsiz » bildirmişdir. O, da bazarlıq etdikdən sonra atası gilə getmişdir. Biraz keçdikdən sonra Rasimlə Rauf onlara gəlmişlər. Rauf maşından düşməmiş, o, atasından pulu alıb gəlmiş, 3800 manat pulu sayaraq Raufa vermiş, həmin vaxtdan 15 gün keçəndən sonra Rauf onun yanına gələrək dərəcəni böyütmək lazım olduğunu deyərək əlavə ondan 800 manat pul almışdır. Ümumilikdə o, Raufa 4600 manat pul vermişdir. O, Raufa zəng edib pensiya düzəlməsi barədə soruşduqda, o, ona bugün sabah vaxtı uzadırdı. O, 4600 manat pulu Rasimə yox, Raufa vermişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 2 övladı var. Artıq 5 ilə yaxındır ki, onkoloji xəstə olduğuna görə DİO-dan təqaüdə çıxmışdır və İİ qrup əlildir. 2018-ci ildən 2023-cü ilin yanvar ayının 29-na kimi əlilliyinə görə İİ qrup pensiya almışdır. Qeyd edir ki, təqaüd almaq üçün pensionerlər hər beş ildən bir həkim komissiyasından keçməli imiş. Yanvar ayının 29-da da o, 5 illik vaxtı bitdiyinə görə yenidən təqaüd almaq üçün həkim komissiyasından keçməli imiş. 2023-cü ilin yanvar ayının əvvəllərində 4-5 ilə yaxındır ki, tanıyıdığı və Xaçmaz rayonu daxilində taksi fəaliyyəti ilə məşğul olan Rasim adlı şəxsin istifadəsində olan “Vaz-2106” markalı avtomobildə olan zaman onunla söhbət edirmiş. Söhbət zamanı Rasimə həkim komissiyasından keçməli olduğunu, ona yeni əlillik dərəcəsinin verilməli olduğunu, əgər ona əlillik dərəcəsi verilməsə yenidən DİO-na bərpa olacağını söyləmişdir. Ardınca isə Rasim ona adamının olduğunu və heç yerə getmədən təqaüdü bərpa edə biləcəyini söyləmiş, oda cavabında Rasimə heçnə demədim, ardınca isə Rasim onu istədiyi ünvana çatdırdıqdan sonra ondan ayrılaraq uzaqlaşmışdır. 15 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Xaçmaz şəhərində yerləşən “Eurohome” mağazasına alışveriş etmək məqsədilə getmişdir. Bu zaman 055356-12-88 mobil nömrəsindən istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, telefonda danışan zaman qarşı tərəf özünü Rauf kimi təqdim eləmişdir. Qeyd edirəm ki. Raufu o, uzun müddətdir ki, tanıyır və Rauf ona uzaqdan qohumdur. Ancaq onunla şəxsi münasibətim çoxda olmamışdır. Telefonda danışan zaman Rauf ona harada olduğunu soruşmuş, o da Raufa cavabında “Eurohome" mağazasında olduğunu söyləmişdir. Raufda onun orada gözləməli olduğunu söyləmiş, oda Raufla razılaşdır. Təxminən 10 dəqiqə sonra Rauf və Rasim birlikdə onun yanına gəlmiş. Rauf söhbət zamanı onun Rasimə dediyi sözləri təkrarlayaraq ona kömək edə biləcəyini, bundan əlavə ona İ qrup təyin etdirə biləcəyini söyləmişdir. O da Rauf ona uzaqdan qohum olduğuna görə ona inanmış, ardınca isə Rauf ona işin düzəlməsi üçün 3.800 manat pul lazım olduğunu söyləmiş, o da Raufla razılaşmışdır. Ardınca isə o, onlardan uzaqlaşaraq yaşadığı evə getmiş, elə təzəcə evə getmişdi ki, Rauf ilə Rasim birlikdə onun evinə gəlmişlər. Və evdə olan zaman özünə məxsus tibbi sənədləri və 3.800 manat pulu Raufa vermiş. Rauf ona söz vermişdi ki, 10 gün ərzində onun təqaüdü bərpa olacaq. Üzərindən təxminən 10 gün keçəndən sonra Rauf yenidən onunla telefon əlaqəsi saxlayaraq onunla görüşmək istədiyini söyləmiş, o da Raufla razılaşmışdır. Yanvar ayının sonlarında günorta saatlarında Raufla Xaçmaz RMX-nın həyətində görüşmüş, görüş zamanı Rauf ona söyləmişdi ki, o, daha yüksək təqaüd almaq üçün ona əlavə olaraqda 800 manat pul verməli olacaqdır. Rauf onunla elə dəqiq söhbət edirmiş ki, o, Raufa güvənmiş və sonuncunun onu aldadacağını düşünməmişdir. Buna görə də onunla razılaşmış, ancaq üzərində o qədər pulun olmadığını, evə getməli olduğunu söyləmişdir. Və ardınca evə gedərək evdən 800 manat pulu götürərək evin qarşısında Raufa vermişdir. Qeyd edir ki, bu zaman Rauf tək imiş. Raufun sözünə görə onun təqaüdü 1 ay ərzində həll olunmalı imiş. Ancaq üzərindən 1 aydanda çox müddət keçməsinə baxmayaraq Rauf onun təqaüdünü bərpa eləməmiş, nədə ki, pulunu geri qaytarmamışdır. Hər dəfəsində Raufla əlaqə saxlamağına baxmayaraq Rauf ona müxtəlif yalanlar söyləyərək təqaüdünün bugün düzələcək, sabah düzəlcək deyə-deyə yola verirmiş. Sonradan isə ümumiyyətlə telefonlarını söndürmüş, daha sonradan isə Rauf barəsində maraqlandıqda, ona məlum olmuşdur ki. Rauf rayon ərazisində bir çox adama pul atıbmış. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ünvan 12 ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 3 övladı var. Özü artıq uzun müddətdir ki, kiçik sahibkarlıqla məşğuldur. 2008-ci ildən 2021-ci ilə kimi ürəyində yaranan problemlərə görə İİ qrup üzrə əlillik təqaüdü alırmış. 2021-ci ilin mart ayının 5- də təqaüdü kəsilmişdir. Qeyd edir ki, o, əlillik dərəcəsinə görə hər 5 ildən bir həkim komissiyasından keçirmiş. 2021-ci ilin mart ayının 5-də də həkim komissiyasının müddəti bitmişdi. Həmin vaxtdan sonra 2 dəfə həkim komissiyasından keçməyinə baxmayaraq təqaüd almaq üçün ona mənfi cavab gəlmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən və işlətdiyi ərzaq mağazasında olan zaman günorta saatlarında mağazaya orta yaşlarında iki nəfər kişi girmişdir. Özünü Rauf kimi təqdim edən şəxs mağazaya daxil olduqdan sonra ona mağazada satmaq üçün pendir təklif eləmiş, o, isə mağazada alış-verişin zəif olduğuna görə bu təklifi rədd eləmişdir. Ardınca isə Rauf ona “mənim ona tanış gəldiyimi, mənim həkim komissiyasında keçdiyimi, ancaq komissiyadan mənə mənfi cavab gəldiyini, bundan əlavə mənim tibbi sənədlərimin surətlərinin onda olduğunu və onu mağazaya Xaçmaz RMX-nın baş həkimi Səyyaf və həkim komissiyasının üzvü olan Nübar xanımın göndərdiyini" söyləyərək üzərində olan mobil telefondan mənə məxsus tibbi sənədlərin şəkillərini mənə göstərmişdir. O, isə ardınca Raufa sənədlərinin məxfi olduğunu və onun sənədlərinin şəklinin onda nə gəzdiyini soruşduqda. Rauf ona cavabında həmin şəkilləri ona Nübarın verdiyini söyləmişdir. Bundan əlavə Rauf ona artıq uzun müddətdir ki, Nübar və Səyyaf ilə işlədiyini, təqaüd üçün aldığı hər puldan ona 100 manat pul qaldığını da söyləmişdir. Ardınca isə təqaüdünün düzəlməsi üçün 1.200 manat pul lazım olduğunu söyləmiş, o, isə Raufa o qədər pulunun olmadığını və 1 həftə sonra gəlməli olduğunu söyləmişdir. Bundan əlavə Raufa pulu bütöv verə bilməyəcəyini, ancaq hissə- hissə ödəyə biləcəyini də demiş. Raufda onunla razılaşmışdır. Oda ardınca yanında gəldiyi orta yaşlarında adını bilmədiyi kişi ilə getmişdir. Üzərindən 1 həftə sonra 2023-cü ilin mart ayının ortalarında günorta saatlarında mağazada olan vaxt Rauf mağazaya gəlmiş və o da 300 manat pulu Raufa vermiş, ardınca o da pulu götürdükdən sonra getmişdir. Təxminən 1 həftə sonra, 2023-cü ilin mart ayında yenidən Rauf onun mağazasına gəlmiş və o, yenə də 500 manat pulu Raufa təqdim eləmişdir. Raufun ona verdiyi sözə görə Rauf onun işini 21 günə həll etməli imiş. Yerdə qalan 400 manat pulu isə o, təqaüdü düzələndən sonra Raufa verəcəkmiş. Ancaq 21 gün keçməyinə baxmayaraq Rauf ona verdiyi vədə əməl etməmiş, hər dəfəsində isə Raufla əlaqə saxladıqda Rauf ona müxtəlif yalanlar söyləyərək onu yola verməyə çalışmışdır. Ardınca isə o. Rauf barəsində maraqlandıqda ona məlum olmuşdur ki. Rauf rayon ərazisində bir çox adama pul atmışdır. O da ardınca məcbur olub, bu barədə DTX-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Pirqulu-Oba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. Artıq uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğul olur. Anası Şahid8 2019-cu ildən 2021-ci ilə kimi xəstəliyə görə ikinci qrup əlil imiş və buna görə təqaüd alırmış. Ancaq 2021-ci ilin sonlarında isə anası Rəna həkim komissiyasından ona mənfi cavab gəldiyinə görə onun təqaüdü kəsilmişdir. Anası Rəna xəstə olduğu üçün anasını tez-tez Xaçmaz RMX-nın həkimi Mədinovun qəbuluna aparırmış. Çox vaxt anası xəstəxanaya gedəndə o da anası ilə birlikdə gedirmiş. 12 avqust 2022-ci il tarixdə o, anası Rəna ilə bir yerdə Xaçmaz RMX-nın 5 mərtəbəli korpusunun 5-ci mərtəbəsində həkim Mədinovun qəbuluna gedən zaman xəstəxananın dəhlizində tanımadığı, adlarını sonradan bildiyi Rauf və Nazim adlı şəxslər ona yaxınlaşmış və Rauf adlı şəxs ondan nəyə görə həkimə müraciət etdiyini soruşanda o, həmin şəxslərə anasının xəstəliyi ilə əlaqədar onu təqaüdə çıxartmaq istədiyini bildirmişdir. Həmin vaxt Rauf ona özünün həmin işlə məşğul olduğunu və anasını həkim vasitəsilə təqaüdə çıxarmaqda köməklik edə biləcəyini söyləmiş, həmçinin Rauf ona anasının təqaüdə çıxarması müqabilində 2800 (iki min səkkiz yüz) manat pul lazım olacağını demişdir. O, özü kənd təsərrüfatı ilə məşğul olduğuna görə vaxtı çox az olurmuş. Anası Rənanında təqaüdünü düzəltmək üçün vaxtı çox gedirmiş. Buna görə də artıq bezmiş olduğuna görə həmin vaxt Raufun təklifi onun üçün gözlənilməz və xoş bir təklif olmuşdur. Buna görə də Raufun təklifi ilə razılaşmış və dərhal 5 mərtəbəli xəstəxananın 5ci mərtəbəsinin dəhlizində 2800 manat pulu və təqaüdə çıxmaq üçün hazırladığı sənədləri Nazimin və anasının yanında Raufa vermişdir. Raufa pulu verərkən Raufla bir birlərinin telefon nömrələrini götürmüş, həmin vaxt Rauf ona bildirmişdir ki,anasının təqaüd işi təxminən 2-3 ay ərzində düzələcəkmiş. Həmin hadisədən təxminən 3 ay sonra o. Raufa zəng vuraraq işi ilə maraqlandıqda Rauf hər dəfə ona işinin düzəldiyini, narahat olmamağımı bildirmişdir. Həmin vaxtdan sonra Rauf onun işini düzəltməyərək nə pulunu, nə də təqaüdə çıxmaq üçün hazırladığı sənədləri ona qaytarmamışdır. Ona görə də o da bu barədə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. 2006-cı ildən etibarən tikinti materiallarının satışı ilə məşğuldur. 2007-ci ildə Xaçmaz şəhər mərkəzində yerləşən dairədən təxminən 600 metr irəlidə Quba yolu istiqamətində yolun solunda 15 sot torpaq sahəsi almış, aldıqdan sonrada orada tikinti mallarının satışı üçün obyekt tikmişdir. 2022-ci ildə həmin ərazidə boş qalmış sahəsində yenidən obyekt tikmək istəmiş, ancaq bu zaman tikinti aparmaq üçün əlində icazə sənədləri olmamışdır. Bundan əlavə mahiyyəti üzrə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2 təxminən 15 ilə yaxındır ki, Xaçmaz rayon sakini kimi tanıyır, onunla şəxsi münasibəti olmamışdır. 2022-ci ilin noyabr ayında təsadüfən Raufla Xaçmaz rayonunda görüşərək söhbət etməyə başlamış, söhbət zamanı Raufa Xaçmaz-Quba yolunun sol tərəfində olan obyektinin yanında olan boş sahədə yenidən obyekt tikmək istədiyini bildirmiş, ancaq bunun üçün isə əlində icazə sənədlərinin olmadığını da söyləmişdir. Bunun cavabında isə Rauf Xaçmaz Rayon İcra Hakimiyyətində tanışlarının olduğunu, əgər istəyirsə ona köməklik göstərəcəyini söyləmiş, o da Raufla razılaşmışdır. Ardıncada onlar ayrılmış, həmin gündən təxminən 2-3 gün sonra xatırlamadığı yerdə Raufla yenidən görüşmüş, görüş zamanı Rauf ona icazə sənədləri üçün ümumilikdə 7.000 manat pul lazım olduğunu söyləmiş, bundan əlavə onun əvvəl 3.000 manatı nağd şəkildə verməli olduğunu, qalan 4.000 manat pulu isə sənədlər hazır olan zaman verməli olduğunu bildirmişdir. O da Raufla razılaşmışdır. 2022-ci ilin noyabr ayında xatırlamadığı tarixdə Xaçmaz şəhərində yerləşən dairədən Xaçmaz-Quba yolunu istiqamətində dairədən 600 metr uzaqlıqda yolun sol tərəfində yerləşən obyektində 3.000 manat pulu Raufa vermiş. Raufun ona verdiyi vədə əsasən sonuncu ən tez zamanda onun icazə sənədlərini düzəltməli imiş. Həmin hadisədən təxminən 2-3 həftə sonra Rauf onunla yenidən telefon əlaqəsi saxlayaraq sənədləri düzəltmək üçün əlavə olaraq 1.000 manat pul lazım olduğunu, əgər ona həmin pulu versə həmin pulu yerdə qalan 4.000 manatdan çıxacağını, bundan əlavə sonda ümumi məbləğdən də ona 200 manat güzəşt olunacağını, beləliklə ondan ümumilikdə 6.800 manat pul götürüləcəyini söyləmiş, o da Raufla razılaşmışdır. 2022-ci ilin dekabr ayının xatırlamadığı tarixində Rauf yaşadığı ünvan 14 ünvanında yerləşən evinin qarşısına gələrək ondan 1.000 manat pulu götürmüş. Raufda pulu götürdükdən sonra oradan uzaqlaşmışdır. Həmin gündən təxminən 1 həftə sonra Rauf yenidən onunla telefon əlaqəsi saxlayaraq onun özünə 500 manat pul lazım olduğunu, həmin pulu ona verdikdə uzağı 1 gün sonra ona qaytaracağını, əgər qaytarmasa ona verəcəyi ümumi puldan çıxmalı olduğunu bildirmiş, o da yenidən Raufla razılaşmışdır. Beləcə 2022-ci ilin dekabr ayının xatırlamadığı tarixində Rauf yaşadığı ünvan 14 ünvanında yerləşən evinin qarşısına gələrək orada ondan 500 manat pulu götürmüşdür. Həmin gündən sonrada tez-tez Raufla telefon əlaqəsi saxlayırmış. Hər dəfəsində də Rauf ona müxtəlif yalanlar söyləyirmiş. Bir müddətdən sonra isə Rauf ümumiyyətlə onun telefonlarına cavab verməmiş, buna görə də o. Raufun özünü axtarmağa başlamışdır. Raufun gününün çoxunu Xaçmaz rayonu 5 saylı tam orta məktəbin yaxınlığında yerləşən Nazim adlı şəxsin kafesində olduğunu öyrənmiş. Raufu tapa bilmədiyimə görə də Nazimin kafesinə getmişdir. O, Nazimi əvvəllər tanımamışamdır. Xatırlamadığı tarixdə kafeyə ilk dəfə gedən zaman kafedə elə Nazimin özünü görmüş, Nazimlədə söhbət edən zaman Raufla arasındakı məsələni ona danışmışdır. Nazim isə cavabında Raufun düzgün adam olduğunu, əgər ona söz veribsə sözünü tutacağını söyləmişdir. Bundan əlavə Nazim ona Raufun bir çox tanışının olduğunu buna görə də narahat olmamalı olduğumu söyləmişdir. Həmin hadisədən sonra Nazim və Rauf bir neçə dəfə onun obyektinə gələrək işinin qısa zaman ərzində həll olunacağımda söyləmiş, ancaq xeyli müddət keçməsinə baxmayaraq Rauf ona verdiyi vədə əməl etməmişdir. Buna görə də o da məcbur olub baş vermiş hadisə haqqında ərizə yazmış, RPŞ-nə həmin ərizəni təqdim etməmişdən əvvəl ərizənin şəklini çəkərək Rauf və Nazimə atmışdır. Buna görə də Nazim onunla münaqişə edərək ondan pul almadığını bildirmiş, o da cavabında pul almamasınsa nə üçün Raufu müdafiə etdiyini və onu təriflədiyini bildirmişdir. Bundan əlavə ərizəni Nazimə atdıqdan sonra xatırlamadığı tarixdə Rauf və Nazim onun obyektinə gəlmiş, söhbət zamanıda Nazim ona Raufun qısa zaman ərzində işini həll edəcəyini, əgər həll etməyəcəksə pulunu gen qaytaracağını söyləmişdir. O da yenidən onlar ilə razılaşmış, bundan əlavə yenə də xatırlamadığı tarixdə Raufun ona zəng edərək Bakı şəhərinə getdiyini, onun sənədlərinin həll olunduğunu söyləmiş, ancaq yenidən Rauf ona verdiyi vədə əməl etməyərək onu yenədə aldatmışdır. O da məcbur olub bu barədə DİN-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. Artıq 8 ilə yaxındır ki, avtomobil ustasıdır. 2007-ci ilin iyul ayından 2008-ci ilin dekabr ayına kimi Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. Təxris olunmağına 4 gün qalmış mədəsində yaranan problemlərə görə ordudan kənarlaşdırılmışdır. Hərbi xidmətdən yararsız olaraq kənarlaşdırıldıqdan sonrada 2009-cu ildən 2021-ci ilə kimi mədəsində yaranan problemlərə görə İİ qrup üzrə əlillik pensiyası alırmış. 2021-ci ilin payız aylarında isə onun pensiyası kəsilmiş, pensiyanı bərpa etmək üçün yenidən müayinə olunduqda isə ona pensiya almaq üçün mənfi cavab verilmişdir. 2022-ci ilin yay aylarında xalası Şəfiqə İbrahimovanın kürəkəni Xaçmaz rayon sakini Nazim adlı şəxslə söhbət edən zaman Nazim ona Xaçmaz rayon sakini olan Rauf adlı şəxsi tanıdığını, həmin şəxsin kəsilmiş pensiyaları bərpa edə biləcəyini söyləmişdir. O da Nazim ona uzaqdan qohum olduğuna görə ona inanmış və ondan xahiş etmişdir ki, Raufla onu tanış eləsin. 2022-ci ilin avqust ayında Nazim və Rauf onun yaşadığı evə gəlmiş, Hər üçü həyətdə oturub söhbət edən zaman Rauf ona 2 ay ərzində pensiyasını bərpa edə biləcəyini, ancaq bunun üçün 2.000 manat pul lazım olduğunu söyləmiş, o da Raufla razılaşmışdır. Bundan əlavə Rauf ona pensiya almadığı dövrlərdən qalmış pullarıda bərpa edə biləcəyini, bunun üçün isə ona əlavə olaraq 800 manat pul verməli olduğumu söyləmişdir. O da ortada Nazim olduğuna görə ona inanmış, elə həmin günü 2022-ci ilin avqust ayında Nazimin yanında Raufa ümumilikdə 2.800 manat pul vermişdir. Rauf ona söz vermişdi ki, onun pensiyası 2 ay ərzində bərpa olacaqmış. Ancaq buna baxmayaraq bugünə kimi də Rauf pensiyasını bərpa etməmişdir. Buna görə də ondan bunun səbəbini soruşduqda Rauf hər dəfəsində ona müxtəlif yalanlar söyləyərək onu yola verməyə başlamışdır. O da bugünə kimi hər dəfəsində Raufdan pulunu istədikdə sonuncu hər dəfəsində ona müxtəlif yalanlar söyləyərək onu yola verirmiş. Bundan əlavə Raufun ona yalan danışdığını gördükdən sonra Nazimlə əlaqə saxladıqda. Nazim Raufun yalan danışmadığını, onun işini düzəldəcəyini, əgər düzəltməsə, axır əvvəl Raufun onun pulunu qaytaracağını söyləmiş, ancaq Raufa pulu verməyindən xeyli müddət keçməsinə baxmayaraq Rauf onun nə işini düzətmiş, nədə ki pulunu qaytarmamışdır. O da məcbur olub bu barədə aidiyyəti orqanlara müraciət etdim. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Siyəzən rayonu, Məşrif kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 4 övladı var. Özü hal-hazırda heç bir yerdə işləmir. Ancaq qeyd edir ki, 2006-cı ildən 2014-cü ilə kimi Xaçmaz rayonunda “Azərişıq" ASC-də mühəndis vəzifəsində çalışmışdır. 2015-ci ildən 2020-ci ilə kimi gözündə yaranan problemə görə ikinci qrup əlillik dərəcəsi alırmış. Qeyd edir ki, qanunvericiliyə əsasən hər təqaüdçü hər 5 ildən bir yenidən pensiya almaq üçün həkim komissiyasından keçməlidir. 2020-ci ilin noyabr ayında da onun pensiyası kəsilmiş, buna görə də o, həkim komissiyasından keçməyinə baxmayaraq ona mənfi cavab gəlmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində qızı Yeganə Hüseynova ilə birlikdə Xaçmaz rayonu, “PMK” deyilən əraziyə getmiş, orayada getməkdə məqsədinin kirayə ev axtarmaq imiş. Oraya gedən zaman qarşısına Rauf adlı şəxs çıxmış, onunla salamlaşdıqdan sonra söhbət etməyə başlamışdır. Söhbət zamanı Rauf ona demişdir ki "o, mənim bibim oğlunun nəvəsinin kiçik toyunda iştirak edib, bundan əlavə mən işıq idarəsində işləyən zaman onun yaşadığı əraziyə nəzarət etmişəm”. Rauf bu sözləri dedikdən sonra düşünmüşdür ki, Rauf onu həqiqətəndə tanıyırmış. Bundan əlavə Rauf onunla çox yaxın tərzdə danışmağa başlamış, söhbət zamanı onun işləyib-işləmədiyini soruşmuşdur. O, isə Raufa cavabında işləmədiyini, bundan əlavə pensiyasınında kəsildiyini söyləmiş, bu zaman isə Rauf ona kəsilmiş pensiyasını bərpa edə biləcəyini söyləmişdir. Ancaq bunun üçün 2.700 manat pul lazım olduğunu söyləmiş, o, isə Raufla razılaşmışdır. Ancaq Raufa əvvəlcədən 700 manat pul verəcəyini, işi düzələndən sonra isə əlavə olaraq da 2.000 manat pulu ona verəcəyini söyləmiş, Rauf isə ona 700 manat yox ilkin növbədə 670 manat lazım olduğunu, yerdə qalan pulu isə pensiyası düzələndən sonra ondan alacağını söyləmiş, o da Raufla razılaşmışdır. Ardınca isə biz ikisi Xaçmaz RMX-na getmiş, xəstəxanada olan zaman hər ikisi xəstəxanada işləyən Nübar adlı xanımın otağının qarşısına getmiş, otağın qarşısına çatan zaman o, qapının yanında gözləmiş. Rauf isə içəri girmişdir. Rauf içəridə təxminən 5 dəqiqə qalmış, 5 dəqiqədən sonra isə çölə çıxdıqda Rauf onun işinin milyon faiz düzələcəyini söyləmiş, o da Raufa inanmışdır. Həmin gündən 2-3 gün sonra Raufla yaşadığı evin yaxınlığında görüşmüş, görüşən zaman 670 manat pulu Raufa vermişdir. Rauf isə cavabında 52 iş günündən sonra onun təqaüdünü bərpa edəcəyini söyləmiş, o da Raufa inanaraq ondan uzaqlaşmışdır. Raufun ona dediyi vaxt gəlib çatmasına baxmayaraq, sonuncu ona verdiyi vədə əməl etməmiş, belə ki, təxminən 2 aydan sonra Raufla əlaqə saxladıqda sonuncu hər dəfəsində ona müxtəlif yalanlar danışmağa başlamışdır. Bir müddət sonra isə ümumiyyətlə Rauf telefonlarına cavab verməməyə başlamış, ardınca isə rayon ərazisində Rauf barəsində maraqlananda ona məlum olmuşdur ki. Rauf onun kimi bir çox adamı aldadıbmış. Bundan sonra bilmişdir ki. Rauf onun etibarından sui-istifadə etməklə onu aldadaraq 670 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonrada bu barədə məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, o, həyat yoldaşı ilə 10 ilə yaxındır ki, pensiya alırmışlar. Bakı şəhər xəstəxanasından çıxan cavabları gətirib həkimə verdikdən sonra həkim onlara mümkündürsə çıxardacaq pensiyaya demişdir. Həyat yoldaşı gələrək pensiyalarının düzəltdiyini bildirdi və borc edərək Xaçmaz şəhərində olan Rauf adlı şəxsə ümumilikdə 16000 manat pul vermişdi. Sonradan get-gəl ollmuş, işləri düzəlməmiş və əlnən verdikləri pulu ala bilməmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki,o, Xaçmaz rayonu, Hacıməmmədoba kəndində qeydiyyatda olmaqla həmin ünvandan ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Ailəlidir və 5 övladı var. O, böyrəyində yaranan problemlərə və şəkər xəstəsi olduğuna görə 2009-cu ildən 2020-ci ilə kimi sağlamlığında yarana problemlərə görə İİ qrup üzrə əlillik pensiyası alırdı. 2021-ci ilin yay aylarında isə pensiyası kəsilmiş, həmçinin həyat yoldaşı Şakirində əlillik dərəcəsi ləğv olunmuş, nəticədə onunda təqaüdü kəsilmişdir. Təqaüdünü bərpa etmək üçün yenidən müayinə olunduqda isə ona təqaüd almaq üçün mənfi rəy verilmişdir. 2022-ci ilin oktyabr ayının əvvələrində Şakir evə gələrək ona, Xaçmaz RMX-dan gəldiyini, orada Rauf adlı şəxslə tanış olduğunu, onun kəsilmiş təqaüdləri bərpa edə biləcəyini söyləmişdi. Ancaq bunun üçün adambaşı 2000 manat pul lazım oluduğunu söyləmişdi. O, da həyat yoldaşına özü nə məsləhət bilirsə etməsini söyləmişdi. Onlardan başqa baldızı, Yaxşıxanım Məmmədova və Şahid5 vaxtı ilə əlilliyə görə təqaüd almış daha sonra isə onların təqaüdləri kəsilmiş, ardınca isə onlarda təqaüd almaq üçün həkim komisiyasından keçən zaman onlara da mənfi mənfi cavab verilmişdir. O, Şakirə razılıq verdikdən sonra Şakir evdən çıxaraq bacıları ilə danışmağa gedmişdir. Elə həmin gün Şakir evə gələrək bacıları ilə danışdığını, onların pullarının olmadığını, onların yerinə özünün pul verəcəyini, bacılarının da təqaüdləri düzəldikdən sonra yavaş-yavaş ona pul qaytaracaqlarını söylədi.O, da onunla razılaşmışdır. Beləcə Şakir 2022-ci ilin oktyabr ayında 8000 manat Rauf adlı şəxsə vermişdi. Rauf Şakirə söz vermişdir ki, təqaüdlər 2 ay ərzində bərpa olacaq. Həmin söhbətdən 1-2 həftə sonra isə yenidən Şakir evə gələn zaman Rauf onunla əlaqə saxladığını və 2020-ci ildən 2022-ci ilə kimi kəsilmiş pensiyalarıda geri qaytara biləcəyini, ancaq bunun üçün əlavə pul lazım olduğunu söyləmişdi. O, yenidən Şakirə necə məsləhətdirsə elədə etməli olduğunu söyləmişdir. Sonradan Şakir ona bildirmişdir ki, o bacıları ilə də məsləhətləşmiş və onlarından yerinə pul qoyacaq. Şakir ona bildirmişdir ki, kəsilmiş pensiyaları qaytarmaqdan ötrü Raufa özü, onun və bacıları üçün ümumilikdə 2600 manat pul vermişdir. Ancaq buna baxmayaraq Rauf onlara verdiyi vədə əməl etməmiş və pullarını almasına baxmayaraq onların heç birinin təqaüdünü düzəltməmişdir. Hər dəfəsində də X46 müxtəlif yaoanoarla yola verməyə başlamışdır. 2023-cü ilin fevralında Şakir evə gələrək oğlu üçün Xaçmaz RMX-da TTYŞ-nə sürücü işi tapdığını və bunun üçün 5000 manat pul lazım olduğunu söyləmişdir. O, yenidən Şakirə necə məsləhətdirsə onuda etməli olduğunu söyləmişdir. 2023-cü ilin fevral ayında da Şakir Muradəlini işə düzəltmək üçün tanımadığı şəxsə 5000 manat pul vermişdi. Sonradan öyrənmişdir ki, Şakir məhz həmin 5000 manat puluda Rauf adlı şəxsə verib və sonuncuda Şakirə verdiyi vədə əməl etməyərək onun 5000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid6 ibtidai istintaq zamanı ifadə verərək göstəmişdir ki, hərbi xidmətdən qayıtdıqdan, sonra heç bir yerdə iş tapa bilməmişdir. Buna görə də ətrafındakı bir çox dost-tanışa iş axtarmağı barədə xəbərlər göndərmişdir. 2023-cü ilin fevral ayında atası onunla söhbət edərək həmkəndliləri Hətəmin bir tanışının olduğunu, Hətəmin həmin şəxsi yaxşı tanıdığını, həmin şəxsin ətrafının geniş olduğunu və onu Xaçmaz RMX-da TTYŞ-nə təcili tibbi yardım avtomobilinə sürücü kimi işə düzəldə biləcəyini, ancaq bunun üçün 5.000 manat pul lazım olduğunu söyləmişdi. O, da həmin işdə işləyə biləcəyimi söyləyərək atasına razılıq verərək gedib həmin şəxslə söhbət etəmələrini bildirmişdir. Beləcə 2023-cü ilin fevral ayında atası ilə birlikdə Xaçmaz RMX-na getmişlər. Oraya getdikdə ona məlum oldu ki, həmin şəxsin adı Təqsirləndirilən şəxs2dur və həmin şəxsi atası tanıyır. Belə ki, atası 2022-ci ilin oktyabr ayında həm özü, həm anası, həmdə ki, bacılarının kəsilmiş təqaüdlərini bərpa etmək üçün bir adama ümumilikdə 10.600 manat pul vermişdi. Qeyd etmək isteyir ki, o, həmin söhbətdə iştirak etməmişdir və həmin söhbətdəndə sonradan xəbəri olub. Həmin vaxt ona məlum oldu ki, vaxtı ilə atasına pul atan şəxs sən demə həmin Rauf adlı şəxs imiş. Ancaq Hətəm atasına narahat olmamalı olduğunu, özünün ona inandığını, guya ki, Raufu uzun müddətdir ki, tanıdığını, əgər Rauf bizi aldadarsa pulumuzu onun qaytaracağını söyləmişdi. Buna görə də atası Hətəmə inanaraq elə həmin günü Xaçmaz RMX-nın həyətində 4.500 manat pulu onun yanımda Raufa vermişdi. Bundan əlavə Rauf ondan sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsinidə götürdü və mart ayına kimi də işinin düzələcəyini söylədi. Bundan əlavə Rauf atasına digər 500 manatında qısa zaman ərzində qaytarılmalı olduğunu bildirdi. Atasıda ona inandığına görə day o, heçnə deməmişdir. Həmin gündən təxminən 10 gün sonra 2023-cü ilin fevral ayının ortalarında atası mənə 500 manat pulu verərək onu Raufa çatdırmalı olduğumu söylədi. O, da həmin günü Xaçmaz RMX-nın həyətində 500 manatı Raufa verdi. Həmin vaxtda Rauf ondan aldığı sürücülük vəsiqəsi ilə şəxsiyyət vəsiqəmi ona qaytardı. Rauf onlara söz vermişdi ki, guya onun işi mart ayının 8-nə kimi düzələcək və o, həmin tarixdən işə başlayacaq. Ancaq buna baxmayaraq Təqsirləndirilən şəxs2 verdiyi vədə əməl etmədi və onları hər dəfəsində müxtəlif yalanlar söyləyərək onları yola verməyə başladı. O, özüdə bir neçə dəfə Raufla əlaqə saxlamağa çalışsada onunla əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərmişdir ki, o, pensiya alırdı lakin sonradan pensiya kəsilmişdir. Qardaşı ona bildirmiş ki, ona pensiya düşür, bir şəxs var, o, düzəldə bilir. Bununla əlaqədar o, qardaşına pensiya düzəltmək üçün 2800 manat pul vermişdir. Pulu verdikdən sonra onun pulu geri qaytarmamışdır. Həmin şəxs də qardaşını neçə ildir aldadır, pulu qaytarmamışdır. O, da qardaşına demişdir ki, «o, səni aldatır inanma ona». Şahid5 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Hacıməmmədoba kəndində qeydiyyatda olmaqla həmin ünvandan ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Ailəlidir və 1 övladı var. O, ürəyində və bağırsağında yaranan problemlərə görə 2009-cu ildən 2020-ci ilə kimi sağlamlığında yarana problemlərə görə İİ qrup üzrə əlillik pensiyası alırdı. 2020-ci ilin yay aylarında isə pensiyası kəsilmişdir. Təqaüdünü bərpa etmək üçün yenidən müayinə olunduqda isə ona təqaüd almaq üçün mənfi rəy verilmişdir. 2022-ci ilin oktyabr ayının əvvələrində qardaşı Şakir onun yaşadığı evə gələrək ona, Xaçmaz RMX-dan gəldiyini, orada Rauf adlı şəxslə tanış olduğunu, onun kəsilmiş təqaüdləri bərpa edə biləcəyini söyləmişdi. Ancaq bunun üçün adambaşı 2000 manat pul lazım oluduğunu söyləmişdi. O, da qardaşı Şakirə onda pul olmadığını, pulu varsa rnun yerinə verməsini, təqaüd düzələndən sonra hissə-hissə ona olan borcunu qaytaracağını söyləmişdir. Qardaşı Şakirdə onunla razılaşmışdar. Sonradan öyrənmişdir ki, qardaşı Şakir ondan başqa digər bacısı Yaxşıxanımla dv bu barədə danışmış, ançaq onunda pulu olmadığına görə oda qardaşından onun yerinə qoymasını xahiş etmiş və sonradan hissə-hissə olmaqla sonuncu onun kimi Şakirə pulunu qaytaracaqmış. 2022-ci ilin oktyabr ayında Şakir onlara gələrək Rauf adlı şəxsə özü, həyat yoldaşı Gülüş, onun və bacısı Yaxşıxanım üçün adambaşı 2000 manat olmaqla ümumilikdə 8000 manat verdiyini bildirmişdir. Şakir ona demişdir ki, güya Rauf ona söz vermişdir ki, təqaüdlər 2 ay ərzində bərpa olacaq. Həmin söhbətdən 1-2 həftə sonra isə yenidən Şakir evinə gələrək Raufun onunla əlaqə saxladığını və 2020-ci ildən 2022-ci ilə kimi kəsilmiş pensiyalarıda geri qaytara biləcəyini, ancaq bunun üçün əlavə pul lazım olduğunu söyləmişdi.Bu zamanda o, Şakirə yenidən pulunun olmadığını, mümkünsə onun yerinə də pul qoymalı olduğunu, təqaüd alan kimi hissə-hissə onun pulunu qaytaracağını söylədi. Şakirdə onunla razılaşmış. Sonradan Şakir ona bildirmişdir ki, kəsilmiş pensiyaları qaytarmaqdan ötrü Raufa özü, 2600 manat pul vermişdir. Ancaq buna baxmayaraq Rauf onlara verdiyi vədə əməl etməmiş və pullarını almasına baxmayaraq onların heç birinin təqaüdünü düzəltməmişdir. Hər dəfəsində də X46 müxtəlif yalanlarla yola verməyə başlamışdır. Sadecə olaraq o, qadın olduğu üçün Şakirin işinə çoxda qarışmırdı və neçə məsləhətdirsə elədə elə deyirdi. Sonradan öyrənmişdir ki, Şakir oğlunu işə düzəltmək üçün də 2023-cü ilin fevral ayında Raufa 5000 manat pul vermiş, ançaq sonuncu yenidən qardaşını aldadaraq onun pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 göstərmişdir ki, o, 5 ildir pensiya alırdı. Lakin sonradan pensiyası kəsilmişdi. Qardaşı Şakir gəlib ona bildirmişdir ki, pensiya düzəldən var və pensiyanı düzəltmək üçün 2000 manat pul istəyir və o istəyən pulu vermişdir. Sonra qardaşı yenidən onun yanına gələrək həmin şəxs batan pensiyaları yazdırmak üçün 800 manatda pul istədiyini bildirmiş, Şakir bununla əlaqədar o biri şəxslərin hər birindən 800 manat almışdır, onun yoldaşı açıq ürəy əməliyyatı olub deyə ondan 400 manat pul almışdır. Şahid9 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Hacıməmmədoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Xaçmaz rayonunun, Balaqusar kəndində yaşayır. Özü heç bir yerdə işləmir. Ailəlidir və 3 övladı var. O, böyrəyində yaranan problemlərə görə 2016-cı ildən 2021-ci ilə kimi sağlamlığında yarana problemlərə görə İİ qrup üzrə əlillik pensiyası alırdı. 2021-ci ilin may ayında isə pensiyası kəsilmişdir. Təqaüdünü bərpa etmək üçün yenidən müayinə olunduqda isə ona təqaüd almaq üçün mənfi rəy verilmişdir. 2022-ci ilin oktyabr ayının əvvələrində qardaşı Şakir onun yaşadığı evə gələrək ona, Xaçmaz RMX-dan gəldiyini, orada Rauf adlı şəxslə tanış olduğunu, onun kəsilmiş təqaüdləri bərpa edə biləcəyini söyləmişdi. Ancaq bunun üçün adambaşı 2000 manat pul lazım oluduğunu söyləmişdi. O, da qardaşı Şakirə onda pul olmadığını, pulu varsa rnun yerinə verməsini, təqaüd düzələndən sonra hissə-hissə ona olan borcunu qaytaracağını söyləmişdir. Qardaşı Şakirdə onunla razılaşmışdar. Sonradan öyrənmişdir ki, qardaşı Şakir ondan başqa digər bacısı Möhübətlə də bu barədə danışmış, ançaq onunda pulu olmadığına görə oda qardaşından onun yerinə qoymasını xahiş etmiş və sonradan hissə-hissə olmaqla sonuncu onun kimi Şakirə pulunu qaytaracaqmış. 2022-ci ilin oktyabr ayında Şakir onlara gələrək Rauf adlı şəxsə özü, həyat yoldaşı Gülüş, onun və bacısı Yaxşıxanım üçün adambaşı 2000 manat olmaqla ümumilikdə 8000 manat verdiyini bildirmişdir. Şakir ona demişdir ki, güya Rauf ona söz vermişdir ki, təqaüdlər 2 ay ərzində bərpa olacaq. Həmin söhbətdən 1-2 həftə sonra isə yenidən Şakir evinə gələrək Raufun onunla əlaqə saxladığını və 2020-ci ildən 2022-ci ilə kimi kəsilmiş pensiyalarıda geri qaytara biləcəyini, ancaq bunun üçün əlavə pul lazım olduğunu söyləmişdi. Bu zamanda o, Şakirə yenidən pulunun olmadığını, mümkünsə onun yerinə də pul qoymalı olduğunu, təqaüd alan kimi hissə-hissə onun pulunu qaytaracağını söylədi. Şakirdə onunla razılaşmış. Sonradan Şakir ona bildirmişdir ki, kəsilmiş pensiyaları qaytarmaqdan ötrü Raufa özü, 2600 manat pul vermişdir. Ancaq buna baxmayaraq Rauf onlara verdiyi vədə əməl etməmiş və pullarını almasına baxmayaraq onların heç birinin təqaüdünü düzəltməmişdir. Hər dəfəsində də X46 müxtəlif yalanlarla yola verməyə başlamışdır. Sadecə olaraq o, qadın olduğu üçün Şakirin işinə çoxda qarışmırdı və neçə məsləhətdirsə elədə elə deyirdi. Sonradan öyrənmişdir ki, Şakir oğlunu işə düzəltmək üçün də 2023-cü ilin fevral ayında Raufa 5000 manat pul vermiş, ançaq sonuncu yenidən qardaşını aldadaraq onun pulu dələduzluq yolu ilə ələkeçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, hadisə ilə bağlı onu deyə bilər ki, o əvvəllər Raufu tanımamışdır. Həkim Mədinov ona bildirmişdir ki, «keçmiş pulları almaq istəyirəmsə bir nəfər şəxs var onu calayım sənə, düzəltsin». O, da həkimə bildirmiş ki, «olsun da kim istəməz ki», sonra həkim otaqdan çıxaraq tibb bacısına bir nəfər var onu çağırsın bura demişdir. O, Raufla görüşüb söhbət edərkən o, ona bildirmiş ki, «mən düzüb qoşuram, təcili göndər, dekabr ayına catdıraq ki, gələn ilə keçməsin». O, özündə olan fındığı 500 manata və inəyini 1500 manata sataraq gətirib pulu vermiş Raufa. Sonra ona demişlər ki, gedib Bakı şəhərindən xəstəxanadan çıxsın, o, da gedib xəstəxanadan da çıxmışdır. Ona vurulan ziyan Rauf tərəfindən qaytarılmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, İdrisoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və üç övladı var. Özü heç bir yerdə işləmir. 1988-ci ildən Zərərçəkmiş şəxs8 ilə nikahdadır. 1992-ci ildə həyat yoldaşı 6 ay ərzində Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etmiş, ancaq Qarabağ döyüşlərindən sonra Rasimin sağlamlığında ciddi problemlər yaranmışdır. Beləliklə 2013-cü ildən 2021-ci ilə kimi Rasim sağlamlığında yaranan problemlərə ikinci qrup əlil kimi təqaüd çıxaraq pensiya almışdır. Qeyd edir ki, sağlamlığa görə təqaüdə çıxan hər bir təqaüdçü kimi Rasimdə hər beş ildən bir həkim komissiyasından keçirmiş. 2021-ci ilin dekabr ayında isə Rasim həkim komissiyasından keçmiş, həkim komissiyasından keçdikdən sonra onlara məktub gəlmişdir ki. Rasim sağlam olduğuna görə ona təqaüd düşmür. Beləcə 2021-ci ilin dekabr ayından Rasimin təqaüdü kəsilmişdir. 2022-ci ilin yanvar ayından sentyabr ayına kimi Rasimin sağlamlığında yaranan problemlərə görə müxtəlif vaxtlarda Xaçmaz RMX-da müailəcə almaq məqsədilə qalmışdır. Axırıncı dəfə isə 2022-ci ilin avqust ayında yenidən sağlamlığında yaranan problemlərə görə Rasim Xaçmaz RMX-da müailəcə almaq məqsədilə orada 12 gün qalmışdır. Həmin vaxtlarda Rasim şəkər xəstəliyinə görə ayağı şişdiyi üçün çoxda gəzə bilmirmiş. Buna görə də təqaüd almaq üçün lazımi sənədlərin yığılması üçün o, özü xəstəxanaya və bir çox idarələrə onun adından gedirmiş. 2022-ci ilin sentyabr ayında xəstəxanaya gedən zaman orada Rasimin təqaüdünü necə bərpa edəcəyi barədə maraqlanmağa başlamış, bu zaman həmin xəstəxanada həyat yoldaşı Ramazanın ürək həkimi olan Mədinovla rastlaşaraq onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı Ramazan Mədinov ona həyat yoldaşı Rasimin təqaüdünü düzəltməyə adam lazım olduğunu, indiki zamanda adamın olmasa bu işi həll edə bilməyəcəyini, əgər istəyirlərsə onları bir nəfərə calaya biləcəyini və həmin şəxsində onlar kimi şəxslərin təqaüdlərini bərpa edə biləcəyini söyləmişdir. Bundan əlavə söhbət zamanı Ramazan ona demişdir ki, ancaq bunun üçün pul lazımdır. Ancaq Ramazan ona pulun miqdarını söyləməmiş, o, əli ilə beş rəqəmini göstərdikdə Ramazan ona demişdir ki, “sən get, sabahda birisigündə gələrsən, ancaq hazırlıqla gəl”. O da Ramazanın yanından ayrılaraq evinə getmiş, evədə gedərək bu barədə Rasimlə söhbət etmişdir. Rasimdə ortada Ramazan olduğuna görə bu söhbətin yalan söhbət olmayacağını demiş, beləcə həmin gündən 2 gün sonra, 2022-ci ilin sentyabr ayında həyat yoldaşı ilə birlikdə həkim Ramazan Mədinovla görüşmək məqsədilə Xaçmaz RMX-na getmişlər. Xəstəxanada olan zaman Ramazan onlara demişdir ki, "siz sənəd-sünəddən narahat olmayın, gedin mən dediyim şəxslərlən görüşün, onların dediklərini edin, mən sizin sənədlərinizi hazırlayacam”. Ardınca isə Ramazan onları xatırlamadığı xəstəxanada olan otaqlardan birinə göndərmiş, bu zaman həmin otaqda iki nəfər kişi varmış. Onlar 62lörihi Rauf və Nazim kimi təqdim eləmiş, söhbət zamanı Rauf onlara Rasimin təqaüdünü bərpa edə biləcəyini, ancaq bunun üçün ümumilikdə ona 2.800 manat pul verməli olduqlarını bildirmişdir. Rasim isə ona halhazırda üzərində 1.000 manat pul olduğunu, yerdə qalan 1.000 manatı isə iki gün ərzində verəcəyini, digər 800 manatı isə təqaüdü bərpa olduqdan sonra verəcəyini söyləmişdir. Rauf isə onlara 1.000 manatı iki gün ərzində yox, nə qədər tez versələr işlərinin bir o qədərdə tez düzələcəyini söyləmişdir. Elə həmin vaxtıda Rasim üzərində olan 1.000 manat pulu və özünə məxsus tibbi sənədləri həmin otaqda Nazimin yanında Raufa vermiş, oradanda bir-birlərinin əlaqə telefon nömrələrini götürərək uzaqlaşmışlar. Həmin gündən 1 gün sonra, yəni 2022-ci ilin sentyabr ayında Rauf Rasimlə telefon əlaqəsi saxlayaraq pulu düzəldib- düzəldə bilməyəcəyini soruşmuş. Rasimdə ona pulun hazır olduğunu və harada görüşə biləcəyini soruşduqda, Rauf cavabında onların əziyyət çəkməməli olduğunu və pulu özünün gəlib Xudatdan götürəcəyini söyləmiş Rasimdə onunla razılaşmışdır. Beləcə elə həmin günü Xaçmaz rayonu, Xudat şəhərində yerləşən avtovağzalda onunla görüşərək 1.000 manat pulu Raufa vermişlər. Həmin vaxtı yanlarında Nazimdə varmış. Rauf pulu aldıqdan sonra söz vermişdir ki, 2 ay ərzində Rasimin təqaüdü bərpa olacaq. Üzərindən 2 ay keçməsinə baxmayaraq Rauf onlara verdiyi vədə əməl etməmiş, hər dəfəsində Raufla əlaqə saxladıqda Rauf onlara narahat olmamalı olduğunu, təqaüdün bugün. sabah düzələcəyini deyərək yola verməyə başlamışdır. 2023-cü ilin may ayına kimi Raufla əlaqələri olmuş, ancaq may ayından sonra Raufla münasibətləri kəsilmişdir. Rasimdə məcbur olub bu barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 2 övladı var. Özü heç bir yerdə işləmir. Oğlu Zərərçəkmiş şəxs1 2007-ci ilin iyul ayından 2008-ci ilin dekabr ayına kimi Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. Təxris olunmağına 4 gün qalmış Elnurun mədəsində yaranan problemlərə görə ordudan kənarlaşdırılmışdır. Hərbi xidmətdən yararsız olaraq kənarlaşdırıldıqdan sonrada 2009-cu ildən 2021-ci ilə kimi mədəsində yaranan problemlərə görə İİ qrup üzrə əlillik təqaüdü alırmış. 2021-ci ilin payız aylarında isə onun təqaüdü kəsilmiş, təqaüdü bərpa etmək üçün yenidən həkim komissiyasından keçdikdə isə ona təqaüd almaq üçün mənfi cavab verilmişdir. 2022-ci ilin yay aylarında bacısı Şəfiqə İbrahimovanın kürəkəni Xaçmaz rayon sakini Şahid7 ilə söhbət edən zaman Nazim ona və oğluna Xaçmaz rayon sakini olan Rauf adlı şəxsi tanıdığını, həmin şəxsin kəsilmiş təqaüdləri bərpa edə biləcəyini söyləmiş, onlarda Nazim qohum olduğuna görə ona inanmışlar. 2022-ci ilin avqust ayında Nazim və Rauf onların yaşadığı evə gəlmiş, o, oğlu. Nazim və Rauf həyətdə oturub söhbət edən zaman Rauf onlara 2 ay ərzində Elnurun təqaüdünü bərpa edə biləcəyini, ancaq bunun üçün 2.000 manat pul lazım olduğunu söyləmiş, onlarda Raufla razılaşmışlar. Bundan əlavə Rauf onlara Elnurun təqaüd almadığı dövrlərdən qalmış pullarıda bərpa edə biləcəyini, bunun üçün isə ona əlavə olaraq 800 manat pul verməli olduqlarını söyləmişdir. Onlarda ortada Nazim olduğuna görə ona inanmış, elə həmin vaxt Nazimin yanında Raufa 2.800 manat pulu oğlu Elnur vermişdir. Rauf onlara söz vermişdi ki. Elnurun təqaüdü 2 ay ərzində bərpa oiacaqmış. Ancaq buna baxmayaraq bugünə kimi də Rauf təqaüdü bərpa etməmişdir. Bundan əlavə Raufun onlara yalan danışdığını gördükdən sonra Nazimlə əlaqə saxladıqda. Nazim Raufun yalan danışmadığını. Elnurun işini düzəldəcəyini, əgər düzəltməsə, pulunu qaytaracağını. Raufda qaytarmasa onun özünün qaytaracağını, Raufa cavabdeh olduğunu söyləmişdir. Bir müddətdən sonra isə Nazim Raufun pulu qaytarmadığını və hər dəfəsində müxtəlif yalanlar danışdığını görmüşdür. X36 vasitəsilə tanımışlar və Nazimdə onlarla hər dəfəsində söhbət edən zaman Raufun yalan danışmadığını, əgər Rauf verdiyi vədə əməl etməsə pulunu onun özünün qaytaracağını söyləmişdir. Nazimdə verdiyi vədə əməl edərək bir müddətdir ki, hissə-hissə oğlu Elnura pul qaytarır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 16 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və iki övladı var. 20 ilə yaxındır ki, “Azərsun” Holdinq “Qafqaz Konserv” zavodunda mühafizəçi kimi çalışır. Şahid7 16 ilə yaxındır ki, tanıyır və onunlada münasibətləri normal olub. Nazimidə tanımaqda səbəbkar sonuncunun işlədiyi fabrikə tez-tez satmaq üçün meyvə gətirməsidi. Təqsirləndirilən şəxs2 isə 1 ilə yaxındır ki, tanıyırmış, onunlada münasibətləri normal olmuşdur. Raufuda ona tanış edən şəxs Nazim olub. Qeyd edir ki, onun “Volksvagen-Passat" markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili var. O, işlədiyi fabrikdən işdən çıxandan sonra boş vaxtlarında Xaçmaz rayonu daxilinda taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin yay aylarında taksi kimi Xaçmaz rayon icra hakimiyyətinin yaxınlığında dayanmışdır. Bu zaman yanına Nazim və Rauf adlı şəxslər gəlmişlər. Həmin vaxt o, Raufu tanımırmış. Söhbət zamanı Nazim Raufu ona təqdim edərək onun tanışı olduğunu, Raufun kəsilmiş təqaüdləri bərpa etdiyini, o cümlədən kimsə təqaüd almaq istəyərsə ona təqaüd düzəldə biləcəyini, bundan əlavə Raufun dost-tanışının çox olduğunu, buna görə də kiməsə iş lazım olarsa onu işə düzəldə biləcəyini söyləmişdir. Onlarda biraz söhbət etdikdən sonra bir-birlərindən ayrılmışlar. Həmin söhbətdən təxminən 1 ay sonra Nazim onunla telefon əlaqəsi saxlayaraq onu evinin qarşısında olan özünün işlətdiyi kafeyə çağırmışdır. Orada Nazimin yanında Raufda olmuşdur. Söhbət zamanı Nazim və Rauf ona Xaçmaz RMX-nın TTYŞ-nə sürücü işi olduğunu, bu işə görə işdən çıxmış bir polis əməkdaşını işə düzəldəcəklərini, ancaq həmin polis əməkdaşını maddə ilə işdən çıxardıqlarına görə həmin şəxsi işə düzəldə bilmədiklərini, həmin iş üçün isə ümumilikdə 5.000 manat pul lazım olduğunu söyləmişdir. O, isə Rauf və Nazimə ona iş lazım olmadığını söyləmiş, bunun qarşılığında Rauf və Nazim ona işə düzəlmək üçün adam tapa bilsə onlara xəbər edə biləcəyini söyləmişlər. O da onlarla razılaşmışdır. Bundan əlavə qeyd edir ki. Zərərçəkmiş şəxs6 uşaqlıqdan bəri tanıyımış və sonuncu onun həmkəndlisidir. Belə ki. Şakirin oğlu Muradəli artıq uzun müddət idi ki, işsiz imiş. Buna görə də Şakir dəfələrlə onunla əlaqə saxlayaraq oğluna iş axtardığını, əgər oğluna iş tapa bilsə ona xəbər verməli olduğunu söyləmişdir. Elə Raufda ona iş barəsində dedikdə bir anda ağlına Şakir gəlmişdir. Buna görə də Rauf ona bu barədə dedikdən bir müddət sonra Şakirlə əlaqə saxlamış və Şakirə bir tanışının olduğunu, onun oğlu Muradəlini xəstəxanaya TTYŞ-nə sürücü kimi işə düzəldə biləcəyini, ancaq bunun üçün 5.000 manat pul lazım olduğunu söyləmişdir. Şakirdə evdəkilərlə məsləhətləşdikdən sonra ona cavab verəcəyini söyləmişdir. Həmin söhbətdən bir gün sonra Şakir onunla əlaqə saxlayaraq işə düzəldən şəxslə görüşmək istədiyini söyləmiş, o da həmin an Raufla əlaqə saxlayaraq onun harada olmasını soruşmuşdur. Raufda özünün xəstəxanada olmasını dedikdən sonra Şakir adlı şəxsin sürücü işini danışmaq məqsədilə xəstəxanaya gələcəyini söyləmiş. Raufda onunla razılaşmışdır. Elə həmin günü Şakirlə əlaqə saxlayaraq pulla birlikdə Xaçmaz RMX-na getməli olduğunu və onunda oraya gələcəyini söyləmişdir. Ancaq həmin günü avtomobili xarab olduğuna görə o, yolda qalmış, buna görədə Şakirlə əlaqə saxlayaraq xəstəxanaya gələ bilməyəcəyini, özünün Rauf adlı şəxslə görüşməli olduğunu bildirmişdir. Elə həmin günü Şakir onunla əlaqə saxlayaraq sürücü kimi işə düzəldəcək şəxs olan Raufu əvvəllər tanıdığını, Raufun ona pul atdığını, belə ki. Raufun ondan ümumilikdə 10.600 manat pul aldığını, ancaq verdiyi vədə əməl etməyərək ona və ailəsi üçün söz verdiyi təqaüdləri düzəltmədiyini söyləmişdir. O da ortada Nazim olduğuna və həm Raufu, həmdə ki. Nazimi ibadət əhli kimi tanıdığına görə Şakirə narahat olmamalı olduğunu. Raufun ibadət əhli olduğunu və sonuncunun onu aldatmayacağını, ancaq son qərarın onun olduğunu söyləmiş və telefonda sağollaşmışdır. Sonradan bilmişdir ki. Şakir Raufa 4.500 manat pul verib. Qalan 500 manatı isə yaxın vaxtlarda verəcəkmiş. Ancaq sonradan öyrənmişdir ki. Rauf Şakirə verdiyi vədə əməl etməyərək sonuncunun oğlunu işə düzəltməyib və onun 5.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Sonradan həm də öyrəndi ki, Rauf sən demə bir çox şəxsləri aldatmaqla onların pullarını da dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid7 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 17 ünvanında qeydiyyatda olmaqla ünvan 18rlikdə yaşayır. Ailəlidir və beş övladı var. Özü ev ustası kimi fəaliyyət göstərirmiş. Zərərçəkmiş şəxs3 Mehralı oğlunu tanımadığını, həmin şəxsi 1 dəfə Xaçmaz RMX-da gördüyünü və onunla heç bir münasibətinin olmadığını bildirmişdir. Bundan əlavə Çingizin dedikləri ilə razı olmadığını qeyd etmişdir. Belə ki, o, şəkər xəstəsi olduğuna görə 2022-ci ilin iyul, avqust və sentyabr aylarında hər ayda 10 gün olmaqla xəstəxanada müalicə almış, xəstəxanada olan zaman da arada-bir tanışı Təqsirləndirilən şəxs2 onun yanına gəlirmiş. 2022-ci ilin avqust ayında yenidən Xaçmaz RMX-da müailəcə alırmış. Həmin vaxtıda Rauf yanına gəlmişdi və onunla söhbət edirmiş. Bir anda Rauf otaqdan kənara çıxmış, o da bir müddətdən sonra çölə çıxmışdır. Çölə çıxan zamanda Raufun bir nəfər şəxslə söhbət etdiyini görmüş, söhbət zamanı Çingiz adlı şəxs anasının xəstə olduğunu və ona təqaüd düzəltdirmək istədiyini söyləmiş, bu zamanda Rauf ona anasının təqaüdünü düzəldə biləcəyini söyləmişdir. Çingiz ondan nə qədər pul lazım olduğunu söylədikdə Raufda ona ümumilikdə 2.800 manat pul lazım olduğunu və həmin pulun müqabilində anasının kəsilmiş təqaüdünü düzəldə biləcəyini söyləmişdir. Çingizdə anasının təqaüdünü düzəltmək məqsədilə tez-tez Xaçmaz RMX- na gəldiyini, buna görə də artıq bezdiyini və 2.800 manat pulu ona verəcəyini söyləyərək cibindən həmin pulu ona vermişdir. Pulu aldıqdan sonra o. Raufdan bunun nə məsələ olduğunu soruşduqda, sonuncu ona müxtəlif yalanlar söyləyərək boş verməli olduğumu söyləmiş, buna görə oda Raufa fikir verməmişdir. Ancaq sonradan başqa düşmüşdür ki. Rauf Çingizdən təqaüdün düzəlməsi məqsədilə pul almış, ancaq sonradan verdiyi vədə əməl etməmişdir. Ancaq onun həmin işdən heç bir xəbəri olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs8 tanımadığını, həmin şəxsi 1-2 dəfə gördüyünü, onunla heç bir münasibətinin olmadığını və onun dedikləri ilə razı olmadığını bildirmişdir. 2022-ci ilin sentyabr ayında o, xəstəxanada müalicə alan zaman yenidən Rauf onun yanına gəlmiş, onunla biraz söhbət etdikdən sonra Rauf kabinetdən çölə çıxmışdır. O da ürəyi sıxıldığına görə özü də kabinetdən çıxmış, bu zaman Raufun bir nəfə yaşlı kişi və 1 nəfər yaşlı qadınla söhbət etdiyini görmüşdür. Söhbət zamanı o da onlara yaxınlaşmış, söhbət zamanı başa düşmüşdür ki. Rauf həmin şəxsi təqaüd düzəltmək məqsədilə onunla danışıq aparır. Ancaq o, onların danışığına daxil olmamışdır. Onlar təqaüdün bərpası üçün ümumilikdə 2.000 manata razılaşmış, həmin vaxtı 1.000 manat pulu Rasim adlı şəxs Raufa vermiş, qalan 1.000 manat pulu isə qısa zaman ərzində verəcəyini söyləmiş və onlarda razılaşdıqdan sonrada Rasim və həyat yoldaşı oradan uzaqlaşmışdır. O da bu barədə Raufa iradını bildirirək onun səhv etdiyini və düzgün iş tutmadığını söyləmiş, o, isə cavabında ortada həkim Mədinovun olduğunu və onun bu işləri düzəldəcəyini söyləmişdir. O da Raufa öz işindi deyərək ondan uzaqlaşmışdır. Həmin gündən bir müddət sonra Rauf onunla əlaqə saxlayaraq Xudat rayonuna getməli olduğunu söyləmiş, oda onunla razılaşmış və öz avtomobili ilə birlikdə onu Xudat şəhərindəki avtovağzala aparmışdır. Özüdə avtomobildə qalmış. Raufda avtovağzalda Rasim və arvadı ilə görüşmüş, ancaq görüş zamanı aralarındakı haqq-hesabı bilməmişdir. Sonradan Raufda avtomobilə minərək oradan uzaqlaşmışlar. Raufda onu Xudata aparmağı müqabilində ona 20 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 tanıdığını, onun qohumu olduğunu və onunlada münasibətlərinin normal olduğunu bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 dedikləri ilə qismən razıdır. Belə ki, günlərin bir günü Elnur onunla söhbət edən zaman təqaüdünün kəsildiyini və onu bərpa etmək istədiyini söyləmiş, bu zamanda ağlına Rauf gəlmişdir. Belə ki. Rauf ona demişdir ki, Mədinovun vasitəsilə kəsilmiş təqaüdləri bərpa edir. O da bu barədə Raufla əlaqə saxlayaraq Elnur adlı qohumunun olduğunu, onun vaxtilə təqaüd aldığını, ancaq təqaüdünün kəsildiyini və onun kəsilmiş təqaüdü bərpa edib-edə bilməyəcəyini soruşmuş. Raufda cavabında xəstəxanada həkim Mədinovun vasitəsilə kəsilmiş təqadüləri düzəldə bildiyini, ancaq bunun üçün pul lazım olduğunu demişdir. O da bu barədə Elnura dedikdə sonuncu ondan xahiş etmişdir ki, onu həmin şəxslə tanış etsin. Buna görə də 2022-ci ilin avqust ayında Raufla birlikdə Elnurun evinə getmiş, beləcə Elnurun evinin həyətində o. Elnur, Rauf və Elnurun anası söhbət etmişlər. Söhbət zamanıda Elnurla Rauf ümumilikdə 2.800 manata razılaşmış və Raufda Elnurdan 2.800 manat pulu almışdır. Rauf söz vermişdi ki, təqaüdü qısa zaman ərzində bərpa edəcək. Ancaq sonrakı zaman ərzində Rauf verdiyi vədə əməl etməmişdir. Qeyd edir ki, həmin məsələ ilə bağlı onun heç bir əlaqəsi olmamışdır. Rauf onuda aldatmışdır. O, həqiqətəndə Raufa inandığına görə onu Elnurla tanış eləmiş, fikirləşmişdir ki, yəqin həqiqətəndə Rauf doğru danışır. Buna görə də Elnuru əmin etmişdir ki. Rauf ona yalan danışmaz əks halda o, cavabdehdir. Sonradan Raufun yalan danışdığını gördüyünə görə və Raufuda Elnura o, caladığına görə qohumları ilə münasibətləri pis olmasın deyə məcbur olub hissə-hissə də olsa Elnura 1.000 manata yaxın pul qaytarmışdır. Bununla yanaşı Zərərçəkmiş şəxs7 tanıdığını və onunla münasibətlərinin normal olduğunu bildirmişdir. Belə ki, xatırlamadığı tarixdə Rövşən onun Xaçmaz rayonunda hal-hazırda işlətmədiyi ancaq vaxtı ilə işlətdiyi obyektimə gələrək Raufu axtardığını söyləmiş, oda Rövşəndən niyə onu axtardığını soruşduqda. Rövşən məlum məsələni ona izah eləmiş, o da Rövşənə Raufun yaxşı adam olduğunu, onun heç kimi aldatmayacağını söyləmişdir. Rövşən getdikdən sonra da Raufla telefon əlaqəsi saxlayaraq Rövşənin onu axtardığını söyləmiş. Raufda pis vəziyyətdə olduğunu və Rövşənlə tək üzləşməyə utandığını söyləyərək ondan xahiş etmişdir ki, “gedək birlikdə onun yanına pulu qaytarmaq üçün ondan vaxt istəyək”. O da Raufu uzun müddətdir ki, tanıdığına görə onunla razılaşmış, beləcə onunla birlikdə Rövşənin yanına gedərək Raufun pulu qaytarması üçün ona vaxt verməsini xahiş etmişdir. Rövşəndə saolsun onlar ilə razılaşmış, ancaq elə olmuşdur ki, Rauf verdiyi vədə əməl etməyərək deyilən vaxtda pulu qaytarmamışdır. Bundan əlavə Şahid4 tanıdığını və onunla münasibətlərinin normal olduğunu bildirmişdir. Hətəmin dedikləri ilə razıdır. Belə ki. Hətəmə Raufu o tanış eləmişdir. 2023-cü ilin fevral ayında Rauf onunla əlaqə saxlayaraq Xaçmaz RMX-na bir nəfər sürücü işi olduğunu və pul qarşılığında həmin şəxsi işə həkim Mədinovun əli ilə düzəldə biləcəyini söyləmişdir. O da ortada Rauf və mərhum Mədinov olduğuna görə Raufa inanmış, bu işdə kimin işləyəcəyini fikirləşəndə ağlına Hətəm gəlmişdir. Belə ki. Hətəm işlədiyi işdə az maaş aldığına görə fikirləşmişdir ki, yəqin Hətəm daha yüksək maaşlı işdə işləmək istər. Buna görə də onunla əlaqə saxlayaraq onu kafeyə dəvət eləmiş və kafedə həmin işi Hətəmə təklif eləmişlər. Ancaq Hətəm işindən razı olduğunu deyərək həmin işdən imtina etmişdir. Ancaq digər söhbətlərdən onun xəbəri olmamışdır. Sonradan öyrənmişdir ki. Hətəm özüdə Raufa başqa bir şəxsi calamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid8 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Pirqulu-Oba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və 3 övladı var. Heç bir yerdə işləmir.O, 2019-cu ildən 2021-ci ilə kimi xəstəliyə görə ikinci qrup əlil imiş və buna görə təqaüd alırmış. Ancaq 2021-ci ilin sonlarında isə o, həkim komissiyasından ona mənfi cavab gəldiyinə görə onun təqaüdü kəsilmişdir. O, yaşlı və xəstə olduğu üçün Xaçmaz RMX-na onu tez-tez oğlu Çingiz aparırdı. 12 avqust 2022-ci il tarixdə o, oğlu Çingiz ilə bir yerdə Xaçmaz RMX-nın 5 mərtəbəli korpusunun 5-ci mərtəbəsində həkim Mədinovun qəbuluna gedən zaman xəstəxananın dəhlizində tanımadığı, adlarını sonradan bildiyi Rauf və Nazim adlı şəxslər ona yaxınlaşmış və Rauf adlı şəxs ondan nəyə görə həkimə müraciət etdiyini soruşanda o, həmin şəxslərə xəstəliyi ilə əlaqədar təqaüdə çıxmasını bildirmişdir. Həmin vaxt Rauf ona özünün həmin işlə məşğul olduğunu və onu həkim vasitəsilə təqaüdə çıxarmaqda köməklik edə biləcəyini söyləmiş, həmçinin Rauf ona təqaüdə çıxarması müqabilində 2800 (iki min səkkiz yüz) manat pul lazım olacağını demişdir. Həmin vaxt o və oğlu tez-tez xəstəxanaya gəlib-getməkdən bezdiyinə görə Raufun təklif ilə razılaşaraq və dərhal 5 mərtəbəli xəstəxananın 5-ci mərtəbəsinin dəhlizində 2800 manat pulu və təqaüdə çıxmaq üçün hazırladığı sənədləri Nazimin yanında oğlu Çingiz Raufa vermişdir. Raufa pulu verərkən Raufla bir birlərinin telefon nömrələrini götürmüş, həmin vaxt Rauf ona bildirmişdir ki,anasının təqaüd işi təxminən 2-3 ay ərzində düzələcəkmiş. Həmin hadisədən təxminən 3 ay sonra o, Raufa zəng vuraraq işi ilə maraqlandıqda Rauf hər dəfə ona işinin düzəldiyini, narahat olmamağımı bildirmişdir. Həmin vaxtdan sonra Rauf onun işini düzəltməyərək nə pulunu, nə də təqaüdə çıxmaq üçün hazırladığı sənədləri ona qaytarmamışdır. Ona görə də o da bu barədə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid10 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 19 ünvanında qeydiyyatda olmaqla ünvan 20likdə yaşayır. Evlidir və Xaçmaz RMX-nin direktrou vəzifəsində çalışır. Təqsirləndirilən şəxs2 tanımadığını, onunla heç bir münasibətinin olmadığını, sonuncunun onun adından istifadə edərək vətəndaşlardan pul alması haqda da heç bir məlumat eşitmədiyini söyləmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid11 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, ünvan 19 ünvanında qeydiyyatda olmaqla ünvan 20likdə yaşayır. Evlidir və Xaçmaz RMX-da tibbi statistika vəzifəsində çalışır. Təqsirləndirilən şəxs2 tanımadığını, onunla heç bir münasibətinin olmadığını, sonuncunun onun və Səyyaf həkimin adından istifadə edərək vətəndaşlardan pul alması haqda da heç bir məlumat eşitmədiyini söyləmişdir. İş materiallarının 1-ci cildində olan cinayət işi icraata götürmək haqqında 10 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 Mehralı oğlunun, X2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş ərizələri əsasında Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 Mehralı oğlu, X4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar. İş materiallarının 1-ci cildində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2,178.2.3, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «amnistiya» qərarının 2.5 bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qusar rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən işin icraatına xitam verilmişdir. Sumqayıt Ağır Cinayət Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 73.1-1 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, cinayət təyibinə xitam verilmiş, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarının 1-ci cildində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarının 1-ci cildində olan təqsirləndirilən şəxsin barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarının 1-ci cildində olan cinayət işinin tövsif edilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi CM-nin 178.2.2ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilərək həmin maddələr ilə davam etdirilir. İş materiallarının 1-ci cildində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarının 1-ci cildində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması və ittiham etmək üçün tutulması haqqında 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqandan gizlənərək çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarının 1-ci cildində olan cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 27 oktyabr 2023-cü il tarixli qərarından görürünr ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin olduğu yer müəyyən olunmadığından həmin şəxsin tutularaq istintaqın sərəncamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarının 1-ci cildində olan Xaçmaz rayon məhkəməsinin 27 may 2019-cu il tarixli, 1(067)-84/2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarının 1-ci cildində olan axtarışda olan şəxsin tutulması barədə 07 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 noyabr 2023-cü il tarixdi Xaçmaz rayonu ərazisində tutularaq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarının 1-ci cildində olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərəq iş üzrə istintaq davam etdirilir. İş materiallarının 1-ci cildində olan təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tutulmadan azad edilərək barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarının 1-ci cildində olan tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarının 1-ci cildində olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 591 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X18 adlı biri yetkinlik yaşına catmayan üç övladı var. İş materiallarının 1-ci cildində olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı dövr ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarının 1-ci cildində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(124)-326/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə həmin Məcəllənin 73.1-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. İş materiallarının 1-ci cildində olan cinayət işinin tövsif edilməsi haqqında 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi CM-nin 178.2.1 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1 və 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək həmin maddələr ilə davam etdirilir. İş materiallarının 1-ci cildində olan Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə ünvanladığı 21 noyabr 2023-cü il tarixli, 1154 saylı məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 1(067)-84/2019 saylı, 27 may 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında «Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edildiyinə görə dərhal qeydiyyatdan çıxarılmışdır. İş materiallarının 1-ci cildində olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş lakin təqsirləndirilən şəxs qismində tanınanədək ölmüş şəxsin hüquqi varisi qimində tanınması haqqında 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X17 mərhum atası X8 hüquqi varisi qismində tanılaraq işə buraxılmışdır. İş materiallarının 2-ci cildində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 23 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, həmin Məcəllənin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. İş materiallarının 2-ci cildində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarının 2-ci cildində olan Xaçmaz rayon Məhkəməsinin 7(067)-69/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 1(067)- 84/2019 saylı, 27 may 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında «Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilmişdir. İş materiallarının 2-ci cildində olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 3777 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2009-cu il təvəllüdlü X19, 2014-cü il təvəllüdlü X20 və 2022-ci il təvəllüdlü X27 adlı biri azyaşlı və iki yetkinlik yaşına catmayan üç övladı var. İş materiallarının 2-ci cildində olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı dövr ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarının 2-ci cildində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan haqqında 27 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa gəlməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilmişdir İş materiallarının 2-ci cildində olan cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 27 noyabr 2023-cü il tarixli qərarından görürünr ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin olduğu yer müəyyən olunmadığından həmin şəxsin istintaqın sərəncamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarının 2-ci cildində olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərəq iş üzrə istintaq davam etdirilir. İş materiallarının 2-ci cildində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əmməllərini törətmiş X14 13 aprel 2023-cü il tarixdə öldüyündən onun barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Şahid7 əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şahid4 Ağadadaş oğlunun əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şahid10 əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şahid11 əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarının 3-cü cildində olan Şahid7 tərəfindən məhkəməyə ünvanladığı teleqramdan görürünr ki, o, işi ilə əlaqədar olaraq üzürlü səbəbdən Füzuli rayonunun, Horadiz şəhərində olduğundan məhkəmə iclasına gələ bilmədiyini və istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. İş materiallarının 3-cü cildində olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görürünr ki, iş üzrə təqsirləndirilən şəxs X22 ona dəymiş ziyanı tam olaraq ödədiyini və növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarının 3-cü cildində olan Şahid11 Adıcözəl qızı tərəfindən məhkəməyə ünvanladığı teleqramdan görürünr ki, o, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini və istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. İş materiallarının 3-cü cildində olan Şahid4 Ağadadaş oğlu tərəfindən məhkəməyə ünvanladığı teleqramdan görürünr ki, o, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini və istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. İş materiallarının 3-cü cildində olan Zərərçəkmiş şəxs7 Əli oğlu tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görürünr ki, iş üzrə təqsirləndirilən şəxs X22 ona dəymiş ziyanı tam olaraq ödədiyini və növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarının 3-cü cildində olan Şahid10 tərəfindən məhkəməyə ünvanladığı teleqramdan görürünr ki, o, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini və istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. İş materiallarının 3-cü cildində olan Xaçmaz rayon Qeydiyyat şöbəsindən daxil olmuş ölüm haqqında şəhadətnamədən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə travmatik hemopnevmotoraksdan vəfat etmişdir. İş materiallarının 3-cü cildində olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görürünr ki, iş üzrə təqsirləndirilən şəxs X22 ona dəymiş ziyanı tam olaraq ödədiyini və növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarının 3-cü cildində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görürünr ki, iş üzrə təqsirləndirilən şəxs X22 ona dəymiş ziyanı tam olaraq ödədiyini və növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarının 3-cü cildində olan Xaçmaz rayon məhkəməsinin 1(067)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X23 məhkəmə iclaslarına gəlməyərək məhkəmə iclaslarından qərəzli şəkildə yayındığına görə onun barəsində axtarış elan olunaraq, barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarının 3-cü cildində olan axtarışda olan şəxsin tutulması barədə 15 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, X3 əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2024-cü il tarixdə saat 12:10 radələrində Xaçmaz rayon ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təqdim olunmuşdur. İş materiallarının 3-cü cildində olan Xaçmaz rayon məhkəməsinin 1(067)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarının 3-cü cildində olan iş üzrə Zərərçəkmiş şəxs4 tərəfindən notariat qaydada təstiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, qarşılıqla olaraq barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarının 3-cü cildində olan iş üzrə Zərərçəkmiş şəxs4 tərəfindən vermiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarının 3-cü cildində olan iş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən notariat qaydada təstiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X23 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarının 3-cü cildində olan iş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən notariat qaydada təstiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X23 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, onunla barışdığını, ona qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarının 3-cü cildində olan notariat qaydada təstiq olunmuş borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs6 ilə X13 arasında xx.xx.2025-ci il tarixdə borc müqaviləsi imzalanmışdır. İş materiallarının 3-cü cildində olan notariat qaydada təstiq olunmuş borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs6 ilə X9 arasında xx.xx.2025-ci il tarixdə borc müqaviləsi imzalanmışdır. İş materiallarının 3-cü cildində olan Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(027)-19/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi həmin Məcəllənin 178.1-ci maddəsinə töfsiv olunmuş və o Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 16 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu, eləcədə 06 fevral 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 05 ay 06 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan cıxılmış və üzərində qəti olaraq 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarının 3-cü cildində olan Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən Xaçmaz rayon məhkəməsinə ünvanladığı 08 may 2025-ci il tarixli, 488 saylı məktubundan görünür ki, Quba rayon məhkəməsinin 1(027)-19/2024 saylı, 27 may 2024cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.1-ci maddəsii ilə təqsirli bilinib 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şöbənin qeytiyatına götürülmüş və həmin tarixdə gəzdirilməsi üçün ona elektron nəzarət vasitəsi vurulmuşdur. Məhkum xx.xx.2024cü il tarixə qədər cəzasının 01 ay 21 gününü çəkmiş, çəkilməmiş 02 ay 27 günü qalmışdır. İş materiallarının 3-cü cildində olan Kapital bank ASC-nin 20944 saylı qəbzindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 dövlət nəfinə 476 manat pul ödəmişdir. İş materiallarının 3-cü cildində olan Kapital bank ASC-nin 29131 saylı qəbzindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 dövlət nəfinə 101 manat pul ödəmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə, eləcə də əlilliyi ilə əlaqədar əmək pensiyası almadığı dövrdəki pulları da alacağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayında sonuncunun yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs3 anası Şahid8 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasım bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 12 avqust 2022-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibatı binasında Zərərçəkmiş şəxs3 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Daha sonra o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 əlilliyi ilə əlaqədar sonuncunun dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin sentyabr ayında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibati binasında 1.000 manat, bir gün sonra isə Xaçmaz rayonu. Xudat şəhərində yerləşən avtovağzalda Zərərçəkmiş şəxs8 1.000 manat olmaqla, ümumilikdə isə 2.000 (iki min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 və sonuncunun ailə üzvləri olan - arvadı Şahid3, bacıları Şahid5 və X1 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyalarını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibati binasında Zərərçəkmiş şəxs6 xeyli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 və sonuncunun ailə üzvləri olan - arvadı Şahid3, bacıları Şahid5 və X1 2021-ci ildən 2023-cü ilədək olan dövr üzrə dayandırılmış əlilliyi ilə əlaqədar əmək pensiyalarına görə onlara verilməli olan pulları geri qaytaracağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin oktyabr ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının həyətində Zərərçəkmiş şəxs6 2.600 (iki min altı yüz) manat pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs7 məxsus Xaçmaz şəhərinin mərkəzində yerləşən dairədən Xaçmaz-Quba yolu istiqamətində 600 metr aralıda yolun sol tərəfində yerləşən torpaq sahəsində tikinti aparmağa Xaçmaz rayon İcra Hakimiyyətindən icazə alacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs7 məxsus Xaçmaz-Quba yolunda yerləşən mağazada 3.000 manat, 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 1.000 manat, 2022-ci ilin dekabr ayında sonuncu ünvanda 500 manat olmaqla ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs7 alıb ələ keçirməklə təkrar, dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs4 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs1 tlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar daha yüksək əmək pensiyası almasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin yanvar ayının sonlarında sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmiş (təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş) X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 övladı Şahid6 Xaçmaz rayon mərkəzi xəstəxanasında sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon mərkəzi xəstəxanasının inzibati binasının həyətində Zərərçəkmiş şəxs6 4.500 manat, 2023-cü ilin fevral ayının ortalarında isə həmin yerdə Şahid6 500 manat olmaqla, ümumilikdə 5.000 (beş min) manat məbləğində özgənin əmlakı olan Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs2 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının ortalarında sonuncuya məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən mağazada 300 manat, habelə bir həftə sonra həmin yerdə 500 manat olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs5 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2023cü ilin aprel ayında ünvan 4 ünvanında yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs5 670 (altı yüz yetmiş) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar dayandırılmış əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 əlilliyi ilə əlaqədar daha yüksək əmək pensiyası almasını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin yanvar ayının sonlarında sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncudan 800 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 №-li Qərarırının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxlərə vurduğu maddi ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,bundan əvvəl dəfələrlə dələduzluq cinayətləri törədib barəsində cinayət işi üzrə icraata xitam verilməsinə baxmayaraq, islah olunmaması, eləcə də şəxsiyyət\ini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(027)- 19/2024 saylı hökmünə əsasən, 178.1-ci maddəsii ilə təqsirli bilinib 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkum xx.xx.2024-cü il tarixə qədər cəzasının 01 ay 21 gününü çəkmiş, çəkilməmiş 02 ay 27 günü qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Quba rayon məhkəməsinin 27 may 2024-cü il il tarixli hökmü ilə təyin edilmiş 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 02 ay 27 gün hissəsinin hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla tamamilə və ya qismən birləşdirilərək üzərində qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 15 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 15 may 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkən şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkəmiş şəxslə barışıq əldə etdikyini bildirmiş və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarının 3-cü cildində olan Kapital bank ASC-nin 20944 saylı qəbzindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 dövlət nəfinə 476 manat pul ödəmişdir. İş materiallarının 3-cü cildində olan Kapital bank ASC-nin 29131 saylı qəbzindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 dövlət nəfinə 101 manat pul ödəmişdir. AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin barışdıqlarını, zərərçəkən şəxslərinin təqsirləndirilən şəxsə qarşı şikayətləri və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata (cinayət təqibinə) (qeyd olunan maddələr üzrə) bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışdığı hal olduqda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş üzrə maddi sübut kimi bir ədəd disk cinayət işində saxlanımalıdır. İş üzrə məhkəmə xərci yoxdu. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin xx.xx.2024-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) 03 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 07 (yeddi) ay 15 (on beş) gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaq yolu ilə ona 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(027)- 19/2024 saylı hökmü ilə 16 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu, eləcə də 06 fevral 2024-cü il tarixdən 27 may 2024-cü il tarixdək həbsdə və ev dustaqlığında olduğu cəmi 05 (beş) ay 06 (altı) gün, habelə həmin hökmün icrası üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək azadlığın məhdudlaşdırılması növündə cəkdiyi 01 (ay) ay 21 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə ümumilikdə 06 (altı) ay 02 gün müddət kimi nəzərə alınmaqla ona hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 15 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar