Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-140/2022 07.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, 1 May küçəsi ev 15-də qeydiyyatda olmaqla Xaçmaz rayonunun Qarabağlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə, saat 06 radələrində sərxoş vəziyyətdə yaşadığı evin həyətindəki tövlədə saxladığı plastmas qabdakı benzini götürüb Xaçmaz rayonu, Qarabağlı kəndində asfaltbeton örtüklü yoldan qərb istiqamətində 60 metr aralı məsafədə yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş və qonşuluğunda olan X8 məxsus evinin həyətinə onun daxil olmasını həmin evin gözətçisi Şahid Zərərçəkmiş şəxs deməsini bəhanə edib özgənin əmlakını qəsdən məhv etmə məqsədi ilə plastmas qabdakı benzini sonuncunun yaşadığı evin qarşısında saxladığı 5500 manat dəyərində olan 2005-ci il buraxılışlı, VAZ-21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin üzərinə tökdükdən sonra özü ilə gətirdiyi alışqanla alışdırıb avtomobili və həmin avtomobilin salonunda olan Zərərçəkmiş şəxs məxsus 1260 manat pulu, üzərində "xxxx" MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 100 manat dəyərində 01 ədəd «Samsung J1» markalı mobil telefonu, üzərində danışıq kartı olmayan 100 manat dəyərində 01 ədəd «Samsung J3» markalı mobil telefonu, Türkiyə Respublikasına aid vəsiqəsini, ******* nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini, Türkiyə Respublikasında Haydar paşa sənət okulu tərəfindən verilmiş diplomu qisas almaq niyyətilə yandırıb zərərçəkmiş şəxsə ümumilikdə 6970 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuş, yəni özgənin əmlakını yandırmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmiş, habelə rəsmi sənədləri digər şəxsi niyyətlə məhv etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 326.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin fevral ayında yaşadığı evinin həyətində kabab çəkərək yeyib-içdiyi vaxt Şahid onun həyətinə gələrək sonuncunu Zərərçəkmiş şəxs göndərdiyini və Gülerin onun mərhum Namiqin həyətinə girməsini dediyini bildirmişdir. Lakin o, uzun illərdir, Namiqin həyətindən ot biçmiş, həyətinə baxmışdır. Buna görə də o, həmin həyətə dəfələrlə gedib-gəlmiş, lakin həmin evdən heç bir şey götürməmişdir. Ramizi onun evinə Zərərçəkmiş şəxs göndərdiyindən o, sonuncuya qarşı əsəbiləşmiş, buna görə də Gülerin evinə gedərək çağırmış, sonuncu bayıra çıxmadığına görə o da əsəbi olduğundan Gülerin evinin qarşısında saxladığı avtomobili yandıraraq öz evinə qayıtmışdır. Həmçinin bildirmişdir ki, o, cinayət əməlini törədərkən spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı hazıradək ödəməməsinin səbəbi anasının vəfat etməsi, himayəsində olan üç uşağının məktəbli olmasıdır, vurduğu ziyanla bağlı hazırda min beş yüz manat ödəyə biləcəyini, qalan məbləği isə gələcəkdə ödəyəcəyini bildirmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının, törətdiyi cinayəti özü gedərək polis şöbəsinə məlumat verməsinin, səhhətinin nəzərə alınaraq, həmçinin azadlıqda qalaraq zərərçəkmişə vurduğu ziyanı ödəyə bilməsi üçün barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayır. Xaçmaz rayonu, Qarabağlı kəndində yaşadığı evin qonşuluğunda Bakı şəhər sakini Namiq adlı şəxsə məxus fərdi yaşayış evi yerləşir. Namiq özü isə təxminən 4-5 il olar ki, ölmüşdür və sonuncuya məxsus evə həmkəndlisi Ramiz gözətçilik edir. Təxminən 10-15 gün əvvəl evinin pəncərəsindən bayıra baxanda görmüşdür ki, Ramiz özü Namiqə məxsus evin qarşısında yerə basdırılmış dəmir boruları yerindən çıxararaq aparır. Ramizdən dəmir boruları çıxarmasının səbəbini soruşduqda demişdir ki, Namiqin arvadının razılığı ilə həmin boruları çıxarıb aparır. O, Ramizə heç bir söz deməmiş və sonuncu 3-4 ədəd 40-50 sm diametrdə və 6 metr uzunluqda olan dəmir boruları çıxarıb aparmışdır. 19 fevral 2022-ci il tarixdə o, Xaçmaz şəhərinə gəlib bir neçə dəfə tanışı Yaşarın istifadəsində olan mobil telefona zəng vurmuş, Yaşar isə onun etdiyi zənglərə cavab verməmişdir. Həmin gün təxminən saat 17 radələrində yenidən Yaşara zəng vuranda sonuncu telefona cavab vermiş, o, Yaşardan harada olduğunu soruşduqda sonuncu Qudyalçayın sahilində yeyibiçdiklərini demişdir. O, Qudyalçayın sahilinə gələndə görmüşdür ki, Yaşarla qardaşı Sahib çayın sahilində olan təpəlikdə oturaraq yeyib-içirlər. O da onların yanında oturub yemək yeyərək 100 qrama yaxın araq içmişdir. Sonra o, Yaşara demişdir ki, mağazadan toyuq qanadı alıb Qaradağlı kəndinə onun evinə getsinlər və həyətdə manqal yandırıb kabab bişirsinlər. Yaşar onunla razılaşmış və o, Yaşar, Sahib Xaçmaz şəhəri, Bakı prospektinə gəlib mağazadan toyuq qanadı aldıqdan sonra orada olan taksi avtomobillərindən birinə əyləşərək Qarabağlı kəndinə onun yaşadığı evin həyətinə getmişlər. Həyətdə o, manqal yandırmış və onlar mağazadan aldıqları toyuq qanadını manqalda bişirmişlər. Mağazadan aldıqları toyuq qanadlarını manqalda bişirdikdən sonra oturub bir yerdə yeyərək üçünə 0,7 litrlik araq içmişlər. Təxminən saat 19 radələrində Yaşara demişdir ki, qonşusu Namiqə məxsus evin həyətinə gedib baxsınlar, dəmir borular və ya başqa metallar olsa, aparıb satsınlar. Sahibə gözləməsini deyib Yaşarla birlikdə onun həyətindən çıxıb getmişlər. Sahib onların hara getdiklərini bilməmişdir. Namiqin evinə tərəf gedəndə görmüşdür ki, avtomobil gəlir. Onlar Namiqin həyətinə daxil olmayıb geri qayıtmışlar. Təxminən 4-5 dəqiqə keçdikdən sonra Ramiz onun həyətinə gələrək demişdir ki, onlar Namiqə məxsus evin həyətinə daxil olub oğurluq etmişlər. Ramizlə onun arasında mübahisə yaranmışdır və anası Qənimət araya keçib onları sakitləşdirmişdir. Anası Qənimət isə 03 may 2022-ci il tarixdə ölmüşdür. Bundan sonra Ramiz onların həyətindən çıxıb getmişdir. Təxminən saat 22 radələrində o, zəng vurub Akifi çağırmış, bir qədər keçdikdən sonra Akif idarə etdiyi Vaz-2106 markalı avtomobillə onların evinin qarşısına gəlmiş və o, Yaşar, Sahib Akifin avtomobilinə əyləşib Xaçmaz şəhərinə gəlmişlər. Xaçmaz şəhəri, Bakı prospektində Yaşarla Sahib avtomobildən düşmüşlər, o isə qayıdıb Qarabağlı kəndinə yaşadığı evə getmişdir. X10 satdığını bilib qərara gəlmişdir ki, Savaşın idarə etdiyi VAZ-21074 markalı avtomobili yandırmaqla ondan qisas alsın. 20 fevral 2022-ci il tarixdə, təxminən saat 06 radələrində yaşadığı evin həyətindəki tövlənin içərisində saxladığı plastmas qabdakı benzini götürüb Şavaşın yaşadığı evin qarşısına gələndə görmüşdür ki, Savaşın idarə etdiyi VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobil evinin qarşısındadır. O, yaxınlaşıb plastmas qabda olan benzini Savaşın idarə etdiyi avtomobilin arxa yük yerinin üstünə tökərək özü ilə gətirdiyi alışqanla yandırmış, sonra isə tez oradan uzaqlaşıb piyada kəndin girəcəyi istiqamətində gedərək Akifə zəng vurub demişdir ki, idarə etdiyi avtomobillə gəlib onu Xaçmaz şəhərinə aparsın. Bir qədər keçdikdən sonra Akif idarə etdiyi VAZ-2106 markalı avtomobillə onun yaşadığı kəndə gəlmiş və o, Akifin avtomobilinə əyləşib Xaçmaz şəhərində yaşayan qardaşı Nizaminin evinə getmişdir. Həmin gün axşam saatlarında qardaşı Nizaminin evindən çıxıb Sahibin yaşadığı evə gedib gecəni Sahibin evində qalmış, 22 fevral 2022-ci il tarixdə isə özü Xaçmaz RPŞ-yə gələrək etiraf edib bildirmişdir ki, 20 fevral 2022-ci il tarixdə həmkəndlisi Savaşın idarə etdiyi VAZ-21074 markalı avtomobili o, qəsdən yandırmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə baş verən gün Salyan rayonundan evinə, yəni Xaçmaz rayonunun Qarabağlı kəndinə gəlmişdir. O, evinin həyətində olarkən qonşuluqda olan, yaşayış olmayan evin həyətindən dəmir səslərinin və bir neçə şəxsin səsinin gəldiyini eşitmiş, o, bu barədə arvadı Əntiqəyə də bildirmişdir. Sonra isə o, həmin evin gözətçisi Ramizə telefonla zəng edərək həmin evdən dəmir səsləri gəldiyini, kimlərinsə nələrisə sökdüklərini bildirmişdir. Həmin vaxt saat 19 radələri olmuşdur. Saat 19:30 radələrində Ramiz ona zəng edərək gözətçilik etdiyi həmin evə gələrək baxdığını və oradan Əfqangilin dəmir barmaqlıqları, talvarı sökdüklərini gördüyünü və onlarla danışaraq məsələni həll etdiyini, artıq heç bir problemin olmadığını bildirmişdir. Həmin günün səhəri saat 06 radələrində yuxudan qalxaraq evinin qarşısına çıxanda avtomobilinin yandığını görmüşdür. Həmçinin bildirmişdir ki, o, hadisə günü təqsirləndirilən şəxslə görüşməmişdir, o, həmin gün Salyan rayonundan evinə qayıtmışdır. O, təqsirləndirilən şəxsin evinə heç kimi göndərməmişdir, sadəcə qonşuluqdakı evin həyətindən səslərin gəldiyini eşitdiyi üçün insanlıq vəzifəsi olaraq Ramizə zəng edib sonuncunun gözətçisi olduğu həmin evdən səslərin gəlməsi barədə məlumat vermişdir. Lakin o, Ramizə həmin həyətdə təqsirləndirilən şəxsin olması barədə heç nə deməmişdir, yalnız insan səslərinin gəldiyini, nələrisə sökdüklərini demişdir. Hadisədən bir neçə gün sonra təqsirləndirilənin qardaşı, qaynı gəlib vurulmuş ziyanı ödəyəcəklərini bildirmişlər, o isə onlara bildirmişdir ki, hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir, sadəcə, onun avtomobilini versinlər. Təqsirləndirilənin qohumları bir müddət sonra onun yanına gələrək vurulmuş ziyanı hissə-hissə ödəmək istədiklərini bildirmişlər. Sonra isə onun yazığı gəlmiş və demişdir ki, heç nə istəmir, avtomobili təqsirləndirilənə bağışlayır. Lakin sonradan təqsirləndirilənin onun arvadına “istəsəydim evinizi yandırardım” deməsi onun səbrini tükəndirmiş və o, bundan sonra polisə şikayət etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı da, sonuncu dəfə 2022-ci ilin sentyabr ayının əvvəllərində ona telefonla zəng edərək hədələmişdir, bu barədə telefona yazılmış səs qeydləri vardır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyandan hazıradək heç bir məbləğ ödəməmiş, aralarında razılığa gəmişlər ki, vurulmuş ziyanı ödəyəcəkdir. O, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayətçi deyildir, təqsirləndirilənin barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməməsini istəyir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayır. Sifariş olduqda Azərbaycanın ayrı-ayrı rayonlarına gedib çörəkbişirmə sexlərində olan çörək bişirən sobaların təmiri ilə məşğul olur. O, Türkiyə Respublikasının vətəndaşıdır. Ancaq o, 2005ci ildən Azərbaycan Respublikasında yaşayır. O, 2006-cı ildə Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayan X4 ilə evlənmişdir. Onun Əntiqə ilə olan nikahından 2007-ci il təvəllüdlü Sənəm və 2011-ci ilə təvəlldülü Aysudə adlı qızları var. Əntiqə ilə evləndikdən sonra bir müddət Xaçmaz şəhərində ayrı-ayrı evlərdə kirayədə yaşamış, təxminən üç il olar ki, Qarabağlı kəndində yaşayır. Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs da Qarabağlı kəndində yaşadığı vaxtdan tanıyır. Ancaq onun Əfqanla heç bir şəxsi münasibəti olmamışdır. O tez-tez başqa rayonlara getdiyi üçün özünə avtomobil almaq qərarına gəlib qaynı oğlu Eminə demişdir ki, onun alması üçün VAZ-2107 markalı avtomobil tapsın. 01 yanvar 2021-ci il tarixdə Emin ona zəng vurub demişdir ki, qaynı Aydın özünə məxsus VAZ-21074 markalı avtomobili 4400 manata satır. O, Eminə avtomobilə baxmaq istədiyini bildirmiş və həmin gün Emin Aydına məxsus ağ rəngli VAZ- 21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobillə Qarabağlı kəndinə, onun yaşadığı evin qarşısına gəlmişdir. O, avtomobilin qeydiyyat şəhadətnaməsinə baxıb buraxılış ilinin 2005-ci il olduğunu görmüş və xoşu gəldiyi üçün həmin avtomobili almaq qərarına gəlmişdir. Həmin gün o, Eminə 4400 manat pul verib demişdir ki, avtomobillə bağlı öz adına etibarnamə alsın, sonradan avtomobili onun adına keçirərlər. Bundan sonra Emin avtomobili idarə edib getmiş və həmin gün axşam Emin Qarabağlı kəndinə, onun evinə gəlib ona demişdir ki, verdiyi 4400 manat pulu Aydına verərək VAZ-21074 markalı avtomobili almışdır və həmin avtomobillə bağlı Aydın onun adına etibarnamə vermişdir. Həmin gündən sonra VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili o özü idarə etmişdir. Sosial yardım almaq istədiyi üçün sonrakı müddətdə Aydından aldığı VAZ- 21074 markalı avtomobili öz adına keçirməmişdir. Çünki eşitmişdir ki, avtomobili öz adına keçirsə sosial yardım ala bilməyəcəkdir. O, harasa gedəndə özünə məxsus həmin VAZ- 21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili idarə edib getmiş, qayıdıb gələndə isə avtomobilini yaşadığı evin qarşısında küçədə saxlamışdır. 16 fevral 2022-ci il tarixdə o özünə məxsus VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobillə Salyan rayonuna gedib sonrakı günləri orada qalmış, 19 fevral 2022-ci il tarixdə isə qayıdıb yaşadığı Qarabağlı kəndinə gəlmişdir. Həmin gün təxminən saat 19 radələrində Qarabağlı kəndinə çatıb avtomobili evinin qarşısında, küçədə saxlamış və avtomobildən düşüb qapılarını bağlayaraq evə getmişdir. Evə daxil olanda arvadı Əntiqə ona demişdir ki, avtomobildə saxladığı iş paltarlarını yuması üçün evə gətirsin. O, küçəyə çıxıb avtomobilində olan iş paltarlarını götürmək istəyərkən görmüşdür ki, qonşuluğundakı yaşayış olmayan evin həyətində kimlərsə var. O, həyətdən gələn danışıq səslərinə diqqətlə qulaq asmış və həmin şəxslərdən birinin həmkəndlisi Əfqan olduğunu tanımışdır. O, qonşuluğunda olan həmin evin gözətçisi Ramizə zəng vurub demişdir ki, gözətçilik etdiyi evin həyətində adamlar var, evin həyətində olan şəxslərdən biri Əfqandır, digər şəxsi tanıya bilməmişdir, onların evin həyətində nə etdiklərini bilmir. Təxminən 30-40 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Ramiz özü ona zəng vurub demişdir ki, gözətçilik etdiyi evin həyətinə Əfqangil daxil olub dəmirləri aparmaq istəmişlər, özü onlarla görüşüb söhbət etmişdir, başqa heç bir problem yoxdur. Bundan sonra o, yorğun olduğu üçün yatmış, 20 fevral 2022-ci il tarixdə, təxminən saat 05 radələrində yuxudan oyanıb səhər yeməyini yemiş, təxminən saat 06:30 radələrində isə küçəyə çıxanda görmüşdür ki, evinin qarşısında saxladığı VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili tamamilə yanıb. VAZ-21074 markalı avtomobilini Əfqanın yandırmasından şübhələnmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub avtomobilinin yandırılması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadığı evin qarşısına polis əməkdaşları gəlib avtomobilinə baxış keçirmişlər və o, Xaçmaz RPŞ-yə gəlib avtomobilinin yandırılması ilə bağlı şikayət ərizəsi yazmışdır. Avtomobilinin salonunda saxladığı ona məxsus 1260 manat pul, özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Samsung J1» markalı, üzərində danışıq kartı olmayan «Samsung J3» markalı mobil telefonlar, Türkiyə Respublikasına aid şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası ərazisində daimi yaşaması üçün icazə vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, Türkiyə Respublikasında təhsil aldığı “Haydar paşa sənət ökülü” tərəfindən verilmiş diplomu da yanmışdır. Avtomobilinin salonunda yanmış «Samsung J1» və «Samsung J3» markalı mobil telefonların hər birini ayırayrılıqda 100 manata, ***-***-**-** nömrəli danışıq kartını isə 10 manata almışdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, tanışları ilə çayxanada olduğu zaman Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək onun gözətçisi olduğu, sahibinin Bakı şəhər sakini olduğu, həmin vaxt yaşayış olmayan evə kimlərinsə girdiyini, səslərin eşidildiyini bildirmişdir. O da zərərçəkmişə gəlib baxacağını bildirmişdir. Bir qədər sonra o, gözətçilik etdiyi həmin evə gəlib baxmış, heç kimin olmadığını görmüş, təqsirləndirilən şəxsin evi ilə gözətçilik etdiyi həmin ev yaxın olduğundan, yəni çəpər qonşuluğunda olduğundan o, təqsirləndirilənin evinə gedərək sonuncudan hər hansı səs eşidib-eşitmədiyini, yaxud görüb-görmədiyi barədə soruşmuş, təqsirləndirilən manqalın üzərindən şişi götürərək ona “səni öldürərəm” demişdir. Bundan sonra o, çıxıb getmiş, səhəri gün isə eşitmişdir ki, zərərçəkmişin avtomobili yandırılıb. Həmçinin bildirdi ki, onu təqsirləndirilənin evinə zərərçəkmiş göndərməmişdir, o özü getmişdir. Həmçinin gözətçilik etdiyi həmin evə kimin girməsini müəyyən edə bilməmişlər. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayır. Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onun Əfqan və Savaşla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qarabağlı kəndində Əfqanın yaşadığı evin qonşuluğunda Bakı şəhər sakini Namiq adlı şəxsə məxus fərdi yaşayış evi vardır. Namiq özü isə təxminən 4-5 il olar ki, ölmüşdür. Namiqə məxsus evdə yaşayış yoxdur və Namiqin arvadının xahişi ilə həmin evə o özü gözətçilik edir. 19 fevral 2022-ci il tarixdə, təxminən saat 19 radələrində onun mobil telefonuna zəng gəlmiş və baxanda görmüşdür ki, zəng vuran Savaşdır. Telefona cavab verdikdə Savaş ona demişdir ki, gözətçilik etdiyi evin həyətindən səs gəlir, gəlib həmin evin həyətinə baxsın. O, evdən çıxıb gözətçilik etdiyi mərhum Namiqə məxsus evin həyətinə gəlib baxmış və həyətdə heç kimi görməyib qərara gəlmişdir ki, Əfqanın yaşadığı evə gedib ondan Namiqin evinin həyətində kənar adam görüb-görmədiyini soruşsun. Bu məqsədlə də Əfqanın yaşadığı evin qarşısına gedib həyət qapısını döymüş, qapını Əfqanın anası açmış və o, sonuncuya demişdir ki, qonşuların deməsinə görə Namiqin evinin həyətindən səslər gəlir, Əfqan haradadır, istəyir ki, sonuncudan Namiqin evinin həyətində kənar adam görüb-görmədiyini soruşsun. Bu vaxt Əfqan həyətdən səslənərək anasından onu soruşanın kim olduğunu soruşmuş, anası Əfqana cavab verməmiş və o, qayıdıb yaşadığı ev istiqamətində getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Əfqan özü ona zəng vurub harada olduğunu, nəyə görə onların həyətinə gəldiyini soruşmuş, o, da ona demişdir ki, qonşuların deməsinə görə Namiqin evinin həyətindən səslər gəlir, qonşu olduğu üçün ondan həmin evin həyətində kənar adam görüb-görmədiyini soruşmaq istəmişdir. Əfqan onu tutdurmaq istədiyini deyərək yaşadığı evə çağırmış, o da qayıdıb Əfqanın yaşadığı evin həyətinə getmişdir. Yaşadığı evin həyətində Əfqan onu şərləyib tutdurmaq istədiyini bildirərək onunla mübahisə etmiş, o, Əfqanın sərxoş vəziyyətdə olduğunu görüb ona əhəmiyyət verməməyə çalışmış və Əfqanın anası yaxınlaşıb ona oğlunun sərxoş vəziyyətdə olduğunu, ona baş qoşmamasını, evə getməsini bildirmiş, o da Əfqanın yaşadığı evin həyətindən çıxıb öz evinə getmişdir. Səhəri gün eşitmişdir ki, Əfqan Savaşın yaşadığı evin qarşısında saxladığı VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobilin üzərinə benzin tökərək yandırmışdır. O, Namiqə məxsus evin qarşısında yerə basdırılmış iki ədəd dəmir boruları Namiqin arvadının razılığı ilə basdırıldığı yerdən çıxarıb öz həyətinə aparmışdır. 19 fevral 2022-ci il tarixdə mərhum Namiqə məxsus evin həyətindən heç nə oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X5 ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 2, ev 25-də yaşayır. Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs bibisi Əntiqənin əridir, həmin kənd sakini Təqsirləndirilən şəxs isə tanımır. Savaş 2006-cı ildə onun bibisi Əntiqə ilə evlənmişdir və onlar təxminən üç il olar ki, Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayırlar. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin dekabr ayının sonları olardı, Savaş ona demişdir ki, tez-tez rayonlara getdiyi üçün avtomobil almaq istəiyr, o, onun münasib qiymətə avtomobil almasına köməklik göstərsin. O, xalası oğlunun qaynı Aydının özünə məxsus VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili satdığını eşidib maraqlananda bilmişdir ki, Aydın özünə məxsus həmin avtomobili 4400 manata satır. 2021-ci ilin yanvar ayının əvvəllərində o, Savaşa zəng vurub demişdir ki, xalası oğlunun qaynı Aydın özünə məxsus VAZ-21074 markalı avtomobili 4400 manata satır. Savaş avtomobilə baxmaq istədiyini bildirmiş, o da həmin gün Aydınla danışaraq ona məxsus ağ rəngli VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili Qarabağlı kəndinə Savaşın yaşadığı evin qarşısına aparmışdır. Savaş avtomobilin qeydiyyat şəhadətnaməsinə baxdıqdan sonra almaq istədiyini bildirmiş və həmin gün ona 4400 manat pul verib demişdir ki, avtomobillə bağlı o öz adına etibarnamə alsın, sonradan o, avtomobili öz adına keçirər. O, 4400 manat pulu Savaşdan almış və avtomobilə əyləşib Xaçmaz şəhərinə gələrək Aydınla görüşmüşdür. Savaşın avtomobili almaq istədiyini Aydına bildirmiş və onlar birlikdə Quba regional «ASAN» xidmət mərkəzinə getmişlər. Quba regional «ASAN» xidmət mərkəzində Aydın özünə məxsus VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobillə bağlı onun adına etibarnamə vermiş, o, etibarnaməni aldıqdan sonra Savaşın verdiyi 4400 manat pulu sayıb Aydına vermiş və həmin gün axşam Qarabağlı kəndinə, Savaşın evinə gedib sonuncuya demişdir ki, verdiyi 4400 manat pulu Aydına verərək VAZ-21074 markalı avtomobili almışdır və həmin avtomobillə bağlı Aydın onun adına etibarnamə vermişdir. Həmin vaxtdan sonra VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobil Savaşın özündə qalmışdır. Sonrakı aylarda bilmədiyi səbəbdən Savaş VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili öz adına keçirməmişdir. 20 fevral 2022-ci il tarixdə, səhər saatlarında Savaş ona zəng vurub demişdir ki, yaşadığı evin qarşısında saxladığı VAZ- 21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobilini yandırmışlar. O, Qarabağlı kəndinə gedib baxanda görmüşdür ki, Savaşın yaşadığı evin qarşısında saxladığı VAZ- 21074 markalı avtomobil tamamilə yanıb. Savaşdan ona məxsus avtomobili kimin yandırdığını sorşduqda sonuncu ona demişdir ki, ona elə gəlir ki, avtomobilini qonşuluğunda yaşayan Əfqan yandırmışdır. Sonra Savaşın yaşadığı evin qarşısına polis əməkdaşları gəlmişlər və o, orada dayanmayaraq qayıdıb Xaçmaz şəhərinə, yaşadığı evə gəlmişdir. O, Əfqanın Savaşa məxsus VAZ-21074 markalı avtomobili yandırmasının səbəbini bilməmişdir. O, VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili xalası oğlunun qaynı Aydından 4400 manata alınmışdır. Həmin avtomobillə bağlı Aydın tərəfindən onun adına etibarnamə verilsə də, avtomobilin alınması ilə bağlı 4400 manat pulu Savaş özü vermişdir. Əfqanın yandırdığı VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobillə bağlı ona heç bir maddi ziyan dəyməmişdir. Avtomobilin alınması ilə bağlı 4400 manat pulu Savaş özü verdiyi üçün avtomobilin yandırılması ilə bağlı maddi ziyan Savaşın özünə dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Borçalı küçəsi, ev 14-də yaşayır. Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyir. O, Xaçmaz rayonu, Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayından tanıyır, həmin kənd sakini Təqsirləndirilən şəxs isə tanımır. 02 mart 2019cu ildə o, İlkin adlı şəxsdən VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili 4500 manata almışdır. Sonrakı aylarda İlkindən aldığı VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili özü idarə etmişdir. 2020-ci ilin sonlarında o özünə məxsus VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə bacısının əri Vasifə bildirərək demişdir ki, avtomobilini satmaq istəyir, almaq istəyən olsa ona bildirər. 2021-ci ilin yanvar ayının əvvəllərində Vasifin xalası oğlu Emin yanına gəlib ona demişdir ki, onun özünə məxsus VAZ-21074 markalı avtomobili satmaq istədiyini eşitmişdir, bibisinin əri Savaş avtomobil almaq istəyir, avtomobilini satmaq istəyirsə Savaşa satsın. Eminə özünə məxsus VAZ-21074 markalı avtomobili 4400 manata satmaq istədiyini bildirmiş, sonuncu da ona demişdir ki, Savaşla görüşüb danışdıqdan sonra onun həmin qiymətə ona məxsus avtomobili almaq istəyibistəmədiyini bildirəcəkdir. Səhəri gün Emin onun yanına gəlib demişdir ki, Savaşla danışmışdır, Savaş ona məxsus avtomobilə baxmaq istəyir. Savaşın ona məxsus VAZ- 21074 markalı avtomobilə baxmasına narazılıq etməmiş və avtomobilinin açarını Eminə verib demişdir ki, avtomobili aparıb Savaşa göstərsin, bəyənsə razılaşıb ona satar. Emin ona məxsus VAZ-21074 markalı avtomobilə əyləşib getmiş və bir neçə saat keçdikdən sonra qayıdıb onun yanına gələrək demişdir ki, Savaş avtomobili bəyənmişdir, almaq istəyir, Savaş avtomobilin alınması ilə bağlı ona 4400 manat pul vermişdir, birlikdə Quba regional «ASAN» xidmət mərkəzinə getsinlər, o, onun adına etibarnamə versin. O, etiraz etməyib həmin gün Eminlə birlikdə Quba regional «ASAN» xidmət mərkəzinə getmişdir. Quba regional «ASAN» xidmət mərkəzində o, özünə məxsus VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobillə bağlı Eminin adına etibarnamə vermiş, Emin də etibarnaməni aldıqdan sonra Savaşın verdiyi 4400 manat pulu sayıb ona vermiş və həmin gündən sonra VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili Savaş özü idarə etmişdir. 2022-ci ilin fevral ayının axırlarında eşitmişdir ki, Qarabağlı kəndində yaşayan Əfqan adlı şəxs onun Savaşa satdığı VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobilin üzərinə benzin tökərək yandırmışdır. O, Əfqanın Savaşa məxsus VAZ-21074 markalı avtomobili yandırmasının səbəbini bilməmişdir. O, VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobili 2021-ci ilin yanvar ayının əvvəllərində Savaşa satmış, həmin avtomobilin alınması ilə bağlı ona 4400 manat pul verilmiş, ona görə də avtomobilin yandırılması ilə bağlı ona heç bir maddi ziyan dəyməmiş, VAZ-21074 markalı, ** NU *** qeydiyyat nişanlı avtomobilin yandırılması ilə bağlı maddi ziyan bütünlüklə Savaşın özünə dəymişdir. İş materiallarında olan 20 fevral 2022-ci il tarixli raportdan və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 06:30 radələrində, yaşadığı Xaçmaz rayonunun Qarabağlı kəndindəki evinin qarşısında saxladığı ağ rəngli, “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilinin yandırıldığını aşkar etməsi barədə bildirmişdir. İş materiallarında olan 20 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yerinə - Xaçmaz rayonunun Qarabağlı kəndi, Zərərçəkmiş şəxs evinin qarşısına gedilərək baxış keçirilmiş və Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin tamamilə yanması müəyyən edilmiş, həmin avtomobilin yanğından sonrakı qalıq nümunələr götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1571 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim olunmuş bir ədəd bağlamada qablaşdırılmış yarıyanmış nümunələr üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 10/3783 nömrəli rəyindən müəyyən edilir ki, X7 məxsus “Vaz-21074” markalı, ** NU *** qeydiyyat nişanlı avtomobildə yanğın izləri bərabərləşdiyinə görə yanğının mənbəyini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, avtomobildən götürülmüş nümunələrin üzərində neft məhsulları aşkar edildiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni neft məhsullarından odlama vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 05 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili yandırdığı yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Xaçmaz rayonu, Qarabağlı kəndində yandırmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs təklifi ilə avtomobilə əyləşib Xaçmaz- Niyazoba avtomobil yolu ilə Xaçmaz rayonu. Qarabağlı kəndi istiqamətində getmişlər. Xaçmaz rayonu, Qarabağlı kəndi ərazisinə çatanda Təqsirləndirilən şəxs sola dönüb məhəlləarası daşlıq yolla getməyin lazım olduğunu bildirmişdir. Onlar sola dönüb məhəlləarası daşlıq yolla getmişlər və Xaçmaz rayonu, Qarabağlı kəndi ərazisində asfaltbeton örtüklü yoldan qərb istiqamətində 60 metr aralı məsafədə yerləşən birmərtəbəli fərdi yaşayış evinin qarşısına çatanda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ev həmkəndlisi Zərərçəkmiş şəxs məxsusdur, 20 fevral 2022-ci il tarixdə, saat 06 radələrində o, həmin evin qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə benzin tökərək yandırmışdır. İş materiallarında olan pasportun təsdiqlənmiş surətindən və DYİ seriyalı, ******* nömrəli vəsiqənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs Güler X6 Respublikası vətəndaşı olmaqla, ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-ci il tarxli, 9/1795 nömrəli rəyindən və həmin rəyi tərtib etmiş ekspertin iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 2005-ci il buraxılışlı, “Vaz-21074” markalı, ** NU *** qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5500,0 manat müəyyən olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin izahatlarından və ifadəsindən, sübutların qiymətləndirilməsi barədə 08 avqust 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili yandırarkən həmin avtomobilin salonunda saxlanılmış və yanğın nəticəsində məhv olmuş 1260 (min iki yüz altmış) manat pul, üzərində "xxxx" MMC-yə aid 10 manat dəyərində 099 380-79-02 nömrəli danışıq kartı (sim kart) olan 100 (yüz) manat dəyərində 01 ədəd “Samsung J1” markalı mobil telefon, üzərində danışıq kartı (sim kart) olmayan 100 (yüz) manat dəyərində “Samsung J3” markalı mobil telefon da olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin izahatlarından və ifadəsindən, pasportun, vəsiqənin və sürücülük sertifikatının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, zərərçəkmiş şəxsin adına DYİ seriyalı, ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə” vəsiqəsi, Türkiyə “Sürücülər və avtomobilçilər federasiyası” tərəfindən verilmiş D seriyalı, 326175 nömrəli sürücülük vəsiqəsi, Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsi mövcud olmuş və həmin sənədlər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili yandırarkən həmin avtomobilin salonunda saxlanılmış həmin sənədlər yanğın nəticəsində məhv olmuşdur. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan və həmin tarixli qəbzdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin yanğından sonrakı qalıq nümunələr iş üzrə maddi sübut kimi tanınmış, həmin avtomobil Zərərçəkmiş şəxs, həmin avtomobildən götürülmüş yanğından sonrakı qalıq nümunələr isə Xaçmaz RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yaşar adlı şəxslə birlikdə qonşuluğunda olan X8 məxsus evin həyətinə daxil olmaları sübuta yetmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 326.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda həmin Məcəllənin 186.2.2-ci maddəsinin tərkibini yaradır. Əmlakı qəsdən məhvetmə və ya zədələmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Şərh edilən cinayətin predmeti maddi dəyərə malik olan hər cür əmlakdır. Bu, həm daşınar, həm də daşınmaz əmlak (məsələn ev, avadanlıq və s.) ola bilər. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhvetmə və ya zədələmədən ibarət əməl; b) zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhvetmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, yararsız vəziyyətə salınır. Əmlakı məhvetmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Zədələmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir, təsərrüfat və ya başqa məqsədlə istifadəyə qismən yararsız olur. Lakin məhvetmədən fərqli olaraq, zədələnmiş əmlakın təmir etməklə və ya sair üsulla bərpası mümkün olur. Zədələmə zamanı əmlakın yalnız bəzi xassələri itirilir ki, onlar da müxtəlif üsullarla aradan qaldırıla bilir. Cinayət zərərçəkmiş şəxsə xeyli miqdarda ziyanvurma növündə ictimai təhlükəli nəticənin baş verdiyi andan başa çatmış hesab edilir. Hər bir halda, törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə müəyyən edilməlidir. Özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə subyektiv cəhətdən qəsdlə törədilir. Təqsirkar özgənin əmlakını qanunsuz olaraq məhv etdiyini və ya zədələdiyini dərk edir, bununla mülkiyyətçiyə və ya sair sahibə xeyli miqdarda ziyan vurulacağını qabaqcadan görür və bunu arzu edir (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir (dolayı qəsd). CM-nin 186.2-ci maddəsində aşağıdakı tövsifedici əlamətlər nəzərdə tutulmuşdur: 1) eyni əməllərin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsi; 2) yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması. Yandırma dedikdə, müxtəlif yandırıcı maddələrdən və ya əmlakın özünün yana bilmək xüsusiyyətindən istifadə edərək əmlakı məhvetmə və ya zədələmə başa düşülür. Partlatma, müxtəlif partlayıcı maddə və qurğulardan istifadə etməklə əmlakı dağıtmanı və ya zədələməni nəzərdə tutur. Başqa ümumi təhlükəli üsul dedikdə, yandırma və partlatmaqdan başqa, su altında qoyma, ağır texnikadan istifadə etmə və insanların həyat və sağlamlığı üçün təhlükəli olan, habelə geniş miqyaslı dağıntılara gətirib çıxara bilən digər üsullar başa düşülür. Ağır nəticələr dedikdə, insanların sağlamlığına zərər vurulması, onların zəhərlənməsi, xəstələnməsi, xüsusi dəyəri olan əmlakın məhv edilməsi, idarə müəssisələrin işinin dayanması, geniş miqyasda dağıntıların törədilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 27-ci bəndində göstərilir ki, əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Əmlakın qiyməti barədə məlumat olmadıqda, əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə həmin Məcəllənin 326.1-ci maddəsinin tərkibini yaradır. Rəsmi sənədlər hüquqi əhəmiyyətə malik olan, yəni müəyyən hüquqi faktların mövcudluğunu təsdiq edən, hüquqi nəticələr doğuran, hüquqların həyata keçirilməsi və vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər və imtiyazlar nəzərdə tutan sənədlərdir. Bu sənədlər müəyyən rekvizitlərə (rəsmi sənədin tərtib olunma yeri və tarixi, onu verən orqanın adı, vəzifəli şəxsin adı. soyadı, atasının adı, imza, möhür, ştamp və s.) malik olur. Bu cinayətin predmeti kimi rəsmi sənəd dedikdə, istənilən rəsmi sənəd, yəni hüquq verən və ya verməyən, vəzifədən azad edən və ya etməyən rəsmi sənəd başa düşülür. Vəsiqə dedikdə, hər hansı dövlət və ya qeyri-dövlət orqanı tərəfindən verilən, onun sahibi haqqında məlumatları özündə əks etdirən və sahibinin şəxsiyyətini təsdiq edən müxtəlif rəsmi sənədlər başa düşülür. Buraya pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet və onları müvəqqəti əvəz edən sənədlər (arayışlar), sürücülük vəsiqəsi, əmək kitabçası, xidməti vəsiqə, şəxsin müəyyən sosial kateqoriyaya (pensiyaçı, veteran, əlil və s.) mənsubiyyətini təsdiq edən və ona müəyyən güzəştlər (imtiyazlar) verən vəsiqələr və s. aiddir. Məhv etmə dedikdə, təqsirkar şəxsin elə qanunsuz hərəkətləri başa düşülür ki, həmin hərəkətlər rəsmi sənədlərin, ştamplann və ya möhürlərin tamamilə sıradan çıxanlması (yandtnlması, cırılması, xırda hissələrə parçalanması və s.) ilə və yaxud onların tətbiq (istifadə) edilməsini qeyri-mümkün edən vəziyyətə gətirilməsi (cinayətin predmetlərinin suya və digər mayenin İçərisinə atılması və s.) ilə nəticələnir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə şikayət daxil olmuşdur, o, yaşadığı yerdə mənfi xarakterizə olunur. İş materiallarından, həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı hazıradək zərərçəkmişə heç bir məbləğ ödəməmişdir. Lakin təqsirləndirilənin zərərçəkmişə vurduğu ziyanı ödəyəcəyi barədə aralarında razılığa gəlmişlər, onlar barışmışlar və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, zərərçəkmiş təqsirləndirilənin azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etirad etməsini, cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, Cinayət Məcəlləsinin 326.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin yanğından sonrakı qalıq nümunələr iş üzrə maddi sübut kimi tanınmış, həmin avtomobil Zərərçəkmiş şəxs, həmin avtomobildən götürülmüş yanğından sonrakı qalıq nümunələr isə Xaçmaz RPŞ-yə təhvil verilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən (həbsə alındığı tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin onun özünə qaytarlması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə ümumilikdə 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-140/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-140/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver