Məhkəmə qərarları › İş №1(067)-140/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-140/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-140/2024 18.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 25 avqust 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Q.Məmmədov küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi uçun 31 mart 2024-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndində Z.Əliyeva küçəsində yerləşən «Oba» marketin yanında Şahid3 10 manat pul müqabilində qanunsuz olaraq əldə etdiyi xeyli miqdar təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Q.Məmmədov küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibatı binasında onun üzərinə 01 aprel 2024-cü il tarixdə, saat 21:00-21:10 müddətində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli qısaqol qış gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda gizlədib saxladığı 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,462 qram təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanıdığı şəxsdən 20 manata metamfetamin psixotrop maddəsi almış, həmin günün səhəri isə o, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Həmçinin bildirdi ki, o, yalnız metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Ona üzərindən aşkar olunmuş metamfetamini satan Şahid3 əvvəldən tanımış, belə ki, sonuncu onun qonşusu olmuşdur. O, Əlinin narkotik vasitə, yaxud psixotrop maddə satışı ilə məşğul olduğu barədə bilməmiş, sadəcə, söhbət əsnasında Əlidən metamfetamin təşkil etməyin mümkünlüyü barədə soruşmuşdur. O, Əlidən hərəsi 10 manat olmaqla iki büküm metamfetamin almışdır. Həmin iki bükümü eyni gündə, aralarında 15-20 dəqiqə fasilə olmaqla almış, eyni gündə iki büküm almasının səbəbi birinci aldığı bükümdəki metamfetaminin az olması olmuş, həm də fikirləşmişdir ki, Əlidə həmin maddə olmuşkən alsın. O, bükümlərdən birini aldığı gecə istehlak etmiş, digərini üzərində saxlamış və səhəri gün polis tərəfindən saxlanılmışdır. O, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. O, Əlinin metamfetamini kimdən almasını bilmir. Polis əməkdaşları onu bu ilin aprel ayının birində, o, evdən küçəyə çıxarkən onu küçədə saxlayaraq polis şöbəsinə aparmışlar. O, Əlidən aldığı metamfetamin barədə kimsəyə deməmiş, aldığı vaxt Əlinin yanında kimsə olmamış, yalnız o və Əli olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, evlidir, on iki yaşlı bir övladı var, məktəblidir. Polis şöbəsinə aparıldıqdan sonra o, əməlini könüllü etiraf edərək psixotrop maddəni Əlidən aldığını bildirmişdir. O, törətdiyi cinayət əməlindən peşmandır. Əlavə olaraq bildirdi ki, o, Əliyə sonuncudan aldığı iki büküm metamfetamindən bir bükümünə görə 10 manat pul vermiş, digər bükümə görə isə 10 manatın əvəzinə sadə (smartfon olmayan) mobil telefon vermişdir. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, latın qrafikası ilə yazmağı və oxumağı yaxşı bacarır, onun tərcüməçiyə və ya mütəxəssisə heç bır ehtiyacı yoxdur. O, Xaçmaz şəhəri, Qafur Məmmədov küçəsi ev 34-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, iş tapdığı halda tikintilərdə usta kimi işləyir. O, bir il olar ki, el arasında “patı”, yəni əsl adı psixotrop maddə olan metamfetamindən istifadə edir. O, təxminən dörd ay bundan əvvəllədək Bakı şəhərində usta işləmişdir və işi ilə əlaqədar Bakı şəhərində iş yoldaşları ilə kirayə evdə qalmış, Bakı şəhərində işləyən vaxtlardan a psixotrop maddə olan metamfetaminə qurşanmış, elə həmin vaxtdan da tapanda psixotrop maddə olan metamfetamin istifadə edir. Lakin dörd ay olar ki, Bakı şəhərindən Xaçmaz şəhərinə gəlib Xaçmaz rayonu ərazisində ış olduqca gedib işləyib özünün və ailəsinin dolanışığını təmin edir. Onun yaşadığı ev Xaçmaz şəhəri, Q.Məmmədov küçəsində yerləşsə də, evinin yerləşdiyi əraziyə el arasında İzmayılovka ərazisi deyirlər. O, Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşayan Şahid3 7-8 ildir ki, tanıyır. Belə ki, Əlinin qardaşı İntiqam Sultanov əvvəllər İzmayılovka adlanan ərazidə, dəmir yolunun yaxınlığında icarəyə götürüb kafe işlətmiş, o da də tez-tez həmin kafeyə getmişdir. Həmin kafedə olarkən kafeni işlədən intiqamın qardaşı Əli ilə tanış olmuş, ona görə də həmin vaxtdan Əli ilə aralarında münasibət yaranmışdır. Təxminən iki ay bundan əvvəl o, Xaçmaz şəhərində dost-tanışlarından eşitmişdir ki, Şahid3 da psixotrop maddə olan metamfetamin istifadə edir və hərdən də satışı ilə məşğul olur. 31 mart 2024-cü il tarixdə pulu olduğu üçün istəmişdir ki, özü üçün psixotrop maddə olan metamfetamin alıb istifadə etsin. Buna görə də 31 mart 2024-cü il tarixdə, axşam saat 19:30 radələrində atasının istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə Əlinin istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsinə zəng edib özünü Əliyə tanıtdıqdan sonra Əlidən ona 10 manatlıq “patı”, yəni psixotrop maddə olan metamfetamin satmasını istəmiş, Əli də ona “təşkil edərik” deyib saat 8, yəni 20 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşmələrini demişdir. O, Əlinin dediyi kimi həmin günü saat 20 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısına getmiş, o da orada Əli ilə görüşmüş, həmin yerdə Əliyə 10 manat pul vermiş, Əli də ona bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin vermişdir. O, Əlidən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aldıqdan sonra oradan birbaşa yaşadığı evə gedib və yaşadığı evə çatdıqdan sonra fikirləşmişdir ki, Əlidən aldığı metamfetamin onun üçün az olacaqdır, sabah da istifadə etmək üçün kifayət etməyəcək, ona görə də gedib Əlidən birini də alsın. Bu məqsədlə yaşadığı evdən bir də Əliyə zəng edib sonuncudan yenə də 10 manatlıq metamfetamin istəmiş və Əli də cavab olaraq yenə də ona gəl təşkil edərik demişdir. O, yaşadığı evdən çıxıb yenə də Xaçmaz rayonu, Qaraqurtlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısına getmiş və həmin vaxt, yəni saat 21 radələrində Əli ilə görüşüb orada Əlidən yenə də bir ədəd kibrit qutusunda metamfetamin almışdır. Əli ikinci dəfə aldığı metamfetamini kağıza büküb kibrit qutusuna qoymuş, ona da həmin bükümü kibrit qutusu ilə birgə vermişdir. O, Əlidən metamfetamini aldıqdan sonra yaşadığı evə gedib həmin gecə Əlidən birinci dəfə aldığı bükümdəki metamfetamini istifadə etmiş, ikinci dəfə aldığı metamfetamini isə kibrit qutusu ilə birlikdə əynində olan qolsuz gödəkçənin sol yan cibinə qoyub, sonradan istifadə üçün üzərində saxlamışdır. 01 aprel 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Xaçmaz şəhəri, Q.Məmmədov küçəsində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəli olduğunu ona bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt psixotrop maddə üzərində olduğundan polislərin bundan məlumatlı olmalarını başa düşüb onların təklifi ilə razılaşaraq Xaçmaz rayon polis şöbəsinə getmişdir. Onlar Xaçmaz rayon polis şöbəsinə getdikdən sonra RPŞ-nin İB-nin müstəntiqi Rəşad Babayev gələrək vəkil Pərviz Müslümovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. X9 müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini ona dedikdə o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış zamanı o, üzərində metamfetamin olmasını etiraf edib əynindəki ağ rəngli qısaqol qış gödəkçəsinin sol yan cibində olan 1 ədəd kibrit qutusunda saxladığı 1 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilmiş, qanunsuz başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin bükülüyə baxılarkən içərisində metamfetaminə bənzər ağ rəngli kütlənin olmasını və haradan əldə etməsini ondan soruşduqda o, həmin bükümdəki kütlənin metamfetamin olduğunu və onu tanışı Əli adlı şəxsdən 20 manat pula alaraq bir hissəsini istifadə etdiyini və bir hissəsini isə üzərində saxladığını bildirmişdir. Müstəntiq tərəfindən 1 ədəd kağız bükümdə metamfetamin kağız bükümlə birlikdə götürülmüş və kibrit qutusu isə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Həmin 1 ədəd ağ rəngli kağız bükümdə metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən həmin bükümün ümumi çəkisinin 0,59 qram olması məlum olmuşdur. Bundan sonra həmin bir ədəd büküm müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar tərtib edilmiş protokol onlara oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamini üzərində saxlamışdır. O, RPŞ-nə dəvət edilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq və yaxud zor tətbiq edilməmişdir. O, üzərində, yəni qış gödəkçəsinin cibindəki kibrit qutusunda olan 1 ədəd bükümdə psixotrop maddəni özü könüllü olaraq təqdim etmişdir. O, üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetamini Xaçmaz rayon sakini Əli adlı tanışından istifadəsi üçün almış, öz istifadəsi üçün üzərində saxlamış və onun başqa məqsədi olmamışdır. Əli adlı şəxs ona 2 büküm maddəni, yəni metamfetamini 20 manat pula satmışdır. Belə ki, 31 mart 2024-cü il tarixdə Əli ona 2 dəfə metamfetamin satmışdır. Əli ona 2 dəfə hər bükümü 10 manat olmaqla cəmisi 2 büküm metamfetamin satmışdır. O, Əlidən aldığı birinci bükümü istifadə etmiş və ikinci büküm isə onun üzərindən aşkar edilmiş bükümdür. Sonuncu dəfə 31 mart 2024-cü il tarixdə, axşam saat 21 radələrində Xaçmaz rayonu Qaraqurtlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında 1 ədəd kibrit qutusunda 1 ədəd kağız bükümdə Əlidən metamfetamin almışdır. Xaçmaz rayon sakini kimi bildirdiyi Əli adlı tanışı Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayır və Əlinin soyadı Sultanov olmalıdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Tərlan ona zəng edərək yanına gəlmiş və ağrılarının olduğunu bildirərək ondan metamfetamin psixotrop maddəsi istəmiş, o isə Tərlana həmin maddədən onda olmadığını, onun özünün də başqa şəxslərdən alaraq istifadə etdiyini demiş, Tərlan dəfələrlə təkid etmiş, o, sonuncuya demişdir ki, o özü üçün əldə etsə və ona verərsə polis tərəfindən tutula bilər, bununla da hər ikisi üçün problem olar. Lakin o, Tərlanın onun dediklərinə baxmayaraq təkid etməsini görüb özünün şəxsi istifadəsi üçün aldığı metamfetamindən Tərlana da vermişdir. Həmçinin bildirdi ki, Tərlan ondan həmin gün iki büküm metamfetamin almışdır. O, həmin bükümlərdəki metamfetamini Tərlana satmamış, əvəzsiz olaraq vermişdir. O özü metamfetamin psixotrop maddəsini telefonla tanış olduğu şəxsdən 35 manata almış, bir hissəsini pulsuz olaraq Tərlana vermiş, qalan hissəsini isə özü istifadə etmişdir. Tərlana həmin maddəni pulsuz verməsinin səbəbi sonuncunun canının ağrıdığını bildirməsi olmuşdur. O, Tərlandan heç bir məbləğdə nağd qaydada pul almamış, verdiyi iki büküm metamfetaminin əvəzində sonuncu ona sadə (smartfon olmayan) mobil telefon vermişdir. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Qaraqurdlu kəndində baba evində atası ilə birlikdə yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı sərbəst bacarır. Subaydır, əvvəllər məhkumluğu olmamışdır. O, bir ilə yaxındır ki, “patı”, yəni psixotrop maddə olan metamfetamindən tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. 2024-cü ilin mart ayının sonlarında Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata psixotrop maddə olan metamfetamin almışdır. O, psixotrop maddə olan metamfetamin aldıqdan sonra birbaşa Bakı şəhərindən Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən yaşadığı evə gəlib aldığı metamfetamini satmaq məqsədilə xırda hissələrə bölüb bir neçə kağız bükümə yığmışdır. O, aldığı metamfetaminin bir hissəsini özü istifadə etmiş, fikirləşmişdir ki, bir hissəsini satıb pul əldə etsin, həmin pula gedib yenidən metamfetamin alar. 31 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində tanışı, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ondan özünün istifadəsi üçün 10 manatlıq “patı”, yəni psixotrop maddə olan metamfetamin istəmiş, o da telefonda danışıq zamanı Tərlana “gələrsən təşkil edərik” demişdir. Danışıq zamanı onlar qərara almışlar ki, saat 20 radələrində yaşadığı evin yaxınlığıda yerləşən Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşsünlər. Onlar danışdıqdan yarım saat sonra, yəni saat 20 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşmüşlər, həmin vaxt Təqsirləndirilən şəxs ona 10 manat pul vermiş, o da Tərlana bir ədəd kağız bükümdə “patı”, yəni psixotrop maddə olan metamfetamin vermişdir. Tərlan ondan metamfetamin aldıqdan sonra oradan çıxıb yaşadığı evə tərəf getmişdir. Bundan təxminən yarım saat sonra Tərlan yenidən ona zəng edib yenə də 10 manatlıq metamfetamin istədiyini bildirmiş, o da danışıq zamanı Tərlana yenə də “gəl təşkil edərik, birazdan həmin yerdə görüşək” sözlərini demiş və telefonu söndürmüşdür. Onlar həmin gün, yəni 31 mart 2024-cü il tarixdə, saat 21 radələrində yenidən Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşmüşlər və bu dəfə də o, Tərlana 10 manata bir ədəd bükümdə metamfetamin satmışdır. İkinci dəfə Tərlana metamfetamin satan zaman bükümü kibrit qutusunun içərisinə qoyub vermişdir ki, kənardan görən şəxslər şübhələnməsin. Tərlana metamfetamini satdıqdan sonra onun özündə iki büküm qalmışdır. O, həmin bükümlərin birində olan metamfetamindən ürəyi istəyəndə istifadə etmişdir. 03 aprel 2024-cü il tarixdə o, yaşadığı Xaçmaz rayonu, Qaraqurdlu kəndindəki evin yerləşdiyi küçədə olanda iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını, onun üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi və satması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu bildirib buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ- nə dəvət etmişlər. Həmin vaxt içərisində metamfetamin olan bükümlər də onun əynində olan qolsuz gödəkçənin sol yan cibində olmuşdur. Ona görə də o, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və onlarla birlikdə Xaçmaz RPŞ-nə gələrkən şərait tapıb üzərində olan metamfetaminləri ata bilməmişdir. Xaçmaz RPŞ-nə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin gün üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona müdafiəçi təqdim olunmuşdur. Daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilən zaman o, əynində olan qolsuz qış gödəkçəsinin sol yan cibində gizlədib saxladığı, içərisində psixotrop maddə metamfetamin olan iki ədəd bükümü çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı təqdim etdiyi bükümlərin içərisində olan maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, Bakı şəhərində tanımadığı İran vətəndaşından aldığını, bir hissəsini Xaçmaz şəhər sakini Tərlan adlı şəxsə satdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin bükümlər elektron tərəzidə çəkilən zaman çəkilərinin 0,62 və 0,04 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükümlər şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənib götürülmüşdür. Psixotrop maddə olan metamfetamin satdığı Təqsirləndirilən şəxs ad, soyad və ata adını Təqsirləndirilən şəxsdur, o, Tərlanı uzun müddətdir ki, tanıyır. Tərlanla heç bir ədavət və ya düşmənçiliyi yoxdur, Tərlan Xaçmaz şəhərində “İzmayılovka” adlanan ərazidə yaşayır. Onun stifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** saylı mobil telefon nömrəsidir. Tərlan 070-830-7697 saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, onlar beləcə əlaqə saxlamışlar, danışıb razılaşmışlar, o da Tərlana psixotrop maddə olan metamfetamin satmışdır. Hazırda yaşadığı evdə narkotik vasitə və yaxud psixotrop maddə yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid1 birlikdə gedərək iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, “İzmayılovka” adlanan ərazidə saxlayaraq polis şöbəsinə gətirmişlər, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən metamfetamin psixotrop maddəsi aşkar edilmişdir. Həmçinin bildirdi ki, onlar iş üzrə təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuş, yanında kimsə olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 aprel 2024-cü il tarixdə Xaçmaz şəhəri Q.Məmmədov küçəsi ev 34-də yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin günü, yəni 01 aprel 2024cü il tarixdə, saat 19 radələrində Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Q.Məmmədov küçəsində saxlayıb üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nə gəldikdən sonra xidməti otaqların birində X9 tərəfindən müdaifəçi Pərviz Müslümovun iştirakı ilə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Videoçəkilişi Xaçmaz RPŞ-nin PPXB-nın polis nəfəri X10 özünə məxsus «İphone» markalı mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı X9 üzərindəki əşyaları təqdim etməsini ondan xahiş etdikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan ağ rəngli qısaqol qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb, qutunun içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını və həmin maddəni tanışı Əli adlı şəxsdən alaraq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Müstəntiq tərəfindən həmin kibrit qutusunun içərisindəki 1 (bir) ədəd ağ rəngli kağız büküm açıldıqda onun içində ağ rəngli psixotrop maddəyə bənzər kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan 1 ədəd kağız büküm elektron tərəzidə çəkilərkən bükümlə birlikdə ümumi çəkisinin 0,59 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd büküm özünün, vəkilin və onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənmiş, kibrit qutusu isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilərək onlara oxunduqdan sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 aprel 2024-cü il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması barədə əldə etdikləri əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb Xaçmaz RPŞ-nə gətirilmiş və rayon polis şöbəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf edərək üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni tanışı Əli adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində müstəntiq Elşən Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin maddəni satan Əli adlı şəxsin müəyyən edilməsindən ötrü əməliyyat tapşırığı verilmiş, onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satmış şəxsin Xaçmaz rayonu, Qaraqurdlu kənd sakini Şahid3 olması müəyyən edilmişdir. Bundan sonra 03 aprel 2024-cü il tarixdə psixotrop maddələrin satışı ilə məşğul olan Şahid3 qanunsuz olaraq narkotik vəsitələri əldə edib satması barədə onlar əməliyyat məlumatı əldə etmişlər. Təqsirləndirilən şəxs olduğu üçün həmin tədbiri Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirmişlər və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 03 aprel 2024-cü il tarixdə, saat 14:30-da Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmişdir. Xaçmaz RPŞ-də Şahid3 üzərinə şəxsi axtarışın keçirilməsi İstintaq bölməsinin baş müstəntiqi Elşən Əliyevə həvalə olunmuşdur. Elşən Əliyev tərəfindən Şahid3 şübhəli şəxs qismində tutulub müdafiə hüquqları təmin edildikdən sonra müdafiəçinin və onların iştirakı ilə Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qolsuz gödəkçənin sol yan cibindən iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 da etiraf edərək tanışı Tərlan adlı şəxsə psixotrop maddə olan metamfetamin satdığını bildirmişdir. Bundan sonra Elşən Əliyev tərəfindən Şahid3 üzərindən aşkar olunmuş, içərisində metamfetamin olan bükümlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, həmin CAB-nin əməliyyat müvəkkili Şahid1, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki ağ rəngli qısaqol qış gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb içərisində psixotrop maddə metamfetamin olmasını, tanıdığı Əli adlı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün saxladığını bildirir. Həmin kibrit qutusu müstəntiq tərəfindən açılıb baxılan zaman içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd ağ rəngli kağız büküm olması aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, qanunsuz başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd kağız bükülü içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,59 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Kibrit qutusu isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı X10 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1778 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş kütlə” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,412 qram təşkil etmişdir. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X3 RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, həmin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, X8, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən Şahid3 təklif olunur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Şahid3 əynindəki qara rəngli qolsuz qış gödəkçəsinin sol yan cibindən 02 (iki) ədəd gümüşü rəngli folqa bükümləri çıxarıb otaqda olan masanın üzərinə qoyur. Müstəntiq tərəfindən Şahid3 təqdim etdiyi iki ədəd gümüşü rəngli folqa bükümlərinin içərisinə baxılan zaman bükümlərin hər birinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristalşəkilli maddə olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Şahid3 təqdim etdiyi bükümlərin içərisində olan maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və bir hissəsini tanışı Tərlan adlı şəxsə satdığını bildirir. Aşkar edilmiş iki ədəd bükümdə olan kütlələr müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman ayrı-ayrılıqda çəkilərinin 0,62 və 0,04 qram olması müəyyən edilmişdir. Bundan sonra Şahid3 üzərindən aşkar olunmuş içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 02 ədəd büküm müstəntiq tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənib götürülmüşdür. Bundan başqa Şahid3 üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X8 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1831 nömrəli ekspert rəyinin surətindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən...” sözləri olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram, 0,030 qram, ümumi təmiz çəkisi 0,502 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 3-16-16/1-6/2045 nömrəli ekspert rəyinin surətindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş kütlə...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...Şahid3 üzərindən...” sözləri olan 2 №-li zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,402 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 1 №-li zərfdəki metamfetamindən tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,362 qram təşkil etmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan, maddi sübutun ekspertiza tədqiqatından sonra qalan miqdarının müəyyən edilməsi barədə 30 may 2024-cü il tarixli qərardan və “Sübutların qiymətləndirilməsi barədə” 02 iyun 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,462 qram təşkil etmiş metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra 0,362 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 25 aprel 2024-cü il tarixli, 2702 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 aprel 2024-cü il və 03 may 2024-cü il tarixli Əməliyyat tapşırıqlarından və onlara cavablardan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni ona Xaçmaz şəhəri, Qaraqurdlu kəndində yaşayan Şahid3 satdığı müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmiş, bu barədə Xaçmaz RPŞ-yə hər hansı məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 5(067)- 92/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 02 iyun 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ********* nömrəli (hazırkı) cinayət işi ayrılmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,462 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən, Xaçmaz Rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var.(xx.xx.2011) İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki,məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 03 aprel 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,462 qram psixotrop maddə metamfetamindən təqdqiqatlara 0,05 qram və 0,050 qram sərf edildikdən sonra qalıq 0,362 qram metamfetamin təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,462 qram təşkil etmiş, ekspertiza tədqiqatlarından sonra isə qalıq çəkisi 0,362 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,362 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,362 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar