Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-140/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1985-ci ildə Xaçmaz rayonu, Xaspoladoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu Xaspoladoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu Əzizli kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 20 radələrində Xaçmaz rayonu Əzizli kəndində 41,504925 N, 48,823110 E koordinatında yerləşən, yaşadığı evin həyətində yeznəsi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sağ əli ilə sonuncunun sifətinin sol nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq Zərərçəkmiş şəxs “sol göz almasına qansızma" kimi qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Əzizli kəndində ailə üzvləri ilə birgə yaşayır. Şahid2 doğma bacısıdır. Bacısı Şahid2 əri Zərərçəkmiş şəxs ilə dəfələrlə mübahisə etmiş, buna görə bacısı 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu Əzizli kəndində yerləşən evlərinə gəlmişdir. 17 mart 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində olan zaman yeznəsi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına idarə etdiyi avtomobil ilə gəlmiş və evin çöl darvazasından həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra isə Zərərçəkmiş şəxs evin qapısının qarşısına gələrək uşaqlarla görüşmək istəməsini bildirmiş, onu görən bacısı Şahid2 ona həyətdən çıxıb getməsini, onu istəməməsini, uşaqları ona göstərməyəcəyini demişdir. Həmin vaxt anası Şahid1 evdə olmuş və onu da, həyətə çağırmışdır. Anası Şahid1 da, gələrək Zərərçəkmiş şəxs həyətdən getməsini, uşaqların xəstə olmasını demişdir. Buna görə evdəkilərin Zərərçəkmiş şəxs görmək istəmədiyini, bundan başqa anasını və bacısını nalayiq ifadələrlə təhqir etdiyi üçün Zərərçəkmiş şəxs evin həyətindən kənara çıxmasını xahiş etmiş, ancaq Zərərçəkmiş şəxs getmək istəməyərək həyətdəki çardağın altına tərəf getmişdir. Onun hərəkətlərindən əsəbləşərək Zərərçəkmiş şəxs yaxınlaşıb onun sifətinin sol tərəfinə bir dəfə sağ əllə yumruq vurmuş, bundan sonra Zərərçəkmiş şəxs kənara itələsə də, yerə yıxıb döyməmişdir. Onun üzünə vurandan sonra Zərərçəkmiş şəxs dərhal həyətdən çıxıb avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Həmin hadisə 5-10 dəqiqə ərzində baş vermiş, ətrafda heç kim olmamış, kənar şəxslərin müdaxiləsi olmadan ayrılmışlar. Zərərçəkmiş şəxs yumruqla vurmağının səbəbi axşam vaxtı öz evinin həyətində ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-nin 51-2-ci maddəsinin tələblərinə uyğun olaraq hazırda ölkə xaricində yaşayan Zərərçəkmiş şəxs ilə “Whatsapp” tətbiqi vasitəsi ilə videokonfrans əlaqəsi yaradılmış və sonuncu ifadəsində bildirmişdir ki, hazırda Serbiya ölkəsindədir. Cinayət Məcəlləsinin 296 və 297-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət ona aydındır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və təqsirləndirilən şəxslə barışdığı üçün sonuncudan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid1 məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarından istifadə edərək oğluna qarşı ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı Şahid2 məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarından istifadə edərək qardaşına qarşı ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsi məhkəmə istintaqında tədqiq edilmiş və müəyyən edilmişdir ki, qızı Şahid2 əri Zərərçəkmiş şəxs ilə dəfələrlə mübahisə etmiş, buna görə qızı 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu Əzizli kəndində yerləşən evinə gəlmişdir. 17 mart 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman yeznəsi Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş və oğlu Təqsirləndirilən şəxs onu da, həyətə çağırmışdır. O, həyətə çıxanda yeznəsi Zərərçəkmiş şəxs, qızı Şahid2 və oğlu Təqsirləndirilən şəxs həyətdə dayandığını görmüşdür. O, həyətə düşüb yeznəsi Zərərçəkmiş şəxsa yaxınlaşaraq ondan niyə gəldiyini soruşanda Zərərçəkmiş şəxs “gəlmişəm ki, sənin qızının lotularını görüm və uşaqlarımla görüşüm” demişdir. Həmin vaxt qızı Şahid2 Zərərçəkmiş şəxsa həyətdən çıxaraq getməsini, onu istəməməsini, uşaqları ona göstərməyəcəyini demişdir. O, özü də, Zərərçəkmiş şəxsa həyətdən getməsini, uşaqlarının xəstə olmasını demişdir. Ancaq Zərərçəkmiş şəxs getmək istəməyərək həyətdəki çardağın altına tərəf getmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs onları təhqir etməyə başlamışdır. Onun hərəkətlərinə dözməyən oğlu Təqsirləndirilən şəxs isə əsəbləşərək “niyə mənim anamı, bacımı söyürsən” deyib bir dəfə Zərərçəkmiş şəxs üzünə yumruqla vurmuş, bundan sonra Zərərçəkmiş şəxs dərhal həyətdən çıxıb avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin hadisə 5-10 dəqiqə ərzində baş vermiş, ətrafda heç kim olmamışdır. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğunu sonuncudan olan nəvələri görməmiş, onlar həmin vaxt evdə olmuş və həyətə çıxmamışlar. İbtidai istintaq zamanı dindirilmiş X2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Həmin ifadə məhkəmə istintaqı zamanı tədqiq edilmiş və sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz MTE və PA şöbəsindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertizasının xx.xx.2025-ci il tarixli 155 nömrəli rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol göz almasına qansızma bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan aparılmış təhqiqat zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 20 radələrində Xaçmaz rayonu Əzizli kəndində 41,504925 N, 48,823110 E koordinatında yerləşən, yaşadığı evin həyətində yeznəsi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sağ əli ilə sonuncunun sifətinin sol nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq Zərərçəkmiş şəxs “sol göz almasına qansızma" kimi qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, hazırda ölkə xaricində yaşayan Zərərçəkmiş şəxs videokonfras vasitəsilə məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənildiyini, buna görə də onun təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübutun olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-140/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-140/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver