Məhkəmə qərarları › İş №1(067)-141/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-141/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-141/2021 06.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Oruc qızının, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qızıl-zinət əşyalarının dəyəri 14363,00 manat, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 14393,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs Oruc qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 oktyabr 2019-cu il tarixli 2(067)- 2714/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli, 3(067)-184/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 17 fevral 2020-ci və 11 dekabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildiriş (xəbərdarlıq) verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 dekabr 2020-ci il tarixədək 14393,00 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs Oruc qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, Məktəbli küçəsində qonşuluqda yaşayan vaxtlardan tanımış, qızıl alveri ilə məşğul olan şəxs kimi Zərərçəkmiş şəxs qızıl alaraq baha qiymətə satmaqla gəlir əldə etmişdir. Zərərçəkmiş şəxs 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayında 14363,00 manat dəyərində qızıl-zinyət əşyaları alaraq Yusif və İsgəndər adlı şəxslərə satmış, lakin qızılın dəyərini geri ala bilməmişdir. 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs polis şöbəsinə müraciət etmiş, şöbədə borcunun olduğunu etiraf etmiş və Xaçmaz rayon polis şöbəsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmaması səbəbindən və mülki mübahisə olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən 14363,00 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 14393,00 manat məbləğində pulun ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, borcu ödəyə bilmədiyi üçün Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda Xaçmaz şəhər bazarında şirniyyat alveri ilə məşğuldur. Aylıq qazancı 300-400 manat təşkil edir. Bundan sonra hər ay Zərərçəkmiş şəxs razılıq verərsə 300 manat ödəniş etməyə hazırdır, razılıq verməzsə ödəniş etməyəcəkdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Oruc qızı göstərdi ki, əvvəllər qızıl-zinyət əşyalarının səyyar satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs qızıl alverçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayından 2019-cu ilin yanvar ayına kimi olan müddət ərzində ondan ümumilikdə 14363,00 manat dəyərində qızıl-zinyət əşyaları almış, lakin pulunu qaytarmamışdır. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmiş, X3 Qurbanov ona borclu olduğunu etiraf etmiş və Xaçmaz rayon polis şöbəsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə sonuncunun əməlində cinayət tərkibi olmaması səbəbindən və mülki mübahisə olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 14393,00 manat pulun tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Buna baxmayaraq Ruslan yenə də onun borcunu ödəməmiş, o, icra məmurlarının qanuni tələblərinə əməl etmədiyindən Xaçmaz Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz şəhər bazarında şirniyyat alveri ilə məşğul olmaqla qazancı yaxşı olmasına baxmayaraq onun borcunu ödəməkdən qəsdən yayınır və hazırki vaxtadək qətnamə üzrə borcundan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və ona ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 72714/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 18 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 14363 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq Zərərçəkmiş şəxs Oruc qızına verilməsi təmin edilməlidir. İcra vərəqəsi 26 noyabr 2019-cu il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq iş üzrə tərəflərə göndərilmiş, həmçinin borcluya icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və icra sənədinin icrasından yayındığı üçün barəsində tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Xaçmaz rayon Məhkəməsinin 3(067)-184/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İcra sənədinin icrasında səmərəliliyi təmin etmək məqsədi ilə Xaçmaz rayon Məhkəməsinin 8(067)-85/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra Xaçamaz rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş ona tələbi icra etməsi üçün məsuliyyət elan olunmaqla xəbərdarlıq təqdim olunmuş və yeni müddət müəyyən edilmişdir. Lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmasından, ölkədən getmək hüququnun məhdudlaşdırılmasından heç bir nəticə çıxarmayaraq icra sənədinin icrasından yayınmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmayaraq, borcun ödənilməsinə heç bir cəhd göstərməmiş və tələbkar şəxsin qanunla qorunun hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunduğundan və qətnamə üzrə borcundan heç bir ödəniş etmədiyindən barəsində toplanmış sənədlər cinayət məsuliyyətinə cəlb olunması və barəsində istintaq aparılması üçün aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərək icra məmuru Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 08 oktyabr 2019-cu il tarixli 2(067)-2714/2019 nömrəli saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 14363,00 manat pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 14393,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs Oruc qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(067)-2714/2019 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 08 oktyabr 2019-cu il tarixli 2(067)-2714/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 18 noyabr 2019-cu il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan 27 noyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 14363,00 manat pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 14393,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs Oruc qızına verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 08 oktyabr 2019-cu il tarixli 2(067)-2714/2019 saylı icra vərəqəsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 tərəfindən icraata qəbul edilmiş və icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 3(067)-1840/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(067)-2714/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin 31 yanvar 2020-ci il tarixli, 3(067)-1840/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 3(067)-184/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən inzibati məsuliyyətə cəlb edildikdən sonra ona bildiriş və xəbərdarlıq məktubları göndərilməklə müəyyən olunmuş müddət ərzində icra sənədində qeyd olunan borc məbləğini ödəməsi sonuncu dəfə təklif olunmuş, əks təqdirdə barəsində cinayət işinin başlanılması ilə əlaqədar təqdimat göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan təqdimatdan və Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 8(067)-85/2020 saylı qərardadından görünür ki, Xaçmaz rayon İcra və Probasiya şəbəsinin böyük icra məmuru Şahid2 verdiyi təqdimat əsasından məhkəmənin qeyd olunan qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan növbəti xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs icra məmuru tərəfindən xəbərdarlıq məktubları göndərilməklə müəyyən olunmuş müddət ərzində icra sənədində göstərilən tələbi icra etməsi, əks təqdirdə barəsində cinayət işinin başlanılacağı barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qızıl-zinət əşyalarının dəyəri 14363,00 manat, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 14393,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs Oruc qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 oktyabr 2019-cu il tarixli 2(067)-2714/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli, 3(067)-184/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 17 fevral 2020-ci və 11 dekabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildiriş (xəbərdarlıq) verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 dekabr 2020-ci il tarixədək 14393,00 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs Oruc qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəza təyin edərkən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmaqla pulunu tələb etməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci mddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar