Məhkəmə qərarları › İş №1(067)-141/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-141/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-141/2023 04.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X3 iştirakı ilə xx xxxxxxx 1999-cu ildə Xaçmaz rayonunun Müqtədir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonunun Müqtədir (İstisu) qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1 -ci maddəsi ilə təqsirli bilinib 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmasına, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2023-cü il tarixdə, saat 02 radələıində Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, İstisu qəsəbəsi, N.Nərimanov küçəsində olmaqla, Xaçmaz rayon İstisu qəsəbəsi tam orta məktəbindən şimal istiqamətində 14 metr məsafədə yerləşən mağazasının qapısının dəmir barmaqlıqlarındakı qıfılı dəmir parçası ilə qırdıqdan və mağazanın plastik qapısını həmin dəmir parçası ilə ayırmaqla açdıqdan sonra mağazaya, yəni saxlanc yerinə qanunsuz daxil olaraq kassanın arxasındakı siqaret vitrinindən hər biri 4,10 manat olmaqla ümumilikdə 41 manat dəyərində 10 ədəd ağ qalın “Sobranie” markalı, hər biri 4 manat olmaqla ümumilikdə 20 manat dəyərində 5 ədəd ağ “Caster Sobranie” markalı, hər biri 4,10 manat olmaqla ümumilikdə 32,8 manat dəyərində 8 ədəd qara qalın “Sobranie” markalı, hər biri 3,8 manat olmaqla ümumilikdə 60,8 manat dəyərində 16 ədəd nazik mentollu “Kent feel” markalı, hər biri 3,8 manat olmaqla ümumilikdə 30,4 manat dəyərində 8 ədəd qalın “Kent” 4 markalı, hər biri 3,8 manat olmaqla ümumilikdə 19 manat dəyərində 5 ədəd qara nazik “Kent” 4 markalı, 3,6 manat dəyərində 1 ədəd “Winston” compakt boz xs markalı, hər biri 3,6 manat olmaqla ümumilikdə 10,8 manat dəyərində 3 ədəd “Winston” kompakt göy markalı, hər biri 3,6 manat olmaqla ümumilikdə 7,2 manat dəyərində 2 ədəd “Winston XS” göy nazik markalı, 2,7 manat dəyərində 1 ədəd "Rothmons" boz markalı, hər biri 2,7 manat olmaqla ümumilikdə 16,2 manat dəyərində 6 ədəd “Rothmons” göy markalı, hər biri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 4 ədəd ağ “LD” compakt markalı, hər biri 3,9 manat olmaqla ümumilikdə 19,5 manat dəyərində 5 ədəd sarı nazik “Davidoff” markalı, 3,9 manat dəyərində 1 ədəd “Davidoff silver” markalı, 3,10 manat dəyərində 1 ədəd “Davidoff reach silver” markalı, hər biri 3,9 manat olmaqla ümumilikdə 7,8 manat dəyərində 2 ədəd “Davidoff silver” markalı siqaretləri, eyni yerdən 15 manat dəyərində 1 ədəd Friz Banan tCE 600 marka və göstəricili, 15 manat dəyərində 1 ədəd Friz BLUE Raspberry 600 marka və göstəricili, 18 manat dəyərində 1 ədəd Friz Mango 1200 marka və göstəricili, 15 manat dəyərində 1 ədəd Friz Mango 600 marka və göstəricili, 18 manat dəyərində 1 ədəd Friz pineapple 1200 marka və göstəricili, 15 manat dəyərində 1 ədəd Friz pineapple 600 marka və göstəricili elektron siqaretləri, siqaret vitrininə baxdıqda solunda olan piştaxtadan ümumilikdə 20 manat dəyərində 2 ədəd üzərində “Teluc T- D9" yazıları olan göy rəngli 5200 mAh-lıq enerji batareyasını, 20 manat dəyərində 1 ədəd naqilsiz sadə qulaqlığı, kassanın olduğu stolun sol üst gözündəki qutudan ümumilikdə 112 manat dəyərində 56 ədəd 2 manatlıq, ümumilikdə 14 manat dəyərində 14 ədəd 1 manatlıq, ümumilikdə 45 manat 15 ədəd 3 manatlıq, 5 manat dəyərində 1 ədəd 5 manatlıq Azərcell, Bakcell və Azərfon mobil operatorlarına məxsus danışıq kartlarını, həmin stolun sağ üst gözündən 13 manat pulu və həmin stolun üzərində olan bir ədəd 0,2 manat dəyərində sellofan paketi qanunsuz götürməldə apararaq ümumilikdə 616 (altı yüz on altı) manat məbləğdə məhsulları saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlamış, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, məhkum olunduğu digər cinayət işi ilə bağlı cəzaçəkmə müəssisəsindən yeni azad olunan ərəfələrdə, 2023-cü ilin yanvar ayında, gecə saatlarında yaşadığı evdən küçəyə çıxmış, həmin vaxt onun yaşadığı qəsəbədə işıqlar da söndürülmüşdür. Küçədə gəzərkən o, Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə zərərçəkmiş şəxsin mağazasına daxil olaraq siqaretlər, elektron siqaretlər, enerji batareyaları (power bank), naqilsiz (bluetooth) qulaqlıq və digər əmlakları oğurlamışdır. Lakin onun əvvəlcədən belə bir niyyəti olmamışdır. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxslə eyni qəsəbədə yaşayırlar, o, zərərçəkmiş şəxsi əvvəldən tanımış, həmin mağazanın da sonuncuya məxsus olduğunu əvvəldən bilmişdir. Onun zərərçəkmiş şəxslə hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. O, bu oğurluq cinayətini, təxminən gecə saat 1-2 radələrində olmaqla tək törətmiş, o, bu cinayət əməli barədə kimsəyə heç nə deməmişdir. O, Zərərçəkmiş şəxs mağazasına dəmir parçası ilə həmin mağazanın qapısındakı dəmir qıfılı qararaq sındırmış və bundan sonra qapını açaraq daxil olmuşdur. O, ittiham aktında qeyd olunan və məhkəmə iclasında elan edilərək sadalanan əmlakların hamısını oğurlamışdır. O, oğurladığı həmin əmlakların bir qismini özü istifadə etmiş, bir qismini isə sataraq əldə etdiyi pulu özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. O, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməmişdir. Onun vurduğu ziyanın 616 manat məbləğində olmasına etirazı yoxdur. O, tərətdiyi cinayət əməlinə görə peşmandır. Barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs Xaçmaz rayonu, İstisu qəsəbəsinin sakini kimi tanıyır. Sonuncu ilə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs özünə məxsus qəsəbələrində ərzaq və məişət mallar mağazasını işlədir. 13 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində yaşadığı qəsəbənin ərazisində Zərərçəkmiş şəxs mağazası yerləşən küçə ilə hərəkət edirmiş. Həmin zaman maddi cəhətdən çətinlikdə olmuşdur. Ətrafda heç kimin olmadığını gördüyü zaman Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək qərarına gəlmişdir. Belə ki, mağazanın qapı və pəncərələrində dəmir barmaqlıqlar olmuşdur. Qapıda olan barmaqlıqların üzərində qıfıl olduğunu görmüşdür. Düşünmüşdür ki, hər hansı dəmirlə həmin qıfılı sındıra bilər. Bu məqsədlə yaxınlıqdakı məktəbin həyətindən dəmir parçası tapmışdır. Belə ki, mağazanın qapısına yaxınlaşaraq dəmir barmaqlıqların qıfılını tapdığı dəmirlə qırmışdır. Bundan sonra isə plastik qapını həmin dəmir parçası ilə aralayaraq açmışdır. O mağazaya girərək mağazanın siqaretlər yığılan hissəsindən 75 paket müxtəlif adda (Kent, Sabronie, Davidof, LD, Winston, Rothmos) siqaretləri mağazadan götürərək həmin mağazadakı paketə yığmışdır. Bundan başqa, eyni yerdən 3 ədəd elektron siqaret, kassanın yanından Azərcell, Bakcell, Azərfon mobil operatorlarına məxsus konturları, 2 ədəd enerji batareyalarını və 1 ədəd naqilsiz qulaqlığı götürərək eyni paketə yığmışdır və mağazanın qapısından çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin oğurladıqları ilə birlikdə yaşadığı evə yollanmışdır. O, evin həyətində həmin əşyaları gizlətmişdir. Bundan onun ailəsinin məlumatı olmamışdır. Bir ədəd enerji batareyasını işlədiyindən özündə saxlamışdır. Digər enerji batareyası və bir ədəd naqilsiz qulaqlığı isə işləmədiyindən evlə üzbə-üz qamışlığa atmışdır. Lakin dəqiq yerini təqdim edə bilməyəcəkmiş. Bundan başqa, o, siqaretlərin hamısını qəsəbələrində, yəni Xaçmaz rayonu İstisu qəsəbəsində yerləşən mağazası olan Şahid1 satmışdır. Ondan bu siqaretlərin müqabilində pul almışdır. O, Azəri inandırmaq üçün həmin siqaretləri tanışının bağlanmış mağazasından satmaq üçün götürdüyünü bildirmişdir. O, həmin siqaretləri Azərə oğurluqdan 2-3 gün sonra satmışdır. Oğurladığı konturların bir hissəsini özü istifadə etmişdir, bir hissəsini isə oğurluqdan təxminən 5-6 gün sonra Azərin oğlu Kazıma onların mağazalarında satmışdır. Belə ki, həmin konturları satdığı zaman Kazıma atası Azərin onun dostunun mağazasının bağlanmasından məlumatı olmasını deyib daha önəcədən siqaretləri də satdığına inandırmışdır ki, Kazım həmin konturları götürsün. O sonradan Azərə həmin konturların da dostuna məxsus mağazadan artıq qalmasını, bu səbəbdən topdan satmaq üçün Kazıma verdiyini bildirmişdir. Elektron siqaretləri isə o, qısa müddət ərzində istifadə edərək xatırlamadığı yerlərə atmışdır. O, özündə olan oğurladığı bir ədəd enerji batareyasını polisə dəvət olunduğu zaman gətirərək təqdim etmişdir. O, həmin oğurluq əməlini tək törətmişdir. Azər və Kazımın onun satdığı siqaret və konturların oğurluq olmasından məlumatları olmamışdır. O, onları inandırmışdır ki, həmin siqaret və konturlar onun dostuna məxsus mağaza bağlandığından onda olmuşdur. O, onları sataraq dostuna pulları verəcəyini onalara demişdir. O, oğurladığı bir ədəd enerji batareyasını polisə dəvət olunduğu zaman özü ilə gətirərək təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşayır, sonuncunu əvvəldən, həm də mağazasına gələn müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs ona məxsus mağazadan ittiham aktında qeyd olunan və məhkəmə iclasında elan edilərək sadalanan əmlakları oğurlamışdır. Ona vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. O, ziyanın ödənilməsini tələb edir və təqsirləndirilən şəxsə qarşı şikayətçidir. O hesab edir ki, ona vurulmuş ziyanın məbləğinin 616 manat hesablanması düzgün deyildir, o hesab edir ki, həmin əmlakların oğurlanması nəticəsində ona təxminən 1000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, onun Xaçmaz rayonu, İstisu, keçmiş Müqtədir qəsəbəsində özünə məxsus ərzaq və məişət əşyaları satdığı mağazası vardır. O hər gün həmin mağazanı səhər saat 09 radələrində açır, axşam isə saat 23 radələrində bağlayır. 12 yanvar 2023-cü il tarixdə axşam, həmişə olduğu kimi saat 23 radələrində mağazanı bağlamışdır. Belə ki, onun mağazasının qapı və pəncərələrində dəmir barmaqlıqlar vardır. O, həmin barmaqlıqları asma kilidlə bağlayır. Mağazanın plastik qapısını isə açarla bağlayır. 13 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində mağazaya gəldiyi zaman mağazanın dəmir qapısı və plastik qapısının açıq olmasını görmüşdür. Ona məxsus asma kilid qırılmışdır. O dərhal mağazaya girdikdə və baxdıqda oradan müxtəlif markalı siqaret paketlərinin, müxtəlif mobil operatorlara məxsus danışıq kartlarının, enerji batareyasının, naqilsiz qulaqlığın, 13 manat pulun, elektron siqaretlərin oğurlanmasını bilmişdir. Bundan sonra o mağazasında oğurluq baş verməsi ilə bağlı polisə müraciət etmişdir. Müraciəti əsasında mağazasına polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Hadisə zamanı ona məxsus 10 ədəd təzə ağ qalın Sobranie markalı, 5 ədəd ağ Caster Sobranie markalı, 8 ədəd qara qalın sobranie markalı, 16 ədəd nazik mentollu Kent feel markalı, 8 ədəd qalın kent 4 markalı, 5 ədəd qara nazik kent 4 markalı, 1 ədəd Vinston compakt boz xs markalı, 3 ədəd vinston kompakt göy markalı, 2 ədəd vinston Xs göy nazik markalı, 1 ədəd rothmons boz markalı, 6 ədəd rothmons göy, 4 ədəd ağ LD compakt markalı, 5 ədəd Sarı nazik Davidoff markalı, 1 ədəd davidof silver markalı, 1 ədəd davidof reach silver markalı, 2 ədəd davidoff silver markalı siqaretlər, 1 ədəd Friz Banan tCE 600 marka və göstəricili elektron siqaret, 1 ədəd Friz BLUE Raspberry 600 marka və göstəricili elektron siqaret, 1 ədəd Friz Mango 1200 marka və göstəricili elektron siqaret, 1 ədəd Friz Mango 600 marka və göstəricili elektron siqaret, 1 ədəd Friz pineapple 1200 marka və göstəricili elektron siqaret, 1 ədəd Friz pineapple 600 marka və göstəricili elektron siqaret, 2 ədəd üzərlərində “Teluc T-D9” yazıları olan göy rəngli 5200 mAh-lıq 20 manatlıq enerji batareyaları, 30 manatlıq 1 ədəd naqilsiz qulaqlıq, 13 manat pul, 56 ədəd 2 manatlıq, 14 ədəd 1 manatlıq, 15 ədəd 3 manatlıq, 1 ədəd 5 manatlıq Azərcell, Bakcell və Azərfon mobil operatorlarına məxsus danışıq kartları və bir ədəd 20 qəpiklik sellofan paket oğurlanmışdır. Hadisə zamanı ona məxsus olan adi və elektron siqaretlər mağazadakı kassanın arxasında olan siqaret vitrinindən, enerji batareyaları və sadə qulaqlıq siqaret vitrininə baxdıqda solunda olan piştaxtadan, konturlar kassanın olduğu stolun sol üst gözündəki qutudan, pullar həmin stolun sağ üst gözündən, sellofan isə həmin stolun üzərindən oğurlanmışdır. Hadisə zamanı asma kilidin sınması zaman ona təxminən 15 manat maddi ziyan dəymişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 iyun 2023-cü il tarixli 9/3636 nömrəli rəyində göstərilmiş ona məxsus oğurlanmış malların dəyəri ilə razıdır. Ona məxsus olan oğurluq baş vermiş mağaza Xaçmaz rayonu, İstisu qəsəbəsi, N.Nərimanov küçəsində olmaqla, Xaçmaz rayonu, İstisu qəsəbəsindəki tam orta məktəbdən şimala 14 metr məsafədə yerləşir. Ona məxsus oğurlanmış enerji batareyaları eyni marka, göstərici və dəyərdə olmuşlar. Yəni əldə edilməsi mümkün olmayan oğurlanmış enerji batareyasının dəyəri də 10 manat olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxsla eyni qəsəbədə, yəni Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayır. Həmin qəsəbədə ona məxsus mağaza vardır. Təqsirləndirilən şəxs onun yanına gələrək dostunun mağazasının bağlandığını və dostuna məxsus siqaretləri satmaqda dostuna köməklik etdiyini ona deyərək, özü ilə gətirdiyi siqaretləri ona satmaq üçün təqdim etmişdir. O, da inanaraq təqsirləndirilən şəxsdən köməklik məqsədilə həmin siqaretləri pul müqabilində almışdır. Həmçinin bildirdi ki, qonşuluqda, eyni qəsəbədə yaşayır. O, metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi məntəqəyə su qızdırıcısını gətirmiş, o da həmin su qızdırıcısını alaraq qəbul etmişdir. Həmçinin bildirdi ki, o, hazırda təqsirləndirilən şəxsin ona satdığı siqaretlərin sayını, həmin siqaretlərə görə təqsirləndirilənə ümumilikdə hansı məbləğdə pul verdiyini xatırlamır. O, həmin siqaretləri mövcud qiymətlərindən ucuz qiymətə almamışdır, kömək etmək üçün almışdır. O, həmin siqaretlərin oğurluq olmasını bilməmiş, bundan polis şöbəsinə dəvət olunanda xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onun sonuncuya həmin siqaretləri almasına görə verdiyi pul qaytarılmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o Xaçmaz rayonu İstisu qəsəbəsində mağaza işlədir. Orada ərzaq və digər malların satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs Xaçmaz rayonu İstisu qəsəbə sakini kimi tanıyır. Sonuncu ilə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs özünə məxsus İstisu qəsəbəsində arzaq və məişət mallar mağazasını işlədir. Təqsirləndirilən şəxs da həmçinin tanıyır. Sonuncu ilə də aralarında hər hansı bir münasibət dava-dalaş və ədavət olmamışdır. 2023-cü ilin yanvar ayının sonlarında o mağazada olan zaman Muxammed onun işlədiyi mağazaya gəlmişdir. Muxammed özündə 70 paket siqaretin olmasını satmaq istədiyini bildirmişdir. O həmin siqaretlərin Muxammeddə necə olmasını soruşduğu zaman Muxammed ona siqaretləri dosduııa məxsus mağaza bağlandığından kömək məqsədilə satmaq istədiyini demişdir. O həmin siqaretlərin oğurluq olub-olmaması ilə maraqlandıqda Muxammed ona siqaretlərin oğuluq olmamasını bildirmişdir. O Muxammedlə razılaşaraq Muxammeddən siqaretləri almaq qərarına gəlmişdir. Belə ki, bundan sonra razılıqlarına əsasən o Muxammed 70 paket siqaretləri onun mağazasına gətirmişdir. O həmin siqaretləri topdan qiymətinə Muxammeddən almışdır. O həmçinin siqaret alması ilə bağlı ərazidə xidmətdə olan polis əməkdaşlarına şifahi məlumat da vermişdir. Belə ki, aldığı siqaretlər içərisində fərqli növlərdən siqaretlər olmuşdur. Həmin siqaretlərin markaları Kent, Sabronie, Davidof, LD, Winston, Rothmos olmuşdur. Daha sonradan Muxammed onun oğlu Mirkazım mağazada olduğu zaman sonuncuya konturlar satmış və sonuncunu da inandırmışdır ki, həmin konturları dosduna məxsus mağaza bağlandığından topdan satmaq üçün köməklik məqsədilə götürmüşdür. Oğluna onun həmin mağazanın bağlanmağından məlumatının olmasını demişdir. Muxammed ona malları satarkən onun Vəzirin İstisu qəsəbəsində yerləşən mağazasından oğurluq edilməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Sonuncu ilə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs kəndlərində sonuncuya məxsus ərzaq və məişət malları mağazasını işlədir. Təqsirləndirilən şəxs isə sadəcə üzdən, Xaçmaz rayonunun İstisu qəsəbəsi sakini kimi tanıyır. Sonuncu ilə də aralarında hər hansı bir münasibət, dava-dalaş və ədavət olmamışdır. Onun atası Şahid1 Xaçmaz rayonunun İstisu qəsəbəsində yolun kənarında icarəyə götürərək ərzaq məhsulları və məişət əşyaları satdığı mağazası vardır. O, bəzi zamanlarda həmin mağazada atasına köməklik etmək üçün alqı-satqı ilə məşğul olur. 2023-cü ilin yanvar ayının sonlarında saat 19 radələrində o, mağazada olan zaman Muxammed onun işlədiyi mağazaya gəlmişdir. Həmin zaman o, artıq mağazanı bağlayaraq yaşdığı evə yollanırmış. Muxammed mağazadan alqı-satqı etmək istədiyini bildirmişdir. O, bu səbəbdən Muxammedlə mağazaya daxil olmuşdur. Muxammed çörək, su, siqaret götürmüşdür. Lakin Muxammedin həmin malları ödəməyə pulu çatmamışdır. Muxammed demişdir ki, aldıqlarının pullarını sonra verər. O isə razılaşmamışdır. Bu zaman Muxammed ona konturunun olmasını bildirmişdir və satmaq istədiyini demişdir. O, Muxammeddən nə üçün konturları satmasını, haradan əldə etməsini soruşduqda Muxammed ona həmin konturları dostuna kömək məqsədilə satmaq istədiyini, belə ki, dostunun işlətdiyi mağazasının bağlanması səbəbindən bəzi malların əlində qalmasını demişdir. O isə Muxammedə inanaraq sonuncudan xatırladığı qədərilə 40 manat civarında Azərcell, Bakcell və Azərfon markalı konturları almışdır. Muxammed isə aldıqlarının pullarını ödəyib getmişdir. O da mağazanı bağlayaraq oradan uzaqlaşmışdır. O, aldığı konturların oğurluq olmasını bilməmişdir. Muxammed ona malları satarkən onun Vəzirin İstisu qəsəbəsində yerləşən mağazasından oğurluq edilməsi barədə məlumatı olmamışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs həmin konturları aşağı qiymətə təklif etmişdir. O, təqsirləndirilən şəxsdən aldığı konturları özü üçün istifadə etmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, zərərçəkmiş şəxs Orucov X6 RPŞ-nin Xudat PB-nə müraciət edərək, 13 yanvar 2023-cü il tarixdə, gecə saatlarında yaşadığı Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən və ona məxsus olan ərzaq və məişət malları satılan mağazasından naməlum şəxs və ya şəxlərin 191 manat dəyərində mobil telefon danışıq kartlarını, 393 manat dəyərində müxtəlif növ siqaretləri və elektron siqaretləri, 02 ədəd enerji batareyasını, 13 manat pulu oğurlayaraq ona 597 manat maddi ziyan vurulduğunu bildirmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən, iş üzrə Zərərçəkmiş şəxs məxsus mağazadır və həmin mağazaya baxış keçirilmişdir. Hadisə baş vermiş mağaza ərzaq mağazası kimi fəaliyyət göstərir. Həmin marketin qapısı qəsəbənin daxili yollarından birinə açılır. Marketin pəncərələrində və giriş qapısında dəmir barmaqlıq vardır. Giriş qapısı plastik materialdan, pəncərələri isə alüminiumdandır. Giriş qapısının kilidi qırılaraq marketə daxil olunmuşdur. Giriş qapısının sağ tərəfində kassa yerləşir, kassanın arxasında siqaret vitrini, kassanın sağ tərəfində kserosurət aparatı vardır. Kassanın yerləşdiyi stolun sol tərəfində zərərçəkmişin dediyinə görə oğurlanmış konturlar olmuş, sağ tərəfdə isə 13 manat pul olmuş, konturlar kassa aparatının alt hissəsində olan stolun gözündə olmuşdur. Siqaret vitrinində baxış zamanı siqaret qutularının olmadığı müşahidə edilmişdir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Zərərçəkmiş şəxs oğurlanmış əmlaklardan 01 ədəd, üzərində “Teluc T-D9” yazısı həkk olunmuş enerji batareyası Xaçmaz RPŞ-nin inzibati binasında, müstəntiqin xidməti iş otağında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, baxış zamanı təqsirləndirilən şəxs həmin batareyanı Zərərçəkmiş şəxs İstisu qəsəbəsindəki marketindən oğurladığını bildirdmiş, Zərərçəkmiş şəxs həmin batareyaya baxaraq onun marketində satılan batareyalardan olduğunu, bunu təqdim edilmiş batareyanın rəngindən, üzərindəki naxışlardan və yazıdan tanıdığını bildirmişdir. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı 01 ədəd enerji batareyası (üzərində “Teluc T-D9" yazıları olan göy rəngli 5200 mAh-lıq) maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 9/3636 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilməmiş 28 adda malların 2023-cü ilin yanvar ayına nəzəri qaydada orta bazar qiyməti təxminən 583 manat - 10 ədəd ağ qalın “Sobranie” markalı siqaret hər biri 4,10 manat olmaqla ümumilikdə 41 manat, 5 ədəd ağ “Caster Sobranie” markalı siqaret hər biri 4 manat olmaqla ümumilikdə 20 manat, 8 ədəd qara qalın “Sobranie” markalı siqaret hər biri 4,10 manat olmaqla ümumilikdə 32,8 manat, 16 ədəd nazik mentollu “Kent feel” markalı siqaret hər biri 3,8 manat olmaqla ümumilikdə 60,8 manat, 8 ədəd qalın "Kent" 4 markalı siqaret hər biri 3,8 manat olmaqla ümumilikdə 30,4 manat, 5 ədəd qara nazik “Kent" 4 markalı siqaret hər biri 3,8 manat olmaqla ümumilikdə 19 manat, 1 ədəd “Winston” compakt boz xs markalı siqaret 3,6 manat, 3 ədəd “Winston” kompakt göy markalı siqaret hər biri 3,6 manat olmaqla ümumilikdə 10,8 manat, 2 ədəd “Winston XS” göy nazik markalı siqaret hər biri 3,6 manat olmaqla ümumilikdə 7,2 manat, 1 ədəd “Rothmons” boz markalı siqaret 2,7 manat, 6 ədəd “Rothmons” göy markalı siqaret hər biri 2,7 manat olmaqla ümumilikdə 16,2 manat, 4 ədəd ağ “LD” compakt markalı siqaret hər biri 3 manat olmaqla ümumilikdə 12 manat, 5 ədəd sarı nazik “Davidoff” markalı siqaret hər biri 3,9 manat olmaqla ümumilikdə 19,5 manat, 1 ədəd “Davidoff silver” markalı siqaret 3,9 manat, 1 ədəd “Davidoff reach silver” markalı siqaret 3,10 manat, 2 ədəd “Davidoff silver” markalı siqaret hər biri 3,9 manat olmaqla ümumilikdə 7,8 manat, 1 ədəd Friz Banan tCE 600 marka və göstəricili elektron siqaret 15 manat, 1 ədəd Friz BLUE Raspberry 600 marka və göstəricili elektron siqaret 15 manat, 1 ədəd Friz Mango 1200 marka və göstəricili elektron siqaret 18 manat, 1 ədəd Friz Mango 600 marka və göstəricili elektron siqaret 15 manat, 1 ədəd Friz pineapple 1200 marka və göstəricili elektron siqaret 18 manat, 1 ədəd Friz pineapple 600 marka və göstəricili elektron siqaret 15 manat, 1 ədəd naqilsiz sadə qulaqlıq 20 manat, Azərcell, Bakcell və Azərfon mobil operatorlarına məxsus 2 manatlıq danışıq kartlarının hər biri 2 manat olmaqla 56 ədədi 112 manat, 1 manatlıq danışıq kartlarının hər biri 1 manat olmaqla 14 ədədi ümumilikdə 14 manat, 3 manatlıq danışıq kartlarının hər biri 3 manat olmaqla 15 ədədi ümumilikdə 45 manat, 5 manatlıq 1 ədəd danışıq kartı 5 manat və bir ədəd sellofan torba 0.2 manat dəyərində müəyyən edilmişdir; təqdim edilmiş bir ədəd üzərində “Teluc T-D9" yazıları olan göy rəngli 5200 mAh-lıq enerji batareyasının hazırkı vəziyyətdə 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti 10 manat müəyyən edilir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus, əmtəəşünaslıq ekspertizasına təqdim edilməmiş bir ədəd enerji batareyasının qiyməti ekspertizaya təqdim edilmiş enerji batareyası ilə eyni, yəni 10 manat kimi qəbul edilməsi qərara alınmışdır. Bununla da görünür ki, zərərçəkmiş şəxsə cəmi 616 manat məbləğində maddi ziyan dəymişdir (583 manat+10 manat+10 manat+13 manat nağd pul) Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə, həmçinin barəsində CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması, İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün və qərarın surətlərindən, Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır; bundan başqa, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-57/2022 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1974/2022 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş (üzərində saxlanılmış) azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü qeyri-mümunəvi bir vətəndaş kimi aparmışdır. O, Nümayəndəlik tərəfindən kafi xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(067)-57/2022 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 7(003)-1974/2022 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş (üzərində saxlanılmış) azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmamasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanı aradan qaldırmaması və barışıq əldə etməməsi hallarını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(067)-57/2022 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 7(003)-1974/2022 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan 12 may 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş (üzərində saxlanılmış) azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 13 yanvar 2023-cü il tarixdə törətmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 1(067)-57/2022 saylı hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 gün hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə görə, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 1(067)-57/2022 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 7(003)-1974/2022 saylı qərarı ilə çəkilməmiş qalan 01 (bir) ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 gün hissəsi hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 4(067)-49/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı 01 ədəd enerji batareyası (üzərində “Teluc T-D9" yazıları olan göy rəngli 5200 mAh-lıq) Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 01 ədəd enerji batareyası (üzərində “Teluc T-D9" yazıları olan göy rəngli 5200 mAh-lıq) hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 1(067)-57/2022 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 7(003)-1974/2022 saylı qərarı ilə çəkilməmiş qalan 01 (bir) ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 1(067)-57/2022 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 01 ədəd enerji batareyası (üzərində “Teluc T-D9" yazıları olan göy rəngli 5200 mAh-lıq) hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar