Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-141/2025 08.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qıznın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1951-ci ildə Xaçmaz rayonunun Uzun-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, 28 May (Ə.Bayramov) küçəsi, ev 102-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində quru hava şəraitində özünə məxsus “QAZ 24 Minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, 28 May (əvvəlki adı ilə Əli Bayramov) küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin “relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir” kimi tələblərini pozaraq həmin yoldan Xaçmaz şəhəri, Məmməd Bayramov (əvvəlki adı ilə Fridrix Engels) küçəsi istiqamətində sola doğru dönərkən qarşı tərəfdən Xaçmaz şəhəri, 28 May küçəsi ilə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan CUB SOS” markalı moped ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun “qarın boşluğunun küt travması, posttravmatik pankreatit və pankreonekroz, hemoperitoneum, kəskin arroziv qanaxma” kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olmuş, bununla da o, avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə hadisə onun yaşadığı ünvanın yaxınlığında baş vermiş, o, idarə etdiyi “QAZ 24” markalı avtomobili ilə hərəkətdə olarkən zərərçəkmiş şəxsi görməmiş, sonuncu idarə etdiyi mopedlə gələrək onun avtomobilinə çırpılmış, bu zaman da zərərçəkmişi görməmişdir, o, elə zənn etmişdir ki, onun avtomobilinin qabaq təkəri yerindən çıxmış, avtomobilindən enərək baxdıqda zərərçəkmiş şəxsin yerdə oturduğunu görmüşdür. Sonra isə zərərçəkmiş şəxsi Xaçmaz MRX-yə, oradan isə Bakı şəhərində yerləşən xəstəxanaya aparmışlar, o, zərərçəkmiş şəxsin müalicəsi üçün xeyli pul xərcləmişdir. Həmçinin bildirdi ki, o, 1969-cu ildən avtomobil idarə edir. O, bu müddət ərzində ilk dəfədir yol-nəqliyyat hadisəsilə nəticələnən cinayət əməli törətmişdir. O, yolhərəkət qaydalarına görə, hadisə vaxtı hərəkətdə olduğu yolda dayanaraq zərərçəkmiş şəxsə yol verməli olmuş, lakin o, yolun boş olduğunu görərək avtomobilini idarə etməyi davam etdirmiş, qəflətən zərərçəkmiş şəxs idarə etdiyi mopedlə onun avtomobilinə dəymişdir. O, zərərçəkmiş şəxsə vurduğu xəsarətlərlə bağlı aldığı müalicənin bütün xərclərini çəkmiş, o, xeyli borclar almış, zərərçəkmiş şəxsin müalicəsinə görə xəstəxanaya 11550 manat pul köçürmüş, onun zərərçəkmiş şəxsə vermək üçün daha pulu qalmamışdır. Əlavə olaraq bildirdi ki, onun xəstəxanaya köçürdüyü 11550 manatdan əlavə ondan zərərçəkmiş şəxsin kürəkəni 700 manat, zərərçəkmiş şəxsin anası 500 manat, 400 manat məbləğlərdə pullar da almışlar. Belə ki, zərərçəkmiş tərəf müalicə üçün iynə-dərmanlar almalı olduqlarını bildirməklə ondan həmin məbləğdə pulları da almışlar. O, yaşının nəzərə alınmasını xahiş edir, müdafiəçisinin çıxışı ilə razıdır. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayırmış. Evlidir və beş övladı var. Özü hal-hazırda yaşa görə pensiyaya çıxmışdır və heç bir yerdə işləmirmiş. Mahiyyəti üzrə qeyd edir ki, uzun müddətdir ki, ona məxsus olan “Qaz 24” markalı, **-BL-*** markalı avtomobili idarə edirmiş, ancaq qeyd edir ki, avtomobili satmışdır və avtomobil hal-hazırda onun istifadəsində deyildir. 04 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində özünə məxsus avtomobilə minərək tək başına Xaçmaz rayonu, Uzun-oba kəndinə doğru getməyə başlamışdır. Evindən çıxaraq 28 May (Əli Bayramov) küçəsi ilə Məmməd Bayramov (Fridrix Engels) küçəsinin kəsişməsinə doğru gedirmiş. Evindən də həmin kəsişməyə qədər olan məsafə təxminən 40-60 metr arasındadır. Bu zaman sürəti də saatda 15-20 kilometr imiş. O, kəsişməyə çataraq sola, Məmməd Bayramov (Fridrix Engels) küçəsinə doğru dönməyə başlamışdır. Elə döngəni dönüb qurtarırmış ki, bir anda sürücüsünü tanımadığı moped avtomobilin ön sağ hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən də mopeddə olan iki nəfər şəxs yerə yıxılaraq xəsarət almışlar. O da təcili olaraq avtomobildən düşərək xəsarət alanların yanına gəlmişdir. Elə həmin vaxtda təsadüfən Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşları da hadisə yerinin yaxınlığından keçirlərmiş. Buna görə də Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşları onlara yaxınlaşmış, ardınca isə ətrafdakı adamların köməkliyi ilə xəsarət alanları Xaçmaz RMX-na aparmışlar. O, baş vermiş hadisə ilə əlaqədar mopedin sürücüsü Zərərçəkmiş şəxs müalicəsinə 14500 manat pul xərcləmişdir. Moped də olan şəxsləri tanımamışdır, sonradan bilmişdir ki, sürücünün adı Əkbər, sərnişinin adı isə Ağalardır. Hadisə zamanı ona maneçilik törədən hər hansısa bir nəqliyyat vasitəsi və yaxud da ki, hər hansı bir piyada olmamışdır. Ümumiyyətlə, döngəni dönən zaman 28 May (Əli Bayramov) küçəsindən mopedin gəldiyini görməmişdir, o, artıq döngəni dönüb bitirənə yaxın moped gəlib avtomobilinin sağ ön hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X4” X6 ekspert rəyi ilə razı deyildir, onun düşüncəsinə görə Əkbərin xəsarəti yüngüldür, bundan əlavə, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə 8/3624 nömrəli ekspert rəyi ilə də razı deyilmiş, onun düşüncəsinə görə o, haqlı imiş. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 04 noyabr 2023-cü il tarixdə o, Şahidla birlikdə Xaçmaz şəhərində yerləşən “Ailə” market tərəfdən 28 May küçəsinə onun idarə etdiyi mopedlə dönmək istəyərkən, yol kəsişməsinə çatmaq üzrə olarkən təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu yan hissədən vurmuş, nəticədə onun qarın boşluğu, bağırsaqları zədələnərək xəsarət almış, daxili qanaxma baş vermişdir. Xaçmaz RMX-da onu yaxşı müayinə etməmişlər, daxili qanaxma olduğunu müəyyən etməmişlər, xəstəxanadan evə gəldikdən bir neçə gün sonra vəziyyətinin pisləşdiyini görmüş, bundan sonra onu Bakı şəhərindəki xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsin ona vurduğu xəsarətlə bağlı onun bağırsağında yaranmış problemə görə böyrəyində daş əmələ gəlir, onun böyrəyinə stend qoyulmuşdur. Həmçinin bildirdi ki, hadisə vaxtı o, təqsirləndirilən şəxsin avtomobilini uzaqdan görmüş, lakin o, həmin avtomobilə çatan vaxt təqsirləndirilən dönmək üçün anidən avtomobilini onun qarşısına idarə etmişdir, bundan başqa, təqsirləndirilən şəxs həmin vaxt dönmə işığını da işə salmamışdır. O, mopedini idarə edərək öz yolu ilə getməkdə olmuş, təqsirləndirilən şəxsin dönəcəyini bilməmiş, təqsirləndirilən şəxsə çatmağa az məsafə qalmış sonuncu dönməyə başlamış və onu getdiyi yolda vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onun müalicəsilə əlaqədar xəstəxanaya 11000 manat ödəniş edilmiş, lakin onun sonradan hadisə ilə əlaqədar aldığı müalicələrələ bağlı təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. O, istəyir ki, təqsirləndirilən şəxs onun əməliyyat olunaraq sağalması üçün xərc çəksin, xəstəxanadan ona həmin əməliyyat xərcinin 4000-5000 manat olması bildirilmişdir. O, yalnız əməliyyat xərci deyil, əməliyyatdan sonra sağalmasını istəyir, yəni təqsirləndirilən şəxsin onu tam olaraq sağalması üçün müalicə xərclərini ödəməsini istəyir. O, təqsirləndirilən şəxsin əməli nəticəsində aldığı xəsarətlə bağlı bağırsağından hazıradək iki dəfə əməliyyat olunmuş, təqsirləndirilən şəxsin xəstəxanaya ödədiyi 11000 manat pul həmin iki əməliyyatın xərclərilə bağlı olmuş, həmin əməliyyatların 3000 manatını onun anası vermişdir. Hazırda isə o, bağırsağından üçüncü dəfə də əməliyyat olunmalıdır. O, təqsirləndirilən şəxsin əməli nəticəsində sağlamlığını itirmiş, ailəsinə qazanc gətirən olmuş, lakin aldığı xəsarətlə bağlı işini də itirmişdir. O, təqsirləndirilən şəxsdən nağd olaraq ona pul verməsini deyil, alacağı müalicə, ediləcəyi əməliyyatla bağlı xərclərini tibb müəssisələrinə ödəməsini istəyir. O, mülki iddianı müdafiə edərək təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs 21930 manat pulun alınaraq ona verilməsini xahiş edir. Mülki iddia məbləği onun məhkəməyə təqdim etdiyi qəbzlərdəki məbləğlə uyğundur. Həmin qəbzlərdən ərzaqların alınması ilə bağlı olanlar onun təqsirləndirilən şəxsin vurduğu xəsarətlə əlaqədar aldığı müalicəyə görə pəhriz yeməkləri, xəstəxanada qalarkən onun üçün alınmış yeməklərlə əlaqədar olmuşdur. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxsin onun müalicəsi üçün ödədiyi məbləğ təxminən 11000 manat olmalıdır. O, bundan sonra hansı məbləğin ödəniləcəyi təqdirdə ziyanın tam ödənilməsi hesab edildiyini bilmir, çünki onun müalicələri hələ də davam edir, tam olaraq nə vaxt sağalacağını isə həkimlər bilər. O, müalicələr almalı və sağalacağı zaman hansı məbləğdə xərclər çəkdiyini bildikdən sonra həmin xərclərin tam məbləğini bilmiş olacaqdır, buna görə də o, hazırda ona nə qədər ziyan dəydiyini dəqiq bilmir. O, təqsirləndirilən şəxsin onun tam olaraq sağalmasına kömək etməsini istəyir, əks təqdirdə, təqsirləndirilən şəxs qanunun tələbinə uyğun cəzalandırılmalıdır. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3likdə yaşayırmış, subaydır və hal-hazırda heç bir yerdə işləmirmiş. Mahiyyəti üzrə bildirir ki, özünə məxsus motoru 49 kub olan “Tufan CUB 50S” markalı mopedi varmış. Həmin mopedi də 2023-cü ilin yay aylarında Bakı şəhərində X1 1.150 (min yüz əlli) manata almışdır. Ancaq qeyd edir ki, Arif Mehdiyevi tanımırmış və həmin şəxsin elanını da internet səhifələrinin birində görmüşdür. Mahiyyəti üzrə qeyd edir ki, 04 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində tanışı Şahid ilə birlikdə Xaçmaz şəhəri, R.Behbudov küçəsində birlikdə imiş. Hər ikisi mopedə minərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə doğru getməyə başlamışlar. Qeyd edir ki, mopedi o, idarə edirmiş. Ağalar isə onun arxasında əyləşmişdir. N.Nərimanov küçəsinə getməkdə də məqsədi bacısı Aytaca telefon almaq olmuşdur. Beləliklə, o, Xaçmaz şəhəri, 28 May (Əli Bayramov) küçəsi ilə saatda 20 km sürətlə hərəkətdə imiş. Qeyd edir ki, hadisənin baş verdiyi yer 28 May (Əli Bayramov) küçəsi ilə Məmməd Bayramov (Fridrix Engels) küçəsinin kəsişməsində yerləşirmiş. Həmin kəsişmədə də 28 May (Əli Bayramov) küçəsi əsas küçə, Məmməd Bayramov (Fridrix Engels) küçəsi isə ikinci yoldur. 28 May (Əli Bayramov) küçəsi ilə Məmməd Bayramov (Fridrix Engels) küçəsinin kəsişməsinə çatana yaxın sürətini azaldaraq sağa baxdıqdan sonra 28 May (Əli Bayramov) küçəsi ilə düzünə hərəkət etmək istəyirmiş. Bu zaman da qarşıdan, yəni 28 May (Əli Bayramov) küçəsindən qara rəngli “Qaz 24” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlirmiş. Belə ki, o, düzünə hərəkət etdiyinə görə həmin avtomobil ona yol vermək əvəzinə onu gözləmədən Məmməd Bayramov (Fridrix Engels) küçəsinə, onlara nisbətdə sağa dönmüşdür. Buna görə də o, kəsişmənin ortasına çatmışdır ki, “Qaz 24” markalı avtomobil sağ hissəsi ilə onu vurmuşdur. Zərbənin də təsirindən o və Ağalar yerə yıxılmışlar. Ağalar ciddi xəsarət almasa da, o, ağır xəsarət almış və 3 gün Xaçmaz RMX-da, 1 ay isə Bakı şəhərində yerləşən Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunda müalicə almışdır. “Qaz 24” markalı avtomobilin sürücüsünü əvvəllər tanımırmış. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X4” X6 08 iyul 2024-cü il tarixli və yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə 8/2003 nömrəli ekspert rəyləri ilə razıdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi vaxt o və Zərərçəkmiş şəxs mopedlə Xaçmaz şəhərində yerləşən “Xəzər parkı” adlanan tərəfə hərəktədə olmuşlar. Həmin vaxt yol kəsişməsinə çatanda təqsirləndirilən şəxs avtomobili ilə dönərək onların yoluna çıxmış və onlar həmin avtomobilin qabaq yan hissəsinə dəymişlər, bu zaman təqsirləndirilən şəxs avtomobilindən düşmüş və yoldan keçən avtomobillərdən birini saxladaraq onları xəstəxanaya aparmışlar və onları tibbi müayinələrdən keçirmişlər. Həmçinin bildirdi ki, o və Əkbərin N.Nərimanov küçəsində yerləşən “Xəzər parkı” tərəfə getməkdə məqsədləri orada yerləşən mağazalardan birindən mobil telefon almaq olmuşdur. O və Əkbər mopedlə hərəkətdə olarkən təqsirləndirilən şəxsin avtomobilini tədricən onların yoluna çıxararaq dayandığını görmüş, onlar elə bilmişlər ki, təqsirləndirilən şəxs onların keçməsini gözləyəcək və ola bilsin, təqsirləndirilən şəxs də onların ona yol verəcəyini düşünmüş və belə bir anlaşılmazlıq yaranmışdır. Onlar təqsirləndirilən şəxsin avtomobilinin yan hissəsinə, yəni ön fara və ön qanad hissəsinə dəymişlər. Təqsirləndirilən şəxs onlar kəsişməyə çatanadək avtomobilinin qabaq hissəsini onların hərəkətdə olduğu yola bir qədər çıxarmış, onlar mopedi saxlamağa cəhd etməmişlər, düşünmüşlər ki, keçib gedə biləcəklər, təqsirləndirilən şəxs onları gözləyəcəkdir. Onların olduğu moped həmin vaxt təxminən 30 km/saat sürətlə hərəkətdə olardı. Hadisə baş verən zaman təqsirləndirilən şəxs onlara ilkin yardım edərək yoldan keçən avtomobil saxladıb onları xəstəxanaya aparmışdır. Xəstəxanada onu və Əkbəri rentgen müayinəsindən keçirmişlər, həkimlər yoxlamışlar və ciddi bir xəsarət, sınıq olmadığını bildirmişlər, lakin Əkbərin ciddi xəsarət alması sonradan məlum olmuşdur. Onun özündə isə ciddi xəsarət olmamışdır. İş materiallarında olan raportdan müəyyən edilir ki, 04 noyabr 2023-cü il tarixdə, saat 15:05 radələrində Xaçmaz RMX-nın tibb bacısı Həsənova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “döş qəfəsinin əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin Xaçmaz şəhəri, Əli Bayramov küçəsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan raportdan müəyyən edilir ki, 04 noyabr 2023-cü il tarixdə, saat 15:07 radələrində Xaçmaz RMX-nın tibb bacısı Həsənova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək 1995-ci il təvəllüdlü Şahid “döş qəfəsinin əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin Xaçmaz şəhəri, Əli Bayramov küçəsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə onun idarə etdiyi motosikletlə “QAZ 24” markalı avtomobilin toqquşması zamanı o, ağır xəsarət almış, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsini, baş vermiş qəza ilə bağlı tam və dəqiq araşdırma aparılaraq düzgün hüquqi qiymət verilməsini xahiş etmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, 06 yanvar 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, protokola hadisənin sxemi tərtib edilərək, hadisə yerinin fotoları çəkilərək əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 Xaçmaz rayon şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 15 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müəyinəsinə və adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, onun bədənində aşkar edilmiş xəsarət – pankreatit vəzinin zədələnməsi bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısının 05 fevral 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs və Şahid yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları əsasında toplanmış HK-1/58 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 15 may 2024-cü il tarixli şikayət ərizəsindən, həmçinin Azərbaycan Tibb Universitetinin X2 “Avans ödəməsi” barədə qəbzlərinin surətlərindən müəyyən edilir ki, 04 noyabr 2023-cü il tarixdə baş vermiş yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs qarın boşluğundan xəsarət alması nəticəsində sonuncunun qarın boşluğunda yerləşən daxili orqanlarında qanaxma olaraq qan yığılmış, həmin xəsarətlə bağlı klinikada müalicə almış, xəsarəti ağır olduğundan təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Xaçmaz RPŞ-nin təhqiqatçısının HK-1/58 saylı material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Xaçmaz RPŞ-nin İB-yə göndərilmişdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27 iyun 2024-cü il protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi Xaçmaz şəhəri, 28 May (Əli Bayramov) küçəsi ilə Məmməd Bayramov (Fridrix Engels) küçəsinin kəsişməsində baş vermişdir. Hadisə yerində yol ikitərəfli olmaqla iki hərəkət zolağından ibarətdir. Yol asfalt örtüklü və hamardır. 28 May (Əli Bayramov) küçəsinin ümumi eni 6,80 metr, Məmməd Bayramov (Fridrix Engels) küçəsinin ümumi eni isə 12,30 metrdir. 28 May (Əli Bayramov) küçəsində hər iki hərəkət hissəsinin eni ayrı-ayrılıqda 3,40 metr, Məmməd Bayramov (Fridrix Engels) küçəsində isə 6,15 metrdir. Həmin yolda hərəkət sürəti saatda 50 km-dir. Yolun sağ və sol tərəflərində səki, ondan eyni qaydada sağ və sol tərəflərdə isə fərdi yaşayış evləri yerləşir. Hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan CUB50S” markalı moped ilə Xaçmaz şəhəri, 28 May (Əli Bayramov) küçəsində saatda 30-40 km arası sürət həddi ilə hərəkətdə olarkən həmin küçə ilə Məmməd Bayramov (Fridrix Engels) küçəsinin kəsişməsini keçib artıq kəsişmənin bitməsinə 4,70 metr qalmış digər istiqamətdə, yəni 28 May (Əli Bayramov) küçəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz 24” markalı avtomobillə saatda 15-20 km sürətlə hərəkətdə olarkən 28 May (Əli Bayramov) küçəsindən Məmməd Bayramov (Fridrix Engels) küçəsinə dönmək istəyən zaman küçələrin kəsişməsində Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə toqquşmuşdur. Toqquşma yerindən Məmməd Bayramov (Fridrix Engels) küçəsinə qədər olan məsafə 1 metrdir. Hadisə yerində 28 May (Əli Bayramov) küçəsi baş yoldur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 24 iyun 2024-cü il tarixli, T 393/2024 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs qarın boşluğunun küt travması, posttravmatik pankreatit və pankreonekroz, hemoperitoneum, kəskin arroviz qanaxma olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş (təqsirləndirilən şəxsin vəsatəti əsasında təyin edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizası) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 19 dekabr 2024-cü il tarixli, T 98/2025 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs qarın boşluğunun küt travması, posttravmatik pankreatit və pankreonekroz, hemoperitoneum, kəskin arroviz qanaxma olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən yaranmış, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2024-cü il tarixli, 8/2003 nömrəli ekspert rəyindən müəyyən edilir ki: 1a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “QAZ-24” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Tufan CUB 50S” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş (təqsirləndirilən şəxsin vəsatəti əsasında təyin edilmiş əlavə məhkəmə yol-nəqliyyat ekspertizası) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025-ci il tarixli, 8/3624 nömrəli ekspert rəyindən müəyyən edilir ki: 1a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “QAZ-24” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Tufan CUB 50S” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 17-ci hissəsinə əsasən nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (NV mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən NV-nə bölünür). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsi asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 27-ci hissəsinə əsasən moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyəti digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). İş materiallarında olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən, BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan və iş materiallarına əlavə edilmiş Xaçmaz RPŞ-nin DYPB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına - verilmə tarixi xx.xx.2023-cü il, etibarlılıq müddəti xx.xx.2025-ci ilədək olan - “BC” kateqoriyalı, BC470712 nömrəli sürücülük vəsiqəsi verilmiş, 2023-cü ilin noyabr ayının 4-də, yəni yol-nəqliyyat hadisəsini törətdiyi zaman onun sürücülük hüququ olmuşdur (məhdudlaşdırılmamışdır). İş materiallarında olan verilmə tarixi xx.xx.2017-ci il tarixli olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət hadisəsini törədərkən idarə etdiyi “QAZ 24 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarından təqsirləndirilən şəxsin hadisə zamanı sərxoşluq faktı müəyyən edilməmişdir. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və alqı-satqı müqaviləsinə əlavənin surətindən müəyyən edilir ki, “Tufan CUB 50S” markalı mopedin iki təkəri olub, rəngi ağdır. Mopedə baxış keçirən zaman mopedin ön hissəsinin yararsız vəziyyətdə olduğu müəyyən edilmiş, Zərərçəkmiş şəxs həmin zədənin 04 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarandığını bildirmişdir. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və qəbzdən müəyyən edilir ki, “Tufan CUB 50S” markalı moped cinayət işi üzrə maddi sübut kimi tanınmış və məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda həmin Məcəllənin 263.1-1-ci maddəsinin tərkibi yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İV hissəsinə görə, relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş, həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs evlidir, dörd övladı var, yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidin ifadələrindən, eləcə də iş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmış, zərərçəkmiş şəxsin müalicəsi ilə əlaqədar 11500 manatadək pul ödənişləri etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır olmaqla cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu dərhal xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin müalicəsi üçün maddi yardım göstərməsini, 74 yaşında olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Əsas cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan və iltizamdan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut kimi tanınmış “Tufan CUB 50S” markalı moped məsul saxlanc üçün sahibi olan Zərərçəkmiş şəxs təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut – məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilmiş “Tufan CUB 50S” markalı moped hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin özünə qaytarılmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia cinayət mühakimə icraatı mərhəlisində baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddianı bununla əsaslandırmışdır ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 04 noyabr 2023cü il tarixdə, saat 12:00 radələrində Xaçmaz şəhəri, Əli Bayramov küçəsi ilə Engels küçəsinin kəsişməsində idarə etdiyi QAZ-24 markalı avtomobillə onun idarə etdiyi motosikleti vuraraq ona ağır bədən xəsarəti yetirmişdir. O, aldığı xəsarətdən sonra əvvəlcə Xaçmaz rayon xəstəxanasında 2 gün müalicə aldıqdan sonra vəziyyəti ağırlaşdığı üçün “təcili yardım” maşını ilə Bakı şəhəri ATU-nun tədris cərrahiyyə şöbəsinə aparmışlar və orada cərrahiyyə əməliyyatı olunmuşdur. O, həmin vaxtdan hal-hazıra kimi müayinə və müalicə alır. O, hadisənin baş verdiyi vaxta qədər mağazada satıcı vəzifəsində işləmiş və aylıq əmək haqqı 384(üç yüz səksən dörd) manat təşkil etmişdir. Hadisənin baş verməsindən hal-hazıra kimi aldığı xəsarət nəticəsində işləyə bilmir. Eyni zamanda, ona baxan yeganə adam anası olduğu üçün iş yerini buraxmaq məcburiyyətində qalmışdır. Ümumilikdə ona 21930 (iyirmi bir min doqquz yüz otuz) manat zərər dəymişdir. Dəymiş zərəri sübuta yetirən sübutları vardır. Göstərilənlərə əsasən, mülki cavabdeh Təqsirləndirilən şəxs Məhəmməd oğlundan 21930 (iyirmi bir min doqquz yüz otuz) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı cinayət işinin məhkəmə prosesi zamanı zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsin onun əməliyyat olunaraq sağalması üçün xərc çəkməsini istəyir, xəstəxanadan ona həmin əməliyyat xərcinin 4000-5000 manat olması bildirilmişdir. O, yalnız əməliyyat xərci deyil, əməliyyatdan sonra sağalmasını istəyir, yəni təqsirləndirilən şəxsin onu tam olaraq sağalması üçün müalicə xərclərini ödəməsini istəyir. O, təqsirləndirilən şəxsin əməli nəticəsində aldığı xəsarətlə bağlı bağırsağından hazıradək iki dəfə əməliyyat olunmuş, təqsirləndirilən şəxsin xəstəxanaya ödədiyi 11000 manat pul həmin iki əməliyyatın xərclərilə bağlı olmuş, həmin əməliyyatların 3000 manatını onun anası vermişdir. Hazırda isə o, bağırsağından üçüncü dəfə də əməliyyat olunmalıdır. O, təqsirləndirilən şəxsdən nağd olaraq ona pul verməsini deyil, alacağı müalicə, ediləcəyi əməliyyatla bağlı xərclərini tibb müəssisələrinə ödəməsini istəyir. Mülki iddia məbləği onun məhkəməyə təqdim etdiyi qəbzlərdəki məbləğlə uyğundur. Həmin qəbzlərdən ərzaqların alınması ilə bağlı olanlar onun təqsirləndirilən şəxsin vurduğu xəsarətlə əlaqədar aldığı müalicəyə görə pəhriz yeməkləri, xəstəxanada qalarkən onun üçün alınmış yeməklərlə əlaqədar olmuşdur. O, bundan sonra hansı məbləğin ödəniləcəyi təqdirdə ziyanın tam ödənilməsi hesab edildiyini bilmir, çünki onun müalicələri hələ də davam edir, tam olaraq nə vaxt sağalacağını isə həkimlər bilər. O, müalicələr almalı və sağalacağı zaman hansı məbləğdə xərclər çəkdiyini bildikdən sonra həmin xərclərin tam məbləğini bilmiş olacaqdır, buna görə də o, hazırda ona nə qədər ziyan dəydiyini dəqiq bilmir. Təqsirləndirilən şəxs-mülki cavabdeh mülki iddianı qəbul etməyərək bildirdi ki, o, zərərçəkmiş şəxsə vurduğu xəsarətlərlə bağlı aldığı müalicənin bütün xərclərini çəkmiş, o, xeyli borclar almış, zərərçəkmiş şəxsin müalicəsinə görə xəstəxanaya 11550 manat pul köçürmüş, onun zərərçəkmiş şəxsə vermək üçün daha pulu qalmamışdır. Onun xəstəxanaya köçürdüyü 11550 manatdan əlavə ondan zərərçəkmiş şəxsin kürəkəni 700 manat, zərərçəkmiş şəxsin anası 500 manat, 400 manat məbləğlərdə pullar da almışlar. Belə ki, zərərçəkmiş tərəf müalicə üçün iynə-dərmanlar almalı olduqlarını bildirməklə ondan həmin məbləğdə pulları da almışlar. Zərərçəkmiş şəxsin mülki iddia tələbinin təsdiqi kimi iddia ərizəsinə əlavə etdiyi qəbzlərdən müəyyən edilir ki, həmin qəbzlər müxtəlif marketlərdən alınan ərzaqlarla və apteklərdən alınan dərmanlarla bağlı edilmiş ödənişlərdir, lakin həmin ödənişlərin məhz kimin tərəfindən, hansı təyinatla edilməsi, yəni zərərçəkmiş şəxs tərəfindən hazırkı cinayət işi üzrə aldığı xəsarətin müalicəsilə əlaqədar alınmış ərzaq və dərmanlarla bağlı olduğu aydın deyildir, eləcə də həmin qəbzlərin bir qismi oxunaqlı vəziyyətdə deyildir. Zərərçəkmiş şəxs tərəfindən isə həmin xərclərin məhz təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində aldığı xəsarətlə bağlı xərclər olduğunu, həmin xərclərin kim tərəfindən çəkildiyini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. İş üzrə təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi və zərərçəkmiş şəxsin həmin cinayət əməli nəticəsində ekspert rəyi ilə müəyyən edilmiş xəsarətləri alması məhkəmə istintaqı ilə də sübuta yetmişdir. Məhkəmə zərərçəkmiş şəxsin aldığı həmin xəsarətlə bağlı hazıradək müalicə almasını və müalicə ilə əlaqədar xərclər çəkməsini istisna etmir. Lakin mülki iddia tələbinə dair sübutetmə vəzifəsi tərəflərin üzərində olduğundan, tərəflərin isə təqdim etdikləri sənədlər və gətirdikləri arqumentlər mülki iddia ilə bağlı uzun müddət araşdırma aparılmasına dəlalət etdiyindən, həmçinin zərərçəkmiş şəxsin hazırda və gələcəkdə də müalicəsinin, bununla da xərclərinin davam etdiyini bildirməsini nəzərə alaraq, tərəflərin mənafelərini əsas götürərək mülki iddianın təmin (yaxud qismən) və ya rədd edilməsi üçün kifayət qədər əsas olmadığından, zərərçəkmiş şəxsin gələcəkdə əlavə sübutlar təqdim etməklə mülki mühakimə icraatı qaydasında iddia ilə müraciət edə bilməsini nəzərə alaraq məhkəmə mülki iddianın baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı işdə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Əsas cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Əlavə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut – məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilmiş “Tufan CUB 50S” markalı moped hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin özünə qaytarılmış hesab edilsin. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-141/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-141/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver