Məhkəmə qərarları › İş №1(067)-142/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-142/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-142/2021 19.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə ittiham olunmuşlar. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, habelə onların müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyindən və məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallardan müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin hakimi İlkin Xəlilovun sədrliyi ilə təqsirləndirilən şəxs X3 və X4 barələrində Azərbaycan Respublikası CM-nin 127.2.2, 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə aparılan məhkəmə iclasında dövlət ittihamçısı Ramiz Nəbiyev, məhkəmə iclas katibi Şahid4, icra məmuru Şahid2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X2, təqsirləndirilən şəxslər X5 və X7 , təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi və X8 və iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs2 iştirak etmişlər. Şahid Təqsirləndirilən şəxs2 ifadə verərkən, dövlət ittihamçısı tərəfindən verilən sualdan sonra, ayağında olan ayaqqabını çıxararaq zərərçəkmiş Zərərçəkmiş şəxs tərəf atmış və onu təhqir etməyə başlamışdır. Bundan sonra isə, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalına daxil olaraq, Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş və məhkəmə iclas zalında olan elektrik çaydanı götürüb, Zərərçəkmiş şəxs üstünə ataraq, sonuncuya dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Göründüyü kimi, məhkəmənin proses iştirakçıları yəni, dövlət ittihamçısı Ramiz Nəbiyev, zərərçəkmiş şəxsin nümayəndəsi Nürəddin Kantayev, məhkəmə iclas katibi Şahid4, icra məmuru Şahid2 Fəxərddin və təqsirləndirilən şəxsin müdafiəçiləri X12 və Müdafiəçi baş vermiş hadisənin şahidləri olmuşlar. Bundan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə cinayət işi başlanmış və onlara həmin maddə ilə ittiham elan olunmuşdur. İttiham elan olunarkən, hər iki təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün bu hadisənin şahidi olmuş vəkil Müdafiəçi müqavilə əsasında işə buraxılmış və ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edərək istintaq və prosessual hərəkətlərin aparılmasında müdafiəçi qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə görə iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, hadisənin şahidi olmuş vəkil Müdafiəçi zərurət yaranacağı təqdirdə məhkəmə baxışı zamanı vəsatət verilməklə şahid qismində dindirilə bilər. Şahidin isə Azərbaycan Respublikası CPM-nin 95.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək kimi vəzifələri təsbit olunub. Belə nəticəyə gəlinir ki, məhkəmə baxışı zamanı məhkəməyə vəsatət verilərək, həmin hadisə zamanı X1 müdafiəçisi qismində məhkəmə iclas zalında olan və hadisənin şahidi olmuş vəkil Müdafiəçi şahid qismində dindiriləcəyi təqdirdə, Müdafiəçi iş üzrə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab verməli olacaqdır. Bu halda isə, cinayət prosessual qanunvericiliyinin 114.1.2-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş olacaqdır. Belə ki, sözügedən Məcəllənin 114.1.2-ci maddəsinə əsasən müdafiəçiyə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır: cinayət təqibi üzrə icraatda hakim, prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsində əsasən cinayət təqibinə aşağıdakı anlayış verilmişdir: -cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir; Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 95.2.2-ci maddəsinə görə müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər şahid qismində çağırıla və dindirilə bilməzlər. Lakin nəzərə alınmalıdır ki, 21 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə prosesində vəkil Müdafiəçi təqsirləndirilən şəxs X3 müdafiəçisi qismində çıxış edirdi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə sözügedən prosesə şahid qismində cəlb olunmuşlar və həmin zaman vəkil Müdafiəçi ilə hər hansı bir hüquqi münasibətlərdə olmamışlar. Yəni, hadisə baş verən zaman hadisənin şahidi olmuş vəkil Müdafiəçi hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir hüquqi yardım göstərməmişdir. Bu səbəbdən də, onun sonrakı ibtidai araşdırma zamanı Rəna və Təqsirləndirilən şəxs1ların müdafiəçisi qismində iştirak etməsi qanunla istisna edilir və təqsirləndirilən şəxslərin hüquqi yardım almaqlarını kobud şəkildə pozmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəkil Müdafiəçi 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törətdilmiş hadisənin şahidi olduğundan və bu iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilə biləcək şəxs olduğundan onun ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsləri Rəna və Təqsirləndirilən şəxs1ların müdafiəçisi qismində iştirak etməsi yolverilməzdir. Cinayət Prosessual Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud pozuntulara hesab olunur və cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət işinin materiallarının 76 və 77-cı səhifələrində olan “maddi sübut kimi tanıma və işə əlavə edilməsi haqqında” Qərarında “bir ədəd daxilində kompakt CD disk və elektrik çaydanın qulpu” maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilsə də, ittiham aktının arayışının 2-ci bəndində cinayət işi üzrə maddi sübutun olmaması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.8.2-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin maddi sübutlar və onların saxlanıldığı yer barədə arayışı əlavə edilir. Belə ki, cinayət işi üzrə iki maddi sübut (01 ədəd disk və çaydanın qulpu) tanınaraq faktiki cinayət işinin materiallarına əlavə olunsa da, ittiham aktının arayışında maddi sübutların olmaması qeyd olunmuşdur. Cinayət Prosessual Məcəllənin 303.3.6-cı maddəsinə görə cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntulara hesab olunur və cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd olunan Məcəllənin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Yuxarıda göstərilənləri və AR CPM-nin 114, 303.1, 303.3.1, 303.3.6 və 300.1.5-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİ Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair olan cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar