Məhkəmə qərarları › İş №1(067)-142/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-142/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-142/2023 28.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 03 avqust 1989-cu ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 7, mənzil 8-də ev 41-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,670 qram təşkil edən qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, ünvan 1 ünvanında yerləşən evinin qarşısında Xaçmaz RPŞ-nin Xudat PB-nin polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xudat PB-nin inzibati binasına dəvət edilib orada onun üzərinə 28 mart 2023-cü il tarixdə, saat 21:40-21:47 müddətində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı 1 ədəd bükümün içərisində təmiz çəkisi 0,670 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz-olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin mart ayının sonlarında, saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən evinə bitişik bağ sahəsinin qarşısına gəlib, qapının bağlı olmasını görüb, bağ sahəsinin hasarından aşaraq həyətə daxil olduqdan sonra, həmin bağ sahəsindəki saxlanc yeri kimi istifadə edilən təsərrüfat əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin qapısı üzərindəki qıfılı sındırıb, qanunsuz olaraq içəri daxil olaraq oradan 180 manat dəyərində 1 ədəd 7 litr su tutumlu olan odun samovarını və 50 manat dəyərində 1 ədəd «Markos» markalı su mühərrikini qanunsuz götürüb aparmaqla zərərçəkmiş şəxşə ümumilikdə 230 (iki yüz otuz) manat məbləğində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün 10 may 2023-cü il tarixdə, saat 12 radələrində Xudat şəhəri, X.Məmmədov küçəsi, 63 nömrəli evin qarşısında qohumu Şahid6 bəxşiş olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsula hazırlanmış 0,556 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «River İnn» istirahət mərkəzinin qarşısında Xaçmaz Rayon Polis X21 bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib orada onun üzərinə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 10 may 2023-cü il tarixdə saat 21:10-21:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd bükümdə 0,556 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda törətdiyi cinayət əməllərinin xüsusatlarını, təfsilatını xatırlamır. O, həmin cinayət əməlləri barədə ibtidai istintaq zamanı ifadə vermiş və o, həmin ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, iki azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ünvan 7 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 4-5 aydır ki, əldə etdiyi zaman narkotik vasitə heroini inyeksiya vasitəsilə istifadə edir. 28 mart 2023-cü il tarixdə günorta saatlarında Xudat şəhər avtovağzalında olduğu zaman təsadüfən yerdən 1 ədəd büküm tapmışdır. Həmin bükümü açdıqda onun içində 2 ədəd şpris, 1 ədəd bükümdə limon duzu, şüşə qırıntıları və 1 ədəd bükümdə isə qəhvəyi rəngli narkotik vasitə (kakos), yəni heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əynindəki gödəkçəsinin sol iç cibinə qoyaraq yaşadığı evə çıxıb getmişdir. Həmin günü saat 20 radələrində yaşadığı Xudat şəhəri, Konserv zavod qəsəbəsi, ev 7, mənzil 8 ünvanında yerləşən evinin qarşısında olduğu zaman Xudat PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitələri gəzdirməsində şübhəli olmasını ona deyib şəxsi axtarış keçirilməsi üçün onu Xudat PB-nə dəvət etmişlər. Etiraz etməyərək onlarla birlikdə Xudat PB-nə getmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi təhqiqatçı tərəfindən ona məlumat verilmiş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. Əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində olan 2 ədəd şpris, 1 ədəd bükümdə limon duzu, şüşə qırıntılarını və 1 ədəd bükümdə isə qəhvəyi rəngli narkotik vasitə (kakosu), yəni heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Təhqiqatçı 1 ədəd bükümdə olan qəhvəyi rəngli kütlənin nə olmasını ondan soruşduqda 1 ədəd bükümdə narkotik vasitə heroin olmasını və həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməklə həmin narkotik vasitəni tapdığını və sonradan istifadə etmək məqsədilə üzərində saxlamasını demişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə heroin, 2 ədəd şpris, 1 ədəd bükümdə limon duzu bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra protokol tərtib edilmişdir. Üzərindən aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Bundan başqa, o, heç bir yerdə işləmədiyi üçün son zamanlar maddi vəziyyəti ağır olduğundan buna görə də pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayının axırlarında, günorta saat 16 radələrində yaşadığı Xudat şəhərinə çıxaraq piyada gəzişməyə başlamışdır. Yaşadığı evin qonşuluğunda, yəni Konserv Zavod qəsəbəsində yerləşən, sahibinin adı sonradan ona məlum olmuş Albert adlı şəxsə məxsus həyətyanı bağ sahəsinin qapısının bağlı olmasını görüb və oradan oğurluq etmək qərarına gəlmişdir. Evə bitişik olan bağ sahəsinin hasarından içəri keçərək həyətdə bir tikilinin olmasını görüb və həmin tikilinin taxta qapısı üzərində olan qıfılı sındıraraq açıb və oradan içəri daxil olmuşdur. Həmin tikilinin içindən divara vurulmuş rəfdə 1 ədəd odun samovarının və 1 ədəd «Markos» markalı su mühərrikinin olmasını görərək onları götürmüşdür. Samovarı və 1 ədəd su mühərrikini oğurlayaraq tikilinin hasarından çıxıb və samovarı orada kolluqda gizlədərək Xudat şəhərinə çıxıb getmişdir. Xudat şəhərindən Yalama qəsəbəsi yolunun kənarında dəmir məmulatlarının alış-satışı ilə məşğul olan Müzəffər olan şəxsə yaxınlaşaraq oğurladığı mühərrikin özünə məxsus olmasını ona deyərək həmin 1 ədəd su mühərrikini 6 manat pula. ona satıb və yaşadığı evə çıxıb getmişdir. Ertəsi günü günorta saatlarında Xudat şəhər avtovağzalına getmiş və orada çoxdan tanıdığı Seymur adlı şəxslə rastlaşmışdır. Pula ehtiyacı olduğuna görə özünə məxsus odun samovarını Xaçmaz şəhərində satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığını Seymura demişdir. Seymur şəxsiyyət vəsiqəsinin üzərində olduğunu və samovarı satmaqda ona köməklik edə biləcəyini bildirmişdir Samovarı sata biləcəyi halda pulun yarısını ona verəcəyini və sonra isə həmin ona verdiyi pulu onunla birlikdə yeyib-içməyə xərcləyəcəklərini Seymura təklif etmişdir. Seymur onun təklifi ilə razılaşdıqdan sonra samovarı gizlətdiyi yerdən götürüb və yenə avtovağzala qayıtmışdır. Seymurla birlikdə nömrəsi və markası yadında qalmadığı taksi avtomobili ilə Xaçmaz şəhərinə çıxıb getmişdir. Xaçmaz şəhər bazarına gəldikdən sonra orada dəmir məmulatlarının alış-satışı ilə məşğul olan adı sonradan ona məlum olmuş Tərlan adlı şəxsə yaxınlaşıb və həmin odun samovarını ona göstərmişdir. Həmin samovarın özünə məxsus olmasını, lakin şəxsiyyət vəsiqəsi olmadığından samovarı dostu Seymura məxsus şəxsiyyət vəsiqəsi ilə satmaq istədiyini ona bildirmişdir. Tərlan həmin samovarı nəzərdən keçirdikdən sonra odun samovarına görə ona 70 manat pul verə biləcəyini dedikdən sonra 1 ədəd samovarı həmin pula ona satmağa razılaşmışdır. Seymur öz şəxsiyyət vəsiqəsini Tərlan adlı şəxsə verdikdən sonra Tərlan onun şəxsiyyət vəsiqəsini, özünün və samovarın fotoşəklini mobil telefonuna çəkmişdir. Bundan sonra samovarı Tərlana verdikdən sonra ondan 70 manat pul alaraq Seymurla birgə oradan uzaqlaşmışlar. Həmin 70 manat puldan Seymura 35 manat pul verdikdən sonra onunla birlikdə Xaçmaz şəhərində dəqiq xatırlamadıqları bir kafeyə gedərək orada yeyib-içmişlər. Bundan sonra isə tanımadıqları bir taksi ilə yaşadıqları Xudat şəhərinə qayıtmışlar. Seymurla birlikdə Xaçmaz şəhərində satdıqları 1 ədəd odun samovarının oğurluq yolu ilə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Samovarın satışından yerdə qalan 35 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 10 may 2023-cü il tarixdə istifadə etmək üçün narkotik vasitə tapa bilmədiyinə görə bədənində ağrılar başlamışdır. Buna görə də qohumu ünvan 8 ünvanında yaşayan Şahid6 ilə görüşərkən onun da narkotik vasitə qəbul etməsini bildiyindən istifadə etmək üçün ondan narkotik vasitə verməsini xahiş etmişdr. Aslan ona bir büküm narkotik vasitə heroini pay kimi ona verməyə razılaşmışdır. Həmin günü saat 12 radələrində Aslanın yaşadığı Xudat şəhəri, X.Məmmədov küçəsi 63 ünvanında yerləşən evinin qarşısına gedərək onunla görüşüb və ondan 1 ədəd bükümdə narkotik vasitə heroin götürmüşdür. Aslan həmin 1 ədəd bükümdə heroini ona pay kimi vermiş və əvəzində pul almamışdır. Bundan sonra həmin narkotik vasitə heroindən cüzi miqdarda istifadə edib və qalan hissəsini sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra 10 may 2023-cü il tarixdə, saat 19 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisinə gedib və orada yerləşən «River İnn» istirahət mərkəzinin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəli olmasını ona bildirib və onu rayon polis şöbəsinə dəvət etmişlər. Onların üzərindəki narkotik vasitədən məlumatlarının olmasını başa düşərək razılaşıb və onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə getmişdir. RPŞ-nə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə hüquqları izah olunmaqla videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmasını etiraf edib və əynindəki gödəkçəsinin sağ yan cibində olan heroin bükümünü masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən 1 qutu «Prima» markalı siqaret aşkar edilsə də, maddi sübut əhəmiyyəti olmadığından 1 qutu siqaret özünə qaytarılmışdır. Daha sonra müstəntiq tərəfindən həmin bükülü açılıb baxılmış və içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olması məlum olduğundan götürülmüşdür. Şəxsi axtarış zamanı həyəcanlı olduğundan heroini qohumu Aslan adlı şəxsdən 20 manat pula nisyə olaraq almasını bildirmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzidə bükümlə birlikdə çəkilərkən onun çəkisinin 0,8 qram olması məlum olmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd bükümdə heroin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslə eyni küçədə yaşayır. Onun Xudat şəhəri, Konserv Zavod küçəsində yerləşən evinə bitişik özünə məxsus bağ sahəsi var və həmin bağ sahəsində təsərrüfat əşyalarının saxlanılması üçün tikili vardır. O, 2023-cü ilin mart ayında həmin tikilidə saxladığı 01 ədəd odun samovarının və 01 ədəd su mühərrikinin oğurlandığını müəyyən etmiş və bununla bağlı polis bölməsinə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, onun həmin əşyalarını iş üzrə təqsirləndirilən şəxs oğurlamışdır. O, həmin əşyaları, yəni ona vurulmuş zərəri təqsirləndirilən şəxsə bağışlayır və zərəri tələb etmir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs 10 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını bildirərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, ev 15 mənzil, 8-də ailəsi ilə birlikdə yaşayır və «Food City» şirkətində sahə rəisi vəzifəsində işləyir. Yaşadığı binaya, yəni ev ünvanına bitişik olan özünə məxsus bağ sahəsi vardır, həmin bağ sahəsi hasarla əhatə olunmuşdur və bağ sahəsinin girişində taxta materialdan hazırlanmış qapısı vardır. Bağ sahəsi 0,3 ha olmaqla orada müxtəlif çeşiddə meyvə ağacları vardır və yay fəslində isə həmin sahədə tərəvəz məhsulları əkir. Bundan başqa, həmin bağ sahəsində təsərrüfat əşyalarını saxlamaq üçün nəzdə tutulmuş tikili və həmin tikilinin taxtadan qapısı vardır. Həmin tikilinin taxta qapısı üzərinə asma qıfıl vurmuş və bəzən həmin bağ sahəsinə gedib və ora nəzarət edir. Sonuncu dəfə 23 mart 2023-cü il tarixdə həmin bağ sahəsinə gedib və bağ sahəsində hər şeyin qadasına olmasını görərək evinə qayıtmışdır. 26 mart 2023-cü il tarixdə, saat 15 radələrində bağ sahəsinə gedərək bağ sahəsinin giriş qapısını açıb və içəri daxil olmuşdur. Evdə işlətmədiyi elektirik sobasını tikiliyə aparıb və ora qoymaq istəyərkən tikilinin qıfılının sındırılmasını və qapısının isə açıq olmasını görmüşdür. Tiklidən içəri daxil olduqda həmin tikilinin içində olan 120 manat dəyərində 1 ədəd 7 litir su tumumu olan odun samovarının və 5 il bundan əvvəl aldığı 50 manat dəyərində 1 ədəd “Markos” markalı su mühərrikinin oğurlanmasını aşkar etmişdir. Həmin ərəfələrdə vaxtı olmadığına görə bağ sahəsindəki tikilidən oğurluq baş verməsi barədə 2 gün sonra müraciət etmək qərarına gəlmişdir. Buna görə də 28 mart 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-nə gedərək özünə məxsus bağ sahəsinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etməsi barədə ərizə ilə müraciət etmişdir. Ekspertiza rəyi ilə tanış olduqdan sonra samovarın dəyərinin rəydə göstərilən qaydada 180 manat olmasını və mühərrikin dəyərinin isə 50 manat olmaqla nəzərə alınmasını xahiş edərək, cəmi ona 230 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Yalama PBnin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışı özünə məxsus mobil telefonundan istifadə edərək videoçəkilişini aparmışdır. Təqsirləndirilən şəxs üzərinə keçrilən şəxsi axtarış zamanı sonuncu könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümü çıxardaraq masanın üzərinə qoymuş və həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olmasını etiraf etmişdir. X20 tərəfindən həmin 1 ədəd büküm ekspertizaya göndərilməsi üçün bir ədəd ağ rəngli zərfə qablaşdırılıb, möhürlənmiş və bu barədə protokol tərtib edildikdən sonra protokol imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Buna görə də 28 mart 2023-cü il tarixdə, saat 20 radələrində Xudat polis bölməsinin digər əməliyyat müvəkkili Şahid8 ilə birlikdə ünvan 9 ünvanında yerləşən evinin qarşısında Təqsirləndirilən şəxs saxlayıb üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğunu sonuncuya izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xudat polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nin Xudat PB-nə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı Ehtibar Mehtiyev tərəfindən müdaifəçi Avçixan Avçixanovun iştirakı ilə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilib üzərinə vidoçəklişlə şəxsi axtarış keçriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd ağ rəngli kağız poketi çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin kağız poket təhqiqatçı Ehtibar Mehtiyev tərəfindən açıldıqda onun içindən 2 ədəd qırmızı rəngli kağız bükümlər, xırda şüşə qırıntıları və 2 ədəd boş şprislər aşkar olunmuşdur. Birinci büküm açılarkən onun içində ağ rəngli toz şəkilli kütlənin və digər ikinci büküm açılarkən isə onun içində qəhvəyi rəngli toz şəkilli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs birinci bükümdə olan kütlənin limon duzu və ikinci bükümün içində olan kütlənin isə narkotik vasitə hesab edilən “kakos”, yəni heroin olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin 2 ədəd bükümlərdə nə olmasını ondan soruşduqda o, bükümləri 1 ədəd kağız poketdə Xudat şəhər ərazindən tapdığını və onların narkotik vasitə olmasını başa düşdükdən sonra istifadə etmək üçün üzərində saxladığını demişdir. Rahim birinci bükümdə olan ağ rəngli kütlənin limon duzu və ikinci bükümdə olan qəhvəyi rəngli kütlənin isə narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitəyə bənzər kütlələr olan 2 ədəd bükümlər və 2 ədəd şprislər özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə ekspertizaya göndərilməsi üçün bir ədəd ağ rəngli zərfə yerləşdirilərək qablaşdırılıb, möhürləndikdən sonra həmin zərfin üzərində imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildikdən sonra protokol imzalarla təsdiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid8 və X10 ifadələrindən müəyyən edilir ki, onlar Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə 10 may 2023-cü il tarixdə, saat 19:00-da bölmənin polis əməkdaşı Şahid5 ilə birlikdə keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «River İnn» istirahət mərkəzinin yaxınlığında saxlayıb üzərində narkotik vasitələri daşıması barədə şübhələr olmasını ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəldikdən sonra xidməti otaqların birində X20 tərəfindən müdafiəçi Nadir Lalayevin iştirakı ilə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilərək üzərinə vidoçəklişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Kağız büküm müstəntiq tərəfindən açıldıqda onun içində qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilmişdir. RPŞ-nin müstəntiqi Rəşad Babayev üzərindən aşkar edilmiş 1 ədəd bükümdəki kütlənin nə olmasını və haradan əldə etməsini Təqsirləndirilən şəxs soruşduqda sonuncu, 1 ədəd bükümün içindəki kütlənin narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni tanışı Aslan adlı şəxsdən almasını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə kağızı ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,8 qram olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin 1 ədəd büküm Təqsirləndirilən şəxs özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə ekspertizaya göndərilməsi üçün 1 ədəd ağ rəngli zərfə yerləşdirilərək qablaşdırılmış və möhürləndikdən sonra həmin zərfin üzərində imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildikdən sonra protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X1 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu Sərkərli kəndində qeydiyyatda olmasına baxmayaraq, Xaçmaz şəhəri, S.Rəhman küçəsi ev 12-də ailəsi ilə birlikdə yaşayır və təxminən 5 ildir ki, Xaçmaz şəhəri mərkəzi bazarda dəmir məmulatların alış-satışı ilə məşğul olur. 26 mart 2023-cü il tarixdə, günorta saatlarında Xaçmaz şəhər bazarında olduğu zaman iki nəfər adları sonradan ona məlum olmuş Seymur və Rahim adlı şəxslər ona yaxınlaşmışlar. Rahim pula ehtiyacı olduğuna görə özünə məxsus 1 ədəd 7 litr su tutumu olan odun samovarını satmaq istədiyini ona bildirmişdir. Həmin samovara baxdıqdan sonra samovar üçün 70 manat pul verə biləcəyini onlara dedikdə Rahim onunla razılaşmışdır. Rahimin yanında olan tanışı Seymur adlı şəxsin özünün şəxsiyyət vəsiqəsinin, eləcə də odun samovarının fotoşəklini istifadə etdiyi «Samsunq Galaksi 1970» markalı mobil telefonuna çəkmişdir. Bundan sonra samovarı onlardan alıb Rahimə 70 manat pul verdikdən sonra onlar çıxıb getmişlər. Bir gün sonra Rahim adlı şəxsdən aldığı 1 ədəd odun samovarını bazara gəlmiş tanımadığı bir nəfər şəxsə 90 manat pula satmışdır. Təqsirləndirilən şəxs aldığı samovarın oğurluq olmasından heç bir məlumatı olmamışdır. Xaçmaz RPŞ-nə dəvət edildikdən sonra onların satdıqları samovarın Təqsirləndirilən şəxs tərəfindən Xudat şəhərindən oğurlanaraq Xaçmaz şəhərinə gətirilib və ona satılması məlum olmuşdur. Rahimin şəxsiyyət vəsiqəsi olmadığına görə onun yanında olan Şahid2 şəxsiyyət vəsiqəsini, onun özünün və aldığı odun samovarının şəkillərini telefonuna çəkərək özündə saxlamış və RPŞ-nə dəvət edildikdən sonra həmin fotoşəkilləri telefonundan çıxardaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Şollar kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin mart ayının təxminən axırlarında günorta saatlarında Xudat şəhər avtovağzalında olduğu zaman Xudat şəhər sakini kimi tanıdığı Rahim adlı şəxs ona yaxınlaşaraq pula ehtiyacı olduğuna görə 1 ədəd odun samovarını satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə həmin samovarı ondan heç kimin almadığını ona demişdir. Həmin samovarı satmaqda ona köməklik edəcəyi halda samorvarın pulunun yarısını ona verəcəyini bildirmişdir. Bundan başqa, həmin pulu o halda ona verəcəkdir ki, samovarı sataraq hər hansı bir kafedə yeyibiçdikdə hesabı ona verdiyi samovarın pulundan ödəməlidir. Rahimin təklifi ilə razılaşdıqdan sonra onunla birlikdə Xaçmaz şəhərinə getmiş və Xaçmaz şəhər bazarında dəmir məmulatlarının alış-satışı ilə məşğul olan, adı sonradan ona məlum olmuş Tərlan adlı şəxsə yaxınlaşmışlar. Rahim özünə məxsus 1 ədəd odun samovarını pula ehtiyacı olduğuna görə satdığını dedikdən sonra Tərlan samovarı nəzərdən keçirib və 70 manat pula samovarı ala biləcəyini ona bildirmişdir. Rahim onunla razılaşmış, lakin şəxsiyyət vəsiqəsi olmadığını demişdir. O özünə məxsus şəxsiyyət vəsiqəsinin üzərində olmasını Tərlan adlı şəxsə dedikdən sonra Tərlan onun özünün, samovarın və şəxsiyyət vəsiqəsinin fotoşəklini öz mobil telefonu ilə çəkdikdən sonra Rahimə 70 manat pul vermişdir. Rahim həmin pulun 35 manatını ona verdikdən sonra onlar birlikdə Xaçmaz şəhərində dəqiq xatırlamadığı bir kafeyə getmişlər. O, Təqsirləndirilən şəxs ona verdiyi 35 manat pula yeyib-içmək aldıqdan sonra onunla birlikdə kafedə yeyib-içərək Xaçmaz şəhərindən çıxıb yaşadıqları Xudat şəhərinə qayıdıb getmişlər. Təqsirləndirilən şəxsla birlikdə Xaçmaz şəhər bazarında satdıqları odun samovarının sonuncunun tərəfindən Xudat şəhərindən oğurlanmasından onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 10 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Bir neçə gün əvvəl, 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərində olduğu zaman 20 Yanvar metrostansiyasının yaxınlığından bir ədəd bükümdə narkotik vasitə heroin tapmış və sonradan istifadə üçün özü ilə götürərək Xaçmaz rayonuna getmişdir. 10 may 2023-cü il tarixdə, saat 12 radələrində qohumu Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək ağrılarının olmasını və istifadə üçün narkotik vasitə tapa bilmədiyini ona deyərək ondan 1-2 istifadə üçün heroin istəmişdir. Rahimə heroin vermək istəməsə də, ağrıdan əziyyət çəkdiyini gördükdən sonra bir ədəd kağız bükümündə heroin pay kimi Rahimə verib əvəzində ondan pul almamışdır. Rahim onun verdiyi narkotik vasitəni götürərək çıxıb getmişdir. 10 may 2023-cü il tarixdə, axşam saat 22 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində olduğu zaman RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə məlumat aldıqlarını ona deyib onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının üzərindəki narkotik vasitədən xəbərləri olduğunu düşünərək onların təklifini qəbul edib və Xaçmaz RPŞ-nə getmişdir. RPŞ-nə gəldikdən sonra şübhəli şəxs qismində tutulması müstəntiq tərəfindən ona elan edildikdən sonra müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmişdir. Videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki gödəkçəsinin sağ yan cibində olan 1 ədəd bükümdə heroini çıxardaraq təqdim etmişdir. Həmçinin 1 ədəd «Prima» markalı siqaret qutusunu, 1 ədəd alışqanı və 1 ədəd 5 manatlıq əskinası təqdim edərək üzərində başqa heç nə olmadığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunsuz heç bir əşya aşkar olunmamışdır. Pul, siqaret və alışqan maddi sübut əhəmiyyəti olmadığından özünə qaytarılmışdır. Aşkar edilmiş bükülü müstəntiq tərəfindən açılıb baxılmış və içərisində narkotik vasitə heroin olması məlum olduğundan götürülmüşdür. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdə heroini pay kimi verdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzidə bükülü ilə birlikdə çəkilmiş və çəkisi 0,7 qram olması məlum olmuşdur. Həmin bir ədəd bükümdə olan heroin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarında olan 28 mart 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X3 RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili Şahid3, Xudat PB-nin əməliyyat müvəkkili Şahid8, həmin polis bölməsinin polis nəfəri Şahid9, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, hamısını üzərindən çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd ağ rəngli kağız poketi (zərfi) çıxardaraq masanın üzərinə qoyaraq təqdim edir. Kağız poketin içindən 2 ədəd qırmızı rəngli kağız bükümlər, xırda şüşə qırıntıları və 2 ədəd boş şprislər aşkar edilir. Birinci büküm açılarkən onun içində ağ rəngli tozşəkilli kütlənin və digər ikinci büküm açılarkən isə onun içində qəhvəyi rəngli tozşəkilli kütlənin olması məlum olur. Təqsirləndirilən şəxs birinci bükümdə olan kütlənin limon duzu və ikinci bükümün içində olan kütlənin isə narkotik vasitə hesab edilən “kakos”, yəni heroin olduğunu bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin bükümləri 1 ədəd kağız poketdə Xudat şəhər ərazisindən tapdığını və narkotik vasitə olmasını başa düşdükdən sonra istifadə etmək üçün üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitəyə bənzər kütlələr olan 2 ədəd büküm və 2 ədəd boş şprislər bir ədəd ağ rəngli zərfin içinə qoyularaq qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Aşkar edilmiş xırda şüşə qırıntıları əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Səxsi axtarış prosesinin videoçəkilişi X19 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli, 6/1799 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №58” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; digər bir ədəd bükümdə təmiz çəkisi 2,145 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Heroin narkotik vaitəsindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,620 qram təşkil etmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,670 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,620 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq, həmçinin ekspertiza təqdiqatından sonra qalıq qalmış 2,095 qram ağ rənli maddə maddi sübut kimi tanınmayaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılırlar. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 21:10-21:20) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞnin İB-nin müstəntiqi X4 RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid4, Yalama PB-nin polis nəfəri Şahid7, həmin polis bölməsinin polis nəfəri Şahid5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin 01 ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə heroin olmasını, onu tanışı Aslan adlı şəxsdən 20 manat müqabilində nisyə olaraq əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,8 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qanunsuz başqa hər hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Səxsi axtarış prosesinin videoçəkilişi Şahid7 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan (saat 23:30-23:40) və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞnin İB-nin müstəntiqi X4 RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid4, Yalama PB-nin polis nəfəri Şahid7, həmin polis bölməsinin polis nəfəri Şahid5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid6 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Şahid6 üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunur. Şahid6 üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim edir və içərisində narkotik vasitə olmasını bildirir. Həmin 01 ədəd gümüşü kağız büküm açılıb baxılır və içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Şahid6 həmin bükülüdə narkotik vasitə heroin olmasını, Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Şahid6 tanışı Təqsirləndirilən şəxs narkotik vasitə heroin verməsini etiraf edir, lakin ona həmin narkotik vasitəni bəxşiş kimi verməsini bildirir. Həmçinin Şahid6 üzərindən 01 qutu qablaşması pozulmamış “Prima” markalı siqaret, 01 ədəd alışqan və 5 manat pul aşkar edilmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,7 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Şahid6 üzərinə şəxsi axtarış zamanı qanunsuz başqa hər hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş siqaret, alışqan və 5 manat pul isə onun özünə qaytarılmışdır. Səxsi axtarış prosesinin videoçəkilişi Şahid7 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 6/2720 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində 1) “imza” Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,556 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -üzərində 1) “imza” Şahid6...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,523 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təmiz çəkisi 0,556 qram olan heroindən tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,506 qram təşkil etmiş, təmiz çəkisi 0,523 qram olan heroindən tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,473 qram təşkil etmişdir. İş materiallarında olan 11 may 2023-cü il tarixli “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” qərardan və sübutların qiymətləndirilməsi barədə 08 iyun 2023-cü il tarixli qərardan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,556 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,506 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 05 aprel 2023-cü il tarixli, 1921 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 5(067)- 94/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 10 may 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, zərərçəkmiş şəxs Ağamov X18 RPŞ-nin Xudat PB-yə müraciət edərək 2023-cü ilin mart ayının təxminən 26-da naməlum şəxs və ya şəxlər tərəfindən ona məxsus ünvan 11 ünvanında yerləşən evinə bitişik və ona məxsus bağ sahəsində yerləşən tikilinin içərisindən 01 ədəd “Markos” markalı su mühərrikinin və 01 ədəd 7 litr həcmli odun samovarının oğurlandığını bildirərək, oğurluq etmiş şəxsin və ya şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, baxış keçirilən yer ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə bitişik olan bağ sahəsi və bağ sahəsində təsərrüfat əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikilidir. Bağ sahəsi evə bitişik olduğundan eyni ünvanda yerləşir. Bağ sahəsinin dörd tərəfi mişar daşı ilə hasara alınmış vəziyyətdə olmaqla giriş qapısı taxta materialdan hazırlanmış və yaşıl rəngə boyanmışdır. Zərərçəkmiş şəxs məxsus bag sahəsındə müxtəlif növ meyvə ağaclarının əkilməsi müşahidə olunmuşdur. Həmin bağ sahəsinin sol yan tərəfinin sonunda çiy kərpicdən inşa edilmiş, taxta qapı və pəncərəsi olan, şifer dam örtüklü yardımçı tikilinin olması müşahidə olunmuşdur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs həmin yardımçı tikilini göstərərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində atası və anası ilə birlikdə Xudat şəhəri, Konserv Zavod qəsəbəsində yerləşən bağ sahəsinə gəlmişlər. Bağ sahəsində olduqları zaman anası evin bağ sahəsində yerləşən daimi istifadə etmədikləri saxlanc yerinə doğru gəlib elektrik sobasını həmin yardımçı tikiliyə qoymaq istəyərkən saxlanc yerində əvvəllər oraya yerləşdirdikləri 01 ədəd samovarın və 01 ədəd su mühərikinin yerində olmamasını görmüşlər. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet və iz aşkar edilməmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan və fotoşəkillərin surətlərindən müəyyən edilir ki, Şahid1 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd A-4 formatlı kağız vərəqlərində 3 ədəd fotoşəkillər vardır. Onun çıxarılaraq təqdim etdiyi həmin 3 ədəd fotoşəkillərin birində Şahid2 və Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini Şahid1 satdıqları 1 ədəd 7 litir su tutumu olan odun samovarının fotoşəkli əks edilmişdir. Digər fotoşəkildə Şahid2 şəxsən özünün fotosu əks edilmişdir. Digər fotoşəkildə isə Şahid2 məxsus şəxsiyyət vəsiqəsinin fotosu əks edilmişdir. Şahid1 2023-cü ilin mart ayının axırlarında Seymur və Rahim adlı şəxslərin ona 1 ədəd 7 litir su tutumu olan odun samovarını satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 9/2505 nömrəli ekspert rəyindən müəyyən edilir ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzərə qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd 7 litr su tutumu olan odun samovarı – 180 manat; - 01 ədəd beş il bundan əvvəl alınmış “Marquis” markalı su mühərriki – 40 manat. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, ifadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs istintaq hərəkətinin iştirakçıları ilə birlikdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına gələrək bildirmişdir ki, 2023-cü ilin mart ayının axırlarında, saat 16 radələrində evə bitişik yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin hasarından aşıb içəri daxil olaraq bağ sahəsindəki saxlanc yeri kimi istifadə edilən təsərrüfat əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin qapısı üzərindəki qıfılı sındırmış və içəri daxil olmuşdur. Həmin tikilidən 01 ədəd 7 litr su tutumu olan odun samovarını və 01 ədəd «Markos» markalı su mühərrikini oğurlayaraq bağ sahəsindən çıxmışdır. Bundan sonra ilkin olaraq, oğurladığı 01 ədəd su mühərrikini və daha sonra isə 01 ədəd odun samovarını sataraq pulları ehtiyacları üçün xərcləmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 08 iyun 2023-cü il tarixli qərardan müəyyən edilir ki, X2, Şahid2 və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 194-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Əməlin tövsif edilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 02 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən 28 mart 2023 və 10 may 2023-cü il tarixlərdə aşkar olunmuş heroin narkotik vasitələrinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,670 qram və 0,556 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarlarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X5 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 fevral 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətlərindən, Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs evli olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2013 və xx.xx.2015) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var. Xudat şəhərində yaşadığı müddətdə onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 10 avqust 2023-cü il tarixli ərizəsindən, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı təqsirləndirilən şəxsə bağışladığını, həmin ziyanı tələb etmədiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə şəxsi axtarışlar keçirilərkən birinci tarixdə üzərindən təmiz çəkisi 0,670 qram heroin narkotik vasitəsi olmaqla, ikinci tarixdə isə üzərindən təmiz çəkisi 0,556 qram heroin narkotik vasitəsi olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr aşkar edilmiş, bununla da o, xx.xx.2023-cü il tarixdə törətdiyi cinayət əməlinə görə (234.1) cinayət məsuliyyətinə cəlb edilmiş, lakin həmin cinayətə görə məhkum olunmamış və ya məhkumluğu götürülməmiş, yaxud da cinayət məsuliyyətindən azad edilməmiş xx.xx.2023-cü il tarixdəki cinayət əməlini də (234.1) törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 13-cü bəndində izah edilir ki, narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran cinayətlərin təkrar törədilməsi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. İş materiallarında olan 28 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, 30 mart 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə qəti cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2023-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(067)-68/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,670 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,620 qram təşkil edən heroin narkotik vasitəsi və 02 ədəd boş şpris, həmçinin onun üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,556 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,506 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi Xaçmaz RPŞnin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ayrı-ayrılıqda 0,620 qram və 0,506 qram təşkil edən heroin narkotik vasitələri və 02 (iki) ədəd boş şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid6 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işi üzrə 29 mart 2023-cü il tarixli və 11 may 2023-cü il (№ 6/2720) tarixli məhkəmə fiziki-kimyəvi, 08 may 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatları aparılmış, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının xərci 65 (altmış beş) manat, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının xərci 65 (altmış beş) manat və xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının xərci isə 50 (əlli) manat təşkil etmişdir. İş materiallarından müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(067)-152/2023 saylı hökmü ilə 11 may 2023-cü il tarixli, 6/2720 nömrəli ekspertiza tədqiqatının xərci olan 65 manat məbləğin yarısı, yəni 32 manat 50 qəpik məbləği həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid6 tutulması qərara alınmışdır. Odur ki, iş üzrə aparılmış 11 may 2023-cü il tarixli ekspertiza xərcinin 32 manat 50 qəpik məbləğinin Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(067)- 152/2023 saylı hökmü ilə Şahid6 aid edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış 29 mart 2023-cü il tarixli məhkəmə fizikikimyəvi və 08 may 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizalarının ümumilikdə məbləği olan 115 (yüz on beş) manat ekspertiza xərci və 11 may 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının xərci olan 65 (altmış beş) manat məbləğin yarısı, yəni 32 manat 50 qəpik məbləği Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla da iş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə olan dəyərindən 147 (yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ayrı-ayrılıqda 0,620 qram və 0,506 qram təşkil edən heroin narkotik vasitələri və 02 (iki) ədəd boş şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və hazırkı iş üzrə Şahid6 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə olan dəyərindən 147 (yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə aparılmış 11 may 2023-cü il tarixli ekspertiza xərcinin 65 (altmış beş) manatının 32 manat 50 qəpik məbləğinin Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 1(067)-152/2023 saylı hökmü ilə Şahid6 aid edilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar