Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-142/2024 01.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,964 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin 0,462 qramını 31 mart 2024-cü il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin yanında 10 manat pulun müqabilində tanışı X1 qalan 0,502 qramını üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 03 aprel 2024-cü il tarixdə saat 15:40-15:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qolsuz qış gödəkçəsinin sol yan cibində gizlədib saxladığı iki ədəd gümüşü rəngli folqa bükümlərdə 0,472 və 0,030 qram çəkilərdə olmaqla ümumilikdə 0,502 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq psixotrop maddəni satmış və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Qaraqurdlu kəndində baba evində atası ilə birlikdə yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı sərbəst bacarır. Subaydır, əvvəllər məhkumluğu olmamışdır. O, bir ilə yaxındır ki, “patı”, yəni, psixotrop maddə olan metamfetamindən tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. 2024-cü ilin mart ayının sonlarında Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata psixotrop maddə olan metamfetamin almışdır. O, psixotrop maddə olan metamfetamin aldıqdan sonra birbaşa Bakı şəhərindən Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən yaşadığı evə gəlib aldığı metamfetamini satmaq məqsədi ilə xırda hissələrə bölüb bir neçə kağız bükümə yığmışdır. O, aldığım metamfetaminin bir hissəsini özü istifadə etmiş, fikirləşmişdir ki, bir hissəsini satıb pul əldə etsin, həmin pula gedib yenidən metamfetamin alar. 31 mart 2024-cü il tarixdə saat 19:30 radələrində tanışı, Xaçmaz şəhər sakini Şahid3 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ondan özünün istifadəsi üçün 10 manatlıq “patı”, yəni, psixotrop maddə olan metamfetamin istəmiş, o da telefonda danışıq zamanı Tərlana “gələrsən təşkil edərik” demişdir. Danışıq zamanı onlar qərara almışlar ki, saat 20 radələrində yaşadığı evin yaxınlığıda yerləşən Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşsünlər. Onlar danışdıqdan yarım saat sonra, yəni saat 20 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşmüşlər, həmin vaxt Şahid3 ona 10 manat pul vermiş, o da Tərlana bir ədəd kağız bükümdə “patı”, yəni, psixotrop maddə olan metamfetamin vermişdir. Tərlan ondan metamfetamin aldıqdan sonra oradan çıxıb yaşadığı evə tərəf getmişdir. Bundan təxminən yarım saat sonra Tərlan yenidən ona zəng edib yenə də 10 manatlıq metamfetamin istədiyini bildirmiş, o da danışıq zamanı Tərlana yenə də “gəl təşkil edərik, birazdan həmin yerdə görüşək” sözlərini demiş və telefonu söndürmüşdür. Onlar həmin gün, yəni 31 mart 2024-cü il tarixdə saat 21 radələrində yenidən Xaçmaz rayonu, Qaraqurdlu kəndi, Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşmüşlər və bu dəfə də o, Tərlana 10 manata bir ədəd bükümdə metamfetamin satmışdır. İkinci dəfə Tərlana metamfetamin satan zaman bükümü kibrit qutusunun içərisinə qoyub vermişdir ki, kənardan görən şəxslər şübhələnməsin. Tərlana metamfetamini satdıqdan sonra onun özündə iki büküm qalmışdır. O, həmin bükümlərin birində olan metamfetamindən ürəyi istəyəndə istifadə etmişdir. 03 aprel 2024-cü il tarixdə o, yaşadığı Xaçmaz rayonu, Qaraqurdlu kəndindəki evin yerləşdiyi küçədə olan iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını, onun üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi və satması barədə Xaçmaz RPŞ-nin məlumat daxil olduğunu bildirib buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt içərisində metamfetamin olan bükümlərdə onun əynində olan qolsuz gödəkçənin sol yan cibində olmuşdur. Ona görə də o, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və onlarla birlikdə Xaçmaz RPŞ-nə gələrkən şərait tapıb üzərində olan metamfetaminləri ata bilməmişdir. Xaçmaz RPŞ-nə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin gün üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona müdafiəçi təqdim olunmuşdur. Daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilən zaman o, əynində olan qolsuz qış gödəkçəsinin sol yan cibində gizlədib saxladığı, içərisində psixotrop maddə metamfetamin olan iki ədəd bükümü çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı təqdim etdiyi bükümlərin içərisində olan maddanm “patı”, yəni, psixotrop maddə olan metamfetamin olduğunu, Bakı şəhərində tanımadığım İran vətəndaşından aldığını, bir hissəsini Xaçmaz şəhər sakini Tərlan adlı şəxsə satdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin bükümlər elektron tərəzidə çəkilən zaman çəkilərinin 0,62 və 0,04 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükümlər şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənib götürülmüşdür. Psixotrop maddə olan metamfetamin satdığı Şahid3 ad, söyad və ata adını Şahid3dur, o, Tərlanı uzun müddətdir ki tanıyır, Tərlanla heç bir ədavət və ya düşmənçiliyi yoxdur, Təırlan Xaçmaz şəhərində “İzmayılovka”' adlanan ərazidə yaşayır. Onun stifadəsində olan mobil telefon nömrəsi ***- ***-**-** saylı mobil telefon nömrəsidir. Tərlan 070-830-76- 97 saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, onlar beləcə əlaqə saxlamışlar, danışıb razılaşmışlar, o da Tərlana psixotrop maddə olan metamfetamin satmışdır. Hazırda yaşadı evdə narkotik vasitə və yaxud psixotrop maddə yoxdur. Məhkəmə istintaqında şahid qisimində dindirilən Şahid3 oğlu ifadəsində göstərmişdir ki, o, latın qrafikası ilə yazmağı və oxumağı yaxşı bacarır, onun tərcüməçiyə və ya mütəxəsisə heç bir ehtiyacı yoxdur. O, Xaçmaz şəhəri Qafur Məmmədov küçəsi ev 34-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, iş tapdığı halda tikintilərdə usta kimi işləyir. O, bir il olar ki, el arasında “patı” yəni, əsl adı psixotrop maddə olan metamfetamindən istifadə edir. O, təxminən dörd ay bundan əvvəllədək Bakı şəhərində usta işləmişdir və işi ilə əlaqədar Bakı şəhərində iş yoldaşları ilə kirayə evdə qalmış, Bakı şəhərində işləyən vaxtlardan da psixotrop maddə olan metamfetaminə qurşanmış, elə həmin vaxtdan da tapanda psixotrop maddə olan metamfetamin istifadə edir. Lakin dörd ay olar ki, Bakı şəhərindən Xaçmaz şəhərinə gəlib Xaçmaz rayonu ərazisində iş olduqca gedib işləyib özünün və ailəsinin dolanışığını təmin edir. Onun yaşadığı ev Xaçmaz şəhəri, Q.Məmmədov küçəsində yerləşsə də evinin yerləşdiyi əraziyə el arasında “İzmayılovka” ərazisi deyirlər. O, Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşayan Təqsirləndirilən şəxs 7- 8 ildir ki, tanıyır. Belə ki, Əlinin qardaşı İntiqam Sultanov əvvəllər İzmayılovka adlanan ərazidə, dəmir yolunun yaxınlığında icarəyə götürüb kafe işlətmiş, o da də tez-tez həmin kafeyə getmişdir. Həmin kafedə olarkən kafeni işlədən İntiqamın qardaşı Əli ilə tanış olmuş, ona görə də həmin vaxtdan Əli ilə aralarında münasibət yaranmışdır. Təxminən iki ay bundan əvvəl o, Xaçmaz şəhərində dost-tanışlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs da psixotrop maddə olan metamfetamin istifadə edir və hərdən də satışı ilə məşğul olur. 31 mart 2024-cü il tarixdə pulu olduğu üçün istəmişdir ki, özü üçün psixotrop maddə olan metamfetamin alıb istifadə etsin. Buna görə də 31 mart 2024-cü il tarixdə axşam saat 19:30 radələrində atasının istifadəsində olan 070-830- 76-97 saylı mobil telefon nömrəsi ilə Əlinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon zömrəsinə zəng edib özünü Əliyə tanıtdıqdan sonra Əlidən ona 10 manatlıq “patı”, yəni, psixotrop maddə olan metamfetamin satmasını istəmiş, Əli də ona “təşkil edərik” deyib saat 8, yəni 20 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında görüşmələrini demişdir. O, Əlinin dediyi kimi həmin günü saat 20 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısına getmiş, o da orada Əli ilə görüşmüş, həmin yerdə Əliyə 10 manat pul vermiş, Əli də ona bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin vermişdir. O, Əlidən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aldıqdan sonra oradan birbaşa yaşadığı evə gedib və yaşadığı evə çatdıqdan sonra fikirləşmişdir ki, Əlidən aldığı metamfetamin onun üçün az olacaqdır, sabah da istifadə etmək üçün kifayət etməyəcək, ona görə də gedib Əlidən birini də alsın. Bu məqsədlə yaşadığı evdən bir də Əliyə zəng edib sonuncudan yenə də 10 manatlıq metamfetamin istəmiş və Əli də cavab olaraq yenə də ona gəl təşkil edərik demişdir. O, yaşadığı evdən çıxıb yenə də Xaçmaz rayonu, Qaraqurdlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısına getmiş və həmin vaxt, yəni saat 21 radələrində Əli ilə görüşüb orada Əlidən yenə də bir ədəd kibrit qutusunda metamfetamin almışdır. Əli ikinci dəfə aldığı metamfetamini kağıza büküb kibrit qutusuna qoymuş, on da həmin bükümü kibrit qutusu ilə birgə vermişdir. O, Əlidən metamfetamini aldıqdan sonra yaşadığı evə gedib həmin gecə Əlidən birinci dəfə' aldığı bükümdəki metamfetamini istifadə etmiş, ikinci dəfə aldığı metamfetamini isə kibrit qutusu ilə birlikdə əynində olan qolsuz gödəkçənin sol yan cibinə qoyub, sonradan istifadə üçün üzərində saxlamışdır. 01 aprel 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Xaçmaz şəhəri, Q.Məmmədov küçəsində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəli olduğunu ona bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt psixotrop maddə üzərində olduğundan polislərin bundan məlumatlı olmalarını başa düşüb onların təklifi ilə razılaşaraq Xaçmaz rayon polis şöbəsinə getmişdir. Onlar Xaçmaz rayon polis şöbəsinə getdikdən sonra RPŞ-nin İB-nin müstəntiqi Rəşad Babayev gələrək vəkil Pərviz Müslümovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. X8 müdafiəçinin iştirakı ilə videoçəkilişə üzərinə şəxsi axtarış keçiriləcəyini ona dedikdə o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış zamanı o, üzərində metamfetamin olmasını etiraf edib əynindəki ağ rəngli qısaqol qış gödəkçəsinin sol yan cibində olan 1 ədəd kibrit qutusunda saxladığı 1 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilmiş, qanunsuz başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin bükülüyə baxılarkən içərisində metamfetaminə bənzər ağ rəngli kütlənin olmasını və haradan əldə etməsini ondan soruşduqda o, həmin bükümdəki kütlənin metamfetamin olduğunu və onu tanışı Əli adlı şəxsdən 20 manat pula alaraq bir hissəsini istifadə etdiyini və bir hissəsini isə üzərində saxladığını bildirmişdir. Müstəntiq tərəfindən 1 ədəd kağız bükümdə metamfetamin kağız bükümlə birlikdə götürülmüş və kibrit qutusu isə əhəmiyyət kəsb etmədiyindən mənə qaytarılmışdır. Həmin 1 ədəd ağ rəngli kağız bükümdə metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən həmin bükümün ümumi çəkisinin 0,59 qram olması məlum olmuşdur. Bundan sonra həmin bir ədəd büküm müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar tərtib edilmiş protokol onlara oxunduqdan sonra doğurluğunu imzaları ilə təsdiq etmişlər. O, şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamini üzərində saxlamışdır.O, RPŞ-nə dəvət edilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq və yaxud zor tətbiq edilməmişdir. O, üzərində yəni qış gödəkçəsinin cibindəki kibrit qutusunda olan 1 ədəd bükümdə psixotrop maddəni özü könüllü olaraq təqdim etmişdir. O, üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetamini Xaçmaz rayon sakini Əli adlı tanışından istifadəsi üçün almış, öz istifadəsi üçün üzərində saxlamış və onun başqa məqsədi olmamışdır. Əli adlı şəxs ona 2 büküm maddəni yəni metamfetamini 20 manat pula satmışdır. Belə ki, 31 mart 2024-cü il tarixdə Əli ona 2 dəfə metamfetamin satmışdır. Əli ona 2 dəfə hər bükümü 10 manat olmaqla cəmisi 2 büküm metamfetamin satmışdır. O, Əlidən aldığı birinci bükümü istifadə etmiş və ikinci büküm isə onun üzərindən aşkar edilmiş bükümdür. Sonuncu dəfə 31 mart 2024-cü il tarixdə axşam saat 21 radələrində Xaçmaz rayonu Qaraqurdlu kəndində Zərifə Əliyeva küçəsində yerləşən “Oba” marketin qarşısında 1 ədəd kibrit qutusunda 1 ədəd kağız bükümdə Əlidən metamfetamin almışdır. Xaçmaz rayon sakini kimi bildirdiyi Əli adlı tanışı Xaçmaz rayonu Qaraqurdlu kəndində yaşayır və Əlinin soyadı Sultanov olmalıdır. Məhkəmə istintaqında şahid qisimində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 aprel 2024-cü il tarixdə Xaçmaz şəhər sakini Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması barədə əldə etdikləri əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar tərəfindən Şahid3 saxlanılıb Xaçmaz RPŞ-nə gətirilmiş və rayon polis şöbəsində şəxsi axtarış zamanı Şahid3 üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 səmimi şəkildə etiraf edərək üzərindən aşkar olunmuş maddənin psixtrop maddə olan metamfetamin olduğunu və həmin maddəni tanışı Əli adlı şəxsdən aldığını bildirmişdir. Şahid3 barəsində müstəntiq Elşən Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən Şahid3 həmin maddəni satan Əli adlı şəxsin müəyyən edilməsindən ötrü əməliyyat taprşığı verilmiş, onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid3 psixotrop maddə olan metamfetamini satmış şəxsin Xaçmaz rayonu, Qaraqurdlu kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra 03 aprel 2024-cü il tarixdə psixotrop maddələrin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib satması barədə onlar əməliyyat məlumatı əldə etmişlər. Şahid3 olduğu üçün kimi həmin tədbiri Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirmişlər və keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 14:30-da Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi İstintaq bölməsinin baş müstəntiqi Elşən Əliyevə həvalə olunmuşdur. Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiə hüquqları təmin edildikdən sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qolsuz gödəkçənin sol yan cibindən iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs da etiraf edərək tanışı Tərlan adlı şəxsə psixotrop maddə olan metamfetamin satdığını bildirmişdir. Bundan sonra Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində metamfetamin olan bükümlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis polkovnik-leytenantı Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X12 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qolsuz qış gödəkçəsinin sol yan cibindən iki ədəd gümüşü rəngli folqa bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntü 01 ədəd “DVD” formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin videogörüntüyə 05 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qolsuz qış gödəkçəsinin sol yan cibindən iki ədəd gümüşü rəngli folqa bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsinin öz təsdiqini tapması müəyyən edilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fıziki-kimyəvi ekspertizalar şöbəsinin 02 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1778 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №58» dairəvi möhür əksləri, “Şahid3 üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş kütlə” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fıziki-kimyəvi ekspertizalar şöbəsinin 04 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1831 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən..» sözləri olan zərfdəki 2 ədəd ayrı-ayrılıqda təmi çəkiləri 0,472 qr., 0,030 qr., ümumi təmiz çəkisi 0,502 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fıziki-kimyəvi ekspertizalar şöbəsinin 13 may 2024-cü il tarixli 3-16-16/1-6/2045 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şahid3 üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş kütlə..» sözləri olan l№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan psixotrop maddə metamfetaminlə üzərində “..Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan 2№-li zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,402 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 03 may 2024-cü il tarixli 2918 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumilikdə təmiz çəkisi 0,502 qram çəkidə psixotrop maddə olan metamfetamin Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanmmşdır. Həmin psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,302 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında narkotik vasitələrin satışı ilə bağlı iki obyektiv cəhət qeyd olunmuşdur: 1) narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və 2) narkotik vasitəni satma. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №li Qərarın 9-cu bəndində də göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Plenumun Qərarına istinadən hesab edir ki, araşdırılan cinayət işinin hallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satış niyyətində olmasına kifayət qədər dəlillər vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Yuxarıda sadalan müvafiq Qanunların normalarına, Ali Məhkəməninin Plenumunun Qərarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində 2 ədəd ayrı-ayrılıqda təmi çəkiləri 0,472 qr., 0,030 qr., ümumi təmiz çəkisi 0,502 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin məhz satış məqsədilə əldə edib, saxlaması və daşıması faktı tam olaraq sübuta yetirilir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi il irəli sürülmüş ittiham üzrə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğuna hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 4(067)-53/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, 0,502 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,302 qram məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 162 (bir yüz altmış iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu gündən, yəni 03 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, 0,502 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,302 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 162 (bir yüz altmış iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-142/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-142/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver