Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-143/2021 30.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Ağayeva (Ramazanova) Elnurə Əliyar qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, H.Aslanov küçəsi, ev 74-də yaşayan, barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 oktyabr 2018-ci il tarixdən hesablanmaqla övladları 23 may 2011-ci il təvəllüdlü X7 oğlunun və 01 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 aprel 2019-cu il tarixli 2(060)-996/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində çıxarılmış 23 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli, 3(067)-644/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 03 avqust 2020-ci və 13 aprel 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 28 aprel 2021-ci il tarixədək 8779,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Ağayeva (Ramazanova) Elnurə Əliyar qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 2010-cu ilin avqust ayında Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikaha, 28 mart 2011-ci il tarixdən isə Xaçmaz rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2011-ci il təvəllüdlü oğlu Teymur və 2013-cü il təvəllüdlü qızı Aylin dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs boşanmaq istəməsini məhkəmədən bildiriş gəldikdə bilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən 24 oktyabr 2018-ci il tarixdən hesablanmaqla oğlu X7 oğlunun və qızı X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Alimenti ödəyə bilmədiyi üçün Xaçmaz rayon Məhkəməsinin qərarı ilə 2019-cu il tarixdə 500,00 manat cərimə olunmuş, 2020-ci il tarixdə isə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda santexnik ustası kimi fəaliyyət göstərir. Aliment ödəyə bilər, lakin həmin aliment ödənişinin uşaqların saxlanılması üçün istifadə edilibedilməməsini bilmir. Hesab edir ki, Zərərçəkmiş şəxs özü boşanmaq istəmiş, ona görə də alimenti ödəməməlidir. Odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq alimenti ödəməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Ağayeva (Ramazanova) Elnurə Əliyar qızı bildirdi ki, 2010-cu ilin avqust ayında Təqsirləndirilən şəxs ilə qeyri rəsmi nikaha, 28 mart 2011-ci ildən isə Xaçmaz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2011-ci il təvəllüdlü oğlu Teymur və 2013-cü il təvəllüdlü qızı Aylin dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs nikah dövründə Xaçmaz rayon Mühafizə polis şöbəsində işləmiş, işdən çıxarıldığından usta işləmiş, sonra Türk şirkətində işə düzəlmişdir. Təqsirləndirilən şəxs ilə əvvəl münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş, bir-birilərini başa düşməmiş və bu da ailədə sözsöhbətə gətirib çıxarmışdır. Bu səbəblərdən boşanmaq qərarına gəlmiş və məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-996/2019 saylı 17 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 24 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 23 may 2011-ci il təvəllüdlü oğlu X7 oğlunun və 01 fevral 2013-cü il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi çıxarılmağına baxmayaraq icra məmurları tərəfindən tədbir görülsə də, Təqsirləndirilən şəxs alimenti ödəməkdən imtina etmişdir. Bundan sonra Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində protokollar tərtib edilərək Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə 500 manat inzibati qaydada cərimə və 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətlərdən sonra da Təqsirləndirilən şəxs alimentin ödənilməsi ilə bağlı heç bir cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs hər dəfə açıq şəkildə alimenti ödəməyəcəyini demişdir. Türk şirkətində işləyəndə Pərvizin qazancı çox yüksək olmuş, Türkiyə Respublikasına gedib gəlmişdir. Təqsirləndirilən şəxs hər dəfə hər yerə pul xərcləyəcəyini, lakin aliment pulunu ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət orqanlarına getdikdə əsa ilə, lakin inzibati binalardan çıxdıqda normal şəkildə gəzmişdir. Alimenti ödəməmək üçün çoxlu bəhanələr gətirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(060)-996/2019 saylı icra qətnaməsinə əsasən X1 24 oktyabr 2018-ci il tarixdən başlayaraq hər ay 23 may 2011-ci il təvəllüdlü oğlu X7 oğlu və 01 fevral 2013-cü il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, 308 manat aliment alınaraq X4 verilməlidir. Xaçmaz rayon icra və probasiya şöbəsində 15 may 2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb tam yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qanaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə əməl etmədiyi və icra sənədinin icrasından yayındığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Xaçmaz Rayon Məhkəməsinə verilmiş və məhkəmənin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Təqsirləndirilən şəxs 500 manat inzibati cərimə təyin edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, hərəkətsizlik göstərmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri icra etməmişdir. Sonradan borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasından yayındığı üçün Xaçmaz Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati həbs təyin edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 8(067)-161/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə sonuncu xəbərdarlıq göndərilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş aliment tələbi üzrə borcunu tam ödəməmiş və hətta ödənilməsinə təşəbbüs göstərməmişdir. 28 aprel 2021-ci il tarixə borclunun aliment tələbinə dair icra sənədi üzrə 8779 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-996/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsini dəfələrlə inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Onun əməlində qərəzlilik elementleri vardır. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-996/2019 saylı 17 aprel 2019cu il tarixli qətnaməsi ilə 24 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 23.05.2011-ci il təvəllüdlü X7 oğlunun və 01.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə 15.05.2019-cu il tarixli qərardan görünür ki, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş 15 may 2019-cu il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icracısı Şahid1 tərəfindən tərtib olunmuş icraata başlamaq haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 3(067)-637/2019 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-996/2019 saylı 17 aprel 2019-cu il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 3(067)-644/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 2(060)-996/2019 saylı 17 aprel 2019-cu il tarixli qətnaməsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Xaçmaz rayon Məhkəməsinin inzibati xəta haqqında 20 sentyabr 2019-cu il tarixli və 23 iyul 2020-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt şəhər məhkəməsinin 2(060)-996/2019 saylı 17 aprel 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-143/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-143/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver