Məhkəmə qərarları › İş №1(067)-143/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-143/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-143/2022 13.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 27 avqust 1976-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 may 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 480.0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə ilə idarə etdiyi X1 adına qeydiyyatda olmaqla özünə məxsus olan "Vaz 21214 minik" markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən 16 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonunun Xudat şəhəri, H.Əliyev küçəsində idarə etdiyi yuxarıda qeyd edilən avtomobillə saxlanılıb Xudat polis bölməsinin inzibati binasına gətirilərək həmin bölmənin həyətində 16 iyun 2022-ci il tarixdə saat 16:30-dən 16:40-dək olan müddətdə onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı avtomobilin ön sol oturacağının altındakı sellofan torbadan təmiz çəkisi 480.0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, bir neçə il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 15 iyun 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində Xəzər dənizinin sahilində gəzərkən yerdən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuna tapmış, gələcəkdə şəxsi istifadəsi üçün həmin marixuananı idarə etdiyi «Vaz 21214 minik» markalı Az ** GF *** qeydiyyat nömrə nişanlı avtomobilin ön sol oturacağının altına qoyub saxlamışdır. 16 iyun 2022-ci il tarixdə günorta saatlarında təxminən saat 13:20 radələrində özünə məxsus «Vaz 21214 minik» markalı Az ** GF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edib Xudat şəhəri, H.Əliyev küçəsinə gələrək yolun kənarında avtomobilini saxlamış, həmin vaxt polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Xudat polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müstəntiq tərəfindən ona video çəkilişlə üstünə şəxsi axtarış, avtomobilinə isə baxış keçiriləcəyi bildirilmiş, sonra ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, üzərində heç bir əşya olmadığını bildirdikdə polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilmiş və üzərində heç nə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ona videoçəkilişlə idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşları ona avtomobilində gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, avtomobilinin ön sağ qapısını açıb sol oturacağın altında gizlədib saxladığı bir ədəd sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müstəntiq sellofan torbanı onun və vəkilin iştirakı ilə açıb içərisində olan bitki kütləsinin nə olduğunu, haradan aldığını soruşmuş, o da torbadakı kütlənin narkotik vasitə marixuana olmaqla özünə məxsus olduğunu, bir gün əvvəl taparaq şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Daha sonra həmin marixuana müstəntiq tərəfindən bir ədəd paketə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O da marixuananın qablaşdırıldığı paketin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməliyyat müvəkkili X5 göstərdi ki, 16 iyun 2022-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O dərhal bu məlumatı polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə özü və Xudat polis bölməsinin sahə rəisi Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və əməliyyat qurupunun üzvləri olaraq onlara hüquq və vəzifələri, tədbir zamanı davranış xətti izah edilmişdir. 16 iyun 2022-ci il tarixdə saat 13:20-də onlar Təqsirləndirilən şəxs “Vaz 21214 minik” markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhəri. H.Əliyev küçəsində olmasını müəyyən edib ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və idarə etdiyi avtomobildə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs Xudat polis bölməsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xudat polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir əşya, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol imzalanaraq doğruluğu təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21214 minik" markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə özünün, müdafiəçisinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin təklifdən sonra idarə etdiyi Vaz 21214 minik markalı avtomobilin ön sağ qapısını açaraq sol oturacağın altından bir ədəd qara rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə bütün iştirakçıların iştirakı ilə müstəntiq tərəfindən açılıb baxılarkən orada sonradan narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilən bitki kütləsi aşkar edilmişdir. İçərisində olan bitki kütləsinin nə olduğu, haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, heç bir şəxsə narkotik vasitə satmadığını, torbadakı kütlənin narkotik vasitə marixuana olmaqla özünə məxsus olduğunu, bir gün əvvəl taparaq şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Aşkar olunmuş marixuana olan sellofan torba ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüş, avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin polis sahə rəisi Şahid2 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus “Vaz 21214 minik” markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə Xaçmaz rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X9 tərəfindən baxış keçirilməsi haqqında tərtib edilmiş 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus idarə etdiyi avtomobildə təqsirləndirilən şəxsin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Xudat polis bölməsində şəxsi axtarış aparılmış, axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hər hansı qanunsuz əşya və ya narkotik vasitənin olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu təsdiq etməklə idarə etdiyi avtomobilin ön sağ qapısını açaraq ön sol oturacağın altından bir ədəd qara rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə bütün iştirakçıların iştirakı ilə müstəntiq tərəfindən açılıb baxılarkən orada qurudulmuş marixuana olması müəyyən edilmişdir. İçərisində olan bitki kütləsinin nə olduğu, haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs torbadakı kütlənin narkotik vasitə marixuana olmaqla özünə məxsus olduğunu təsdiq etmişdir. Müstəntiq tərəfindən içərisində bitki kütləsi olan bir ədəd sellofan torba müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüş, iştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 16 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Vaz 21214 minik” markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılması görüntüləri özündə əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 16 iyun 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 7/645 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, təmiz çəkisi 480,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 479,9 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 avqust 2022-ci il tarixli, 4402 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 26 iyun 2022 və 17 avqust 2022-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş ümumi təmiz çəkisi 480.0 qram olan narkotik vasitə qurudulmuş marixuana xx.xx.2022-ci il tarixli qərarla və bir ədəd içərisində avtomobilə baxış videogörüntüsü olan disk daşıyıcı xx.xx.2022-ci il tarixli qərarla işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan 480,0 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 479,9 qram qalığı saxlanılmasından ötrü Xaçmaz rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 5(067)-108/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməliyyat müvəkkili X2 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 16 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 sentyabr 2001-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 may 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli arayışdan, 17 oktyabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 361933 saylı və 10 avqust 2022-ci il tarixli, AZ-İV seriyalı, 775299 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Xudat şəhəri, Əbilov küçəsi ev 35 ünvanında yaşamaqla ailə tərkibi- arvadı X6, uşaqları-xx.xx.2019-cu il təvəllüdlü X7 və 17 iyul 2022-ci il təvəllüdlü X3 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 480.0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə ilə idarə etdiyi X1 adına qeydiyyatda olmaqla özünə məxsus olan "Vaz 21214 minik" markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən 16 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonunun Xudat şəhəri, H.Əliyev küçəsində idarə etdiyi yuxarıda qeyd edilən avtomobillə saxlanılıb Xudat polis bölməsinin inzibati binasına gətirilərək həmin bölmənin həyətində 16 iyun 2022-ci il tarixdə saat 16:30-dən 16:40-dək olan müddətdə onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı avtomobilin ön sol oturacağının altındakı sellofan torbadan təmiz çəkisi 480.0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinin əsası kimi cəmi 1 kibrit qutusunda narkotik vasitə marixuana əldə etməsi və həmin miqdarda onun avtomobilində narkotik vasitə aşkar olunması, lakin sonradan sənədləşdirmələrdə narkotik vasitənin miqdarının artıq yazılması və bu kimi ifadəsində irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Əksinə olaraq məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus “Vaz 21214 minik” markalı Az ** GF *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılması görüntüləri özündə əks olunan disk daşıyıcıya təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu, axtarış aparılması görüntülərinin doğru olduğunu və elan olunmuş ittihamda özünü təqsirli bildiyini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, şahidləri ifadələri, ekspert rəyi, videogürüntüyə dair disk və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram, külli miqdar üçün isə 500 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 16 iyun 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında 17 iyun 2022-ci il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 15:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2022-ci il tarixdə saat 18:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2022-ci il saat 15:10-dan 17 iyun 2022-ci il saat 18:00-dək tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 479,9 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus avtomobilə axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 72 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il saat 15:10-dan 17 iyun 2022-ci il saat 18:00-dək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 479,9 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus avtomobilə axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar