Məhkəmə qərarları › İş №1(067)-144/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-144/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-144/2025 20.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Video konfrans vasitəsilə iclasa qoşulmuş zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 2002-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qedyiyyatda olmaqla, faktiki olaraq ünvan 2 yaşayan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 22:30 radələrində qaranlıq və quru hava şəraitində X6 məxsus “VAZ 21154 MİNİK” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla etibarnamə əsasında idarə edib Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən “Ailə” marketin qarşısında yolu keçməkdə və alkoqollu sərxoşluğu vəziyyətində olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun ehtiyatsızlıqdan “baş beyin silkələnməsi ilə müşayiət olunan sağ tərəf alın və sağ təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ kürək sümüyünün sınığı, ön çarpaz bağın qopması, medial kollateral bağın grade lll-İV zədələnməsi, medial meniskin arxa buynuzunda kompleks yırtığı, hemartos ilə müşayiət olunan sol incik və qamış sümüklərinin qapalı sınıqları” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuş, bununla da o, avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünə məxsus Vaz- 21154 MİNİK markalı ** MT *** qeydiyyat nömrə nişanlı avtomobil olmuş və həmin avtomobili etibarnamə ilə etmişdir. Nəqliyyat vasitəsini idarə etmək üçün «Вı,В,Cı,C» dərcəli sürcülük vəsiqəsi vardır. 05 oktyabr 2024cü il tarixdə təxminən saat 22 radələrində özünə məxsus Vaz-21154 MİNİK markalı ** MT *** qeydiyyat nömrə nişanlı avtomobili idarə edib Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gələrək orada olan bankomatdan pul çıxarmış, sonra isə avtomobilinə əyləşib Xaçmaz şəhəri, 20 -Yanvar küçəsi ilə yaşadığı ev istiqamətində getməyə başlamışdır. 05 oktyabr 2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən «Ailə» marketlə üzbəüz olan aptekin qarşısına çatanda bir nəfər piyadanın yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkət etməsini görmüşdür. Piyadanı görəndə əyləci basıb avtomobili sola tərəf istiqamətləndirərək əks hərəkət zolağına çıxmışdır. Piyada da sola doğru hərəkət edib əks hərəkət zolağına çıxmış və əks hərəkət zolağında piyadanı vurmuşdur. Piyada avtomobilin alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Sonra olduqları yerə təcili tibbi yardım avtomobili gəlmiş və piyadanı təcili tibbi yardım avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və iştirakı ilə hadisə yerinə baxış keçirmişdirlər. Hadisə ərəfəsində avtomobilinin salonunda dostu Şahin olmuşdur. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxsin ailəsinə onun ailəsi tərəfindən 3500 manat pul ödənilmiş və müəyyən xəstəxana xərcləri də qarşılanmışdır. Hadisəni törətməkdə peşmandır. Məhkəmə istintaqında iş üzrə zərəçəkmiş şəxsin hüquqi varisi X1 Respublikasında yaşadığından videokonfrans vasitəsilə dindirilərkən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma atası olmuşdur. Özü hal-hazırda Türkiyədə yaşayır. Atası baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölməmişdir. 20 mart 2025-ci il tarixdə yaşadığı evdə pnevmaniya, yəni ağ ciyərlərinə su yığılması xəstəliyindən ölmüşdür. Hadisə ilə bağlı onu bilir ki, 05 oktyabr 2024-cü il tarixdə atası anasını işdən qarşılamağa gedən zaman Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ilə yolu keçən zaman tanımadığı şəxs tərəfindən idarə edilən avtomobillə vurularaq xəsarət yetirilmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs ilkin olaraq atasının tibbi vəziyyəti ilə əlaqədar maraqlanmış, müəyyən xərcləri qarşılamışdırlar, lakin atası xəstəxanadan çıxandan sonra onunla heç kim maraqlanmamışdır. Mehmanın ailəsi tərəfindən onlara 3500 manat məbləğində pul ödənilmişdir, lakin bu pul atasının aldığı xəsarətin müalicəsi üçün kifayət etməmişdir. Ailəsinin çəkdiyi maddi və mənəvi ziyanı ödəmir. Baş vermiş hadisə üzrə Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə təxminən saat 22 radələrində Mehmana məxsus Vaz-21154 MİNİK markalı ** MT *** qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gələrək orada olan bankomatdan pul çıxarmışlar, sonra isə avtomobilə əyləşib Xaçmaz şəhəri, 20 Yanvar küçəsi getmişdirlər. 05 oktyabr 2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən «Ailə» marketlə üzbəüz olan aptekin qarşısına çatanda Mehman idarə etdiyi avtomobillə bir nəfər piyadanı yolun hərəkət hissəsində ehtiyatsızlıqdan vurmuş, piyada avtomobilin alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Piyadanı təcili tibbi yardım avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışdırlar. Mehman avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri ilə yanaşı, iş üzrə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan komisyon məhkəmə-tibbi ekspertizasının 10 iyun 2025-ci il tarixli T401/2025 nömrəli rəyinə əsasən 1960-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sağ tərəf alın və sağ təpə-ənsə nahiyələrinin əzilmişcırılmış yaraları, sağ kürək sümüyünün sınığı, ön çarpaz bağın qopması, medial kollateral bağın grade lll-İV zədələnməsi, medial meniskin arxa buynuzunda kompleks yırtığı, hemartros ilə müşayiət olunan sol incik və qamış sümüklərinin qapalı sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə bir mexanizmdən yarandığından onların məhkəmə-tibbi baxımdan ayrılması düzgün deyildir, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü- özünə yetirə bilməsini inkar edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə pnevmoniya xəstəliyindən ölmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli 8/3385 nömrəli rəyinə əsasən: 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-21154 MİNİK markalı, 90- MT-315 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz RPŞnin TB-nin sabiq təhqiqatçısı, polis mayoru X8 tərəfindən tərtib olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, hadisənin baş verdiyi yer Xaçmaz şəhəri, 20 Yanvar küçəsidir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz şəhər bazarı istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Həmin yerdə yolun hərəkət hissəsinin eni 12 metrdir. Sağ tərəfdə olan səkinin eni 1,6 metr, sol tərəfdə olan səkinin eni 1,4 metrdir. Hadisə ərəfəsində Vaz-21154 MİNİK markalı ** MT *** qeydiyyat nömrə nişanlı avtomobil 20 Yanvar küçəsi ilə Xaçmaz şəhər bazarı istiqamətində, piyada isə yolun sol hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Avtomobil texniki cəhətdən saz olmuşdur. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsidir. İş materiallarında olan İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 06 oktyabr 2024-cü il tarixli sərxoşluq hallarının 642634 nömrəli alkotester qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 13-16/10/2-3541/25 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs sürücülük hüquququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydiyyata alınmayıb . İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Onun barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır Beləliklə də, Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 22:30 radələrində qaranlıq və quru hava şəraitində X6 məxsus “VAZ 21154 MİNİK” markalı **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla etibarnamə əsasında idarə edib Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən “Ailə” marketin qarşısında yolu keçməkdə və alkoqollu sərxoşluğu vəziyyətində olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun ehtiyatsızlıqdan “baş beyin silkələnməsi ilə müşayiət olunan sağ tərəf alın və sağ təpə-ənsə nahiyələrinin əzilmişcırılmış yaraları, sağ kürək sümüyünün sınığı, ön çarpaz bağın qopması, medial kollateral bağın grade lll-İV zədələnməsi, medial meniskin arxa buynuzunda kompleks yırtığı, hemartos ilə müşayiət olunan sol incik və qamış sümüklərinin qapalı sınıqları” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuş, bununla da o, avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (zərərçəkmiş şəxsin ailəsinə 3500 manat pulun ödənilməsi və müəyyən tibbi xərclərin çəkilməsi) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətçi olması və təqsirləndirilənin zərərçəkmişlə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384, 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübutun, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar