Məhkəmə qərarları › İş №1(067)-145/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-145/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-145/2021 23.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1973-cü ildə Xaçmaz şəhərində anadan anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu Dağıstan küçəsi ev 28, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 06 may 2021-ci il tarixdə saat 17:30-dan 17:50-dək olan müddətdə Xaçmaz RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli gödəkcənin sol yaxa cibindən bir ədəd gümüşü kağız bükümündə təmiz çəkisi - 0,518 qram və 01 ədəd şprisdə çəkisi 0.003 ml olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə heroin istifadə etmişdir. 14 yanvar 2021-ci il tarixdə o, sol ayağından əməliyyat olunmuş və bununla bağlı Bakı şəhərində xəstəxanalarda və ya sağlamlıq mərkəzlərinə gedib müalicə alır. Təxminən bir neçə həftə əvvəl o, Bakı şəhərində yerləşən sağlamlıq mərkəzlərinin birinə müalicə üçün getmişdir. Lakin şəhəri yaxşı tanımadığından həmin mərkəzin yerləşdiyi yer dəqiq yadında deyil. O, həmin yerdə olan vaxt tanımadığı orta yaşlı bir kişi ilə həmsöhbət olmuş, söhbət əsnasında ona ağrıları olduğunu demişdir. Həmin kişi də ona demişdir ki, məndə heroin var, istəyirsən sənə bir istifadəlik verim istifadə et. O da razılaşmış və həmin şəxs ona bir ədəd kağız bükümündə heroin vermişdir. O da həmin narkotik vasitənin lap az hissəsini iynə ilə dəri altına vurmaqla qəbul etmişdir. Qalan hissəni isə saxlamışdır ki, ondan başqa vaxt 2-3 dəfə istifadə edər. O, heroinin qalan hissəsini elə həmin bükümdə cibinə qoyub saxlamış, narkotik vasitəni ona verən şəxsə pul təklif etsə də götürməmiş, ona pulsuz vermişdir. Sonra da həmin narkotik vasitəni özüylə yaşadığı Xaçmaz rayonuna gətirmişdir. 06 may 2021-ci il tarixdə saat 16 radələrində öz yaşadığı küçədə olan vaxt üzərimdə də narkotik vasitə olan “kakos” var imiş. Həmçinin ondan bir istifadəlik şpirisə çəkərək hazırlamışdır ki, ağrısı olan kimi istifadə etsin. O, küçədə olan vaxt iki nəfər tanımadığı şəxs ona yaxınlaşmış və Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb daşımağı barədə əməliyyat məlumatı olduğunu bildirmişlər. Bundan sonra həmin şəxslər onu Xaçmaz RPŞ-yə dəvət etmişlər və o da polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Yol boyu polis əməkdaşları onun davranışına nəzarət etdiyi üçün o, üzərində olan narkotik vasiətəni üzərindən kənarlaşdıra bilməmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında xidməti otağa gəldikdən sonra müstəntiq tərfindən ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Həmin vaxt müstəntiq tərəfindən Xaçmaz RPŞ-nə gətirilməyinin səbəbi, hüquq və vəziəfələri izah edildikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış aparılmışdır. Bu zaman ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilən hər hansı bir əşya varsa təqdim etsin. O da həmin vaxt əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yaxa cibindən iki ədəd şpris, heroini hazırlamaq üçün istifadə etdiyi bir ədəd şüşə qabı, həmin gödəkcənin sağ yaxa cibindən “Prima” markalı siqareti və bir ədəd yaşıl rəngli alışqanı, əynimdə olan tünd göy rəngli şalvarın sol yan cibindən 4 manat pulu çıxarıb təqdim etmişdir. Daha sonra müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış və əynində olan tünd yaşıl rəngli gödəkcənin sol cibindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açıldıqda içərsində tünd qəhvəyi rəngli kütlə, yəni narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra müstəntiq ona sual verib şprisin içərisindəki mayenin, bir ədəd gümüşü rəngli kağız bükümdə olan tünd qəhvəyi rəngli kütlənin nə olmasını soruşduqda o, bildirmişdir ki, şprisin içərisindəki maye şəkilində olan narkotik vasitə heroindir. Onu şüşə qabda bişirib hazırladığını bildirmişdir. Daha sonra üzərindən aşkar edilən bir ədəd gümüşü rəngli kağız bükümün içərisindəki kütlənin isə narkotik vasitə olan heroin olmasını və bir hissəsini istifadə etdiyini qalanını isə öz istifadəsi üçün üzərində gəzdirib, saxlamaqla daşıdığını bildirmişdir. Müstəntiq ondan narkotik vasitəni hardan əldə etdiyini soruşduqda bildirmişdir ki, həmin narkotik vaistəni tanımadığı bir şəxsdən Bakı şəhərində almışdır. Daha sonra üzərindən aşkar edilən 2 ədəd şpris, 1 ədəd şüşə qab və 1 ədəd içərisində narkotik vasitə heroin olan gümüşü rəngli kağız büküm müstəntiq tərəfindən qablaşdırılaraq götürülüb zərfdə qabalaşıdırıldıqdan sonra həmin zərfin üzərinə o və şəxsi axtarışda iştirak edən digər şəxslər imza edib tamlığını təsdiq etmişlər. Daha sonra üzərindən aşkar edilən “Prima” markalı siqaret və alışqan, 4 manat pul onun özünə qaytarılmışdır. Həmin narkotik vasitəyə görə heç kimə pul verməmiş və heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə Xaçmaz şəhəri Dağıstan küçəsi ev 28, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid1 da yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Həmin gün saat 16:40 radələrində Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında əməliyyat müşahidəsinə götürmüşlər. Təqsirləndirilən şəxs tez-tez cibini yoxlayır, özünü şübhəli aparırmış. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə daxil olmuş məlumat dəqiq olduğundan onlar təxminən 3-5 dəqiqə sonra ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razılaşaraq onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Daha sonra müdafiəçinin və onların iştirakıyla Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Şəhriyar Kərimli tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs müstəntiq tərəfindən təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki gödəkcənin sol yaxa cibindən iki ədəd şpris, bir ədəd şüşə qab, gödəkcənin sağ cibindən bir ədəd alışqan və bir ədəd siqaret qutusu, əynindəki şalvarın sol yan cibindən isə pul əskinazları çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra X4 tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və ənindəki gödəkcənin sol yaxa cibindən bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şprisdəki məhlulun narkotik vasitə kakos olmasını və istifadəsi üçün hazırladığını bildirmişdir. Gümüşü bükümdəki maddənin isə “kakos” adlanan kimyəvi maddə olmasını, şəxsi istifadəsi üçün Bakı şəhərindən aldığını bildirmişdir. X4 tərəfindən həmin kütlə, 2 ədəd şpris və bir ədəd şüşə qab bir ədəd zərfə qoyularaq qablaşdırılmış, imzalanaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X4 həmin qablaşmanı ekpertizaya təqdim etmək üçün götürmüdşür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret və alışqan, 4 manat pul onun özünə qaytarılmışdır. Baxış prosesi əvvəldən sonadək videokamera ilə lentə alınmış və bitdikdən sonra çəkiliş də dayandırılmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 07.05.2021-ci il tarixdli 6/1861 nömrəli rəyindən görünür ki -tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N58” dairəvi möhür əksi olan”, “Və. Təqsirləndirilən şəxs...” sözləri, adlar, soyadlar və imzalar olan bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0.518 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 1 ədəd 1 ml həcmli şprisdə 0.3 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0.003 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 06.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli papaq, tünd yaşıl rəngli gödəkcə, qara rəngli şalvar,qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yaxa cibindən 2 ədəd şprisi, 1 ədəd şüşə qabı, əynindəki gödəkcənin sağ yaxa cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, əynində olan şalvarın sol yan cibindən isə pul çıxarıb xidməti otaqda masnın üzərinə qoymuşdur. Daha sonra müstəntiq X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yaxa cibindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmiş, bundan sonra şəxsi axtarışın aparılması davam etdirilsə də Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd gümüşü rəngli kağız büküm açılmış və həmin bükümün içərisindən tünd qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd gümüşü rəngli kağız bükümdə olan kütlənin narkotik vasitə “kakos” olduğunu bildirmiş və həmin narkotik vasitəni Bakı şəhərindən tanımadığı şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirib saxlayıb, daşıdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 2 ədəd şprislərdən birinin içərisində olan maye kütləsinin narkotik vasitə “kakos” yəni heroin olduğunu və həmin şprislərdə narkotik vasitə olan “kakosu” qəbul etmək üçün hazırladığını, üzərindən aşkar edilən şüşə qabda isə narkotik vasitə olan heroini bişirib hazırladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan gümüşü rəngli büküm, iki ədəd (birinin içərisində tünd qəhvəyi rəngli maye olan) şprislər, bir ədəd şüşə qab zərfdə qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd alışqan, siqaret və 4 manat pul maddi sübut əhəmiyyəti daşımadığından özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə 22 may 2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Həmin diskə məhkəmə tərəfindən baxış keçirilmiş və şəxsi axtarış keçirilməsi haqqında 06.05.2021-ci il tarixli protokolda göstərilən hallar öz təsdiqini tapmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə narkoloji ekspertizasının 09 iyul 2021-ci il tarixli 2226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış 16.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 06 may 2021-ci il tarixdə saat 17:30-dan 17:50-dək olan müddətdə Xaçmaz RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli gödəkcənin sol yaxa cibindən bir ədəd gümüşü kağız bükümündə təmiz çəkisi -0,518 qram və 01 ədəd şprisdə çəkisi 0.003 ml olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 20:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə gətməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə narkomaniyadan məcburi müalicə olunması vəzifəsi qoyulmalı və onun məcburi müalicə olunmasına nəzarət Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,518 qram narkotik vasitə heroin və 01 ədəd şprisdə 0.3 ml heroin məhlulu 22.05.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 0,468 qram qalığı və heroin məhlulunun 0.15 ml qalığı, habelə 01 ədəd boş şpris və 01 ədəd şüşə flakon məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs Şərafəddin oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Şərafəddin oğlu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şərafəddin oğlunun 06.05.2021-ci il tarixdən 07.05.2021-ci il tarixdək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şərafəddin oğlunun üzərinə yaşayış yerini 20:00-dan 08:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs Şərafəddin oğlunun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Şərafəddin oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Şərafəddin oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.. Təqsirləndirilən şəxs Şərafəddin oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə narkomaniyadan məcburi müalicə olunması vəzifəsi qoyulsun və onun məcburi müalicə olunmasına nəzarət Xaçmaz rayon İcra və Probasiya şöbəsminə tapşırılsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,518 qram narkotik vasitə heroin və 01 ədəd şprisdə 0.3 ml heroin məhlulu 22.05.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 0,468 qram qalığı və heroin məhlulunun 0.15 ml qalığı, habelə 01 ədəd boş şpris və 01 ədəd şüşə flakon məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs Şərafəddin oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar