Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-146/2023 28.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1993-cü ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 26 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində Xaçmaz-Quba yolunun Xaçmaz rayonu, Armudpadar kəndindən keçən hissəsində Quba istiqamətində sağda yerləşən “Əfqan” ərzaq mağazasından sonrakı sağa olan 2-ci döngədən 150 metr məsafədə olan fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı aşkar surətdə hamilə vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs azyaşlı oğlu Rəşid Əmirxanovun gözü qarşısında yerə yıxmaqla sifət nahiyəsinə dəfələrlə qəsdən sillə ilə vurması nəticəsində sonuncuya sağ gözün alt qapaq, sol göz ətrafı, sol çiyin nahiyələrinin qançırları və sol göz almasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, işdən evə gəlmiş, həmin vaxt o, iki bakal pivə də içmişdir. Evdə olduğu zaman onun oğlu Rəşid ondan dondurma alması üçün pul istəmiş, o, Rəşidə pul vermiş, bundan sonra isə o evdən çıxmış, evdən çıxıb bir az getdikdən sonra evə qayıtmışdır ki, evə gec gələcəyini bildirsin, evə daxil olanda arvadı, yəni Zərərçəkmiş şəxs oğlu Rəşidi qarğış etdiyini eşitmiş, buna görə də o, Asimanı yerı yıxaraq sifət nahiyəsindən şillə ilə bir neçə dəfə vurmuşdur. O, zərərçəkmiş şəxsi yalnız sifət nahiyəsindən və yalnız şillə ilə vurmuş, lakin neçə dəfə vurduğunu bilmir. Həmin vaxt uşağı da zərərçəkmişi vurduğunu görmüşdür. O, Asimanı vurduğu vaxt onun əmisi oğlu Şahid onların evinə gəldiyindən o, Asimanı daha vurmamış və o, evdən çıxaraq getmişdir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs iş materiallarında olan ibtidai araşdırma zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2011-ci ildən ailə həyatı qurmuş və 2015-ci ildən Asimanla rəsmi nikaha daxil olmuşdur. Onun bu evlilikdən üç oğul, bir qız övladı var. Ən böyük övladı 2015-cı il təvəllüdlü qızı Günəş Əmirxanovadır. Hal-hazırda arvadı Zərərçəkmiş şəxs 5-ci övladına hamilə vəziyyətdədir. Onun arvadı Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə bu münasibət pisləşmişdir ki, buna səbəb həmin tarixdə Asimanla arasında baş vermiş mübahisə olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində işdən çıxmışdır. O, yol üzərində yorğunçuluğunu çıxarmaq üçün yaşadığı kənddə yerləşən adı olmayan, tanımadığı şəxsə məxsus kafedə iki bakal pivə içmişdir. Daha sonra isə saat 12:30 radələrində yaşadığı evə getmişdir. Evdə ailə üzvlərilə biraz vaxt keçirdikdən sonra yenidən işə qayıtmaq istəmişdir. Bu zaman 2017-ci il təvəllüdlü oğlu Rəşid Əmirxanov ondan dondurma almaq üçün pul istəmişdir. Buna görə də o, Rəşidə 05 manat pul vermişdir ki, özü ilə yanaşı qardaşlarına da dondurma alsın. Daha sonra isə evdən çıxmışdır. O, bir az getdikdən sonra evə gec gələcəyini xəbər vermədiyi yadına düşmüş və evə geri qayıtmışdır ki, Asimana bu barədə bildirsin. Lakin evə girəndə görmüşdür ki, qonaq otağında Asiman oğlu Rəşidə “Allah bəlanı versin” ifadəsini işlədir. Bu zaman o, əsəbləşmiş və Asimandan qarğışının səbəbini soruşmadan üzərinə hücum etmişdir. İlk öncə o, Asimandan yapışıb onu yerə yıxmış və yerdə olanda isə onu dəfələrlə sillə ilə sifət nahiyəsindən vurmuşdur. İlk öncə Rəşiddən başqa digər övladları Günəş, Vaqif və Mövlud həyətdə olduqları üçün bunu görməsələr də, sonradan səs-küyə görə onlar da gəlmişdir. Asimanı döydüyü üçün səs-küy yaranmış və qonşuluqda yaşayan əmisi oğlu Şahid gəlmişdir. Bu zaman Cavid ondan Asimanı nə üçün döydüyünü soruşmuş və Asimanı buraxmağını bildirmişdir. O isə Asimanı buraxmış və heç nə demədən evdən çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evə qayıdan zaman görmüşdür ki, Asiman övladlarını da götürüb çıxıb getmişdir. Bu vaxt başa düşmüşdür ki, Asiman Quba rayonu, Rustov kəndində yaşayan qaynı Elçin Əlimuradovun evinə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində isə Elçin Əlimuradovun evinə gedərək övladlarını götürmüş və yaşadığı evə gətirmişdir. Ancaq Asiman onunla gəlməkdən imtina etdiyi üçün orada qalmışdır. Daha sonra isə Asimanın onun barəsində şikayət etdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən gün əri Təqsirləndirilən şəxs uşağına dondurma almaq üçün pul vermiş, o da uşaqları dondurmanı yeyərkən paltarlarını buladıqları səbəbindən uşaqlarını danlamış, bu zaman Şəhriyar evə qayıtdıqda onun uşaqları danladığını görüb onu vurmuşdur. Həmin vaxt o, hamilə vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onu bundan da əvvəl dəfələrlə döymüşdür. Onun hadisə günü Şəhriyar evdən çıxandan sonra uşaqlarını danlamasının səbəbi bu olmuşdur ki, o, uşaqlarına dəfələrlə tapşırmışdır ki, ataları içkili olanda sonuncunu qıcıqlandıracaq hərəkətlər etməsinlər, çünki belə olan halda ataları, yəni Şəhriyar onu döyə bilər, o, Şəhriyardan qorxur. O, hadisə zamanı hamilə olmuş, hazırda isə həmin uşağı da doğulmuşdur. Əlavə olaraq, o, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai araşdırma zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxs ilə 2011-ci ildən ailə həyatı qursa da, 2015-ci ildən rəsmi nikaha daxil olmuşdur. Onun bu evlilikdən üç oğul, bir qız övladı var. Ən böyük övladı olan qızı Günəş Əmirxanova 2015-ci təvəllüdlüdür. Hal-hazırda isə 5-ci övladına 34 həftəlik hamilədir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri normal olsa da, 2016-cı ildə qayınatası Vaqif Əmirxanov vəfat edəndən sonra bu münasibətlər pisləşmişdir. Belə ki, Şəhriyar qayınatası Vaqifin qorxusundan ona qarşı zorakılıq etmirmiş. X3 vəfat edəndən sonra Şəhriyar mütəmadi olaraq onunla mübahisə edir. Sonuncu hadisə isə xx.xx.2023-cü il tarixdə yaşadığı evdə baş vermişdir. Belə ki, həmin tarixdə, saat 12:30 radələrində Şəhriyar sərxoş vəziyyətdə evə gəlmişdir. Şəhriyar sərxoş vəziyyətdə olduğu üçün əsəbi imiş. Bu zaman 2017-ci il təvəllüdlü oğlu Rəşid Əmirxanov atası Şəhriyardan dondurma alması üçün pul istəmişdir. Şəhriyar da Rəşidə 05 manat pul vermişdir. Bir neçə dəqiqə sonra isə Şəhriyar işə getdiyini bildirərək evdən çıxmışdır. Şəhriyar evdən çıxdıqdan sonra isə o, Rəşidi danlamışdır. Çünki atası Şəhriyar əsəbi və sərxoş halda olduğunu bilə-bilə pul istəyirmiş. Bu zaman isə Şəhriyar evə geri qayıtmış və onun Rəşidi danladığını görüb qonaq otağında üzərinə hücum çəkmişdir. Şəhriyar ilk öncə qollarından yapışıb onu yerə yıxmış və dəfələrlə sillə ilə sifət nahiyəsindən onu vurmuşdur. Onun səs-küyünə ilk öncə digər övladları Günəş, Vaqif və Mövlud gəlmişdir. Daha sonra isə qonşuluqda yaşayan və Şəhriyarın əmisi oğlu olan Şahid gəlmiş və Şəhriyara onu nə üçün döydüyünü soruşub onu buraxmağını bildirmişdir. Bundan sonra Şəhriyar onu buraxmış və çıxıb getmişdir. Hadisənin səhəri günü isə o, övladlarını da götürüb Quba rayonu, Rustov kəndində yaşayan qardaşı Elçin Əlimuradovun evinə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində isə Şəhriyar qardaşı Elçin Əlimuradovun evindən övladlarını götürüb aparmışdır. Həmin vaxt Şəhriyar onun da özü ilə gəlməyini tələb etsə də, o razılaşmamışdır. Hal-hazırda Şəhriyardan boşanma ərəfəsində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. O, Şəhriyarla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə, təxminən günorta saatlarında o, yaşadığı evin həyətində iş görərkən Şəhriyarın evindən səs-küy gəldiyini görüb ora getmişdir. Evə daxil olan zaman koridordan Şəhriyara “Bəsdir daha” ifadəsini ucadan işlətmiş və qonaq otağına daxil olmuşdur. Bu zaman Şəhriyar Asimanı buraxmışdır. O, Şəhriyardan Asimanı nə üçün döydüyünü soruşanda isə Şəhriyar heç bir söz demədən çıxıb getmişdir. Bundan sonra isə o da evinə geri qayıtmışdır. İş materiallarında olan 30 iyun 2023-cü il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 26 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evin qonaq otağında əri Təqsirləndirilən şəxs onu döydüyünü bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz-Quba yolunun Xaçmaz rayonu, Armudpadar kəndindən keçən hissəsində Quba istiqamətində sağda yerləşən “Əfqan” ərzaq mağazasından sonrakı sağa olan 2-ci döngədən 150 metr məsafədə olan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində yerləşir. Fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş ikilaylı dəmir darvazadandır və darvaza boz rənglidir. Darvaza girişindən təxmini 15 metr məsafədə irəlidə fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evi ikimərtəbəli olmaqla çiy kərpicdən tikilmişdir. Fərdi yaşayış evinin birinci mərtəbəsinə giriş ikilaylı taxta qapıdandır və evin girişi dəhlizə açılır. Qonaq otağı solda, qapının qarşısında isə yataq otağı yerləşir. Yataq otağında 01 ədəd şkaf və stullar mövcud olmaqla ətrafda paltarlar dağıdılmış vəziyyətdədir. Qonaq otağında 01 ədəd stol və 04 ədəd stul, divan və televizor yerləşir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs qonaq otağında stol ilə televizor arasındakı hissəni əli ilə göstərərək xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində həmin otaqda arvadı Zərərçəkmiş şəxs döydüyünü bildirmişdir. İş materiallarında olan 30 iyun 2023-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 16:40 radələrində Xaçmaz RMX-nın tibb bacısı Dəmirova Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə zəng edərək Zərərçəkmiş şəxs “hər iki göz yuvasının qançırı” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin xx.xx.2023-cü il tarixdə əri tərəfindən döyüldüyünü bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 30 iyun 2023-cü il tarixli, 340 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ gözün alt qapaq, sol göz ətrafı,sol çiyin nahiyyələrinin qançırları və sol göz almasına qansızma bərk küt əşya (əşyaliar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 26 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində Xaçmaz-Quba yolunun Xaçmaz rayonu, Armudpadar kəndindən keçən hissəsində Quba istiqamətində sağda yerləşən “Əfqan” ərzaq mağazasından sonrakı sağa olan 2-ci döngədən 150 metr məsafədə olan fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı aşkar surətdə hamilə vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs azyaşlı oğlu Rəşid Əmirxanovun gözü qarşısında yerə yıxmaqla sifət nahiyəsinə dəfələrlə qəsdən sillə ilə vurması nəticəsində sonuncuya sağ gözün alt qapaq, sol göz ətrafı, sol çiyin nahiyələrinin qançırları və sol göz almasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kənddə qonşular və sakinlərlə münasibəti normal olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətlərindən və EMİS-dən müəyyən edilir ki, təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs ər-arvad olmaqla onların birgə nikahından beş azyaşlı uşaqları var. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-146/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-146/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver