Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-146/2024 26.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs, tərcüməçi X1 iştirakı ilə 24 avqust 1993-cü ildə Qusar rayonunun Atluxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olmuş, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, S.Xatun küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsalı olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK- 74 modelli avtomatı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağını, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 28 ədəd patronları qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə özünə məxsus idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilinin arxa yük yerində saxlamaqla Xaçmaz rayonu, Xaçmaz-Quba yolunun 1-ci kilometrliyində “X7” mağazasının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə, saat 12:45-də yuxarıda qeyd edilən ünvanda özünə məxsus idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə Xaçmaz RPŞ-yə gətirilmiş və orada həmin gün saat 15:25-dən etibarən avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən onun qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsalı olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağını, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 28 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ondan aşkar edilmiş odlu silahı xx.xx.2024-cü il tarixdə, Xaçmaz rayonu ərazisində yerləşən “Ulyan baba” adlanan yerdə meşə ərazisindən tapmış və götürərək avtomobilinin yük yerinə qoymuşdur ki, həmin silahı aparıb polis şöbəsinə təqdim etsin. Həmin silahı taparkən silah kisənin içərisində olmuş, kisə ilə birlikdə götürərək avtomobilinə qoymuş, o, silaha toxunmamış, həmin silahda onun əl izləri yoxdur. O, silahı götürdükdən sonra qorxaraq fikirləşmişdir ki, silahı polisə təqdim etsə, məsuliyyətə cəlb oluna bilər, buna görə də silahı özündə saxlamışdır. Onun həmin silahı özündə saxlamasının məqsədi cinayət törətmək olmamış, cinayət törətmək məqsədilə özündə saxlasaydı, həmin silahı daha gizli yerdə saxlayardı. Onun savadsızlığı, həm də qorxusu səbəbindən həmin silahı avtomobilində saxlamışdır. xx.xx.2024-cü il tarixdə işlədiyi yerdə, “X7” mağazasında olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə dəvət olunduqdan sonra özü könüllü olaraq silahı saxladığı yeri, silahı polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin bildirdi ki, o, silahı tapdığı yerə, yəni “Ulyan baba” adlanan yerdəki meşə ərazisinə həmin vaxt bulaqdan su götürmək üçün getmişdir. O, həmin əraziyə tək getmiş, tapdığı odlu silah ağ rəngli kisənin içərisində olmuşdur. Kisənin ağzı açıq vəziyyətdə olmuş, o, silaha toxunmadan kisənin içərisinə baxaraq içərisində silah olduğunu görmüşdür. O, həmin silahın üzərindəki patronların sayını bilməmişdir, belə ki, o, silahı kisədən çıxararaq baxmamışdır. Onun həmin silahı götürməkdə məqsədi polis şöbəsinə təqdim etmək olmuş, lakin qorxduğundan və başı işlərinə qarışdığından silahı iki gün özündə saxlamışdır. Onun həmin silahı saxladığı avtomobil **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil ona məxsusdur. O, ailəlidir, iki azyaşlı uşağı var, ona cəza təyin edilərkən bu halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixoloji təzyiq göstərilməmiş, həmin polis əməkdaşları ilə hər hansı düşmənçilik münasibətləri olmamış və yoxdur. Onu polis əməkdaşları saxlayaraq polis şöbəsinə apararkən aparmalarının səbəbini bildirməmişlər, yalnız polis şöbəsində olarkən səbəbi bildirilmişdir. O, kisənin içərisində həmin silahı tapanda bunun silah olduğunu bilmişdir. Əlavə olaraq bildirdi ki, məhkəmə iclasında şahidlərin ifadələrində bildirdikləri ilə bağlı hər hansı etirazı yoxdur, bildirdikləri düzgündür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, tutulmamışdan təxminən 2 gün əvvəl Xaçmaz rayonu ərazisində yerləşən “Ulyan baba” adlı ərazidə piyada gəzdiyi zaman yerdə odlu silaha oxşar predmeti darağı və patronları ilə birlikdə tapmış və silahlara marağı olduğu üçün onu götürmək qərarına gəlmişdir. Bu məqsədlə də həmin silahı götürərək oradan uzaqlaşmış və sonradan onu torbanın içərisində istifadəsində olan Mercedes markalı avtomobilə qoyaraq orada saxlamışdır. Bundan sonra 04 iyun 2024-cü il tarixdə, saat 12:45-də Xaçmaz rayonu, Xaçmaz-Quba yolunun 1-ci kilometrliyində X7 satılan mağazanın yaxınlığında, idarə etdiyi «Mercedes Benz» markalı, 10- KG-991 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar ondan özünü təqdim etməyini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və onu avtomobillə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin şöbəyə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra rus dilində təhsil aldığı müəyyən edildikdən sonra tərcüməçi, hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillə təmin edilmişdir. O, vəkillə tanış olub onlara etirazı olmadığını bildirmişdir. Sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qism əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, üstündə odlu silah olmadığını bildirib əynində olan açıq xaki rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “Honor” markalı mobil telefonunu, 01 ədəd idarə etdiyi “Mercedes Benz” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilə aid açarı, həmin şalvarın sol yan cibindən müxtəlif əskinazlardan ibarət ümumilikdə 41 manat pulunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar olunmamışdır. Üstündən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar edilmiş 01 ədəd idarə etdiyi avtomobilin açarı, 41 manat pulu ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üstündə odlu silah olmasa da, idarə etdiyi «Mercedes Benz» markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat, 01 ədəd daraq və patronlar saxladığını və həmin predmetləri avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. Düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra İdarə etdiyi «Mercedes Benz» markalı, **- KG-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. O, idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində ağ rəngli polietilen kisənin içərisində 01 ədəd avtomat, 01 ədəd daraq və patronlar olduğunu bildirmişdir. Kisənin içərisinə baxış keçirilən zaman orada Kalaşnikov avtomatının və üzərində 01 ədəd darağın olması müəyyən edilmişdir. Baxış zamanı həmin avtomatın qundağının açılıb-qatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa baxış zamanı içində patronlar müşahidə edilmişdir. 01 ədəd daraqda olan patronlar boşaldılıb sayılarkən 28 ədəd patron olması müşahidə edilmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 28 ədəd patron polis əməkdaşı tərəfindən 01 ədəd sellofan torbada qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Avtomobilə baxış davam etdirilərkən idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı o, idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomatı, 28 ədəd patronu və 01 ədəd darağı 02 iyun 2024-cü il tarixdə Xaçmaz rayonunda “Ulyan baba” meşəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. Daha sonra baxış barədə protokol tərtib edilmişdir. Düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin BMCMİ-də xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanda da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik onun özünə həvalə edilmişdir. 04 iyun 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xaçmaz rayonuna gedilmişdir. Həmin ünvanda olduqları zaman, yəni 04 iyun 2024-cü il tarixdə, saat 12:45-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin yanında olduğu görülmüşdür. Odur ki, həmin şəxsə yaxınlaşılaraq xidməti vəsiqələrini göstərmişlər, özlərini təqdim edərək həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmiş və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olduğunu bildirmişlər və barəsində qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət edilmiş və Xaçmaz RPŞ-yə gətirilmişdir. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi və tərcüməçi ilə təmin edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə versin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə odlu silah olmadığını bildirib əynində olan açıq xaki rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu, idarə etdiyi “Mercedes Benz” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açarı, həmin şalvarın sol yan cibindən müxtəlif əskinaslardan ibarət ümumilikdə 41 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon götürülmüşdür. Aşkar edilmiş idarə etdiyi avtomobilin 01 ədəd açarı, 41 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da, idarə etdiyi “Mercedes Benz” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat, 01 ədəd daraq və patronlar saxladığını və həmin predmetləri avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi **-KG-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilə baxış keçirilməyə getmişdir. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah - avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində olan 01 ədəd ağ rəngli polietilen kisəni göstərərək 01 ədəd avtomat tipli predmeti, 01 ədəd darağın və patronların orada olduğunu bildirmişdir. Bundan sonra həmin polietilen kisənin içərisinə baxış keçirilmiş və orada 01 ədəd avtomat tipli dəmir predmetin, 01 ədəd darağa oxşar predmetin olması müəyyən edilmişdir. Avtomat tipli dəmir predmetə baxış zamanı həmin predmetin üzərində ******* nömrəsinin həkk edildiyi müşahidə edilmişdir. Eyni zamanda avtomat tipli predmetin qundağının açılıb-qatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetə baxış zamanı içində patrona oxşar predmetlərin olması müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetin içərisində olan patronlar boşaldılıb sayılarkən 28 ədəd patrona oxşar olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli predmet, 01 ədəd darağa oxşar və 28 ədəd patrona oxşar predmetlər 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmışdır. Avtomobilə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli dəmir predmeti, 28 ədəd patrona oxşar və 01 ədəd darağa oxşar predmetləri 02 iyun 2024-cü il tarixdə Xaçmaz rayonunda “Ulyan baba” meşəsindən tapmış olduğunu, odlu silahlara marağı olduğu üçün özünə saxlamış olduğunu, daha sonra könüllü olaraq polisə təqdim etmək fikrində olduğunu bildirmişdir. Həmçinin bildirdi ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı yalnız qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması, üzərində daşıyaraq gəzdirməsi barədə olmuş, digər əməl barədə olmamışdır. Onlar təqsirləndirilən şəxsə yaxınlaşaraq saxlayarkən sonuncu tək olmuşdur. Onlar tərəfindən iş üzrə təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs tərəfindən də onlara qarşı heç bir müqavimət göstərilməmiş, təqsirləndirilən şəxs özü əməlini səmimi etiraf etmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncuya saxlamalarının səbəbini bildirmişlər. Onlar axtarış hərəkətini sonuncunu saxladıqları yerdə etməmişlər, bunun səbəbi o olmuşdur ki, həmin yer avtomobil yolunun kənarı olmaqla insanların intensiv hərəkət etdiyi yer olmuş, həmçinin kənardan müdaxilə edilə biləcəyi ehtimalını da nəzərə alaraq təhlükəsizlik baxımından təqsirləndirilən şəxsi polis şöbəsinə gətirərək axtarış və baxış orada keçirmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X6 ifadəsindən müəyyən edilir ki, o, Şahid ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun avtomobilini əməliyyat müvəkkili Şahid idarə edərək Xaçmaz RPŞ-yə gətirmiş, təqsirləndirilən şəxs özü də həmin vaxt öz avtomobilində olmuşdur. Təqsirləndirilən şəxsi avtomobili ilə birlikdə polis şöbəsinə gətirəndən sonra, avtomobildə axtarış keçirilənədək avtomobilin açarı təqsirləndirilən şəxsin özündə olmuşdur. Təqsirləndirilən şəxsin avtomobilini polis şöbəsinə gətirdikdən sonra həmin avtomobilin qapılarını kilidləmişlər. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncuya saxlamalarının səbəbini bildirmişlər. Təqsirləndirilən şəxsin avtomobilini polis şöbəsinə gətirərkən həmin avtomobildə o, Şahid və o özü olmuşdur. Onlar təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirməzdən əvvəl avtomobilə baxış keçirməmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Azərbaycan Respublikası DİN-nin BMCMİ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən X5 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid və Əli Kazımovun ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə baxış keçirilərək müəyyən olundu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X10 04 iyun 2022-ci il tarixdə, saat 14:56-da Xaçmaz RPŞ-nin inzibati binasında xidməti iş otağında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid, həmin idarənin baş əməliyyat müvəkkili X5, həmin idarənin əməliyyat müvəkkili X6, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə odlu silah olmadığını bildirib əynində olan açıq xaki rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “Honor” markalı mobil telefonu, idarə etdiyi “Mercedes Benz” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açarı, həmin şalvarın sol yan cibindən müxtəlif əsginaslardan ibarət ümumilikdə 41 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon götürülmüşdür. Aşkar edilmiş idarə etdiyi avtomobilin 01 ədəd açarı, 41 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da, idarə etdiyi “Mercedes Benz” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat, 01 ədəd daraq və patronlar saxladığını və həmin predmetləri avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli “Avtomobilə baxış keçirilməsi və əşyaların götürülmə haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə baxış keçirilərək müəyyən olundu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 RPŞ-nin inzibati binasının həyətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid, həmin idarənin baş əməliyyat müvəkkili X5, həmin idarənin əməliyyat müvəkkili X6, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilinə baxış və əşyanın götürülməsi keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobilində odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah - avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində olan 01 ədəd ağ rəngli polietilen kisəni göstərərək 01 ədəd avtomat tipli predmeti, 01 ədəd darağın və patronların orada olduğunu bildirmiş, bundan sonra həmin polietilen kisənin içərisinə baxış keçirilmiş və orada 01 ədəd avtomat tipli dəmir predmetin, 01 ədəd darağa oxşar predmetin olması müəyyən edilmişdir. Avtomat tipli dəmir predmetə baxış zamanı həmin predmetin üzərində ******* nömrəsinin həkk edildiyi müşahidə edilmişdir. Eyni zamanda, avtomat tipli predmetin qundağının açılıbqatlanan olmadığı, 01 ədəd darağa oxşar predmetə baxış zamanı içində patrona oxşar predmetlərin olması müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetin içərisində olan patronlar boşaldılıb sayılarkən 28 ədəd patrona oxşar olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli predmet, 01 ədəd darağa oxşar və 28 ədəd patrona oxşar predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, avtomobilə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli dəmir predmeti, 28 ədəd patrona oxşar və 01 ədəd darağa oxşar predmetləri 02 iyun 2024-cü il tarixdə Xaçmaz rayonunda “Ulyan baba” meşəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 iyun 2024-cü il tarixli, 24/1029 nömrəli məhkəməballistik ekspertizasının rəyindən müəyyən edilir ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 3. Təqdim edilmiş 28 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. 4. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 28 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, “AK-74” markalı, 5,45 kalibrli, ******* №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-in BƏSİİ-də məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, ******* nömrəli, 5,45 mm AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat Azərbaycan Respublikası DTX-nin qeydiyyatından keçmir. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan, 14 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 1521785N №-li Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, döyüş sursatı olan 28 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq maddi sübut hesab edilmiş və həmin avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 25 ədəd patron və avtomat darağı Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılır. İş materiallarında olan əməliyyat tapşırığı və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi ******* №li, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatı, 01 ədəd avtomatın darağını, 28 ədəd patronlarının mənbəyinin, başqa cinayətlərin törədilməsində istifadə edilib-edilməməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, onun odlu silah və döyüş sursatlarının satışında şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən olunması istiqamətində aparılmış əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan və ayrıca icraata ayrılmış cinayət işinə daxil edilən sənədlərin siyahısından müəyyən edilir ki, hazırkı cinayət işinin (№2********) materiallarından Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatın, 01 ədəd avtomat darağın və 28 ədəd patronların əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi (№2********) ayrılmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, şəxsi axtarışın və avtomobilə baxışın keçirilməsinin köçürüldüyü DVD diskləri, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibini yaradır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarında göstərilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına – a) Avtomatik silah; b) Yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah; c) Yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı; ç) Yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah; d) Əl reaktiv qranatomyotlar (qumbara atanlar); e) Hücum və ya müdafiə oqnemyotları (odsaçanlar); ə) Yay tipli atıcı mexanizmli silah aiddir. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və “a-ə” yarımbəndlərində göstərilən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına - hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmigüllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1 və 182.2.3cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 02 il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. İş materiallarına əlavə edilmiş olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, şəxsiyyət vəsiqələrinin surətlərindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki azyaşlı uşağı var. (xx.xx.2017 və xx.xx.2018) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halın olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 4(005)-757/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ******* №-li, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat, həmin odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və eksperimental atəşdən sonra 25 ədəd qalmış döyüş sursatı olan patronlar Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılır. İş üzrə maddi sübut – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ******* №-li, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat, həmin odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və eksperimental atəşdən sonra 25 ədəd qalmış döyüş sursatı olan patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxış, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd CD disk (hər diskdə 01 ədəd videofayl) cinayət işində saxlanılmalıdır. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli protokoldan və sübutların qiymətləndirilməsinə dair 14 iyun 2024-cü il tarixli qərardan müəyyən edilir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Honor” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmiş, həmin telefonun müdafiəçinin vasitəsilə təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılması qərara alınmışdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ******* №-li, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat, həmin odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və eksperimental atəşdən sonra 25 ədəd qalmış döyüş sursatı olan patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxış, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd CD disk (hər diskdə 01 ədəd videofayl) cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxs isə hökm ona təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-146/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-146/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver