Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-147/2021 25.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 25 iyun 2021-ci iltarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 67,452 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 25 iyun 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 23:05-23:20 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki 01 ədəd sellofan torbanın içərisindən 21 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,278 qram, 1,321 qram, 0,639 qram, 0,561 qram, 0,728 qram, 0,631 qram, 0,733 qram, 0,573 qram, 0,537 qram, 0,653 qram, 0,533 qram, 0,492 qram, 0,646 qram, 0,653 qram, 0,733 qram, 0,632 qram, 0,524 qram, 0,522 qram, 0,572 qram, 0,452 qram, 0,512 qram, 09 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 4,871 qram, 5,350 qram, 7,407 qram, 5,353 qram, 4,984 qram, 5,621 qram, 6,207 qram, 5,522 qram, 2,855 qram və 01 ədəd sellofan bükümdə - 5,327 qram olmaqla ümumilikdə 67,452 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Bir il əvvəl istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyi çətənə bitkisinin toxumunu 2020-ci ilin təxminən aprel-may aylarında Xaçmaz rayonu Qımıl kəndi ərazisində yerləşən meşə sahəsində əkmiş və həmin ilin yay aylarının ortalarında əkdiyi bir ədəd çətənə bitkisinin hissələrini toplayıb meşə ərazisində qurutmuşdur. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə həm özünün istifadəsi üçün, həm də satmaq məqsədi ilə hissələrə ayırıb kibrit qutularına və kağız bükümlərə yığaraq saxlamışdır. Həmçinin narkotik vasitənin çəkisini ölçmək üçün iki ədəd elektron tərəzi almış, həmin tərəzilərdən narkotik vasitələri ayırıb kibrit qutularına və bükümlərə yığarkən istifadə etdiyindən narkotik vasitələrlə bir yerdə torbanın içərisində qalmışdır. 25 iyun 2021-ci il tarixdə təxminən saat 21 radələrində şəhərin mərkəzi hissəsinə getmək məqsədi ilə kirayədə yaşadığı evdən çıxmış, həmin vaxt bir ədəd sellofan torbada kibrit qutularına, sellofan bükümə və kağız bükümlərə yığdığı narkotik vasitə qurudulmuş marixuananı, həmçinin iki ədəd elektron tərəzini də özü ilə götürmüşdür. Evdən bir qədər aralandıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirməklə Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. Şöbədə polis əməkdaşları tərəfindən özünün razılığına əsasən təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilimiş və şəxsi axtarış zamanı o, həmin vaxt üzərində gəzdirdiyi içərisində narkotik vasitə olan bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sellofan torbanın içərisinə baxılan zaman oradan içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 09 ədəd kibrit qutusu, 21 ədəd kağız büküm, bir ədəd sellofan büküm və iki ədəd elektron tərəzi, həmçinin ona məxsus xarici pasport aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən sellofan torbada aşkar edilmiş içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 09 ədəd kibrit qutusu, 21 ədəd kağız büküm, 01 ədəd sellofan büküm və 02 ədəd elektron tərəzi ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılıb möhürlənərək götürülmüş, 3 manat pul, 01 ədəd alışqan və 01 qutu siqaret isə onun özünə qaytarılmışdır. Daha sonra faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, bütün iştirakçılar, o cümlədən o, narkotik vasitələr qablaşdırılmış bağlamanın üzərini və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X7 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 25 iyun 2021-ci il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. 25 uyun 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri N.Nərimanov küçəsi ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, həmin vaxt onun əlində 01 ədəd bükülmüş formada sellofan torba olmuş, özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirməklə onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz rayon X12 Bölməsinin müstəntiqi, polis baş leytenantı X6 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz rayon Polis Şöbəsinin baş inspektoru, polis mayoru Şahid3 həvalə olunduqdan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğu üçün Xaçmaz rayon Polis Şöbəsinə gətirildiyi və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunduqda o, əlindəki bükülmüş vəziyyətdə olan sellofan torbanı təqdim etmiş, sellofan torbanın içərisində nə olduğu soruşulduqda torbanın içərisində 8-9 qutu nəşə və tərəzi olduğunu, bir qədər əvvəl həmin sellofan torbanı kirayədə qaldığı evdən götürüb küçəyə çıxdığını və küçə ilə gedərkən saxlanılaraq şöbəyə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda onun içərisindən daha bir ədəd sellofan torba aşkar olunmuş, həmin sellofan torba açıldıqda isə içərisindən 02 ədəd elektron tərəzi, 09 ədəd kibrit qutusu, 21 ədəd ağ rəngli kağız bükülü, 01 ədəd şəffaf sellofan bükülü və Təqsirləndirilən şəxs məxsus 01 ədəd xarici pasport aşkar edilmişdir. Bundan sonra kibrit qutuları, sellofan və kağız bükülülər bir-bir açılmış, həm kibrit qutularının, həm sellofan, həm də kağız bükülülərin içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, xırdalanıb doğranmış və spesifik qoxuya malik bitki kütlələrinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularının, sellofan və kağız bükülülərin içərilərindəki kütlələrin həqiqətən nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Ondan həmin narkotik vasitələri haradan əldə etməsi, hansı məqsədlə kibrit qutularına, sellofan və kağız bükülülərə yığıb saxlaması, həmçinin elektron tərəziləri nə məqsədlə gəzdirməsi soruşulduqda o, həmin narkotik vasitələri 2020ci ilin yay aylarında Xaçmaz rayonunun Qımıl kəndi ərazisində yerləşən meşə sahəsində əkib-becərdiyi bir ədəd çətənə bitkisindən əldə etdiyini, onları həm şəxsi istifadəsi üçün, həm də hər birini 10 manata satmaq məqsədi ilə hissələrə ayırıb kibrit qutularına, sellofan və kağız bükülülərə yığaraq saxladığını, elektron tərəziləri isə həmin narkotik vasitənin çəkisini ölçmək üçün aldığını və onlardan bir ədədinin düzgün çəkmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütlələri olan 09 ədəd kibrit qutusu, 21 ədəd kağız və 01 ədəd sellofan bükülülər, həmçinin 02 ədəd elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. 3 manat məbləğində pul, 01 qutu siqaret və 01 ədəd alışqan isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və X13 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X5 Tədqiqatlar Qrupunun baş inspektor kriminalisti Şahid3 göstərdi ki, 25 iyun 2021-ci il tarixdə saat 23 radələrində Xaçmaz rayon X12 Bölməsinin müstəntiqi, polis baş leytenantı X11 ona videoçəkiliş vasitəsi ilə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini və həmin prosesin video görüntülərini çəkiliş vasitəsi ilə qeydə almaq lazım olduğunu demişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupunun yaradılması, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 qrupun tərkibinə daxil edilməsi və onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildiyi ona məlum olmuşdur. X13 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunduqdan və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 təqdim olunduqdan sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğu üçün Xaçmaz rayon Polis Şöbəsinə gətirildiyi və videoçəkiliş vasitəsiilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunduqda o, əlindəki bükülmüş vəziyyətdə olan sellofan torbanı təqdim etmişdir. Sellofan torbanın içərisində nə olduğu soruşulduqda o, torbanın içərisində 8-9 qutu nəşə və tərəzi olduğunu, bir qədər əvvəl həmin sellofan torbanı kirayədə qaldığı evdən götürüb küçəyə çıxdığını və küçə ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda onun içərisindən daha bir ədəd sellofan torba aşkar olunmuş, həmin sellofan torba açıldıqda isə içərisindən 02 ədəd elektron tərəzi, 09 ədəd kibrit qutusu, 21 ədəd ağ rəngli kağız bükülü, 01 ədəd şəffaf sellofan bükülü və Təqsirləndirilən şəxs məxsus 01 ədəd xarici pasport aşkar edilmişdir. Bundan sonra kibrit qutuları, sellofan və kağız bükülülər bir-bir açılmış, həm kibrit qutularının, həm sellofan, həm də kağız bükülülərin içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, xırdalanıb doğranmış və spesifik qoxuya malik bitki kütlələrinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularının, sellofan və kağız bükülülərin içərilərindəki kütlələrin həqiqətən nəşə olduğunu etiraf etmiş, ondan həmin narkotik vasitələri haradan əldə etməsi, hansı məqsədlə kibrit qutularına, sellofan və kağız bükülülərə yığıb saxlaması, həmçinin elektron tərəziləri nə məqsədlə gəzdirməsi soruşulmuşdur. O, həmin narkotik vasitələri 2020-ci ilin yay aylarında Xaçmaz rayonu Qımıl kəndi ərazisində yerləşən meşə sahəsində əkib-becərdiyi bir ədəd çətənə bitkisindən əldə etdiyini, onları həm şəxsi istifadəsi üçün, həm də hər birini 10 manata satmaq məqsədi ilə hissələrə ayırıb kibrit qutularına, sellofan və kağız bükülülərə yığaraq saxladığını, elektron tərəziləri isə həmin narkotik vasitənin çəkisini ölçmək üçün aldığını və onlardan bir ədədinin çəkini düzgün göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütlələri olan 09 ədəd kibrit qutusu, 21 ədəd kağız və 01 ədəd sellofan bükülülər, həmçinin 02 ədəd elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Faktla bağlı X13 tərəfindən protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntülərini əvvəldən axıra kimi «Panasonic» markalı video kamera vasitəsi ilə qeydə almış və sonradan həmin video görüntüləri 01 ədəd CD diskə köçürərək X13ə təqdim etmişdir. İş materillarında olan “Şəxsi axtarış aparılması haqqında” 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əlindəki sellofan torbanın içərisindən 02 ədəd elektron tərəzi, 09 ədəd kibrit qutusunun, 21 ədəd kağız və 01 ədəd sellofan bükülülərin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, sorğu zamanı o, həmin narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-biloji ekspertizasının 26 iyun 2021-ci il tarixli, 7/606 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs.........” yazıları və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış polietilen bağlamadakı sellofan torbada 21 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,278 qram, 1,321 qram, 0,639 qram, 0,561 qram, 0,728 qram, 0,631 qram, 0,733 qram, 0,573 qram, 0,537 qram, 0,653 qram, 0,533 qram, 0,492 qram, 0,646 qram, 0,653 qram, 0,733 qram, 0,632 qram, 0,524 qram, 0,522 qram, 0,572 qram, 0,452 qram, 0,512 qram, 09 ədəd kibrit qutusun ayrı-ayrılıqda təmiz çəkiləri – 4,871 qram, 5,350 qram, 7,407 qram, 5,353 qram, 4,984 qram, 5,621 qram, 6,207 qram, 5,522 qram, 2,855 qram və 01 ədəd sellofan bükümdə - 5,327 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim olunmuş 21 ədəd kağız bükümlərdə, 9 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bükümdə olan marixuanaların ümumi çəkisi – 67,452 qramdır. Həmin marixuanalar tərkibinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2 ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. İş materiallarında olan maddi sübutun tanınması haqqında 27 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 67,452 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi, havelə 25 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüləri köçürülmüş 01 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitənin 0,62 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalan 66,832 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 02 ədədə elektron tərəzi 01 ədəd kağız torbaya qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2021-ci il tarixli, 3338 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Xaçmaz rayon X8 Hüquqi şəxsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 943 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatrın və həkimnarkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Bazirliyi Quba rayon X1 baş həkimi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli, 1324 saylı məktuban görünür ki, Təqsirləndirilən şəxs Quba rayon X2 müraciət etməyib. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subaydır, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4 ünvanında yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən, məhkəmə hökm və qərarlarının surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26 sentyabr 2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Amnistiya qərarının 1.3-cü bəndinə əsasən cəzadan azad olunmuş, Xaçmaz rayon Məhkəməsinin 09 fevral 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24 dekabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Xaçmaz rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 noyabr 2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 06 (altı) ay 26 (iyirmi altı) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 26 iyun 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3 və 18-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və əməlində cinayətlərin residibi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 67,452 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 25 iyun 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 23:05-23:20 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki 01 ədəd sellofan torbanın içərisindən 21 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,278 qram, 1,321 qram, 0,639 qram, 0,561 qram, 0,728 qram, 0,631 qram, 0,733 qram, 0,573 qram, 0,537 qram, 0,653 qram, 0,533 qram, 0,492 qram, 0,646 qram, 0,653 qram, 0,733 qram, 0,632 qram, 0,524 qram, 0,522 qram, 0,572 qram, 0,452 qram, 0,512 qram, 09 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 4,871 qram, 5,350 qram, 7,407 qram, 5,353 qram, 4,984 qram, 5,621 qram, 6,207 qram, 5,522 qram, 2,855 qram və 01 ədəd sellofan bükümdə - 5,327 qram olmaqla ümumilikdə 67,452 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 66,832 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 66,46 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 66,832 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 66,46 manat (altmış altı manat qırx altı qəpik) pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-147/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-147/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver