Məhkəmə qərarları › İş №1(067)-147/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-147/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-147/2024 19.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonununda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Xaçmaz rayonunun Ləcət kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 346032 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsalı olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AKM modelli avtomatı, texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağını və atəş üçün yararlı vəziyətdə olan, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarından, əl pulemyotlarından və SKS karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 30 ədəd patronları qanunsuz olaraq əldə edib gəzdirərək, etibarnamə əsasında idarə etdiyi **-VC-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilinin arxa saxlanc yük yerində saxlamaqla Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Avromed” aptekin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Maarif Səfərəli 05 iyun 2024-cü il tarixdə saat 14:56-da yuxarıda qeyd edilən ünvanda etibarnamə əsasında idarə etdiyi **-VC-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə Xaçmaz RPŞ-yə gətirilmiş və orada həmin gün saat 17:29-dan etibarən avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yük yerindən Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AKM modelli avtomat, 30 ədəd döyüş sursatı hesab edilən patronlar və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı aşkar edilərək götürülmüşdür. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 2 gün əvvəl Xaçmaz rayonu, Ləcət kəndində yerləşən otlaq sahəsində yerdə odlu silaha oxşar predmeti darağı və patronları ilə birlikdə tapmış və silahlara marağı olduğu üçün onu götürmək qərarına gəlmişdir. Bu məqsədlə də, həmin silahı götürərək, oradan uzaqlaşmış və sonradan istifadəsində olan "xxxx" markalı avtomobilinin arxa saxlanc yerinə qoyaraq orada saxlamışdır. 05 iyun 2024-cü il tarixdə saat 14:56-da Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Avromed” aptekin yaxınlığında idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və onu avtomobillə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Şöbəyə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillə təmin edilmişdir. Vəkillə tanış olub ona etirazı olmadığını bildirmişdir. Sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qismində əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra üstündə odlu silah olmadığını bildirib əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan "xxxx" markalı mobil telefonunu, 01 ədəd idarə etdiyi "xxxx" markalı **-VC-*** qeydiyyat nişanlı avtomobilə aid açarı, 01 ədəd Kapital Bank ASC tərəfindən verilmiş plastik kartı və 260 manat pulunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar olunmamışdır. Üstündən aşkar edilmiş 01 ədəd "xxxx" markalı mobil telefon və 01 ədəd plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar edilmiş 01 ədəd idarə etdiyi avtomobilin açarı, 260 manat pulu ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündə odlu silah olmasa da idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilində 01 ədəd avtomat olduğunu və həmin avtomatı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. Düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. İdarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah avtomat saxladığını bildirib avtomobilin baqajını açaraq avtomobilin arxa 'saxlanc hissəsində 01 ədəd avtomat olduğunu bildirmişdir. Arxa saxlanc hissəsinə baxış keçirilən zaman orada Kalaşnikov avtomatın və üzərində 01 ədəd darağın olması müəyyən edilmişdir. Baxış zamanı həmin avtomatın qundağının açılıb-qatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa baxış zamanı içində patronlar müşahidə edilmişdir. 01 ədəd daraqda olan patronlar boşaldılıb sayılarkən 30 ədəd patron olması müşahidə edilmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 30 ədəd patron polis əməkdaşı tərəfindən 01 ədəd sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Avtomobilə baxış davam etdirilərkən idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomatı, 30 ədəd patronu və 01 ədəd darağı 03 iyun 2024-cü il tarixdə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən otlaq sahəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi alınarkən özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, həmin gün ona qonşusu zəng edərək saat 3-kimi təcicili olaraq Xaçmaz xəstəxanaya getmək lazım olduğunu bildirmişdir. Buna görə o, qonşusu ilə razılaşaraq onu və ailəsini gətrib Xaçmaz rayon xəstəxanasaına düşürüb qayıdarkən, bir az irəlidə maşınını yolun sol tərəfə verib saxlamışdır. Bu zaman banditizmin əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Şöbədə ona fiziki təzyiq göstərərək silahı boynuna almağı məcbur etmişlər, lakin mən buna baxmayaraq silahı boynuna almağdan imtina etmişdir. Bu müddət ərzində aralarında çox mühabisələr baş vermişdir. Sonra onu ailəsi ilə hədələdikləri üçün silahı boynuna almaq məcburiyyətində qalmışdır. Silahı boynuna aldıqdan sonra az sonra çəkiliş olacağını və həmin çəkilş zamanı da silahın ona məxsus olduğunu deməsini ona bildirmişlər. O onlarla razılaşsa da fikirləşmişdir ki, video çəkiliş zamanı silahın ona məxsus olmadığını deyər. Bir müddət sonra video çəkiliş çəkilməyə başlandı, bu zaman o, həmin silahın ona məxsus olmadığını demişdir. Həmin çəkiliş oni yoxlamaq üçün çəkilmişdir, əsl çəkiliş deyildi, bundan sonra ona yenidən təzyiq olunmuş, ailə üzvləri ilə hədələnmiş və bu səbəbdən də o, silahın ona məxsus olmasını demək məcburiyyətində qalmışdır. Əslində həmin silah ona məxsus deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X5 ifadəsində göstərmişdir ki, 05 iyun 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Xaçmaz rayonuna getmişlər. 05 iyun 2024-cü il tarixdə saat 14:56-da Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Avromed” aptekin yaxınlığında "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda daşıyaraq gəzdirməsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Xaçmaz Rayon Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla Xaçmaz Rayon Şöbəsinin inzibati binasına gəlmişdir. Xaçmaz Rayon Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən həmin şəxs müdafiəçi və təcüməçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 05 iyun 2024-cü il tarixdə saat 14 radələrdə Xaçmaz RPŞ-ın inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və' götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra o şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə odlu silah olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd "xxxx" markalı mobil telefonu, 01 ədəd idarə etdiyi “Vaz" markalı **-VC-*** qeydiyyat nişanlı avtomobilə aid açarı, müxtəlif əskinazlardan ibarət pulu və 01 ədəd plastik bank kartını masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "xxxx" markalı mobil telefon və 01 ədəd plastik bank kartı götürülmüşdür. Aşkar edilmiş 01 ədəd idarə etdiyi avtomobilin açarı və pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd avtomat saxladığını və həmin avtomatı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilində odlu silah, döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilinə 05 iyun 2024-cü il tarixdə saat 17 radələrində baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilində odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində 01 ədəd avtomat tipli predmetin orada olduğunu bildirmişdir. Bundan sonra həmin saxlanc yerinin içərisinə baxış keçirildi və orada 01 ədəd avtomat tipli dəmir predmetin, 01 ədəd darağa oxşar predmetin olması müəyyən edilmişdir. Avtomat tipli dəmir predmetə baxış zamanı həmin predmetin üzərində 346032 nömrəsinin həkk edildiyi müşahidə edilmişdir. Eyni zamanda avtomat tipli predmetin qundağının açılıb-qatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetə baxış zamanı içində patrona oxşar predmetlərin olması müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetin içərisində olan patrona oxşar predmetlər boşaldılıb sayılarkən 30 ədəd patrona oxşar olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli predmet, 01 ədəd darağa oxşar və 30 ədəd patrona oxşar predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilinə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli dəmir predmeti, 30 ədəd patrona oxşar və 01 ədəd darağa oxşar predmetləri 03 iyun 2024-cü il tarixdə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən otlaq sahəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 şahid X2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilən X2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 06 iyun 2024-cü il tarixli 24/1033 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd 346032 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Avtomatın hissələrin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır.

3. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır.

4. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: tədqiqata təqdim edilmiş 30 ədəd, 7,62x38 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X12 11 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Tunar Allahverdiyev tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Məhkəməsinin hakimi X4 20 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Tunar Allahverdiyev tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarının əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 346032 №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AKM modelli avtomatın, döyüş sursatı olan 30 ədəd patronun və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik darağın əldə edilmə mənbəyinin, başqa cinayətlərin törədilməsində istifadə edilib edilməməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasını, onun odlu silah və döyüş sursatlarının satışında şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən olunması istiqamətində aparılmış əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 05 iyun 2024-cü il tarixli qərara əsasən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 05 iyun 2024-cü il tarixdə saat 16:51-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə odlu silah olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan "xxxx" markalı mobil telefonu, 01 ədəd idarə etdiyi "xxxx" markalı **-VC-*** qeydiyyat nişanlı avtomobilə aid açarı, müxtəlif əskinazlardan ibarət ümumilikdə 260 manat pulu və 01 ədəd Kapital Bank ASC-yə məxsus plastik bank kartını masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "xxxx" markalı mobil telefon və 01 ədəd Kapital Bank ASC tərəfindən verilmiş plastik bank kartı götürülmüşdür. Aşkar edilmiş 01 ədəd idarə etdiyi avtomobilin açarı və 260 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə odlu silah olmasa da idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd avtomat saxladığını və həmin avtomatı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış 05 iyun 2024-cü il tarixdə saat 17:03-də başa çatmışdır. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, Təqsirləndirilən şəxs ilk dəfə olaraq məhz həmin istintaq hərəkəti zamanı avtomobilində qanunsuz olaraq əldə etdiyi odlu silah olduğunu etiraf etmişdir. Odur ki, həmin xüsusat cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən tərtib edilmiş “avtomobilə baxış 'keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilində odlu silah, döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi "xxxx" markalı, **- VC-*** qeydiyyat nişanlı avtomobilinə 05 iyun 2024-cü il tarixdə saat 17:29-da baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi "xxxx" markalı, **-VC-*** qeydiyyat nişanlı avtomobilində odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc hissəsində odlu silah avtomat saxladığını bildirib avtomobili açaraq avtomobilin arxa saxlanc hissəsində 01 ədəd avtomat tipli predmetin orada olduğunu bildirmişdir. Bundan sonra həmin saxlanc yerinin içərisinə baxış keçirilmiş və orada 01 ədəd avtomat tipli dəmir predmetin, 01 ədəd darağa oxşar predmetin olması müəyyən edildi. Avtomat tipli dəmir predmetə baxış zamanı həmin predmetin üzərində 346032 nömrəsinin həkk edildiyi müşahidə edilmişdir. Eyni zamanda avtomat tipli predmetin qundağının açılıbqatlanan olmadığı müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetə baxış zamanı içində patrona oxşar predmetlərin olması müşahidə edilmişdir. 01 ədəd darağa oxşar predmetin içərisində olan patrona oxşar predmetlər boşaldılıb sayılarkən 30 ədəd patrona oxşar olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli predmet, 01 ədəd darağa oxşar və 30 ədəd patrona oxşar predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilinə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşyalar aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat tipli dəmir predmeti, 30 ədəd patrona oxşar və 01 ədəd darağa oxşar predmetləri 03 iyun 2024-cü il tarixdə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən otlaq sahəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün özündə saxladığını bildirmişdir. Baxış keçirilməsi 05 iyun 2024-cü il tarixdə saat 17:48-də başa çatmışdır. Baxış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 346032 №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AKM modelli avtomat, döyüş sursatı olan 30 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik daraq maddi sübut hesab edilmiş və 01 ədəd 346032 №-li Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli AKM modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 27 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik daraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Xaçmaz Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 aprel 2023-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 10 iyun 2024cü il tarixli, 171 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 10 iyun 2024cü il tarixli, 170 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində yoldaşı X13 və iki övladı: X9 və X10 vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 25 iyun 2021-ci il tarixli, AZ-İİ seriyalı 444501 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Asaliyev X7 Albina Ramin qızı ilə rəsmi qaydada nikah daxil olaraq evləndikdən sonra X1 ər soyadını alaraq X3 qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs ilə X6 rəsmi nikahlarından 18 sentyabr 2021-ci il təvəllüdlü X9 adında qızları dünyaya gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs ilə X6 rəsmi nikahlarından 04 yanvar 2024-cü il təvəllüdlü X10 adında qızları dünyaya gəlmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan və Nərimanov rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli 4(005)-761/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, “avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 06 iyun 2024-cü il tarixli 24/1033 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli və Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması barədə qərarları, maddi sübut qərarları və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi ibtidai istinaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək ona polis tərəfindən işgəncə və ailəsi ilə hədələdikləri üçün həmin odlu silahın özünə məxsus olması kimi vermiş olduğu ifadəsinə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, bütün bunlar özünümüdafiə xarakterli hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə şəxsi axtarış aparılması, şahidlə üzləşdirilməsi ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək ona polis tərəfindən işgəncə və ailəsi ilə hədələdikləri üçün həmin odlu silahın özünə məxsus olması kimi vermiş olduğu ifadəsi məsuliyyətdən yayınmaq məqsədi ilə verildiyini hesab edir. Təqsirləndirilən şəxs avtomatın özünə məxsus olmasını etiraf etməsə də, iş materiallarında olan diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan sonra avtomobilin açarı özündə olmuş və baxış keçirlməzdən əvvəl özünə məxsus nəqliyyat vasitəsini özü açmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladın olması onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından, tələbnamədən, hökmün və qərarın surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunsa da, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 05 iyun 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan və Nərimanov rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli 4(005)-761/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, 01 ədəd avtomat darağını və döyüş sursatı olan 27 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, 01 ədəd avtomat darağını və döyüş sursatı olan 27 ədəd patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar