Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-148/2024 06.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, satış məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1,21 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,956 qramını 28 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xaçmaz dəmiryol vağzalının yaxınlığındakı “Müqəddəs Nikolay” kilsəsinin qarşısında 10 manat pulun müqabilində tanışı Şahid4 satıb qalan 0,254 qramını üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 01 fevral 2024-cü il tarixdə, saat 22:10-22:23 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində gizlədib saxladığı 01 ədəd bükümdə 0,254 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla da o, qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun narkotik vasitəni satdığı iddia edilən şəxs polis şöbəsində narkotik vasitəni satan şəxsdən aldığını bildirib, bundan sonra o, polis şöbəsində həmin şəxslə (Cəfərlə) üzləşdirilərkən həmin şəxs onu tanımadığını, narkotik vasitəni ondan almadığını bildirmiş, o da həmin şəxsi (Cəfəri) əvvəllər tanımamış, nəinki sonuncuya, həmçinin heç bir kəsə narkotik vasitə satmamışdır. İttihamda guya onun narkotik vasitəni 27 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhəri dəmir yolu vağzalında olarkən tapması qeyd olunmuş, lakin o, xx.xx.2024-cü il tarixdə, təxminən səhər 07 radələrində Xaçmaz şəhərindən çıxaraq Qaradağ rayonunda yerləşən 13 saylı CÇM-yə, orada cəza çəkən qardaşının yanına getmişdir. Həmçinin bildirdi ki, o, həmin CÇM-dən yaşadığı evə xx.xx.2024-cü il tarixdə qayıtdıqdan sonra, yorğun olduğundan bütün günü evdə yatmış, xx.xx.2024-cü il tarixdə də evdən çölə çıxmamış, yatmışdır. O, meyvə saxlanılan soyuducuda xurma meyvəsinin yüklənməsi-boşaldılmasında fəhləlik edərək işləmişdir. 01 fevral 2024-cü il tarixdə o, yaşadığı evdən çıxaraq 02 fevral tarixində uşağının doğum gününü qeyd etmək üçün mağazaya gedib ərzaq alaraq evinə qayıdarkən evinin yerləşdiyi küçədə üç nəfər polis əməkdaşı onu saxlayaraq polis şöbəsinə aparmışlar. O, saxlanılarkən də onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisidir, lakin hazırkı cinayət işi üzrə saxlanılaraq polis şöbəsinə aparılan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində ona edilmiş fiziki, psixi təzyiqlər nəticəsində o, üzərində narkotik vasitə olduğunu boynuna almağa məcbur olmuşdur. Polis şöbəsində videoçəkilişdən əvvəl polis əməkdaşları ona demişlər ki, guya o, narkotik vasitəni tapmış, polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə gətirmişlər. Halbuki bu belə olmamışdır. O, narkotik vasitəni satdığı iddia edilən Şahid4 əvvəllər görməmiş və tanımamış, həmin şəxsi yalnız polis şöbəsində üzləşdirilərkən görmüşdür. Ona polis əməkdaşları demişlər ki, polis şöbəsində onu bir gecə saxlayacaqlar, o da inanaraq guya üzərindən narkotik vasitə çıxdığını etiraf etmişdir. O, Şahid4 əvvəllər görməmiş, o, ümumiyyətlə narkotik vasitə satışı ilə məşğul olmamış, heç kimdən buna görə pul almamışdır. O, xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:20 radələrində tutularaq Xaçmaz RPŞ-yə aparılmışdır. Onu polis şöbəsinə apardıqdan təxminən 3-4 saat sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl onun üzəri axtarılmış, üzərində narkotik vasitə olmamışdır. Ona fiziki təzyiqlər edilmiş, onun vəziyyəti pis olmuş, o, polis əməkdaşlarından xahiş etmişdir ki, onu buraxsınlar, onlardan şikayətçi olmayacağını bildirmişdir. İçərisində narkotik vasitə olan kağız bükümü üzərinə qoyması üçün ona polis əməkdaşı Sabit təqdim etmişdir. O özü polis şöbəsində fiziki təzyiqlərə məruz qalması barədə heç yerə şikAyət etməmiş, bununla bağlı arvadı prokurorluğa və nazirliyə şikayət etmişdir. Prokurorluğun əməkdaşı istintaq təcridxanasına onun yanına arvadının şikayəti səbəbindən gələrək ona narahat olmamasını, əməli boynuna almasını, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirmişdir. Üzərində şəxsi axtarış aparılarkən müdafiəçisi onun vəziyyətinin pis olduğunu görmüş, ona əgər döyüblərsə bu barədə bildirməsini demiş, o isə müdafiəçisinə döyüldüyünü deməmiş, müdafiəçisi ondan bu barədə bir neçə dəfə soruşmuş, hətta ona demişdir ki, əgər fiziki təzyiqlərə məruz qalmasını polis əməkdaşlarının yanında deməyə qorxursa, bu barədə ona təklikdə bildirsin, o isə yenə də müdafiəçisinə döyülmədiyini demişdir, çünki polis əməkdaşları onu artıq döymüşlər, ona kişi kimi söz vermişlər, ona görə də o, müdafiəçisinə döyüldüyünü bildirməyi zəruri hesab etməmişdir. Videoçəkilişdən əvvəl onun cibinə narkotik vasitə ilə bağlı nələrin qoyulduğundan onun xəbəri olmamış, ona polis əməkdaşları əvvəlcədən bildirmişlər ki, videoçəkilişlə axtarış keçiriləcək, çəkiliş zamanı üzərindən çıxan bükümü dəmir yolu ərazisindən tapdığını, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini bildirməsini demişlər, bundan sonra isə onu bir gecə polis şöbəsində saxlayaraq səhəri gün buraxacaqlarına söz vermişlər, o da bununla razılaşmış, videoçəkiliş zamanı ona üzərindəkiləri təqdim etməsi təklif ediləndə o, əlini cibinə saldıqda hiss etmişdir ki, narkotik vasitə bükümünün qoyulduğu cibində bükümdən əlavə iki ədəd də kağıza oxşar nəsə var, o, narahat olmağa başlamışdır ki, yəqin üzərinə üç büküm qoymuşlar, lakin o, həmin predmetləri cibindən çıxarıb təqdim edəndə Sabit bildirmişdir ki, bir bükümdür, qalan ikisi falqa kəsiyidir, bundan sonra onun narahatlığı keçmiş və inanmışdır ki, onu həmin gecə saxlayaraq səhəri gün azad edəcəklər. Üzərində şəxsi axtarış keçiriləndən sonra, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında müstəntiq Elşən müəllim onunla səmimi şəkildə danışaraq demişdir ki, “Abas, sən izahatında bir büküm tapdığını bildirmisən, amma sən iki büküm tapmısan”. O, bununla bağlı müstəntiqə etirazını bildirmiş, müstəntiq isə ona demişdir ki, “mənim icraatımda Şahid4 adlı şəxsin işi var, sən iki büküm tapmısan, bir bükümü də Şahid4 vermisən, o da elə deyir”. Lakin o, müstəntiqin dedikləri ilə razılaşmamış və sonuncu çıxıb getmişdir. Həmin gün axşam 9 radələrində polis şöbəsində onu müstəntiq Elşən Əliyevin yanına aparmışlar, həmin müstəntiq bir neçə yazılı vərəqi ona imzalamaq üçün təqdim etmiş, o, müstəntiqdən həmin sənədlər barədə soruşmuş, müstəntiq ona həmin sənədlərin ondan narkotik vasitə aşkar olunması barədə olduğunu demiş, o isə imza etməkdən imtina etmiş, müstəntiq əli ilə yuxarı mərtəbəni işarə edərək ona demişdir ki, “Abas, bax indi onlar gəlib ana-bacı, arvad söyüşü söyəcəklər. Atacaqsan? (müstəntiq əli ilə boynun arxasını göstərərək)“. Bundan sonra o, razılaşaraq imza etmişdir. O, ifadəsini oxuyaraq imza etmişdir. İmzalayarkən ifadəsində 10 manata bir büküm narkotik vasitə satdığının qeyd edildiyini oxuyaraq görmüş, lakin müstəntiq ona imzalamasa polis əməkdaşlarının gələrək onu təhqir edəcəklərini dediyindən və o, söyüşləri qəbul etməyəcəyindən imzalamağa məcbur olmuşdur. O, 1993-cü ildə hərbi döyüşlərdə Azərbaycan Respublikasının müdafiəsi zamanı qəlpə yaraları almışdır. Əlavə olaraq bildirdi ki, polis şöbəsində Şahid4la onu üzləşdirərkən Şahid4 müstəntiqə bildirmişdir ki, onu tanımır, narkotik vasitəni satan Abas adlı şəxs başqasıdır, o deyildir. O, nəinki Şahid4, heç kimə narkotik vasitə satmamışdır, həmçinin onun üzərinə narkotik vasitəni əməliyyatçı Sabit qoymuşdur. O, hesab edir ki, onun üzərinə qoyulmuş narkotik vasitə Şahid4 aşkar olunmuş narkotik vasitə ilə eyni mənbədən götürülmüş, ona görə də tərkibləri eyni olmuşdur. Ona Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən şər-böhtan atılmış, o, həmin polis şöbəsinin İB-nin rəisinin, CABnin əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilmələrini tələb edir. Polis əməkdaşları ona söz vermişlər ki, narkotik vasitənin onun üzərindən aşkar olunduğunu, onun özünə məxsus olduğunu videoçəkiliş zamanı etiraf etsin və onu həmin günün səhəri sərbəst buraxacaqlar, o isə polis əməkdaşlarından videoçəkilişin haradasa yayımlanacağı barədə soruşmuş, ona söz vermişlər ki, narahat olmasın, bu, yalnız iş materiallarında saxlanılacaqdır. Lakin sonradan həmin videoçəkiliş mediada yayımlanmış, bu, ona çox pis təsir etmişdir. O, bu barədə İB-nin rəisindən, müavindən irad bildirərək bu barədə soruşmuş, sonuncular ona videoçəkilişin yayımlanmasının xırda bir şey olduğunu, efir xatirinə edildiyini deyərək cavab vermişlər, lakin bu, onun üçün böyük məsələdir, narkotik vasitə satmadığı halda onun bu cür təqdim edilməsinə görə onu tanıyanların qarşısında utanc hissi keçirir. Onun heç bir təqsiri yoxdur, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən son 1-2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən istifadə etdiyi narkotik vasitələr marixuana və heroin olmuşdur. 27 yanvar 2024-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri dəmir yol vağzalında olarkən yerdən 1 ədəd bükümdə narkotik vasitə heroin taparaq istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 01 fevral 2024-cü il tarixdə, 21 radələrində yaşadığı evə piyada gedərkən Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz olaraq saxlamağında və daşımağında şübhəli olduğunu ona bildirərək onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Həmin vaxt tapdığı 1 ədəd heroin olan büküm də əynindəki şalvarın sağ yan kiçik cibində olmuşdur. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Xaçmaz rayon PŞ-nə getmişdir. Xaçmaz rayon polis şöbəsinə getdikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra isə vəkil Vüsal Hacıyevin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı göy rəngli cins şalvarının sağ yan kiçik cibində şəxsi istifadə məqsədilə saxladığı içərisində narkotik vasitə olan 1 ədəd qızılı rəngli bükümü, 2 ədəd gümüşü rəngli folqa kəsiklərini və əynindəki paltarlarının digər ciblərindən isə 4 ədəd bank kartlarını, 1 ədəd cib dəsmalını, 18 manat pulu, 2 ədəd alışqanı, 1 ədəd təsbehi, polis əməkdaşlarına könüllü şəkildə təqdim edərək otaqdakı masanın üzərinə qoymuşdur. Uzun müddət narkotik vasitə istifadə etdiyi üçün həmin 1 ədəd qızılı rəngli bükümdə olan kütlənin narkotik vasitə (kakos), yəni heroin olmasını polis əməkdaşlarına etiraf edərək həmin narkotik vasitənin özünə məxsus olduğunu və onu taparaq istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra üzərindən aşkar edilmiş içində narkotik vasitə olan heroin olan 1 ədəd qızılı rəngli büküm elektron tərəzidə çəkilərkən həmin bükümlə birlikdə narkotik vasitənin ümumi çəkisinin 0,44 qram olması müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş pul və digər əşyalar özünə qaytarılmışdır. Bundan sonra müstəntiq tərəfindən həmin 1 ədəd büküm və 2 ədəd gümüşü folqa kəskləri 1 ədəd ağ rəngli zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılıb və bu barədə protokol tərtib edildikdən sonra imzaları ilə protokolu təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkilidir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış prosesinin videoçəkilişini o etmişdir. Şəxsi axtarış prosesində müstəntiq və müdafiəçi Vüsal Hacıyev də iştirak etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən qızılı rəngli bir ədəd büküm aşkar edilmiş, çəkiliş zamanı Təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, həmin narkotik vasitəni tapmış və özünün istifadəsi üçündür. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən vaxt, üzərindən aşkar olunmuş narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün saxladığını bildirmiş, səhv xatırlamırsa, müstəntiq Təqsirləndirilən şəxs sual vermiş, sonuncu isə heç kimə narkotik vasitə satmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs qarşı polis şöbəsində hər hansı təzyiq göstərilməsinin şahidi olmamış, onun bu barədə hər hansı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. O, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun sakini kimi tanımışdır. Xaçmaz RPŞ-yə Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində yaşayan Abas adlı şəxsin üzərində heroin narkotik vasitəsi gəzdirməsi və istifadə etməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar xx.xx.2024-cü il tarixdə, axşam saat 9 radələrində əməliyyat qrupu yaradılmış, qrupda əməliyyat müvəkkili Şahid1 da iştirak etmişdir. Onlar axşam saat 9, 10-a işləmiş Abas adlı şəxsin yerini, yaşadığı küçənin, dəmir yolu ərazisinin yaxınlığında olduğunu müəyyən etmişlər, həmin yerdə Abasa yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər, polis şöbəsinə getməyə əvvəlcə etiraz etmiş, lakin sonra razılaşmışdır. Polis şöbəsində müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı sonuncunun üzərindən pul əsginasları, qəpik pullar, bank kartları, cib dəsmalı, təsbeh aşkar olunmuş, bundan başqa, cins şalvarının ön kiçik cibindən bir ədəd gümüşü rəngli büküm, həmin bükümün içərisindən isə qəhvəyi rəngli kütlə və iki ədəd falqa kəsiyi aşkar olunmuşdur. Həmin büküm və falqa kəsikləri videoçəkiliş zamanı sənədləşdirilərək götürülmüşdür. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitə satışı ilə məşğul olmasına dair məlumat olmamış, məlumat istifadə etməsi barədə olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid4 adını çəkməmiş, sonuncuya narkotik vasitə satıb-satmaması ilə bağlı onun məlumatı yoxdur. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilidir. xx.xx.2024-cü il tarixdə onun icraatına Abas adlı şəxsin narkotik vasitələri daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar o və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, onlar Abasın ola biləcəyi yerləri nəzarətdə saxlamışlar və xx.xx.2024-cü il tarixdə, təxminən axşam saat 09 radələrində Təqsirləndirilən şəxs dəmir yolu ərazisində saxlayaraq Xaçmaz RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müstəntiqin və müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərindən bir bükümdə narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs etiraf edərək həmin narkotik vasitəni tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxtdan üç gün əvvəl onlar Xaçmaz rayonunun İlxıçı kəndində yaşayan Cəfər adlı şəxsi saxlamışlar və sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuş, Cəfər həmin narkotik vasitəni Abasdan 10 manata aldığını bildirmişdir. Həmçinin bildirdi ki, Şahid4 narkotik vasitəni Abasdan 10 manata aldığını üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən bildirmişdir. O, polis şöbəsində Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq edilməsinin, üzərinə kiminsə narkotik vasitə qoymasının şahidi olmamışdır, təqsirləndirilən şəxs narkotik vasitə satdığını etiraf etməmiş, lakin Şahid4 narkotik vasitəni Abasın satdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə satması barədə əvvəllər məlumat olmamış, bu barədə məlumat Şahid4 bildirməsindən sonra olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində olmaqla polis kapitanı rütbəsindədir. 28 yanvar 2024-cü il tarixdə Xaçmaz rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Şahid4 ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin CAB-m axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 28 yanvar 2024-cü il tarixdə, saat 17:20-də onlar Şahid4 Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Cəfəri Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Cəfər onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Şahid4 hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X17 tərəfindən videoçəkilişlə sonuncuya üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Şahid4 buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Bu təklifdən sonra Şahid4 üzərində narkotik vasitə olmasını bildirərək könüllü olaraq əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 qutu «Pramida» markalı siqaret qutusunu çıxarıb otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan başqa, Cəfər gödəkçəsinin sol yan cibindən 1 ədəd elektron nəzarət qurğusunu, 1 ədəd kbrit qutusunu və şalvarının sağ yan cibindən isə 1 ədəd cib dəsmalını çıxardaraq otaqdakı masanın üzərinə qoymuşdur. Şahid4 təqdim etdiyi 1 qutu «Pramida» markalı siqaret qutusunun içindən 1 büküm və 3 ədəd filtrsiz siqaretlər aşkar edilmişdir. Şahid4 təqdim etdiyi 1 ədəd gümüşü kağız büküm açıldıqda içində toz şəkilli qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd bükümdəki qəhvəyi rəngli kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda Şahid4 həmin bükümdəki kütlənin narkotik vasitə (kakos), yəni heroin olduğunu və həmin 1 ədəd bükümdəki narkotik vasitəni Abas adlı şəxsdən 10 manat pula istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdəki qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 1,29 qram olması müəyyən edilmişdir. Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfə imza edilmişdir. Bundan sonra Şahid4 üzərindən aşkar edilmiş 1 qutu «Pramida» markalı siqraret qutusu, 1 ədəd elektron nəzarət qurğusu, 1 ədəd kibrit qutusu və 1 ədəd cib dəsmalı əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şahid4 şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Daha sonradan onlar tərəfindən əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Şahid4 10 manat müqabilində, üzərindən çıxmış narkotik vasitə satmış Abas adlı şəxs Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də yaşayan Təqsirləndirilən şəxsdur. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 01 fevral 2024-cü il tarixdə Xaçmaz şəhəri, R.İmanverdiyev küçəsi ev 13-də yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olduğuna görə həmin gün, yəni 01 fevral 2024-cü il tarixdə, saat 21:35 radələrində Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, R.İmanverdiyev küçəsində saxlayıb və üzərində narkotik vasitələri daşıması barədə şübhələr olduğu ona izah edilərək şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində X11 tərəfindən müdafiəçi Vüsal Hacıyevin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək üzərinə vidoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Videoçəkilişi Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 özünə məxsus «Samsung» markalı mobil telefonla etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra onun üzərinə müdafiəçi Vüsal Hacıyevin iştirakı ilə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd qızılı rəngli bükümü, 2 ədəd gümüşü rəngli folqa kəsiklərini və əynindəki paltarlarının digər ciblərindən isə 4 ədəd bank kartlarını, 1 ədəd cib dəsmalını, 18 manat pulu, 2 ədəd alışqanı və 1 ədəd təsbehi könüllü şəkildə təqdim edərək otaqdakı masanın üzərinə qoymuşdur. X11 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd qızılı rəngli bükümün içinə baxış keçirilən zaman bükümün içində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. Həmin kütlənin nə olmasını müstəntiq Təqsirləndirilən şəxs soruşduqda o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə kakos, yəni heroin olduğunu və həmin bükümü taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər 2 ədəd gümüşü rəngli folqa bükümlərin içində qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə bənzər izlərin olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə olan həmin 1 ədəd büküm elektron tərəzidə çəkilərkən bükümlə birgə ümumi çəkisinin 0,44 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm və iki ədəd folqa kəsikləri aşkar olunduğu kimi bir ədəd ağ rəngli zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılıb və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa hər hansısa bir əşya aşkar edilmədikdən sonra onun üzərindən aşkar edilmiş əhəmiyyət kəsb etməyən əşyalar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edilib və oxunduqdan sonra həmin protokolu imzaları ilə təsdiq edilmişdir. Şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri cinayət işinin materiallarında olan ifadələrindən müəyyən edilir ki, onların həmin ifadələri Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunludur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, o, iş üzrə Təqsirləndirilən şəxs tanımır, o, narkotik vasitəni iş üzrə təqsirləndirilən şəxsdən deyil, cavan və sarışın olan özünü Abas adı ilə təqdim etmiş şəxsdən almışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə polis şöbəsində üzləşdirilərkən görmüşdür. O, üzərindən aşkar olunmuş narkotik vasitəni dəmir yolunun kənarında Abas adlı şəxsdən almışdır. Həmçinin bildirdi ki, o, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar üzləşdirilənədək heç vaxt görməmiş və tanımamışdır. Ona narkotik vasitəni satmış cavan və sarışın olan Abas adlı şəxs olmuş, ola bilər ki, həmin şəxsin əsl adı Abas olmasın. O, Abas adlı şəxsdən narkotik vasitəni, heroini 5 manata, yaxud da 10 manata almışdır, neçəyə aldığını hazırda dəqiq xatırlamır. Həmin narkotik vasitəni özünün istifadəsi üçün almışdır. O, polis şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən aldığı həmin narkotik vasitə üzərindən aşkar olunmuşdur. Onun mobil telefonu olmamış, hazırda da mobil telefon işlətmir. O, narkotik vasitəni aldığı Abas adlı şəxslə mobil telefonla əlaqə saxlayaraq görüşməmiş, həmin şəxs müntəzəm olaraq axşamüstü saatlarında dəmir yolunun kənarında gəzişir, o da bunu bildiyi üçün həmin əraziyə gedərək həmin şəxslə görüşüb narkotik vasitəni almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç bir təzyiq olunmamış, yaxud da o, hər hansı səbəbdən yalan olaraq narkotik vasitəni ona Təqsirləndirilən şəxs satmadığını demir (təqsirləndirilənin sualına cavab). O, oğurluq cinayətinə görə məhkum olunaraq azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, narkotik vasitələrlə bağlı cinayət məsuliyyətinə cəlb edilməmiş, ilk dəfədir ki, narkotik vasitəyə görə məsuliyyətə cəlb olunur, o, narkotik vasitədən təzəliklə istifadə etməyə başlamış və polis tərəfindən saxlanılmışdır. O, saxlanılanadək iki-üç dəfə olmuşdur ki, narkotik vasitələri (təqsirləndirilən şəxsdən deyil) elə həmin Abas adlı şəxsdən almışdır. O, Xaçmaz şəhərində yerləşən “Almaz” şadlıq sarayında bağban kimi işləmiş, axşamüstü saat 6 radələrində hər dəfə həmin işdən çıxdıqda dəmiryolunun kənarına gələrək Abas adlı şəxsi orada gördükdə sonuncudan narkotik vasitəni almış, bu minvalla o, həmin Abasdan iki-üç dəfə narkotik vasitə almış, sonuncu dəfə isə o, polis tərəfindən saxlanıldıqdan sonra daha narkotik vasitə istifadə etmir. O, narkotik vasitəni ona satan Abasla telefon əlaqəsi saxlamamışdır, o, sonuncunun mobil telefon nömrəsini bilmir, belə ki, o, mobil telefon işlətmir. O, Abas adlı həmin şəxsin narkotik vasitə satmasını eşidərək bu barədə məlumatlı olmuşdur. Həmin şəxs özü ona adının Abas olduğunu bildirmişdir. O, iş üzrə təqsirləndirilən şəxsi hazıradək cəmi iki dəfə görmüşdür – polis şöbəsində üzləşdirilərkən və hazırkı məhkəmə iclasında. O, sonuncu dəfə Abas adlı şəxsdən narkotik vasitəni, 2024-cü ilin yanvar ayının təxminən 26-sı, yaxud 28-i almışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu İlxıçı kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 45 ildir ki, inyeksiya ilə narkotik vasitələrdən istifadə edir və özü də oğurluğa görə məhkum olunaraq hazırda probasiya nəzarətindədir. 28 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Xaçmaz şəhəri dəmir yol vağzalı yaxınlığında kilsənin qarşısında rayon sakini kimi tanıdığı Abas adlı şəxslə görüşdükdə onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Abas adlı şəxs 10 manat pula 1 büküm narkotik vasitə (kakos), yəni heroin sata biləcəyini ona dedikdən sonra onunla razılaşmışdır. Üzərində olan 10 manat pulu Abasa verərək ondan 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan (kakos), yəni heroin aldıqdan sonra o, həmin bükümü ondan aralanıb və istifadəsi üçün üzərində olan 1 ədəd «Prima» markalı siqaret qutusunun içinə qoymuşdur. Bundan sonra həmin siqaret qutusunu əyinindəki göy rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq Xaçmaz şəhəri N.Nərimanov küçəsinə getmişdir. Həmin günü, yəni 28 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğu zaman 2-3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin olduqlarını ona bildirib və üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğu üçün onu RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılaşıb və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Etiraz etməkdikdən sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Nadir Lalayevin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq əyinindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 qutu «Prima» markalı siqaret qutusunu çıxarıb və onu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan başqa digər ciblərində olan 1 ədəd elektron nəzarət qurğusunu, 1 ədəd kibrit qutusunu və 1 ədəd cib dəsmalını çıxardaraq otaqdakı masanın üzərinə qoymuşdur. Həmin 1 ədəd gümüşü rəngli kağız büküm açıldıqda onun içində qəhvəyi rəngli kütləninin olması məlum olmuşdur. Polis əməkdaşları həmin kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda həmin bükümdəki kütlənin narkotik vasitə (kakos), yəni heroin olduğunu və onu 10 manat pula Abas adlı şəxsdən alaraq istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən onun çəkisinin 1,29 qram olması müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə həmin bükümlə birlikdə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin zəfdə imza etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd «Prima» markalı siqraret qutusu, 1 ədəd elektron nəzarət qurğusu, 1 ədəd kibrit qutusu və 1 ədəd cib dəsmalı özünə qaytarılmışdır. Üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokol ilə tanış olduqdan sonra imza ilə təsdiq etmişdir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan müəyyən edilir ki, 28 yanvar 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində Şahid4 Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,956 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ c.v.44) İş materiallarında olan 28 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4 RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Şahid4 üzərindəki əşyaları təqdim etmək təklif olunduqda o, könüllü olaraq əyinində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 qutu «Pramida» markalı siqaret qutusunu çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim edir. Bundan başqa o, gödəkçəsinin sol yan cibindən 1 ədəd elektron nəzarət qurğusunu, 1 ədəd kibrit qutusunu və şalvarının sağ yan cibindən isə 1 ədəd cib dəsmalını çıxardaraq otaqdakı masanın üzərinə qoyur. Şahid4 təqdim etdiyi 1 qutu «Prima» markalı siqaret qutusunun içindən 1 büküm və 3 ədəd filtrsiz siqaretlər aşkar edilir. Şahid4 təqdim etdiyi 1 ədəd gümüşü kağız büküm açıldıqda onun içində toz şəkilli, qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd bükümdəki qəhvəyi rəngli kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda Şahid4 həmin bükümdəki kütlənin narkotik vasitə kakos, yəni heroin olduğunu və həmin 1 ədəd bükümdəki narkotik vasitəni Abas adlı şəxsdən 10 manat pula istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş bir ədəd bükümdəki qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 1,29 qram olması müəyyən edilmişdir. Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılır və zərfə imza edilir. Bundan sonra Şahid4 üzərindən aşkar edilmiş 1 qutu «Pramida» markalı siqraret qutusu, 1 ədəd elektron nəzarət qurğusu, 1 ədəd kibrit qutusu və 1 ədəd cib dəsmalı əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 tərəfindən aparılmışdır. (İ c.v.45) İş materiallarında olan 28 yanvar 2024-cü il tarixli izahatdan, 29 yanvar 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan, 30 yanvar 2024-cü il tarixli və 18 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardan, 13 mart 2024-cü il tarixli “Şahidi dindirmə” protokolundan müəyyən edilir ki, Şahid4 həmin izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Xaçmaz şəhəri dəmir yol vağzalı yaxınlığında kilsənin qarşısında tanışı Abas adlı şəxsdən 10 manata aldığını, mobil telefon istifadə etmədiyini, narkotik vasitəni aldığı həmin şəxsin ona özünü Abas adı ilə təqdim etdiyini, sonuncunun yaşadığı yeri, mobil telefon nömrəsini, dəqiq ad-soyad-ata adını bilmədiyini, həmin şəxsin kök və sarışın olduğunu göstərmişdir. (İ c.v.228, 240, 52, 136; İİ c.v.60) Məhkəmə istintaqı zamanı ifadəsində Şahid4 bildirdi ki, ona narkotik vasitə satan Abas adı ilə tanıdığı şəxs iş üzrə Təqsirləndirilən şəxs olmamış, o, Təqsirləndirilən şəxs ilk dəfə polis şöbəsində üzləşdirilərkən görmüş, ona narkotik vasitəni satan Abas adlı şəxs isə cavan və sarışın olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/563 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Şahid4 üzərindən aşkar edilərək tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,956 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ c.v.57) İş materiallarında olan 01 fevral 2024-cü il tarixli raportdan, həmin tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan və xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də yaşayan, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, satması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat yolu ilə Xaçmaz RPŞ-nin CAB-nə məlumat daxil olmuşdur. Əməliyyat axtarış tədbirləri nəticəsində Abasov X10 şəhəri, R.İmamverdiyev küçəsində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə satış məqsədilə əldə etdiyi təmiz çəkisi 0,254 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ c.v.3, 5, 1) İş materiallarında olan 01 fevral 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və 26 aprel 2024-cü il tarixli “Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansı bir qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı bükümü və iki ədəd gümüşü rəngli falqa kəsiklərini çıxardaraq otaqdakı masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs əynindəki paltarlarının digər ciblərindən bir ədəd cib dəsmalını, iki ədəd alışqanları, bir ədəd təsbehi, 18 manat pullarını və 4 ədəd hesab kartlarını çıxardaraq onları da təqdim etmişdir. Müdafiəçi Vüsal Hacıyev şəxsi axtarış zamanı hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalıb-qalmamasını Təqsirləndirilən şəxs soruşduqda o, heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cins şalvarının sağ yan kiçik cibindən aşkar edilmiş 1 ədəd qızılı bükümə və 2 ədəd gümüşü rəngli falqa kəsiklərinə baxış keçirən zaman məlum olmuşdur ki, 1 ədəd qızılı rəngli bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə vardır. Həmin qızılı büküm tərəzidə çəkilərkən, ümumilikdə çəkisi 0,44 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tapmasını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 2 ədəd gümüşü, yəni alüminium rəngli falqa bükümlərdə qəhvəyi rəngli narkotikə bənzər izlər olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi cib dəsmalında qurumuş qan ləkələrinin olması müşahidə olunduğu üçün həmin qan ləkələrinin nədən əmələ gəlməsini ondan soruşduqda o, qrip xəstəliyi keçirdiyini, burnunu təmizləyərkən barmağı ilə burnunu cızdığına görə qan əmələ gəldiyini və bunun təbii bir hal olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa hər hansı bir əşya aşkar edilməmişdir. Abas Absovun üzərindən içərisində narkotik vasitə heroinə bənzər büküm və gümüşü rəngli falqa kəsikləri aşkar olunduğu kimi bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma, yəni zərfin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd cib dəsmalı, 2 ədəd alışqanlar, 1 ədəd rəsbeh, 18 manat pulları və 4 ədəd hesab kartları sübut əhəmiyyəti daşımadığından ona geri qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. (İ c.v.26, 192) Məhkəmə istintaqı zamanı iş materiallarında olan 01 fevral 2024-cü il tarixdə şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskdəki videogörüntülərin tədqiqi zamanı müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin CABnin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansı bir qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı bükümü və iki ədəd gümüşü rəngli falqa kəsiklərini çıxardaraq otaqdakı masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs əynindəki paltarlarının digər ciblərindən bir ədəd cib dəsmalını, iki ədəd alışqanları, bir ədəd təsbehi, 18 manat pullarını və 4 ədəd hesab kartlarını çıxardaraq onları da təqdim etmişdir. Müdafiəçi Vüsal Hacıyev şəxsi axtarış zamanı hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalıb-qalmamasını Təqsirləndirilən şəxs soruşduqda o, heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cins şalvarının sağ yan kiçik cibindən aşkar edilmiş 1 ədəd qızılı bükümə və 2 ədəd gümüşü rəngli falqa kəsiklərinə baxış keçirən zaman məlum olmuşdur ki, 1 ədəd qızılı rəngli bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə vardır. Həmin qızılı büküm tərəzidə çəkilərkən, ümumilikdə çəkisi 0,44 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tapmasını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs həmin 02 ədəd falqa bükümlərin içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs tapdıqdan sonra həmin bükümlərin içərisinə baxmadığını, içərilərində, yəqin, narkotik vasitə ola biləcəyini deyir, falqa bükümləri çox əzilib qatlanaraq büküldüyündən müstəntiq həmin bükümlərin içərisində narkotik vasitənin ola biləcəyini, falqa bükümlərini açmaqda çətinlik olduğundan həmin bükümləri açmamağı, ekspertizaya təqdim edilərkən ekspert tərəfindən açılacağını bildirir və Təqsirləndirilən şəxs təkrarən falqa bükümlərinin içərisində nə olduğunu soruşur, əməliyyat müvəkkili Şahid3 həmin falqa bükümlərinin içərisində narkotik vasitə olmadığını (bükülü tam açılmadan), falqa kəsimləri olduğunu bildirir, bundan sonra Təqsirləndirilən şəxs da təsdiq edərək bildirir ki, 02 ədəd falqa bükülünün içərisi boşdur, yalnız 01 ədəd qızılı rəngli bükümdə narkotik vasitə vardır. Aşkar edilmiş 2 ədəd gümüşü rəngli falqa bükümlərdə qəhvəyi rəngli narkotikə bənzər izlər olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi cib dəsmalında qurumuş qan ləkələrinin olması müşahidə olunduğu üçün müdafiəçi həmin qan ləkələrinin nədən əmələ gəlməsini ondan soruşduqda, müstəntiq Təqsirləndirilən şəxs qrip olduğunu soruşduqdan sonra o, qrip olduğunu, burnunu təmizləyərkən barmağı ilə burnunu cızdığına görə qan əmələ gəldiyini bildirir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa hər hansı bir əşya aşkar edilməmişdir. Müstəntiqin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, o, həmin narkotik vasitəni heç kimdən almamış, dəmir yolunun kənarında yerdən tapmış, heç kimə narkotik vasitə satmamış və üzərindən aşkar olunmuş narkotik vasitəni üzərində satmaq məqsədilə deyil, özünün istifadəsi üçün saxlamışdır. Abas Absovun üzərindən içərisində narkotik vasitə heroinə bənzər büküm və gümüşü rəngli falqa kəsikləri aşkar olunduğu kimi bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma, yəni zərfin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd cib dəsmalı, 2 ədəd alışqanlar, 1 ədəd rəsbeh, 18 manat pulları və 4 ədəd hesab kartları sübut əhəmiyyəti daşımadığından ona geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/750 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək tədqiqata təqdim edilmiş 01 ədəd zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 ədəd gümüşü rəngli folqa kağız parçalarının üzərində kustar üsulla hazırlanmış heroinin izləri vardır. Heroin iz şəkilində olduğundan onun təmiz çəkisinin eyiniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,204 qram təşkil etmişdir. (İ c.v.36) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1490 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi Tədqiqat Obyekti № 62” möhür əksi olan kağız paketi açıldıqda üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 58” dairəvi möhür əksləri olan, “Xaçmaz rayon sakini Şahid4 üzərindən aşkar edilmiş 01 ədəd narkotik vasitəyə bənzər kütlə olan büküm; “imza” Şahid4 və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd üzəri qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,906 qram olan qəhvəyi rəngli heroin ilə üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi Tədqiqat Obyekti № 60” möhür əksi olan kağız paketi açdıqda: üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 58” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən predmetlər; 1) Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd üzəri qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,204 qram olan qəhvəyi rəngli heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Təmiz çəkisi 0,204 qram olan heroindən (tədqiqat obyekti № 2) tədqiqata 0,030 qram sərf edildikdən sonra qalıq 0,174 qram təşkil etmişdir. (İ c.v.167) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu, ona əlavə edilmiş CD disk və xx.xx.2024-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin 01 dekabr 2023-cü il tarixdən 31 yamar 2024-cü il tarixinə qədər hansı ərazidə (anten dairəsində) olması, hansı mobil nömrələrlə (abonentlərlə) danışıqlar aparması haqqında məlumatlar vardır. 28 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində olması və istifadəsində olan 050 539 63 88 saylı mobil nömrə vasitəsilə hər hansı abonentlə heç bir danışıq aparmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 539 63 88 saylı mobil nömrəyə və həmin nömrədən əhəmiyyət kəsb edən hər hansı “SMS” danışıqlarının olmadığı müəyyən edilmişdir. Həmçinin 050 805 67 86 saylı nömrənin istifadəsi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 16 fevral 2024-cü il tarixli, 1011 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, təqsirləndirilən şəxs həmin ifadəsində 27 yanvar 2024-cü il tarixdə, səhər saatlarında tapdığı 02 ədəd bükümdə heroin narkotik vasitəsinin 01 bükümünü 28 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Xaçmaz şəhəri dəmir yol vağzalının yaxınlığında yerləşən kilsənin yanından keçərkən Xaçmaz rayonu, İlxıçı kənd sakini Cəfər adlı şəxslə rastlaşmış, Cəfər ondan narkotik vasitə olub-olmamasını soruşmuş, o da üzərində saxladığı 02 ədəd büküm heroindən 01 bükümünü pay kimi Cəfərə vermiş, pul almamışdır. (İ c.v.69) İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2024-cü il tarixli, 4(067)-13/2024 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılarkən Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi üzrə, narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, lakin narkotik vasitə satmadığını, onu “satışla yüklədiklərini” bildirmişdir. Həmçinin polis şöbəsində verdiyi ifadəsində “Cəfərə pay kimi vermişəm” cümləsini ona polis əməkdaşları tərəfindən verilmiş vədlər səbəbindən demişdir. (İ c.v.85) İş materiallarında olan ərizədən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin onun özünə məxsus olduğunu, ona qarşı hər hansı qanunsuz hərəkət və ya zorakılıq edilmədiyini və özünü narkotik vasitə istifadə etməkdə günahkar hesab etdiyini bildirmişdir. (İ c.v.142) İş materiallarında olan 15 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin ifadəsində 27 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Xaçmaz şəhəri dəmir yol vağzalında olarkən yerdən 01 ədəd bükümdə narkotik vasitə heroin taparaq özünün istifadəsi üçün şalvarının cibinə qoyaraq saxladığını, heç kimə narkotik vasitə satmadığını və vermədiyini, Cəfər adlı şəxsi tanımadığını, narkotik vasitə satışı ilə məşğul olmadığını, özünü narkotik vasitə istifadəçisi kimi CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş, həmçinin ilkin ifadəsində C.Solatanova narkotik vasitə (pay) verdiyini deməsinin səbəbi həmin vaxt həyəcanlı olduğuna görə olmuşdur. (İ c.v.143) Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş 15 mart 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan müəyyən edilir ki, həmin tarixdə Xaçmaz RPŞ-nin MSY-də Təqsirləndirilən şəxs ilə Şahid4 üzləşdirilmiş, üzləşdirmə zamanı hər iki şəxs bir-birini tanımadıqlarını, aralarında heç bir münasibət olmadığını bildirmişlər. Şahid4 iş üzrə Təqsirləndirilən şəxs tanımamaqla, ona narkotik vasitə satmış, adını ona Abas kimi təqdim etmiş şəxsin kök və sarışın şəxs olduğunu, sonuncunun soyadını, yaşadığı ünvanı bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs da Şahid4 tanımadığını, həmin şəxsə narkotik vasitə satmadığını, nə də pay vermədiyini bildirərək ilkin ifadəsində həyəcanlı olduğuna görə C.Solatnova narkotik vasitə (pay) verdiyini qeyd etmişdir. (İ c.v.146) İş materiallarında olan 26 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin ifadəsində 01 ədəd heroin narkotik vasitəsini taparaq özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və vermədiyini, özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. (İ c.v.187) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, .....üzərində şəxsi axtarış aparılarkən müdafiəçisi onun vəziyyətinin pis olduğunu görmüş, ona əgər döyüblərsə bu barədə bildirməsini demiş, o isə müdafiəçisinə döyüldüyünü deməmiş, müdafiəçisi ondan bu barədə bir neçə dəfə soruşmuş, hətta ona demişdir ki, əgər fiziki təzyiqlərə məruz qalmasını polis əməkdaşlarının yanında deməyə qorxursa, bu barədə ona təklikdə bildirsin, o isə yenə də müdafiəçisinə döyülmədiyini demişdir, çünki polis əməkdaşları onu artıq döymüşlər, ona kişi kimi söz vermişlər, ona görə də o, müdafiəçisinə döyüldüyünü bildirməyi zəruri hesab etməmişdir. Videoçəkilişdən əvvəl onun cibinə narkotik vasitə ilə bağlı nələrin qoyulduğundan onun xəbəri olmamış, ona polis əməkdaşları əvvəlcədən bildirmişlər ki, videoçəkilişlə axtarış keçiriləcək, çəkiliş zamanı üzərindən çıxan bükümü dəmir yolu ərazisindən tapdığını, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini bildirməsini demişlər, bundan sonra isə onu bir gecə polis şöbəsində saxlayaraq səhəri gün buraxacaqlarına söz vermişlər, o da bununla razılaşmış, videoçəkiliş zamanı ona üzərindəkiləri təqdim etməsi təklif ediləndə o, əlini cibinə saldıqda hiss etmişdir ki, narkotik vasitə bükümünün qoyulduğu cibində bükümdən əlavə iki ədəd də kağıza oxşar nəsə var, o, narahat olmağa başlamışdır ki, yəqin üzərinə üç büküm qoymuşlar, lakin o, həmin predmetləri cibindən çıxarıb təqdim edəndə Sabit bildirmişdir ki, bir bükümdür, qalan ikisi falqa kəsiyidir, bundan sonra onun narahatlığı keçmiş və inanmışdır ki, onu həmin gecə saxlayaraq səhəri gün azad edəcəklər. Üzərində şəxsi axtarış keçiriləndən sonra, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında müstəntiq Elşən müəllim onunla səmimi şəkildə danışaraq demişdir ki, “Abas, sən izahatında bir büküm tapmadığını bildirmisən, amma sən iki büküm tapmısan”. O, bununla bağlı müstəntiqə etirazını bildirmiş, müstəntiq isə ona demişdir ki, “mənim icraatımda Şahid4 adlı şəxsin işi var, sən iki büküm tapmısan, bir bükümü də Şahid4 vermisən, o da elə deyir”. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli “Əməliyyat tapşırığı”ndan və ona verilmiş 01 mart 2024-cü il tarixli cavabdan müəyyən edilir ki, Şahid4 narkotik vasitə heroini haradan əldə etməsi ilə bağlı əməliiyat tapşırığı verilmiş, əməliyyat tapşırığına cavab olaraq göstərilmişdir ki, “şifahi sorğu zamanı Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroini Abas adlı şəxsdən 10 manat müqabilində almasını bildirmişdir. Tərəfimizdən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Şahid4 10 manat müqabilində, üzərindən çıxmış narkotik vasitəni satmış Abas adlı şəxs Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də yaşayan Təqsirləndirilən şəxsdur.” (İİ c.v.7, 14) İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, “Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq hər hansı bir nəticə əldə olunmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini 28 yanvar 2024-cü il tarixdə Xaçmaz rayonu, İlxıçı kənd sakini Şahid4 satmış və həmin faktla əlaqədar RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayevin icraatında ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır.” İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,254 qram təşkil etmiş heroin narkotik vasitəsi və üzərində heroin izləri olan 02 ədəd folqa kəsikləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra 0,174 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işindən Şahid4 barəsində olan ********* nömrəli cinayət işinin ayrılması və istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 5(067)-29/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, satması və istifadə etməsi barədə əməliyyat tədbirinin keçirilməsi barədə 01 fevral 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı yekun nitqində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun əməli şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə tam sübuta yetirilir, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 05 il 06 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını təklif etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edərək saxlama (daşıma) cinayətini satış məqsədi ilə törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayaraq daşıması öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Şahid4 narkotik vasitəni soyadını, ata adını, yaşayış ünvanını bilmədiyi özünü Abas adı ilə təqdim etmiş şəxsdən aldığını bildirməsi əsasında həmin narkotik vasitəni satan şəxsin Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də (Xaçmaz şəhəri dəmir yolu vağzalının yaxınlığında yerləşən kilsəyə yaxın küçə) yaşayan Təqsirləndirilən şəxs olmasını “müəyyən etmişdir”. Bundan sonra Təqsirləndirilən şəxsla Şahid4 arasında üzləşdirilmə keçirilərkən, həmçinin Şahid4 ifadələri alınarkən onlar bir-birlərini tanımadıqlarını bildirmişlər, Şahid4 narkotik vasitəni iş üzrə Təqsirləndirilən şəxs almadığını, ona narkotik vasitə satmış Abas adlı şəxsin kök və sarışın olduğunu bildirmişdir. Lakin cinayət işinin materiallarından müəyyən edilir ki, Şahid4 ona narkotik vasitəni satan şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirməsinə baxmayaraq, Şahid4 narkotik vasitə satması mümkün olan Abas adında digər şəxsin müəyyənləşdirilməsi istiqamətində hər hansı əməliyyat-axtarış tədbirləri keçirilməmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cinayət məsuliyyətinə cəlb edilməmişdir) Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi barədə ibtidai araşdırma orqanında məlumat olmamış, bu halı məhkəmə istintaqı zamanı ifadə vermiş şahid (əməliyyat müvəkkili) də təsdiq etmişdir. İş materiallarından, həmçinin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Şahid4 narkotik vasitə satan Abas adlı şəxsin Təqsirləndirilən şəxs olması barədə qənaətə gəlinməsi və məsuliyyətə cəlb olunması yalnız Şahid4 ona narkotik vasitə satan şəxsin Abas adlı şəxs olmasını bildirməsi əsasında olmuşdur. Lakin iş materiallarında Şahid4 bildirdiyi “Abas” adlı şəxsin məhz Təqsirləndirilən şəxs olmasının necə müəyyən edildiyini göstərən hər hansı sübut öz əksini tapmamış, ibtidai istintaq orqanı tərəfindən yalnız etibarlı mənbədən qeyd edilməklə, Şahid4 “Abas” adlı şəxs bildirməsi əsasında narkotik vasitəni satan şəxsin iş üzrə Təqsirləndirilən şəxs olması qənaətinə gəlinmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ittiham tərəfindən bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə satmasının müəyyənləşdirilməsi istiqamətində (əlavə) əməliyyat tədbirlərinin keçirilməsi əksini tapmamışdır. Onun narkotik vasitə (həmçinin digər şəxslərə) satması öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, bir halda ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasında şübhəli bilmiş (təqsirləndirmiş) onun başqa şəxslərə də narkotik vasitə satmasını müəyyənləşdirmək istiqamətində əməliyyat tədbirləri keçirməsi, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi, yaşadığı evə baxış keçirilməsi, həmçinin onun narkotik vasitə satdığı anda yaxalanması üçün müvafiq qanuni hərəkətlərin edilməsi də məqsədəmüvafiq olardı. Lakin ibtidai araşdırma orqanı nəinki yuxarıda qeyd olunan halların araşdırılması üçün müvafiq tədbirlər görməmiş, həmçinin üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs görərək tanımadığını bildirməsinə səthi yanaşaraq lazımınca araşdırma aparmamış, Şahid4 ona narkotik vasitə satan şəxsin təqsirləndirilən şəxs Abas Absovun olmadığını bildirməsinə dair xüsusata hər hansı qiymət verməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərkən Şahid4 ifadəsinə (qeyri-dəqiq) və Təqsirləndirilən şəxs ilkin ifadəsinə əsaslanmış, həmçinin Şahid4 xx.xx.2024-cü il tarixdə saxlanılmasından sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “müəyyən edilərək” həmin tarixdə də polis şöbəsinə aparılmışdır. İş materiallarından müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi vardır, həmçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs narkotik vasitə istehlakçısı olduğunu bildirmişdir. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə, 0,254 qram çəkidə olan heroin narkotik vasitəsini də üzərində saxlayaraq daşımasını əsassız olaraq satış məqsədilə olması qənaətinə gəlmişdir. Şahid4 və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin tərkiblərinin eyni olması onların narkotik vasitəni eyni mənbədən (üçüncü şəxsdən) almaları kimi ehtimalın olmasını da istisna edilmir (deməyə imkan verir) və bu ehtimalın, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə satmasına dair hərtərəfli araşdırma aparılmadığından, əksinə, çox səthi yanaşılması səbəbindən, təkzibolunmaz sübutlarla istisna edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqəsədilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə ədalətsiz olmaqla, yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Göründüyü kimi, iş üzrə vacib əhəmiyyət kəsb edən ziddiyyətli hallar olsa da, bu hallar araşdırılmamış və ibtidai istintaq dövründə aydınlaşdırılmamışdır, Şahid4 verdiyi qeyri-müəyyən ifadədən başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq niyyətilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı bir dəlil mövcud deyildir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət- hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci ıl tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Bununla da məhkəmə iş üzrə sübutları məcmu halda araşdıraraq belə qənaətə gəlir ki, Şahid4 ifadələrində narkotik vasitəni Abas adlı şəxsdən almasını bildirməsi, həmçinin iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə narkotik vasitələrin eyni tərkibli olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə satmasını təsdiqləyən sübut növü kimi qəbul edilməməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs münasibətdə yolverilməz sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə görə, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.2.9-cu maddəsinə əsasən, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1 və 146.2.3-cü maddələrinə görə, cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 8-ci bəndində izah olunur ki, Qanunun həmin maddəsində (1.0.11) "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş "digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində izah olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin xeyli miqdardan artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində sübutların kifayət etməməsinə yetərincə diqqət yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Velikova Bolqarıstana qarşı 04 oktyabr 2000-ci il tarixli qərarında göstərilir ki, “Əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlaması şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitə olan heroini üzərində daşıması halı şahidlərin ifadələri, həmçinin iş materiallarında olan şəxsi axtarış haqqında protokol və şəxsi axtarışın aparılmasının videoçəkilişi, ekspert rəyi və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, ərizəsi ilə tam sübuta yetirilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə - heroini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda Şahid4 (qeyri-dəqiq) ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və ya saxlaması kimi tövsif edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə, cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində xeyli miqdarda olmaqla özünün istehlakı üçün narkotik vasitə olan heroini əldə edərək saxlamış, daşımış və bununla da, həmin hərəkətləri ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,254 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən əlavə, onda narkomaniya xəstəliyinin aşkar olunması onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Nikah haqqında” Şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surətlərindən, Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2011; xx.xx.2012 və xx.xx.2014) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nüməyəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarının surətindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə idarəsinin X15 xəstənin tibb kartasından çıxarışın surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Kliniki tibbi mərkəzdə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz “Sol sağrının və sol saidin qəlpə yaraları” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Abasov X10 RMX PHŞ-də həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, müharibə iştirakçısı olmaqla səhhətindəki xəstəlikləri cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 01 fevral 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2024-cü il tarixli, 4(067)- 13/2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə ekspertiza tədqiqatlarına təqdim edilmiş təmiz çəkisi 0,254 qram narkotik vasitə heroindən təqdqiqatlara 0,05 qram və 0,030 qram sərf edildikdən sonra qalıq 0,174 qram heroin təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,254 qram təşkil etmiş, ekspertiza tədqiqatlarından sonra isə qalıq çəkisi 0,174 qram təşkil edən heroin narkotik vasitəsi və üzərində heroin izləri olan 02 (iki) ədəd folqa kəsiyi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,174 qram təşkil edən heroin narkotik vasitəsi və üzərində heroin izləri olan 02 (iki) ədəd folqa kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Həmçinin Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD diskin cinayət işində saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 199 (yüz doxsan doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,174 qram təşkil edən heroin narkotik vasitəsi və üzərində heroin izləri olan 02 (iki) ədəd folqa kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD diskin cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 199 (yüz doxsan doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-148/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-148/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver