Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-149/2021 20.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1989-cu ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına və Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə - heroini, metadon həbini və psixotrop maddə - metamfetamini saxlamaqla daşımışdır. Belə ki, 05 iyul 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 16:30-16:50 müddətində onun üzərinə şəxsi axtarış keçiriliərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd plastik qabın içərisində bir ədəd kağız bükümdə olmaqla 1,128 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, habelə bir ədəd kağız bükümdə olmaqla 0,122 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 01 ədəd narkotik vasitə - metadon həbi, üzərlərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağız və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Təxminən 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə, Xaçmaz-Bakı marşrutu üzrə sərnişin daşıyan avtomobillərin dayandığı yerdə olduğu zaman yolun kənarında yerdə olan plastik qab diqqətini çəkmiş, həmin plastik qabı götürüb açanda onun içərisində daha iki ədəd kiçik ölçülü plastik qabın, bir ədəd həbin, bir ədəd falqanın və bir ədəd sınmış şüşə ampulanın olduğunu, kiçik ölçülü plastik qabları açıb baxanda isə onlardan birinin içərisində ağ rəngli maddənin, digərinin içərisində iki ədəd bükümün, həmin bükümlərdən birinin içərisində ağ rəngli, digərinin içərisində isə qəhvəyi rəngli maddələrin olduğunu görmüşdür. Plastik qabın içərisindəki ağ rəngli maddənin duz olduğunu, qəhvəyi rəngli maddənin isə “kakos” kimi tanıdığı narkotik vasitə - heroin olduğunu bilmiş və həmin plastik qabı içərisindəkilərlə birlikdə götürüb istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 05 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz şəhəri ərazisində, yaşadığı küçənin yaxınlığında olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt Bakı şəhərində “Şamaxinka” adlanan ərazidən tapdığı plastik qab içərisindəkilərlə birlikdə, həmçinin daimi olaraq üstündə gəzdirdiyi bir ədəd qatlanan bıçaq və narkotik vasitə - heroin istifadə etmək üçün saxladığı bir ədəd şpris üstündə olmuşdur. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmiş, orada polis əməkdaşları tərəfindən təqdim olunmuş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd qatlanan bıçağı, bir ədəd plastik qabı və bir ədəd şprisi, şalvarının sol yan cibindən isə içərisində siqaret olan bir ədəd siqaret qutusunu, bir ədəd içərisində ətir olan qabı, iki ədəd alışqanı, bir manat pulu, bir ədəd iki hissəyə ayrılmış pul qabını və onun içərisində olan alış-veriş kartını çıxarıb masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Plastik qab polis əməkdaşları tərəfindən açılarkən onun içərisindən bir ədəd həb, bir ədəd içərisində ağ rəngli maddə olan kiçik ölçülü plastik qab, içərisində iki ədəd büküm olan daha bir ədəd kiçik ölçülü plastik qab, içərisində qəhvəyi rəngli izlər olan bir ədəd sınmış şüşə ampula və bir ədəd falqanın olduğu, həmçinin kiçik ölçülü plastik qabın içərisində olan iki ədəd bükümdən bir ədədinin içərisində “kakos” kimi tanıdığı qəhvəyi rəngli narkotik vasitə heroin, digərinin içərisində isə ağ rəngli maddə olması müəyyən edilmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar edilmiş bir ədəd bükümün və bir ədəd plastik qabın içərisində olan ağ rəngli maddənin duz olduğunu, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə “kakos”, yəni narkotik vasitə - heroin olduğunu və onları Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd qatlanan bıçaq, bir ədəd həb, üzərində qəhvəyi rəngli izlər olan bir ədəd falqa və bir ədəd sınmış ampula, həmçinin içərisində bir büküm ağ və iki büküm qəhvəyi rəngli maddələr olan plastik qab, içərisində maye olan bir ədəd şpris və içərisində ağ rəngli maddə olan plastik qab ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Üzərindən aşkar edilmiş içərisində siqaret olan bir ədəd siqaret qutusu, içərisində ətir olan bir ədəd qab, iki ədəd alışqan, bir manat pul, iki hissəyə ayrılmış bir ədəd pul qabı və onun içərisində olan alışveriş kartı isə onun özünə qaytarılmışdır. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, bütün iştirakçılar, o cümlədən özü protokolun doğruluğunu və narkotik vasitə və s. qablaşdırıldığı zərflərin üzərini imzası ilə təsdiq etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 05 iyul 2021-ci il tarixdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞnin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 qrupun tərkibinə daxil edilmişlər. Keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Həsən Seyidbəyli küçəsində olduğunu müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu özləri ilə birlikdə Xaçmaz RPŞ-yə gətirmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 həvalə olunduğundan sonuncu tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və Xaçmaz rayon Vəkil Bürosunun vəkili X8 şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid4 həvalə olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunanda o, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd qatlanan bıçaq, 01 ədəd plastik qab və 01 ədəd içərisində maye olan şpris, sol yan cibindən isə içərisində siqaret olan 01 ədəd siqaret qutusu, içərisində ətir olan 01 ədəd ətir qabı, 02 ədəd alışqan, 01 ədəd 1 manatlıq pul əsginası, 01 ədəd iki hissəyə ayrılmış pul kisəsi və pul kisəsinin içərisində olan 01 ədəd “albalı” kartını çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qab açıldıqda onun içərisində daha 02 ədəd kiçik ölçülü plastik qablar, narkotik vasitə metadona bənzər 01 ədəd həb, üzərlərində narkotik vasitə - heroinə bənzər qəhvəyi rəngli izlər olan 01 ədəd sınmış şüşə ampula, 01 ədəd falqa kağız aşkar olunmuşdur. Kiçik ölçülü plastik qablar açıldıqda isə onlardan birinin içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə olan 01 ədəd bükülü, digərinin içərisində isə narkotik vasitə - heroinə bənzər qəhvəyi rəngli maddə və psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə olan 02 ədəd bükülünün olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şprisin içərisindəki mayenin su, plastik qabın içərisindəki həbin sakitləşdirici, bükülülərdəki ağ rəngli maddənin duz, qəhvəyi rəngli maddənin isə “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, təqdim etdiyi plastik qabı içərisindəkilərlə birlikdə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını, 01 ədəd qatlanan bıçağın isə maşın alarkən maşının içərisində olduğunu bildirmişdir. Bundan sonra ekspertizaya təqdim olunmasından ötrü Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd şpris, 01 həb, üzərlərində qəhvəyi rəngli izlər olan 01 ədəd sınmış şüşə ampula, 01 ədəd falqa kağız, içərisində bir büküm ağ rəngli maddə olan 01 ədəd kiçik ölçülü plastik qab, içərisində bir büküm ağ rəngli və bir büküm qəhvəyi rəngli olmaqla iki büküm olan 01 ədəd kiçik ölçülü plastik qab nisbətən böyük ölçülü plastik qabla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə, 01 ədəd qatlanan bıçaq isə başqa bir ağ rəngli kağız zərfə qoyularaq ayrı-ayrılıqda qablaşdırılmış və ağızları möhürlənməklə üzərləri imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində siqaret olan 01 ədəd siqaret qutusu, 02 ədəd alışqan, içərisində ətir olan 01 ədəd ətir qabı, 01 manatlıq pul əsginası, 01 ədəd pul kisəsi və 01 ədəd “albalı” kartı Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi Şahid4 tərəfindən videokamera vasitəsilə qeydə alınmış və faktla bağlı X7 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, 05 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 ona videoçəkiliş vasitəsilə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini və həmin prosesin videogörüntülərini çəkiliş vasitəsilə qeydə almaq lazım olduğunu demişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü Xaçmaz RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupunun yaradılması, CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 qrupun tərkibinə daxil edilməsi və onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilməsi ona məlum olmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunandan və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X8 təqdim olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Xaçmaz RPŞ-nə gətirildiyi və videoçəkiliş vasitəsilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunanda sonuncu əynindəki şalvarının sağ yan cibindən 01 ədəd qatlanan bıçaq, 01 ədəd plastik qab və 01 ədəd içərisində maye olan şpris, sol yan cibindən isə içərisində siqaret olan 01 ədəd siqaret qutusu, içərisində ətir olan 01 ədəd ətir qabı, 02 ədəd alışqan, 01 ədəd bir manatlıq pul əsginası, 01 ədəd iki hissəyə ayrılmış pul kisəsi və pul kisəsinin içərisində olan 01 ədəd “albalı” kartını çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qab açıldıqda onun içərisində daha 02 ədəd kiçik ölçülü plastik qablar, narkotik vasitə - metadona bənzər 01 ədəd həb, üzərlərində narkotik vasitə - heroinə bənzər qəhvəyi rəngli izlər olan 01 ədəd sınmış şüşə ampula, 01 ədəd falqa kağız aşkar olunmuşdur. Kiçik ölçülü plastik qablar açıldıqda isə onlardan birinin içərisində psixotrop maddə - metamfetaminə bənzər ağ rəngli maddə olan 01 ədəd bükülü, digərinin içərisində isə narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə və psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli maddə olan 02 ədəd bükülünün olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şprisin içərisindəki mayenin su, plastik qabın içərisindəki həbin sakitləşdirici, bükülülərdəki ağ rəngli maddənin duz, qəhvəyi rəngli maddənin isə “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, təqdim etdiyi plastik qabı içərisindəkilərlə birlikdə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını, 01 ədəd qatlanan bıçağın isə maşın alarkən maşının içərisində olduğunu bildirmişdir. Bundan sonra ekspertizaya təqdim olunmasından ötrü Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd şpris, 01 həb, üzərlərində qəhvəyi rəngli izlər olan 01 ədəd sınmış şüşə ampula, 01 ədəd falqa kağız, içərisində bir büküm ağ rəngli maddə olan 01 ədəd kiçik ölçülü plastik qab, içərisində bir büküm ağ rəngli və bir büküm qəhvəyi rəngli olmaqla iki büküm olan 01 ədəd kiçik ölçülü plastik qab nisbətən böyük ölçülü plastik qabla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə, 01 ədəd qatlanan bıçaq isə başqa bir ağ rəngli kağız zərfə qoyularaq ayrı-ayrılıqda qablaşdırılmış və ağızları möhürlənməklə üzərləri imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində siqaret olan 01 ədəd siqaret qutusu, 02 ədəd alışqan, içərisində ətir olan 01 ədəd ətir qabı, 01 manatlıq pul əsginası, 01 ədəd pul kisəsi və 01 ədəd “albalı” kartı Təqsirləndirilən şəxs qaytarılmışdır. Faktla bağlı X7 tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin videogörüntülərini əvvəldən axıra kimi videokamera vasitəsilə qeydə almışdır. İş materiallarında olan 05 iyul 2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunan nə varsa çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd qatlanan bıçağı, bir ədəd plastik qabı, bir ədəd şprisi çıxararaq stolun üzərinə qoyur. Şprisin içərisində mayenin olması müşahidə olunur, təqsirləndirilən şəxs həmin mayenin su olmasını bildirir. Plastik qabın içərisinə baxılan zaman içərisində bir ədəd həbin, bir ədəd içərisində ağ maddə olan kiçik plastik qabın, içərisində iki ədəd büküm olan daha bir ədəd kiçik plastik qabın, içərisində qəhvəyi rəngli izlər olan bir ədəd sınmış ampluanın və bir ədəd falqanın olması aşkar edilir. Kiçik plastik qabın içərisində olan iki ədəd bükümdən birinin içərisində narkotik maddə - heroinə bənzər qəhvəyi rəngli maddənin, digərinin içərisində isə ağ rəngli maddənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən isə bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu, bir ədəd içərisində ətir olan qabı, iki ədəd alışqanı, bir ədəd bir manatlıq əsginası, bir ədəd iki hissəyə ayrılmış pul qabını və onun içərisində olan alış-veriş kartını çıxararaq stolun üzərinə qoyur. Bundan sonra təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilir və üzərindən hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs bir ədəd bükümün və bir ədəd plastik qabın içərisində olan ağ rəngli maddənin duz olduğunu, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik maddə heroini nəzərdə tutaraq “kakos” olmasını bildirir. O, üzərindən aşkar edilmiş bir ədəd plastik qabı içərisindəkilərlə birlikdə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə Xaçmaz avtomobillərinin olduğu hissədə yerdən tapdığını bildirir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd içərisində siqaret dənələri olan siqaret paketi, bir ədəd içərisində ətir olan qab, iki ədəd alışqan, bir ədəd bir manatlıq əsginas, pul qabı və onun içərisində olan alış-veriş kartı təqsirləndirilən şəxsə geri qaytarıldı. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bir ədəd qatlanan bıçaq, bir ədəd həb, üzərində qəhvəyi rəngli izlər olan bir ədəd falqa və bir ədəd sınmış ampula, içərisində iki ədəd büküm olan bükümlərdən birində ağ, digərində qəhvəyi rəngli maddə olan bir ədəd plastik qab, bir ədəd içərisində maye olan şpris və bir ədəd içərisində ağ rəngli maddə olan plastik qab qablaşdırılaraq möhürlənib götürülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2021-ci il tarixli, 6/2697 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №58” dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd plastik qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,128 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; bir ədəd bükümdə təmiz çəkisi 0,122 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbin üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir; bir ədəd qırılmış şüşə ampulada və bir ədəd falqa kağızında narkotik vasitə olan heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı və təqdim edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir; bir ədəd plastik qabda psixotrop maddə olan metamfetaminə məxsus izlər aşkar edildi. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı və təqdim edilmiş metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir; təqdim edilmiş 2 ml həcmli şprisdə 0,5 ml həcmində olan maye narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrə aid deyildir. Ekspertiza tədqiqatına heroindən 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 1,078 qram; metamfetamindən 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,072 qram təşkil etmişdir; metadon həbinin ½ hissəsi sərf edildikdən sonra qalıq ½ hissə təşkil etmişdir. İş materiallarında olan 10 iyul 2021-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan və 22 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,128 qram çəkidə narkotik vasitə - heroin, 0,122 qram çəkidə psixotrop maddə - metamfetamin, 01 ədəd narkotik vasitə - metadon həbi, narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağızı və psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab maddi sübut kimi tanınmış və heroinin 0,05 qramı, metamfetaminin 0,05 qramı, metadon həbinin ½ hissəsi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 1,078 qram heroin, 0,072 qram metamfetamin, ½ hissə metadon həbi, heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağızı və psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab, həmçinin maddi sübut hesab edilməyən 01 ədəd içərisində maye olan 2 ml həcmli şpris Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 07 sentyabr 2021-ci il tarixli, 3315 №-li ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 3/1185 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Onun tiyəsinin ucluğu cüzi sınmışdır, lakin həmin sınma nəticəsində bıçağın ilkin təyinatında və istifadəsində əhəmiyyətli dəyişiklik yaranmamışdır və eləcə də onun üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı əlaqələrinin, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini əldə etdiyi mənbənin, onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olubolmamasının və digər halların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 22 sentyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi; narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,02 qramdan artıq olması, külli miqdarı isə 1,6 qramdan artıq miqdarda olması kimi; psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə - heroinin təmiz çəkisi 1,128 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda; narkotik vasitə metadonun təmiz çəkisi 0,04 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda; psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0,122 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına və Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə - heroini, metadon həbini və psixotrop maddə metamfetamini saxlamaqla daşımış, bu fakt 05 iyul 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 16:30-16:50 müddətində onun üzərinə şəxsi axtarış keçiriliərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd plastik qabın içərisində bir ədəd kağız bükümdə olmaqla 1,128 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə bir ədəd kağız bükümdə olmaqla 0,122 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 01 ədəd narkotik vasitə - metadon həbi, üzərlərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağız və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə qonşular və kənd əhalisi ilə münasibəti normal olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 28 dekabr 2015-ci il tarixdə əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 05 iyul 2021-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi o, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 05 iyul 2021ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli 4(067)-78/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,078 qram təşkil edən narkotik vasitə - heroin; narkotik vasitə olan metadon həbinin ½ hissəsi; 0,072 qram psixotrop maddə - metamfetamin, heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağızı, metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab, həmçinin maddi sübut hesab edilməyən 01 ədəd içərisində maye olan 2 ml həcmli şpris maddi sübut kimi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,078 qram təşkil edən narkotik vasitə - heroin; narkotik vasitə olan metadon həbinin ½ hissəsi; 0,072 qram psixotrop maddə - metamfetamin, heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağızı, metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab, həmçinin maddi sübut hesab edilməyən 01 ədəd içərisində maye olan 2 ml həcmli şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 139 (yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,078 qram təşkil edən narkotik vasitə - heroin; narkotik vasitə olan metadon həbinin ½ hissəsi; 0,072 qram psixotrop maddə - metamfetamin, heroinə məxsus izlər olan 01 ədəd qırılmış şüşə ampula, 01 ədəd falqa kağızı, metamfetaminə məxsus izlər olan 01 ədəd plastik qab, həmçinin 01 ədəd içərisində maye olmuş 2 ml həcmli şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 139 (yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-149/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-149/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver