Məhkəmə qərarları › İş №1(067)-15/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-15/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-15/2021 07.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X7 iştirakları ilə xx.xx.1985-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Siyəzən şəhəri A.Mustafayev küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş–Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1979-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan Təqsirləndirilən şəxs1 26 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Siyəzən şəhəri H.Talıbov küçəsi 8№li binanın 35-ci mənzilinin qarşısında 30 manata almaqla qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,772 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, həmin narkotik vasitə 26 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri Gənclik qəsəbəsi, H.Talıbov küçəsi ərazisində saxlanılaraq, Siyəzən RPŞ-nə gətirilib Növbətçi Hissədə üzərində şəxsi axtarış aparılan zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli “Kent” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd ağ rəngli sellofan bükülüdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 1,762 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin narkotik vasitənin 0,772 qramını 26 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Siyəzən şəhəri Gənclik qəsəbəsi, H.Talıbov küçəsi 8№-li binada yerləşən 35 saylı mənzilin qarşısında Təqsirləndirilən şəxs2 30 manata sataraq, qalan 0,990 qram narkotik vasitə olan heroini üzərində saxlamışdır. 26 yanvar 2020-ci il tarixdə saat 17 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq X2 şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılaraq gətirildiyi vaxt Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ona məxsus pul qabının içərisindən 1(bir) ədəd ağ rəngli sellofana bükülmüş formada 0,990 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2015-ci ildən etibarən narkotik vasitə olan heroindən istifadə etdir. Cəzaçəkmə müəsisəsindən qayıtdıqdan sonra bir müddət bu pis vərdişindən əl çəksə də, lakin sonradan yenə də heroindən istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılıb rayon polis şöbəsinə aparılaraq üzərinə baxış keçirilən vaxt aşkar olunmuş heroin adlı narkotik vasitəsi ona məxsus olmuşdur. O, Siyəzən şəhər sakini olan iş üzrə Təqsirləndirilən şəxs1 kiçik yaşlarından tanıyır. Belə ki, Ramil əvvəllər onun babasının yaşadığı Siyəzən şəhəri İ.Qayıbov küçəsində yaşamış, Ramillə münasibətləri yaxşı olmuşdur. O, hadisə günü Ramilə istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə zəng edib 5-6 manat pul istəmişdir, Ramil də ona heç bir problem olmadığını, yəni pul verə biləcəyini demişdir. Buna görə də Ramilin yaşadığı ünvana gedib ondan 5 manat pul alıb küçəyə çıxanda polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmış və polis şöbəsində o, izahatı olan vərəqi oxumuş və imza etmişdir. Lakin o, iş materiallarında olan “ifadəsi ilə” razı deyildir. Belə ki, Ramil ona heç vaxt narkotik vasitə satmamış, həmin gün də o, Ramildən narkotik vasitə almamışdır, Ramildən cibxərcliyi üçün pul almağa getmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun bundan əvvəl narkotik vasitələrin qanunsuz saxlanılması ilə əlaqədar məhkumluğu olmuşdur. 2017-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadığı evə qayıtmışdır. O, təxminən 2015-ci ildən etibarən narkotik vasitə olan heroindən istifadə edir. Cəzaçəkmə müəsisəsindən qayıtdıqdan sonra o, bir müddət bu pis vərdişindən əl çəksə də, lakin sonradan yenə də narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. O, Siyəzən şəhər sakini olan Təqsirləndirilən şəxs1 kiçik yaşlarından tanımışdır. Belə ki, Ramil əvvəllər onun babasının yaşadığı Siyəzən şəhəri İ.Qayıbov küçəsində yaşamış, Ramillə münasibətləri yaxşı olmuşdur. Təxminən 15-20 gün bundan qabaq o, Siyəzən şəhərində parkda olan çayçıda Ramil ilə görüşmüş, Ramil ona söhbət zamanı özündə narkotik vasitə olan heroin olduğunu və istəsə ondan ala biləcəyini demişdir. O, Ramildən heroini hansı qiymətə satdığını soruşduqda, Ramil 30 manata satdığını demişdir. O, bir neçə dəfə Ramildən heroin alıb istifadə etmiş, narkotik vasitə almaq istəyərkən isə Ramilin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng etmişdir. Ramil ona Siyəzən şəhəri, Gənclik qəsəbəsi H.Talıbov küçəsində yaşadığını və evinin yerini təxmini demişdir. O, narkotik vasitə istifadəçisi olduğundan Ramilin yaşadığı binaya gedib, bina ilə üzbəüz durarkən sağ tərəfdəki axırıncı blokun 3-cü mərtəbəsinə qalxırmış və qapını döydükdən sonra Ramil qapını açaraq, ona narkotik vasitə olan heroin vermişdir. 26 yanvar 2020-ci il tarixdə günorta saatlarından sonra Siyəzən şəhər sakini kimi tanıdığı və dostluq münasibətlərində olduğu, Namiq ***-***-**-** saylı nömrədən zəng edərək ağrılarının olduğunu və narkotik vasitə olan heroin istədiyini demiş, o da Namiqlə dostluq münasibətində olduğundan sonuncuya pulsuz olaraq narkotik vasitə heroin vermək istəmişdir. Həmin vaxt özünün 30 manat pulu olmuş və özünün də ağrıları olduğu üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq narkotik vasitə heroin istəmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini olduğunu və gəlib evdən götürə biləcəyini söyləmişdir. O, Namiqə bir taksi tutub gəlməyini və onu götürüb Gənclik qəsəbəsinə gedərək oradakı adamdan heroin götürüb ona pulsuz verəcəyini demişdir. X24 adlı şəxsin idarə etdiyi «VAZ 2107» markalı avtomobillə gəlmiş, o, həmin avtomobilə minib, Gənclik qəsəsbəsində yerləşən Ramilin yaşadığı evin qarşısına getmişdir. Namiq və taksi sürücüsü onu binanın qarşısında Ramilin yaşadığı girişin (blokun) qabağında avtomobildən düşürtmüş, o da Ramilin yaşadığı 3-cü mərtəbəyə qalxaraq qapını döymüş və qapını Ramilin özü açmışdır. O, görüşüb Ramilə 30 manat pul verərək 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə özünün dediyinə görə 1 qram narkotik vasitə heroin almış və Ramil ondan pulu alıb yaşadığı evə girmişdir. O, da həmin sellofan bükülünü istifadə etdiyi göy rəngli «Kent» siqaretinin qutusunun içərisinə və siqaret qutusunu da əynində olan gödəkçənin qabaq sağ yan cibinə qoymuşdur. O, Təqsirləndirilən şəxs1 yaşadığı binadan çıxanda binanın qarşısında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Siyəzən RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının onun üzərində narkotik vasitə olmasını bildiklərini başa düşmüş və buna görə də sorğu zamanı üzərində narkotik vasitə olduğunu, Ramildən 30 manata aldığını demişdir. Polis əməkdaşları onu Siyəzən RPŞ-nə gətirmiş, Siyəzən rayon polis şöbəsinin Növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışın keçirilməsinə başlamazdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin müdafiə hüququnun olması izah olunmuşdur. Bundan sonra ona şəxsi axtarış zamanı hüquqlarını müdafiə etməsi üçün vəkil Müdafiəçi2 təklif olunmuş, o da üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməyini istədiyini demişdir. Bundan sonra ilk əvvəl onun üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etmək təklif olunmuşdur. O, üzərində narkotik vasitə heroin olduğunu bildirirək, əynində olan gödəkçənin sağ yan cibindən həmin «Kent» markalı siqaret qutusunun içərisində 1(bir) ədəd ağ rəngli sellofan bükülüdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu və qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs1 şəxsən 30 manata aldığını demişdir. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 1(bir) ədəd ağ rəngli sellofan bükülüdə olan narkotik vasitə heroin kütləsi polis əməkdaşları tərəfindən götürülməklə, 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyulmaqla qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənmiş, o və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişdir. Daha sonra protokol tərtib olunmuş, protokol doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişdir. O, narkotik vasitəni Ramildən alacağı barədə Namiqə bir söz deməmiş, Namiqə narkotik vasitə heroin almağa getdiklərini, lakin kimdən alacağını söyləməmişdir. Füzulinin isə bu barədə heç bir məlumatı olmamışdır. Ramilin ona 5 manat pul verməsi barədə dediklərinin yalan olmasını, əgər 5 manat pul vermişdirsə, polis əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı həmin pul da üzərində olardı, lakin baxış zamanı üzərindən pul aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, aralarında normal münasibətlər olub, hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bu tanışlıqları dövründə münasibətləri çox gözəl olmuş, dəfələrlə Raminə ehtiyacı olduğu işlərdə köməklik göstərmişdir. 26 yanvar 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng vurmuş, telefon danışıqları zamanı Ramin ondan hal-əhval tutaraq siqaret alması üçün pul istəmiş, o, da Raminə hal-hazırda Siyəzən şəhəri Gənclik qəsəbəsində evdə olduğunu, bir azdan Siyəzən şəhər mərkəzinə çıxdığı zaman siqaret alacağını demişdir. Ramin isə ona özünün də Siyəzən şəhəri Gənclik qəsəbəsində olduğunu deyərək yaşadığı evə gəlmək istədiyini demiş, o, da etiraz etməmişdir. Ramin yaşadığı binada olan mənzilin qarşısına gəlmiş və onlar mənzilin qarşısında görüşmüşlər, Raminə 5 manat pul vermiş və Ramin də çıxıb getmişdir. O, Siyəzən şəhər mərkəzinə getmək məqsədilə yaşadığı mənzildən çıxmış, həyətə düşdüyündə Raminin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, saat 16 radələrində yaşadığı evdən çıxaraq Siyəzən şəhər mərkəzinə getmiş, mərkəz adlanan hissədə, yəni Siyəzən şəhəri H.Əliyev küçəsində onu polis əməkdaşı Şahid1 adlı şəxs görərək yanına çağırmışdır. O, həmin vaxt digər Rafiq adlı polis əməkdaşı ilə görüşdüyü zaman Şahid1 Rafiqə onu tutub yanına gətirməsini demişdir. Polis şöbəsində o, pul qabısından aşkar edilmiş sellofan bükülünün ona aid olmadığını, həmin bükülünün oraya sonradan qoyulduğunu bildirmiş, bu barədə protokol tərtib olunmuş və ona ucadan oxunduqdan sonra imzalamışdır. Həmçinin onun pul qabından aşkar olunan bir ədəd ağ rəngli sellofan bükülü də zərfə qoyulmuş və o, da həmin zərfə imza etmişdir. Onun üzərində şəxsi axtarış iki dəfə aparılmışdır. Belə ki, Siyəzən RPŞ-nə gətirilən kimi üzərinə polis əməkdaşları olan Şahid1 və Şahid2 adlı şəxslər saat 16 radələrində baxış keçirmiş, həmin baxış zamanı nə pul qabından, nə üzərindən heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Bu hadisədən sonra saat 18-19 radələrində üzərinə vəkilin iştirakı ilə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməsə də, pul qabından bir ədəd şəffaf sellofanda bükülü aşkar olunmuşdur. Onun isə həmin bükülüdən xəbəri olmamışdır. Onu ora polis əməkdaşları özləri qoymuşlar. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Siyəzən rayon məhkəməsi barəsində ittihamedici hökm çıxarsa da, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilmişdir. Bəraət aldığına görə onu şərləyib tutacaqları barədə ona söz çatdırılmışdır. Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 onu Siyəzən şəhəri, H.Əliyev küçəsi, mərkəz adlanan yerdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxladığı zaman rayon polis şöbəsinə gətirilərkən üzərində olan ona məxsus pul qabını və “Kent” markalı siqaret qutusunu yerə atmamış, üzərində axtarış polis şöbəsinə gətirildikdən sonra aparılmış, polis şöbəsində üzərindən çıxan bütün əşyalar, o cümlədən pul qabı da əvvəlcə götürülüb yanında baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya aşkar olunmamış, amma videoçəkilişlə ikinci dəfə üzərində olan əşyalara baxış keçirilərkən pul qabında narkotik vasitəyə oxşayan maddə aşkar edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X23 bildirdi ki, hazırkı cinayət işi ibtidai istintaq zamanı ilkin olaraq Siyəzən RPŞ-nin müstəntiqi Bədirşah Vəlimətovda olmuşdur. İş üzrə təqsirləndirilən şəxslər polis şöbəsinə gətirilib üzərlərinə baxış keçirilərkən və bu barədə protokollar tərtib edilərkən müstəntiq Bədirşah Vəlimətov olmuş və təqsirləndirilən şəxslərin ilkin izahatlarını həmin müstəntiq almışdır. Sonradan isə cinayət işi onun icraatına verilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs2 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş, bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, İTB-nin sahə polis nəfəri, polis baş sercantı Şahid6, təminat hissəsinin sürücüsü polis nəfəri, polis baş sercantı X5 qrupun tərkibinə daxil edilmiş və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs2 izləməyə başlamışlar. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, Gənclik qəsəbəsi, H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında qara rəngli «VAZ-2107» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən düşərək həmin binanın birinci blokuna daxil olduğunu, gəldiyi taksinin isə orada dayanmayıb çıxıb getdiyini müşahidə etmişlər. Təxminən 3-5 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 binanın blokundan çıxanda o, əməliyyat müvəkkili Şahid2 və sürücü polis nəfəri Teyyub Abdurrəhmanovla birlikdə Raminə yaxınlaşıb özlarini təqdim etmiş və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması ehtimalı olduğundan qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş və özləri ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə olması ehtimalı olduğundan üstündə şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı deyilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunaraq Müdafiəçi2 ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə şəxsi axtarış aparılmasına etiraz etməmiş və şəxsi axtarışa başlamamışdan əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını desə də, sonradan o, üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin olduğunu etiraf etmişvə bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarıb açaraq içərisindən bir ədəd ağ rəngli sellofan bükülünü götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmi və sorğu zamanı Təqsirləndirilən şəxs2 bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Ramil adlı şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid5 müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 üstündə axtarış aparılması tapşırılmış, lakin üstündən əlavə narkotik vasitə və ya cinayət xarakterli başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmaqla qablaşdırılmışvə ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə onun tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmu və Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, H.Əliyev küçəsində, Mərkəz adlanan yerdə olduğunu müşahidə etmişvə onun üzərində narkotik vasitə olması ehtimalı olduğundan onlar əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid6lə birlikdə Ramilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 onlarn yaxınlaşdığını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Onlar dərhal yaxınlaşıb Ramili saxlamış və qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğunu deyərək tulladığı qeyd olunan əşyaları götürməsini təklif etmişlər. Lakin, Təqsirləndirilən şəxs1 həmin əşyaları götürməkdən imtina etmişdir. Ramili saxladıqları yer şəhərin mərkəzi hissəsi olduğundan həmin ərazidə çoxlu sayda adam olmuş, adamların toplanacağından və səs-küy yaranacağından ehtiyat edib içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Növbətçi hissədə Təqsirləndirilən şəxs1 bir daha siqaret qutusunu, mobil telefonu və pul qabını götürməyi təklif olunmuş, lakin həmin əşyaların Ramil özünə məxsus olduğunu etiraf etsə də, götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə olması ehtimalı olduğundan şəxsi axtarış aparılması üçün onun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmi və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmaqla Müdafiəçi3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa onları təqdim etməyi təklif olunmuşvə Təqsirləndirilən şəxs1 üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra o, müstəntiqin tapşırığı ilə Təqsirləndirilən şəxs1 üzərində axtarış aparmış, lakin üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus olmaqla saxlanılmamışdan əvvəl tulladığı və polis əməkdaşları tərəfindən götürülərək Ramilin özü ilə birlikdə şöbənin növbətçi hissəsinə apardıqları “Kent” markalı siqaret qutusuna və pul qabına baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Lakin pul qabına baxış zamanı onun içərisindən 01 ədəd “Albalı” kart, 01 ədəd “Araz” super marketə məxsus kart, 01 ədəd “Bolmart” bonus kartı, 01 ədəd üzərində məxfi kod yazılmış kağız parçası, 01 ədəd “e-manat” pul köçürməsinə dair qəbz, 04 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 37 manat məbləğində pul və 01 ədəd ağ rəngli sellofan bükülü aşkar edilmişdir. Pul qabının içərisindən aşkar edilmiş sellofan bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 pul qabının ona məxsus olduğunu etiraf etmiş, lakin pul qabının içərisindən aşkar edilmiş kütlənin ona məxsus olmadığını demişvə məsuliyyətdən boyun qaçırmaq məqsədilə həmin kütlənin pul qabının içərisinə guya sonradan polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmu və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və ona məxsus əşyalara baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid6 iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə məlumat daxil olduğunu bildirmişdir. 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs2 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Siyəzən RPŞnin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmış və onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, təminat hissəsinin sürücü polis nəfəri, polis baş sercantı X4 və o, qrupun tərkibinə daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs2 izləməyə başlamışlar. Təqsirləndirilən şəxs2 həmin gün saat 16 radələrində Şahid1, Şahid2 və polis nəfəri Teyyub Abdurəhmanov tərəfindən Siyəzən şəhəri, Gənclik qəsəbəsi H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında yaxalanaraq şöbəyə gətirilmiş, faktla bağlı araşdırma aparılması Siyəzən RPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. O, şəxsi axtarışda iştirak etməsə də, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin aşkar olunduğunu, həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs1 30 manata almasını dediyini öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, H.Əliyev küçəsində, mərkəz adlanan yerdə olduğunu müşahidə etmiş və üzərində narkotik vasitə olması ehtimalı olduğundan o, əməliyyat müvəkkili Şahid2 və Şahid1la birlikdə Ramilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 onların yaxınlaşmasını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Onlar dərhal yaxınlaşıb Ramili saxlamış və qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğunu deyərək tulladığı həmin əşyaları götürməsini təklif etmişlər. Lakin Təqsirləndirilən şəxs1 həmin əşyaları götürməkdən imtina etmişdir. Ramili saxladıqları yer şəhərin mərkəzi hissəsi olduğundan həmin ərazidə çoxlu sayda adam olmuş, adamların toplanacağından və səs-küy yaranacağından ehtiyat edib içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin məsul növbətçi köməkçisi Şahid3 26 yanvar 2020-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində məsul növbətçi köməkçisi kimi xidmətdə olduğunu bildirmişdir. Həmin gün saat 16 radələrində şöbənin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, İTB-nin sahə polis nəfəri, polis baş sercantı Şahid6, təminat hissəsinin sürücü polis nəfəri, polis baş sercantı X5 tərəfindən iş üzrə Təqsirləndirilən şəxs2 növbətçi hissəyə gətirilmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü həmin gün NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılması və bununla bağlı adları çəkilən əməkdaşlardan ibarət əməliyyat qrupunun yaradılması sonradan ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2 növbətçi hissəyə gətiriləndən sonra onun barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə olması ehtimalı olduğundan üstündə şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunaraq Müdafiəçi2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə şəxsi axtarış aparılmasına etiraz etməmiş və şəxsi axtarışa başlamamışdan əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirsə də, sonradan o, üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin olduğunu etiraf etmiş və bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarıb açaraq içərisindən bir ədəd ağ rəngli sellofan bükülünü götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs2 bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs1 adlı şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid5 müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 üstündə axtarış aparılması tapşırılmış, lakin üstündən əlavə narkotik vasitə və ya cinayət xarakterli başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmaqla qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Təqsirləndirilən şəxs1 adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş və Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs1 həmin gün saat 17 radələrində Şahid1, Şahid2 və Şahid6 tərəfindən Siyəzən şəhəri H.Əliyev küçəsində, mərkəz adlanan yerdə saxlanılaraq şöbəyə gətirilmişdir. Növbətçi hissəyə gətiriləndən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1 adları çəkilən polis əməkdaşlarının yaxınlaşdığını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Ona tulladığı həmin əşyaları götürməsi təklif olunsa da, Ramil həmin əşyaların ona məxsus olduğunu etiraf etməsinə baxmayaraq, onları götürməkdən imtina etmişdir. Polis əməkdaşları içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə gətirmişlər. Növbətçi hissədə Təqsirləndirilən şəxs1 bir daha siqaret qutusunu, mobil telefonu və pul qabını götürməsi təklif olunmuş, lakin həmin əşyaların Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu etiraf etsə də götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə olması ehtimalı olduğundan şəxsi axtarış aparılması üçün onun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmaqla Müdafiəçi3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa onları təqdim etməyi təklif olunmuş və Təqsirləndirilən şəxs1 üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 üzərində axtarış aparmış, lakin üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus olmaqla saxlanılmamışdan əvvəl tulladığı və polis əməkdaşları tərəfindən götürülərək Ramilin özü ilə birlikdə şöbənin növbətçi hissəsinə gətirdikləri “Kent” markalı siqaret qutusuna və pul qabına baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Lakin pul qabına baxış zamanı onun içərisindən 01 ədəd “Albalı” kart, 01 ədəd “Araz” super marketə məxsus kart, 01 ədəd “Bolmart” bonus kartı, 01 ədəd üzərində məxfi kod yazılmış kağız parçası, 01 ədəd “e-manat” pul köçürməsinə dair qəbz, 04 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 37 manat məbləğində pul və 01 ədəd ağ rəngli sellofan bükülü aşkar edilmişdir. Pul qabının içərisindən aşkar edilmiş sellofan bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 pul qabının ona məxsus olduğunu etiraf etmiş, lakin pul qabının içərisindən aşkar edilmiş kütlənin ona məxsus olmadığını demiş və məsuliyyətdən boyun qaçırmaq məqsədilə həmin kütlənin pul qabının içərisinə guya sonradan polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və ona məxsus əşyalara baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin Təminat hissəsinin sürücüsü polis nəfəri X1, iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs2 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş, bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmışvə Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, İTB-nin sahə polis nəfəri, polis baş sercantı Şahid6 və o qrupun tərkibinə daxil edilmişlər. Əməliyyat qrupunun üzvləri keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs2 izləməyə başlamışdır. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, Gənclik qəsəbəsi, H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında qara rəngli VAZ-2107 markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən düşərək həmin binanın birinci blokuna daxil olduğunu, gəldiyi taksinin isə orada dayanmayıb çıxıb getdiyini müşahidə etmişlər. Təxminən 3-5 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 binanın blokundan çıxanda o, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması ehtimalı olduğundan qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş və özləri ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə olması ehtimalı olduğundan üstündə şəxsi axtarış aparılması üçün hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı deyilmişvə bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunaraq Müdafiəçi2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə şəxsi axtarış aparılmasına etiraz etməmişvə şəxsi axtarışa başlamamışdan əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirsə də, sonradan o, üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin olduğunu etiraf etmişvə bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarıb açaraq içərisindən bir ədəd ağ rəngli sellofan bükülünü götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişvə sorğu zamanı Təqsirləndirilən şəxs2 bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Ramil adlı şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid5 müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 üstündə axtarış aparılması tapşırılmış, lakin üstündən əlavə narkotik vasitə və ya cinayət xarakterli başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmaqla qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs1 həmin gün saat 17 radələrində Şahid1, Şahid2 və polis nəfəri Şahid6 tərəfindən Siyəzən şəhəri, H.Əliyev küçəsində, mərkəz adlanan yerdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Növbətçi hissəyə gətiriləndən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1 adları çəkilən polis əməkdaşlarının yaxınlaşdığını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Ona tulladığı həmin əşyaları götürməsi təklif olunsa da, Ramil həmin əşyaların ona məxsus olduğunu etiraf etməsinə baxmayaraq, onları götürməkdən imtina etmişdir. Polis əməkdaşları içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X26 iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs2 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı Şahid1 tərəfindən şöbədə müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü sonuncunun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, İTB-nin sahə polis nəfəri, polis baş sercantı Şahid6, təminat hissəsinin sürücü polis nəfəri, polis baş sercantı X5 və o, qrupun tərkibinə daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs2 izləməyə başlamışlar. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, Gənclik qəsəbəsi, H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında Şahid1, Şahid2 və Teyyub Abdurəhmanov tərəfindən yaxalanaraq polis şöbəsinə gətirilmişdir. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə olması ehtimalı olduğundan üstündə şəxsi axtarış aparılması üçün hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmi və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunaraq Müdafiəçi2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 üstündə şəxsi axtarış aparılmasına etiraz etməmişvə şəxsi axtarışa başlamamışdan əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirsə də, sonradan o, üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin olduğunu etiraf etmişvə bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarıb açaraq içərisindən bir ədəd ağ rəngli sellofan bükülünü götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişvə sorğu zamanı Təqsirləndirilən şəxs2 bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Ramil adlı şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra müstəntiq tərəfindən ona Təqsirləndirilən şəxs2 üstündə axtarış aparılması tapşırılmış, lakin üstündən əlavə narkotik vasitə və ya cinayət xarakterli başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmaqla qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1Şahid1, Şahid2 və polis nəfəri Şahid6 tərəfindən Siyəzən şəhəri, H.Əliyev küçəsində, mərkəz adlanan yerdə saxlanılaraq şöbəyə gətirilmişdir. Növbətçi hissəyə gətiriləndən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 adları çəkilən polis əməkdaşlarının yaxınlaşdıqlarını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Ona tulladığı qeyd olunan əşyaları götürməsi təklif edilsə də, o həmin əşyaları götürməkdən imtina etmişdir, buna görə də içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusu, mobil telefon və pul qabı götürülərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə gətirilmişdir. Növbətçi hissədə Təqsirləndirilən şəxs1 bir daha siqaret qutusunu, mobil telefonu və pul qabını götürməsi təklif olunmuş, lakin həmin əşyaların Ramil özünə məxsus olduğunu etiraf etsə də, götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə olması ehtimalı olduğundan şəxsi axtarış aparılması üçün onun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmişvə bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmaqla Müdafiəçi3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa onları təqdim etməyi təklif olunmuş, o, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 üzərində axtarış aparmış, lakin üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus olmaqla saxlanılmamışdan əvvəl tulladığı və polis əməkdaşları tərəfindən götürülərək Ramilin özü ilə birlikdə şöbənin növbətçi hissəsinə gətirdikləri “Kent” markalı siqaret qutusuna və pul qabına baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Lakin pul qabına baxış zamanı onun içərisindən 01 ədəd “Albalı” kart, 01 ədəd “Araz” super marketə məxsus kart, 01 ədəd “Bolmart” bonus kartı, 01 ədəd üzərində məxfi kod yazılmış kağız parçası, 01 ədəd “e-manat” pul köçürməsinə dair qəbz, 04 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq əsginaslardan ibarət olmaqla ümumilikdə 37 manat məbləğində pul və 01 ədəd ağ rəngli sellofan bükülü aşkar edilmişdir. Pul qabının içərisindən aşkar edilmiş sellofan bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 pul qabının ona məxsus olduğunu etiraf etmiş, lakin pul qabının içərisindən aşkar edilmiş kütlənin ona məxsus olmadığını demiş və məsuliyyətdən boyun qaçırmaq məqsədilə həmin kütlənin pul qabının içərisinə guya sonradan polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmı və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşvə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və ona məxsus əşyalara baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 son 2-3 il ərzində narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 uşaq vaxtlarından tanıyır və münasibətləri yaxşı olub, aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 da onun kimi narkotik vasitə olan heroindən istifadə etdiyini, Raminin də onun heroindən istifadə etdiyini bilirmiş. Bir-iki dəfə Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə olan heroindən istifadə etmişlər. Təqsirləndirilən şəxs1 isə Siyəzən şəhər sakini kimi qiyabi olaraq tanısa da, aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. 26 yanvar 2020-ci il tarixdə saat 15 radələrində özü üçün paltar almaq məqsədi ilə Rəsulun mağazasına getmək üçün özünə məxsus «VAZ-2107» markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə etməklə qonşuluqda yaşayan qardaşı Natiq Məhərrəmovun qayınatası Şahid9 zəng edib gəlib onu Rəsulun mağazasına aparmasını xahiş etmişdir. Telefon zəngindən təxminən beş dəqiqə sonra Füzuli idarə etdiyi həmin avtomobillə evinin qarşısına gəlmiş və avtomobilə əyləşib Rəsulun mağazasına sürməsini xahiş etmişdir. O, etiraz etməmiş və birlikdə mağazaya getmişlər. Mağazanın qarşısında maşından düşəndə Füzulidən onu mağazadan paltar alıb çıxana kimi gözləməsini xahiş etmişdir. Füzuli etiraz etməmiş və avtomaşını mağazanın qarşısında saxlayaraq onu gözləməyə başlamışdır. O, isə özü tək avtomaşından düşüb mağazaya daxil olmuş, təxminən 10 dəqiqə ərzində mağazadan özü üçün bir ədəd şalvar və bir ədəd köynək almışdır. Bədənində ağrılar olduğundan narkotik vasitə qəbul etmək istəmiş və buna görə mağazadan çıxanda istifadəsndə olan ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib ona ağrılarının olduğunu demiş, əgər onda narkotik vasitə varsa istifadə etmək üçün ona da verməsini xahiş etmişdir. Ramin isə cavabında demişdir ki, «gəl vəziyyətdən çıxararam». Taksi ilə Raminin yanına getmiş, onunla görüşəndə Ramin dostu Təqsirləndirilən şəxs1 ilə danışdığını və ondan 30 manata narkotik vasitə olan heroin alacağını və birlikdə istifadə edəcəklərini, bunun üçün isə avtomobillə Ramilin yaşadığı evə getmək lazım olmasını demişdir. O, Ramini avtomaşınla Ramilin yaşadığı binanın qarşısına aparmış, Təqsirləndirilən şəxs2 avtomaşından düşərək Ramilin yaşadığı binaya doğru getmiş, o, isə Ramini kənarda gözləmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı binadan çıxıb onlata tərəf gələrkən polis əməkdaşlarının onu tutmasını görüb Fizulinin avtomobili ilə oradan çıxıb getmişdir. Sonradan isə eşitmişdir ki, polislər Təqsirləndirilən şəxs2 tutarkən üzərində tanışı Təqsirləndirilən şəxs1 deməsinə görə 30 manata alacağı narkotik vasitə heroin olmuş, polis əməkdaşları Ramindən həmin narkotiki kimdən almasını soruşduqda isə tanışı Təqsirləndirilən şəxs1 30 manat pula almasını demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 şəhəri ərazisində «VAZ-2107» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 26 yanvar 2020-ci il tarixdə, saat 15-16 radələrində evdə olduğu zaman kürəkəninin qardaşı Namiq ona zəng edərək avtomobili ilə onu Rəsul adlı şəxsin mağazasına aparmağı xahiş etmişdir. O, Namiqin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin həmişə Namiqi avtomobili ilə harasa apardıqda, onu qane edən məbləği ödədiyinə görə imtina etməmişdir. O, da razılaşaraq Namiqi götürmək üçün evlərinə getmiş, Namiqi götürdükdən sonra isə Rəsulun mağazasına getmişlər. Namiq özünə paltar almış və sonra o, avtomobilində əyləşib Namiqi gözləmişdir. O, avtomobildə olarkən, Namiq mağazadan telefonla danışa-danışa çıxıb avtomaşına əyləşmiş və telefonda kimləsə danışmağa davam edə-edə ondan Siyəzən şəhərinin çıxışında olan son işıqfora çatmamış dərə məhəlləsi adlanan yerə dönməsini istəmişdir. Həmin məhəllə ilə bir qədər getdikdən sonra avtomobili dayandırmağını xahiş etmiş, yaxından tanımadığı, lakin əvvəllər Namiqin yanında gördüyü bir nəfər şəxs gələrək avtomobilin arxa oturacağına əyləşmişdir. Adını sonradan öyrəndiyi iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər də bir-iki dəfə Namiqlə birlikdə Siyəzən şəhəri, Gənclik qəsəbəsinə aparmışdır. Təqsirləndirilən şəxs2 avtomobilə əyləşdikdən sonra Namiq yenidən avtomobili Gənclik qəsəbəsinə sürməsini istəmiş və Raminlə Namiq öz aralarında nəsə danışmışlar. Gənclik qəsəbəsinə çatan kimi birinci binanın birinci blokunun qarşısında Ramin avtomobili saxlatdırmış, Ramin avtomobildən düşdükdən sonra Namiq binadan bir qədər qabağa sürməyini və 100-150 metr getdikdən sonra avtomobili dayandırmağı xahiş etmişdir. O, da avtomobilin üzünü binaya tərəf çevirib dayanmışdır. Dayandıqları yerdən Raminin qarşısında düşdüyü bina aydın görünmüş, Ramin binaya girmiş və təxminən 5-10 dəqiqədən sonra qayıdıb binadan çıxıb onlara tərəf gəlmək istəyərkən polis əməkdaşları onu tutmuşlar. Bundan sonra Namiq avtomaşının üzünü döndərməsini istəmiş və o, Namiqə onu niyə belə problemli işlərə salmağı ilə bağlı acıqlanmışdır. Namiq ona kanalın altı adlanan yoldan Bakı-Quba magistral yoluna çıxaraq Siyəzən rayonunun digər girişindən rayona daxil olmağı xahiş etmiş və o, da Namiqin dediyi kimi edib, onu gətirib evinin qarşısında düşürtmüşdür. Raminin narkotik vasitə alarkən polis əməkdaşları tərəfindən tutulduğunu və əvvəllər Namiqlə Ramini gətirdiyi binada Təqsirləndirilən şəxs1 adlı şəxsdən narkotik vasitə aldığını Namiqdən öyrənmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə almağı ilə bağlı əvvəllər hər hansı məlumatı olmamış, onların heç birini yaxından tanımamışdır. Raminin polis əməkdaşları tərəfindən binanın qarşısında tutulduğu zaman narkotik vasitə aldığına görə saxlanıldığını, həmçinin, Namiqin də narkotik vasitə qəbul etdiyini bildiyinə görə Raminin tutulduğunu başa düşmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə məlumat daxil olduğunu, 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs2 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmış, onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, İTB-nin polis sahə nəfəri Şahid6, təminat hissəsinin sürücüsü polis nəfəri, polis baş sercantı X4 və o, qrupun tərkibinə daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs2 izləməyə başlamışlar. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, Gənclik qəsəbəsi, H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında qara rəngli «VAZ- 2107» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən düşərək həmin binanın birinci blokuna daxil olduğunu, gəldiyi taksinin isə orada dayanmayıb çıxıb getdiyini müşahidə etmişlər. Təxminən 3-5 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 binanın blokundan çıxanda o, Şahid1 və Teyyub Abdurrəhmanovla birlikdə Raminə yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması ehtimalı olduğundan qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş və onlarla birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. O, şəxsi axtarışda iştirak etməsə də, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin aşkar olunduğunu, həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri H.Talıbov küçəsində yaşayan tanışı Ramil adlı şəxsdən 30 manata almasını dediyini öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, H.Əliyev küçəsində, mərkəz adlanan yerdə olduğunu müşahidə etmiş və onun üzərində narkotik vasitə olması ehtimalı olduğundan o, Şahid6 və Şahid1la birlikdə Ramilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 onların yaxınlaşdığını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Onlar dərhal yaxınlaşıb Ramili saxlamış və qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğunu deyərək tulladığı həmin əşyaları götürməsini təklif etmişlər. Lakin Təqsirləndirilən şəxs1 həmin əşyaları götürməkdən imtina etmişdir. Ramili saxladıqları yer şəhərin mərkəzi hissəsi olduğundan həmin ərazidə çoxlu sayda adam olmuş, adamların toplanacağından və səs-küy yaranacağından ehtiyat edib içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Növbətçi hissədə Təqsirləndirilən şəxs1 bir daha siqaret qutusunu, mobil telefonu və pul qabını götürməsi təklif olunmuş, lakin həmin əşyaların özünə məxsus olduğunu etiraf etsə də, götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə olması ehtimalı olduğundan şəxsi axtarış aparılması üçün onun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmaqla Müdafiəçi3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa onları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs1 üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 üzərində axtarış aparmış, lakin üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 məxsus olmaqla saxlanılmamışdan əvvəl tulladığı və götürülərək Ramilin özü ilə birlikdə şöbənin növbətçi hissəsinə gətirdikləri “Kent” markalı siqaret qutusuna və pul qabına baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Lakin pul qabına baxış zamanı onun içərisindən 01 ədəd “Albalı” kart, 01 ədəd “Araz” super marketə məxsus kart, 01 ədəd “Bolmart” bonus kartı, 01 ədəd üzərində məxfi kod yazılmış kağız parçası, 01 ədəd “e-manat” pul köçürməsinə dair qəbz, 04 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla, ümumilikdə 37 manat məbləğində pul və 01 ədəd ağ rəngli sellofan bükülü aşkar edilmişdir. Pul qabının içərisindən aşkar edilmiş sellofan bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 pul qabının özünə məxsus olduğunu etiraf etmiş, lakin pul qabının içərisindən aşkar edilmiş kütlənin ona məxsus olmadığını demiş və məsuliyyətdən boyun qaçırmaq məqsədilə həmin kütlənin pul qabının içərisinə guya sonradan polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və ona məxsus əşyalara baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə Siyəzən RPŞ-nə məlumat daxil olduğunu, 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs2 yaxalanılaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmış və onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, PPXT-nın polis nəfəri, polis sercantı Şahid4, İTB-nin polis sahə nəfəri Şahid6, təminat hissəsinin sürücüsü polis nəfəri, polis baş sercantı X4 və o, qrupun tərkibinə daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs2 izləməyə başlamışlar. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, Gənclik qəsəbəsi, H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında qara rəngli «VAZ-2107» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən düşərək həmin binanın birinci blokuna daxil olduğunu, gəldiyi taksinin isə orada dayanmayıb getdiyini müşahidə etmişlər. Təxminən 3-5 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 binanın blokundan çıxanda o, Şahid1 və Teyyub Abdurrəhmanovla birlikdə Raminə yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması ehtimalı olduğundan qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş və onlarla birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 həvalə olunmuşdur. O, şəxsi axtarışda iştirak etməsə də, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə - heroin aşkar olunduğunu, həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Ramil adlı şəxsdən 30 manata almasını dediyini öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, H.Əliyev küçəsində, mərkəz adlanan yerdə olduğunu müşahidə etmiş və onun üzərində narkotik vasitə olması ehtimalı olduğundan o, Şahid6 və Şahid1la birlikdə Ramilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 onların yaxınlaşdığını görəndə cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Onlar dərhal yaxınlaşıb Ramili saxlamış və qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğunu deyərək tulladığı həmin əşyaları götürməsini təklif etmişlər. Lakin Təqsirləndirilən şəxs1 həmin əşyaları götürməkdən imtina etmişdir. Ramili saxladıqları yer şəhərin mərkəzi hissəsi olduğundan həmin ərazidə çoxlu sayda adam olmuş, adamların toplanacağından və səs-küy yaranacağından ehtiyat edib içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Növbətçi hissədə Təqsirləndirilən şəxs1 bir daha siqaret qutusunu, mobil telefonu və pul qabını götürməsi təklif olunmuş, lakin Ramil həmin əşyaların özünə məxsus olduğunu etiraf etsə də, götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə olması ehtimalı olduğundan şəxsi axtarış aparılması üçün onun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmaqla Müdafiəçi3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa onları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs1 üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 üzərində axtarış aparmış, lakin üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus olmaqla saxlanılmamışdan əvvəl tulladığı və götürülərək Ramilin özü ilə birlikdə şöbənin növbətçi hissəsinə gətirdikləri “Kent” markalı siqaret qutusuna və pul qabına baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Lakin pul qabına baxış zamanı onun içərisindən 01 ədəd “Albalı” kart, 01 ədəd “Araz” super marketə məxsus kart, 01 ədəd “Bolmart” bonus kartı, 01 ədəd üzərində məxfi kod yazılmış kağız parçası, 01 ədəd “emanat” pul köçürməsinə dair qəbz, 04 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla, ümumilikdə 37 manat məbləğində pul və 01 ədəd ağ rəngli sellofan bükülü aşkar edilmişdir. Pul qabının içərisindən aşkar edilmiş sellofan bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 pul qabının özünə məxsus olduğunu etiraf etmiş, lakin pul qabının içərisindən aşkar edilmiş kütlənin ona məxsus olmadığını demiş və məsuliyyətdən boyun qaçırmaq məqsədilə həmin kütlənin pul qabının içərisinə guya sonradan polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və ona məxsus əşyalara baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X6 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Cavadov X18 Rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 12.07.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X6 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 234.1-ci maddələri ilə 02 (iki) il 11(on bir) ay 29 ( iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli hökmü ilə Siyəzən Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ləğv edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmiş və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən 02 il 07 ay 28 gün azadlığın məhdudlaşdırılması, 6000 manat cərimə cəzası və 03 il nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 23 oktyabr 2020-ci il tarixli, 3134/2020-64-1 №-li məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-in 67.1, 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 6000 manat miqdarında cərimə və 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzalarının saxlanılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli hökmü və hökmün icrası barədə göstəriş 29.07.2019-cu il tarixdə Siyəzən rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 məhkəmənin hökmü ilə ona təyin olunmuş 6000 manat cərimə üzrə heç bir ödəniş etməmiş, 03 il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetə növündə əlavə cəzanın 07 ay 06 gününü çəkmiş, cəzanın çəkilməmiş 02 il 04 ay 24 gün hissəsi qalmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyul 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloci və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2020-ci il tarixli 2096 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində“Təqsirləndirilən şəxs1 məxsus pul qabından aşkar olunaraq götürülmüş...” və s. sözlər və imzalardan ibarət yazı olan1 ədəd bükümdə olan təmiz çəkisi 0,990 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş...” və s. sözlər və imzalardan ibarət yazı olan 1 ədəd bükümdə olan təmiz çəkisi 0,772 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs1 məxsus pul qabından aşkar olunaraq götürülməsi qeyd olunan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,990 qram maddə ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq qeyd olunan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,772 qram maddə tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloci X15–X22 Ekspert Komissiyasının 27.02.2020-ci il tarixli 546 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs2 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloci X15–X22 Ekspert Komissiyasının 12.03.2020-ci il tarixli 727 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil İstismar İdarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs2nın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətlərin saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, güclü saxlanc yerlərində, binalarda və s.). Satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə, təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddəti 07 mart 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 yanvar 2020-ci il tarixdən 28 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli məhkəmə istintaqından yayındığına görə barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsinə və barəsində çıxarılmış həbsli axtarış qərarına görə tutulduğu 07 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloci dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1n barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 26 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloci dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut, Siyəzən RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs2 götürülmüş 0,772 qram və Təqsirləndirilən şəxs1 götürülmüş 0,990 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,722 qram və 0,940 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 108,46 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan yoxdur və mülki iddia verilməmişdir. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 yanvar 2020-ci il tarixdən 28 yanvar 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloci dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 19.06.2019cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş 6000 manat cərimə və 02 il 04 ay 24 gün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hökmlə birləşdirilmiş əlavə cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, Siyəzən RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs2 götürülmüş 0,772 qram və Təqsirləndirilən şəxs1 götürülmüş 0,990 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,722 qram və 0,940 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 108,46 (yüz səkkiz, qırx altı) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X10, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, elan olunduqdan 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar