Məhkəmə qərarları › İş №1(067)-15/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-15/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-15/2022 18.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Xaçmaz rayonu, Aşağı-Ləgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Xaçmaz rayon X23 sədrinin müavini vəzifəsində işləyən, məhkumluğu olmamış, Xaçmaz rayonu, Aşağı-Ləgər kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Xudat şəhəri, Yeni Massiv ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin 27 noyabr 2020- ci il tarixli 13 saylı iclas protokoluna əsasən Bələdiyyə sədrinin müavini vəzifəsinə seçilərək həmin vəzifədə işləyərkən Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin 28.04.2010-cu il tarixli iclasının 06 nömrəli qərarı ilə təsdiq edilmiş və 02.05.2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3808 nömrəsi ilə dövlət qeydiyyatına alınmış X1 4-cü bəndinin 5-ci hissəsinə əsasən Bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll etmək, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, habelə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılmalı olduğu, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirildiyi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən kompleks yerquruluşu işləri dövlət yerquruluşu xidməti, təsərrüfatdaxili yerquruluşu işləri isə ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirildiyi, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirdiyi, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmalı olduğu, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 51 -ci maddəsinə əsasən bələdiyyələrin vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıdığı halda qanunvericiliyin həmin tələblərini pozaraq "xxxx" MMC-nin icraçı direktoru X12 ilə Xaçmaz rayonu, Seyidlər kənd sakinləri Şahid10, Şahid6 və Şahid5 arasında “həyətyanı sahələrdən ağac alqı-satqısı” barədə bağlanılmış 19.04.2021-ci il tarixli müqavilələrə əsasən həmin şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahələrində mövcud olan və kəsərək satmaq niyyətində olduqları ağacların yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünün dəqiq müəyyənləşdirilməsi ilə bağlı Namiq Həsənov tərəfindən Köhnə-Xudat Bələdiyyəsinə edilən 19.04.2021- ci il tarixli şifahi müraciətlər əsasında həmin Bələdiyyədə saxlanılan və xidməti vəzifələrinin icrası zamanı istifadə olunan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin elektron məlumat bazasında mövcud olan “torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (baş sxem)” və ******* kodlu 08.02.2002-ci il tarixli Seyidlər kəndində yaşayan “vətəndaşların torpaq sahələrinə dair” adlı siyahıdan istifadə etməklə işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, yəni Seyidlər kənd sakinləri Şahid6, Şahid10 və Şahid5 qaynı Şahid11 şifahi qaydada təqribi olaraq göstərdikləri Seyidlər kəndinin inzibati-ərazi hüdudlarında yerləşən torpaq sahələrinə və həmin sahələrdə olan ağaclara 19.04.2021-ci il tarixdə baxış keçirib, vətəndaşların göstərdikləri torpaq sahələrinin bir hissəsinin faktiki olaraq sədr müavini vəzifəsində işlədiyi Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olmasına baxmayaraq yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlara müraciət etmədən Köhnə-Xudat Bələdiyyəsinin sədri Nümayəndə düzgün olmayan məlumatlar verərək sonuncu tərəfindən JN° - 0024, KOD 30212028 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Şahid5 arvadı X7 məxsus 2.26 ha torpaq sahəsində 7 ədəd qovaq ağacının olması barədə 19.04.2021-ci il tarixli 108 nömrəli, MH000283 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şahid6 məxsus 1.05 ha torpaq sahəsində 8 ədəd qovaq ağacının olması barədə 19.04.2021-ci il tarixli 109 nömrəli, RX0747700 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şahid10 məxsus 0.84 ha torpaq sahəsində 15 ədəd qovaq, 3 ədəd söyüd ağacının olması barədə 19.04.2021- ci il tarixli 110 nömrəli arayışların tərtib edilərək "xxxx" MMC-nin direktoru Namiq Həsənova təqdim olunmasına və işinə laqeyd münasibəti nəticəsində cinayətdən xəbərsiz olan Namiq Həsənovun göstərişi ilə həmin MMC-də mişarçı işləyən cinayətdən xəbərsiz olan Şahid3 tərəfindən 19.04.2021-ci il tarixdən 22.04.2021-ci il tarixədək olan müddət ərzində Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan yol ərazisində X303252,33;Y4607825,73 koordinatlı 01 ədəd 32 sm diametrli 300 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qoz cinsinə mənsub və X303252,61;Y4607824,74 koordinatlı 01 ədəd 62 sm diametrli 1500 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacların, həmin Bələdiyyənin mülkiyyətində olan kolluq ərazidə X303259,36;Y4607831,92 koordinatlı 01 ədəd 56 sm diametrli 1200 manat, X303279,21;Y4607832,13 koordinatlı 01 ədəd 44 sm diametrli 600 manat, X303251,60;Y4607828,76 koordinatlı 01 ədəd 36 sm diametrli 350 manat, X303252.18;Y4607828,89 koordinatlı 01 ədəd 32 sm diametrli 300 manat və X303305,56;Y4607811,57 koordinatlı 01 ədəd 80 sm diametrli 2400 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacların, islahat zamanı pay normasından artıq qalan, bələdiyyə mülkiyyətinə məxsus çoxillik əkmələr ərazisində X303077,81;Y4608021,08 koordinatlı 01 ədəd 70 sm diametrli 1900 manat, X303077,50;Y4608019,57 koordinatlı 01 ədəd 70 sm diametrli 1900 manat, X303174,22;Y4608083,53 koordinatlı 01 ədəd 52 sm diametrli 1000 manat, X303175,00;Y4608084,91 koordinatlı 01 ədəd 54 sm diametrli 1100 manat, X303175,92;Y4608083,65 koordinatlı 01 ədəd 44 sm diametrli 600 manat, X303175,22;Y4608083,57 koordinatlı 01 ədəd 40 sm diametrli 400 manat, X303175,18;Y4608082,72 koordinatlı 01 ədəd 36 sm diametrli 350 manat və X303175,54;Y4608088,89 koordinatlı 01 ədəd 70 sm diametrli 1900 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacların, cəmi 15.800 manat dəyərində olan 15 ədəd ağacların köküstü yaş qanunsuz kəsilməsinə və bununla da Köhnə-Xudat Bələdiyyəsinə ümumilikdə 15.800 (on beş min səkkiz yüz) manat ziyan vurmaqla vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində işinə və nüfuzuna, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin hüquqlarına və qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Rəhimxan oğlu Azərbaycan Respublikası CM-in 314.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İttiham aktının tərtibi 05 oktyabr 2021-ci il tarixdə saat 15:00-da Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən inzibati binasında xidməti otağımda tamamlanmışdır. Azərbaycan Respublikası CPM-ın 290-cı maddəsinə əsasən cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə təqdim edilməlidir. Təqsirləndirilən şəxs Rəhimxan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Rəhimxan oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, iş üzrə əvvəllər istintaqda verdiyi bütün ifadələri təsdiq edir, 1997-2001-ci illərdə Dağıstan Dövlət Universitetinin avtomobil istismarı ixtisası üzrə bakalavr təhsili almış, 2014-cü ildən hazırki günə qədər Xaçmaz rayon Köhnə-Xudat bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. 2021-ci ilin aprel ayında "xxxx" MMC-nin təsisçisi və icraçı direktoru Şahid1 Xaçmaz rayonu, Seyidlər kəndində ağac satan şəxslərin olub-olmamasını ondan soruşduqda, cavabında həmin kənd sakini Şahid6 pay torpağında yerləşən ağaclarını kəsməsi üçün əvvəllər Bələdiyyəyə müraciət etdiyini demiş və S. Məmmədovun mobil nömrəsini Şahid1 nümayəndəsi Şahid2 vermişdir. Daha sonra Şahid1 Seyidlər kənd sakinləri X10, Şahid6 və Şahid10 xüsusi mülkiyyətində olan pay torpaq sahələrində kəsmək niyyətində olduğu ağacların həqiqətən də həmin sahələrdə yerləşib-yerləşməməsinin yoxlanılması və bu barədə rəsmi arayış verilməsi üçün Köhnə-Xudat Bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, həmin Bələdiyyənin sədri Nümayəndə tapşırığı ilə 19.04.2021 -ci il tarixdə Xuraman Məcidova, Şahid6 və Şahid10 pay torpaq sahələrinə özü Köhnə-Xudat Bələdiyyəsində olan şərti nöqtələrlə verilmiş işçi xəritələr və adlı siyahıdan istifadə etməklə baxış keçirmiş, vətəndaşların torpaq sahələrinin sərhədlərini müəyyən edib Şahid1 kəsmək niyyətində olduğu ağacların vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələrinin sərhədləri daxilində yerləşdiyini dəqiqləşdirməklə M. Vəkilovaya məlumat vermiş və sonuncu da həmin məlumatlar əsasında arayışlar tərtib edib öz imzası, Bələdiyyənin möhürü ilə təsdiq etmiş və N. Qasımovun nümayəndəsi Şahid2 təqdim etmişdir. Həmin arayışlarda xüsusi mülkiyyətində olan torpaq sahələrində ağacların yerləşməsini ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən təxminən 2014-cü ildə qeyri-rəsmi götürdüyü işçi xəritələrə əsasən müəyyənləşdirmişdir. İş üzrə məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 15.09.2020-ci il tarixdən hazırki günə qədər Xaçmaz rayon Bələdiyyə sədri vəzifəsində işləyir, 2021 -ci ilin aprel ayında "xxxx" MMC-nin təsisçisi və icraçı direktoru Şahid1 Köhnə- Xudat bələdiyyəsinə şifahi müraciət edərək Xaçmaz rayonu, Seyidlər kəndində bir neçə kənd sakini ilə danışaraq onların torpaq sahələrində olan ağacları kəsmələrinə dair razılığa gəldiyini bildirmiş, bu məqsədlə həmin sakinlərin torpaq sahələrinə və həmin sahələrdə yerləşən ağacların sayına dair dəqiqləşdirmə aparıb MMC-yə arayış təqdim edilməsini ondan xahiş etmişdir. Özünün göstərişi ilə müavini Təqsirləndirilən şəxs Bələdiyyədə olan Seyidlər kəndinin xəritələri ilə X10, Şahid6 və Şahid10 pay torpaq sahələrinə baxış keçirib ona verdiyi məlumatlar əsasında həmin vətəndaşların qeyd olunan torpaq sahələri və həmin sahələr daxilində yerləşən ağacların sayı barədə 3 arayış tərtib etməklə Bələdiyyənin möhürü və öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC-nin nümayəndəsi Şahid2 həmin arayışları Bələdiyyədən götürmüşdür. Sonradan kəsilmiş ağacların hansı mülkiyyət sahəsində yerləşməsi barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sorğusuna da Təqsirləndirilən şəxs verdiyi məlumatları əsas götürüb kəsilmiş ağacların xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşməsinə dair 25.05.2021-ci il tarixli cavab məktubu yazmışdır. Bu haqda o, notrial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 2021-ci ilin aprel ayında Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinə sədr müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət edərək Bələdiyyə ərazisində yerləşən kəndlərdə sakinlərdən kiminsə öz mülkiyyətində olan torpaq sahəsindəki ağacları satıb-satmaması barədə soruşmuş, sonuncu Xaçmaz rayonu, Seyidlər kənd sakini Şahid6 bu yaxınlarda torpaq sahəsində olan qovaq ağaclarını kəsdirmək üçün Bələdiyyəyə müraciət etdiyini bildirmişdir. Atasının dostu Şahid1 Sumqayıt şəhərində yaşadığından, orada işləri olduğundan və tez-tez Xaçmaz rayonuna gəlib-gedə bilmədiyindən ağac kəsimi işlərində ona köməklik etməsi üçün ondan xahiş etmiş, oda razılıq verdikdən sonra onu F.Təqsirləndirilən şəxslə tanış edib demişdir ki, F.Təqsirləndirilən şəxs göstərdiyi torpaq sahəsinin mülkiyyətçisi ilə görüşüb həmin sahədə olan ağacları satıb-satmaması barədə danışıq aparsın, ağacları satmağa razılıq vermiş mülkiyyətçiyə ağacın 1 m3-nin qiymətinin 35 manatdan alacağını və alqı-satqı müqaviləsi bağlanılmaqla ağacların müqabilində həmin məbləği mülkiyyətçiyə verəcəyini izah etsin. Həmin gün Şahid1 ona zəng edib bildirmişdir ki, Şahid6la onun adından danışıb sonuncu ilə torpaq sahəsində olan bir neçə ağacın satılması barədə razılıq əldə etmişdir. 19.04.2021-ci il tarixdə Şahid6 pay torpaq sahəsində ağac kəsiminə başlamazdan əvvəl Köhnə-Xudat Bələdiyyəsinə torpaq sahəsinin sərhədlərini və kəsilməli ağacların həmin sahə daxilində yerləşibyerləşməməsini müəyyən etməsi barədə şifahi olaraq müraciət etmiş, F.Təqsirləndirilən şəxs də həmin sahəyə gedib Bələdiyyədə olan xəritələr vasitəsilə Şahid6 torpaq sahəsinin sərhədlərini dəqiqləşdirməklə kəsmək niyyətində olduqları ağacların həmin sahə daxilində yerləşməsini demiş və kəsilə biləcək ağacları Şahid6 özünə, habelə özünün işçisi - mişarçı Şahid3 göstərmişdir. Qeyd olunan ağacların vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə əmin olduqdan sonra həmin sahədə özünün göstərişi ilə mişarçı Şahid3 tərəfindən ağac kəsiminə başlanmışdır. Həmin gün özü də Şahid6 torpaq sahəsində olmuş, o, ona Seyidlər kənd sakinləri Şahid10 pay torpağında, Şahid11 isə özünün və faktiki nəzarət etdiyi bacısı Xuraman Məcidovanın pay torpaqlarında olan bəzi ağacların kəsilməsi üçün müraciət etmələri barədə məlumat vermiş, razılıq verdikdən sonra o, həmin şəxslərə də Şahid6la olduğu kimi eyni qaydada izahlar vermiş, təkrarən X6 və Şahid11lara, habelə Xuraman Məcidovaya məxsus pay torpaq sahələrinə baxış keçirib torpaqların sərhədlərini və kəsilməli ağacların həmin sahələr daxilində yerləşibyerləşməməsinin müəyyən edilməsi üçün şifahi formada müraciət etmişdir. Təqsirləndirilən şəxs eyni qaydada Bələdiyyədə olan xəritələr vasitəsilə qeyd olunan torpaq sahələrinə baxış keçirmiş, Mahir və Şahid11ların, habelə Xuraman Məcidovanın torpaq sahələrinin sərhədlərini dəqiqləşdirməklə kəsmək niyyətində olduqları ağacların həmin sahələr daxilində yerləşməsini demiş, kəsilə biləcək ağacları Mahir və Şahid11ların özlərinə, habelə Şahid3 göstərmişdir. Qeyd olunan ağacların da vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşməsinə əmin olduqdan sonra həmin sahələrdə özünün göstərişi ilə mişarçı Şahid3 tərəfindən ağac kəsiminə başlanmışdır. Ümumiyyətlə 19.04.2021-21.04.2021 -ci il tarixlərdə, yəni 3 gün ərzində Saleh, Mahir, Şahid11lar və sonuncunun bacısı Xuraman Məcidovanın torpaq sahəsində cəmi 24 ağac kəsilmişdir. Onu da qeyd etmişdir ki, Saleh və Şahid10ların, habelə Xuraman Məcidovanın xüsusi mülkiyyətində torpaq sahələrinin olması və həmin sahələrdə müəyyən qədər ağacların yerləşməsi barədə Köhnə-Xudat Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə rəsmi qaydada 19.04.2021-ci il tarixli 03 arayış təqdim olunmuşdur. Eyni zamanda o və Şahid10lar, habelə Xuraman Məcidovanın əri Şahid5la "xxxx" MMC-nin icraçı direktoru olaraq özü arasında “həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 19.04.2021-ci il tarixli müqavilələr bağlanılmışdır. Məhz Bələdiyyə sədrinin müavini Təqsirləndirilən şəxs kəsmək niyyətində olduqları ağacların Saleh və Şahid10ların, habelə Xuraman Məcidovanın xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşməsini göstərməsindən, eləcə də bu barədə Bələdiyyə sədri tərəfindən rəsmi arayışlar verilməsindən və adları çəkilən sakinlərlə müqavilələr bağlanılmasından sonra özünün göstərişi ilə mişarçı Şahid3 tərəfindən qeyd olunan torpaqlarda 24 ağac kəsilib doğranılmış və sahədə qoyulmuşdur. Yağış başlandığı üçün kəsim işi yarımçıq qalmış, yağışa görə 4-5 ağac kəsilməmişdir. Bir daha bildirmişdir ki, Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində ağac kəsiminə başlamazdan əvvəl ağacları pul müqabilində ona satan mülkiyyətçilərlə müqavilə bağlamış, sonra da kəsmək niyyətində olduğu ağacların həmin mülkiyyətçilərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşib-yerləşməməsini dəqiqləşdirmək üçün Köhnə-Xudat Bələdiyyəsinə müraciət etmiş və həmin Bələdiyyənin sədr müavini Təqsirləndirilən şəxs tərəfindən yerində baxış keçirilib kəsmək niyyətində olduğu ağacların xüsusi mülkiyyətdə yerləşməsi bildirildikdən, həmçinin bu barədə Köhnə-Xudat Bələdiyyəsinin sədrinin imzası və möhürü ilə təsdiq olunmuş arayış verildikdən sonra qeyd olunan torpaq sahələrində özünün göstərişi ilə işçisi Şahid3 tərəfindən 24 ağac kəsilmişdir. Kəsilmiş ağacların Bələdiyyə mülkiyyətində deyil, xüsusi mülkiyyətdə olduğunu bilmiş, məhz buna görə də kəsimə icazə almaq üçün heç bir quruma müraciət etməmişdir. Bələdiyyənin verdiyi arayışları rəsmi sənəd kimi əsas götürüb və qanuna müvafiq olaraq xüsusi mülkiyyətdəki torpaq sahələrində yerləşən ağacları kəsməyə görə hər hansı bir qurumdan icazə almağa lüzum olmadığı qənaətinə gəlib ağac kəsimini həyata keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının təxminən 18-də əvvəldən tanımadığı, sonradan "xxxx" MMC-nin rəhbəri Şahid1 nümayəndəsi kimi tanıdığı Şahid2 onun mobil telefon nömrəsinə zəng edərək ağac alqı-satqısı ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün kənd ərazisində Şahid2la görüşdükdə sonuncuya yaşadığı evin həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində kəsilməli ağaclar olduğunu, lakin bu kəsimin qanunauyğun həyata keçirilməli olduğunu bildirmişdir. Şahid2 cavabında demişdir ki, əgər torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına dair sənədi varsa, o zaman həmin sahədə ağacların kəsilməsi heç bir məsuliyyət yaratmayacaqdır. Cavabında ona 1.05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən çıxarış sənədinin olduğunu, həmin sahədə olan qovaq ağaclarının və 01 ədəd qoz ağacının kəsilməli olduğunu demişdir. Çünki həmin ağaclar torpağa verdiyi bütün gübrələri özünə çəkmiş, orada əkdiyi meyvə ağaclarının inkişafına mane olmuşdur. Şahid2 ağac kəsiminin rəsmi qaydada həyata keçiriləcəyini, yəni bu barədə "xxxx" MMC ilə özü arasında müqavilə bağlanılacağını, kəsiləcək hər bir ağacın 1 m3-nə görə 35 manatdan hesablanmaqla ona pul ödəniləcəyini demiş, sonuncunun sözlərinə inanıb etdiyi təkliflə razılaşmışdır. 19.04.2021-ci il tarixdə səhər təxminən saat 10 radələrində Şahid2 ona zəng edib pay torpaq sahəsinə çağırmışdır. Öz pay torpaq sahəsinə getdikdə Şahid1, Şahid2, ağacları kəsən həmkəndlisi Şahid3, Köhnə- Xudat Bələdiyyəsinin sədr müavini Təqsirləndirilən şəxs orada olmuşlar. Həmin şəxslərin yanında torpaq sahəsinin özünə məxsus olduğunu bildiyi hissəsində yerləşən 4 ədəd qovaq və 1 ədəd qoz ağacını göstərib həmin ağacların kəsilməli olduğunu demişdir. Bələdiyyə sədrinin müavini Təqsirləndirilən şəxs də torpaq sahəsinin və orada yerləşən ağacların sayı ilə bağlı dəqiqləşdirmə aparmışdır. Şahid2 "xxxx" MMC-nin icraçı direktoru Şahid1 ilə onun arasında “həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 2 nüsxədə tərtib edilmiş müqaviləni imzalamaq üçün ona təqdim etmiş, həmin müqavilələr Şahid1 imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş halda ona təqdim olunmuş, 2 nüsxədə olan müqavilədə “satıcı” bölməsinin aşağısında ad, soyad, ata adını yazıb imzasını çəkmiş, müqavilənin bir nüsxəsi özündə qalmış, digər nüsxəsini isə Şahid2 götürmüşdür. Həmin gün Şahid3 tərəfindən qeyd olunan torpaq sahəsindən 4 ədəd qovaq və 1 ədəd qoz ağacı yanacaqla işləyən motorlu mişar ilə kəsilmişdir. Qeyd etmişdir ki, kəsim başlayan vaxt vacib işi olduğu üçün evinə getmişdir. Kəsilmiş ağacların quruduqdan sonra daşınacağı planlaşdırılmış, lakin hazırkı günə qədər kəsilmiş ağacların oduncaqları və gövdələri sahədə qalmışdır. Bir daha qeyd etmişdir ki, 19.04.2021-ci il tarixdə torpaq sahəsinin sərhədləri daxilində yerləşməsini bildiyi ağacları təqribi olaraq göstərmiş, torpağının sərhədlərini dəqiqliyi ilə bilməmiş, əvvəla 2006-cı ildə çıxarış aldıqdan sonra torpaq sahəsinin sərhədləri DT və XK-nin Xaçmaz rayon şöbəsinin adını xatırlamadığı işçiləri tərəfindən ona təqribi göstərilmiş, həmin vaxtlarda xüsusi cihazlar olmamış, sonrası da ki torpaq sahəsinin sərhədlərini təyin etmək üçün onun xüsusi bir texnoloji avadanlığı, mühəndislik savadı və hər hansı bir xəritəsi olmamışdır. Lakin həmin vaxt orada iştirak edən Bələdiyyənin səlahiyyətli nümayəndəsi sədr müavini Təqsirləndirilən şəxs əlində olan xəritələr vasitəsilə onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmiş və həmin sahə daxilində yerləşən ağacları "xxxx" MMC-nin əməkdaşlarına göstərmiş, MMCnin əməkdaşları da onun sözü ilə deyil, Bələdiyyənin dəqiqləşdirməsindən sonra ağac kəsimini aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, 19.04.2021-ci il tarixdə səhər saatlarında yaşadığı Seyidlər kəndi ərazisində yerləşən pay torpaq sahəsinə gedərkən qohumu Şahid6 pay torpaq sahəsində ağac kəsildiyini görüb maraqlandıqda bilmişdir ki, sonuncu öz torpağında olan kəsilməli ağacları "xxxx" MMC-yə pul müqabilində satmışdır. Öz pay torpaq sahəsində olan bir neçə ağacı kəsdirmək üçün "xxxx" MMC-nin rəhbəri kimi Şahid1 nümayəndəsi kimi tanıdığı Şahid2la danışdıqda, sonuncu izah etmişdir ki, ağac kəsimi rəsmi qaydada həyata keçiriləcək, yəni bu barədə "xxxx" MMC ilə onun arasında müqavilə bağlanılacaq, kəsiləcək hər bir ağacın 1 m3-nə görə 35 manatdan hesablanmaqla ona pul ödəniləcəkdir. Şahid2 bu təklifi ilə razılaşmış, elə həmin gün Şahid2 ona təqdim etdiyi "xxxx" MMC-nin icraçı direktoru Şahid1 ilə onun arasında “həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 2 nüsxədə tərtib edilmiş müqaviləni imzalamışdır. Ağac kəsiminə başlanmazdan əvvəl mülkiyyətində olan torpaq sahəsində yerləşməsini bildiyi ağacları sözü gedən MMC-nin əməkdaşlarına təqiribi olaraq göstərmiş, sonradan Köhnə-Xudat Bələdiyyə sədrinin müavini Təqsirləndirilən şəxs əlində olan xəritələr ilə kəsiləcək ağacların həqiqətən də onun mülkiyyətindəki torpaq sahəsində yerləşib-yerləşmədiyini dəqiqləşdirib bu barədə məlumat verdikdən sonra sözü gedən MMC tərəfindən ağac kəsiminə başlanılmışdır. Ağac kəsimi vaxtı sahədə olmamış, təxminən 2-3 gün ərzində mülkiyyətində olan torpaq sahəsindən təqribən 8 ədəd qovaq ağacı kəsilmişdir. Bir daha qeyd etmişdir ki, 19.04.2021-ci il tarixdə torpaq sahəsinin sərhədləri daxilində yerləşməsini bildiyi ağacları təqribi olaraq göstərmiş, torpağının sərhədlərini dəqiqliyi ilə bilməmiş, əvvəla 2015-ci ildə çıxarış aldıqdan sonra torpaq sahəsinin sərhədləri DƏDRX-in 5 saylı ərazi idarəsinin adını xatırlamadığı işçiləri tərəfindən ona təqribi göstərilmiş, həmin vaxtlarda xüsusi cihazlar olmamış, sonrası da ki torpaq sahəsinin sərhədlərini təyin etmək üçün onun xüsusi bir texnoloji avadanlığı, mühəndislik savadı və hər hansı bir xəritəsi də olmamışdır. Lakin həmin vaxt orada iştirak edən Bələdiyyənin səlahiyyətli nümayəndəsi sədr müavini Təqsirləndirilən şəxs əlində olan xəritələr vasitəsilə onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmiş və həmin sahə daxilində yerləşən ağacları "xxxx" MMC-nin əməkdaşlarına göstərmiş, həmin MMC-nin əməkdaşları da onun sözü ilə deyil, Bələdiyyənin dəqiqləşdirməsindən sonra ağac kəsimini aparmışdır. Seyidlər kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi JN - 046 KOD 30212028 sənədi ilə mərhum valideynlərinə məxsus olmuş 0.50 ha pay torpaq sahəsini təxminən 2017-ci ildə xatırlamadığı şəxsə pul müqabilində satmış, əvvəllər həmin torpaq sahəsindən taxıl əkini məqsədilə istifadə etmiş, orada heç vaxt ağac olmamış və özü də əkməmiş, sözü gedən torpaq sahəsi hazırda mülkiyyətində olan 0.84 ha torpaq sahəsindən təxminən 2 km aralıda yerləşir. "xxxx" MMC-yə satdığı ağaclar mülkiyyətində olan 0.84 ha torpaq sahəsində yerləşmiş, Bələdiyyənin 19.04.2021- ci il tarixli arayışında satdığı 0.50 ha torpaq sahəsində guya 15 ədəd qovaq, 3 ədəd söyüd ağacının mövcudluğu qeyd olunsa da, əslində həmin torpaq sahəsində heç bir ağac mövcud olmamışdır. Həm də ki 19.04.2021- ci il tarixdə Təqsirləndirilən şəxs 0.84 ha torpaq sahəsinə baxış keçirib kəsiləcək ağacların həmin sahə daxilində yerləşib-yerləşməməsini yoxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, 19.04.2021-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı Seyidlər kəndi ərazisində yerləşən pay torpaq sahəsinə gedərkən həmkəndlisi Şahid6 pay torpaq sahəsində ağac kəsildiyini görüb maraqlandıqda, sonuncunun həmin ağacları "xxxx" MMC-yə pul müqabilində satdığını öyrənmişdir. O da öz pay torpaq sahəsində olan ağacları kəsdirmək üçün sözü gedən MMC-nin nümayəndəsi Şahid2la danışmış, sonuncu ona izah etmişdir ki, ağac kəsimi rəsmi qaydada həyata keçiriləcək, yəni bu barədə "xxxx" MMC ilə onun arasında müqavilə bağlanılacaq, kəsiləcək hər bir ağacın 1 m3-nə görə 35 manatdan hesablanmaqla ona pul ödəniləcəkdir. Şahid2 bu təklifi ilə razılaşmış, elə həmin gün Şahid2 "xxxx" MMC-nin icraçı direktoru Şahid1 ilə bacısı əri Şahid5 arasında “həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 2 nüsxədə tərtib edilmiş müqaviləni imzalamaq üçün sonuncuya təqdim etmiş, Şahid5 da 2 nüsxədə olan müqavilələrdə “satıcı” bölməsinin aşağısında ad, soyad, ata adını yazıb imzasını çəkmişdir. Ağac kəsiminə başlanmazdan əvvəl özünə və ailə üzvlərinə, habelə bacısına məxsus olduğunu bildiyi torpaq sahələrindəki ağacları təqribi olaraq göstərmiş, Şahid2 da həmin ağacların məhz onun və bacısının adına olan mülkiyyət sənədlərində qeyd olunan sərhədlərin daxilində yerləşdiyini Köhnə-Xudat Bələdiyyəsi ilə dəqiqləşdirdikdən sonra kəsimə başlayacağını bildirmişdir. Ağac kəsimi vaxtı özü sahədə olmamış, təxminən 2-3 gün ərzində ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən 3 ədəd, bacısı X.Məcidovaya məxsus torpaq sahəsindən isə 8 ədəd qovaq ağacı kəsilmişdir. Bir daha qeyd etmişdir ki, 19.04.2021 -ci il tarixdə torpaq sahəsinin sərhədləri daxilində yerləşməsini bildiyi ağacları təqribi olaraq göstərmiş, torpağının sərhədlərini dəqiqliyi ilə bilməmiş, əvvəla 2015-ci ildə çıxarış aldıqdan sonra torpaq sahəsinin sərhədləri DƏDRX-in 5 saylı ərazi idarəsinin adını xatırlamadığı işçiləri tərəfindən ona təqribi göstərilmiş, həmin vaxtlarda xüsusi cihazlar olmamış, sonrası da ki torpaq sahəsinin sərhədlərini təyin etmək üçün onun xüsusi bir texnoloji avadanlığı, mühəndislik savadı və hər hansı bir xəritəsi də olmamışdır. Lakin həmin vaxt orada iştirak edən Bələdiyyənin səlahiyyətli nümayəndəsi sədr müavini Təqsirləndirilən şəxs əlində olan xəritələr vasitəsilə onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmiş və həmin sahə daxilində yerləşən ağacları "xxxx" MMC-nin əməkdaşlarına göstərmiş, həmin MMC-nin əməkdaşları da onun sözü ilə deyil, Bələdiyyənin dəqiqləşdirməsindən sonra ağac kəsimini aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Məcidov X8 Məmmədov ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 13.04.2021-ci il tarixdən 12.07.2021-ci il tarixə qədər taxta- şalban kəsilməsi və yonulması fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də mişarçı peşəsində işləmişdir. 2021-ci ilin aprel ayının sonlarında sözü gedən MMC-nin direktoru Şahid1 tapşırığı əsasında Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində həmkəndliləri Mahir, Saleh, Şahid11lara, habelə Seyfullanın bacısı Xuraman Məcidovaya məxsus olduğunu bildiyi torpaq sahələrində 3 gün ərzində özünə məxsus “Hyundai 58” markalı yanacaqla işləyən mühərrikli mişarla gövdə hissəsindən olmaqla cəmi 24 ağac kəsmişdir. Ağacları kəsən zaman həmkəndlisi Şahid4 ağacların budaqlarının, oduncaqlarının daşınmasında və digər yardımçı işlərdə ona köməklik etmişdir. 19.04.202121.04.2021-ci il tarixlərdə Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində mişarçı peşəsində işlədiyi "xxxx" MMC-nin rəhbəri Şahid1 göstərişi ilə həmkəndliləri Mahir, Saleh, Şahid11lar, habelə sonunucunun bacısı Xuraman Məcidovanın torpaq sahələrində 24 ağac kəsmiş, ən birinci Salehin, sonra isə ardıcıl olaraq Mahirin, Seyfullanın, Xuramanın torpaq sahələrində ağac kəsimini həyata keçirmiş, Saleh, Mahir, Şahid11lar torpaq sahələrində kəsiləcək ağacları təqribi olaraq ona göstərsələr də, Köhnə- Xudat Bələdiyyəsinin sədr müavini Savziyev tərəfindən xəritə ilə yerində baxış keçirilib həmin şəxslərə məxsus torpaq sahələrinin sərhədləri dəqiqləşdirildikdən və qeyd olunan sahələrdə yerləşən ağacların yeri müəyyən edildikdən sonra ağac kəsimini həyata keçirmişdir. Hətta Təqsirləndirilən şəxs dəqiqləşdirmə aparan zaman Saleh, Mahir və Seyfulla tərəfindən göstərilən bəzi ağacların onların torpaq sahələrində olmadığını deyib kəsməyə qoymamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından hazırki günə qədər 5 saylı Regional Ekologiya İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 21.05.2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinə Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində yerləşən Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrində ağacların məhv edilməsi barədə daxil olmuş anonim məlumat əsasında həmin gün günorta saat 14 radələrində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Qafar Ağayevin 03.05.2021 tarixli, 00030 və 05.05.2021-ci il tarixli, 00035 nömrəli sərəncamları ilə həmin idarənin baş məsləhətçisi Şahid7la birlikdə hadisə yerinə yollanmış, hadisənin baş verdiyi Xaçmaz rayonu, Seyidlər kəndinin qərb hissəsində yerləşən torpaq sahələrində 01 ədəd 24 sm, 01 ədəd 27 sm, 01 ədəd 32 sm, 01 ədəd 36 sm, 01 ədəd 40 sm, 04 ədəd 44 sm, 01 ədəd 50 sm, 01 ədəd 52 sm, 01 ədəd 54 sm, 01 ədəd 56 sm, 01 ədəd 62 sm, 03 ədəd 70 sm, 01 ədəd 76 sm, 01 ədəd 80 sm və 01 ədəd 110 sm diametrliklərində, cəmi 20 ədəd yaş kök üstə, bioloji inkişafda olan qovaq cinsli ağacların kök-boğaz nahiyəsindən qanunsuz kəsilməsi faktını aşkar etmişlər. Hadisə yerində ağacların qanunsuz kəsildiyi torpaq sahələrindən birinin mülkiyyətçisi kimi təqdim edən Şahid6 mülkiyyətində olan torpaq sahəsindəki ağacların özünün razılığı ilə, alqı- satqı müqaviləsi əsasında kəsilib aparıldığını bildirmişdir. Ağacların qanunsuz kəsildiyi digər torpaq sahələrdən birinin mülkiyyətçisi olması ehtimal edilən Şahid11la telefon danışığı zamanı onun torpağından ağacların özünün razılığı və alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən kəsilərək aparıldığını bildirilmişdir. Həmin gün özünü qeyd olunan MMC-nin direktoru kimi təqdim edən Şahid1 onun mobil telefonuna zəng edib sözü gedən ağacları torpaq sahələrindən alqı-satqı müqavilələri əsasında kəsərək apardığını demiş və 25.05.2021-ci il tarixdə həmin müqavilələri, eyni zamanda Bələdiyyə tərəfindən MMC-yə təqdim edilmiş arayışları nümayəndəsi Şahid2 vasitəsilə onların idarəsinə təqdim etmişdir. Sonradan Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsindən idarələrinə Xaçmaz rayonu, Seyidlər kəndindən qanunsuz kəsilmiş ağacların yerləşdiyi torpaq sahələrinin Bələdiyyə mülkiyyətində deyil, Şahid6, Şahid10, Şahid11 1999-cu ildə İslahat zamanı verilmiş pay torpaqları olması haqqında arayış məktub verilmişdir. 25.05.2021-ci il tarixdə aparılmış araşdırmanın nəticəsi olaraq qeyd olunan ərazidə ağacların qanunsuz kəsilməsi barədə akt tərtib olunaraq təbiətə dəymiş ziyan 23.800 manat məbləğində hesablanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaq zamanı elan olunaraq araşdırılmış Şahid7 Adıgözəl oğlu məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının sonlarında özünə və ailə üzvlərinə məxsus 1.19 ha torpaq sahəsində 3 ədəd qovaq ağacının gövdə hissəsindən kəsildiyini görmüş, bu ağacların kim tərəfindən kəsilməsi ilə maraqlandıqda, ona məlum olmuşdur ki, sözü gedən ağaclar 19.04.2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şahid1 göstərişi ilə kəsilmişdir. Eyni vaxtda həmkəndliləri Saleh, Mahir və Şahid11ların da torpaq sahələrindən xeyli sayda ağacların həmin MMC tərəfindən kəsildiyini eşitmişdir. Yaşadığı kəndin ərazisində Şahid1la görüşərək mülkiyyətində olan torpaq sahəsində 3 ədəd qovaq ağacını niyə ondan xəbərsiz kəsdiyini soruşmuş, sonuncu həmin ağacların onun torpaq sahəsində yerləşməsindən xəbərsiz olduğunu və həmin 3 ağaca görə dəymiş ziyanı qarşılamağa hazır olduğunu demişdir. Həmin ağaclar torpaq sahəsinə verdiyi gübrələri özünə çəkib digər meyvə ağaclarının inkişafına mane olduğu üçün əvvəlcədən həmin ağacları kəsdirmək niyyəti olmuş, sözü gedən MMC tərəfindən 3 qovaq ağacının kəsildikdə isə buna sevinmişdir. Şahid1 ağacların müqabilində imkanı çatan qədər pul verə biləcəyini bildirdikdə, sonuncu ona 3 ağaca görə 100 manat pul vermişdir. Hazırda da mülkiyyətində olan torpaq sahəsində 3 ədəd qovaq ağacının "xxxx" MMC tərəfindən kəsilməsi ilə bağlı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan istintaq üçün mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq “sənədlərin götürülməsi haqqında” 19.08.2021-ci il tarixli qərarım əsasında həmin tarixdə Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsində istifadə olunan Xaçmaz rayonu, Seyidlər kəndinin DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib olunması ehtimal edilən işçi xəritələr “A3” formatlı 02 vərəqdə və ******* kodlu 08.02.2002-ci il tarixli Seyidlər kəndində yaşayan “vətəndaşların torpaq sahələrinə dair” adlı siyahı 11 vərəqdə Köhnə- Xudat Bələdiyyəsindən götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin 28.04.2010-cu il tarixli iclasının 06 nömrəli qərarı ilə təsdiq edilmiş və 02.05.2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3808 nömrəsi ilə dövlət qeydiyyatına alınmış X1 4-cü bəndinin 5-ci hissəsindən görünür ki, Bələdiyyə sədrinin müavini Bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll etmək, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirmək səlahiyyətlərinə malikdir. İş materiallarında olan Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə təqdim olunmuş 19.04.2021-ci il tarixli 108 nömrəli arayışdan görünür ki, X4 Seyidlər kəndi ərazisində qeydiyyat nömrəsi 30212028 olan pay torpaq sahəsi və həmin sahədə 7 ədəd qovaq ağacı mövcuddur. İş materiallarında olan Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə təqdim olunmuş 19.04.2021-ci il tarixli 109 nömrəli arayışdan görünür ki, Şahid6 Seyidlər kəndi ərazisində çıxarış nömrəsi MH000283 olan torpaq sahəsi və həmin sahədə 8 ədəd qovaq ağacı mövcuddur. İş materiallarında olan Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə təqdim olunmuş 19.04.2021-ci il tarixli 110 nömrəli arayışdan görünür ki, Şahid10 Seyidlər kəndi ərazisində qeydiyyat nömrəsi JN-046 KOD 30212028 olan pay torpaq sahəsi və həmin sahədə 15 ədəd qovaq, 3 ədəd söyüd ağacı mövcuddur. İş materiallarında olan “Həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 19.04.2021ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Şahid6 1 m3-nin qiyməti 35 manat olmaqla 4 m3 qovaq ağacı almağı, qarşı tərəf isə həmin ölçüdə məhsulu satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “Həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 19.04.2021ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Şahid11 1 m3-nin qiyməti 35 manat olmaqla 3 ədəd qovaq ağacı almağı, qarşı tərəf isə həmin miqdarda məhsulu satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “Həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 19.04.2021ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Şahid5 oğlundan 1 m3-nin qiyməti 35 manat olmaqla 4 m3 qovaq ağacı almağı, qarşı tərəf isə həmin ölçüdə məhsulu satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “Həyətyanı sahələrdən ağac alqı-satqısı haqda” 19.04.2021ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Şahid10 1 m-nin qiyməti 35 manat olmaqla 11 m3 qovaq və söyüd ağacı almağı, qarşı tərəf isə həmin ölçüdə məhsulu satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş 18.08.2021-ci il tarixli məktubdan və əlavə olunmuş sxemlərdən görünür ki, mütəxəssislər tərəfindən mübahisəli torpaq sahələrinə baxış keçirilərək, GPS vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuş, aparılan araşdırma zamanı ərazidə 24 (iyirmi dörd) ədəd ağac kəsilmiş və ağacların 9 (doqquz) ədədi xüsusi mülkiyyətə məxsus torpaq sahəsində, 2 (iki) ədədi bələdiyyə mülkiyyətində olan yol ərazisində, 5 (beş) ədədi bələdiyyə mülkiyyətində olan kolluq ərazidə, 8 (səkkiz) ədədi isə islahat zamanı pay normasından artıq qalan, bələdiyyə mülkiyyətinə məxsus çoxillik əkmələr ərazisində yerləşməsi müəyyən edilmişdir. İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş 08.09.2021-ci il tarixli məktubdan görünür ki, Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsindən götürülmüş adlı siyahı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxivində və elektron məlumat bazasında olan siyahı ilə eynilik təşkil edir. Həmçinin təqdim olunan Köhnə-Xudat Bələdiyyəsindən götürülmüş 2 ədəd işçi xəritə Mərkəzin elektron məlumat bazasında mövcud olan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (baş sxem) ilə eynilik təşkil edir. Qeyd olunan 2 ədəd işçi xəritəyə əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ərazidə 24 (iyirmi dörd) ədəd ağac kəsilmiş və ağacların 9 (doqquz) ədədi xüsusi mülkiyyətə məxsus torpaq sahəsində, 2 (iki) ədədi (3 və 4 nömrələnmiş ağaclar) bələdiyyə mülkiyyətində olan yol ərasizində, 5 ədədi (5, 6, 7, 8 və 9 nömrəli nişanlanmış ağaclar) bələdiyyə mülkiyyətində olan kolluq ərazidə, 8 ədədi isə (1, 2, 16, 17, 18, 19, 20 və 21 nömrəli nişanlanmış ağaclar) islahat zamanı pay normasından artıq qalan, bələdiyyə mülkiyyətinə məxsus çoxillik əkmələr ərazisində yerləşir. Xüsusi mülkiyyətdə olanlardan 3 (üç) ədədi (22, 23 və 24 nömrəli nişanlanmış ağaclar) **********41 reyestr nömrəli çıxarışa əsasən X11, 3 (üç) ədədi (10, 11 və 12 nömrəli nişanlanmış ağaclar) **********35 reyestr nömrəli çıxarışa əsasən Şahid10 və ailə üzvlərinə, 3 (üç) ədədi (13, 14 və 15 nömrəli nişanlanmış ağaclar) **********93 reyestr nömrəli çıxarışa əsasən X5 və ailə üzvlərinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş 02.09.2021ci il tarixli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində yerləşən Bələdiyyə mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə keçirilmiş baxış zamanı həmin kəndin qərb hissəsində mövcud yaşıllıq ərazidə 25.05.2021 -ci il tarixində aparılmış araşdırma zamanı qanunsuz kəsilməsi faktı aşkar olunmuş köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub 24-110 sm diametrlərində 20 ədəd ağacdan əlavə köküstə yaş bioloji inkişafda olan qoz cinsinə mənsub 32 sm diametrli 1 ədəd, qovaq cinsinə mənsub 32 sm diametrli 1 ədəd, 40 sm diametrli 1 ədəd və 70 sm diametrli 1 ədəd olmaqla cəmi 4 (dörd) ədəd ağacın kəsilməsi faktı müəyyən olunmuşdur. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.08.2021- ci il tarixli **********69 saylı məktubu və ona əlavə olunmuş kəsilmiş ağacların yerləşdiyi torpaq sahələrinin sxemlərinə əsasən sözügedən ərazidə qanunsuz olaraq kəsilməsi faktı aşkar olunmuş nömrələnmiş köküstə yaş bioloji inkişafda olan ümumilikdə cəmi 24 (iyirmi dörd) ədəd ağacdan qovaq cinsinə mənsub 10 №-li (dm-110 sm), 11 №-li (dm-36 sm), 12 №-li (dm-76 sm), 13 №-li (dm-70 sm), 14 №-li (dm-32 sm), 15 №-li (dm-40 sm), 22 №-li (dm-50 sm), 23 №-li (dm-44 sm), 24 №-li (dm- 44 sm) olmaqla cəmi 9 ədəd ağacın xüsusi mülkiyyətə məxsus torpaq sahəsində, digər qoz cinsinə mənsub 3 №-li (dm-32 sm), qovaq cinsinə mənsub 1 №-li (dm-70 sm), 2 №-li (dm-70 sm), 4 №-li (dm-62 sm), 5 №-li (dm-56 sm), 6 №-li (dm-44 sm), 7 №-li (dm-36 sm), 8 №-li (dm-32 sm), 9 №- li (dm-80 sm), 16 №-li (dm-52 sm), 17 №-li (dm-54 sm), 18 №-li (dm-44 sm), 19 №-li (dm-40sm), 20 №-li (dm-36 sm), 21 №-li (dm-70 sm) olmaqla ümumilikdə cəmi 15 (on beş ədəd) ağacın isə Bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Faktla əlaqədar İdarə əməkdaşları tərəfindən 31.08.2021- ci il tarixli 69166 saylı akt tərtib olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasına əsasən xüsusi mülkiyyətə məxsus torpaq sahəsində kəsilmiş 9 ədəd ağaca görə ziyan 11150 manat, bələdiyyə mülkiyyətində olan 15 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan isə 15800 manat məbləğində hesablanmışdır. İş materiallarında olan Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin 27 noyabr 2020ci il tarixli 13 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin müavini vəzifəsinə seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 08.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətindən daxil olmuş 13.09.2021ci il tarixli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu 04.03.1980-ci il təvəllüdlü arvadı X3, 01.10.2011-ci il təvəllüdlü X24 qızı və 12.07.2012-ci il təvəllüdlü qızı X25 qızı ilə birlikdə Xaçmaz rayonu, Aşağı- Ləgər kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs Rəhimxan oğlu vətəndaş olaraq ərazidə yaşadığı müddət ərzində kənd camaatı ilə yaxın münasibətdə olmuşdur. Kənd camaatı, qohum, qonşu və tanışları ilə heç bir münaqişəsi olmamışdır. Ərazidə keçirilən idman yarışlarında yaxından iştirak etmiş, bacarıqlı fəal gənc olmuş, bacarığına, fəallığına, hörmətə və kənd camaatının istəyinə görə bələdiyyə seçkilərinə qatılmış, 2009-cu ildə bələdiyyə seçkilərində uğur qazanmış, Xaçmaz rayon Köhnə-Xudat bələdiyyəsinə üzv seçilərək üzvlərin səs çoxluğu ilə 2014-cü ildə Bələdiyyə sədrinin müavini, 23.12.2019-ci il tarixində keçirilmiş seçkilərdə isə bələdiyyə sədri seçilmişdir. Əhali tərəfindən seçilmiş yerli özünüidarəetmə orqanının rəhbəri olmasına baxmayaraq işində buraxdığı böyük nöqsanlara görə qazandığı hörməti tez bir zamanda itirmişdir. Seçicilərinin qəbul və şikayətlərini araşdırmamış, onlara çox laqeyd yanaşmışdır. Bununla da ərazidə vətəndaşlar arasında çoxlu sayda əsaslı şikayətlər yaranmışdır. Rayonun digər təşkilatlarından verilmiş tövsiyyə xarakterli tapşırıqlara məhəl qoymamışdır. Əhalinin çoxsaylı şikayətlərinə əsasən, bələdiyyə üzvlərinin 2020-ci ilin avqust ayında keçirilmiş iclasında Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılaraq üzv kimi fəaliyyətə başlamışdır. Ümumilikdə iş fəaliyyəti mənfi xarakterizə olunur. İş materiallarında olan “Xaçmaz rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş 21.09.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu həmin xəstəxanada hər hansı bir xəstəliklə əlaqədar stasionar müalicə almamış, həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında olmamışlar. İş materiallarında olan 25.09.2021-ci il tarixli qərarımla cinayət işi üzrə Xaçmaz rayon Köhnə- Xudat Bələdiyyəsi tərəfindən tərtib edilmiş 19.04.2021-ci il tarixli 108, 109 və 110 nömrəli arayışlar, “torpaq islahatına dair kompleks yerquruluşu layihələri (baş sxemlər)”, ******* kodlu 08.02.2002-ci il tarixli Seyidlər kəndində yaşayan “vətəndaşların torpaq sahələrinə dair” adlı siyahı maddi sübut qismində tanınmışdır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsi barədə 15 dekabr 2021-ci il tarixli, 27-686549 saylı (Azərpoçt MMC X26) qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu tərəfindən zərərçəkmiş şəxsə dəymiş 15800 (on beş min səkkiz yüz) manat pulu ödəmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizindən görünür ki, iş üzrə təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin 27 noyabr 2020- ci il tarixli 13 saylı iclas protokoluna əsasən Bələdiyyə sədrinin müavini vəzifəsinə seçilərək həmin vəzifədə işləyərkən Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin 28.04.2010-cu il tarixli iclasının 06 nömrəli qərarı ilə təsdiq edilmiş və 02.05.2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3808 nömrəsi ilə dövlət qeydiyyatına alınmış X1 4-cü bəndinin 5-ci hissəsinə əsasən Bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll etmək, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, habelə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılmalı olduğu, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirildiyi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən kompleks yerquruluşu işləri dövlət yerquruluşu xidməti, təsərrüfatdaxili yerquruluşu işləri isə ixtisaslaşdırılmış layihə-axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirildiyi, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirdiyi, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmalı olduğu, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 51 -ci maddəsinə əsasən bələdiyyələrin vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıdığı halda qanunvericiliyin həmin tələblərini pozaraq "xxxx" MMCnin icraçı direktoru X12 ilə Xaçmaz rayonu, Seyidlər kənd sakinləri Şahid10, Şahid6 və Şahid5 arasında “həyətyanı sahələrdən ağac alqı-satqısı” barədə bağlanılmış 19.04.2021ci il tarixli müqavilələrə əsasən həmin şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahələrində mövcud olan və kəsərək satmaq niyyətində olduqları ağacların yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünün dəqiq müəyyənləşdirilməsi ilə bağlı Namiq Həsənov tərəfindən Köhnə-Xudat Bələdiyyəsinə edilən 19.04.2021- ci il tarixli şifahi müraciətlər əsasında həmin Bələdiyyədə saxlanılan və xidməti vəzifələrinin icrası zamanı istifadə olunan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin elektron məlumat bazasında mövcud olan “torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (baş sxem)” və ******* kodlu 08.02.2002-ci il tarixli Seyidlər kəndində yaşayan “vətəndaşların torpaq sahələrinə dair” adlı siyahıdan istifadə etməklə işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, yəni Seyidlər kənd sakinləri Şahid6, Şahid10 və Şahid5 qaynı Şahid11 şifahi qaydada təqribi olaraq göstərdikləri Seyidlər kəndinin inzibati-ərazi hüdudlarında yerləşən torpaq sahələrinə və həmin sahələrdə olan ağaclara 19.04.2021-ci il tarixdə baxış keçirib, vətəndaşların göstərdikləri torpaq sahələrinin bir hissəsinin faktiki olaraq sədr müavini vəzifəsində işlədiyi Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olmasına baxmayaraq yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlara müraciət etmədən Köhnə-Xudat Bələdiyyəsinin sədri Nümayəndə düzgün olmayan məlumatlar verərək sonuncu tərəfindən JN° - 0024, KOD 30212028 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Şahid5 arvadı X7 məxsus 2.26 ha torpaq sahəsində 7 ədəd qovaq ağacının olması barədə 19.04.2021-ci il tarixli 108 nömrəli, MH000283 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şahid6 məxsus 1.05 ha torpaq sahəsində 8 ədəd qovaq ağacının olması barədə 19.04.2021-ci il tarixli 109 nömrəli, RX0747700 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şahid10 məxsus 0.84 ha torpaq sahəsində 15 ədəd qovaq, 3 ədəd söyüd ağacının olması barədə 19.04.2021- ci il tarixli 110 nömrəli arayışların tərtib edilərək "xxxx" MMC-nin direktoru Namiq Həsənova təqdim olunmasına və işinə laqeyd münasibəti nəticəsində cinayətdən xəbərsiz olan Namiq Həsənovun göstərişi ilə həmin MMC-də mişarçı işləyən cinayətdən xəbərsiz olan Şahid3 tərəfindən 19.04.2021-ci il tarixdən 22.04.2021-ci il tarixədək olan müddət ərzində Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan yol ərazisində X303252,33;Y4607825,73 koordinatlı 01 ədəd 32 sm diametrli 300 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qoz cinsinə mənsub və X303252,61;Y4607824,74 koordinatlı 01 ədəd 62 sm diametrli 1500 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacların, həmin Bələdiyyənin mülkiyyətində olan kolluq ərazidə X303259,36;Y4607831,92 koordinatlı 01 ədəd 56 sm diametrli 1200 manat, X303279,21;Y4607832,13 koordinatlı 01 ədəd 44 sm diametrli 600 manat, X303251,60;Y4607828,76 koordinatlı 01 ədəd 36 sm diametrli 350 manat, X303252.18;Y4607828,89 koordinatlı 01 ədəd 32 sm diametrli 300 manat və X303305,56;Y4607811,57 koordinatlı 01 ədəd 80 sm diametrli 2400 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacların, islahat zamanı pay normasından artıq qalan, bələdiyyə mülkiyyətinə məxsus çoxillik əkmələr ərazisində X303077,81;Y4608021,08 koordinatlı 01 ədəd 70 sm diametrli 1900 manat, X303077,50;Y4608019,57 koordinatlı 01 ədəd 70 sm diametrli 1900 manat, X303174,22;Y4608083,53 koordinatlı 01 ədəd 52 sm diametrli 1000 manat, X303175,00;Y4608084,91 koordinatlı 01 ədəd 54 sm diametrli 1100 manat, X303175,92;Y4608083,65 koordinatlı 01 ədəd 44 sm diametrli 600 manat, X303175,22;Y4608083,57 koordinatlı 01 ədəd 40 sm diametrli 400 manat, X303175,18;Y4608082,72 koordinatlı 01 ədəd 36 sm diametrli 350 manat və X303175,54;Y4608088,89 koordinatlı 01 ədəd 70 sm diametrli 1900 manat dəyərində köküstə yaş bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacların, cəmi 15.800 manat dəyərində olan 15 ədəd ağacların köküstü yaş qanunsuz kəsilməsinə və bununla da Köhnə-Xudat Bələdiyyəsinə ümumilikdə 15.800 (on beş min səkkiz yüz) manat ziyan vurmaqla vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində işinə və nüfuzuna, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsinin hüquqlarına və qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 11-ci bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 11.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 314.1-ci maddəsində göstərilir ki, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsi barədə 15 dekabr 2021-ci il tarixli, 27-686549 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Rəhimxan oğlu tərəfindən zərərçəkmiş şəxsə dəymiş 15800 (on beş min səkkiz yüz) manat pulu ödəmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti törətdiyindən və cinayət nəticəsində dəymiş zərəri tam ödədiyindən barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci bəndi tətbiq edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs Rəhimxan oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında əlavə olunmuş Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsi tərəfindən tərtib edilmiş 19.04.2021-ci il tarixli 108,109 və 110 nömrəli arayışlar, “torpaq islahatına dair kompleks yerquruluşu layihələri (baş sxemlər)” ******* kodlu 08.02.2002-ci il tarixli Seyidlər kəndində yaşayan “vətəndaşların torpaq sahələrinə dair” adlı siyahı cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub qərara aldı: “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında əlavə olunmuş Xaçmaz rayon Köhnə-Xudat Bələdiyyəsi tərəfindən tərtib edilmiş 19.04.2021-ci il tarixli 108,109 və 110 nömrəli arayışlar, “torpaq islahatına dair kompleks yerquruluşu layihələri (baş sxemlər)” ******* kodlu 08.02.2002-ci il tarixli Seyidlər kəndində yaşayan “vətəndaşların torpaq sahələrinə dair” adlı siyahı cinayət işində saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar