Məhkəmə qərarları › İş №1(067)-15/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-15/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-15/2023 21.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxx 1980-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əməllərində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1963-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Qusar rayon məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 12 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda 07 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən "xxxx" QSC-nin Xudat stansiyası ərazisində Təqsirləndirilən şəxs2 25 manat pul müqabilində şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 07 mart 2022-ci il tarixdə, saat 16-da Xaçmaz st. Xətt polis şöbəsinin və Yalama st. Xətt polis bölməsinin əməkdaşları tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 saxlanılaraq dəvət olunduğu Xaçmaz şəhəri, Vağzal küçəsi 8 ünvanında yerləşən Xaçmaz st. Xətt polis şöbəsində üzərinə saat 16.30-16.40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə 0,711 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,533 qram çəkidə kustar üsulla hazırlanmış harkotik vasitə olan heroinin 0,711 qramını 07 mart 2022- ci il tarixdə, saat 15:30 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən "xxxx" QSC-nin Xudat stansiyası ərazisində Təqsirləndirilən şəxs1 25 manata sataraq qalan 0,822 qramını satış məqsədilə üzərində saxlamış, bu fakt 07 mart 2022-ci il tarixdə o, Xaçmaz st. Xətt polis şöbəsinin və Yalama st. Xətt polis bölməsinin əməkdaşları tərəfindən "xxxx" QSC-nin Xudat dəmir yolu stansiyası ərazisində saxlanılaraq Xətt polis şöbəsinə dəvət edilib ünvan 5 ünvanda yerləşən Xaçmaz st. Xətt polis şöbəsinin inzibati binasında onun üzərinə saat 17:40-17:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibində bir ədəd sellofan bükümdə olmaqla 0,822 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun üzərində heçnə aşkar olunmamışdır, onun üzərinə narkotik vasitəni polislər atıblar. Narkotik vasitənin istifadə etməsini etiraf edir, amma saxlanılan gün üzərində heçnə olmayıb. Həmin gün o, Kamalın yaşadığı evə gələrək ona pul borclu olan Səməd adlı şəxsi necə tapması barədə soruşmuşdur. Kamal ona bildirmişdir ki, Səmədə xəbər göndərmiş, məsələ yaxın vaxtlarda həllini tapacaqdır. Daha sonra polislər gəlib onu və Kamalı saxlamışlar, lakin həmin vaxt üzərində aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsus deyildir. Həmin natrkotik vasitəni polislər onu saxladıqları zaman üzərinə atmışlar. Himayəsində yaşlı anasınıın və azyaşlı uşaqının olmasını nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, 06 mart 2022-ci il tarixdə tanışı Xudat şəhər sakini Kamal adlı şəxsə zəng etdiyini, ona narkotik vasitə heroin lazım olduğunu dediyini, Kamal ondan narkotik vasitə heroin olduğunu və bir büküm narkotik vasitə heroinə görə ondan 25 manat pul istədiyini bildirmişdir. Buna cavab olaraq o, Kamal ilə razılaşmış, 07 mart 2022ci il tarixdə saat 14- 15 radələrində Qusar rayonundan Xudat şəhərinə gəlmiş, Xaçmaz şəhəri, Xudat dəmir yolu stansiyası ərazisində Kamal ilə görüşmüş, Kamala bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq, yəni 25 manat pulu vermiş, Kamaldan bir bükümdə olan narkotik vasitə heroini götürmüş, sonra Kamaldan bir qədər aralanaraq çıxıb gedərkən onu polis əməkdaşları saxlamış, həmin vaxt ona üzərində narkotik vasitə daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə məlumatlarının olmasını deyərək onu Xaçmaz st. XPŞnə dəvət etmişlər. Oda etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xaçmaz st. XPŞ-nə getmiş, orada onun anket məlumatları ilə maraqlandıqdan sonra o, təhqiqatçının otağına dəvət olunmuşdur. Təhqiqatçı otağında Xaçmaz st. XPŞ-nə daxil olmuş əməliyyat məlumatı barədə ona dedikdən sonra ona hüquqları ilə bağlı bildiriş vermiş, vəkil ilə təmin olunmağı üçün vəkillərin siyahısını ona təqdim etmiş, oda vəkillərdən biri ilə təmin edilməsini təhqiqatçıdan xahiş etmişdir. Təhqiqatçı siyahıdan Xaçmaz vəkil bürosunun vəkili Müdafiəçi1 xidməti otağına dəvət etmiş, onu vəkili ilə tanış etmiş, vəkilinin iştirakı ilə təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, birdə barəsində daxil olmuş əməliyyat məlumatını səsləndirmiş, sonra vəkilinin iştirakı olaraq onu şübhəli şəxs qismində tutmuş, vəkili Müdafiəçi1 onun üzərinə şəxsi-axtarışda iştirak etməsini təklif etmişdir. Vəkili Müdafiəçi1 buna etiraz etməmiş, bu vaxt təhqiqatçı otağına videoçəkilişin aparılması üçün polis əməkdaşlarından birini dəvət etmiş, onu saxlayan polis əməkdaşlarının və vəkili Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi-axtarış keçirməyə başlamışdır- Bu vaxt ona təhqiqatçı tərəfindən üzərində qanuna zid nə varsa masanın üzərinə qoyması təklif olunmuş, oda əynində olan qara rəngli gödəkçənin sol yan cibindən daşıdığı bir bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış keçirərkən təqdim edilmiş bükümdən başqa onun üzərindən başqa qanuna zid əşya aşkar edilməmiş, sonra onun təqdim etdiyi heroin olan sellafon büküm ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bir müddət əvvəl o, yaşadığı ünvandan bir qədər məsafədə olan dəmir yolu xətləri yanından keçərkən yerdən iki ədəd sellafon büküm tapmış, tapdığı bükümlərə baxdıqda içərisində narkotik vasitə heroinin olmasını aşkar etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün o, həmin bükümləri tanıyaraq şəxsi istifadəsi üçün götürmüş, 06 mart 2022-ci il tarixdə tanışı, Qusar rayon sakini Fazil ilə mobil telefon vasitəsi ilə danışarkən Fazil ona istifadə etməsi üçün narkotik vasitə olan heroin lazım olduğunu bildirmiş, oda Fazilə onda narkotik vasitə olan heroin olmasını, bir büküm heroinə görə Fazildən 25 manat pul istədiyini bildirmişdir. Fazil onunla razılaşmış və 07 mart 2022-ci il tarixdə nahardan sonra Xudat dəmir yolu stansiyasının ərazisində görüşməklərinə razılığa gəlmişlər. 07 mart 2022-ci il tarixdə o, hər iki bükümü götürmüş, evdən çıxaraq Xudat dəmir yolu stansiyasına getmiş, ikinci bükümü götürməsinə səbəb həmin bükümdə olan heroinidə Fazilə satmaq istəməsi olmuşdur. Buna görə də o, evdən çıxmış və Fazillə razılaşdığı yerə getmiş, Fazillə Xudat dəmir yolu stansiyası ərazisində görüşmüş, ona yalnız bir büküm narkotik vasitə istədiyi üçün bir ədəd narkotik vasitə olan bükümü sataraq vermiş, verdiyi bükümə görə Fazildən bir ədəd 20 manatlıqla bir ədəd 5 manatlıqdan ibarət olan 25 manat pulu almışdır. Fazil ondan bir bükümdə olan narkotik vasitəni alıb çıxıb getdikdən sonra o, həmin yerdən bir qədər aralanmış, dəmir yolu stansiyası ilə yaxınlıqda yerləşən dükana siqaret almaq üçün getmişdir. Bir qədər sonra dükandan çıxıb dəmir yolu xətləri ilə yaşadığı ev istiqamətində getmiş, bu vaxt ona polis əməkdaşları yaxınlaşmış, onu saxlayaraq üzərində narkotik vasitə daşımağı və narkotik vasitələrdən istifadə etməyi, narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumatlarının olmasını bildirərək onu Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. Oda etiraz etmədən polis əməkdaşlarının dəvəti ilə Xaçmaz st. XPŞ-nə getmiş, orada onun anket məlumatları ilə maraqlandıqdan sonra o, təhqiqatçmm otağına dəvət olunmuşdur. Təhqiqatçı otağında Xaçmaz st. XPŞ-nə daxil olmuş əməliyyat məlumatı barədə ona dedikdən sonra ona hüquqlarıyla bağlı bildiriş vermiş, vəkil ilə təmin olunmağı üçün vəkillərin siyahısını təqdim etmiş, oda vəkillərin siyahısına baxmış, siyahıda olan vəkillərdən biri ilə təmin edilməyini təhqiqatçıdan xahiş etmişdir. Təhqiqatçı siyahıdan Xaçmaz vəkil bürosunun vəkili Müdafiəçi2 Nafıh oğlunu xidməti otağına dəvət etmiş, vəkilinin iştirakı ilə ona hüquq və vəzifələrini izah edib birdə barəsində daxil olmuş əməliyyat məlumatını səsləndirmişdir. Sonra vəkilinin iştirakı olaraq onu şübhəli şəxs qismində tutmuş, vəkili Müdafiəçi2 onun üzərinə şəxsi-axtarışda iştirak etməsini təklif etmiş, vəkili buna etiraz etməmiş, bu vaxt təhqiqatçı otağına videoçəkiliş aparılması üçün polis əməkdaşlarından birini dəvət etmiş, onu saxlayan polis əməkdaşlarının və vəkili Müdafiəçi2 iştirakı ilə üzərinə şəxsi-axtarış keçirməyə başlamışdır. Fləmin vaxt ona üzərində qanuna zid nə varsa masanın üzərinə qoymasını təhqiqatçı demiş, oda əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibindən daşıdığı bir sellafon bükümdə olan narkotik vasitə heroini və əynində olan idman şalvarımın cibindən Fazilə satdığı narkotik vasitəyə görə Fazildən aldığı bir ədəd 20 manatlıqdan və bir ədəd 5 manatlıqdan ibarət 25 manat pulu cibindən çıxarmış və təqdim etmişdir. Daha sonra təhqiqatçı onun üzərinə şəxsi-axtarış keçirərkən heç bir başqa qanuna zid əşya aşkar edilməmiş, aşkar edilmiş heroin olan sellofan bükümü ekspertizaya təqdim edilməsi üçün götürərək qablaşdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 07 mart 2022-ci il tarixdə Qusar şəhər sakini Fazil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşıması ilə əlaqədar yaxalanması tədbirində iştirak etmişdir. O, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin YYÇİÜ-üzrə inspektoru, polis leytenantı Şahid2 və Yalama st. XPB-nin PPXM-nm polis nəfəri, polis serjantı X7 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra saat 16-da bir nəfər 40-42 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini görmüş, bu vaxt onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsə onun narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşıması ilə əlaqədar əməliyyat məlumatı daxil olması barədə bildirməklə qeyd olunan şəxsi Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş, onunla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş, Xaçmaz st. XPŞ-də həmin şəxs özünü təqdim edərək Qusar şəhəri, Nəriman Nərimanov küçəsi ev 22də yaşayan Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Sonra Bağışov X6. XPŞ-nin inzibati binasına təhqiqatçı, polis mayoru Nəzər Həbibovun xidməti otağına dəvət edilmişdir. Bu vaxt o, Fazilin barəsində rəhbərliyə məruzə etmiş, sonra təhqiqatçı Nəzər Həbibovun xidməti otağına dəvət edilmiş, otaqda təhqiqatçı Təqsirləndirilən şəxs1 vəkillər siyahısını təqdim edərək vəkil seçməsini təklif etmiş, Fazil siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə Müdafiəçi1 dəvət etmiş, Təqsirləndirilən şəxs1 vəkili ilə tanış olduqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi1 tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 üzərinə vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi-axtarış keçirilməsinə başlanılmış, həmin vaxt təhqiqatçı X14 hüquq və vəzifələrini başa salaraq ona müraciət edib üzərində olan predmetləri çıxardaraq qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Fazil əynində olan qara rəngli gödəkçənin sol yan cibinə əlini salaraq bir ədəd sellafon bükülünü və gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli sadə Nokia markalı mobil telefonunu təqdim etmiş və masanın üzərinə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 sellafon bükülüdə nə olduğunu soruşduqda Fazil bükülüdə narkotik vasitə olmasını, həmin narkotik vasitəni Xudat şəhərində Kamal adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqdim olunmuş sellafon bükülüyə təhqiqatçı Nəzər Həbibov baxdıqda bükülünün içərisində şabalıd rəngli maddə aşkar olunmuş, həmin maddə olan sellafon bükülü iştirakçıların yanında zərfə qablaşdırılaraq kimyəvi ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi Nokia markalı mobil telefon isə onun özünə qaytarılmışdır. Sonra bütün iştirakçılar şəxsiaxtarışla bağlı tərtib edilmiş protokolu imzalamışdır. Bundan sonra o, əməliyyat tədbirində onunla iştirak etmiş polis əməkdaşları ilə birlikdə dərhal Kamal adlı şəxsin saxlanılması üçün Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra saat 17-də bir nəfər 57-60 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini görmüş, bu vaxt o və yanında olan digər polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməklə həmin şəxsə narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşıması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olması barədə bildirməklə saxlanılmış şəxsi Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş, Xaçmaz st. XPŞ-də həmin şəxs özünü təqdim edərək Xaçmaz rayonu, Xudat şəhəri, Ş.Qurbanov küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Bu vaxt o, şöbəyə dəvət edilmiş Kamalın barəsində rəhbərliyə məruzə etmişdir. Bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs2 vəkillər siyahısını təqdim edərək vəkil seçməsini təklif etmiş, Kamal siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə Müdafiəçi2 Nafıh oğlunu dəvət etmiş, Təqsirləndirilən şəxs2 vəkili ilə tanış olduqdan sonra vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi-axtarış keçirilməsinə başlanmışdır. Şəxsi-axtarış zamanı təhqiqatçı X15 Ağayevə hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində qanuna zidd nə varsa masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol yan cibinə əlini salaraq oradan bir sellafon bükülünü, daha sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ayrı-ayrı saxladığı bir ədəd 5 manatlıq və bir ədəd 20 manatlıq əskinaslardan ibarət 25 manatı və ayrıca qatlanmış halda olan 7 manat pulu təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 sellafon bükülüdə narkotik vasitə olmasını, cibində olan pullardan 25 manat pulu bir qədər əvvəl Xudat şəhərində narkotik vasitəni satarkən aldığını, qalan 7 manatın isə əvvəldən özündə olmasını bildirmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə oxşar kütlə olan sellafon bükülü ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs2 narkotik vasitə satışından əldə etdiyi və təqdim etdiyi bir ədə 20 manatlıq və bir ədəd 5 manatlıq əskinaslarla olan 25 manat pul təhqiqatçı Nəzər Həbibov tərəfindən götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxslər Fazil və Kamalın onlara qarşı təzyiq göstərilməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin YYÇÜİ- üzə inspektoru, polis leytenantı Şahid2 göstərdi ki, 07 mart 2022-ci il tarixdə Qusar şəhər sakini Fazil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşıması ilə əlaqədar yaxalanması tədbirində iştirak etmişdir. O, Xaçmaz st. XPŞ-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Yalama st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı X7 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra saat 16-da bir nəfər 40-42 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini görmüş, bu vaxt o və digər polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə onun narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşıması ilə əlaqədar onlara əməliyyat məlumatı daxil olması barədə bildirməklə onu Xaçmaz st. XPŞnə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş, Xaçmaz st. XPŞ-də həmin şəxs özünü təqdim edərək Qusar şəhəri, Nəriman Nərimanov küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs1 olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Baba oğlunu təhqiqatçı, polis mayoru Nəzər Həbibovun xidməti otağına dəvət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs1 vəkillər siyahısını təqdim edərək vəkil seçməsini təklif etmiş, Fazil siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən Müdafiəçi1 şöbəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 vəkili ilə tanış olduqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi1 tərəfindən imzalanmış, sonra Təqsirləndirilən şəxs1 üzərinə vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi-axtarış keçirilməsinə başlanmışdır. Şəxsi- axtarış zamanı təhqiqatçı Nəzər Həbibov xidməti otağında Fazilə hüquq və vəzifələrini başa salaraq ona müraciət etmiş, üzərində olan predmetləri çıxardaraq qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, Fazil əynində olan qara rəngli gödəkçənin sol yan cibinə əlini salaraq bir ədəd sellafon bükülünü və gödəkçəsinin sağ yan cibində qara rəngli sadə Nokia markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 sellafon bükülüdə nə olduğunu soruşduqda o, bükülüdə narkotik vasitə olmasını, həmin narkotik vasitəni Xudat şəhərində Kamal adlı şəxsdən 25 manata aldığını bildirmiş, həmin sellafon bükülüyə təhqiqatçı Nəzər Həbibov baxdıqda bükülünün içərisində şabalıd rəngli maddə aşkar olunmuş, maddə olan sellafon bükülü şəxsi-axtarış zamanı iştirakçıların yanında zərfə qablaşdırılaraq kimyəvi ekspertizaya təqdim edilməsi üçün götürülmüş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi Nokia markalı mobil telefon isə onun özünə qaytarılmışdır. Sonra bütün iştirakçılar şəxsi-axtarışla bağlı tərtib edilmiş protokolu imzaları ilə təstiq etmişdir. Bundan sonra o, əməliyyat tədbirində onunla iştirak etmiş polis əməkdaşları ilə birlikdə dərhal Kamal adlı şəxsin saxlanılması üçün Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra saat 17-də bir nəfər 57-60 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini görmüşlər. Orada o və digər polis əməkdaşları həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etməklə həmin şəxsə narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşıması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olması barədə bildirməklə həmin şəxsi Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş, Xaçmaz st. XPŞ-də həmin şəxs özünü təqdim edərək Xaçmaz rayonu, Xudat şəhəri, Ş.Qurbanov küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs2 vəkillər siyahısını təqdim edərək vəkil seçməsini təklif etmiş, Kamal siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Sonra təhqiqatçı siyahıda olan vəkillərdən Müdafiəçi2 Nafıh oğlunu şöbəyə dəvət etmiş, Təqsirləndirilən şəxs2 vəkili ilə tanış olmuş, vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi-axtarış keçirilməsinə başlanılmış, şəxsi-axtarış zamanı təhqiqatçı X15 Ağayevə hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində qanuna zidd nə varsa masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol yan cibinə əlini salaraq oradan bir sellafon bükülünü, daha sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ayrı-ayrı saxladığı bir 5 manatlıq və bir 20 manatlıq əskinaslardan ibarət 25 manatı və ayrıca qatlanmış halda saxladığı 7 manat pulu təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 sellafon bükülüdə narkotik vasitə olmasını, cibində olan pullardan 25 manat pulu bir qədər əvvəl Xudat şəhərində narkotik vasitəni satarkən aldığını, qalan 7 manatın isə əvvəldən özündə olmasını bildirmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə oxşar kütlə olan sellafon bükülü ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs2 narkotik vasitə satışından əldə etdiyi 25 manat pul təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Bundan sonra şəxsiaxtarışla bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslər Fazil və Kamalın onlara qarşı təzyiq göstərilməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 07 mart 2022-ci il tarixdə keçirilmiş şəxsi-axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış zamanı baş təhqiqatçı X16 Bağışovun üzərində qanunla qadağan olunan nə varsa çıxardıb təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellafon bükümü təqdim etmiş, bükümün içərisinə baxarkən içində toz şəklində, şabalıd rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 sellafon bükümdə olan kütələnin narkotik vasitə olmasını, həmin narkotik vasitə olan sellafon bükümü Xudatda Kamal adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Şəxsi-axtarış zamanı aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi-axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Sübutların tədqiq edilməsi zamanı Təqsirləndirilən şəxs1 videoçəkilişdə olan şəxsin o olmasını etiraf etsə də, bildirmişdir ki, videoçəkiliş təzyiq altında çəkilib. Əslində onun üzərindən heçnə aşkar olunmamışdır. Qorxduğu üçün bütün sənədlərə imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 07 mart 2022-ci il tarixdə keçirilmiş şəxsi-axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı baş təhqiqatçı X15 Ağyevin üzərində qanunla qadağan olunan nə varsa çıxardıb təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellafon bükümü, əynində olan qara idman şalvarının sağ yan cibindən 25 manat və ayrıca 7 manat pulu təqdim etmiş, təqdim edilmiş bükümün içərisinə baxarkən içində toz şəklində, şabalıd rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 sellafon bükümdə olan kütələnin narkotik vasitə olmasını, həmin narkotik vasitə olan sellafon bükümü Xudat şəhəri, dəmir yolu xətləri ərazisindən tapdığını, üzərində olan 25 manatı tanıdığı şəxsə narkotik vasitə satarkən aldığını, qalan 7 manat pulun isə onun özünə məxsus olmasım bildirmişdir. Şəxsi-axtarış zamanı aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi-axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Sübutların tədqiq edilməsi zamanı Təqsirləndirilən şəxs2 videoçəkilişdə olan şəxsin o olmasını etiraf etsə də, bildirmişdir ki, videoçəkiliş təzyiq altında çəkilib. Əslində onun üzərindən heçnə aşkar olunmamışdır. Qorxduğu üçün bütün sənədlərə imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 08 mart 2022-ci il tarixli 6/1373 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd sellafon bükümdə, təmiz çəkisi 0,822 qram çəkidə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 08 mart 2022-ci il tarixli 6/1374 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd sellafon bükümdə, təmiz çəkisi 0,711 qram çəkidə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 17 mart 2022-ci il tarixdə təyin olunmuş Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1807 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 17 mart 2022-ci il tarixdə təyin olunmuş Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1808 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi-axtarış zamanı videoçəkilişə alınmış 01 ədəd CD diski və şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 0,711 qram heroin tərəfimdən 09 mart 2022-ci il tarixdə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə maddi sübut kimi tanınmaq haqqından qərardan görünür ki, 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi-axtarış zamanı videoçəkilişə alınmış 01 ədəd CD diski, bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq əskinaslarla olan 25 manat pul və şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 0,822 qram heroin 09 mart 2022-ci il tarixdə maddi sübut kimi tanınmışdır. Sübutların tədqiq edilməsi zamanı Təqsirləndirilən şəxs1 tədqiq olunmuş sübutlara dair münasibət bildirərək, bir daha söyləmişdir ki, özünü təqsirkar bilmir, üzərində heç bir narkotik vasitə saxlamamışdır, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, polis əməkdaşları tərəfindən cibinə qoyulubdur. İbtidai istintaq zamanı təzyiqə məruz qaldığından sənədlərə imza etmişdir. Sübutların tədqiq edilməsi zamanı Təqsirləndirilən şəxs2 həmçinin, tədqiq olunmuş sübutlara dair münasibət bildirərək, bir daha söyləmişdir ki, özünü narkotik vasitələrin satışında təqsirli bilmir, o özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. İbtidai istintaq zamanı təzyiqə məruz qaldığından sənədlərə imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi alınmış xasiyyətnamədən görünür ki, müsbət xarakterizə olunur, evlidir. Himayəsində bir azyaşlı övladı, xx.xx.2018-ci il təvəllüdlü X9 vardır. ünvan 7 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN--in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Qusar rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 12 fevral 2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Xaçmaz RİHB-nın Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi alınmış xasiyyətnamədən görünür ki, müsbət xarakterizə olunur, evlidir. Xaçmaz rayonu, Xudat şəhəri, Ş.Qurbanov küçəsi ev 29-da qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 bütün məhkumluqları ödənilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Qusar rayon məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 12 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda 07 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən "xxxx" QSC-nin Xudat stansiyası ərazisində Təqsirləndirilən şəxs2 25 manat pul müqabilində şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 07 mart 2022-ci il tarixdə, saat 16-da Xaçmaz st. Xətt polis şöbəsinin və Yalama st. Xətt polis bölməsinin əməkdaşları tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 saxlanılaraq dəvət olunduğu Xaçmaz şəhəri, Vağzal küçəsi 8 ünvanında yerləşən Xaçmaz st. Xətt polis şöbəsində üzərinə saat 16.30-16.40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə 0,711 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,533 qram çəkidə kustar üsulla hazırlanmış harkotik vasitə olan heroinin 0,711 qramını 07 mart 2022- ci il tarixdə, saat 15:30 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən "xxxx" QSC-nin Xudat stansiyası ərazisində Təqsirləndirilən şəxs1 25 manata sataraq qalan 0,822 qramını satış məqsədilə üzərində saxlamış, bu fakt 07 mart 2022-ci il tarixdə o, Xaçmaz st. Xətt polis şöbəsinin və Yalama st. Xətt polis bölməsinin əməkdaşları tərəfindən "xxxx" QSC-nin Xudat dəmir yolu stansiyası ərazisində saxlanılaraq Xətt polis şöbəsinə dəvət edilib ünvan 5 ünvanda yerləşən Xaçmaz st. Xətt polis şöbəsinin inzibati binasında onun üzərinə saat 17:40-17:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibində bir ədəd sellofan bükümdə olmaqla 0,822 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)” 6-cı maddəsi ilə əlaqədar Avropa Məhkəməsi X1rşı işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Saidinin Fransaya qarşı” işi üzrə xx.xx.1993-cü il tarixli, həmçinin “Andandonskinin Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinin əsası kimi üzərində aşkar edilərək götürümüş narkotik vasitəsinin ona aid olmaması, həmin narkotik vasitəsinin polis əməkdaşları tərəfindən üzərinə atılması kimi ifadəsində irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü barəsində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı məhkəmə istintaqında ifadəsində irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özü etiraf etməsə də, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, şahidləri ifadələri, ekspert rəyi, videogürüntüyə dair disk və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özü etiraf etməsə də ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi şahidləri ifadələri, ekspert rəyi, videogürüntüyə dair disk və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram, külli miqdar üçün isə 2 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdırıcı hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əməlində cinayətin residivin olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 mart 2022-ci il tarixdən 07 may 2022-ci tarixədək həbsdə olduğu 02 ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarina görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (маd.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 götürülmüş kimyəvi ekspertizadan sonra qalıq qalmış 0,772 qram heroinin aşkar edilməsi Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirici hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 mart 2022-ci il tarixdən 22 may 2022-ci tarixədək həbsdə olduğu 02 ay 15 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və kimyəvi ekspertizasından qalıq qalan çəkisi 0,661 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və kimyəvi ekspertizadan sonra qalıq qalmış 0,772 qram heroin məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 25 manat pul dövlət nəfinə müsadirə olunmalıdır. Hazırki cinayət işi üzrə başqa xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və ayrıca Təqsirləndirilən şəxs2 üzərinə şəxsi-axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldyü iki ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 220 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 mart 2022-ci il tarixdən 07 may 2022-ci il tarixədək olan, yəni 02 (iki) ay həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 ay müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin müddəti 21 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 mart 2022-ci il tarixdən 22 may 2022-ci il tarixədək olan, yəni 02 (iki) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 ay 15 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin müddəti 21 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 25 manat pul dövlət nəfinə müsadirə olunsun. İş üzrə maddi sübut kimi Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və kimyəvi ekspertizasından qalıq qalan çəkisi 0,661 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və kimyəvi ekspertizadan sonra qalıq qalmış 0,772 qram heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və ayrıca Təqsirləndirilən şəxs2 üzərinə şəxsi-axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldyü iki ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 220 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə başqa xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar