Məhkəmə qərarları › İş №1(067)-150/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-150/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-150/2022 29.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər - X2 (eyni zamanda, şikayət vermiş şəxs X4 nümayəndəsi) və Daştəmirov Balasoltan Cəmaləddin oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər – X1 və X3 iştirakı ilə X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6, Daştəmirov Balasoltan Cəmaləddin oğlu və X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X6, Daştəmirov Balasoltan Cəmaləddin oğlu və X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, təxminən saat 12 radələrində o - Hacıyeva Sevil atasına məxsus Gödəkli kəndində yerləşən evə getdikdə X5 və arvadı X7 məni və qizlarımı kənd cammatının qarşısında, qonşuların yanında, onunla gedən qonağin yanında əxlaqdan kənar söyüşlərlə söyüb təhqir etmişlər. Həmçinin onlara böhtan ataraq oğru adlandırmışlar və böhtan ataraq Aybənizi döydüklərini bildirmişlər. Bu təhqirlər hər dəfə o, valideynlərinə baş çəkməyə gedəndə mütəmadi olaraq davam edir, hər dəfə kəndə gedəndə onu, ailəsini və qızlarını, nəvələrini söyüb təhqir edirlər. Həmçinin kənd camaatı arasında onu nüfuzdan salan şayiələr yayırlar. Yaşar və Aybəniz atasının torpağını zəbt etmiş İmranla birləşib İmranın onun atasının torpaq sahəsini mənimsəmək, Yaşar və Aybənizin isə niyyəti valideynləri qoca olduğundan onları hər hansı yollasa məhv edib əmlaklarını mənimsəməkdir. Onun isə atasını müdafiə etməsi onları qıcıqlandırır, onların bu məkrli niyyətlərinin həyata keçirilməsinə mane olur. Bu səbəbdən də onların niyyəti onu nüfuzdan salmaqla, ona şər və böhtan atmaqla, onu ləkələməklə bu müdafiədən çəkindirmək və valideynlərinin yanına getməməsidir. Həmçinin həmin tarixlərdə və daim olaraq mütəmadi bu şəxslər yaşlı adamları həmişə təhqir edirlər, onların ləyaqətini alçaldırlar. Bunların bu əməlləri artıq dözülməzdir. Həmin qeyd etdiyi tarixlərdə Gödəkli kəndində Yaşar və Aybəniz bir neçə şəxsin yanında onu təhqir etmiş və yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar səsləndirmişdir. Daşdəmirov Yaşar ona — onu təhqir edərək “vicdansız”, “Alçalmış”, “şərəfsiz”, "oğurluqla məşğul olan". Onu təhqir etmiş, həmçinin ona “dələduz” ,”oğru” demiş, əxlaqsız sözlər demiş və bilə-bilə yalan olaraq ona böhtan atmış və onu nüfuzdan salmışdır. Onu təhqir edərək əxlaxsız söyüş, qızlarına “cantay Məhəmmədin nəvələri" həmçinin hər dəfə nalayiq sözlərlə təhqir etmişdir. Daşdəmirov Aybəniz ona və qızlarını təhqir etmiş — “ərsiz qancıqlar”, “cuxotka”, “yiqci”, “oqrular”, “eşşəklər”, “oqru itlər”, “siqanlar”, “küçədə qalmışlar” deyərək təhqir etmişdir. Həmçinin böhtan ataraq onu “oqru” adlandırmış, yalandan döyülməsi barədə böhtan atmışdır. Daşdəmirova Aybəniz ........ ona və qızlarına “qəhbələr”, “ərsiz qəhbələr”, “şalava” kimi cəmiyyətdə əxlaq normalarına zidd olan təhqir sözlər işlətmişdir. Daşdəmirov Yaşar atası Daştəmirov Balasoltanı......“qeyrətsiz", "utanmaz”, "səviyyəsiz”, “vicdansız” adlandırmışdır. Daşdəmirova Aybəniz ........ Daşdəmirova Mariyaya “qəhbə”, “qoca qəhbə” “qancıq”, “tərbiyəsiz” kimi ifadələr işlətmişdir. Səs yazısında (həmin vaxt orada onun qızları da olmuşdur) — ata və anasına “kül sizin başıvıza”, “qəhbə qiziv”, “şalavalar”, “sikimin başlarıdır”, “onları başqa cür sikəcəm”, “sikib atdılar", "qəhbəni belə edirlər", "şalava qızların", “qəhbə qızın”, “qəhbə nəvələrin” və bir cox əxlaqsız sözlər və təhqirlər işlətmişdir. Həmçinin onun barəsində həqiqət olmayan onu nüfuzdan salan məlumatları kənd sakinləri arasında Yaşar və Aybəniz qəsdən yaymışdır. Həmçinin atasını və anasını əxlaqsız sözlərlə təhqir etmişdir. Bu kimi təhqir xarakterli məlumatları yaymaqla, həmçinin böhtan atmaqla Daşdəmirov Yaşar və Daşdəmirova Aybəniz onların şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi şəkildə kənd camaatı arasında yaymaqla onları cinayətdə ittiham etməklə onlara böhtan atmış və nəticədə onlara mənəvi zərər vurulmuşdur. Daşdəmirov Balasoltanın 86 yaşı, Daşdəmirova Mariyanin 80 yaşı var. Bu yaşlarına qədər anası və atası daim şərəfli həyat yolu keçib öz zəhmətləri ilə yaşamışlar. Atası uzun illər məhkəmədə xalq tərəfindən seçilərək xalq iclasçısı kimi işləmişdir. Həmişə pis vərdişlərdən uzaq olmuş, dürüstlüyü, düzgünlüyü, yaxşı əməlləri ilə daim seçilmiş və hörmətə malik olmuşdur. Bu yaşına qədər əxlaqa zidd heç bir hərəkət etməmişdir. Düzgün və dürüst bir ömür sürmüşlər. O da uzun illər məhkəmə sistemində işləmiş, həmişə işlədiyi kollektivdə, tanışları, dostları arasında nüfuza və hörmətə malik olmuşdur. Yaşar və Aybəniz isə atasının, anasının və onun uzun illər keçdiyi həyat yolunu ləkələmək istəyir. Onun azyaşlı qızının və nəvələrinin yanında olmazın təhqiramiz sözlər deyir. Ömrü boyu heç yerdə işləməyən, daim valideynlərinin hesabına yaşamış, həyatda hər şeyi valideynlərinin hesabına qazanmış Yaşar və onun arvadı hal-hazırda harınlayaraq, valideynlərinin əmlakını zor gücü ilə, təhqir ilə, hədəqorxu ilə ələ keçirmək istəyirlər. Valideynlərinin yaşlı olduqlarından istifadə edərək o olmadıqda mütəmadi onları təhqir edir, onlara qarşı bir cox özbaşınalıqlar edirlər. Onlar da yaşlı olduqlarından onlara qarşı bu şəxslərin törətdikləri əməlləri sübut edəcək heçnə edə bilmirlər. Valideynləri Yaşar və arvadının etdiyi hərəkətlər olan kimi daim onu yığır və onların başlarına gətirdiklərini ona deyirlər, ondan kömək istəyirlər. O da gəldikdə bu şəxslər onu da olmazın təhqirlər edir, ailəsini, qızlarını təhqir edir, onu hədələyir və böhtan atırlar. Bu şəxslər bu yaşlı valideynlərinə indiyənədək heç bir qayğı, diqqət göstərməmişlər. Əksinə, öz yaşayışlarını rahat yaşamağa qoymurlar. Bu yaşlı insanların qayğıya diqqətə ehtiyacı olduğu halda Yaşar və Aybəniz onlara zülm edirlər. Bütün bunlar artıq dözülməzdir və ciddi tədbir görülməlidir, bu şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Bunlar əməllərinə görə neçə dəfə inzibati və cinayət məsuliyyətinə cəlb olunsalar da, islah olunmamışlar. Hesab edir ki, yuxarıda qeyd etdiklərinə əsasən barəsində şikayət etdikləri X5 və X3 əməlində Azərbaycan Respublikasının CM-nin 148-ci və 147.1-ci maddələrində nəzərdə tutulmuş təhqir və böhtan cinayətinin tərkibi vardır. Onların cinayəti törətməsi onda olan sübutlarla və şahidlərlə təsdiq olunur. Həmçinin cinayətin törədilmə halını X10 (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi ev 22 mənzil 23), X13 (Bakı şəhəri Nərimanov rayonu Z.Bünyatov küçəsi ev 58 m 80), Əmiraslanova Cimnaz (Xaçmaz rayonu Ü.Hacıbəyov küçəsi 105) və digər şahidlərin ifadələri ilə təsdiq olunur. Qeyd olunanların nəzərə alınaraq X9 oqlunun və X3 Azərbaycan Respublikası CMnin 148 və 147.1-ci maddələri ilə cinayət məsulliyətinə cəlb edilərək, həmin maddələrin sanksiyasında nəzərdə tutlumuş agır cəza verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməyərək məhkəmə baxışına təyin edilməməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində şikayət vermiş şəxslərdən Balasoltan Daştəmirovun ata adı Cəmaləddin olaraq göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən: 293.3.1. şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə görə, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə görə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Bundan başqa, şikayətə şikayətdə qeyd olunanların təsdiqi kimi əlavə edilmiş 01 ədəd CD diskdəki videogörüntülərdən və audioyazılardan (Whatsapp) görünür ki, şikayətdə qeyd olunan mübahisə ailə-məişət zəmnində, yaşadıqları evin həyətində baş vermişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ata adı düzgün göstərilmədiyindən, həmçinin hazırkı qərarda qeyd edilən digər halları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6, Daştəmirov Balasoltan Cəmaləddin oğlu və X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar