Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-151/2021 23.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs, tərcüməçi X7 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonunun Nabran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Nabran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2020-ci ilin may ayında yaşadığı Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının ərazisinə aid meşə ərazisinin 11-ci dolayının 67-ci kvartalında kol və ağacları təmizləyərək müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş 22,5 m2 ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn 9 (doqquz) ədəd çətənə bitkisinə 03 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları xeyli miqdarda kultivasiya edərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Belə ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən 03 avqust 2020-ci il tarixdə, saat 18:00-dan 18:40dək olan vaxt ərzində olan vaxt ərzində həmin əraziyə baxış keçirilən zaman xeyli miqdarda olan 9 (doqquz) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 1845 qram olan çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsində özbaşına becərmə aparmaqla özbaşına tutmuş və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Nabran kəndində anası ilə birlikdə yaşayır, atası vəfat edib. Subaydır, evli olmamışdır. Heç bir yerdə işləmir. On ildir ki, narkotik vasitə olan qurudulmuş marixuananı, yəni nəşəni siqaretə doldurma yolu ilə qəbul edir. 2018-ci ilin yay aylarında Bakı şəhərində “ 20 Yanvar” adlanan yerdə yolun kənarından kağız bükümün içərisində 12 ədəd narkotik vasita olan çətənə toxumu tapmışdır. Bu toxumları Nabran kəndində yaşadığı evdə gizlətmişdir ki, nə vaxtsa əkər və özü üçün marixuana əldə edər. 2020-ci ilin may ayının sonlarında həmin 12 ədəd çətənə toxumunu yetişdirmək məqsədilə yaşadığı kənddə yerləşən meşə massivində müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş boş ərazidə torpağın üzərində basdıraraq əkmişdir. Həmin yerə tez-tez gedib su verərək torpağını nəm halına gətirmişdir ki, toxumlar cücərib inkişaf etsin. Bir neçə gün sonra əkdiyi çətənə bitkisinin toxumlarından əmələ gələn 9 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə nəzarət edərək onların necə böyüməsinə baxmağa başlamışdır. Əkdiyi həmin çətənə bitkilərinə su verərək, diblərinə töküb yumşaldaraq və alaq otlarından təmizləyərək qulluq göstərirdim ki, onlar tez və yaxşı inkişaf etsin. Çətənə bitkilərinin əkildiyi torpaq çürüntülü meşa torpağı olduğu üçün onların diblərinə peyin va ya gübrə tökməyi ehtiyac bilməmişdir. 03 avqust 2020-ci il tarixdə, günorta saatlarında yaşadığı kənddə yerləşən meşə massivində əkdiyi çətənə bitkilərinə nəzarat etmək və qulluq göstərmək məqsədilə getmişdir. Saat 15 radələri olardı ki, əkdiyi həmin bitkiləri suvarıb evə qayıdanda yaşadığı kəndin ərazisində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Yalama polis bölmasinə getmişdir. Polis bölməsində təhqiqatçı Mübariz Əliyev tərəfindən onun üçün tərcüməçi dəvət edildikdən sonra şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və ona videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməsini təklif etmişdir. O, üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirmişdir. Şəxsi axtarış aparılan zaman üzərindən həqiqətən də qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Təhqiqatçı ondan narkotik qəbul edib-etmədiyini və narkotik əkib-əkmədiyi barədə soruşduqda, başa düşmüşdür ki, narkotik istifadəçisi olması və narkotik əkməsi barədə polis hər şeyi bilir, ona görə də narkotik vasitə olan marixuanadan istifadə etdiyini, yaşadığı kəndin ərazisində yerləşən meşə massivində öz istifadəsi üçün çətənə toxumları əkərək əmələ gələn çətənə bitkilərinə qulluq göstərdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, daha sonra isə digər iştirakçılar da protokola imza etmişlər. Şəxsi axtarış keçirilən zaman narkotik əkdiyi yeri könüllü şəkildə göstərə biləcəyini bildirdiyi üçün şəxsi axtarışın aparılmasında iştirak edən polis əməkdaşları, dəvət edilmiş aqronom-mütəxəssis, tərcüməçi ila birlikda yaşadığı kənddə yerləşən həmin meşə ərazisinə getmişlər. Videoçəkiliş aparılmaqla narkotik əkdiyi yerə baxış keçirilən zaman o, polis əməkdaşlarına səmimi etiraf edərək, aşkar edilmiş 9 (doqquz) ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu, qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barəda heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronommütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizlandiyini, onların əkildiyi torpaqda narkotik tərkibli çətənə bitkilərinin akilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barəda rəy vermişdir. Bundan sonra, aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin hamısı bir-bir kökündən çıxarıldıqdan sonra sayılmış və onların ümumilikdə 9 (doqquz) ədəd olması müəyyən edilmişdir. Həmin 9 (doqquz) ədəd çətənə bitkisi qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Bundan başqa, baxış zamanı həmin ərazidən 2 litrlik “Bonaqua” markalı butulka aşkar edilmişdir. O həmin butulkanın özünə maxsus olmasını, daha əvvəlcədən oraya gətirdiyini bildirmişdir. Həmin butulkanın üzərindən barmaq izləri götürülmüşdür. Təhqiqatçı tərəfindən baxış keçirilməsi və həmin bitkilərin və butulkanın üzərindəki barmaq izlərinin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barəda protokol tartib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, daha sonra digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş çətənə bitkilərinin və barmaq izlərinin qablaşdırmasının üzərinə imza etmişlər. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi ifadəsində göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkı üç sahəyə və hər sahə də ərazisindən asılı olaraq 8-9 dolaya bölünmüşdür. Hər sahəyə bir sahə müfəttişi təyin edilmişdir. Dolaylar özləri də ərazisindən asılı olaraq 4-5 kvartala bölünür. Yalama Meşə sahəsi 8 dolaydan ibarət olmaqla inzibati cəhətdən Xaçmaz rayonunun Nabran, Tel, Sahillər, Yaqub-oba və Ləcət kəndlərinin ərazisində yerlaşir. 2020-ci ilin sentyabr ayının ortalarında Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin əməkdaşı Əfqan müəllim Samur- Yalama Milli Parkında sahə müfəttişi işləyən X1 bildirmişdir ki, 03 avqust 2020-ci il tarixdə Xaçmaz rayonunun Nabran kəndinin yaxınlığında yerləşən meşə massivində həmin kəndin sakini Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilmiş 9 (doqquz) ədəd narkotik tarkibli çətənə bitkisi aşkar edilərək götürülüb. Həmin bitkilərin əkildiyi torpaq sahəsi Samur-Yalama Milli Parkının mülkiyyətində olmaqla Rükməddin Xeyirbəyovun nəzarət etdiyi sahəya daxildir və bunu həmin əraziya gedib yerində baxaraq dəqiqləşdirmək lazımdır. Onlar birlikda Əfqan müəllimin göstərdiyi əraziyə gedəndə görmüşlər ki, həqiqətən də həmin yer Samur-Yalama Milli Parkının mülkiyyətinə aid olmaqla Yalama Meşə sahəsinin 11-ci dolayının 67-ci kvartalında yerləşir. Rükməddin Xeyirbəyov bu barada işladiyi parkın rəhbərliyinə məlumat vermişdir. Təqsirləndirilən şəxslə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Rükməddin Xeyirbəyov nəzarət etdiyi sahənin ərazisini mütəmadi şəkildə gəzsə də, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yer sıx şəkildə bitən müxtəlif meşa ağacları, sarmaşıqlı və tikanlı kol-kosla əhatə olunmaqla olduqca çətin keçiləsi yer olduğu üçün həmin yeri görməmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri hansı məqsədlə əkməsi barədə heç bir malumatları olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 03 avqust 2020-ci il tarixdə Xaçmaz rayonunun Nabran kənd sakini Təqsirləndirilən şəxs qanunusuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi və tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməsi barədə məlumat daxil olmuşdur. O dərhal bu məlumatı polis bölməsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə ondan və Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Nabran kandi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin Yalama PB-nə gətirilmişdir. Orada ona tərcüməçi və müdafiəçi təqdim edilmişdir. Bundan sonra onun da iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Alikin üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadə edir, istifadə etdiyi narkotik vasitəni özü meşədə əkmişdir. Həmin əkdiyi bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilməsi məqsədilə Alikin təqdim etdiyi yerə gedilmişdir. Alikin təqdim etdiyi yerə videogörüntü ilə onun da iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən 9 ədəd çətənə bitkisi aşkar edilərək müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. Baxışda iştirak edən aqronom həmin bitkilərin suvarıldığını va onlara qulluq edilərək kultivasiya edildiyini bildirmişdir. Bundan sonra ərazidə olan Təqsirləndirilən şəxs özünün istifadə etdiyini bildirdiyi 2 litrlik plastmas materiallı “Bonaqua” butulkasının üzərindən kriminalist tərəfindən 3 ədəd barmaq izi müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən bitkilərin qablaşdırıldığı kisənin və barmaq izlərinin qablaşdırıldığı bir ədəd zərfin üzəri imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 03 avqust 2020-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, 03.08.2020-ci il tarixdə, Xaçmaz RPŞ-nin Yalama PB-nin inzibati binasında Xaçmaz RPŞ-nin Yalama PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru X11, Xaçmaz RPŞnin İTB-nin polis sahə rəisi Şahid2 və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təqsirləndirilən şəxsə təklif olunur ki, üzərində qanunla qadağan olunan əşya, predmet və ya narkotik vasitə varsa, çıxarıb təqdim etsin. Bu təklifdən sonra təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının qabaq sol yan cibindən bir ədəd siqaret qutusu və iki ədəd alışqanı, arxa sağ cibindən 100 manatlıq əsginası çıxarıb masanın üzərinə qoyaraq üzərində başqa əşya olmadığını bildirir. Bundan sonra təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi davam etdirildi, lakin onun üzərindən digər hər hansı əşya aşkar edilmədi. Üzərindən aşkar edilmiş bir qutu siqaret, iki ədəd alışqan və 100 manatlıq əsginas isə götürülməyərək təqsirləndirilən şəxsin özünə qaytarılır. Şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxsdən narkotik vasitələri qəbul edib-etməməsi və edirsə onları haradan əldə etməsi soruşulduqda o, narkotik vasitə olan marixuana istehlak etdiyini və həmin narkotik vasitəni əkib-becərməsi ilə məşğul olduğunu deyərək, hazırda özünün istifadəsi üçün yaşadığı kənddə yerləşən meşə massivində çətənə kollarını əkdiyini bildirmişdir. İş materiallarında olan 03 avqust 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, 03.08.2020-ci il tarixdə, Xaçmaz rayonunun Nabran kəndinin ərazisindən 4 km məsafədə meşə massivində, müxtəlif növ meşə ağacları və kolluqlarla əhatə olunmuş açıq talada Xaçmaz RPŞ-nin Yalama PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru X11, Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2, aqronom X2 və tərcüməçinin iştirakı ilə baxış keçirilmişdir. Həmin tala müxtəlif növ meşə ağacları və kolluqla əhatə olunmuş eni 4,5 metr, uzunluğu 5 metr ölçüdə olmaqla yeri quru torpaq və ətrafı otlarla örtülmüş vəziyyətdədir. Həmin açıq sahənin cənubunda 2 metr enində, 2,5 metr uzunluğunda bir-birlərindən aralı, dibləri nəm olan müxtəlif ölçülərdə 09 (doqquz) ədəd çətənə koluna oxşar bitkilərin əkildiyi müşahidə olunur. Baxış zamanı təqsirləndirilən şəxs bildirir ki, Bakı şəhərində yaşayan tanışı tərəfindən ona verilmiş çətənə toxumlarını 2020-ci ilin may ayının ortalarında həmin talaya səpmiş və günaşırı onları suvarmışdır. Çətənə şitili əmələ gəldikdən sonra həftədə 2- 3 dəfə talaya gələrək çətənə kollarını sulamış və onlara müxtəlif qulluqlar etmişdir. Baxışda iştirak etmiş mütəxəssis aqronom Əspəndi Əspəndiyev bildirmişdir ki, həmin çətənə kollarına aqrotexniki qulluq göstərilmişdir. Baxış zamanı aşkar edilmiş 09 (doqquz) ədəd çətənə kolu torpaqdan çıxarılmış və qablaşdırılaraq imzalanmışdır. Bundan başqa, hadisə yerindən bir ədəd 02 litrlik “Bonaqua” markalı qazlı su butulkası aşkar edilmiş, təqsirləndirilən şəxs həmin butulkanın özünə məxsus olduğunu və daha əvvəlcədən həmin əraziyə gətirdiyini bildirmişdir. Həmin butulkanın üzərindən kriminalist tərəfindən üç ədəd daktilolentdə barmaq izləri götürülərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan “Torpağa və bitkilərə baxış keçirilməsi barədə” 03 avqust 2020ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Xaçmaz rayonunun Nabran kəndi ərazisində meşə sahəsində Təqsirləndirilən şəxs əkdiyi bitkilərin olduğu əraziyə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 09 (doqquz) ədəd bitki çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2020-ci il tarixli 7/473 №-li və 05 avqust 2020-ci il tarixli 7/477 №-li rəylərindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs Xaçmaz rayonu Nabran kəndinin ərazisində yerləşən meşə massivində qanunsuz əkdiyi 9 (doqquz) ədəd marixuana kolları” yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 9 (doqquz) ədəd, ümumi çəkisi 1845 qram olan bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun (mütəxəssisin) rəyinə əsasən 9 (doqquz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli 3/1205 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır; tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağı ilə, 2 saylı daktilolentin səthindəki əlbarmaq izi isə Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır; tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 3 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarında olan 07 avqust 2020-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” və 22 sentyabr 2021-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi 09 (doqquz) ədəd, ekspertiza tədqiqatından sonra çəkisi 1844,55 qram təşkil etmiş çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş materiallarında olan 19 sentyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” və 22 sentyabr 2021-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs çətənə bitkilərini kultivasiya etdiyi yerə keçirilmiş baxış zamanı aşkar edilmiş 2 litrlik “Bonaqua” markalı butulka və onun üzərindən götürülmüş 03 ədəd daktilolentdə olan barmaq izləri maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 01 oktyabr 2020-ci il tarixli, 2721 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığından və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 ədəd çətənə (kannabis) bitkisini həqiqətən də özünün tək əkibbecərməsi, həmin bitkiləri hansı məqsədlə əkib-becərməsi, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin həmin faktlar müəyyən edilməmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Samur-Yalama Milli Parkı tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə (kannabis) bitkisinin aşkar edildiyi eni 4,5 metr, uzunluğu 5 metr olmaqla, ümumilikdə 22,5 m2 torpaq sahəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının ərazisidir. Samur- Yalama Milli Parkının ərazisi dövlət mülkiyyətindədir. Həmin meşə ərazisi kənd təsərrüfatı təyinatlı deyildir. Heç kimə icarəyə verilməmişdir. İş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətlərindən müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkilərinin 03.08.2020-ci il tarixdə aşkar edildiyi yeri bir daha göstərməklə baxışda iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 həmin ərazinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur- Yalama Milli Parkının ərazisi olduğunu bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq, təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaqla törədilmiş əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) törədilmiş əməllər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının ərazisinə aid meşə ərazisinin 11-ci dolayının 67-ci kvartalında müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş 22,5 m2 ərazidə özbaşına tutmamış, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkməmiş, orada tikinti, abadlaşdırma və s. təsərrüfatməişət təyinatlı fəaliyyəti həyata keçirməmişdir. O həmin torpaq sahəsinə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkərək yetişdirmişdir (kultivasiya etmişdir). Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs əməlində torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətinin törədilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayəti olmadığından, ona elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə verilmiş ittihamın xaric edilərək Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittihamın müdafiəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətinin törədilməsi olmadığından ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılmalıdır. Bununla yanaşı, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının ərazisinə aid meşə ərazisinin 11-ci dolayının 67-ci kvartalında müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş 22,5 m2 ərazidə istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn 9 (doqquz) ədəd çətənə bitkisinə 03 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları xeyli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri və iş materialları ilə tamamilə öz təsdiqini tapmışdır, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, həmçinin baxış keçirilməsinin görüntülərinin qeydə alındığı DVD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cımadəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 19-cu bəndində izah edilir ki, 237-ci maddədə nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir.Əkmə dedikdə - qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başadüşülməlidir.Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə - narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 09 ədəd olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının ərazisinə aid meşə ərazisinin 11-ci dolayının 67-ci kvartalında müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş 22,5 m2 ərazidə istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn 9 (doqquz) ədəd çətənə bitkisinə 03 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən 03 avqust 2020-ci il tarixdə, saat 18:00-dan 18:40-dək olan vaxt ərzində olan vaxt ərzində həmin əraziyə baxış keçirilən zaman xeyli miqdarda olan 9 (doqquz) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 1845 qram olan çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X5 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 08 iyun 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib 160 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Tərtər qarnizonu hərbi məhkəməsinin 05 may 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 22 sentyabr 2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 08 iyun 2005ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib 160 saat ictimai işlər cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzası 26 avqust 2005-ci il tarixdə başa çatdığı üçün Xaçmaz rayon İcra şöbəsində qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Nabran kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı həmin kənddə özünə hörmət qazanıb, hər bir an öz qonşularına köməyini əsirgəməyib. Onun barəsində Nümayəndəliyə kənd əhalisi barəsində tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2020-ci il tarixli protokoldan, 05 avqust 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməyə dair qərardan və 05.08.2020-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət, təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 oktyabr 2020-ci il tarixli, 2721 №-li rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 09 (doqquz) ədəd çətənə (kannabis) bitkisi, 2 litrlik “Bonaqua” markalı butulka və onun üzərindən götürülmüş 03 ədəd daktilolentdə olan barmaq izləri maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 09 (doqquz) ədəd çətənə (kannabis) bitkisi və 2 litrlik “Bonaqua” markalı butulka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və narkotik vasitəni kultivasiya etdiyi yerə keçirilən baxış zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü iki ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübutlardan olan 03 ədəd daktilolentdə olan barmaq izlərinin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 194 (yüz doxsan dörd) manat 21 (iyirmi bir) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 09 (doqquz) ədəd çətənə (kannabis) bitkisi və 2 litrlik “Bonaqua” markalı butulka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və narkotik vasitəni kultivasiya etdiyi yerə keçirilən baxış zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü iki ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübutlardan olan 03 ədəd daktilolentdə olan barmaq izlərinin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 194 (yüz doxsan dörd) manat 21 (iyirmi bir) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-151/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-151/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver