Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-151/2023 24.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 iştirakları ilə, 12 avqust 1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası, vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 26 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 0,357 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılıb Xaçmaz Rayon Polis Şöbəsinə dəvət edilərək Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 10 may 2023-cü il tarixdə saat 18:45-19:00 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkçənin sol yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun üzərində olan sellofanın altında gizlədib saxladığı bir ədəd kağız bükümündə 0,357 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkir. O, 09 may 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə piyada hərəkət edən zaman yerdə bir ədəd “kent” markalı siqaret qutusu gömüşdür. Həmin siqaret qutusu onun diqqətini cəlb etdiyindən əyilib yerdən həmin siqaret qutusunu götürmüş və içərisinə*baxan zaman içərisində təxminən 10 ədəd siqaret dənəsinin olmasını görmüş, həmçinin qutunun üzərindəki sellofanın altında bir ədəd gümüşü kağız büküm olmasını görmüşdür. Həmin bükümü siqaret qutusunun üzərindəki sellofanın alt hissəsindən çıxarıb içərisinə baxanda, bükümdə narkotik vasitə olan heroin olmasını görmüşdür. O, heroin istifadə etdiyindən bükümü üzərində saxlamışdır ki, ürəyi istəyən zaman istifadə etsin. 10 may 2023-cü il tarixdə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində piyada hərəkət edən zaman polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının üzərindəki narkotik vasitədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdən sonra o müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə hüquqları izah olunmaqla videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki gödəkçənin sol cibində olan, tapdığı “Kent” markalı siqaret qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən üzərimə şəxsi axtarış keçirilərkən üzərimdən açılmamış vəziyyətdə olan “Viceroy” markalı bir ədəd siqaret qutusu və bir ədəd gps qurğusu (azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinə nəzarət edilməsi məqsədi ilə gəzdirdiyi qurğu, elektron nəzarət qurğusu) aşkar olunaraq otaqda olan masanın üzərinə qoyulmuşdur. Müstəntiq, təqdim etdiyi “kent” markalı siqaret qutusunu götürüb baxdıqdan sonra qutunun içərisində siqaret dənələrinin olmasını, həmçinin qutunun üzərində olan sellofanın alt hissəsində bir ədəd gümüşü rəngli kağız büküm olmasını görmüşdür. X9 həmin bükümü çıxarıb içərisinə baxarkən bükümün içərisində heroinin olmasını görmüşdür. O, bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin heroini tapdığını bildirmişdir. Aşkar edilmiş büküm içərisində olan heroinlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,5 qram olması müəyyən olunmuşdur. Həmin heroin bükümü bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüş, siqaret qutuları və gps avadanlığı isə onun özünə qaytarıldı. O, heç kimə narkotik vasitə satmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı qanunsuz hərəkətlər edilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitəni tapmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X7 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, Xaçmaz RPŞ-nin NMQ-nm əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, o dərhal bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Xaçmaz RPŞ-nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədilə o və RPŞ-nin NMQ-nm baş əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni o və Şahid2 hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 10 may 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində olduğunu müəyyən etmişlər və həmin küçədə Təqsirləndirilən şəxs yanma gedib sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra barəsində Xaçmaz RPŞ-nə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşıb onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi şöbənin İstintaq bölməsinin müstəntiqi Rəşad Babayevə həvalə olunmuşdur. X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, sonuncuya dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təqdim edilmiş və bundan sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı X9 özünü və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitləri əldə etməsi, daşıması, gəzdirməsi və istifadə etməsi barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirib sonuncudan şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, sonuncu da hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X9 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmamasını soruşmuş, sonuncu da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman X9 Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni otaqda olan masanın üzərinə qoymasını tələb etmişdir. Təqsirləndirilən şəxs X9in tələbindən sonra əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd nəzarət qurğusu (gps qurğusu), həmçinin əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Viceroy” markalı siqaret qutusu aşkar olunaraq otaqda olan masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi “Kent” markalı siqaret qutusunun içərisində 04 ədəd siqaret dənəsi, həmçinin həmin siqaret qutusunun üzərində olan sellofanın alt hissəsində bir ədəd gümüşü rəngli kağız büküm olması müəyyən olunmuşdur. X9 Təqsirləndirilən şəxs təqdim etdiyi “Kent” markalı siqaret qutusunun üzərində olan sellofanın alt hissəsində olan bir ədəd gümüşü rəngli kağız bükümü götürüb açan zaman məlum olmuşdur ki, həmin bükümdə narkotik vasitə olan heroinə bənzər toz şəkilli maddə vardır. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin narkotik vasitəni tapdığını bildirmişdir. İçərisində heroinə bənzər kütlə olan büküm X9 tərəfindən elektron tərəzidə çəkilən zaman kağız büküm ilə birlikdə çəkisinin 0.5 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində toz şəkilli maddə olan büküm X9 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, qeyd olunan zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış və hər bir şəxs adının qarşısından zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Viceroy” markalı siqaret qutusunun qablaşması pozulmadığı üçün həmin siqaret qutusu X9 tərəfindən açılmamış və aşkar olunmuş siqaret qutuları Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Şəxsi axtarış prosesi Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X10 tərəfindən əvvəldən axıradək videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X7 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 şahid Xaçmaz rayon X7 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsinə uyğun ifadə verərək, göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun üzərində olan sellofanın altında gizlədib saxladığı bir ədəd kağız bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan elektron məlumat daşıyıcına baxış keçirilməsi haqqında 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilməsinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD dikskə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı 10 may 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolda göstərilən hallar öz əksini tapmışdır. DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı disk işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə 19 iyun 2023-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış və həmin disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixli 6/2719 saylı rəyindən görünür ki tədqiqat obyekti üzərində “Azərbaycan Rspublikası DİN Zərflər üçün №58 daiəvi möhür əksi olan “...4) “imza” Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,357 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. Heroinin ümumi təmiz çəkisi 0,357 qram, olması, 0.50 qramının tədqiqata sərf edililməsi və 0,307 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli 3370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamtlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 06 sentyabr 2023cü il tarixli, 821 nömrəli məktubundan görünür ki, X4 Xaçmaz rayon məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(067)-72/2020 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 07 yanvar 2022-ci il tarixli, 7(067)-7/2022 saylı saylı qərarı ilə məhkumun barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisnin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadılmışdır. X1 cəza müddəti 19 iyun 2023-cü il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs məhkumluğu olsa da, həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya əsasən yarandığına görə, onun əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz şəhər İƏDdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir. ünvan 4 ünvanda yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 0,357 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılıb Xaçmaz Rayon Polis Şöbəsinə dəvət edilərək Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 10 may 2023-cü il tarixdə saat 18:45-19:00 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkçənin sol yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun üzərində olan sellofanın altında gizlədib saxladığı bir ədəd kağız bükümündə 0,357 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2023-cü il tarixli protokoldan, 12 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,357 qram heroindən təqdqiqata 0,50 qram sərf edildikdən sonra qalıq 0,307 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,357 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,307 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,307 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən – 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,307 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-151/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-151/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver