Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-152/2021 02.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1974-cü ildə Xaçmaz rayonunun Zeyxuroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Xanoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, cavabdeh kimi 21 fevral 2018-ci il tarixdən hesablanmaqla övladları - 20 noyabr 2003-cü il təvəllüdlü X7, 22 dekabr 2008-ci il təvəllüdlü X4, 04 avqust 2011-ci il təvəllüdlü X8 və 14 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1007/2018 saylı, 19 mart 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 18.05.2021-ci il tarixədək 14400 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1007/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsinə əsasən 21 fevral 2018-ci il tarixdən hesablanmaqla övladları - 20 noyabr 2003-cü il təvəllüdlü X7, 22 dekabr 2008-ci il təvəllüdlü X4, 04 avqust 2011-ci il təvəllüdlü X8 və 14 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. 2(067)-1007/2018 saylı 19 mart 2018-ci il tarixli qətnamə qanuni qüvvəyə minmiş, həmin qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Lakin bunlara baxmayaraq, o, 14000 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Həmin aliment borcunu ödəməməsinin səbəbi isə fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda qazandığı 350-400 manat məbləğində qazancının onun öz dolanışığına çətinliklə çatmasıdır. Bu səbəbdən də yığılan aliment borcunu ödəməmişdir. Hazırda isə yeni işə düzəlmiş və gələcəkdə aliment borcunu ödəyəcəkdir. O, zərərçəkmişə hazıradək yalnız bir dəfə olmaqla bir ayın aliment borcunu, yəni 400 manat aliment ödəmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1007/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2018-ci il tarixdən hesablanmaqla övladları - 20 noyabr 2003-cü il təvəllüdlü X7, 22 dekabr 2008-ci il təvəllüdlü X4, 04 avqust 2011-ci il təvəllüdlü X8 və 14 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. 2(067)-1007/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnamə qanuni qüvvəyə minmiş, borclu Təqsirləndirilən şəxs həmin qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, 14400 manat məbləğində aliment borcunu kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, onun xeyrinə qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs hazıradək cəmi bir dəfə olmaqla bir ayın aliment borcunu, yəni 400 manat aliment ödəmiş, 14000 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs aliment borcunu qərəzli olaraq ödəməyən, həmçinin övladı ilə maraqlanmayan, heç bir yardım göstərməyən, valideynlik borcunu yerinə yetirməyən məsuliyyətsiz bir insandır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun cəzalandırılaraq barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, borclu Təqsirləndirilən şəxs 21 fevral 2018-ci il tarixdən hesablanmaqla övladları - 20 noyabr 2003-cü il təvəllüdlü X7, 22 dekabr 2008-ci il təvəllüdlü X4, 04 avqust 2011-ci il təvəllüdlü X8 və 14 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1007/2018 saylı 19 mart 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 18.05.2021-ci il tarixədək 14400 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar 18.05.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs hazıradək zərərçəkmişə yalnız bir dəfə olmaqla 400 manat aliment ödənişi etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(067)- 1007/2018 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, cavabdeh Təqsirləndirilən şəxs 21 fevral 2018-ci il tarixdən hesablanmaqla övladları - 20 noyabr 2003-cü il təvəllüdlü X7, 22 dekabr 2008-ci il təvəllüdlü X4, 04 avqust 2011-ci il təvəllüdlü X8 və 14 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(067)- 1007/2018 saylı icra vərəqəsinin və Xaçmaz rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 19 mart 2010-cu il tarixli 2(067)-1007/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(067)-1007/2018 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, hüquqi vəzifəsi və məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin 28 yanvar 2019-cu il tarixli “Borclunun axtarılması haqqında” qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra işinin icrasını təmin etmək məqsədilə icra məmuru borclu Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Xanoba kəndində olmuş, lakin onun həmin ünvanda yaşamadığı müəyyən olunmuş, dəqiq yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi 08 iyun 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında həmin tarixədək tələbkarın xeyrinə heç bir ödəniş etmədiini, ödənilməmiş 10800 manat aliment borcu olduğunu, hazırda heç bir ödəniş edə bilmədiyini, fərdi əməklə məşğul olmaqla aylıq qazancının 300 manat təşkil etdiyini bildirmiş. Həmçinin icra məmuru tərəfindən ona rəsmi iş axtaran kimi Xaçmaz rayon Məşğulluq Mərkəzində qeydiyyata durması təklif olunub. Lakin borclu rəsmi iş yerində əmək haqqının az olması səbəbindən ona sərf etmədiyini bildirərək bundan imtina etmişdir. Ona ödəniş etmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin inzibati xəta haqqında 08 iyun 2020ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-517/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs üzrlü səbəb olmadan icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Xəlilov X3 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin 06 iyul 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs iş axtaran kimi Xaçmaz rayon Məşğulluq Mərkəzində qeydiyyata durması təklif olunmuşdur. Məktub borclu tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi 06 iyul 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında həmin tarixədək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini, hazırda ödənilməmiş 11200 manat aliment borcu olduğunu, fərdi əməklə məşğul olmaqla aylıq qazancının 300 manat təşkil etdiyini, aliment borcunu ödəməməsinin səbəbi kimi tələbkarı analıqdan məhrum etmək üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Həmçinin icra məmuru tərəfindən ona rəsmi iş axtaran kimi Xaçmaz rayon Məşğulluq Mərkəzində qeydiyyata durması təklif olunub. Lakin borclu rəsmi iş yerində əmək haqqının az olması səbəbindən ona sərf etmədiyini bildirərək bundan imtina etmişdir. Ona ödəniş etmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. İş materiallarında olan 06 iyul 2020-ci il tarixli yazılı xəbərdarlığın təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaranmış 11200 manat aliment borcunu 10 gün müddətində tələbkarın xeyrinə ödəsin. Əks təqdirdə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsinə dair xəbərdar edilmişdir. Borclu bildirişi şəxsən imzalamqla qəbul etmişdir. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli yazılı xəbərdarlığın təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaranmış 12800 manat aliment borcunu 10 gün müddətində tələbkarın xeyrinə ödəsin. Əks təqdirdə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsinə dair xəbərdar edilmişdir. Borclu bildirişi şəxsən imzalamqla qəbul etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi 18 noyabr 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında həmin tarixədək tələbkarın xeyrinə cəmi 400 manat ödəniş etdiyini, hazırda ödənilməmiş 12800 manat aliment borcu olduğunu, fərdi əməklə məşğul olmaqla aylıq qazancının 300-350 manat təşkil etdiyini bildirmişdir. Həmçinin icra məmuru tərəfindən ona rəsmi iş axtaran kimi Xaçmaz rayon Məşğulluq Mərkəzində qeydiyyata durması təklif olunub. Lakin borclu rəsmi iş yerində əmək haqqının az olması səbəbindən ona sərf etmədiyini bildirərək bundan imtina etmişdir. Ona ödəniş etmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. İş materiallarında olan qəbzin təsdiqlənmiş surətindən müəyyən edilir ki, 19.08.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs aliment borcundan cəmi 400 manat ödəmişdir. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs 19 avqust 2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi 21 fevral 2018-ci il tarixdən hesablanmaqla övladları - 20 noyabr 2003-cü il təvəllüdlü X7, 22 dekabr 2008-ci il təvəllüdlü X4, 04 avqust 2011-ci il təvəllüdlü X8 və 14 mart 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1007/2018 saylı, 19 mart 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 18.05.2021-ci il tarixədək 14000 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yalama kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyin ərazisində yaşadığı müddət ərzində özünü müsbət tərəfdən tanıtmış, yaşadığı ərazidə hörmət qazanmışdır. Həmyaşıdları ilə münasibətləri səmimi və normaldır. İƏD nümayəndəliyində ona verilən hər hansı tapşırığı vaxtında və vicdanla yerinə yetirir. Xanoba kəndində keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir. Barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə, Xaçmaz rayon Polis şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-152/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-152/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver