Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-152/2022 30.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X7, X1, X5 və X2, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X7 və X1 müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkəmə iclasının katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X7, X1, X5 və X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : X12, X6, X11 və X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxslər X12, X6, X11 və X8,eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7 və X1 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 və onun müdafiəçisi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməyərək məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilir - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (maddə 293.3.1); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (maddə 293.3.2); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (maddə 293.3.3); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (maddə 293.3.4); cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (maddə 293.3.5); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (maddə 293.3.6); şikayəti vermiş şəxsin imzası (maddə 293.3.7). Göründüyü kimi, qeyd olunan maddələrdə Xüsusi ittiham qaydasında şikayətin forma və məzmunu ilə bağlı tələblər və hansı hallarda məhkəmənin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etməsi göstərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onun Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin X3, X9 və X4 münasibətdə konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1-ci, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan əməl olması və onların xüsusi ittihamçılar X3, X9 və X4 ünvanlanması ayrılıqda göstərilməmişdir. İşdən görünür ki, xüsusi ittihamçılar göstərilən cinayətin törədilmə hallarının hansı sənədlərlə, habelə hansı digər sübutlarla X3, X9 və X4 ünvanlanmasını təsdiq edən dəlilləri əlavə etməmişlər və ayrı-ayrılıqda əsaslandırmamışlar. Buna görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 302.1.3-cü maddəsinin tələblərinə əməl olunmamışdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7, X1, X5 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-152/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-152/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver